Salamu aleykum Riba Yeyən, Verən, Yazan Və İki Şahid
Günahlar insanı Peyğəmbər – sallallahu aleyhi və səlləm – in lənəti altına daxil edir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – böyük günah sahiblərini lənətləmişdir. Belə ki, böyük günah sahibləri bu lənətin altına girməsinə daha layiqdirlər.
İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah riba yeyəni, verəni də lənət etsin. Dəllala və iki şahidədə» .
Rüşvət Alan Və Verən
(Abdullah b. Amr) Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah lənət edib rüşvət alana da, verənə də» . Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Məhkəmədə rüşvət alan və rüşvət verənə Allah lənət etsin» .
Oğruluq Edənə
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yumurta oğurladıqda və ip oğurladıqda əli kəsilən oğruya Allah lənət etsin» .
Allahdan Qeyrisinə Qurban Kəsənə
Amir b. Vəsilə - radıyallahu anhu – deyir ki: «Bir dəfə mən Əli b. Əbu Talib - radıyallahu anhu – nun yanında idim. Bir kişi onun yanına gələrək soruşdu: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – sənə sirr olaraq bir heç nə deməyib?». Əli - radıyallahu anhu – qəzəblənərək dedi: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – gizli olaraq mənə heç bir şey deməyib. Yalnız bu dörd şeydən başqa». Kişi: «Ey əmirəlmöminin onlar nədir?» deyə soruşdu. Əli: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allahdan qeyrisinə qurban kəsənə Allah lənət etsin» .
Valideyinlərini Lənətləyənə
Əli - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – mənə dörd şeyi buyurdu: «Allah lənət etsin valideyinlərini lənətləyənə» . Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Valideynləri təhqir etmək ən böyük günahlardandır (Başqa rəvayətdə lənətləmək)». Səhabələr: «Ya Rəsulullah! Məgər insan öz valideynlərini təhqir edə bilərmi?» deyə soruşdular. Peyğəmbər: «Bu onun valideynlərini təhqir edir, o da qayıdaraq onun valideynlərini təhqir edir» deyə buyurdu .
Yenilik Edənə (Bidətçiyə) Sığınacaq Verənə
Əli - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – mənə dörd şeyi buyurdu: «Allah lənət etsin yenilik edib dinini dəyişən (bidətçiyə, cinayətkara) sığınacaq verənə» .
Yerin əlamətlərini dəyişənə (torpaq sərhədlərini)
Əli - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – mənə dörd şeyi buyurdu: «Allah lənət etsin ərazilərin sərhədlərini dəyişdirən kimsəyə» .
Bir-Birinə Bənzəmək İstəyən Kişi Və Qadınlara
İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – lənət edib kişiyə bənzər qadınlara və qadınlara bənzər kişilərə (və ya bir-birilərinə oxşamaq istəyənlərə)» .
Bir-Birinə Geyimdə Bənzəmək İstəyən Kişi Və Qadınlara
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah lənət edib qadın paltarı geyinən kişilərə və kişi paltarı geyinən qadınlara» .
Homoseksualizim
İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah Lut qövmünün əməli ilə məşğul olanlara lənət etasin (bu kəliməni üç dəfə təkrar etdi)» .
Qəbirləri Ziyarət Edən Qadınlara
(Əbu Hureyrə) İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah lənət edib qəbirləri tez-tez ziyarət edən qadınlara» .
Qəbirlərin Üstündə Şam Yandıran Və Orada Məscid Tikənlərə
İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah lənət edib qəbirlərin üstündə şam yandıran və məscid tikənlərə» .
Qadının Ərinə Olan İtaətsizliyi
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ər öz yoldaşını yatağa dəvət etdiyi halda qadın itaətsizlik edib gəlməzsə və əri bu (hala görə) qəzəbli yatarsa mələklər səhərə qədər o, qadını lənətlyərlər (Başqa rəvayətdə: Qadın yatağa qayıdana qədər)