[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Tövhid və Əqidə » Allaha şükür etməyin vacibliyi
Allaha şükür etməyin vacibliyi
Quranda neçə surə var
1.114[ 5 ][100.00%]
2.110[ 0 ][0.00%]
Всего ответов: 5
Anar1985Tarix: Cümə axşamı, 28.01.2010, 12:21 | Yazı # 1
Qrup: Etibarlı
Yazı: 30
Reputasiya: 0
Status: Saytda deyil
ALLAHI ŞÜKR VƏ ZIKR ETMƏYIN VACIBLIYI

İzzət və Cəlal sahibi Allaha, bəxş etdiyi saysız-hesabsız və olduqca dəyərli olan nemətlərin müqabilində şükr etməyin vacibliyi haqda Uca Allah buyurur: “Və Rəbbinin sənə olan nemətindən söhbət aç!” Başqa bir isə belə buyurur: “Belə olduqda siz Məni xatırlayın ki, Mən də sizi yada salım! Mənə şükür edin, Məni danmayın!” (əl-Bəqərə, 152) Yəni, Məni itaətlə, ixlasla və dünyakı mübarizə ilə xatırlayın ki, Mən də sizi xatırlayım. Yəni, sizi daha yüksək dairələrdə tərif sahibi edim, hidayətə çatdırım, dünyada xeyir içində yaşadım, axirətdə isə mərhəmət göstərim.

Allahı çoxlu zikr etmək qəlbi Onunla bağlı edir. Ona görə də Allah taala əmr edir ki, Onu çox zikr etsinlər. Əgər Allahın möcizələrinə və saysız nemətlərinə nəzər yetirsən qəlbi qorxu bürüyər, Rəbbinə üz tutar. Allah taala buyurur: “Sizə gələn hər bir nemət Allahdandır. Sonra sizə bir müsibət üz verdikdə Ona yalvarıb-yaxarırsınız!” (ən-Nəhl, 53) Süleyman əleyhissəlamın Bəlqisi taxtının yanında görərkən dediyi sözləri belə xatırlayır: “Bu, Rəbbimin lütfündəndir. Məni imtahana çəkməyi üçündür ki, şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim şükür etsə, yalnız özü üçün şükür edər; kim nankor olsa, həqiqətən, Rəbbim möhtac deyildir, kərəm sahibidir!” (ən-Nəml, 40)
Bəzi elm adamları şükrün üç rüknü olduğunu qeyd etmişlər: Neməti zahirdə danışmaq, batində təsdiq etmək və haqq sahiblərinə itaətlə xərcləmək. İbn Qeyyim (Allah ona rəhmət eləsin!) deyir ki, qulun şükr etməsi üç rüknlə həyata keçir və bu üçü bir olmadan şükür etmiş sayılmaz. Birincisi, Allahın nemətini etiraf etməsi; İkincisi, Ona həmd-səna etməsi; Üçüncüsü, razı olduğu şəkildə ondan kömək istəmək”. Insanlar bu nemətlərə görə müxtəlif təbəqələrə bölünüblər. Allah taala buyurur: “Verdiyiniz ne’mətlərlə sınamaq üçün sizi yer üzünün varisləri təyin edən, dərəcələrə görə birinizi diğərinizdən üstün edən Odur. Həqiqətən, sənin Rəbbin tezliklə cəza verən və şübhəsiz ki, bağışlayan, rəhm edəndir!” (əl-Ənam, 165) İbn Kəsir (Allah ona rəhmət etsin) ayə barəsində deyir: “Yəni, ruzidə, əxlaqda və problemlərdə insanlar müxtəlifdir. Allah taalanın Qurani-Kərimdə buyurduğu kimi, bunun da hikməti var: “Məgər sənin Rəbbinin mərhəmətini onlarmı paylaşdırırlar?! Dünyada onların dolanacaqlarını öz aralarında Biz bölüşdürdük. Bir-birlərinə iş gördürsünlər deyə, bəzilərinin dərəcələrini digərlərindən üstün tutduq. Sənin Rəbbinin mərhəməti onların yığdıqlarından daha yaxşıdır!” (əz-Zuxruf, 32) “Verdikləri ilə sizi ayırd etsin!” ayəsinində isə yəni, sizə verdiyi nemətlərin müxtəlifliyi ilə sizi yoxlamaq və imtahana çəkər. Varlı var-dövləti ilə, kasıb kasıblığı ilə imtahan olunar”. Allah bizi əmrlərinə itaətkar, bəxş etdiklərində şükr edən, mübtəla etdiklərində isə səbirli etsin!”

 
XEDICE73Tarix: Cümə axşamı, 13.05.2010, 00:13 | Yazı # 2
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
İnsan hər tərəfdən onu əhatə edən Allahın nemətləri içərisində yaşayır. Əgər ömrünü bu nemətlərə görə Rəbbinə şükr edərək keçirsə, bir nemətin belə haqqını verə bilməz. Ona görə də Allah taala Onu zikr və şükr etməyi əmr edərək buyurur: “De: "Həmd olsun Allaha! Salam olsun seçdiyi bəndələrinə!” (ən-Nəml, 59)

Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Suheybin (Allah ondan razı olsun!) rəvayət etdiyi hədisdə buyurur: “Möminin işi qəribədir. Onun hər bir işində xeyir var. Bu hal yalnız mömində təsadüf olunur. Əgər ona sevinc üz versə, şükr edər və bu, onun üçün xeyir olar. Əgər zərər üz versə, səbr edər, bu da onun üçün xeyir olar”. Allah taala aydın şəkildə buyurur ki, şükr etmək ibadətin ən böyük növlərindəndir: “Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin. Əgər Allaha ibadət edirsinizsə, Onun ne’mətinə şükür edin!” (ən-Nəhl, 114) Insan Allah taalanən ona bəxş etdiyi nemətlərin müxtəlifliynə baxsa, şükr etməyin nə qədər vacib olduğunu anlayar. Bu nemətlərdən:
1. Elm və iman: Allah taala buyurur: “Həmçinin sizə ayələrimizi oxumaq, sizi təmizləmək, Kitabı, hikməti və bilmədiklərinizi öyrətmək üçün sizə öz içərinizdən bir peyğəmbər göndərdik. Belə olduqda siz Məni xatırlayın ki, Mən də sizi yada salım! Mənə şükür edin, Məni danmayın!” (əl-Bəqərə, 151-152) Bu ayəti-kərimədə rəsulullahın (ona və ailəsinə Allahın salavatı və salamı olsun) göndərilməsi, bununla qüsur və pisliklərdən təmizlənmə, şirkdən çıxaraq tövhidə yiyələnmək, kitab və hikmətin, yəni Quran və sünnənin öyrədilməsi haqda xatırlatmalar var. Bu ümmət cahiliyyət və boşbağazlılıq içərisində olduqdan sonra, peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) risalətinin bərəkəti ilə övliyalar və alimlər dərəcəsinə kimi yüksəldi. ümmətin nümayəndələri xeyirxah və sadiq alimlərə çevrildilər. İbn Kəsir (Allah ona rəhmət eləsin!) deyir ki, “Ona görə də Allah taala möminlərin Onun nemətini etiraf etməyə, nemətinin müqabilində Onu zikr və şükr etməyə borclu olduqlarını bildirir: “Məni xatırlayın ki, Mən də sizi yada salım! Mənə şükür edin, Məni danmayın!” Zeyd bin Əsləmin rəvayət etdiyi hədisdə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Musa əleyhissəlam dedi: “Ya Rəbbim! Mən Sənə necə şükr edim?” Rəbbi ona dedi: “Məni zikr et və Məni unutma! Məni zikr etsən, məni şükr də edərsən. Əgər Məni unutsan, onda küfr etmiş olarsan!” Həsən əl-Basri və başqaları deyir ki, Allah onu xatırlayanı xatırlayar, Ona şükr edənin malını artırar, Onu danana isə əzab verər”. Səhih hədisdə Allah taala buyurur: “Kim Məni özündə xatırlasa, Mən də onu özümdə xatırlayaram. Kim Məni camat içərisində xatırlasa, Mən onu daha xeyirli yerlərdə xatırlayaram”. Nemətin əməldə nümayiş etdirilməsi ən gözəl hallardan biridir. “Sünən” yazarlarının rəvayət etdiyi hədisdə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Allah nemət verdiyi kimsədə istəyər ki, nemətin nişanələrini görsün.” Başqa bir rəvayətdə isə “Allah öz qulunda verdiyi nemətin nişanələrini görmək istəyər” – kimi qeyd olunur.
2. İnsanın kərəm sahibi olması, quruda və dənizdə gəzə bilməsi və təmiz olanlardan ruzilənməsi bəxş olunan nemətlərdəndir. Həmçinin, digər məxluqatlardan üstün tutulması ən böyük nemətlərdən biri hesab olunur. Belə ki, Allah taala insanı ağılla şərəfləndirmiş, təqva ilə bəzəmişdir.
3. Allah taalanın bu kainatda insan üçün həyati əhəmiyyətə malik su, hava, qida, ay, günəş, və Allah taalanın insanın ixtiyarına verdiyi digər şeylər şükr olunası nemətlərdir.
4. Allah taalanın bəxş etdiyi nemətlər sırasına insana verdiyi ağıl, eşitmə və görmə qabiliyyətləri, eyni zamanda anasının bətnində olarkən ona lütf etdiyi qidalanma və yatma xüsusiyyətləri, sonra da valideynlərinin ona tərbiyə verməsi daxildir. Allah taala buyurur: “Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz halda çıxartdı. Sonra sizə qulaq, göz və qəlb verdi ki, şükür edəsiniz!” (ən-Nəhl, 78) Başqa bir ayədə Allah taala buyurur: “Sizin özünüzdə əlamətlər vardır. Məgər görmürsünüz?” (əz-Zariyat, 21)
5. Ölmüş torpağın dirildilməsi, məhsulun yığılması və insan əlinin etdikləri.


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
Forum » İslam » Tövhid və Əqidə » Allaha şükür etməyin vacibliyi
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru