[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Tövhid və Əqidə » Lənət gətirən səbəblər
Lənət gətirən səbəblər
Anar1985Tarix: Çərşənbə, 09.03.2011, 11:46 | Yazı # 1
Qrup: Etibarlı
Yazı: 30
Reputasiya: 0
Status: Saytda deyil
Salamu aleykum

Riba Yeyən, Verən, Yazan Və İki Şahid
Günahlar insanı Peyğəmbər – sallallahu aleyhi və səlləm – in lənəti altına daxil edir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – böyük günah sahiblərini lənətləmişdir. Belə ki, böyük günah sahibləri bu lənətin altına girməsinə daha layiqdirlər.
İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah riba yeyəni, verəni də lənət etsin. Dəllala və iki şahidədə» .

Rüşvət Alan Və Verən
(Abdullah b. Amr) Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah lənət edib rüşvət alana da, verənə də» . Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Məhkəmədə rüşvət alan və rüşvət verənə Allah lənət etsin» .

Oğruluq Edənə
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yumurta oğurladıqda və ip oğurladıqda əli kəsilən oğruya Allah lənət etsin» .

Allahdan Qeyrisinə Qurban Kəsənə
Amir b. Vəsilə - radıyallahu anhu – deyir ki: «Bir dəfə mən Əli b. Əbu Talib - radıyallahu anhu – nun yanında idim. Bir kişi onun yanına gələrək soruşdu: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – sənə sirr olaraq bir heç nə deməyib?». Əli - radıyallahu anhu – qəzəblənərək dedi: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – gizli olaraq mənə heç bir şey deməyib. Yalnız bu dörd şeydən başqa». Kişi: «Ey əmirəlmöminin onlar nədir?» deyə soruşdu. Əli: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allahdan qeyrisinə qurban kəsənə Allah lənət etsin» .

Valideyinlərini Lənətləyənə
Əli - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – mənə dörd şeyi buyurdu: «Allah lənət etsin valideyinlərini lənətləyənə» . Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Valideynləri təhqir etmək ən böyük günahlardandır (Başqa rəvayətdə lənətləmək)». Səhabələr: «Ya Rəsulullah! Məgər insan öz valideynlərini təhqir edə bilərmi?» deyə soruşdular. Peyğəmbər: «Bu onun valideynlərini təhqir edir, o da qayıdaraq onun valideynlərini təhqir edir» deyə buyurdu .

Yenilik Edənə (Bidətçiyə) Sığınacaq Verənə
Əli - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – mənə dörd şeyi buyurdu: «Allah lənət etsin yenilik edib dinini dəyişən (bidətçiyə, cinayətkara) sığınacaq verənə» .

Yerin əlamətlərini dəyişənə (torpaq sərhədlərini)
Əli - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – mənə dörd şeyi buyurdu: «Allah lənət etsin ərazilərin sərhədlərini dəyişdirən kimsəyə» .

Bir-Birinə Bənzəmək İstəyən Kişi Və Qadınlara
İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – lənət edib kişiyə bənzər qadınlara və qadınlara bənzər kişilərə (və ya bir-birilərinə oxşamaq istəyənlərə)» .

Bir-Birinə Geyimdə Bənzəmək İstəyən Kişi Və Qadınlara
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah lənət edib qadın paltarı geyinən kişilərə və kişi paltarı geyinən qadınlara» .

Homoseksualizim
İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah Lut qövmünün əməli ilə məşğul olanlara lənət etasin (bu kəliməni üç dəfə təkrar etdi)» .

Qəbirləri Ziyarət Edən Qadınlara
(Əbu Hureyrə) İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah lənət edib qəbirləri tez-tez ziyarət edən qadınlara» .

Qəbirlərin Üstündə Şam Yandıran Və Orada Məscid Tikənlərə
İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah lənət edib qəbirlərin üstündə şam yandıran və məscid tikənlərə» .

Qadının Ərinə Olan İtaətsizliyi
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ər öz yoldaşını yatağa dəvət etdiyi halda qadın itaətsizlik edib gəlməzsə və əri bu (hala görə) qəzəbli yatarsa mələklər səhərə qədər o, qadını lənətlyərlər (Başqa rəvayətdə: Qadın yatağa qayıdana qədər)

 
Anar1985Tarix: Çərşənbə, 09.03.2011, 11:47 | Yazı # 2
Qrup: Etibarlı
Yazı: 30
Reputasiya: 0
Status: Saytda deyil
[size=7]Müsəlmanın Üstünə İti Bir Şey Qaldırmaq
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim bir müsəlman qardaşını (qorxutmaq niyyətilə) dəmir silah ilə işarə edərsə doğma qardaşı da olasa belə silahı əlindən buraxana qədər Allahın mələkləri ona lənət edərlər» .

Döymə Vuran Və Vurduran
İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah lənət edib döymə vuranları və vurduranları» .

Qaşlarını Alanları
İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah lənət edib qaşlarını didənləri» .

Qadına Arxadan Yaxınlaşanları
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qadınla arxadan əlaqədə olan lənətlənmişdir» .

Dişləri Seyrədənləri
İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah lənət edib dişlərini seyrədənləri» .

İki Lənət Gətirən
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İki lənət gətirən şeydən çəkinin». Səhabələr: «Ya Rəsulullah! Nədir o, iki şey?» deyə soruşdular. Peyğəmbər: «İnsanların gəlib-getdiyi (yolun üstündə) və dincəlmək üçün kölgələndikləri yerdə ehtiyacı ödəmək» .

Şivən Qoparan Qadınlara
Əbu Usamə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah lənət edib üzünü və paltarını cıran və şivən qopararaq ağlayan qadınlara» .

Səhabələri Söyən
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mənim səhabələrimi söyənə Allahın, mələklərinin və bütün insanların lənəti çatar» .

Qəbirləri Qarət Edənlərə
Aişə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah lənət etsin qəbirləri qarət edən kişi və qadınlara» .

Heyvanlara Oxşamaq İstəyənləri
İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah lənət edib heyvanlara oxşamaq istəyənləri» .

Heyvanları Vurmaq
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah lənət edib heyvanların üzlərinə vuranları və üzlərinə damğa qoyanları» .

Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah lənət edib ərindən ayrılmış qadını öz ərinə qayıtmasını halal görənə və həmçinin də bu işi gördürənə» .

İçki İçənləri
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah lənət edib içki içəni, süzəni, satanı, alanı, sıxanı, qarışdıranı, paylayanı, saxlayanı və ondan gələn gəliri xərcləyəni» .

Surət Çəkənlərə
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah lənət edib surət çəkənlərə» .

Canlı Olan Bir Şeyi Hədəf Edənləri
İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah lənət edib canlı olan bir şeyi hədəfə alanı» .

Sala Düzəldənlərə
Ömər - radıyallahu anhu – Səmuranın şərab satdığını eşidincə dedi: Allah Səmuraya lənət etsin. Məgər o, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in nə buyurduğunu eşitməyibmi? «Allah lənət edib Yəhudilərə hansı ki, onlar ölmüş heyvan yağlarının haram olunmasına baxmayaraq onları əritdilər və satdılar» . Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah bir qövmə bir şeyin yeyilməsini haram etdikdə ondan gələn gəliri də haram edir» .

Dünya Lənətlənmişdir
Əbu Hureyrə - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Dünya lənətlənmişdir. İçində olan hər bir şeydə lənətlənmişdir. Yalnız (elm) öyrənən və öyrədəndən başqa» .

Parik Taxanlara
Aişə - radıyallahu anhu – rəvayət edir ki, cavan bir qadın ərə getdikdən sonra xəstələnir və bu xəstəlik nəticəsində saçları tökülür. İnsanlar da onun üçün parik düzəltməyi qərara alırlar və bu haqda Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən soruşurlar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah parik taxana da, taxdırana da lənət etsin» .

Ədalətsiz Əmr
Əbu Burza - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Xəlifəlik Qureyşdən olmalıdır. Onlardan rəhm istənildikdə onlar mərhəmətli olmalıdırlar. Vəd verdikləri zaman vədlərini yerinə yetirməlidirlər. Hökm oxuduqda ədalətli olmalıdırlar. Əgər kimsə bu cür hərəkət etməzsə onun üzərinə Allahın, mələklərin və bütün insanların lənəti yağar» .

Koru Yolundan Azdıranlara
İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Koru yolundan azdıran adama Allah lənət etsin» . Huzeyfə b. Yəmən - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – halqaların (məclislərin) ortasında əyləşənləri lənətliyib» .

Atasından Başqasına Nisbət Edilənləri
Əli - radıyallahu anhu – rəvayət edir ki: «Bizdə Allahın Kitabı və (əlimdə) olan bu səhifədən başqa bir şey yoxdur. Səhifənin içində Peyğəmbər – sallallahu aleyhi və səlləm – belə buyurduğu yazılmışdır: «…Hər kim atasından başqasına nisbət edərsə özünü artıq Allahın, mələklərin və bütün insanların lənəti onun üzərinə olar və ondan nə fərz, nə də nafilə qəbul olunar» .

Musiqi Dinləmək
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İki səs həm bu dünyada, həm də axirətdə lənətlənmişdir. Tütək səsi – sevinc günündə və bir də müsibət anında şivən qopararaq ağlamaq» .

Peyğəmbər – sallallahu aleyhi və səlləm – başlarını (daz) qırxanları və bir də şivən qopardaraq paltarlarını cıranları lənətləmişdir» .

Yoldaşını Ərinə, Köləni Ağasına Qarşı Qaldıran
Peyğəmbər – sallallahu aleyhi və səlləm – ərinə qarşı yoldaşını, ağasına qarşı köləsini qızışdıraraq çıxardan bizdən deyildir
»[/size]
 
muallimTarix: Bazar ertəsi, 30.05.2011, 06:31 | Yazı # 3
Qrup: İstifadəçi
Yazı: 32
Reputasiya: 0
Status: Saytda deyil
muselmani lenetlemek olmaz

jjksdkjsdkjsdhkdshskdjhksdjhsdkjdshk
 
Forum » İslam » Tövhid və Əqidə » Lənət gətirən səbəblər
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2019 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru