[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Tövhid və Əqidə » Allaha məkan isnadı (BISMILLAH)
Allaha məkan isnadı
Muslimah_92Tarix: Şənbə, 09.06.2012, 22:47 | Yazı # 1
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Şafi alimlərindən Abdul Qahir Əl Bağdadi (v. 429 h/1037 m) Uca Allahın məkan və zamandan münəzzəh olduğu haqda belə deyir:

وأجمعوا على أنه لا يَحْوِيهِ مكانٌ ولا يَجْرِي عَليْه زمانٌ , خِلافَ قولِ مَن زعَم مِن الهِشاميَّةِ والكَرَّامِيَّةِ أَنَّه مُماسٌّ لِعَرشِهِ , وقد قال أميرُ المؤمنينَ عَلِيٌّ رضي الله عنه : "إنَّ اللهَ تعالى خلَق العرْشَ إظهاراً لِقُدْرتهِ لَا مكاناً لذاته" وقال أيضاً : قد كان ولا مكانَ وهو الآنَ على ما كان

“Onun ərşinə toxunan olduğunu (Muməss) iddia edən Hişamiyyə və Kərramiyyə firqəsi mənsublarına müxalif olaraq, hər hansı bir məkanın Onu əhatə etməməsində, zamanın Onun haqqında keçərli olmamasında Əhli Sünnət alimləri icma etmişlər.
Möminlərin əmiri Əli - radiyallahu anhu - demişdir: “Allah Təala ərşi, özünə məkan olaraq deyil, qüdrətini göstərmək üçün yaratmışdır.”. O həmçinin demişdir: “O məkan olmayanda da var idi və o indi də (əvvəl) olduğu kimidir (yəni məkansızdır).”

Qaynaq: Abdul Qahir Əl Bağdadi: Əl Fərq beynəl Firaq: 333
Qahirə: Mətbəatul Mədəni

 
Muslimah_92Tarix: Şənbə, 09.06.2012, 22:48 | Yazı # 2
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Böyük Şafi alimi, İmamul Harameyn Əbul Məali Əl Cuveyni (419-478 h/1028-1085 m) rahimahullah buyurur:

مذهبُ أهلِ الحقِّ قاطِبةً أنَّ اللهَ سبحانه وتعالى يتعالى عن الحيِّزِ والتخصُّصِ بالجِهاتِ
وذهَبتِ الكرَّامية وبعضُ الحشويَّةِ , إلى أنَّ الباريَ - تعالى عن قولهم - متحيِّزٌ مختصٌ بجهةِ فوقٍ , تعالى الله عن قولهم

"Bütün haqq əhlinin görüşü budur ki - Allah Subhənəhu və Təala - məkandan və cəhətlərdə olmaqdan uca və münəzzəhdir.
Kərramiyyə firqəsi və Həşəviyyə firqəsindən bəziləri, onların sözlərindən münəzzəh olan Əl Barinin (Uca Allah) sadəcə yuxarı cəhətdə olduğunu demişlər. Allah onların sözlərindən münəzzəhdir."

Qaynaq: Əbul Məali Əl Cuveyni: Əl İrşad: 39
Misir: Məktəbətul Xanci: 1369/1950
 
Muslimah_92Tarix: Şənbə, 09.06.2012, 22:48 | Yazı # 3
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hənəfi alimlərindən İbn Nuceym Əl Misri (v. 970 h/1563 m) "Mürtəddlərin hökmləri" adlı babda, insanı İslamdan çıxaran sözlər haqda danışarkən deyir:

وبإثباتِ المكانِ لله تعالى , فإن قال الله في السماءِ فإن قصد حكايةَ ما جاءَ في ظاهرِ الأخبارِ لا يكفُر وإن أرادَ المكانَ كفَر , وإن لم يكن له نيةٌ كفَر عند الأكثر , وهو الأصحُّ وعليه الفتوى

"Həmçinin Uca Allaha məkan nisbət etməklədə insan küfrə girər.
Əgər bir kimsə "Allah səmadadır" deyərsə:
1. Bununla nassların zahirini nəql eləməyi qəsd edərsə kafir olmaz.
2. Bununla məkan qəsd edərsə kafir olar.
3. Heç bir niyyət olmadan deyərsə alimlərin əksəriyyəti qatında kafir olar. Səhih olan görüş budur və fətvada bu cür verilər."

Qaynaq: İbn Nuceym: Əl Bəhrur Raiq Şərhu Kənzid Dəqaiq: 5/202-203
Beyrut: Darul Kutubil İlmiyyə: 1418/1997
 
Muslimah_92Tarix: Şənbə, 09.06.2012, 22:49 | Yazı # 4
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Şafi alimlərindən olan Hafiz Əbu Bəkr əl Beyhəqi (384-458 h/994-1066 m) - rahimahullah - özünün "Əl Əsma vəs Sifət" adlı kitabında Əbu Süleyman əl Xattabidən (319-388 h/931-998 m) nəqlən buyurur:

وليس معنى قولِ المسلمينَ إنّ اللهَ استوى على العرشِ هو أنَّه مُمُاسٌّ له , أو متَمكِّن فيه, أو متَحيِّز في جهةٍ من جهاتِه , لكنَّه بائنٌ مِن جميعِ خلْقِه , وإنما هو خبرٌ جاء به التوقيف فقلنا به , ونفينا عنه التكييفَ , إذْ ليس كمثله شيء وهو السميع البصير

“Müsəlmanların söylədiyi “Allah ərşə istiva etmişdir” sözünün mənası:
“Allahın ona toxunan (Muməəs), və ya onda özünə məkan tutmuş, ya da tərəflərindən hər hansı bir tərəfində yerləşmiş olduğu” deyildir.
Lakin O, bütün məxluqatından ayrıdır.
Bu şəriətin gətirdiyi bir xəbərdir və biz də onu (olduğu kimi) deyir və ondan keyfiyyəti nəfy edirik, çünki Onun bənzəri heç bir şey yoxdur, O eşidən və görəndir.”

Qaynaq: Əbu Bəkr əl Beyhəqi: Əl Əsma vəs Sifət: 369
Qahirə: Əl Məktəbətul Əzhəriyyətu lit Turas
 
Muslimah_92Tarix: Şənbə, 09.06.2012, 22:50 | Yazı # 5
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Yenə Hafiz Əbu Bəkr əl Beyhəqi (384-458 h/994-1066 m) rahimahullah özünün "Əl İtiqad" kitabında buyurur:

في الجملة يجب أنْ يُعلمَ أنَّ استواءَ اللهِ سبحانه وتعالى , ليس باستواءِ اعتدالٍ عن اعْوِجاجٍ , ولا استقرارٍ في المكان , ولا مُماسّةٍ لشيءٍ مِن خلْقه , لكنَّه مستوٍ على عرْشِه كما أخْبرَ بلا كيف , بلا أين , بائنٌ مِن جميعِ خلقِه

“Ümumi olaraq bilinməsi vacibdir ki, Allahın -Subhənəhu və Təala- istivası, nə əyrilikdən düzəlmə mənasında, nə də məkanda istiqrar (qərar tutma), nə də yaratdıqlarından (ərş də daxil) birinə toxunma mənasında olan istiva deyildir.
Lakin "necə" və "harada" soruşulmadan, xəbər verdiyi kimi ərşi üzərinə istiva etmişdir, bütün məxluqatından (ərş də daxil) ayrıdır.”

Qaynaq: Əbu Bəkr Əl Beyhaqi: Əl İtiqad: 121
Riyad: Darul Fadilə: 1420/1999
 
Muslimah_92Tarix: Şənbə, 09.06.2012, 22:50 | Yazı # 6
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
İmam əz-Zəhəbi deyir:
" وقال الثقة عن علي بن الأرقم عن مسروق أنه كان إذا حدث عن عائشة قال حدثتني الصديقة بنت الصديق حبيبة حبيب الله المبرأة من فوق سبع سموات"

"Etibarlı ravi Əli bin əl-Ərqam vasitəsilə Məsruq'dan rəvayət etdi ki, o, Aişədən hədis rəvayət etdikdə deyərdi: "əs-Siddiq'in qızı siddiqə, Allahın sevimlisinin sevimlisi, yeddi səmanın yuxarısından bəraət qazanmış (Aişə) mənə rəvayət etdi."

"əl-Uluvvu lil-Aliyyil-Ğaffər", səh:121-122;
Ədvaus-Sələf, birinci nəşr: 1416/1995, Riyad
 
Muslimah_92Tarix: Şənbə, 09.06.2012, 22:51 | Yazı # 7
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
əz-Zəhəbi deyir:
"حديث في الحلية بإسناد صحيح: عن مالك بن دينار أنه كان يقول: "خذوا، فيقرأ، ثم يقول: اسمعوا إلى قول الصادق من فوق عرشه"

"Səhih bir isnad ilə "əl-Hilyə" kitabındakı bir hədisdə Malik bin Dinar'dan zikr olunur ki, o, belə deyərdi: "Götürün!", sonra oxuyar və sonra deyərdi: "Ərşin yuxarısından Sözündə Sadiq Olanın sözünü eşidin!"

 
Muslimah_92Tarix: Şənbə, 09.06.2012, 22:52 | Yazı # 8
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
əz-Zəhəbi deyir:
"أنبأنا أحمد بن سلامة ، عن محمد بن أبي زيد ، أنبأ محمود الصيرفي ، أنبأ ابن فادشاه ، أنبأ أبو القاسم الطبراني ، ثنا العباس بن الفضل الأسفاطي ، ثنا سليمان بن حرب ، سمعت حماد بن زيد ، يقول : سمعت وذكر المعتزلة ، فقال أيوب السختياني : " إنما مدار القوم ، على أن يقولوا : ليس في السماء شيء " . هذا إسناد كالشمس وضوحًا ، وكالأسطوانة ثبوتًا ، عن سيد أهل البصرة وعالمهم ."

"Əhməd bin Sələmə bizə Muhamməd bin Əbi Zeyd'dən xəbər verdi, Mahmud əs-Sayrafi bizə xəbər verdi, İbn Fədişəh bizə xəbər verdi. Əbul-Qasim ət-Tabərani bizə xəbər verdi; əl-Abbas bin əl-Fədl əl-Əsfəti bizə rəvayət etdi; Süleyman bin Hərb bizə rəvayət etdi: Həmməd bin Zeydi belə deyərkən eşitdim: "Mötəzilənin adı zikr olundu və Əyyub əs-Sixtiyəni'ni belə deyərkən eşitdim: "Onların isbat etməyə çalışdıqları budur ki, "səmada bir şey yoxdur" deyə bilsinlər." Bu, Bəsra əhlinin ağası, onların alimlərindən gəlmiş aşkarlıqda günəş kimi, sabitlikdə dirək kimi bir isnaddır."

"əl-Uluvvu lil-Aliyyil-Ğaffər", səh:129;
Ədvaus-Sələf, birinci nəşr: 1416/1995, Riyad

 
Muslimah_92Tarix: Şənbə, 09.06.2012, 22:52 | Yazı # 9
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
əz-Zəhəbi deyir:
"وقال هارون بن معروف ثنا ضمرة ، عن صدقة ، سمعت سليمان التيمي ، يقول : " لو سئلت أين الله تعالى ؟ لقلت : في السماء " . سليمان من أئمة أهل البصرة علمًا وعملًا "

"Harun bin Məruf dedi: Damra bizə Sadaqadən rəvayət etdi: Süleyman ət-Teymi'ni belə deyərkən eşitdim: "Əgər məndən "Allahu Təalə haradadır?" soruşsalar deyərəm: "Səmadadır." Süleyman Bəsra əhlinin elmdə və əməldə imamlarından biridir."

"əl-Uluvvu lil-Aliyyil-Ğaffər", səh:130;
Ədvaus-Sələf, birinci nəşr: 1416/1995, Riyad
 
Muslimah_92Tarix: Şənbə, 09.06.2012, 22:53 | Yazı # 10
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hənbəli alimlərindən Mənsur Əl Buhuti, Məri Əl Kərmi, Yusuf Əl Fətuhi və digərlərinindən elm almış Hənbəli alimi İbnul Fəqih Qissa adıyla məşhur olan Abdul Bəqi Əl Məvəhibi (1005-1071 h/1596-1661 m) əqidəylə bağlı yazdığı "Əl Ayn vəl Əsər fi Aqaidi Əhlil Əsər" isimli risaləsində deyir:

ويجب الجزمُ بأنَّ اللهَ تعالى ليس بجوْهرٍ، ولا جسمٍ ، ولا عرَضٍ ، ولا تحلُّهُ الحوادثُ ، ولا يحُلُّ فى حادثٍ ، ولا ينحصِر فيه , فمَن اعتقد , أو قال: " إن الله بذاته فى مكانٍ ", فكافرٌ
بل يجب الجزمُ بأنه سبحانه وتعالى : بائنٌ مِن خلقِه ، فكان ولا مكانَ ، ثم خلَق المكانَ ، وهو كما كان قبلَ خلقِ المكانِ ، ولا يُعرَف بالحواسِّ ، ولا يُقاس بالناس ، فهو الغنيُّ عن كلِّ شيءٍ ، ولا يستغني عنه شيءٌ ، ولا يُشبِه شيئًا ، ولا يُشبِهه شيءٌ

"Uca Allahın cövhər, cism, araz olmadığına, yaradılmışların Ona, Onun da hərhansı bir yaradılmışa hulul etməyəcəyinə (daxil olmayacağına) və onda münhasir (məhdudlaşmış) olmayacağına inanmaq vacibdir.
Kim "Allah zatıyla bir məkandadır" deyər və ya belə etiqad edərsə o kafirdir.
Əksinə Uca və Münəzzəh olan Allahın məxluqatından ayrı olduğuna inanmaq lazımdır.
O varkən məkan yoxdu. Sonra məkanı yaratdı. Hal hazırda o məkanı yaratmadan öncəki kimidir.
O hisslərlə tanınmaz. İnsanlarla müqayisə edilməz.
O hər şeydən mustağnidir (ehtiyacsızdır). Heç bir şey Ondan mustağni deyildir.
Heç bir şeyə bənzəməz. Heç bir şey də Ona bənzəməz."

Qaynaq: Abdul Bəqi Əl Məvəhibi: Əl Ayn vəl Əsər: 34
Darul Məmun lit Turəs: 1407/1987


--------------------
 
Muslimah_92Tarix: Şənbə, 09.06.2012, 22:53 | Yazı # 11
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Şafi alimlərindən olan məşhur müfəssir Əbu Muzəffər Əl İsfərayini (v. 471 h/1078 m) özünün məşhur "Ət Təbsir fid Din və Təmyizul Firqatin Nəciyəti anil Firaqil Həlikin" adlı kitabında qurtulmuş firqənin əqidəsini açıqlayarkən buyurur:

وأنْ تعلمَ أنَّه لا يجوز عليه الكيفيَّة والكمِّية والأيْنِيَّة ، لأنَّ مَن لا مِثلَ له لا يُمكِن أنْ يُقالَ فيه "كيف هو؟" ، ومَن لا عددَ له لا يُقال فيه "كم هو؟" ، ومَن لا أوَّلَ له لا يقال له "مِمَّ كان؟" ، ومَن لا مكانَ له لا يقال فيه "أين كان؟" , وقد ذكَرْنا مِن كتابِ الله تعالى ما يدُلّ على التّوحيد , و نفْيِ التّشْبيهِ , و نفْي المكانِ و الجِهَةِ , ونفْيِ الابْتِداءِ و الأوَّلِيَّة
وقد جاء فيه عن أميرِ المُؤمنِينَ عليٍّ رضِي الله عنْه أشْفَى البَيَانِ حِينَ قِيلَ له : "أين الله؟" , فقال : " إنَّ الذي أيَّنَ الأيْنَ لا يُقال له أيْنَ" , فقيل له : "كيف الله؟" , قال : "إنَّ الذي كيَّف الكَيْفَ لا يُقَال له كيْف
وسأله آخرُ فقال : "ما جِهَة وجهِ الله؟" , فأمَرَ حتى أُوتِيَ بِشَمْعَةٍ , فوضَعها في أُنبُوبة قَصَبٍ , فقال للسائل : "ما وجه هذه الشَّمْعَة وبأيِّ جانب مُختصٌّ؟" , فقال له السائل : "ليس بمُختصٍّ بجانبٍ دُونَ جَانِبٍ" , فقال : "ففيم السؤال إذاً؟
ومعناه : "إذَا جازَ أنْ يكونَ في المخلوقاتِ شَيْءٌ لا اختِصَاصَ له بِجِهةٍ دُونَ جِهَةٍ , لِمَ لا يجوز أنْ يَكونَ خالقُ الخلْقِ غيْرَ مُختصٍّ بجهَةٍ دُونَ جِهَةٍ ؟

"Və bilməlisən ki, Allah haqqında keyfiyyətin, kəmiyyətin və eyniyyətin (hər hansı bir məkanda olmaq) keçərli olması caiz/mümkün deyil. Çünki bənzəri olmayan birisi haqqında "o necədir?", sayı olmayan biri haqqında "o neçə dənədir?", əvvəli olmayan birisi haqda "nədən yaranıb?", məkanı olmayan biri haqda da "haradadır?" demək olmaz.
Daha öncə Allahın kitabından tövhidə və təşbihin, məkanın, cəhətin, başlanğıcın və əvvəliyyatın nəfyinə dəlalət edən şeyləri zikr etdik.
Bu barədə möminlərin əmiri Əlidən - radiyalahu anhu - ona "Allah haradadır?" deyildikdə verdiyi şəfalı bəyan varid olmuşdur. O belə cavab vermişdir: "O məkanı yarandır! Onun haqqında hardadır deyilməz"
Həmçinin ona belə deyildi: "Allah necədir?"
O dedi: "Keyfiyyətə keyfiyyət verən haqda "necədir?" deyilməz.
Başqa birisi ona belə deyərək soruşdu: "Allah hansı tərəfə yönəlikdir?"
Bu zaman əmri ilə bir şam gətirilir və o şamı qamış bir boruya qoyaraq soruşana deyir: "Bu şam hansı tərəfə yönəlikdir? Hansı cəhətə xasdır?"
Soruşan ona deyir: "Hər hansı bir tərəfə xas deyil"
O isə deyir: "O zaman nə haqda soruşursan?"
Bu cavabın mənası odur ki, əgər məxluqatdan hər hansı bir cəhətə xas olmayacaq bir şeyin varlığı mümkündürsə, məxluqatın Yaradıcısının nəyə görə hər hansı bir cəhətə xas olmaması mümkün olmasın?"

Qaynaq: Əbu Muzəffər Əl İsfərayini: Ət Təbsir: 138
Qahirə: Əl Məktəbətul Əzhəriyyə lit Turas
 
Muslimah_92Tarix: Şənbə, 09.06.2012, 22:54 | Yazı # 12
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Mötəbər Maliki fəqihi Qazi Abdul Vahhab Əl Bağdadi (362-422 h/973-1031 m) "Şərhu Aqidətil İmam Malik Əs Sağir" adlı əsərində deyir:

واعلم أنَّ الوصْفَ له تعالى بالاستواءِ اتباعٌ للنصِّ ، وتسليمٌ للشرْعِ ، وتصديقٌ لما وصَف نفسَه تعالى به ، ولا يجوز أن يُثبَتَ له كيفيةٌ ؛ لأنَّ الشرْعَ لم يرِدْ بذلك ، ولا أخبرَ النبيِّ عليه السلام فيه بشيءٌ ، ولا سألتْه الصحابةُ عنه ، ولأنَّ ذلك يرجِع إلى التنقُّلِ والتحوُّلِ وإشغالِ الحيَّزِ والافتقارِ إلى الأماكنِ ، وذلك يؤُول إلى التجسيمِ ، وإلى قِدَمِ الأجسامِ ، وهذا كفرٌ عند كافَّةِ أهلِ الإسلام
وقد أجملَ مالكٌ رحمه الله الجوابَ عن سؤال مَن سأله : الرحمن على العرْش استوى , كيف استوى ؟ فقال : الاستواءُ منه غيرُ مجهولٍ , والكيْفُ منه غيرُ معقولٍ , والسؤالُ عنه هذا بدعةٌ , ثم أمَر بإخراجِ السائل

"Bil ki, Uca Allahın istivayla vəsf edilməsi nassa ittiba, Şəriətə təslim və Uca Allahın özünü tanıtdığı şeyləri təsdiqdir.
Buna (istivaya) keyfiyyət (necəlik) vermək caiz deyil.
Çünki, Şəriət bu barədə bir şey bildirməmişdir. Nəbinin - aleyhissəlam - hədislərində də bu haqda bir şey yoxdur. Həmçinin səhabələr bu haqda ondan soruşmayıblar.
(Bunun caiz olmamasının digər bir səbəbi isə budur ki) Keyfiyyət vermək bir yerdən başqa yerə keçmə, dəyişmə, məkan işğal etmə/məkanda olma və məkanlara ehtiyac düşüncəsinə gətirib çıxarar.
Bu da öz növbəsində təcsim və cisimlərin qədimliyi inancına gətirib çıxarar.
Bu isə, bütün müsəlmanlar qatında küfrdür.
İmam Malik - rahiməhullah – ona: "Allah ərşə istiva etmişdir. Necə istiva etmişdir?" deyən kimsənin sualına qısa şəkildə belə cavab vermişdir: "Onun haqqında istiva məchul deyil (məlumdur), Onun haqqında keyfiyyət ağılla idrak edilməz, onun haqqında sual vermək isə bidətdir."
Sonra isə, sual verənin məsçiddən çıxarılmasını əmr etmişdir."

Qaynaq: Abdul Vahhab Əl Bağdadi: Şərhu Aqidətil İmam Malik Əs Sağir: 28
Beyrut: Darul Kutubil İlmiyyə: 1423/2002
 
Muslimah_92Tarix: Şənbə, 09.06.2012, 22:54 | Yazı # 13
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
İmam Muslim "əs-Sahih"də (537) rəvayət edir ki, Muaviyə bin əl-Həkəm əs-Suləmi deyir:
"قَالَ: وَكَانَتْ لِي جَارِيَةٌ تَرْعَى غَنَمًا لِي قِبَلَ أُحُدٍ وَالْجَوَّانِيَّةِ، فَاطَّلَعْتُ ذَاتَ يَوْمٍ فَإِذَا الذِّيبُ قَدْ ذَهَبَ بِشَاةٍ مِنْ غَنَمِهَا، وَأَنَا رَجُلٌ مِنْ بَنِي آدَمَ، آسَفُ كَمَا يَأْسَفُونَ، لَكِنِّي صَكَكْتُهَا صَكَّةً، فَأَتَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَعَظَّمَ ذَلِكَ عَلَيَّ، قُلْتُ: يَا رَسُولَ اللهِ أَفَلَا أُعْتِقُهَا؟ قَالَ: «ائْتِنِي بِهَا» فَأَتَيْتُهُ بِهَا، فَقَالَ لَهَا: «أَيْنَ اللهُ؟» قَالَتْ: فِي السَّمَاءِ، قَالَ: «مَنْ أَنَا؟» قَالَتْ: أَنْتَ رَسُولُ اللهِ، قَالَ: «أَعْتِقْهَا، فَإِنَّهَا مُؤْمِنَةٌ»"

"(Peyğəmbərə) dedi: "Mənim bir cariyəm var idi ki, mənim qoyunlarımı Uhud ilə əl-Cəvvaniyyə arasında otarırdı. Bir gün baş çəkdim və gördüm ki, canavar qoyunlarından birini aparıb. Mən də Adəm övladlarından bir insanam, onlar üzüldüyü kimi mən də üzüldüm və ona bir sillə çəkdim. Sonra Allahın elçisinin - salləllahu aleyhi va səlləm - yanına gəldi və mənim bu etdiyimi mənim üçün ağır qəbul etdi. Dedim: "Ey Allahın elçisi, o zaman onu azad etməyimmi?" Dedi: "Onu mənim yanıma gətir!" Onu gətirdim və dedi: "Allah haradadır?" Dedi: "Göydədir." Dedi: "Mən kiməm?" Dedi: "Sən Allahın elçisisən." Dedi: "Onu azad et, çünki o, mömindir."
 
Muslimah_92Tarix: Şənbə, 09.06.2012, 22:55 | Yazı # 14
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
əz-Zəhəbi deyir:
قال أبو عبد الله الحاكم : أخبرني محمد بن علي الجوهري ببغداد ، ثنا إبراهيم بن الهيثم البلدي ، ثنا محمد بن كثير المصيصي ، قال : سمعت الأوزاعي ، يقول : كنا والتابعون متوافرون ، نقول : " إن الله فوق عرشه ، ونؤمن بما وردت به السنة من صفاته " . أخرجه البيهقي في كتاب الأسماء والصفات

"Əbu Abdilləh əl-Həkim dedi: "Muhamməd bin Əli əl-Cəuhəri Bağdadda mənə xəbər verdi: İbrahim bin əl-Heysəm əl-Bələdi bizə rəvayət etdi: Muhamməd bin Kəsir əl-Məsisi bizə rəvayət etdi: dedi: əl-Əvzai'ni belə deyərkən eşitdim: "Biz tabiinlərin aramızda hələ də çox olduqları bir vaxtda deyərdik: "Şübhəsiz ki, Allah ərşinin yuxarısındadır" və sünnətdə varid olmuş sifətlərə iman edirik." Bunu əl-Beyhəqi "əl-Əsma vas-Sifət" kitabında rəvayət edib."

"əl-Uluvvu lil-Aliyyil-Ğaffər", səh:136-137;
Ədvaus-Sələf, birinci nəşr: 1416/1995, Riyad

 
Muslimah_92Tarix: Şənbə, 09.06.2012, 22:55 | Yazı # 15
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Muslimin "Səhih"inə şərh verənlərdən Əbul Abbas Əl Qurtubi (578-656 h/1182-1258 m) "Cariyə hədisi"nə şərh verərkən deyir:

وهو لا يصِحُّ إطلاقُه على الله بالحقيقة ؛ إذِ اللهُ تعالى مُنزّه عن المكان ، كما هو مُنزّه عن الزَّمان ، بل هو خالقُ الزمان والمكان ، ولم يزَلْ مَوجودًا ، ولا زمانَ ولا مكانَ ، وهو الآن على ما عليه كان
ولو كان قابلاً للمكان لكان مُختَصًّا به ، ويحتاج إلى مخصِّص ، ولَكان فيه إما مُتحرِّكًا وإما ساكنًا ، وهما أمرانِ حادثانِ ، وما يتّصِف بالحوادثِ حادِثٌ ، على ما يُبسَط القولُ فيه في علم الكلام ، ولما صدَق قولُه تعالى : ليس كمثله شيء

"Bunu (Allah haradadır sualını) həqiqi mənada Allah üçün istifadə etmək olmaz. Çünki, Allah Təala zamandan münəzzəh olduğu kimi məkandan da münəzzəhdir. Əksinə o zamanın və məkanın xaliqidir. Zaman və məkan olmadan öncə də var idi, indi də əvvəl olduğu kimidir.
Əgər hər hansı bir məkanda olması mümkün olsaydı, o məkanda xüsusiləşər və bir xüsusiləşdiriciyə ehtiyac duyardı. Orada ya hərəkətli ya da hərəkətsiz olardı. Bu iki şey də yaradılmışdır (hadis).
Kəlam (əqidə) elmində geniş izah edildiyi üzrə, yaradılmış olan şeylərlə xarakterizə ediləndə yaradılmışdır (Allah isə yaradılmış ola bilməz) .
Əgər belə olsaydı (Allah məkanda olsaydı) Uca Allahın "Onun bənzəri heç bir şey yoxdur" ayəsi doğru olmazdı."

Qaynaq: Əbul Abbas Əl Qurtubi: Əl Mufhim: 2/143
Dəməşq: Dar İbni Kəsir: 1417/1996
 
Muslimah_92Tarix: Şənbə, 09.06.2012, 22:56 | Yazı # 16
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Yenə Əbul Abbas Əl Qurtubi (578-656 h/1182-1258 m) "Cariyə hədisi" haqda deyir:

تنبيه : ثُمَّ اعلمْ أنَّه لا خِلافَ بَيْنَ المُسْلِمِينَ قَاطِبةً ، مُحَدثِهم ، وفقيههم ، ومتَكلِّمهم ، ومقلِّدهم ، ونُظَّارهم : أنَّ الظَّواهِرَ الوَارِدَةَ بِذكر اللهِ في السَّمَاء ؛ كقوله : {ءَأَمِنْتُمْ مَنْ فِي السَّمَاءِ} , ليستْ على ظاهرها ، وأنَّها متأوَّلةٌ عند جميعهم
أمَّا مَن قال مِنْهم بِالجِهَة ،- فَتِلكَ الجِهَةُ عنده هي جهةُ الفوقِ ، كما جاءَ في الأحاديث - فلا بدّ أن يُتَأَوَّلَ كونُه في السماءِ ، وقد تأَوّلوه تأويلاتٍ ، وأشْبَهُ ما فيه : أنَّ " في " بمعنى : " على " ، كما قال : "ولأصلِّبنَّكم فِي جُذُوعِ النَّخلِ " أي : على "جُذُوعِ النخْلِ" ، ويكون العلوُّ بمعنى الغَلَبة
وأمَّا مَنْ يَعْتَقِد نَفْيَ الجهةِ في حقِّ الله تعالى ، فهو أحَقُّ بإزالةِ ذلك الظَّاهر ، وإجلالِ الله تعالى عنه ، وأَوْلى الفِرَقِ بالتأويل
وقد حصَل مِن هذا الأصل المحقَّق , أن قولَ الجاريةِ : " في السماء " ليس على ظاهرِه باتفاقِ المسلمين ، فيتعيَّن أنْ يُعْتقدَ فيه أنَّه مُعَرَّض لتأويل المتأوِّلين ، وأنَّ مَنْ حمَله على ظاهرِه فهو ضالٌّ مِن الضَّالِّينَ

"Tənbih: Daha sonra bil ki, mühəddislərilə, fəqihlərilə, mütəkəllimlərilə, müqəllidləri lə və araşdırmaçılarıyla bütün müsəlmanlar arasında bu mövzuda ixtilaf yoxdur:
"Səmada olandan əminmi oldunuz" sözü kimi, Uca Allahın səmada olduğunun qeyd edildiyi naslar zahiri üzrə deyil və bu nasslar bütün müsəlmanlar qatında təvil edilir.
Onlardan cəhət nisbət edənlərə gəlincə - ki bu da onlara görə hədislərdə gəldiyi üzrə yuxarı cəhətdir - səmada olmasının təvil edilməsi labüddür.
Bu nasları müxtəlif şəkillərdə təvil etmişlər. Təvillərdən daha uyğun olanı (səmada sözündəki) "da" (fi) şəkilçisinin "üzərində"(alə) mənasında olması təvilidir.
Necə ki Allah (fironun qövmünə xitabı şəklində) demişdir: "Sizləri xurma ağaclarının gövdələrində çarmıxa çəkəcəyəm" yəni "xurma ağaclarının üzərində". (Buna əsasən) Yüksəklik, üstünlük mənasında olar.
Uca Allah haqqında cəhətin nəfyinə etiqad edənə gəlincə, belə birisi bu zahiri mənanın inkarında və Allahı bundan uca tutmada daha haqlı, firqələr arasında (bu zahirləri) təvil etməyə daha layiqdir.
Doğruluğu sabit olan bu prinsipə binaən hasil olur ki, cariyənin dediyi "səmada" sözü müsəlmanların ittifaqıyla zahiri mənası üzrə deyildir.
Bundan aydın olur ki bu sözlər, təvil edənlərin təvilinə ərz edilmişdir və kim bu sözləri zahiri mənasına həml edərsə o, zəlalətə düşənlərdən bir zəlalət əhlidir."

Qaynaq: Əbul Abbas Əl Qurtubi: Əl Mufhim: 2/144-145
Dəməşq: Dar İbni Kəsir: 1417/1996
 
Muslimah_92Tarix: Şənbə, 09.06.2012, 22:58 | Yazı # 17
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hənbəli alimlərindən olan Qadi Əbu Yəla (380-458 h/988-1066 m) özünün məşhur "Əl Mutəməd fi Usuliddin" kitabında deyir:

وَلا يجوز وصفُه بِأنَّهُ في كلِّ مكانٍ , ولا في مكانٍ

"Onu, (Allahı) nə "hər yerdədir/məkandadır", nə də "hər hansı bir məkandadır" deyə vəsf etmək olmaz"

Qaynaq: Qadi Əbu Yəla: Əl Mutəməd: 58
Beyrut: Darul Məşriq
 
Muslimah_92Tarix: Şənbə, 09.06.2012, 22:59 | Yazı # 18
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Maliki alimlərindən olan məşhur üsulçu Qazi Əbu Bəkr Əl Bəqilləni (338-403 h/950-1013 m) özünün "Təmhidul Əvəil fi Təlxisid Dəlail" kitabında deyir:

فَإنْ قال قَائِلٌ : أين هو ؟
قِيل له : الأيْنُ سُؤالٌ عن المكان , وليس هو مِمَّن يَجُوز أنْ يَحوِيَه مَكانٌ ولا تُحيطَ به أقْطَارٌ
غير أنَّا نَقُولُ : إنَّه على عرْشِه لا على معنى كوْنِ الجِسمِ بالملاصقة والمجاورة , تعالى عَن ذلك عُلُوّاً كبيراً

"Əgər bir kəs "O (Allah) haradadır?" deyərsə, ona bu cür cavab verilər:
"Hardadır", məkan haqda olan bir sualdır. O, (Allah) isə hansısa bir məkanın ihtiva edəcəyi, hansısa bir yerin əhatə edəcəyi biri deyildir.
Lakin biz deyirik: O, ərşi üzərindədir. (Onun ərşi üzərində olması) hər hansı bir cismin nəyəsə bitişik və nəyinsə yanında olması mənasında deyil. Allah bundan, çox münəzzəhdir."

Qaynaq: Əbu Bəkr Əl Bəqilləni: Təmhidul Əvəil: 300-301
Beyrut: Muəssəsətul Kutubis Səqafiyyə: 1407/1987

 
Muslimah_92Tarix: Şənbə, 09.06.2012, 22:59 | Yazı # 19
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Məşhur müfəssirlərdən olan Əbu İshaq Əs Sələbi Ən Neysəburi (v. 427 h/1035) özünün "Təfsirus Sələbi" kimi tanınan, "Əl Kəşf vəl Bəyan fi Təfsiril Quran" adlı təfsirində, Bəqərə surəsinin 210-cu ayəsini açıqlarkən deyir:

ثُم اختَلفوا في تأويلِها
ففسَّره قومٌ على الإتيَانِ الذي هو الإنْتقال مِن مكان إلى مكان , وأدْخلوا فيه "بلا كيف" يدل عليه ظواهرُ أخبار ورَدت لم يعرِفوا تأويلَها , وهذا غير مَرضيٍّ من القولِ , لأنه إثباتُ المكان لله سبحانه ، وإذا كان متمكناً وجب أن يكونَ مَحدُوداً متَنَاهياً ومُحتَاجاً وفقيراً ، وتعالى الله عن ذلك علوّاً كبيراً
وقال بعض المحقِّقين الموفَّقين أظنّه عليَّ بن أبي طالبٍ : من زعَم أنَّ اللهَ تعالى مِن شيءٍ أو في شيءٍ أو على شيءٍ فقد ألْحَد ، لأنه لو كان مِن شيءٍ لكان مُحدَثاً ، ولو كان في شيءٍ لكان مَحصُوراً ، ولو كان على شيءٍ لكان مَحمُولاً

وسكَت قومٌ عن الخَوْضِ في معْنى الإتْيَانِ , فقالوا : نؤمِن بظاهره ونَقِف عن تفْسِيرِه ؛ لأنّا قد نُهينا أنْ نقولَ في كتابِ الله تعالى ما لا نَعلمُ ولم ينبِّهْنا اللهُ تعالى ولا رسولُه على حقيقةِ معناه
قال يحيى : هذه من المَكتوم الذي لا يُفسَّر
وكان مالكٌ والأوْزَاعِيّ ومحمدٌ وإسحاقُ وجماعةٌ مِن المشايخِ يقولونَ فيه وفي أمْثَالِه : أمِرُّوهَا كَمَا جاءت بلا كيْفٍ

"Daha sonra (zahirən gəliş mənasını verən "ityan"ın) təvilində ixtilaf etmişlər.
Bir qrup onu, "məkandan məkana intiqal etmə" mənasına gələn "gəliş" kimi təfsir etmişlər. Bu təfsirlərinə "keyfiyyətsiz" sözünü əlavə etmişlər. (Onlara görə buna) dəlil, varid olmuş və təvillərini bilmədikləri xəbərlərin zahiridir. Bu, (onların bu sözü) razı qalınacaq bir söz deyil.
Çünki bu, nöqsansız Allaha məkan isbat etməkdir. Əgər hər hansı bir məkanda olsa idi, məhdud, sonlu, möhtac və fəqir olması gərəkərdi. Allah bu şeylərdən çox ucadır.
Haqqa müvəffəq olan bəzi mühəqqiqlər, zənnimcə Əli bin Əbi Talib demişdir:
"Kim Uca Allahın hər hansı bir şeydən, və ya hər hansı bir şeydə, yaxud da hər hansı bir şey üzərində olduğunu iddia edərsə ilhad (küfr) etmişdir. Çünki, əgər o nədənsə olsa idi yaradılmış, hər hansı bir şeydə olsa idi məhsur, hər hansı bir şeyin üzərində olsa idi (o şey üzərində) daşınan olardı."

Bir topluluq da "ityan"ın (gəliş) mənasına dalmaqdan çəkinərək demişlər: "Onun zahirinə iman edir təfsirində/açıqlamasında dururuq. Çünki biz, Allahın kitabı haqda bilmədiyimizi deməkdən nəhy olunmuşuq. Uca Allah və Rəsulu bunun mənasının həqiqətini/mahiyətini açıqlamamışdır."
Yəhya demişdir: "Bu, (ityan) təfsir edilməyəcək gizli şeylərdəndir."
Malik, Əvzai, Muhəmməd (bin Həsən Əş Şeybani), İshaq (bin Rahaveyh) və şeyxlərdən bir qrup, bu və bənzəri (mütəşabih ayələr) haqda deyərdilər: "Onları gəldiyi kimi, keyfiyyətsiz oxuyub keçin."

Qaynaq: Əbu İshaq Əs Sələbi: Əl Kəşf vəl Bəyan: 2/129
Beyrut: Dar İhyəit Turasil Arabi: 1422/2002
 
Forum » İslam » Tövhid və Əqidə » Allaha məkan isnadı (BISMILLAH)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru