[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Tövhid və Əqidə » ŞƏFAƏT İSTƏMƏK,BU ƏMƏL ŞİRKDİRMİ? (BİSMİLLAH)
ŞƏFAƏT İSTƏMƏK,BU ƏMƏL ŞİRKDİRMİ?
Muslimah_92Tarix: Bazar ertəsi, 11.06.2012, 14:57 | Yazı # 1
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
بسم الله الرحمن الرحيم

Şəfaət İstəmək

Həmd, qullarından bir qismini seçərək, onlara Allahın muradını doğru anlama qabiliyyəti verən Uca Allaha məxsusdur.
Onun muradını ən doğru şəkildə anlayan Rəsula, onun Əhli Beytinə, əshabına və onların yolunda olanlara salat və salam olsun.

Mövzumuz:

Hər şeyin həqiqi failinin Allah olduğunu, Onun izni olmadan heç nəyin baş verməyəcəyini bilərək, ölüyə və ya diriyə, onun yanından və ya uzaqdan, Qiyamət günü və ya hazırda şəfaət etməsi üçün müraciət etməyin Şəri hökmü, daha doğrusu bu əməlin şirk olub olmaması.

Dedik: “şeyin həqiqi failinin Allah olduğunu...” bununla Aləmdə Allahın iznindən kənar qüvvələrin mövcudluğunu qəbul edən müşrikləri tərifdən kənar buraxaraq, mövzunu Allahın izni olmadan yarpağın belə ağacdan düşməyəcəyinə inanan Müsəlmanlarla məhdudlaşdırdıq.

Dedik: “ölüyə və ya diriyə...” Çünki, bəziləri diridən şəfaət istəmənin şirk olmadığını etiraf etsələr də, eyni əməlin ölüyə yönəldilməsini şirk sayır və bu iki halı bir birindən ayırır.

Dedik: “yanından və ya uzaqdan...” Çünki, bəziləri məzar başında şəfaət istəməyi şirk görmədikləri halda, uzaqdan şəfaət istəmə prosesini şirk sayırlar.

Dedik: “Qiyamət günü və ya hazırda...” Çünki, bəziləri Qiyamət günü şəfaət etməsini istəməklə, hazırda istiğfar etməsini ayırır və sonuncunu şirk sayırlar.

Dedik: “Şəri hökmü...” Bununla Şəriətin hökm çıxarma hüququ tanımadığı şəxslərin çıxardığı hökmlər bir kənara buraxıldı.

Dedik: “bu əməlin şirk olub olmaması...” Bununla əməlin bidətlik, caizlik və ya müstəhəblik yönünü bir kənarda buraxmış olduq.

Mövzunun müzakirə səbəbi:

Şəriətin bu mövzudakı hökmünü bəyan edərək, doğru görüşü açıqlamaq, haqsız olanların haqsızlıqlarını – dönmələri ümidilə - onlara xatırlatmaq, həqiqi Tövhidin anlaşılması və Haqq Əhlinin məzhəbini məhkəmləndirərək Uca Allahın dininə yardım etmək!

Mövzunun tərtibi:

İstənilən mövzunun aydınladılması üçün onun sistemli bir şəkildə analiz edilməsinə ehtiyac var. Buna binaən – Uca Allahın yardım ilə - mövzumuzu aşağıdakı şəkildə tərtib edəcəyik:

1) Mübahisənin mahalının/predmetinin təyin edilməsi ki, bu artıq yuxarıda müəyyən edildi.
2) Gərəkli məfhumların/terminlərin izahı. Çünki məfhumlardakı qarışıqlıq, mövzunun çözülməsinə əngəldir.
3) Mövzu ətrafında mötəbər alimlərin görüşlərini zikr edərək, muhtəməl etirazlara cavab verilməsi.
4) Müxaliflərimizin “məzhəb” əsaslarının analiz edilərək, nəqli və əqli yöndən əsaslı olub olmadığına baxış.
 
Muslimah_92Tarix: Bazar ertəsi, 11.06.2012, 14:57 | Yazı # 2
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Gərəkli məfhumların/terminlərin izahı:

“Əl Kuveytiyyə” adlı ensiklopediyanın “Şəfaə” maddəsində “Lisanul Arab” və “Əl Mufrədat” adlı kitablara isnadla deyilir:

الشَّفَاعَةُ :
الشَّفَاعَةُ : لُغَةً مِنْ مَادَّةِ شَفَعَ ، وَيُقَال : اسْتَشْفَعْتُ بِهِ : طَلَبْتُ مِنْهُ الشَّفَاعَةَ . وَقَال الرَّاغِبُ الأَْصْفَهَانِيُّ : الشَّفَاعَةُ الاِنْضِمَامُ إِلَى آخَرَ نَاصِرًا لَهُ وَسَائِلاً عَنْهُ ، وَ شَفَعَ وَتَشَفَّعَ : طَلَبَ الشَّفَاعَةَ ، وَالشَّفَاعَةُ : كَلاَمُ الشَّفِيعِ لِلْمَلِكِ فِي حَاجَةٍ يَسْأَلُهَا لِغَيْرِهِ ، وَالشَّافِعُ : الطَّالِبُ لِغَيْرِهِ ، وَشَفَعَ إِلَيْهِ فِي مَعْنَى : طَلَبَ إِلَيْهِ قَضَاءَ حَاجَةِ الْمَشْفُوعِ لَهُ

“Əş Şəfaətu (الشَّفَاعَةُ) : Şəfaət lüğıtdə Ş F A maddəsindəndir. Belə deyilər: “istəşfəatu bih” (اسْتَشْفَعْتُ بِهِ) yəni: “ondan şəfaət tələb etdim” deməkdir.
Ər Rağib Əl İsfahani dedi: Şəfaət, bir başqasına kömək etmək və onun ehtiyacının dəfini istəmək üçün ona qatılmaqdır.
“Şəfaa” (شَفَعَ) və “təşaffaa” (تَشَفَّعَ) felləri : Şəfaət istədi deməkdir.
Şəfaət: Şəfaətçinin krala başqası üçün istədiyi ehtiyacını deməsidir.
Şaafi (الشَّافِعُ) : Başqası üçün şəfaət istəyəndir.
“Şəfaa ileyh”in (شَفَعَ إِلَيْهِ) mənası isə “məşfu ləh”in (الْمَشْفُوع لَهُ) ehtiyacının dəf edilməsini tələb etdi deməkdir.”

“Əl Muhkəm” adlı lüğətdə deyilir:

واسْتَشْفَع بفلان على فلان، وتَشَفَّع له إليه، فشَفَّعَه فيه. وقال الفارسي: اسْتَشْفَعَهُ: طلب منه الشَّفاعة، أي قال له: كن لي شافِعا

“İstaşfaa bi fulanin ala fulan : ondan üçüncü şəxs qatında şəfaət etməsini istədi, və təşaffaa ləhu ileyh : o da onun üçün şəfaət istədi, fəşəffaahu : üçüncü şəxs də bu şəfaət istəyinə müsbət cavab verdi
Əl Farisi dedi: İstaşfaahu : ondan şəfaət tələb etdi deməkdir yəni, ona “mənim şəfaətçim ol” deməsidir.

Bəzi əlavə məfhumlar:

Muşaffi (المُشَفِّعُ) – Şəfaəti qəbul edən
Muşaffa (المُشَفَّعُ) – Şəfaəti qəbul edilən
Şaafi (الشَّافِعُ) və ya Şafii (الشَّفِيعُ) – şəfaət istəyən, şəfaətçi. Bəzi dilçilər bu iki terminə daha incə məna verir:
A ) Şaafi – Başqası üçün şəfaət istəyən
B ) Şafii – Ona şəfaət edilməsini istəyən.
Mustaşfi (المُسْتَشْفِعُ) – Ona şəfaət edilməsini istəyən
Məşfu ləh (الْمَشْفُوعُ لَهُ) – haqqında şəfaət istənən

Məfhumların sadələşdirilmiş izahı:

Məfhumları anlamaqda çətinlik çəkənlər üçün onları misallarla anlatmağa çalışacağam:
Zeyd günah işlədi, Amrın yanına gəldi ki, Amr onun üçün Allahdan bağışlanma diləsin. Burada Zeyd haqqında şəfaət edilməsini istəyən yəni Mustaşfi, Amr şəfaət edən yəni Şaafi, Uca Allah isə şəfaət diləyini qəbul edəndir yəni Muşaffi.

Şəfaət və Təvəssül arasındakı fərq:

Bu ikisi arasındakı önəmli fərq bundan ibarətdir ki, Şəfaət Şaafidən yəni aradakı vəsilədən istənir, Təvəssüldə isə Allahdan istənir, lakin təvəssül edilənin adındna istifadə edilir.
Şəfaətdə Şafinin sənin istəyindən xəbərdar olması şərtdir ki, şəfaət etsin, lakin, təvəssül isə sadəcə vasitəçinin adıyla edilir, xəbərdar olması şərt deyildir.
Şəfaət üçün örnək: “Ey Allahın Rəsulu! Qiyamət günü mənin üçün bağışlanma dilə və ya Allahdan müsəlmanlara zəfər verməsini dilə...”
Təvəssül üçün örnək: Ya Allah! Salehlərin sənin yanındakı xətri hörməti üçün bizə kafirlər üzərində qələbə bəxş et və ya Muhəmmədin – sallallahu aleyhi və səlləm – sənin yanındakı dəyəri xətrinə mənə saleh övlad ver...”
Gördüyümüz kimi, Şəfaətdə istənən Allah Rəsulu, Təvəssüldə isə Allahdır.
 
Muslimah_92Tarix: Bazar ertəsi, 11.06.2012, 14:59 | Yazı # 3
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Maliki alimlərindən Qadı İyəd Əs Səbti (476-544 h/1083-1149 m) iki kitabında – “Əş Şifa bi Tarifi Huquqil Mustafa” və “Tərtibul Mədərik və Təqribul Məsəlik li Marifəti Alami Məzhəbi Malik” – İmam Malikdən belə bir hekayə nəql edir:

حدثنا القاضي أبو عبدِ الله محمدُ بن عبدِ الرحمن الأشْعَري ، وأبو القاسمِ أحمدُ بن بقيِّ الحاكِم ، و غيرُ واحدٍ ، فيما أجازونيه ، قالوا : أنبأنا أبو العباس أحمدُ بن عُمَرَ بن دِلْهاثٍ ، قال : حدثنا أبو الحسن علي بن فِهْرٍ ، حدثنا أبو بكر محمدُ بنُ أحمدَ بن الفرَج ، حدثنا أبو الحسن عبدُ الله بن المُنْتاب ، حدثنا يعقوب بن إسحاقَ بن أبي إسرائيل ، حدثنا ابن حُمَيْدٍ:

ناظرَ أبو جعفرٍ أميرُ المؤمنين مالكاً في مسجدِ رسولِ الله صلى الله عليه وسلم, فقال له مالك : يا أميرَ المؤمنين لا ترفعْ صوتك فى هذا المسجد ، فإن الله تعالى أدَّب قوما فقال: { لَا تَرْفَعُوا أَصْوَاتَكُمْ فَوْقَ صَوْتِ النَّبِيِّ وَلَا تَجْهَرُوا لَهُ بِالْقَوْلِ كَجَهْرِ بَعْضِكُمْ لِبَعْضٍ أَنْ تَحْبَطَ أَعْمَالُكُمْ وَأَنْتُمْ لَا تَشْعُرُونَ } ومدَح قوما فقال { إن الَّذِينَ يَغُضُّونَ أَصْوَاتَهُمْ عِندَ رَسُولِ اللَّهِ أُوْلَئِكَ الَّذِينَ امْتَحَنَ اللَّهُ قُلُوبَهُمْ لِلتَّقْوَى لَهُم مَّغْفِرَةٌ وَأَجْرٌ عَظِيمٌ }, وذمَّ قوما فقال: { إَنَّ الذين يُنَادُونَكَ مِن وَرَآءِ الْحُجُراتِ أَكْثَرُهُمْ لاَ يَعْقِلُونَ } وإِنَّ حرمتَه ميْتا كحرمتِه حيّا, فاسْتكانَ لها أبو جعفرٍ وقال: يا أبا عبدِ الله أأستقبِلُ القبلة وأدعُو, أم أستقبل رسولَ الله صلى الله عليه وسلم؟ فقال: ولِمَ تصرِف وجهَك عنه, وهو وسِيلتُك, ووسيلة أبيك آدمَ عليه السلام إلى اللهِ تعالى يومَ القيام؟ بل اسْتقبِلْه, واستشفِعْ به, فيُشفِّعَه الله, قال الله تعالى : { وَلَوْ أَنَّهُمْ إِذْ ظَلَمُوا أَنْفُسَهُمْ جَاءُوكَ فَاسْتَغْفَرُوا اللَّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللَّهَ تَوَّاباً رَحِيماً

”Qadı Əbu Abdillah Muhəmməd bin Abdir Rahmən Əl Əşari, Əbul Qasim Əhməd bin Baqi Əl Hakim və digərləri – icazə yoluyla – bizə təhdis edərək dedilər:
Bizə Əbul Abbas Əhməd bin Ömər bin Dihlas xəbər verib dedi: bizə Əbul Həsən Əli bin Fihr təhdis etdi: bizə Əbu Bəkr Muhəmməd bin Əhməd bin Əl Fərəc təhdis etdi: bizə Əbul Həsən Abdullah bin Muntab təhdis etdi: bizə Yaqub bin İshaq bin Əbi İsrail təhdis etdi: bizə İbn Humeyd təhdis etdi:

Möminlərin Əmiri Əbu Cəfər Rəsulullahın – sallallahu aleyhi və səlləm – məscidində Maliklə mübahisə etdi. Malik ona dedi: Ey Möminlərin əmiri! Səsini yüksəltmə, cünki Uca Allah bir qövmü tədib edərək buyurmuşdur:
“…Səslərinizi Nəbinin səsindən yüksəyə qaldırmayın! Ona bir birinizə müraciət etdiyiniz kimi yüksək səslə müraciət etməyin! Yoxsa siz his etmədən əməlləriniz boşa çıxar!“ (Əl-Hucurat: 49/2)
Bir qövmü mədh edərək buyurmuşdur: “Şübhəsiz ki, Allah Rəsulunun yanında səslərini qısanlar, o kimsələrdir ki Allah onların qəlbini təqva üçün sınağa çəkmişdir. Onlar üçün bağışlanma və böyük mükafat vardır.” (Əl-Hucurat: 49/3)
Bir qövmü də zəm edərək belə buyurmuşdur: “Həqiqətən, Sənə otaqların arxasından səslənənlərin çoxu ağılsız kimsələrdir.” (Əl-Hucurat: 49/4)
Onun hörməti sağlığında olduğu kimidir!
Əbu Cəfər onun sözlərini qəbul etdi və dedi:
“Ya Əba Abdillah! Qibləyə doğrumu dönüb dua edim yoxsa Rəsulullaha (sallallahu aleyhi və səlləm)?“
Malik dedi: “O Qiyamət günüdə sənin və atan Adəmin Allaha vəsiləsi olduğu halda niyə ondan üz çevirirsən? Əksinə ona doğru yönəl və ondan şəfaət istə ki, Allah da onun sənin haqqındakı şəfaətini qəbul etsin.
Uca Allah buyurur:
“…Əgər onlar nəfslərinə zülm etdikləri zaman, sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və rəsul da onlar üçün bağışlanma diləsəydi, Allahı tövbələri qəbul edən, mərhəmətli olaraq görərdilər.” (Ən-Nisa: 4/64).”

Qaynaq: Qadı İyəd: Əş Şifa: 595-596
Darul Kutubil Arabi: 1404/1984

Ayrıca bu hadisəni aşağıdakı alimlər heç bir etirazsız nəql etmişlər:

Subki “Şifaus Siqam fi Ziyarəti Xayril Ənam” əsərində
Samhudi “Xulasatul Vəfa bi Əxbəri Daril Mustafa”
İbnuz Ziya “Tarixu Məkkə Əl Muşərrəfə və Əl Məscidil Haram”
Əhməd Əl Qastalani “Əl Məvahibul Ləduniyyə bil Minahil Muhəmmədiyyə”
İbn Həcər Əl Məkki “Əl Cəvhərul Munazzam” və “Tuhfətuz Zəvvar”
Zərqani “Şərhul Məvahib”
Şami “Subulul Huda vər Raşad fi Sirəti Xayril İbad”
İbnul Mulaqqin “Ğayətus Səvl fi Xasaisir Rasul”
Əbul Həsən Əli bin Fihr “Fədailu Malik”
 
Muslimah_92Tarix: Bazar ertəsi, 11.06.2012, 14:59 | Yazı # 4
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
İrəli Sürülən Etirazlar və Cavabları:

Ümumilikdə mövzu ətrafında, xüsusən də İmam Malikdən nəql edilən hekayə haqqında iki böyük etiraz mövcuddur. Mövzunun doğru anlaşılması etiraz edilən bu iki nöqtənin qavranılmasına bağlıdır. Bu səbəblə etirazlara və onların cavablarına xüsusi diqqət edilməsi lazımdır.

Etiraz – 1. İbn Teymiyyənin də bəyanı üzrə bu qissənin sənədi zəifdir, bu səbəblə qissə bu əməlin elm əhli arasında şirk olmadığını isbat etməz.

Etirazın Cavabı:
Biz cavabımızı iki müqəddimədə təqdim edəcəyik:
A ) Bizim mövzuda isnadın önəmlilik dərəcəsi
B ) İsnad haqqında elm əhlinin görüşləri

A ) Bizim mövzuda isnadın önəmlilik dərəcəsi nədir?
Bütün ağıl sahibləri kimi bizim də qəbul etdiyimiz üsullardan biri budur: “Mötəbər alimlərin öz kitablarında ehtiyac olmadan açıq şirk olan şeyləri zikr edib, bu haqda etiraz etməməsi praktik olaraq mümkün deyil”. Necə mümkün olsun ki, cumhura görə görüş bildirilən yerdə alimin etiraz etməməsi, onun bu görüşə qatıldığına dəlil qəbul edilib və əgər nəticədə bir icma formalaşıbsa buna “sükuti icma” deyilib. Bu qayda Fiqh Üsulu kitablarında məşhur, əhli qatında məlumdur.
Məhz bu prinsipə dayanaraq deyirik ki, rəvayətin zəifliyi bizim mövqeyi zəiflətməz, çünki iddiamızı isbat yollarından biri də sadəcə bu rəvayətlərin varlığını ortaya qoymaqdır. Heç bir alim öz imamı dediyi şəxsə şirki öyərək nisbət etməz!
Məsələ daha da aydın olsun deyə belə bir misal verək: Müxaliflərimizə görə bu əməl “Rəsula ibadət etmək” mislindədir. Biz də İmam Malikin rəvayətində “şəfaət istə” kəliməsini bununla dəyişdirərək belə deyək: Malik Xəlifəyə dedi: “Ona dön və ona ibadət et!”... və Qadı İyəd və digər alimlər bunu normal bir şəkildə rəvayət etdi...
Belə bir şeyin mümkünlüyünü qəbul edənin ağıl qıtlığı əleyhində hüccət olaraq yetər. Çünki, Allahın anlayışdan məhrum etdiyi kimsənin söylədiyi söz lehinə deyil əleyhinə dəlil olar.
Bu etiraz cavaba deyil sahibinin müalicəsinə möhtacdır... Sizi gördükdə duamız budur: Bizi, sizi mübtəla etdiyindən afiyətdə qılan, yaratdıqlarının bir çoxundan bizi üstün tutan Allaha həmd olsun!
Allah Rəsulu bizə bir xəstəlik gördüyümüz zaman belə dua etməyi əmr edib...

Nəticə olaraq isnadın zəifliyinin bizim mövzumuzda rolu yoxdur! Çünki biz məsələnin caizliyini deyil şirk olub olmadığını müzakirə edirik.
Elə isə isnadın zəifliyi sizə hansı “faydanı” təmin edər?
Diqqətləri isnadın zəifliyinə çəkərək, insanları mövzudan yayındırmağı, nə elmə nə də ağla sahib olmayanlara bunun şirk olduğunu isbat etməyi... və ağıl sahibləri qatında hiylələrinizin sadəliyini, məzhəbinizin butlanını ortaya qoymağı... etibarınızın zədələnməsini...

B ) İsnad haqqında elm əhlinin görüşləri
Müzakirə etdiyimiz mövzuda isnadın xüsusi bir rolunun olmadığını isbat etdikdən sonra - detallara girmədən - elm əhlindən digərlərinin isnad barədə dediklərinə nəzər salaq:

1) İbnuz Ziya Muhəmməd bin Əhməd (789-854 h/1387-1450 m)“Tarixu Məkkə” adlı kitabında dedi:
رواه الحافظ ابن بَشْكُوَال ، ثم القاضي عياض رحمه الله في " الشفاء " . قال ابن جماعة: ولا يلتفت إلى قول من زعم أنه موضوع، لهواه الذي أراده
“Bunu Əl Hafiz İbn Bəşkuvəl, sonra isə Qadı İyəd “Əş Şifa”da rəvayət etmişdir. İbn Caməa dedi: Havasına uyaraq, bu hekayənin uydurma olduğunu söyləyənin sözünə iltifat edilməz.”

2) Əhməd Əl Qastalani (851-923 h/1448-1517 m) – İmam Buxarinin səhihini “İrşadus Sari li Şərhi Sahihil Buxari” isimli kitabında şərh etmiş bu zat İbn Həcər Əl Asqalani, Əs Saxavi, Əl Acluni, Şeyxul İslam Zəkəriyyə Əl Ənsari kimi qudvələrdən dərs almışdır – özünün “Əl Məvahibul Ləduniyyə” adlı kitabında (8/304) deyir:
وقد روى هذه القصّة أبو الحسن عليّ بن فِهْر في كتابه " فضائل مالك " بإسناد لا بأس به وأخرجها القاضي عياض في الشّفاء من طريقه عن شيوخ عدّة من ثقات مشايخه
“Bu qissəni Əbul Həsən Əli bin Fihr “Fədailu Malik” adlı kitabında “lə bəsə bih” (problemsiz) bir isnadla rəvayət etmişdir. Həmçinin Qadı İyəd bu qissəni “Əş Şifa”da onun (Əbul Həsənin) kanalıyla güvənilir şeyxlərinin bir neçəsindən rəvayət etmişdir.”

3) Əs Samhudi (844-911 h/1440-1506 m) “Xulasətul Vəfa” adlı kitabında dedi:
وفي الشفاء بسند جيد عن ابن حميد
“Əş Şifa kitabında ceyyid (yaxşı) sənədlə İbn Humeyddən...”

4) Şəmsuddin Əş Şami (v. 942 h/1536 m) “Subulul Huda” adlı kitabında dedi:
وروى القاضي - بسند جيد - عن ابن حميد
“Qadı – ceyyid sənədlə - İbn Humeyddən...”

5) Əş Şihəb Əl Xafaci (977-1069 h/1569-1659 m) “Nəsimur Riyad fi Şərhi Şifail Qadı İyəd” adlı şərhində (4/486) dedi:
وفي هذا رد على ما قاله ابن تيمية من أن استقبال القبر الشريف في الدعاء عند الزيارة أمر منكر, لم يقل به أحد, ولم يرو إلا في حكاية مفتراة على مالك، يعنى هذا القصة التي أوردها المصنف رحمه الله هنا ، ولله دَرُّه حيث أوردها بسند صحيح وذكر أنه تلقَّاها عن عدة من ثقات مشايخه

“Bu qissədə İbn Teymiyyənin “ Ziyarət əsnasında dua edərkən şərəfli qəbrə yönəlmək münkər işdir, kimsə belə bir şey deməmişdir və bu sadəcə Malikə iftira atılmış bir hekayədə nəql edilmişdir” sözlərinə rədd var. İftiradan qəsdi Musannifin (Qadı İyəd) – Allah ona rəhmət etsin – burada zikr etdiyi qissədir.
Afərin Qadı İyəda! Çünki o qissəni səhih sənədlə rəvayət etmiş və onu güvənilən şeyxlərinin bir neçəsindən aldığını zikr etmişdir.”

6) Muhəmməd Əli bin Huseyn Əl Məkki (1287-1367 h/1870-1948 m) “Təhzibul Furuq” əsərində (3/59) İbn Həcər Əl Məkki və Əz Zərqanidən nəqlən deyir:
قال العلامة ابن حجر في الجَوْهَر المنظَّم رواية ذلك عن الإمام مالك جاءت بالسند الصحيح الذي لا مَطْعَن فيه وقال العلامة الزرقاني في شرح المواهب ورواها ابن فَهْد بإسناد جيد ورواها القاضي عياض في الشفاء بإسناد صحيح رجاله ثقات ليس في إسنادها وضّاع ولا كذاب
“Alləmə İbn Həcər “Əl Cəvhərul Munəzzəm” əsərində dedi: “Bu qissə İmam Malikdən rəvayəti səhih və boşluğu olmayan sənədlə gəlmişdir.”
Alləmə Əz Zərqani “Şərhul Məvahib” adlı əsərində dedi: “İbn Fəhd bunu ceyyid sənədlə, Qadı İyəd isə “Əş Şifa”da səhih sənədlə rəvayət etmişdir, ricalı siqadır, isnadında uydurmaçı və yalançı yoxdur”.”

Etiraz – 2. Mətn barədə. Mətndə “istişfa” feli “bə” cər hərfiylə işlədilib bu isə ondan şəfaət istəmək deyil, onun vasitəsiylə təvəssül etməkdir.

Etirazın Cavabı: Biz cavabı yenə iki müqəddiməyə böləcəyik:
A ) Müxaliflərimizin iddiasının doğruluğunu fərz edək
B ) Mətnin doğru tərcüməsi nədir

A ) Müxaliflərimizin iddiasının doğruluğunu fərz edək. İrəlidə alimlərdən təqdim edəcəyimiz sitatlardan bu şəkildə olanları var “Ey Allahın Elçisi bizim üçün dua et”, “... bizim üçün şəfaət et”, “... Allahdan filan şeyi istə” və s.
Sizin tərcümənin doğru olduğunu fərz etsək belə bu sitatlara cavabınız nə olacaq? Məgər mövzudakı bütün sitatlar “bə” cər hərfiylədir?
Günəşi paltarı altında gizlətmək istəyən sadəcə ağılsızlığını günəş kimi açığa çıxarmış olar...

B ) Mətnin doğru tərcüməsi nədir. Tərcümənin məhz bizim etdiyimiz kimi olması lazımdır ki, bunun dəlilləri aşağıdakılardır:
1) Ərəb lüğəti. Yuxarıda məfhumların izahında keçdiyi kimi “istişfa” feli “bə” cər hərfiylə işlədildiyi zaman “ondan istəmək” mənası verir, “onun vasitəsilə istəmək” deyil. Kitabın şarihləri də bu qismi bizim dediyimiz kimi açıqlayıblar.
2) İmam Malikin dəlil olaraq gətirdiyi ayə. Ayədə Rəsul vasitəsilə dua deyil, onların Rəsula gəlmələri və onun da onlar üçün istiğfar etməsi zikr edilib. Şəfaət də məhz budur. Əks halda ayənin dəlil gətirilməsi yersiz olardı.
3) Qəbrə dönüş! Əgər sadəcə Rəsulun ismiylə təvəssül ediləcəksə qəbrə yönəlmənin nə mənası var? Biz yuxarıda izah etdik ki, təvəssül vəsilə edilən şəxsin olmadığı yerdə belə sadəcə onun ismiylə edilir. Birisinə doğru ona müraciət etmək və ya nəsə istəmək üçün yönəlinər.
4) Malikin ““O Qiyamət günüdə sənin və atan Adəmin Allaha vəsiləsi olduğu halda...” sözü. Malik bu sözüylə məşhur hədisə işarə etmişdir ki, o hədisdə insanların Qiyamət günü Allah Rəsulundan – sallallahu aleyhi və səlləm – şəfaət istəyəcəyi qeyd olunur, təvəssül edəcəyi deyil. Şarihlərdən Xafacinin də izahı üzrə Malikin təvəssüldən qəsdi onun duası və şəfaətilə təvəssül, yəni bunu ondan istəməkdir. İddianızın əksinə“istişfadan” təvəssül deyil, “təvəssüldən” istişfa anlaşılır. İmam Malikin vəsilə sözündən qəsdi “şəfaət istəniləcək vəsilədir”. Şəfaət hədisini zikr edib, təvəssülü əmr etmək uzaq ehtimaldır.
5) Malikin “Əksinə ona doğru yönəl və ondan şəfaət istə” əmrindən sonrakı “Allah da onun sənin haqqındakı şəfaətini qəbul etsin” sözü. İmam Malik məhz Allah da onun şəfaətini qəbul etsin deyir, sənin onu təvəssül edərək etdiyin duanı deyil! Bu da Malikin qəsdinin məhz şəfaət istəmək olduğuna işarədir.
Bu etirazlar mövzuda irəli sürülən əsas etirazlardır. Uca Allahın təvfiqiylə cavabları verildiyi üçün irəlidə onlara təkrar dönməyə lüzum görmürük. Allahu aələmu bis savab.

 
Muslimah_92Tarix: Bazar ertəsi, 11.06.2012, 15:01 | Yazı # 5
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Əhli Sünnət təfsirlərində mövzumuzla əlaqəli nəqllər:

1) Böyük müfəssir Abu Abdillah Əl Qurtubi (600-671 h/1204-1274 m) “Əl Camiu li Əhkəmil Quran” isimli kitabında Ən Nisa surəsi 64-cü ayənin təfsirində deyir:

روى أبو صادقٍ عن عليِّ قال : قدِم علينا أعرابيّ بعدما دفنَّا رسولَ الله صلى الله عليه وسلم بثلاثة أيام ، فرمَى بنفسه على قبرِ رسول صلى الله عليه وسلم ، وحَثَا على رأسه من ترابه ؛ فقال : قلتَ يا رسولَ الله فسمِعنا قولَك ، وَوَعَيْتَ عن الله فوَعَيْنا عنك ، وكان فيما أَنزل الله عليك { وَلَوْ أَنَّهُمْ إِذ ظَلَمُوا أَنْفُسَهُمْ }، وقد ظلَمتُ نفسي وجئتُك تستغفر لي. فنُوديَ من القبر أنه قد غُفِرَ لك

“Əbus Sadiq Əlidən – Allah ondan razı olsun – belə dediyini rəvayət edir:
Rəsulullahı – sallallahu aleyhi və səlləm – dəfn etdikdən üç gün sonra yanımıza bir bədəvi gəldi. Özünü Rəsulullahın – sallallahu aleyhi və səlləm – qəbri üzərinə atdı, qəbrin torpağını alıb başına səpdi və dedi:
Ya Rəsul Allah! Sən dedin, biz dediyini dinlədik. Sən Allahdan aldın, biz səndən. Allahın sənə endirdikləri arasında bu ayə var: “...Əgər onlar nəfslərinə zülm etdikləri zaman...” (Ən Nisa: 64)
Mən də nəfsimə zülm etdim və mənim üçün Allahdan bağışlanma diləyəsən deyə sənin yanına gəldim. Qəbirdən “sən bağışlandın” deyə bir səs gəldi.”

Qaynaq: Əbu Abdullah Əl Qurtubi: Əl Camiu li Əhkəmil Quran: 5-429
Beyrut: Ər Risələ: Birinci nəşr: 1427/2007
Təhqiq: Abdullah Ət Turki

2) Bu hadisəni Əlidən – Allah ondan razı olsun – müfəssir Əbu İshaq Əs Sələbi (v. 427 h/1035) “Əl Kəşfu vəl Bəyan fi Təfsiril Quran” isimli kitabında Ən Nisa surəsi 64-cü ayənin təfsirində bu sözlərlə nəql edir:

فقد ظلَمتُ نفسي فجئتك لتستغفر لي فنودي من القبر أنه قد غفر لك

“... Nəfsimə zülm etdim və sənin yanına gəldim ki, mənim üçün bağışlanma diləyəsən. Qəbirdən ““sən bağışlandın” deyə bir səs gəldi.”

3) Eyni ayəni təfsir edərkən Əbu Həyyan Ən Nəhvi (654-745 h/1256-1344 m) “Əl Bəhrul Muhit” isimli kitabında deyir:

وقد ظلَمتُ نفسي وجئت أستغفر الله ذنبي ، فاستغفرْ لي من ربي ، فنودي من القبر أنه قد غفر لك

“... Mən nəfsimə zülm etdim və günahlarım üçün Allahdan bağışlanma diləyirəm. Sən də Rəbbimdən mənim üçün bağışlanma dilə. Qəbirdən ““sən bağışlandın” deyə bir səs gəldi.”

4) Əbul Bərəkət Hafizuddin Ən Nəsəfi (v. 710 h/1310 m) “Mədarikut Tənzil və Həqaiqut Təvil”adlı kitabında sözügedən ayənin təfsirində deyir:

وقد ظلَمتُ نفسي وجئتك أستغفر الله من ذنبي فاستغفرْ لي من ربي ، فنودي من قبره قد غفر لك

“... Mən nəfsimə zülm etdim və sənə gəldim. günahlarım üçün Allahdan bağışlanma diləyirəm. Sən də Rəbbimdən mənim üçün bağışlanma dilə. Qəbirdən “sən bağışlandın” deyə bir səs gəldi.”

5) Cəlaluddin Əs Suyuti (849-911 h/1445-1505 m) “Əd Durrul Mənsur fit Təfsiri bil Məsur” adlı kitabında Əl Bəqərə surəsi 203-cü ayənin təfsirində Hafiz Əbu Bəkr Əl Beyhaqidən (384–458 h/994–1066 m) nəqlən bədəvinin belə dediyini zikr edir:

بأبي أنت و أمي يا رسولَ الله ! جئتك مُثْقَلًا بالذنوب والخطايا , أستشفع بك على ربك ؛ لأنه قال في محكم كتابه :
{وَلَوْ أَنَّهُمْ إِذْ ظَلَمُوا أَنْفُسَهُمْ جَاءُوكَ فَاسْتَغْفَرُوا اللَّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللَّهَ تَوَّاباً رَحِيماً}، وقد جئتك بأبي أنت وأمي مُثْقَلًا بالذنوب والخطايا أستشفع بك على ربك أن يغفِر لي ذنوبي، وأن تُشفَّعَ فيَّ

“... Atam anam sənə fəda olsun ya Rəsulallah. Günah və xətalarla yüklənmiş olaraq sənə gəldim. Səndən Rəbbin qatında şəfaət etməni istəyirəm. Çünki, Uca Allah kitabının möhkəm ayəsində buyurur:
“…Əgər onlar nəfslərinə zülm etdikləri zaman, sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və rəsul da onlar üçün bağışlanma diləsəydi, Allahı tövbələri qəbul edən, mərhəmətli olaraq görərdilər.” (Ən-Nisa: 4/64).
Atam anam sənə fəda olsun, sənə günah və xətalarla yüklənmiş olaraq gəldim. Səndən Rəbbin qatında mənim günahlarımı bağışlaması və haqqımdakı şəfaətini qəbul etməsi üçün şəfaət etməni istəyirəm.”

6) İbn Kəsir (701-774 h/1302-1373 m) “Təfsirul Quranil Azim” isimli kitabında Ən Nisa surəsi 64-cü ayənin təfsirində deyir:

وقد ذكَر جماعة منهم: الشيخ أبو نصْر بنُ الصَبَّاغ في كتابه "الشامل" الحكاية المشهورة عن العُتْبي، قال: كنت جالسا عند قبر النبي صلى الله عليه وسلم، فجاء أعرابي فقال: السلام عليك يا رسولَ الله، سمِعْتُ الله يقول: { وَلَوْ أَنَّهُمْ إِذْ ظَلَمُوا أَنْفُسَهُمْ جَاءُوكَ فَاسْتَغْفَرُوا اللَّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللَّهَ تَوَّابًا رَحِيمًا } وقد جئتك مستغفرًا لذنبي مستشفعًا بك إلى ربي ثم أنشأ يقول:

يَا خَيْرَ مَنْ دُفِنَتْ بِالْقَاعِ أَعْظُمُهُ... فَطَابَ مِنْ طِيبِهِنَّ القَاعُ وَالأََكَمُ
نَفْسي الفِدَاءُ لِقَبْرٍ أَنْتَ سَاكِنُهُ... فِيهِ العَفَافُ ، وَفِيهِ الجُودُ وَالكَرَمُ

ثم انصرف الأعرابيُّ فغلَبتْني عيْني، فرأيتُ النبيَّ صلى الله عليه وسلم في النوْم فقال: يا عُتْبى، اِلحَقْ الأعرابيَّ فبشِّرْه أن الله قد غفَر له

“Bir qrup – onlardan biridə Şeyx Əbu Nasr Əs Sabbağdır (v. 477 h/1084 m) ki, bunu “Əş Şamil” kitabında nəql edir – Utbidən (v. 255 h/869 m) məşhur hekayəni zikr etmişlər:
Utbi dedi: Nəbinin – sallallahu aleyhi və səlləm – qəbri yanında oturmuşdum. Bir bədəvi gəldi və dedi: Əssalamu aleykə ya Rəsulallah. Uca Allahın belə dediyini duydum:
“…Əgər onlar nəfslərinə zülm etdikləri zaman, sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və rəsul da onlar üçün bağışlanma diləsəydi, Allahı tövbələri qəbul edən, mərhəmətli olaraq görərdilər.” (Ən-Nisa: 4/64).
Mən, günahlarım üçün bağışlanma diləyərək və səndən Rəbbim qatında şəfaət etməni istəyərək sənin yanına gəldim. Sonra belə bir şer oxumağa başladı:

Ey sümükləri ovada dəfn edilənlərin ən xeyirlisi
Onların gözəl qoxusundan ova və təpələr yaşıllaşdı
Sənin sakin olduğun qəbrə mənim canım fəda olsun
Orada iffət, comərdlik və kərəm var

Sonra dönüb getdi və məni yuxu tutdu. Yuxuda Nəbini – sallallahu aleyhi və səlləm – gördüm və mənə dedi: Ey Utbi! O bədəviyə yetiş və onu Allahın onu bağışlamasıyla müjdələ.”

Qaynaq: İbn Kəsir: Təfsirul Quranil Azim: 4/140
Məktəbətu Qurtuba

7) Əbu Zeyd Əs Sələbi (786-875 h/ 1384 1470 m) “Cəvəhirul Hisan fi Təfsiril Quran” adlı kitabında Ən Nisa surəsi 64-cü ayənin açıqlamasında digər bir ləfz zikr etdikdən sonra deyir:

انتهى من "حِلْية النوويِّ" ، و "سُنَنِ الصَّالحين" ؛ للباجِيِّ ، وفيه : مُسْتَغْفِراً مِنْ ذُنُوبِي ، مستشفعاً بك إلى ربِّي

“”Hilyətun Nəvəvi” və (Əbu Valid) Əl Bacinin “Sunənus Salihin”adlı kitabından nəql bitdi. Bacinin kitabındakı ləfz (sh. 143) “günahlarım üçün bağışlanma diləyərək və səndən Rəbbim qatında şəfaət etməni istəyərək” şəklindədir.”

8) Həmçinin, Əbu Abdillah Əl Qurtubi (600-671 h/1204-1274 m) Yusuf surəsi 21-ci ayəni təfsir edərkən, bu tərz bir əməli – müxaliflərimizə görə şirk sayılmasına baxmayaraq – Yusuf peyğəmbərə – aleyhissəlam- nisbət edir:

فمرّ على مقبرة آل كنعان فرأى قبر أمّه - وقد كان وكّل به أسود يَحرُسه فغفَل الأسود - فألْقَى يوسف نفسَه على قبر أمه فجعَل يتمرَّغ ويعتنِق القبر ويضطرب ويقول : يا أمّاه ! ارفَعي رأسَكِ تَرَي ولدَك مكبَّلا مقيَّدا مسَلْسَلا مغلولا ; فرّقوا بيني وبين والدي , فاسألي الله أن يجمَع بيننا في مستقرّ رحمته إنه أرحم الراحمين
 
Muslimah_92Tarix: Bazar ertəsi, 11.06.2012, 15:04 | Yazı # 6
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hədis, hədis şərhi və rical və bu baba mutaalliq kitablarda mövzumuzla əlaqəli olanlar:

1) Malik Əd Dar qissəsi. İbnu Əbi Şeybə (159-235 h/776-849 m) hədisləri topladığı “Əl Musənnəf” isimli kitabında deyir:

حدثنا أبو مُعاويةَ عن الأَعْمَش عن أبي صالحٍ عن مالكِ الدار , قال : وكان خازِنَ عمرَ على الطَّعام , قال : أصابَ الناسَ قَحْطٌ في زَمَن عمرَ , فجاءَ رجلٌ إلى قبْر النبي صلى الله عليه وسلم , فقال : يا رسولَ الله , اِستسقِ لأمتِك فإنهم قد هلَكوا , فأُتيَ الرجلُ في المَنام فقيل له : اِئْتِ عمرَ فأقْرَئْه السلامَ , وأخبِرْه أنكم مَسقِيُّون وقلْ له : عليك الكَيْسَ , عليك الكَيْسَ , فأتى عمرَ فأخبرَه فبكَى عمرُ , ثم قال : يا ربّ لا آلُو إلا ما عجَزتُ عنه

“32665 : Əbu Muaviyə - Aməş – Əbu Salih – Malik əd Dardan – ki bu adam Ömərin ərzaq xəzinədarı idi – belə dediyini təhdis etdi:
Ömər zamanında insanlara quraqlıq üz verdi. Bir adam Nəbinin – sallallahu aleyhi və səlləm – qəbrinə gəlib dedi: Ey Allahın Rəsulu! Ümmətin üçün yağmur istə, çünki onlar həlak olmaq üzrədirlər.
O adam yuxuda belə deyildi: Ömərə get, salam de və ona yağmura qovuşacaqlarını xəbər ver. Həmçinin ona de ki: Müdrik ol! Müdrik ol!
Adam gedib Ömərə bunu xəbər verdi və Ömər ağladı. Sonra isə, “Ya Rəbbim mən bacardığımı edirəm” dedi.”

Qaynaq: İbnu Əbi Şeybə: Əl Musənnəf: 17/63-65
Ciddə: 1427/2006

İbn Hacər Əl Asqalani “Fəthul Bari” adlı əsərində (2/494) belə deyir: “İbnu Əbi Şeybə səhih isnadla rəvayət etmişdir… (qissəni zikr edir) … Seyf (bin Ömər ət Təmimi/v. 200 h/815 m) “Əl Futuh” (Əl Futuh Əl Kəbir) adlı əsərində məzkur yuxunu görənin səhabədən Bilal bin Əl Haris olduğunu rəvayət etmişdir.”
Beləliklə İbn Hacər bu qissədəki “şirki” qəbul etməklə qalmamış, bu əməl sahibi olan “müşrikin” səhabədən biri olması ehtimalına da səssiz qalmışdır...

Qissəni zikr edən başqa alimlər:

İbn Həcər əl Asqalani “Əl İsabə fi Təmyizis Sahabə” adlı əsərində
İbnu Abdil Bərr “Əl İstiab fi Məarifətil Ashab”
Əbu Bəkr Əl Beyhaqi “Dəlailun Nubuvvə”
Əbu Yala Əl Xalili “Əl İrşad fi Məarifəti Uləməil Hədis”
Muhibbuddin Ət Tabəri “Ər Riyadun Narda fi Mənaqibil Əşara”
Əl Bəğavi “Əl Fədail”
Cəlaluddin Əs Suyuti “Camiul Əhədis”
Əlauddin Əli Əl Muttaqi “Kənzul Umməl fi Sunənil Əqval val Əfal”

2) Utbi qissəsi. Allamə Muhyiddin Ən Nəvəvi (631-676 h/ 1233-1277 m) “Əl Əzkar” isimli əsərində, Şərəfli Qəbrin ziyarəti zamanı ediləcək zikrləri qeyd edərkən deyir:

ثم يرجِعُ إلى موقِفه الأوّل قُبالة وجهِ رسول اللّه صلى اللّه عليه وسلم فيتوسّلُ به في حقّ نفسه، ويتشفّعُ به إلى ربه سبحانه وتعالى، ويدعو لنفسه ولوالديه وأصحابه وأحبابه ومَن أحسنَ إليه وسائر المسلمين…
وعن العُتْبيّ‏ قال‏:‏ كنتُ جالساً عند قبر النبيّ صلى اللّه عليه وسلم فجاء أعرابيٌّ فقال‏:‏ السلام عليك يا رسول اللّه‏!‏ سمِعتُ اللّه تعالى يقول‏:‏ ‏{‏وَلَوْ أنَّهُمْ إِذْ ظَلَمُوا أنْفُسَهُمْ جَاؤُوكَ فاسْتَغْفَرُوا اللَّهَ واسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لوَجَدُوا اللَّهَ تَوَّاباً رَحِيماً‏}‏ ‏[‏النساء‏:‏64‏]‏ وقد جِئتُك مستغفراً من ذنبي، مستشفعاً بك إلى ربي، ثم أنشأ يقول‏:‏
يا خيرَ مَنْ دُفنتْ بالقاع أعظُمُه * فطابَ من طيبهنَّ القَاعُ والأكمُ
نفسي الفداءُ لقبرٍ أنتَ ساكنُهُ * فيه العفافُ وفيه الجودُ والكرَمُ
قال‏:‏ ثم انصرفَ، فحمَلتني عيْنايَ فرأيتُ النبيَّ صلى اللّه عليه وسلم في النوْم فقال لي‏:‏ يا عُتْبيّ، اِلحَق الأعرابيَّ فبشِّرْه بأن اللّهَ تعالى قد غفَر له‏.‏

“Sonra ziyarətçi Rəsulullahın – sallallahu aleyhi və səlləm – qarşısındakı öncəki mövqeyinə dönər və öz ehtiyacları barəsində onunla təvəssül edər, və ondan Rəbbi – Subhanəhu və Təala – qatında şəfaət etməsini istəyər, özü, valideynləri, dostları, sevdikləri, ona yaxşılıq edənlər və digər müsəlmanlar üçün dua edər...

Utbidən: Nəbinin – sallallahu aleyhi və səlləm – qəbri yanında oturmuşdum. Bir bədəvi gəldi və dedi: Əssalamu aleykə ya Rəsulallah. Uca Allahın belə dediyini duydum:
“…Əgər onlar nəfslərinə zülm etdikləri zaman, sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və rəsul da onlar üçün bağışlanma diləsəydi, Allahı tövbələri qəbul edən, mərhəmətli olaraq görərdilər.” (Ən-Nisa: 4/64).
Mən, günahlarım üçün bağışlanma diləyərək və səndən Rəbbim qatında şəfaət etməni istəyərək sənin yanına gəldim. Sonra belə bir şer oxumağa başladı:

Ey sümükləri ovada dəfn edilənlərin ən xeyirlisi
Onların gözəl qoxusundan ova və təpələr yaşıllaşdı
Sənin sakin olduğun qəbrə mənim canım fəda olsun
Orada iffət, comərdlik və kərəm var

Sonra dönüb getdi və məni yuxu tutdu. Yuxuda Nəbini – sallallahu aleyhi və səlləm – gördüm və mənə dedi: Ey Utbi! O bədəviyə yetiş və onu Allahın onu bağışlamasıyla müjdələ.”

Qaynaq: Muhyiddin Ən Nəvəvi: Əl Əzkar: 1/233
Ər-Riyad: 1417/1997

Bu qisssəni bir çoxları zikr etmişdir ki, yeri gəldikcə zikr ediləcək. Burada isə bölümə müvafiq olanları zikr etməklə kifayətlənəcəyik.
Hekayəni eyni zamanda aşağıdakılar nəql etmişdir:

İbnul Cəvzi “Musirul Ğaramis Sakin ilə Əşrəfil Əməkin” isimli kitabında
İbn Asakir “Mucəmuş Şuyux”
Muhibuddin Ət Tabəri “Ğayətul İhkam fi Əhədisil Əhkam” isimli kitabında “O bədəviyə yetiş və Allahın onu mənim şəfaətimlə bağışladığını müjdələ” ifadəsilə nəql etmişdir ki, bu da bədəvinin təvəssül deyil məhz şəfaət istədiyini təsdiqləyən əlavə qarinələrdən biridir.

3) Bədəvi qissəsi. Əbu Bəkr Əl Beyhaqi (384–458 h/994–1066 m) “Şuabul İman” adlı əsərində Əbu Hərb Əl Hilali kanalıyla bir bədəvinin qissəsini zikr edir:

أخبرنا أبو علي الرُّوذْباري، حدثنا عمرُو بن محمدِ بن عمرُو بن الحسين بن بَقِيّة، إملاءً، حدثنا شُكْرٌ الهَرَوِي، حدثنا يزيدُ الرَّقَّاشِي، عن محمد بن رَوْحِ بن يزيدَ البصْري، حدثني أبو حَرْبٍ الهِلالي، قال: حجَّ أعْرابيٌّ فلمّا جاءَ إلى بابِ مسجد رسول الله صلى الله عليه وسلم أناخَ راحلتَه فعقَلها ثم دخَل المسجد حتى أتَى القبرَ ووقَف بحِذاء وجْه رسول الله صلى الله عليه وسلم، فقال: بأبي أنت و أمي يا رسولَ الله ! جئتك مُثْقَلًا بالذنوب والخَطايا , أستشفعُ بك على ربك ؛ لأنه قال في محكم كتابه :
{وَلَوْ أَنَّهُمْ إِذْ ظَلَمُوا أَنْفُسَهُمْ جَاءُوكَ فَاسْتَغْفَرُوا اللَّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللَّهَ تَوَّاباً رَحِيماً}، وقد جئتك بأبي أنت وأمي مُثْقَلًا بالذنوب والخطايا أستشفعُ بك على ربك أن يغفِر لي ذنوبي، وأن تُشفَّعَ فيَّ
ثم أقبلَ في عُرْضِ الناس، وهو يقول:

يَا خَيْرَ مَنْ دُفِنَتْ بِالْقَاعِ أَعْظُمُهُ... فَطَابَ مِنْ طِيبِهِنَّ القَاعُ وَالأََكَمُ
نَفْسي الفِدَاءُ لِقَبْرٍ أَنْتَ سَاكِنُهُ... فِيهِ العَفَافُ ، وَفِيهِ الجُودُ وَالكَرَمُ

“Əbul Əli Ər Ruzbəri- Amr bin Muhəmməd bin Amr bin Əl Huseyn bin Bəqiyyə - Şukr Əl Harəvi – Yezid Rəqqaşi – Muhəmməd bin Rəvh bin Yezid Əl Basri – Əbu Harb Əl Hilali:

Bir bədəvi həcc etdi daha sonra Rəsulullahın – sallallahu aleyhi və səlləm – məscidinin qapısına gəldiyi zaman heyvanını çökdürüb bağladı. Sonra Məscidə girdi, qəbrə yaxınlaşdı, Rəsulullahın – sallallahu aleyhi və səlləm – üzü xizasında durdu və dedi:
Atam anam sənə fəda olsun ya Rəsulallah. Günah və xətalarla yüklənmiş olaraq sənə gəldim. Səndən Rəbbin qatında şəfaət etməni istəyirəm. Çünki, Uca Allah kitabının möhkəm ayəsində buyurur:
“…Əgər onlar nəfslərinə zülm etdikləri zaman, sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və rəsul da onlar üçün bağışlanma diləsəydi, Allahı tövbələri qəbul edən, mərhəmətli olaraq görərdilər.” (Ən-Nisa: 4/64).
Atam anam sənə fəda olsun, sənə günah və xətalarla yüklənmiş olaraq gəldim. Səndən Rəbbin qatında mənim günahlarımı bağışlaması və haqqımdakı şəfaətini qəbul etməsi üçün şəfaət etməni istəyirəm.
Sonra belə deyə - deyə insanlar arasına qarışdı:

Ey sümükləri ovada dəfn edilənlərin ən xeyirlisi
Onların gözəl qoxusundan ova və təpələr yaşıllaşdı
Sənin sakin olduğun qəbrə mənim canım fəda olsun
Orada iffət, comərdlik və kərəm var.”

Qaynaq: Əbu Bəkr Əl Beyhaqi: Şuabul İman: 6/60
Məktəbətur Ruşd: 1423/2003

Qissəni həmçinin aşağıdakılar zikr etmişdir:
İbn Asakir “Mucəmuş Şuyux” əsərində
Əli Əl Muttəqi “Kənzul Ummal”
Cəlaluddin Əs Suyuti “Camiul Əhədis”də “mənim üçün bağışlanma diləyəsən deyə sənə gəldim…” ləfzilə

4) İbnul Muqri hekayəsi. Hafiz Şəmsuddin Əz Zəhəbi (673-748 h/1274-1348 m) “Siyəru Aləmin Nubalə” isimli əsərində İsfahanın böyük mühəddisi İbnul Muqrinin tərcəməsində onun başına gələn bir hadisəni öz dilindən nəql edir:

كنتُ أنا والطَّبَراني، وأبو الشيخ بالمدينة، فضاقَ بنا الوقتُ، فواصلْنا ذلك اليومَ، فلمّا كان وقتُ العِشاء حضَرتُ القبرَ، وقلتُ: يا رسولَ الله الجُوع ، فقال لي الطَّبَراني: اجلِسْ، فإما أن يكونَ الرِّزقُ أو الموتُ.
فقمتُ أنا وأبو الشيخ، فحضَر البابَ عَلَويُّ، ففتَحْنا له، فإذا معه غلامان بقُفَّتين فيهما شئٌ كثيرٌ، وقال: شكَوْتمُوني إلى النبي صلى الله عليه وسلم ؟ رأيتُه في النوم، فأمَرَني بحمْل شئٍ إليكم

“Mən (İbnul Muqri), Ət Tabərani və Əbuş Şeyx (İbnu Heyyan Əl Ənsari) Mədinədə idik. (yemək) vaxtımız daraldı və (ərzaqımız olmadığı üçün) o gün vüsal orucu (iftar etmədən ertəsi gün də ac qalma şəklində) tutduq. İşa vaxtı gəldikdə (şərəfli) qəbrə gəldim və dedim: “Ey Allahın Rəsulu! Aclıq…”
Tabərani mənə dedi: Otur! Ya ərzaq gələr, ya da ölüm…
Mən və Əbuş Şeyx (İbnu Heyyan) qalxdıq (namaz qıldıq). Daha sonra qapıya bir Ələvi gəldi (Əli – kərrəmAllahu vəchəhu – tərəfdarı) və biz qapını açdıq. Onun yanında iki yeniyetmə, onların əlində isə içində bir çox şeylər olan iki böyük səbət vardı.
Ələvi dedi: Məndən Nəbiyə - sallallahu aleyhi və səlləm – şikayət etmisiniz? Onu yuxuda gördüm və mənə sizə bir şey gətirməyimi əmr etdi.”

Qaynaq: Şəmsuddin Əz Zəhəbi: Siyəru Aləmin Nubəla: 16/400-401

Eyni hadisəni İmam Zəhəbi həmçinin “Təzkirətul Huffaz” isimli kitabında da zikr etmişdir. Həmçinin bu hadisəni İbnul Cəvzi “Əl Vəfa bi Təarifi Fədailil Mustafa” adlı kitabında zikr etmişdir.
 
Muslimah_92Tarix: Bazar ertəsi, 11.06.2012, 15:05 | Yazı # 7
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hənəfi məzhəbi kitablarında mövzumuzla əlaqəli olanlar:

Mövzuyla əlaqəli Məzhəbin imamı olan Əbu Hənifənin görüşü daha öncə təqdim edilmişdi. Digər imamların görüşünə nəzər salaq.

Hənəfi alimlərindən Zeynuddin Əl Kirmani (v. 597 h/1201 m) bu haqda deyir:

جِئناك للاسْتشفاعِ إلى ربِّكَ , فأنتَ الشافعُ المشفَّعُ , الموعودُ بالشفاعةِ الكبرى , والمقامِ المحمودِ , وقد قال تعلى فيما أنزلَ عليك :
{ وَلَوْ أَنَّهُمْ إِذْ ظَلَمُوا أَنْفُسَهُمْ جَاءُوكَ فَاسْتَغْفَرُوا اللَّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللَّهَ تَوَّاباً رَحِيماً } , وقد جِئناك يا حبيبَ اللهِ ظالمينَ لأنفسِنا , مُستغفرينَ لذُنوبِنا , وأنتَ نبيُّنا , فاشفعْ لنا إلى ربِّنا وربِّك , واسأَلْه أنْ يُمِيتَنا على سنَّتِك , وأنْ يحشُرَنا في زُمْرَتِك ، وأنْ يُوْرِدَنا حَوْضَك ، وأنْ يُسقِيَنا كَأْسَك غيرَ خَزَايا ولا نُدامى .
يا رسولَ الله الشفاعة الشفاعة الشفاعة - يقوله ثَلاثَ مَرَّاتٍ - , فقد سمَّاك اللهُ بالرؤوفِ والرحيمِ فاشفعْ لمن أتاكَ ظالمًا لنفسِه , مُعْترِفًا بذنْبِه , تائبا إلى ربِّه . . .
فإنْ كانَ قد أوْصاك أحدٌ مِن المسلمينَ بتبْليغِ السلامِ إلى النبيِّ - صلى الله عليه وسلم - تقول : السلامُ عليكَ يا رسولَ الله مِن فلانِ بنِ فلانٍ , يستشفِعُ بك إلى ربِّك بالرحمةِ والمغفرةِ فاشفعْ له ولجميعِ المؤمنينَ , فأنتَ الشافعُ المشفَّعُ , الرؤوفُ والرحيمُ

"(Allah Rəsulunun qəbrini ziyarət edən belə deməlidir) Sənin yanına Rəbbindən şəfaət diləyəsən deyə gəldik. Çünki sən Şəfaət istəyən və şəfaəti qəbul edilənsən, sənə "böyük şəfaət" və "öyülən məqam" vəd edilib.
Uca Allah sənə endirdiyi (Quranda) buyurur:
"Əgər onlar nəfslərinə zülm etdikləri zaman, sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və rəsul da onlar üçün bağışlanma diləsəydi, Allahı tövbələri qəbul edən, mərhəmətli olaraq görərdilər."(Ən-Nisa: 4/64)
Ey Allahın həbibi! Bizdə sənin yanına nəfslərimizə zülm edənlər, günahlarımız üçün bağışlanma diləyənlər olaraq gəldik. Sənsə bizim Nəbimizsən! Elə isə bizim üçün Rəbbindən şəfaət dilə! Ondan bizi sənin sünnətin üzrə vəfat etdirib, sənin zümrəndə həşr etməsini, hovuzuna yetişdirməsini, utanc və peşmanlıq olmadan kasanla içirməsini istə.
Ey Allahın Rəsulu! Şəfaət, Şəfaət, Şəfaət! – bunu üç dəfə deməlidir . Uca Allah səni rauf və rəhim olaraq isimləndirib! (Ət Tövbə: 9/128 ayəsində)
Elə isə sənin yanına nəfsinə zülm etmiş, günahını etiraf etmiş, Rəbbinə tövbə etmiş olaraq gələn kimsə üçün şəfaət dilə! ...
Əgər Müsəlmanlardan biri səndən Nəbiyə - sallallahu aleyhi və səlləm – salam çatdırmanı istəyibsə o zaman belə deyərsən:
Filan oğlu filandan sənə salam var ey Allahın Rəsulu, səndən Rəbbin yanında rəhmət və bağışlanma üçün şəfaət etməni istəyir, ona və bütün Müsəlmanlara şəfaət et! Axı sən şəfaət Şəfaət istəyən və şəfaəti qəbul edilən, rəuf və rəhimsən!"

Qaynaq: Zeynuddin Əl Kirmani: Əl Məsəlik fil Mənəsik: 1073
Beyrut: Darul Bəşairil İsləmiyyə: 1424/2003

Hənəfi Fuqahasından Abdullah bin Mahmud Əl Məvsili (599–683 h/1203–1284 m) "Əl Muxtar lil Fətva" kitabı üzərinə yazdığı "Əl İxtiyar li Təlilil Muxtar" isimli əsərində, Allah Rəsulunun - sallallahu aleyhi və səlləm - qəbrini ziyarət edənin söyləməsi lazım olan sözlərdən bunları qeyd edir:

وقد قال الله تعالى: { وَلَوْ أَنَّهُمْ إِذْ ظَلَمُوا أَنْفُسَهُمْ جَاءُوكَ فَاسْتَغْفَرُوا اللَّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللَّهَ تَوَّاباً رَحِيماً }, وقد جِئناك ظالمينَ لأنفسِنا، مستغفِرين لذُنوبِنا ، فاشفَعْ لنا إلى ربِّك، واسأَله أنْ يُمِيتَنا على سنَّتِك، وأنْ يحشُرَنا في زُمْرَتِك، وأنْ يُوْرِدَنا حَوْضَك، وأنْ يُسقِيَنا كَأْسَك غيرَ خَزَايا ولا نادمينَ، الشفاعة الشافعة يا رسولَ اللهِ، يقولها ثلاثا, { رَبَّنَا اغْفِرْ لَنَا وَلِإِخْوَانِنَا الَّذِينَ سَبَقُونَا بِالْإِيمَانِ }، ويُبلِّغه سلامَ مَن أوْصاه فيقول : السلامُ عليكَ يا رسولَ الله مِن فلانِ ابنِ فلانٍ ، يستشْفعُ بك إلى ربِّك فاشفَعْ له ولجميعِ المسلمين

"Uca Allah buyurmuşdur: "... Əgər onlar nəfslərinə zülm etdikləri zaman, sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və rəsul da onlar üçün bağışlanma diləsəydi, Allahı tövbələri qəbul edən, mərhəmətli olaraq görərdilər." (Ən-Nisa: 4/64)
Sənin yanına nəfslərimizə zülm edənlər və günahlarımıza görə bağışlanma diləyənlər olaraq gəldik. Elə isə bizim üçün Rəbbindən şəfaət istə, ondan bizi sünnətin üzrə vəfat etdirib, zümrəndə həşr etməsini, bizi sənin Hovuzuna yetişdirməsini və sənin qədəhindən (Hovuzundan) utanc və peşmanlıq olmadan içirməsini dilə. Şəfaət, Şəfaət! Ey Allahın Rəsulu!" Bunu üç dəfə təkrar edər.
"... Rəbbimiz! Bizi və iman etməkdə bizdən öncə gələn qardaşlarımızı bağışla..." (Əl-Haşr: 59/10)
Ona salam göndərənin salamını çatdıraraq deyər: Filan oğlu filandan sənə salam var Ya Rasulallah!
Səndən Rəbbin qatında şəfaət etməni istəyir. Onun üçün və bütün müsəlmanlar üçün şəfaət istə."

Qaynaq: Abdullah bin Mahmud Əl Məvsili: Əl İxtiyar li Talilil Muxtar: 1/176
Beyrut: Darul Kutubil İlmiyyə

Zamanında Məkkə qazisi olan, hənəfi alimi Bəhəuddin İbnuz Ziya (789-854 h/1387-1450 m) "Tarixu Məkkə" adlı kitabında Qəbri ziyarət edənin belə deməsini gərəkli sayır:

وقد قال الله تعالى : { وَلَوْ أَنَّهُمْ إِذْ ظَلَمُوا أَنْفُسَهُمْ جَاءُوكَ فَاسْتَغْفَرُوا اللَّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُول لَوَجَدُوا اللَّهَ تَوَّابًا رَحِيمًا } . وقد جِئناكَ يا رسولَ اللهِ ظالمينَ لأنفسِنا ، مُستغفِرين لذُنوبِنا ، فاشفَعْ لنا إلى ربِّنا , واسأَلْه أنْ يُمِيتَنا على سنَّتِك ، وأنْ يحشُرَنا في زُمْرَتِك ، يُسقِيَنا بِكَأْسِكَ غيرَ خَزَايا ولا نَدامى ، ويرزُقَنا مُرافَقتَك في الفِرْدَوسِ الأعلى مع الذينَ أنعمَ اللهُ عليهم مِن النبيِّينَ والصِّدِّيقينَ والشُّهَداءِ والصالحينَ وحَسُنَ أولئك رَفيقاً ، يا رسولَ اللهِ الشفاعة الشفاعة

"Uca Allah buyurmuşdur: "... Əgər onlar nəfslərinə zülm etdikləri zaman, sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və rəsul da onlar üçün bağışlanma diləsəydi, Allahı tövbələri qəbul edən, mərhəmətli olaraq görərdilər." (Ən-Nisa: 4/64)
Ya Rəsulullah! Biz sənin yanına, nəfslərimizə zülm edənlər və günahlarımızdan istiğfar edənlər olaraq gəldik.
Səndə bizim üçün Rəbbindən şəfaət istə! Ondan, bizi sənin sünnətin üzrə vəfat etdirib, sənin zümrəndə həşr etməsini, utanc və peşmanlıq olmadan kasanla içirməsini, Bizi "Firdəvsul Ala"da, Nəbilərdən, siddiqlərdən, şəhidlərdən və salihlərdən Allahın nemət verdiyi kəslərlə bərəbər, sənin yanında olmaqla ruziləndirməsini istə! Onlar nə gözəl dostlardır.
Ey Allahın Rəsulu! Şəfaət! Şəfaət!"

Qaynaq: Bəhəuddin İbnuz Ziya Əl Məkki : Tarixu Məkkə: 344
Beyrut: Darul Kutubil İlmiyyə: 1424/2004

Hənəfi alimlərindən Kəməluddin İbn Huməm Əs Sivasi (790-861 h/1388-1457 m) "Fəthul Qadir" əsərində Nəbinin - sallallahu aleyhi və səlləm - qəbrini ziyarət edənin etməsi lazım olan əməllər haqda belə demişdir:

ويسألُ اللهَ تعالى حاجتَه متوسِّلا إلى اللِه بِحَضْرة نبيِّه عليه الصلاة والسلام .
وأعظمُ المسائل وأهمُّها سؤالُ حُسْنِ الخاتِمةِ والرِّضْوانِ والمغْفِرةِ ، ثم يسألُ النبيَّ صلى الله عليه وسلم الشفاعةَ فيقول: يا رسولَ الله أسألك الشفاعةَ ، يا رسولَ الله أسألك الشفاعةَ وأتوسّلُ بك إلى اللهِ في أنْ أمُوتَ مُسلمًا على مِلّتِك وسنَّتِك

"Nəbisinin – aleyhissalatu vəssəlam – hüzurunda olmasıyla təvəssül edərək Uca Allahdan ehtiyacını tələb edər.
Məsələlərin ən böyüyü və ən əhəmmiyyətlisi isə xeyirli sonluq, Allahın rızasının və bağışlanmanın istənməsidir.
Sonra isə, Nəbidən – sallallahu aleyhi və səlləm – şəfaət istəyər və deyər:
"Ey Allahın Rəsulu! Səndən şəfaət istəyirəm. Ey Allahın Rəsulu! Səndən şəfaət istəyirəm. Sənin dinin və sünnətin üzrə Müsəlman olaraq ölməm üçün səninlə Allaha təvəssül edirəm."

Qaynaq: Kəməluddin İbn Huməm: Fəthul Qadir lil Acizil Faqir: 3/169
Beyrut: Darul Kutubil İlmiyyə: 1424/2003

Hənəfi alimlərindən Rahmətullah Əs Sindi (v. 993/1585 m) "Lubəbul Mənasik və Ubəbul Məsəlik" adlı kitabında Şərəfli qəbri ziyarət edən kimsənin şəfaət istəyəcəyini deyir, kitabı şərh edən digər bir Hənəfi fəqihi Mulla Əli Əl Qari (v. 1014 h/1606 m) bunu təsdiqləyərək izah edir:

قال السِّنْدي : ثم يطلُب الشفاعةَ , فيقول : يا رسولَ اللهِ أسألُك الشفاعةَ ثلاثًا .

شرحُ مُلا عليِّ القاري : ( ثم يطلُب الشفاعةَ ) أي : في الدنْيا بالتوفيقِ وفي الآخرةِ بغُفرانِ المعْصيةِ

قال السِّنْدي : وحسنٌ أن يقولَ : اللهمَّ إنك قلتَ وأنتَ أصدقُ القائلين { وَلَوْ أَنَّهُمْ إذْ ظَلَمُوا أَنْفُسَهُمْ جَاءُوك فَاسْتَغْفَرُوا اللَّهَ وَاسْتَغْفَرَ لَهُمْ الرَّسُولُ لَوَجَدُوا اللَّهَ تَوَّابًا رَحِيمًا } جِئناك ظالمينَ لأنفسِنا , مُستغفرينَ مِن ذُنوبِنا فاشفَعْ لنا :

شرحُ مُلا عليِّ القاري : ( وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ ) أي : بالشفاعةِ لردِّهم إلى الطاعةِ .
( ظالمينَ لأنفسِنا , مُستغفرينَ مِن ذُنوبِنا ) أي : ومُستشفعينَ بك إلى ربِّنا .
( فاشفَعْ لنا ) أي : إلى ربِّك

"Əs Sindi: " ... (qəbri ziyarət edən kimsə) daha sonra şəfaət istəyər və belə deyər: Ey Allahın Rəsulu səndən şəfaət istəyirəm, bu üç dəfə təkrar edər."

Mulla Əli Əl Qarinin şərhi: "... "... daha sonra şəfaət istəyər ..." yəni, dünyada təvfiq, axirətdə günahların bağışlanması üçün (şəfaət istəyər)."

Əs Sindi: " ... (qəbri ziyarət edən kimsənin) belə deməsi yaxşıdır/gözəldir: Ya Allah! Sən buyurdun – sən buyuranların ən doğru sözlüsüsən - :
"Əgər onlar nəfslərinə zülm etdikləri zaman, sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və rəsul da onlar üçün bağışlanma diləsəydi, Allahı tövbələri qəbul edən, mərhəmətli olaraq görərdilər." (Ən-Nisa: 4/64)
Bizdə sənin (Peyğəmbərin) yanına nəfslərimizə zülm edənlər, günahlarımız üçün bağışlanma diləyənlər olaraq gəldik. Elə isə bizim üçün şəfaət dilə!"

Mulla Əli Əl Qarinin şərhi: " ... və rəsul da onlar üçün bağışlanma diləsəydi... " yəni onların itaətə dönmələri üçün şəfaət etsəydi.
" ... nəfslərimizə zülm edənlər, günahlarımız üçün bağışlanma diləyənlər olaraq ..." yəni eyni zamanda Rəbbimizdən şəfaət diləməni istəyərək gəldik.
" ... Elə isə bizim üçün şəfaət dilə! ..." yəni Rəbbindən dilə."

Qaynaq: Mulla Əli Əl Qari: Əl Məsləkul Mutəqassit fi Mənsəkil Mutəvassit alə Lubəbil Mənəsik: 289-291
Misir: Əl Mətbəatul Kubra: 1288

Hənəfi fəqihlərindən Əbul İxlas Əş Şurunbulali (994-1069 h/ 1585-1659 m) Nəbinin - sallallahu aleyhi və səlləm - qəbrini ziyarət edənin deyəcəyi sözləri zikr edir:

وقد قال الله تعالى: { وَلَوْ أَنَّهُمْ إِذْ ظَلَمُوا أَنْفُسَهُمْ جَاءُوكَ فَاسْتَغْفَرُوا اللَّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللَّهَ تَوَّاباً رَحِيماً }, وقد جِئناك ظالمين لأنفسنا, مستغفرين لذنوبنا, فاشفَعْ لنا إلى ربك, واسأله أن يُمِيتَنا على سنّتِك, وأن يَحشُرَنا في زُمْرتِك, وأن يُوْرِدَنا حَوْضَك, وأن يُسقِيَنا بكأسِك غيرَ خَزَايَا ولا نَدامى, الشفاعة الشفاعة الشفاعة يا رسولَ الله - يقولها ثلاثا - { رَبَّنَا اغْفِرْ لَنَا وَلِإِخْوَانِنَا الَّذِينَ سَبَقُونَا بِالْأِيمَانِ وَلا تَجْعَلْ فِي قُلُوبِنَا غِلّاً لِلَّذِينَ آمَنُوا رَبَّنَا إِنَّكَ رَؤُوفٌ رَحِيمٌ }, وتُبلِّغه سلامَ من أوْصاك به فتقول : السلام عليك يا رسولَ الله مِن فلانِ بنِ فلانٍ, يتشفَّع بك إلى ربك فاشفَعْ له وللمسلمين

"Uca Allah belə buyurmuşdur: "Əgər onlar nəfslərinə zülm etdikləri zaman, sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və rəsul da onlar üçün bağışlanma diləsəydi, Allahı tövbələri qəbul edən, mərhəmətli olaraq görərdilər."(Ən-Nisa: 4/64)
Sənin yanına nəfslərimizə zülm edərək, günahlarımızdan istiğfar edərək gəlmişik. Bizim üçün Rəbbinə şəfaət elə! Ondan, bizi sənin sünnətin üzrə vəfat etdirib, sənin zümrəndə həşr etməsini, hovuzuna yetişdirməsini, utanc və peşmanlıq olmadan kasanla içirməsini istə.
''Şəfaət, Şəfaət, Şəfaət! Ey Ağamız! Ey Allahın Rəsulu!" Bunu üç dəfə deyər.
"... Rəbbimiz! Bizi ve iman etməkdə bizdən öncə gələn qardaşlarımızı bağışla. Qəlblərimizdə iman edənlərə qarşı bir kin buraxma. Rəbbimiz! Sən Rauf və Rəhimsən." (Əl-Haşr: 59/10)
Sonra səninlə salam göndərənin salamını çatdıraraq deyərsən: Filan oğlu filandan sənə salam var ey Allahın Rəsulu, səndən Rəbbin yanında şəfaət etməni istəyir, ona və Müsəlmanlara şəfaət et."

Qaynaq: Əbul İxlas Əş Şurunbulali: Məraqil Fəlah bi İmdadil Fəttah: 1/273
Beyrut: Darul Kutubil İlmiyyə: 1424/2004

Şurunbulalinin "Məraqil Fəlah" əsərinə haşiyə yazan Misirli Hənəfi alimlərindən Əhməd Ət Tahtavi (v. 1231 h/1816 m) onun yuxarıda zikr edilən "Şəfaət, Şəfaət, Şəfaət! Ey Ağamız! Ey Allahın Rəsulu!" sözlərini açıqlarkən deyir:

قولُه : "الشفاعة" أيْ نطلُبُ مِنكَ الشفاعةَ

"Müəllifin "Şəfaət" sözünün mənası: (Ey Allahın Rəsulu) Səndən şəfaət istəyirik deməkdir."

Qaynaq: Əhməd Ət Tahtavi: Haşiyətut Tahtavi alə Məraqil Fəlah: 748
Beyrut: Darul Kutubil İlmiyyə: 1430/2009

Hənəfi imamlarından bir digəri Şeyxi Zadə Abdur Rahman bin Muhamməd bin Suleyman (v. 1078 h/ 1667 m) "Məcmaul Ənhur fi Şərhi Multəqal Əbhur" adlı kitabında deyir:

ثم يسألُ اللهَ تعالى حاجتَه ، وأعظمُ الحاجاتِ سؤالُ حُسْنِ الخاتِمة وطلبُ المغفرةِ, ويقول: السلام عليك يا رسولَ الله, أسألكَ الشفاعةَ الكبرى, وأتوسَّل بك إلى اللهِ تعالى في أن أمُوتَ مُسلمًا على ملَّتِك وسنَّتِك وأن أُحشِرَ في زمرةِ عبادِ اللهِ الصالحينَ

"Sonra Uca Allahdan ehtiyacını diləyər. Ən böyük ehtiyac xeyirli sonluq və bağışlanma tələbidir.
Deyər: Əssələmu Aleykə ey Allahın Rəsulu! Səndən “böyük şəfaəti” istəyirəm, sənin dinin və sünnətin üzrə ölmək və Allahın saleh qulları zümrəsində həşr edilməm üçün səninlə Allaha təvəssül edirəm."

Qaynaq: Şeyxi Zadə Abdur Rahman: Məcməul Ənhur fi Şərhi Multaqal Əbhur: 1/464
Beyrut: Darul Kutubil İlmiyyə: 1419/1998

On ikinci əsr Hindistan alimlərindən Şeyx Nizamuddin Əl Bəlxinin başçılığında iyirmi üç nəfərlik bir fəqih heyəti tərəfindən hazırlanmış məşhur "Əl Fətaval Hindiyyə"də Nəbinin - sallallahu aleyhi və səlləm - qəbrini ziyarət edən kimsənin belə deməsi tövsiyə edilir:

ويُبلِّغه فيقول : السلام عليك يا رسولَ الله مِن فلانِ بنِ فلانٍ, يستشفع بك إلى ربك, فاشفَعْ له ولجميعِ المسلمين
... ثم يقِفُ عند رأسِه صلى الله عليه وسلم كالأوَّل ويقول : اللهمَّ إنك قلتَ وقولُك الحقُّ: { وَلَوْ أَنَّهُمْ إِذْ ظَلَمُوا أَنْفُسَهُمْ جَاءُوكَ }, وقد جِئناك سامعينَ قوْلَك طائعينَ أمركَ مستشفعين بنبيِّك

"(Ziyarətçi) göndərilmiş salamı çatdıraraq deyər: Filan oğlu filandan sənə salam (var) ey Allahın Rəsulu, səndən Rəbbin yanında şəfaət etməni istəyir, ona və bütün müsəlmanlara şəfaət et…

Sonra ilk başda olduğu kimi sallallahu aleyhi və səlləmin (qəbrinin) başının yanında durar və deyər: Ya Allah! Şübhəsiz ki sən buyurdun və sənin sözün haqdır: ''…Əgər onlar nəfslərinə zülm etdikləri zaman, sənin yanına gəlib…'' (Ən-Nisa: 4/64)
Sözünü eşidərək, əmrinə uyaraq, Nəbindən sənin yanında şəfaət etməsini diləyərək sənə gəldik…”

Qaynaq: Nizamuddin Əl Bəlxi: Əl Fətaval Hindiyyə: 1/292-293
Beyrut: Darul Kutubil İlmiyyə:1421/2000


 
Muslimah_92Tarix: Bazar ertəsi, 11.06.2012, 15:07 | Yazı # 8
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Maliki məzhəbi kitablarında mövzumuzla əlaqəli olanlar:

Mövzuyla əlaqəli Məzhəbin imamı olan Malikin görüşü daha öncə təqdim edilmişdi. Digər imamların görüşünə nəzər salaq.

Maliki alimlərindən, böyük üsulçu Şihabuddin Əl Qarafi (v. 684 h/1285 m) Allah Rəsulunun – sallallahu aleyi və səlləm – qəbrini ziyarət etmək haqqında danışarkən, məşhur Utbi qissəsini təqrirən zikr edir:

وحكَى العُتْبي أنه كان جالسًا عندَ قبْرِه - عليه السلام - فجاءَ أعرابيٌّ فقال : السلامُ عليكَ يا رسولَ الله , سمِعتُ اللهَ يقول : { وَلَوْ أَنَّهُمْ إذْ ظَلَمُوا أَنْفُسَهُمْ جَاءُوكَ فَاسْتَغْفَرُوا اللَّهَ وَاسْتَغْفَرَ لَهُمْ الرَّسُولُ لَوَجَدُوا اللَّهَ تَوَّابًا رَحِيمًا } وقد جِئتُك مُستغفِرًا مِن ذَنْبي , مُستشْفِعًا بك إلى ربِّي ثم أنشأ يقول

يَا خَيْرَ مَنْ دُفِنَتْ بِالْقَاعِ أَعْظُمُهُ
فَطَابَ مِنْ طِيبِهِنَّ الْقَاعُ وَالْأَكَمُ
نَفْسِي الْفِدَاءُ لِقَبْرٍ أَنْتَ سَاكِنُهُ
فِيهِ الْعَفَافُ وَفِيهِ الْجُودُ وَالْكَرَمُ

ثم انصرَف الأعرابيُّ فحمَلتْني عيْنيَّ فرأيْتُ النبيَّ في النوْمِ , فقال لي : يا عتبيُّ اِلحَق الأعرابيَّ فبشِّرْه أنَّ اللهَ قد غفَر له

“Utbi nəql edir ki, o özü Nəbinin - aleyhissalam - qəbri yanında oturarkən bir bədəvi gəldi və dedi:
“Əssəlamu Aleykə Ey Allahın Elçisi! Uca Allahın belə dediyini eşitdim:

"…Əgər onlar nəfslərinə zülm etdikləri zaman, sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və rəsul da onlar üçün bağışlanma diləsəydi, Allahı tövbələri qəbul edən, mərhəmətli olaraq görərdilər." (Ən-Nisa: 4/64)

Sənin yanına günahlarımdan tövbə edərək və səndən Allaha şəfaət etməni diləyərək gəldim. Sonra belə deməyə başladı:

Ey sümükləri ovada dəfn edilənlərin ən xeyirlisi
Onların gözəl qoxusundan ova və təpələr yaşıllaşdı
Sənin sakin olduğun qəbrə mənim canım fəda olsun
Orada iffət, comərdlik və kərəm var

Sonra gözlərim yumuldu/yuxuladım və yuxuda Nəbini - sallalahu aleyhi və səlləm - gördüm, mənə buyurdu: Ey Utbi! Bədəviyə yetiş və onu “Allahın onu bağışlamasıyla” müjdələ."

Qaynaq: Şihabuddin Əl Qarafi: Əz Zəxirə: 3/375-376
Beyrut: Darul Ğarbil İslami: 1994

Malikilərdən İbnul Cuzeyy Əl Ğirnati (693-741 h/1294-1340) "Əl Qavaninul Fiqhiyyə" adlı kitabında belə deyir:

ينبَغي لمَن حجَّ أنْ يقصِدَ المدينةَ فيدخُلَ مسجدَ النبيِّ - صلى الله عليه وسلم - فيصلِّيَ فيه ويسلِّمَ على النبيِّ - صلى الله عليه وسلم - وعلى ضَجيعَيْهِ أبي بكرٍ وعمرَ - رضي الله عنهما - ويتشفَّعَ به إلى اللهِ ويصلِّيَ بينَ القبرِ والمنبَرِ ويُوَدِّعَ النبيَّ - صلى الله عليه وسلم - إذَا خرَج مِن المدينةِ

"Həcc edən kimsənin Mədinəyə yönəlməsi, Nəbinin – sallallahu aleyhi və səlləm – məsçidinə daxil olması, orada namaz qılıb, Nəbiyə – sallallahu aleyhi və səlləm – və onun yanında yatan Əbu Bəkr və Ömərə - radiyallahu anhumə - salam verməsi, Nəbidən – sallallahu aleyhi və səlləm – Allah qatında şəfaət etməsini istəməsi, qəbr və minbərin arasında namaz qılması və Mədinəni tərk etdiyi zaman Nəbiylə – sallallahu aleyhi və səlləm – vidalaşması lazımdır."

Qaynaq: İbnul Cuzeyy: Əl Qavaninul Fiqhiyyə: 116
Qahirə: Darul Hədis: 1426/2005

Kitabı nəzm halına gətirənlərdən Əl Murabit bin Məhfuz Əş Şinqiti eyni yerin nəzmində "təşəffu" sözünün mənasını təkid edərək deyir:

وينبغي لمَن بحجِّ أُكْرِمَا قصْدُ المدينةِ وأنْ يسلِّمَا
على الشَّفيعِ وضَجِيعَيْهِ وأنْ يُصلِّي قبلَ ذا عُلِنْ
وكذا الصلاةُ بين قبْرِه وبين مِنْبَرِه
واستشْفِعَنْ ووَدِّعَنْ

"Həcc etməklə ikram olunan kimsənin Mədinəyə yönəlməsi,
Şəfaətçi olana (Rəsulullaha) və onun yanında yatan iki nəfərə salam verməsi,
Bundan öncə (Nəbəvi məsciddə) namaz qılması lazımdır.
Eləcədə qəbri və minbəri arasında namaz qılmaqda lazımdır.
Ondan (Rəsulullahdan) şəfaət dilə və vidalaş."

Qaynaq: Əl Murabit Əş Şinqiti: Ət Tuhfətul Mərdiyyə li Nazmil Qavaninil Fiqhiyyə: 114
Mədinə: Daruz Zaman: 1424

Məşhur Maliki fəqihi Əbu Abdillah İbn Əl Hacc Əl Abdəri (v. 737 h/1336 m) digər bir Maliki fəqihi İbnun Numan Əl Məğribidən (v. 683 h/1284 m) nəqlən deyir:

وقد ذكَر الشيخُ الإمام أبو عبدِ اللهِ بن النعمانِ رحِمه الله في كتابه المسمَّى بسَفِينة النَّجاءِ لأهلِ الالْتجاءِ في كَراماتِ الشيخِ أبي النجاءِ في أثناءِ كلامِه على ذلك ما هذا لفْظُه : تحقَّق لذَوي البصائرِ ، والاعتبارِ أن زيارةَ قبورِ الصالحينَ محبُوبةٌ لأجلِ التبرُّكِ مع الاعتبارِ ، فإنَّ بركةَ الصالحينَ جاريةٌ بعدَ مماتِهم كما كانتْ في حياتِهم , والدعاءُ عند قبورِ الصالحينَ ، والتشفُّعُ بهم معمولٌ به عند علمائِنا المحقِّقينَ مِن أئمةِ الدينِ

"Şeyx, İmam Əbu Abdillah bin Ən Numan – rahiməhullah – "Səfinətun Nəca li Əhlil İltica fi Kərəmətiş Şeyx Əbin Nəca" adlı kitabında bu haqda danışarkən deyir:
Bəsirət və etibar sahibləri üçün, salihlərin qəbirlərini ibrət alıb bərəkətlənmək üçün ziyarət etmənin gözəl bir şey olması danılmaz həqiqətdir. Çünki, həyatlarında olduğu kimi, salihlərin bərəkəti ölümlərindən sonra da davam edər.
Salehlərin qəbirləri yanında dua və onlardan şəfaət istəmək, Din İmamlarından olan Muhaqqiq alimlərimiz qatında əməl edilən bir tətbiqatdır"..."

Qaynaq: İbn Əl Hacc: Əl Mədxal: 1/255
Darut Turas

Kitabının başqa yerində İbnul Hacc deyir:

فالتوسُّل به عليه الصلاة والسلام هو مَحلُّ حَطِّ أحمالِ الأوْزارِ وأثقالِ الذنُوبِ والخطايا ؛ لأنَّ بركةَ شفاعته عليه الصلاة والسلام وعِظَمُها عند ربِّه لا يتعاظَمُها ذنبٌ ، إذْ أنها أعْظمُ مِن الجميع , فلْيستبشِرْ مَن زارَه ويلجَأْ إلى الله تعالى بشفاعة نبيِّه عليه الصلاة والسلام ومَن لم يزره , اللهم لا تحرِمْنا مِن شفاعته بحرْمتِه عندك آمين يا ربَّ العالمين
ومَن اعتقَد خلافَ هذا فهو المحروم , ألم يسمَعْ قولَ الله عز وجل : { وَلَوْ أَنَّهُمْ إذْ ظَلَمُوا أَنْفُسَهُمْ جَاءُوك فَاسْتَغْفَرُوا اللَّهَ وَاسْتَغْفَرَ لَهُمْ الرَّسُولُ لَوَجَدُوا اللَّهَ تَوَّابًا رَحِيمًا } فمَن جاءَه ووقَف ببابِه وتوسَّل به وجَد الله توّابًا رحيمًا ؛ لأنَّ اللهَ عز وجل منزَّهٌ عن خُلْفِ المِيعاد ، وقد وعَد سبحانه وتعالى بالتوبة لمَن جاءَه ووقَف ببابِه وسأَلَه واستغفر ربَّه ، فهذا لا يشكُّ فيه , ولا يرْتابُ إلا جاحدٌ للدينِ معاندٌ للهِ ولرسولِه صلى الله عليه وسلم , نعوذ بالله مِن الحِرْمان

"Onunla - sallallahu aleyhi və səlləm - təvəssül vəbal yüklərindən, günahların və xətaların ağırlığından qurtulma mahalıdır.
Çünki, heç bir günah, onun - aleyhissalatu vəssəlam – şəfaətinin bərəkətini və Rəbbi qatındakı əzmətini üstələyə bilməz.
Çünki, onun şəfaəti hamısından daha böyükdür. Elə isə onu ziyarət edərək və ya etməyərək, Nəbisinin - aleyhissalatu vəs sələm - şəfaətilə Uca Allaha sığınan kimsə sevinsin.
Allahım, Sənin qatındakı hörməti xətrinə bizi onun şəfaətindən məhrum etmə. Amin! Ya Rəbbəl Aləmin.
Kim bunun əksinə etiqad edərsə o məhrumdur! Uca Allahın bu kəlamını duymayıbmı?
"…Əgər onlar nəfslərinə zülm etdikləri zaman, sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və rəsul da onlar üçün bağışlanma diləsəydi, Allahı tövbələri qəbul edən, mərhəmətli olaraq görərdilər." (Ən-Nisa: 4/64).
Kim onun yanına gələr, qapısında (məzarı önündə) durar və onunla təvəssül edərsə, Allahı Təvvab və Rəhim olaraq görər. Çünki, Allah vədinə xilaf çıxmaqdan münəzzəhdir.
Allah - subhanəhu və taələ - onun yanına gəlib, qapısında duranın (məzarı önündə), ondan (Allah qatında şəfaət etməsini) istəyənin və Rəbbindən bağışlanma diləyənin tövbəsini qəbul edəcəyini vəd etmişdir.
Bunda ancaq Dini inkar edən, Allaha və Onun Rəsuluna - sallallahu aleyhi və səlləm - qarşı inadçı olan kimsə şəkk və şübhə edər. Məhrumiyyətdən Allaha sığınırıq."

Qaynaq: İbn Əl Hacc: Əl Mədxal: 1/259-260
Darut Turas

Kitabının başqa yerində İbnul Hacc deyir:

ثم يتوسّل إلى الله تعالى بهم في قضاءِ مآرِبه ومغفرةِ ذنوبه ويَستغِيث بهم ويطلُب حوائجَه منهم , ويجزِم بالإجابة ببركتِهم ويقوِّي حسْنَ ظنِّه في ذلك , فإنهم بابُ الله المفتوحُ ، وجرَتْ سنتُه سبحانه وتعالى في قضاء الحوائجِ على أيديهم وبسببِهم
ومَن عجَز عن الوصول إليهم فليُرْسِل بالسلامِ عليهم وذكْرِ ما يحتاج إليه مِن حوائجه ومغفرةِ ذنوبه وسترِ عُيوبه إلى غير ذلك ، فإنهم السادةُ الكِرامُ ، والكِرامُ لا يرُدُّون مَن سألهم ولا مَن توسّل بهم ، ولا مَن قصَدهم ولا مَن لجَأ إليهم , هذا الكلام في زيارة الأنبياء ، والمرسلينَ عليهم الصلاة والسلام عمومًا

"Daha sonra, istədiyi şeylər, günahlarının bağışlanması mövzusunda onlarla Uca Allaha təvəssül edər, onlardan kömək və ehtiyaclarının qarşılanmasını istəyər.
Onların bərəkətilə istəklərinə cavab veriləcəyinə əmin olar və bu haqda yaxşı zənnini gücləndirər.
Çünki onlar, Uca Allahın açıq qapılarıdır. Allahın – subhənəhu və təala – ehtiyacları qarşılamaqdakı sünnəti/adəti onların əli və onlar səbəbilə cərəyan etmişdir.
Kim onların yanına (məzarlarına) getmə imkanı əldə edə bilməsə, (gedənlər vasitəsilə) onlara salam göndərsin, ehtiyacı olan şeyləri, günahlarının bağışlanması, eyiblərinin örtülməsini və s. (Allahdan diləmələrini) istəsin. Çünki onlar, şərəfli böyüklərdir. Şərəf əhli kimsələr isə onlardan istəyəni, onlarla təvəssül edəni, onların yanına gələni və onlara sığınanı geri çevirməzlər.
Bu, ümumiyətlə Nəbilər və Rəsulların – aleyhimus salatu vəs sələm – ziyarəti haqqında deyiləcək sözlərdir."

Qaynaq: İbn Əl Hacc: Əl Mədxal: 1/258
Darut Turas

İbnul Hacc – rahiməhullah – kitabının bir çox yerində bu və buna bənzər ifadələr işlədib. Burada üç nöqtəyə təmas etmək istəyirəm:

1. Kitaba gəlincə İbnul Hacca aid "Əl Mədxal" kitabı, Tartuşinin məşhur "Əl Həvədis vəl Bida" adlı əsəri kimi bir bidətlər ensiklopediyasıdır. O, bu kitabında hər mövzuda ortaya çıxarılmış bidətləri müvafiq başlıq altında toplamışdır. Məsələn: "Namazdakı bidətlər", "Haccdakı bidətlər", "Cənazədəki bidətlər". Kitab bu barədə ensiklopedik qaynaq xarakteri daşıdığı üçün çox faydalıdır. Bəlkədə, bidətləri öyrənmək və onlardan çəkinmək istəyən kimsənin baş vura biləcəyi ən geniş qaynaq əsər olduğunu söyləmək də mümkündür.

2. Kitabın müəllifinə gəlincə İbn Həcər Əl Asqalani onun tərcümeyi halında deyir:

محمد بن محمد بن محمد ابن الحاجِّ , أبو عبدِ اللهِ , العَبْدرِي , الفاسي , نزيلُ مصرَ , سمِع ببلادِه ثم قدِم الديارَ المصرية , وحجَّ وسمِع الموطأَ مِن الحافظِ تقيِّ الدينِ عبيدٍ الإسْعِرْدِي وحدَّث به , ولزِم الشيخَ أبا محمدِ بنِ أبي جمرة , فعادتْ عليه بركاتُه , وصار ملحوظاً بالمشيخةِ والجلالةِ بمصرَ
وجمَع كاتباً سمّاه المدْخلَ , كثيرُ الفوائد , كشَف فيه عن معايِبَ وبدعٍ يفعَلها الناس ويتساهلون فيها , وأكثرُها ممَّا يُنكَر وبعضها ممَّا يحتمِل , وماتَ في جمادى الأولى سنة 737 وقد بلَغ الثمانينَ أو جاوزَها , وأضرَّ في آخرِ عمْرِه وأُقعِدَ
ولشيْخنا شمسِ الدين محمدِ بن عليِّ بن ضِرْغام ابن سُكْر منه إجازةٌ

"627 – Muhəmməd bin Muhəmməd bin Muhəmməd İbn Əl Hacc, Əbu Abdilləh, Əl Abdəri, Əl Fasi.
Misir sakinidir. Öncə öz ölkəsində dərs aldı, sonra Misirə getdi. Həcc etdi, Əl Hafiz Taqiyyuddin Ubeyd Əl İsirdidən "Əl Muvatta"nı dinlədi və təhdis etdi.
Şeyx Əbu Muhəmməd bin Əbi Cəmrədən (Əl Maliki) uzun zaman dərs aldı. Şeyxin bərəkəti ona fayda verdi və Misirdə şeyx və hörmət sahibi olaraq görülməyə başladı.
"Əl Mədxal" adını verdiyi bir kitab yazdı. Bu kitabda çox faydalar vardır. O, bu kitabında insanların edib, lakin etinasızlıq göstərdikləri xəta və bidətləri ortaya çıxarmışdır. Onun (bidət sayıb) zikr etdiyi şeylərdən çoxu inkar edilənlərdən, bəziləri isə ehtimal daxilində olan şeylərdəndir.
Səksən və ya səksəndən artıq yaşında, 737 ci ilin Cumədəl Ulə ayında vəfat etdi. Ömrünün axırında gözləri tutulmuş və oturum olmuşdu.
Şeyximiz Şəmsuddin Muhəmməd bin Əli bin Dirğam İbn Sukrun (və ya Şukr Əl Hənəfi) ondan (İbnul Hacdan) aldığı icazəti vardı."

Qaynaq: İbn Həcər: Əd Durərul Kəminə fi Əayənil Miətis Səminə: 4/237
Beyrut: Darul Cil: 1414/1993

Gördüyümüz kimi, İbn Həcər Əl Asqalani məhz bizim sitat gətirdiyimiz kitabda çox faydalar olduğunu qeyd edir və orada zikr edilənlərin əksərisinin bidət olduğu görüşündə ona muvafaqat edir. İbn Həcərin kitabdakı bidətləri təfsil etməsi, onun kitabla yaxından tanış olduğuna güclü qərinədir. Lakin, İbn Həcər müəllifi nəinki şirklə ittiham etmir, hətta öyür və öz şeyxlərindən biri olan İbn Sukr Əl Hənəfinin ondan icazət aldığını da vurğulayır...
Həmçinin Siracuddin İbnul Muləqqin onu "Tabəqatul Əvliya" adlı əsərində nümunəvi biri olaraq zikr etmiş və bidətlər mövzusunda bir kitab təsnif etdiyini qeyd etmişdir.

Maliki fəqihlərinin böyüklərindən Burhanuddin İbn Farhun (v. 799 h/1397 m) "İrşadus Səlik ilə Əfalil Mənasik" adlı kitabında Rəsulullahı ziyarət edənin belə deməsi lazım olduğunu söyləyir:

وقال عزّ مِن قائلٍ وقولُه حقٌ : { وَلَوْ أَنَّهُمْ إذْ ظَلَمُوا أَنْفُسَهُمْ جَاءُوك فَاسْتَغْفَرُوا اللَّهَ وَاسْتَغْفَرَ لَهُمْ الرَّسُولُ لَوَجَدُوا اللَّهَ تَوَّابًا رَحِيمًا } , وإني يا رسولَ الله قد ظلَمتُ نفْسي , وجِئتُ مستغفرًا مِن ذنْبي مُستشفعًا بكَ إلى ربِّي , راجِيًا منه المغفِرةَ بشفاعَتكَ

"... Uca Allah buyurur – Onun sözü haqqdır - : "…Əgər onlar nəfslərinə zülm etdikləri zaman, sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və rəsul da onlar üçün bağışlanma diləsəydi, Allahı tövbələri qəbul edən, mərhəmətli olaraq görərdilər." (Ən-Nisa: 4/64).
Ey Allahın elçisi! Mən nəfsimə zülm etdim və günahlarım üçün (Allahdan) bağışlanma diləyərək, səndən Rəbbim qatında şəfaət etməni istəyərək, sənin şəfaətinlə məni bağışlamasını ümid edərək gəldim..."

Qaynaq: İbn Farhun: İrşadus Səlik: 566-567
Beytul Hikmə: 1989

Qeyd: İbn Farhun eyni kitabın 569 cu səhifəsində isə, Şafi fəqihlərindən İzzuddin bin Caməanın şəfaət istənməsinin lüzumu haqqındakı sözlərini təqrirən nəql edir. Bu sözləri Maliki alimlərindən olan Yahya Ər Ruyanidən gətirdiyimiz sitatda oxuya bilərsiniz.

Digər bir maliki fəqihi Yahya Əl Hattab Ər Ruyani (902-995 h/1496-1587 m) Həcc əhkamları haqqında yazdığı "İrşadus Səlikil Muhtəc ilə Bəyəni Əfalil Mutəmir vəl Hacc" adlı kitabında İbn Caməadan təqrir mahiyətində belə nəql edir:

قال ابنُ جماعةَ الشافعيُّ في منسَكه الكبيرِ : ثم يرجِع إلى موقِفه الأوّلِ قُبالةَ الوجهِ الشريفِ , فيحمَد اللهَ , ويُمجِده , ويصلِّي على النبيِّ - صلّى الله عليه وسلّم - , يتوسَّل إلى اللهِ به في حوائجِه , ويتشفَّع به إلى ربِّه سبحانه وتعالى

"İbn Caməa Əş Şafi böyük mənsək kitabında (Hidayətus Səlik: 1511) belə demişdir:
Sonra ziyarətçi Rəsulullahın şərəfli üzü qarşısındakı əvvəlki yerinə qayıdar, Allaha həmd edib Onu ucaldar, Nəbiyə - sallallahu aleyhi və səlləm – salavat gətirər, ehtiyacları barədə onunla Allaha təvəssül edər, rəsulullahdan Rəbbi – subhanəhu və təalə - qatında şəfaətçi olmasını diləyər."

Qaynaq: Yahya Əl Hattab Ər Ruyani: İrşadus Səlik: 346
Muəssəsətur Reyan: 1431/2010

Digər bir Maliki Fəqihi Abdul Vahid İbn Aşir (990-1040 h/1582-1631 m) məşhur "Əl Murşidul Muin aləd Daruri min Ulumid Din" adlı məzuməsində, Rəsulullahın məzarını ziyarət haqda deyir:

وَاعْلَـمْ بِأَنَّ ذَا الْمَقَامَ يُسْتَحَبْ ... فِيهِ الدُّعَا فَلاَ تَمَـلَّ مِـنْ طَلَبْ
وَسَـلْ شَفَاعَةً وَخَتْمـاً حَسَنـَا ... وَعَجِّـلِ الأَوْبَةَ إِذْ نِلْـتَ الْمُنَـى

"Bil ki, bu məqamda (şərəfli qəbrin yanında) dua müstəhəbdir.
Elə isə istəməkdən yorulma!
Şəfaət və xeyirli sonluq istə!
Dönüşünü də tezləşdir, çünki sən artıq arzularına çatdın."

Qaynaq: Abdul Vahid İbn Aşir: Əl Murşidul Muin: 25

Kitab üzərinə şərh yazanlardan biridə Maliki alimlərindən Meyyərə olaraq tanınan Əbu Abdillah Əl Fasidir (999-1072 h/1590-1662 m). Onun bu kitaba iki şərhi mövcuddur. Biri "Meyyərətul Kəbir" olaraq bilinən "Əd Durrus Səmin", digəri isə "Meyyərətus Sağir" olaraq bilinən "Muxtasarud Durris Səmin" adlı əsəridir.
Muxtasar olan şərhdə Meyyərə Əl Fasi müəllifin sözlərini açıqlarkən:

قال : " تُجَبْ لكلِّ مطلَبٍ " ليرتّبَ عليه الحَضَّ على كثرةِ الدعاءِ وعدمِ المَلَل مِن طلبِ خيْريِ الدنيا والآخيرةِ وطلبِ الشفاعة والختْمِ بالحسْنى , وهو الموْتُ على الشهادة

"Müəllif (yuxarıdakı misradan öncə: Mustafanı ədəb və niyyətlə ziyarət et ki,) "hər istəyinə cavab verilsin" demişdir ki, (Rəsulullahın qəbri başında) çox dua etməyə, dünya və Axirətdə xeyirli olanı, Şəfaət və gözəl sonluq istəyindən yorulmamağa təşviqi bunun üzərinə bina etsin.
Gözəl/xeyirli sonluq isə kəlimeyi şəhadət üzrə (Müsəlman olaraq) ölməkdir."

Qaynaq: Əbu Abdillah Əl Fasi: Muxtasarud Durris Səmin: 75
Misir: Daru İhyail Kutubil Arabiyyə

Sözü gedən "Muxtasarud Durris Səmin" adlı əsərə haşiyə yazanlardan Mərakeş qazisi Ət Talib İbnul Hacc Əl Fasi (v. 1273 h/1857 m) "Şəfaət istə" sözlərinin izahında deyir:

واسأَلْ شفاعةً - أيْ اسألِ النبيَّ صلى الله عليه وسلم أن يشفَعَ فيكَ إلى موْلاك , فإنها مِن أهمِّ ما يُطلَب في هذا المكان

ومنَع بعضُ المبتدعةِ مِن ذلك وصرَّح بأنه شركٌ قائلا : التعلقُ بمخلوقِ في دفْعٍ أو جلْبٍ على غيرِ الطريقِ العاديِّ عبادةٌ له , وعبادةُ المخلوقِ شركٌ يُبِيحُ الدمَ والمالَ
قال : وإنما تُطلَب الشفاعةُ مِن الله بأنْ تقولَ : "اللهمَّ شفِّع فينا نبيَّك" ولا تُطلَب مِن غيرِه
ومِن أقوى الحجَجِ على هذا عندنا قوله تعالى { مَنْ ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلَّا بِإِذْنِه } , قال : وإذا كان رسولُ الله صلى الله عليه وسلم وهو سيدُ الشفعاءِ وصاحبُ المقامِ المحمودِ وآدمُ ومَن دونَه تحتَ لوائه لا يشفَع إلا بإذنِ الله , ولا يشفَع ابتداءً , بل يأتي فيخَرُّ للهِ ساجدًا فيحمَد على إنعامِه بمحامِدَ يعلِّمها إيّاه , فيقول له : " ارفَعْ رأسَك وسَلْ تُعْطَ , واشفَعْ تُشفَّعْ " , فكيف بغيره مِن الأنبياء و الأولياء ؟!

والجوابُ عن قولهم " التعلقُ بمخلوقِ في دفْعٍ أو جلْبٍ على غيرِ الطريقِ العاديِّ عبادةٌ له " , أنه ليس كلُّ تعلّقٍ بالأنبياءِ والأولياءِ على غيرِ الطريقِ العاديِّ عبادةً لغير اللهِ , للأنَّ العبادةَ شرعًا غايةُ التذلُّلِ والخضوعِ لِمَن يعتقِد له الخاضعُ بعضَ صفاتِ الربوبيةِ كما يُنبئ عنه مواقعُ استعمالِها في الشرعِ , فلا يكون المتعلقُ بهم مُشركا على أي وجهٍ كان تعلقُه , بل مَن تذلَّل وخضَع لغير اللهِ لاعتقادِه فيه الألوهيةَ أو إثباتِ شيءٍ مِن صفاتِه فيها كعبَدة الأوْثانِ والأصْنامِ فهو مشركٌ

ومن استغاث بنبيٍّ أو وليٍّ أو سأله الشفاعةَ أو توسَّل به أو دعا عنده أو تبرَّك بأثَرِه معتقدًا أنه لا يملِك نفعًا و لا ضرًّا وإنما يسأله ليُعاونَه بالدعاءِ والابتهال لقوّةِ الرَّجاءِ في القبولِ لا يكون مشركًا , بل ذلك مُنْتجٍ للاغتباطِ , مُوجبٌ للرِّبْحِ وللطاعةِ وكمالِ الإيمان

"... "Şəfaət istə" - yəni: Nəbidən – sallallahu aleyhi və səlləm – sənin üçün Rəbbindən şəfaət diləməsini istə.
Çünki Şəfaət, bu məqamda (qəbri başında) istənəcək şeylərin ən əhəmmiyyətlilərindəndir.

Bəzi bidətçilər (Vəhhabiləri qəsd edir) bunu qadağan edərək, şirk olduğunu söyləmişlər. Səbəbini isə belə izah etmişlər: Bir zərərin dəfində və ya bir mənfəətin cəlbində ənənəvi olmayan bir yolla hər hansı bir məxluqa (ondan şəfaət istəmək surətilə) bağlanmaq ona ibadət etməkdir. Məxluqa ibadət isə, qanı və malı mübah qılan bir şirkdir.
Şəfaət ancaq Allahdan belə demən surətilə istənilər: "Allahım! Nəbini mənim üçün şəfaətçi qıl". Şəfaəti Allahdan başqasından istənilməz.
Bizə görə bu dediyimizin ən güclü dəlillərindən biri Uca Allahın bu ayəsidir:
"Onun qatında izni olmadan şəfaət edəcək kimdir?" (Əl Bəqərə: 2/255)
Rəsulullah – sallallahu aleyhi və səlləm - şəfaətçilərin seyyidi, Əl Məqamul Mahmud sahibi olduğu, Adəm və digərləri onun bayrağı altında toplanacağı halda, Allahın izni olmadan şəfaət etməyəcək.
Həmçinin dərhal şəfaət etməyəcək, Əksinə Uca Allahın önündə səcdə edərək yerə qapanacaq, nemətlərinə görə ona öyrədəcəyi öygü şəkillərilə Ona həmd edəcək . Sonra Uca Allah buyuracaq: "Başını qaldır! İstə, istədiyin verilsin, şəfaət et şəfaətin qəbul edilsin!"
Elə isə digər Nəbilərin və Vəlilər necə olacaq?

Onların " Bir zərərin dəfində və ya bir mənfəətin cəlbində ənənəvi olmayan bir yolla hər hansı bir məxluqa (ondan şəfaət istəmək surətilə) bağlanmaq ona ibadət etməkdir" iddiasına cavabımız belədir:
Ənənəvi olmayan bir yolla Nəbilərə və Vəlilərə hər bağlanma şəkli, Allahdan başqasına ibadət deyildir!
Çünki, şərən ibadət - şəriətdə istifadə edildiyi yerlərin dəlalət etdiyi üzrə - boyun əyən kimsənin, bəzi rububiyyət vəsflərinə sahib olduğunu düşündüyü kimsəyə maksimum təzəllül və tabeçilik göstərməsidir.
Buna binaən bağlanması hansı formada olursa olsun, Nəbilərə və Vəlilərə (onlardan istəmək surətilə) bağlanan kimsə müşrik olmaz!
Əksinə kim bütlərə ibadət edənlər kimi, Allahdan başqasına o kimsənin ilah olduğu və ya onda Uca Allahın sifətlərindən bəzi sifətlər olduğu etiqadıyla təzəllül göstərib boyun əyərsə müşrik odur.

Kim onun (müstəqil olaraq) fayda və zərər verməyəcəyini bilərək, sadəcə duasının məqbul olduğu çox umulduğu üçün onu öz dua və yalvarışlarıyla dəstəkləsin deyə bir Nəbidən və ya Vəlidən kömək istəyər və ya şəfaət diləyər və ya onunla təvəssül edər və ya onun yanında dua edər və ya onun qalmış əşyalarıyla təbərrük edərsə müşrik olmaz.
Əksinə bu sevinclə nəticələnən, (uxrəvi) qazanca, itaətə və imanın kamilliyinə səbəb olan bir şeydir.
(Bundan sonra Vəhhabilərin iddialarına dəlil zənn etdikləri Bəqərə - 255 ayəsini anlamaqda düşdükləri xətanı izah edərək, o mövzudakı şübhələrinidə dəf edir)."

Qaynaq: Haşiyətun alə Muxtasarid Durris Səmin: 2/132
Mətbəatu Salih Murad Əl Hilali: 1348

"Əl Murşidul Muin" adlı kitabın digər bir şarihi, zamanının böyük alimi Əhməd bin Əl Bəşir Əş Şinqiti (v. 1276 h/1859 m) "Mufidul İbəd" adlı şərhində, müəllifin "Şəfaət istə" sözlərinin şərhində İmam Malikin Xəlifəyə şəfaət istəməsini əmr etdiyi məşhur hekayəsini, Qurtubi və İbn Kəsirdəki məşhur Utbi qissəsini zikr etdikdən sonra, Maliki fəqihlərin olan Yusuf Əd Dəcəvidən nəqlən deyir:

وقد سُئل الشيخُ يوسفُ الدَّجَوِي عن طلبِ المعونةِ مِن نبيٍّ أو وليٍّ على أنهما سببانِ عاديانِ كسائر الأسبابِ العاديةِ المخلوقةِ للهِ عزّ وجلّ ؟

... أما الشرْكُ فهو أن تطلُبَ مِن غير اللهِ على أنه إلهٌ مع اللهِ يُعطي ويمنَع بغير إذنِه, ولا يُتصوَّر ذلك أنْ يكونَ مِن أحدِ المؤمنينَ , ولا بأسَ على أحدٍ طلَب عن أحدٍ على أنه يفعَل شيئا إلا بإذن الله , ولا يَتصرَّف إلا بقدرته وإذنه وإرادته , لا حوْلَ ولا قوةَ إلا بالله

... فأي مانعٍ مِن طلبِ شيءٍ أعْطاه اللهُ لهم , وإنما الممنوعُ هو طلَبُ الشفاعةِ مِن الأصْنامِ ألتي لا تملِك شيئا

"Şeyx Yusuf Əd Dəcəviyə, bir Nəbidən və ya vəlidən onların Allahın yaratdığı digər adi səbəblər kimi bir adi səbəb olduqları inancı üzrə yardım istəmək (bunun şirk olub olmaması) haqqında sual verildi.

Cavabında dedi: ... Şirk, Allahdan başqasından onun Allahla yanaşı bir ilah olduğuna, Allahın izni olmadan nəyisə verib, nəyəsə mane olacağına inanaraq istəməndir.
Belə bir şey isə heç bir mömin haqqında təsəvvür olunmaz.
Bir kimsədən nəsə istəyən şəxs, istənən kimsənin ancaq Allahın izni çərçivəsində nəsə etdiyi və ancaq Onun qüdrəti, izni və iradəsi çərçivəsində tasarruf etməsi inancı üzrədirsə bunda onun üçün bir bəis yoxdur.
Allahdan başqa güc və qüvvət sahibi yoxdur.

... Allahın onlara verdiyi bir şeyi (şəfaəti) onlardan istəməyə əngəl olan nədir?
Qadağan edilən sadəcə heç bir şeyə sahib olmayan bütlərdən şəfaət istəməkdir."

Qaynaq: Əhməd bin Əl Bəşir Əş Şinqiti: Mufidul İbəd: 621-622
Əbu Dabi: 1999

Kitabın digər şarihi Muhəmməd bin Yusuf Əl Kafi (1278-1379 h/1861-1959 m) "Ən Nurul Mubin alə Murşidil Muin" adlı şərhində, yuxarıda zikr edilən "ədəb və niyyətlə Mustafanı ziyarət" misrasını şərh edərkən deyir:

وهي أداءُ هذه السنةِ المؤكَّدةِ وطلَبُ الشفاعةِ منه - صلى الله عليه وسلم -وغيرُ ذلك مِن أفعالِ البِرِّ
"(Qəbri ziyarətdə şəri niyyət) Bu müəkkəd sünnətin yerinə yetirilməsi, ondan - sallallahu aleyhi və səlləm - şəfaət istəmək və digər yaxşı əməllər olmalıdır."

Qaynaq: Muhəmməd bin Yusuf Əl Kafi: Ən Nurul Mubin: 133
Misir: Daru İhyail Kutubil Arabiyyə: 1341/1922

Müəllifin "Şəfaət istə" sözlərinin şərhində isə deyir:

وَسَـلْ شَفَاعَةً منه - صلى الله عليه وسلم - بأنْ تقولَ له : يا رسولَ الله - صلى الله عليك وسلم – اشفَعْ لي عند ربِّك ...
"Ondan - sallallahu aleyhi və səlləm - "Ey Allahın Rəsulu - sallallahu aleykə və səlləm - "mənin üçün Rəbbin qatında şəfaət et" deyərək şəfaət istə ..."

Qaynaq: Muhəmməd bin Yusuf Əl Kafi: Ən Nurul Mubin: 134-135
Misir: Daru İhyail Kutubil Arabiyyə: 1341/1922

İbnul Muvaqqit Əl Mərakəşi (1285-1396 h/1868-1976 m) isə bu kitaba yazdığı "Əl Həblul Mətin" adlı şərhində deyir:

ثم لِيَسألْ النبيَّ - صلى الله عليه وسلم - أنْ يشفَعَ فيه إلى مولاه , فإنها مِن أهمِّ ما يُطلَب في هذا المكان , وأوْلى ما يدعُو الإنسانُ به
"Sonra Nəbidən - sallallahu aleyhi və səlləm - Allah qatında onun üçün şəfaət etməsini istəsin!
Çünki şəfaət, bu məkanda istənəcək şeylərin ən əhəmmiyyətlilərindən və insanın onun üçün dua edəcəyi şeylərin ən öncəliklilərindəndir."

Qaynaq: İbnul Muvaqqit: Əl Həblul Mətin: 77
Məğrib Çapı

Digər bir Maliki fəqihi Həsən Əl Adəvi Əl Həmzəvi (1221-1303 h/1806-1886) "Kənzul Mətalib fi Fadlil Beytil Həram" adlı kitabında deyir:

ومِن أحْسنِ ما يقول بعدَ تجديد التوبةِ في ذلك الموقِف ‏الشريفِ ، وتلاوةِ { وَلَوْ أَنَّهُمْ إِذْ ظَلَمُوا أَنْفُسَهُمْ جَاءُوكَ فَاسْتَغْفَرُوا اللَّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ } , نحْن وفْدُك ‏يا رسولَ ‏الله وزوّارُك ، جِئناك ‏لقضاءِ حقِّك وللتبرُّكِ بزيارتِك والاستشفاعِ بك ممّا أثقَلَ ظُهورَنا وأظلَم ‏قُلوبَنا

"Bu şərəfli məkanda tövbə yenilədikdən və "…Əgər onlar nəfslərinə zülm etdikləri zaman, sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və rəsul da onlar üçün bağışlanma diləsəydi ... " ayəsini oxuduqdan sonra, ziyarətçinin deyəcəyi ən gözəl şeylərdən biri budur:
Ey Allahın Rəsulu! Biz sənin qonağın və ziyarətçilərinik. Sənin haqqını ödəmək, ziyarətinlə bərəkətlənmək və belimizi bükən və qəlblərimizi qaraldan şeylər haqqında səndən şəfaət istəmək üçün yanına gəldik."

Qaynaq: Həsən Əl Adəvi: Kənzul Mətalib: 216
Hindistan: 1280

 
Forum » İslam » Tövhid və Əqidə » ŞƏFAƏT İSTƏMƏK,BU ƏMƏL ŞİRKDİRMİ? (BİSMİLLAH)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru