[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Tövhid və Əqidə » DÜNYƏVİ MƏHKƏMƏLƏRƏ MÜRACİƏT, TAĞUTA MÜHAKƏMƏ (BİSMİLLAH)
DÜNYƏVİ MƏHKƏMƏLƏRƏ MÜRACİƏT, TAĞUTA MÜHAKƏMƏ
Muslimah_92Tarix: Cümə axşamı, 21.06.2012, 20:33 | Yazı # 1
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
بسم الله الرحمن الرحيم

Əsrimizdə Müsəlmanların düçar olduğu bəlalardan biri də haqqlarını ancaq lənətlənmiş dünyəvi məhkəmələr vasitəsilə ala bilmələridir...
Ölkəmizdəki zülm və maddi sıxıntılar səbəbilə bir çox Müsəlman Azərbaycanı tərk edərək xarici ölkələrə, xüsusən avropa ölkələrinə sığınıblar. Bu ölkələrdə sığınma haqqı almaq üçün onların məhkəmələrinə baş vurmaq məcburiyyətindədirlər. Həmçinin ölkə içi ixtilaflarda da məhkəmələrlə üzləşmə problemi var...
Problemin miqyasını nəzarə alaraq bu mövzuda elm əhlinin görüşlərini incələməyə qərar verdim. Aşağıdakı nöqtələrə diqqət edək:

1. Halal saymadan küfr məhkəmələrinə müraciət eləmək küfrdür yoxsa haramdır?
2. Buradakı küfr hökmünü iki məhkəmə arasında seçim edərkən küfri məhkəmələri seçməklə məhdudlaşdırmaq doğru olarmı?
3. Bu işin İslam diyarında və ya küfr ölkəsində olması nəticəyə təsir edirmi?



Yazını Muslimah_92 - Cümə axşamı, 21.06.2012, 20:36
 
Muslimah_92Tarix: Cümə axşamı, 21.06.2012, 20:37 | Yazı # 2
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Əndəlus Alimlərindən Əbu Muhamməd İbn Hazm (384-456 h/ 994-1064 m) bu barədə deyir:

قال رسول الله صلى الله عليه وسلم: أَرْبَعٌ مَنْ كُنَّ فِيهِ كَانَ مُنَافِقًا خَالِصًا وَمَنْ كَانَتْ فِيهِ خَلَّةٌ مِنْهُنَّ كَانَتْ فِيهِ خَلَّةٌ مِنْ نِفَاقٍ حَتَّى يَدَعَهَا: إذَا حَدَّثَ كَذَبَ، إذَا وَعَدَ أَخْلَفَ، إذَا عَاهَدَ غَدَرَ، وَإِذَا خَاصَمَ فَجَرَ
فقد صح أن هاهنا نفاقا لا يكون صاحبه كافرا , ونفاقا يكون صاحبه كافرا , فيمكن أن يكون هؤلاء الذين أرادوا التحاكم إلى الطاغوت لا إلى النبي صلى الله عليه وسلم مظهرين لطاعة رسول الله صلى الله عليه وسلم عصاة بطلب الرجوع في الحكم إلى غيره معتقدين لصحة ذلك , لكن رغبة في اتباع الهوى
فلم يكونوا بذلك كفارا بل عصاة , فنحن نجد هذا عيانا عندنا , فقد ندعو نحن عند الحاكم إلى القرآن وإلى سنة رسول الله صلى الله عليه وسلم الثابت عنهم بإقرارهم فيأبون ذلك ويرضون برأي أبي حنيفة , ومالك , والشافعي , هذا أمر لا ينكره أحد , فلا يكونون بذلك كفارا , فقد يكون أولئك هكذا حتى إذا بين الله تعالى أنهم لا يؤمنون حتى يحكموا رسول الله صلى الله عليه وسلم فيما شجر بينهم وجب أن من وقف على هذا قديما وحديثا وإلى يوم القيامة فأبى وعند فهو كافر وليس في الآية أن أولئك عندوا بعد نزول هذه الاية

“Allahın Elçisi - sallallahu aleyhi və səlləm - buyurur: “Dörd şey kimdə varsa xalis münafiqdir. Kimdə bunlardan bir xüsussiyyət olarsa, onu tərk edənə qədər onda nifaqdan bir xüsussiyyət var: Danışdığı zaman yalan deyər, vəd etdiyi zaman vədinə xilaf çıxar, sözləşdiyi zaman xəyanət edər, mübahisə elədiyi zaman həddini aşar.”
Doğru olan budur ki, buradakı nifaq sahibi kafir olan nifaq və sahibi kafir olmayan nifaq ola bilər.
Mümkündür ki, Nəbiyə - sallallahu aleyhi və səlləm - deyil, tağuta mühakəmə olunmağı istəyənlər Rəsulullaha itaətlərini izhar etməklə yanaşı, bunun doğru olduğuna inanaraq hökmdə ona deyil başqasına müraciət etməyi tələb etməklə asi olsunlar. Lakin bunu havalarına tabe olmaqdakı həvəslərinə görə etmişdilər. Lakin bununla kafir deyil, asi oldular.
Biz bunu açıq şəkildə öz yanımızda görürük. Biz, Hakim hüzurunda Qurana və Rəsulullahın - sallallahu aleyhi və səlləm - onların iqrarıyla sabit olan sünnətinə dəvət edirik, onlar buna qarşı çıxır və Əbu Hənifənin, Malikin və Şafinin görüşü ilə razılaşırlar. Bu heç kimin inkar etməyəcəyi bir şeydir. Bununla kafir olmurlar. Uca Allah, aralarında çıxan ixtilaflarda Allahın Elçisinə - sallallahu aleyhi və səlləm - baş vurmadıqca iman etmiş olmayacaqlarını bəyan edənə qədər digərləri də belə olar.
Gərəkli olan budur: Kim bunu daha öncədən bilər, sonra bilər və Qiyamət gününə qədər bilər və qarşı çıxar, inad edərsə o kafirdir. (?) Ayədə “onlar bu ayənin enməsindən sonra inad etdilər” şəklində bir ifadə yoxdur.”

Qaynaq: İbn Hazm: Əl Muhalla bil Əsər: 11/202
Təhqiq: Əhməd Şakir (1352 h)
 
Muslimah_92Tarix: Cümə axşamı, 21.06.2012, 20:38 | Yazı # 3
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hənəfi alimlərindən bəziləri iki hakimdən biri müsəlman biri zimmi olması və müsəlmanın lehinə hökm vermələri durumunda bu cür məhkəməni caiz sayırlar.
Lakin, bir hakim varsa və o da zimmidirsə ona baş vurmağı isə caiz saymırlar... Lakin, müsəlmanlar zimmini hakim təyin etsələr belə, hənəfilərdən heç birinin bu halda küfrdən bəhs etdiyini görmədim...

Hənəfi məzhəbi kitablarından “Əl Fətəval Findiyyə”də İmam Səraxsidən (v. 483 h/1090 m) nəqlən deyilir:

نصَّ عليه في مواضعَ أُخَرَ مِن المبسوط فإنه قال : مسلمٌ وذميٌّ حكَّما ذميا جازَ حكْمه على الذمي دون المسلم وكذلك مسلمٌ وذميٌّ حكَّما مسلما وذميا فإن حكَما للمسلم على الذمي جازَ وإن حكَما للذمي على المسلم لا يجوز كما لو حكَما عبْدا وحُرًّا فحكَما لم يجزْ حكمُهما ؛ لأن حكمَ العبد لا يجوز فبقي الحرُّ مُنفرِدا بالحكم وقد رضِيا بتحكيمهما فلا يَنفرد أحدُهما به.
حكَم ذميٌّ بين المسلمَين فأجازَاه لم يجزْ ، كما لو حكَّماه في الابتداء

“(İmam Səraxsi) “Əl Məbsut” isimli kitabının digər yerlərində də bunu bildirmişdir. Beləki o demişdir:
Bir müsəlman və bir zimmi başqa bir zimmini hakim təyin etsələr onun zimmi haqda hökmü caiz müsəlman haqda caiz deyildir.
Eləcə də bir müsəlman və bir zimmi, biri müsəlman biri zimmi olan heyəti hakim təyin etsələr, heyətdəki hər iki şəxs də zimminin əleyhinə müsəlmanın lehinə hökm versələr caizdir. Yox əgər, zimminin lehinə müsəlmanın əleyhinə hökm versələr caiz deyil.
Necəki, onlar bir kölə və bir hürrdən ibarət heyəti hakim təyin etsəydilər və o iki hakim hökm versə hökmləri caiz olmazdı. Çünki, kölənin hökmü caiz deyil. Hürr olan hökmdə münfərid qalır. Hökmə baş vuran kimsələr isə o ikisinin bərabər hökmünə razı olmuşdu. Buna görə də onun haqqında sadəcə biri hökm verməz.
Həmçinin bir zimmi iki müsəlman arasında hökm versə və müsəlmanlar bunu qəbul etsələr də, müsəlmanların zimmini başdan hakim təyin etmələri halında olduğu kimi caiz olmaz.”

Qaynaq: Nizamuddin Əl Bəlxi: Əl Fətava Əl Hindiyyə: 3/374
Beyrut: Darul Kutubil İlmiyyə:1421/2000
 
Muslimah_92Tarix: Cümə axşamı, 21.06.2012, 20:39 | Yazı # 4
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hənəfi imamlarının böyüklərindən, “Əl Muhit Əl Burhani” adlı kitabın sahibi Burhanuddin Əl Mərğinani (551-616 h/ 1156-1219 m) deyir:

قلنا إذا اصطلحَ مسلمٌ وذميٌّ على مسلمٍ وذميٍّ يحكُمان بينهما وحكَما جميعاً للمسلم على الذمي جاز؛ لأنهما يصلُحان حُكماً على الذمي، فيصلُحا شاهداً عليه، ولو حكَما للذمي على المسلم لا يجوز؛ لأن الذميَّ لا يصلُح حكماً على المسلم فخرَج من البَيْن وتعذَّر تنفيذُ حكمِ المسلم أيضاً، وإن صلُح حكماً عليه؛ لأنه ما رضَى برأيه وحده.
وعلى هذا المسلمان إذا حكَّما حراً وعبداً بينهما فحكَم الحر بينهما لم يجزْ؛ لأن العبدَ لا يصلُح حكماً

“Deyirik: Bir müsəlman və bir zimmi, aralarında hökm verəcək digər bir müsəlman və zimmidən ibarət heyətin hökmü üzrə razılaşsalar və heyətdəki hər ikisi müsəlmanın lehinə zimminin əleyhinə hökm versə caizdir. Çünki heyətdəki hər iki şəxs (müsəlman və zimmi) zimmilərin üzərində hökm və şəhidlik üçün yararlıdır.
Yox əgər, heyət zimminin lehinə müsəlmanın əleyhinə hökm verərsə caiz deyildir. Çünki, zimmilər müsəlmanların üzərində hökm verməyə yararlı deyil və mübahisədən çıxar. Eyni zamanda hökm vermək üçün yararlı olsa belə müsəlmanın hökmünün infaz edilməsi də imkansız olar. Çünki o (məhkəməyə baş vuran) sadəcə bir müsəlmanın rəyinə razı olmamışdı.
Buna binaən, iki müsəlman hürr və kölədən ibarət bir heyəti aralarında hakim təyin etsələr, hürr olan aralarında hökm etsə caiz olmaz. Çünki kölə hökm verməyə əhil deyil...”

Qaynaq: Burhanuddin Əl Mərğinani: Əl Muhit Əl Burhani: 8/615
Daru İhyəit Turasil Arabi

 
Forum » İslam » Tövhid və Əqidə » DÜNYƏVİ MƏHKƏMƏLƏRƏ MÜRACİƏT, TAĞUTA MÜHAKƏMƏ (BİSMİLLAH)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru