[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 2
  • 1
  • 2
  • »
Forum » İslam » Tövhid və Əqidə » Sələf Əqidəsi (Əhli Sünnə vəl Cəmaat)
Sələf Əqidəsi
ProgrammerTarix: Cümə axşamı, 21.08.2008, 17:05 | Yazı # 1
Qrup: İdarəçilər
Yazı: 34
Reputasiya: 3
Status: Saytda deyil


 
XEDICE73Tarix: Şənbə, 23.08.2008, 13:32 | Yazı # 2
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
SUR..........
ALLAH BU DUNYANIN SONA CATMASI HOKMUNU VERIRSE ISRAFIL,E. -A SURA BIRINCI DEFE UFURMESINI EMR EDECEKDIR.
O, ZAMAN QOYLERDE VE YERDE OLANLARIN HAMISI (ALLAHIN ISTEDIYI KIMSELERDEN BASQA) OLECEKDIR. ,,SUR (BIRINCI DEFE) CALINACAQ,ALLAHIN ISTEDIYI KIMSELERDEN BASQA DERHAL HAMISI OLECEK.SONRA BIR DAHA CALINAN KIMI ONLAR (QEBIRLERINDEN) QALXIB (ALLAHIN EMRINE) MUNTEZIR OLACAQLAR. (EZ- ZUMER68)SUR CALINACAQI QUN ALLAHIN ISTEDIKLERINDEN BASQA QOYLERDE VE YERDE OLANLAR DEHSETLI BIR QORXUYA DUSER VE ONLARIN HAMISI REBBININ HUZURUNA MUTI ,ZELIL VEZIYYETDE QELER.(EN-NEML 87)
YER UZU DUM- DUZ OLACAQI ZAMAN ,DAQLAR DARMADAQIN VE YUMUSAQ TOZ DENELERI HALINA DUSECEKDIR. BU DUNYA QUNLERININ SONUNCUSUDUR. ,,QUNES SONECEYI ZAMAN ,ULDUZLAR SEPELENECEYI ZAMAN, DAQLAR YERINDEN QOPARILACAQI ZAMAN, DENIZLER OD TUTUB YANACAQI ZAMAN ,RUHLAR(BEDENLERE) QOVUSACAQI ZAMAN, EMEL DEFTERLERI ACILOACAQI ZAMAN, ,QOY YERINDEN QOPACAQI ZAMAN, CEHENNEM ALOVLANDIRILACAQI ZAMAN, VE CENNET YAXINLASDIRILACAQI ZAMAN, HER KES NE HAZIR ETDIYINI BILECEKDIR. (ET- TEKVIR 1-15) ,,GOY PARCALANACAQI ZAMAN,ULDUZLAR DAQILIB SEPELENECEYI ZAMAN, DENIZLER QAYNAYIB BIR- BIRINE QARISACAQI ZAMAN, QEBIRLER CEVIRILECEYI ZAMAN, HER KES NE ETDIYINI, VE NE QOYUB QETDIYINI BILECEKDIR. EY KAFIR INSAN! SENI KERIM OLAN RABBINE QARSI ALDADAN NEDIR?(EL- INFITAR 1-6)


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
ProgrammerTarix: Bazar, 24.08.2008, 15:52 | Yazı # 3
Qrup: İdarəçilər
Yazı: 34
Reputasiya: 3
Status: Saytda deyil
Allah razı olsun

 
XEDICE73Tarix: Bazar ertəsi, 25.08.2008, 16:45 | Yazı # 4
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Məhəmməd Peyğəmbərimizn (sav) həyatının son günü qızı Fatima anamız onun necə əzab çəkdiyini görürdü.O, dedi: "Necə qəmdi atam!"
"Allah Rəsulu (sav) ona cavab derdi:" Bir gün sonra artıq mən heç vaxt gəmgin olmayacağam" (Buxari rəvayət etmişdir).

Peyğəmbərimizn yanında su ilə dolu qab var idi.O, əllərini onun içinə salıb üzünü silərək deyirdi:
"Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur! Həqiqətən ölümdən əvvəl canvermə olur"
(Buxari rəvayət etmişdir)
Sonra peyğəmbərimiz (sav) vəziyyəti pisləşdi və danışmadı, ətrafındakılarla işarələrlə əlaqə saxlayırdı.Tezliklə onun yer üzündə olmamasının son anları yaxınlaşdı.
Allah rəsulunun (sav) başı Aişə anamızın dizləri üstündə idi.Halı ağırlaşanda digər zövcələrindən Aişənin evində qalmaq üçün icazə aldı və hamı icazə verdi.Çünki həyat yoldaşı Aişəni çox sevərdi.Bu zaman Əbu Bəkrin oğlu və Aişə anamızın qardaşı Əbddürrəhman əlində misvak (dişləri təmizləmək üçün xüsusi bitkinin budağıdır.) ilə içəri girməyə icazə aldı və içəri girdi.Allah Rəsulu ona baxdı və Aişə anamız anladı ki, o misvak istəyir.Aişə anamız misvakı ondan aldı və ağzında yumşaldaraq peyğəmbərimizn dişlərini təmizlədi.
Dişlərini təmizləyib qurtarandan sonra peyğəmbərimiz (sav) əlini və barmağını yuxarı qaldıraraq diqqətlə tavana baxdı.Bu an onun dodaqları tərpənirdi.
Aişə anamız qulaq asırdı.Peyğəmbərimiz belə deyirdi: Ey Allahım sənin rəhmətinlə.Ey Allahım məni bağəşla və mənə rəhm eylə.Allahım sənin uca dərgahına.
(Buxari və Müslim rəvayət etmişdir)
Peyğəmbərimiz(sav) qızı Fatimə anamız dedi: Ey atam! Rəbbinin çağırışına qulaq asdın.Ey atam! sənin yerin firdovs bağlarındadır.Atam, sənin üçün biz cəbrailə baş sağlığı yetiririk.
(Buxari və Müslim)

Dəyərli qardaş və bacılarım!
Həqiqətən biz hamımız Allaha məxsusuq və ona dönəcəyik.Yer üzünə bütün bəşəriyyətin paylaşdığı ən gözəl səadəti gətirmiş insan dünyanı bu cür tərk etdi.
Ondan öncə heç kim ona bənzər insanla vidalaşmamışdı və heç kəs Qiyamət gününə qədər bu cür insanı itirməyəcək.


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
ProgrammerTarix: Çərşənbə axşamı, 26.08.2008, 05:24 | Yazı # 5
Qrup: İdarəçilər
Yazı: 34
Reputasiya: 3
Status: Saytda deyil
XEDICE73
Allah razı olsun. Çax aktivsiz saytda.


 
XEDICE73Tarix: Çərşənbə axşamı, 26.08.2008, 15:38 | Yazı # 6
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Peyqambere salavat, onun yeri ve formalari...

Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm – birinci və başqa təşəhhüdlərdə özünə salavat deyərdi (Əbu Uvanə «Səhih» (2/324) və ən-Nəsai).
Bunu ümmətinə də qanun bilib salamdan sonra öyrətdiyi aşağıdakı salavatları deməyi əmr etmişdir:

«Allahummə salli alə Muhammədin va alə əhli-beytihi və alə əzvacihi va zurriyyətihi, kəmə salleytə alə ali İbrahimə, innəkə həmidun məcid. Va bərik alə Muhammədin va alə ali –beytihi va alə əzvacihi va zurriyyətihi, kəmə bəraktə alə ali İbrahimə, innəkə həmidun məcid” ( Allahım! İbrahimin ailəsinə xeyir-dua verdiyin kimi, Məhəmmədə, onun ailəsinə, xanımlarına, övladlarına xeyir-dua ver. Şübhəsiz ki, Sən çox həmd-səna edilən, şan və şərəf Sahibisən. İbrahimin ailəsinə bərəkət verdiyin kimi, Məhəmmədə, onun ailəsinə, xanımlarına, övladlarına bərəkət ver. Şübhəsiz ki, Sən çox həmd-səna edilən, şan və şərəf Sahibisən).
Peyğəmbərin – səllallahu aleyhi və alihi və səlləm – özü belə dua edərdi ( Əhməd və ət-Təhavi səhih sənədlə).

2. «Allahummə salli alə Muhammədin va alə ali Muhammədin, kəmə salleytə alə (İbrahimə va alə) ali İbrahimə, innəkə həmidun məcid. Allahummə bərik alə Muhəmmədin va alə ali Muhamməd, kəmə bərəktə alə (İbrahimə va alə) ali İbrahimə, innəkə həmidun məcid” ( Allahım! (İbrahimə və) İbrahimin ailəsinə xeyir-dua verdiyin kimi, Məhəmmədə və onun ailəsinə də xeyir-dua ver. Sən həqiqətən həmd-sənalara layiq və şan- şövkətlisən. Allahım! (İbrahimə və ) İbrahimin ailəsinə bərəkət verdiyin kimi, Məhəmmədə və onun ailəsinə də bərəkət ver. Sən həqiqətən həmd-sənalara layiq və şan-şövkətlisən) ( əl- Buxari, Müslim, ən-Nəsai, əl-Hümeydi (138/1) və İbn Mündə (68/2)).

3.«Allahummə salli alə Muhammədin va alə ali Muhamməd, kəmə salleytə alə İbrahimə (va ali İbrahim), innəkə həmidun məcid, va bərik alə Muhəmmədin va alə ali Muhamməd,kəmə bərəktə alə (İbrahim va) ali İbrahimə, innəkə həmidun məcid” (Allahım! İbrahimə ( və onun ailəsinə) xeyir-dua verdiyin kimi, Məhəmmədə və onun ailəsinə də xeyir- dua ver. Sən həqiqətən həmd-sənalara layiq və şan-şövkətlisən. Və (İbrahimə və ) İbrahimin ailəsinə bərəkət verdiyin kimi, Məhəmmədə və onun ailəsinə də bərəkət ver. Sən həqiqətən həmd-sənalara layiq və şan-şövkətlisən) (Əhməd, ən-Nəsai və Əbu Yəla, «Müsnəd» əsərində (244/2). Səhih hədisdir).

4. «Allahummə salli alə Muhammədin (ən-nəbiyyi əl-ummuyyi) va alə ali Muhəmmədin, kəmə salleytə alə (ali) İbrahimə, va bərik alə Muhammədin ( ən-nəbiyyi əl-ummiyyi ) va alə ali Muhamməd, kəmə bərəktə alə (ali ) İbrahimə, fil-aləmeynə innəkə həmidun məcid” (Allahım! İbrahimə (ailəsinə) xeyir-dua verdiyin kimi, ( savadsız peyğəmbər) Məhəmmədə və onun ailəsinə də xeyir-dua ver. İbrahimə (ailəsinə) bərəkər verdiyin kimi, (savadsız peyğəmbər) Məhəmmədə və onun ailəsinə də hər iki dünyada bərəkət ver. Sən həqiqətən həmd-sənalara layiq və şan-şövkətlisən) (Müslim, Əbu Uvanə, İbn Əbi Şeybə, «əl-Müsənnəf» (2/132/1), Əbu Davud və əl-Hakim. Səhihdir.

5 « Allahummə salli alə Muhammədin abdukə va rasulukə, kəmə salleytə alə (ali) İbrahimə, va bərik alə Mühammədin (abdukə va rasulukə), kəmə bərəktə alə İbrahimə (va alə ali İbrahimə)” (Allahım! İbrahimə (və onun ailəsinə) xeyir-dua verdiyin kimi, qulun və elçin Məhəmmədə də xeyir-dua ver. Və İbrahimə (və İbrahimin ailəsinə) bərəkət verdiyin kimi, qulun və elçin Məhəmmədə də bərəkət ver) (əl-Buxarı, ən-Nəsai, ət-Təhavi, Əhməd və İsmail əl-Qazi, «Fəslu-səlat alən-nəbiyyi səllallahu aleyhi və səlləm» kitabı, ikinci nəşr səh.62).

6.« Allahummə salli alə Muhəmmədin va (alə) alə əzvacihi va zurriyyətihi, kəmə salleytə alə (ali) İbrahimə. Va bərik alə Muhəmmədin va (alə) əzvacihi va zurriyyətihi, kəmə bəraktə alə (ali) İbrahimə, innəkə həmidun məcid” (Allahım! İbrahimə (ailəsinə) xeyir-dua verdiyin kimi, Məhəmmədə, onun xanımlarına, övladlarına xeyir-dua ver. İbrahimə (ailəsinə) bərəkət verdiyin kimi, Məhəmmədə, onun xanımlarına, övladlarına xeyir-dua ver. İbrahimə (ailəsinə) bərəkət verdiyin kimi, Məhəmmədə, onun xanımlarına, övladlarına bərəkət ver. Şübhəsiz ki, Sən çox həmd-səna edilən, şan və şərəf Sahibisən) (əl-Buxarı, Müslim).

7. «Allahummə salli alə Muhəmmədin va alə ali Muhammədin, və bərik alə Muhəmmədin va alə ali Muhəmmədin, kəmə salleytə va bərəktə alə İbrahimə va ali İbrahimə, innəkə həmidun məcid” (Allahım! İbrahimə və İbrahimin ailəsinə xeyir-dua ver və bərəkət verdiyin kimi, Məhəmmədə və onun ailəsinə xeyir –dua ver və Məhəmmədə və onun ailəsinə bərəkət də ver. Sən həqiqətən həmd-sənalara layiq və şan-şövkətlisən) ( ət-Tahavi və Əbu Səid ibn əl-Arabi, səhih sənədlə).

(Muhammed Nesruddin Albaninin ,,Peyqamberin namazi,, kitabindan.


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
Abu_MuhammadTarix: Çərşənbə axşamı, 26.08.2008, 19:26 | Yazı # 7
MÜSƏLMAN-QARDAŞ
Qrup: İdarəçilər
Yazı: 22
Reputasiya: 1
Status: Saytda deyil
Selefi Efidesi olanlar Quran ve Sunnaya tebya ve Islam dinini selef olan keslern basha dushdiyi kimi basha dushur! Beleki selefi Quran Sunna ve Selefin ijma fikiriyle qeden keslerdi!!!

Шейх Фаузан сказал:
“Саляфия – это фиркъату-ннаджия (спасшаяся группа) и она же ахлю-Сунна уаль-джама’а. И она не относятся к партиям, возникшим в наши дни. Саляфия – это группа, которая следует пути пророка (мир ему и благословение Аллаха), его сподвижников, да будет доволен ими Аллах, и мазхабу предшественников. И саляфия не является одними из существующих в наши дни джама’атов”.
См. “Тахзир миналь-бид’а”.


Yazını Muhammad - Çərşənbə axşamı, 26.08.2008, 19:27
 
XEDICE73Tarix: Çərşənbə, 27.08.2008, 10:51 | Yazı # 8
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Susmaq.....

Möminlər, onlar, bütünlüklə boş şeylərdən üz çevirənlərdir." (Muminun Surəsi, 3)
Peyğəmbərimiz danışıqlarında ümməti üçün sözlərin ən gözəlini və yaxşısını seçərdi. Danışıq tərzini bəyənmədiyi insanlara dərhal xəbərdarlıq edərdi. Möminlərin söz ilə biri-birilərini incitməklərinə izin verməzdi.
Rəsulullah boş və yararsız sözlər söyləyən insanın sükut etməyinin daha yararlı olacağını söyləmişdir. Bir başqa hədisdə isə "sükut edən qurtulmuşdur"(Tirmizi) buyurmuşdur. Bu mövzuda Hz. Muhammədin bir çox hədisi vardır.
"Mədəsini, ədəb yerini və dilini şərdən qoruyan insan, bütün pisliklərdən qorunmuş olur." (Deyləmi)

"Müjdə o insanadır ki, sözünün çoxunu saxlamış və malının çoxunu paylamışdır." (Bəzzar)
"Xeyir olmayan şeydən dilini çək, ancaq bunun sayəsində şeytana qalib gələ bilərsən." (Təbərani)
"Allahu Təala hər kəsin dilinin yanındadır. Yəni söylənən hər sözü bilər. O halda danışdığı sözdə qorxsun." (Xətib)
Allahı görürsənmiş kimi Ona ibadət et və özünü ölülərdən say. İstəyirsən bütün bunlar içində olan mühüm şeyi xəbər verim? Dilini saxla.
Bir söz söylərkən düşünərək söyləmək möminə yaraşan gözəl bir davranış olar. Düşünmədən söylənən bir söz bəzən istənilməyən yerlərə gedə bilər və dəyər verdiyimiz insanları incidə bilər. Bu söz əgər İslami bir mövzudadırsa daha da həssas olmağımız gərəkdir.
Danışarkən söz çox uzadılmamalıdır. Deyilən söz qısa və aydın şəkildə söylənilməlidir. Buna görə həm danışan insanın vaxtı çox alınmaz, həm də Rəsulullahın sünnətinə riayət edilmiş olar.
"Diqqət edin, dərin sözlərə gedib gərəksiz yerə sözü uzadanlar həlaka uğrayanlardır." (Müslim)
Sözlərimizdə çirkin, kobud, əxlaqsız sözlərdən qaçmalıyıq. Bu tip sözlər müəyyən zamandan sonra qəlbin qatılaşmasına və danışığın əməldə görünməyinə gətirib çıxara bilər. Həmçinin Rəsulullah buyurur ki: "Aman, əxlaqsız, açıq və çirkin sözlərdən qaçın; Allah çirkin və əxlaqsız sözləri sevməz."(Hakim)
"Mömin tənə etməz, heç kimə toxunmaz, lənət etməz, əxlaqsız söz söyləməz və heç kimi məzəmmət etməz." (Tirmizi)
Möminlər biri-birlərini günahlandırdıqda diqqəti olmalıdırlar. Əgər günahladırdığımız insan günahkar deyilsə axirətdə gözlənilmədən qarşımıza qul haqqı kimi çıxa bilər.
"Bir insan başqasını küfr ilə ittiham edər, ittiham edilən belə olmazsa bu ittiham, ittiham edənə dönər." (Buxari)
"Ey insanlar, əshabım, qardaşlarım və yaxınlarım barəsində məni düşünün və onların əleyhinə danışmayın. Ey insanlar, biri öldüyü zaman onu pislikləri ilə deyil yaxşılıqları ilə xatırayın." (Müsnəd)
"En böyük xəyanət, dostuna verdiyi bir sözdə o sənə inandığı halda yalan söyləməkdir." (Buxari)
"Yazıq o adamdır ki, milləti gülüdürmək üçün yalan söyləyər. Vay ona, vay ona." (Əbu Davud-Tirmizi)
Dinimizdə, çox istisna vəziyyətlər xaricində yalan qəti şəkildə qadağan olunmuşdur. Rəsulullah Əfəndimiz, yalanın kiçik və ya böyük yalan olmağına fərq qoymamış və yalanın hər cürəsini qınadığını söyləmişdir. Peyğəmbərimizin bu mövzudakı duası belədir:
"Allahım qəlbimi nifaqdan, ədəb yerimi zinadan və dilimi yalandan təmizlə." (Xətib)
"İnsan bir yalan söylədiyi zaman onun pis qoxusundan mələklər bir mil məsafə uzaqlaşar." (Tirmizi)
Quranda qeybət (dedi-qodu) etmək, ölü qardaşının ətini yeməklə eyni görülmüşdür. Peyğəmbərimizin hədislərində də qeybətin möminlər arasında əlaqəni qırılmağına və qul haqqına səbəb olacağına söylənmişdir. Möminlərin qüsurlarını axtarmaq, qeybət qədər böyük bir günahdır. Həmçinin Hz. Muhamməd meracda qarşılaşdığı bir hadisəni belə nəql edir: "Meraca çıxdığım gecə, dırnaqları ilə üzlərini deşənləri gördüm. Cəbrayıldan ‘bunlar kimdir’ deye soruşdum. Cəbrayıl da ‘bunlar insanların qeybətini edib, gizli hallarını araşdıranlardır’ dedi. (Əbu Davud)
"Ey dili ilə iman edib qəlbləri ilə inanmayanlar, müsəlmanlardan qeybət etməyin, onların gizli hallarını araşdırmayın. Kim mömin qardaşının gizli hallarını araşdırarsa Allah da onun gizli hallarını ortaya çıxarar." (Əbu Davud)
‘Qeybətin nə olduğunu bilirsinizmi? Qardaşlarınızı xoşlanmayacağı şey ilə anmaqdır’ buyurdu. ‘Söylədiklərimiz o adamda varsa buna nə buyurursunuz’ deyənlərə Rəsuli Əkrəm ‘söylədiyiniz qüsurlar onda varsa o zaman qeybət olar, yoxsa iftira etmiş olarsınız.’ (Müslim)
"Bir insan qardaşının namus və şərəfinə qeybət edənə müdaxilə edərsə, Allah o insanı qiyamət günü cəhənnəmdən uzaqlaşdırar." (Tirmizi)


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
XEDICE73Tarix: Bazar ertəsi, 01.09.2008, 11:02 | Yazı # 9
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Ey Müsəlmanlar! Allahdan haqqı ilə qorxun. Çünki Allahdan haqqı ilə qorxmaq (təqva) ən gözəl azuqə və ən gözəl sondur. «Bunlar (bu əhvalatlar) sənə vəhy etdiyimiz (vəhylə bildirdiyimiz) qeyb xəbərlərindəndir. Bundan qabaq onları nə sən, nə də ümmətin bilirdi. (Ya Peyğəmbərim! Müşriklərin və kafirlərin əzab-əziyyətinə) səbr et. Həqiqətən, (gözəl) aqibət müttəqilərindir!» (Hud, 49)

Ey Müsəlmanlar! Söz insanı tərif edər və qəlbində olanlara tərcüməçi olar, onun əslinə və ağlına dəlalət edər. Ağıllı insanın ağzı bağlıdır. Bir şey danışmaq istəsə çəkinər. Cahilin ağzı isə açıqdır, hər istədiyini söyləyər. Ağıllı insan, açıqlanması lazım olan bir haqq, yox etməsi lazım olan bir batil, yayması lazım olan bir xeyir, izah etməsi lazım olan bir elm, və ya təşəkkür etməsi lazım olan bir lütf olmadıqca səssiz qalmağı seçər. Əbu Hureyrə (r.a) Rəsulallah (s.ə.s)-in belə buyurduğunu rəvayət edir : «Kim Allah və axirət gününə iman edirsə, ya xeyirli danışsın, ya da sussun» Bu hədisi Buxari və Muslim rəvayət etmişlər.

Lazımsız şeyləri tərk etməklə ağıllar kamilliyə doğru gedər. Dilsiz olmaq, batil söyləməkdən və ya yalan danışmaqdan daha xeyirlidir. İnsanların ən pisi sözü əyri, dili əyri olan və batil danışandır. Sözün ən pisi isə Allahın Kitabına və Rəsulallah (s.ə.s)-in sünnəsinə tərs olan, pozulmamış təbiətlərin qəbul etmədiyi və qulaqların eşitmək istəmədiyi sözdür.

Ey Müsəlmanlar! Yanlış söz söyləmək insanı peşmanlığa aparır. Əbu Hureyrə (r.a) Rəsulallah (s.ə.s)-in belə buyurduğunu rəvayət edir : «Şübhəsiz qul yaxşıca anlamadan bir pis söz danışar və bu səbəblə cəhənnəmdə şərq ilə qərb arası məsafədən daha uzağa duşər» Bu hədisi Buxari və Muslim rəvayət etmişdir. Tirmizi də bu rəvayəti gətirir: «Şübhəsiz insan bir kəlimə danışar və onda çəkinilməsi lazım olan heç bir şey görməz, bu söz səbəbilə cəhənnəmdə yetmiş il məsafə aşağı düşər» Bilal bin Haris (r.a) dedi: Peyğəmbər (s.ə.s)-in belə dediyini eşitdim: «Şübhəsiz sizdən biri Allahın razı olacağı bir söz söylər və onun, çatdığı dərəcəyə çatmadığını zənn edər. Allah o kəliməsinə görə ona Onunla qarşlılaşacağı günə qədər razı olacağını yazar. Yenə sizdən biri Allahı qəzəbləndirəcək bir söz söylər və onun, çatdığı dərəcəyə çatdığını zənn etməz. Allah o söz səbəbilə ona, Ona qovuşacağı günə qədər qəzəbini yazar» Bu hədisi Tirmizi və İbn Macə rəvayət edir. Muaz (r.a) deyir ki : «Ey Allahın Rəsulu! Biz danışdıqlarımıza görə cavabdeh olacağıqmı?» buna cavab olaraq Peyğəmbər (s.ə.s) belə buyurur: «Anan səni itirsin ey Muaz! İnsanlar dilləri ilə əldə etdiklərindən başqa bir şey səbəbilə mi Cəhənnəmə üzü üstə atılırlar?» Bu hədisi Tirmizi rəvayət edər.

Ey Müsəlmanlar! Gözəl söz bir qazancdır. Çirkin söz isə günahdır. Allah o ikisi üçün bir misal verərək belə bənzədmişdir: «Məgər Allahın necə bir məsəl çəkdiyini görmürsənmi? Xoş bir söz (la ilahə illallah, Muhəmmədun rəsulullah) kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac (xurma ağacı) kimidir. O (ağac) Rəbbinin izni ilə bəhrəsini hər vaxt (ilin bütün fəsillərində) verər. Allah insanlar üçün belə misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar! (Ağacın kökü yerdə, budaqları göydə olduğu kimi, mö’minin də imanı qəlbində sabit qalır, əməlləri isə göyə - Allah dərgahına yüksəlib ona daim savab qazandırır). Pis söz isə yerdən qopardılmış, kökü olmayan pis bir ağaca bənzəyir.» (İbrahim, 24-26)

Gözəl söz, Allahdan başqa ilah olmadığına və Məhəmmədin (s.ə.s) Allahın Rəsulu olduğuna şəhadət gətirməkdir. Bu, İslam kəliməsidir və sözlərin ən doğrusudur. Açıq aydın və ən böyük hüccətdir. Tutulması lazım olan sağlam qulpdur və təkva kəliməsidir.

Adil və doğru, malları və kanları qoruyan bir kəlimədir. Bu sözün şərtləri bunlardır: Mənasın bilmək, qəti inanmaq, tamamilə qəbul etmək, lazımınca boyun əymək, onu söyləmədə doğru və səmimi olmaq və o sözü sevməkdir.

Mənası isə bu şəkildədir: Allahdan başqa ibadətə layiq olan haqq ilah yoxdur. Allahdan başqasına səcdə etmək, qurban kəsmək, nəzir demək və ya dua etmək, Allahdan başqasının adına and içmək, Ondan başqasına təvəkkül etmək caiz deyil. Sıxıntılı anlarda ancaq Allaha sığınılır. Ölmüş bir insandan və ancaq Allahın gücünün çatacağı bir şeydə insanlardan kömək istəmək və ya onlara sığınmaq haramdır.

Hər mükəlləf (yüklənən) insana fərz olan, ibadətin hamısını yalnız Allaha xas etməkdir. Kim dünyalıq bir şey əldə etmək, insanlar tərəfindən öyülmək və riya məqsədilə bir əməl işlərsə, onun o əməli rədd edilmişdir. Əbu Hureyrə (r.a) Rəsulallah (s.ə.s)-in belə buyurduğunu rəvayət edir : «Allah Təala buyurdu: Mən şirk qoşulanların şirklərindən Ucayam. Kim bir əməl işlər və onda başqasını mənə şərik qoşarsa, onu və şirkini tərk edərəm» Bu hədisi Muslim rəvayət edər.

«Zikrin ən fəzilətlisi, «Lə iləhə illəllah»-dır» Bu hədisi Tirmizi və İbn Macə rəvayət etmişdir. Tövhid kəliəsi, Sübhanallah və Əlhəmdulillah kəlimələri səhər axşam dilinizdən düşməsin. Əbu Hureyrə (r.a) Rəsulallah (s.ə.s)-in belə buyurduğunu rəvayət edir : «Sübhanallah, Əlhəmdulilləh və lə iləhə illəllahu vallahu akbar demək, günəşin üzərinə doğduğu hər şeydən mənə sevimlidir.» Bu hədisi Muslim rəvayət etmişdir. «Kimin son sözü «Lə iləhə illəllah» olarda Cənnət ona vacib olar» Bu hədisi Əbu Davud rəvayət etmişdir. «Hər kəs (dünyada) izzət-qüdrət (şərəf-şan) istəsə, (bilsin ki, dünyada da, axirətdə də) bütün izzət-qüdrət (şərəf-şan) ancaq Allaha məxsusdur. (Buna yalnız Allaha itaət və ibadət etməklə nail olmaq mümkündür). Pak söz (tövhid kəlməsi, zikr, həmd-səna) Ona tərəf yüksələr və pak sözü də (Allah dərgahına) yaxşı əməl qaldırar. (Allah pak sözü eşidəndir, saleh əməli də qəbul edər). Pis əməllər edənləri şiddətli bir əzab gözləyir. Onların qurduqları hiylələr boşa çıxar.» (Fatir, 10) «Onlar (dünyada) təmiz (pak) sözə (la ilahə illallaha, yaxud Qur’ana) müvəffəq olmuş, həm də Allahın bəyəndiyi yola (islama) yönəldilmişlər.» (əl Həcc 24)

Ey Müsəlmanlar! Çirkin söz isə küfr sözdür. Təsdiqi və təslimiyyəti pozan bir sözdür. Dinə dil uzadmaq, onu ələ salmaq və onu aşağılamaqdır. Kim Allah ilə, ayələri, əmrləri, vəədləri və təhdidləri ilə əyələnrsə, ya da Rəsulu (s.ə.s) ilə və ya dininin hökmlərindən bir şey ilə əylənərsə iman etməkdən çıxmış və Müsəlmanlığından sonra kafir olmuşdur «(Ya Rəsulum!) Onlardan (Təbuk döyüşünə gedərkən səni lağa qoyan münafiqlərdən nə üçün belə etdiklərini) soruşsan: 'Biz ancaq söhbət edib zarafatlaşırdıq (əylənirdik)',- deyə cavab verərlər. De: 'Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehzamı edirsiniz?! (Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü biruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!» (ət Tövbə, 65-66) «Münafiqlər) Allaha and içirlər ki, (Peyğəmbər haqqında nalayiq sözlər) deməyiblər. (And olsun ki) onlar küfr sözünü demiş, islamı (zahirən) qəbul etdikdən sonra kafir olmuş, müvəffəq ola bilmədikləri bir işə (Təbuk döyüşündən qayıdarkən Peyğəmbərə qarşı hazırladıqları sui-qəsdə) girişmişdilər.» (ət Tövbə, 74)

Kim Allahın şəriəti və Rəsulu (s.ə.s)-in sünnəsi ilə hökm etməyi gerilik, diktatorluq və s. görsə əməlləri boşa çıxardan küfr sözü söyləmiş və böyük günah işləmişdir. Münafiqlər sözlərindəki əyrilikdən və dillərinin ucbatından bəlli olujr. Nə qədər səmimiyyət və islah maskasına bürünərlərsə, nə qədər döğruluq və yaxşılıq göstərişi edərlərsə etsinlər, Allah onların içlərində gizlədiklərini ortaya çıxarar «Yoxsa qəlblərində mərəz (şəkk və nifaq mərəzi) olanlar elə güman etdilər ki, Allah onların (ürəklərindəki) kin-küdurətlərini zahirə çıxartmayacaqdır?! (Ya Peyğəmbər!) Əgər Biz istəsəydik, onları (münafiqləri) mütləq sənə göstərər, sən də onları mütləq üzlərindən tanıyardın (amma, bəlkə, tövbə edib dində səmimi olsunlar deyə, onları heç kəsə tanıtmadıq). Sən onsuzda onların danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin (bütün) əməllərinizi bilir!» (Muhammad surəsi, 29-30) Sözləri cılız və düşüncələri dardır. Yararsız və zəif bir məntiqdir. «Münafiq kişilərlə münafiq qadınlar (ikiüzlülükdə) bir-birinin eynidirlər. Onlar (insanlara) pis işlər görməyi əmr edər, yaxşı işləri qadağan edərlər. Hələ əlləri də bərkdir (xəsisdirlər). Onlar Allahı unutdular, Allah da onları unutdu. Həqiqətən, münafiqlər (Allahın itaətindən çıxmış) fasiqlərdir!» (ət Tövbə, 67)

Ey Müsəlmanlar! Ancaq həlak olmuş çaşqın kimsənin, cahilin və ya ziyanda olan azığın birisinin söyləyəbiləcəyi həddi aıan əsli olmayan sözlədən biri də, yalan və iftiranın ən böyüyü olan şirk sözüdür. Kim ölülərin ruhlarından kömək istəmənin, türbələrdə və məzarlarda yatanlardan imdat tələb etmənin caiz olduğunu önə sürərsə, ölülərin kainatda və olan hadisələrdə əlləri olduqlarını önə sürərsə, ya da onların bədənləri və ruhları ilə birlikdə qəbirlərindən çıxıb darda qalana yardım etdilərini və çətinlikdə olanı qurtardıqlarını önə sürərsə, Allaha qarşı həddi aşan və Allah adına yalan söyləyən arsız bir kimsədir. Ümmətin içində sözlərin ən pisini və inancların ən alçağını edəndir. İnsanları doğru yoldan çəkindirməkdə və xurafatlara dəvət etməkdədir. O, Alahı haqqı ilə təqdir etməmiş və Allahdan qorxmamışdır. Bu səbəblə azğınlığını açıqca ortaya qoymuşdur. «Allaha iftira yaxandan (öz sözünü yalandan Allaha aid edəndən) daha zalım kim ola bilər? Onlar Allahın hüzuruna gətirilər, şahidlər (mələklər, peyğəmbərlər, bütün məxluqat, yaxud insanın öz bədəninin üzvləri) belə deyərlər: 'Bunlar Rəbbi barəsində yalan söyləyənlərdir!' Bilin ki, zalımlar Allahın lə’nətinə gələcəklər!» (Hud, 18)

Ey Müsəlmanlar! Ölülərə dua etmək, xısıntı anlarda onlara səslənmək, bəla anlarında ehtiyacların aparılmasını və sıxıntıların ortadan qalxması üçün adlarını bağırmaq (səsləmək) açıq aydın şirk və küfrdür. Muhammad Mustafa (s.ə.s)-in dəvətini, küfrü yıxıb tamamən ortadan qaldırmaq və ümməti onun pisliyindən və şərrindən qorumaq üçün gəlmişdir.

Əbu Təmimə, qövmündən bir adamndan bunu rəvayət edər: «Rəsulallah (s.ə.s)-i gördüm. Onun yanına bir adam gəldi, və «Sən Allahın Rəsulumusan?» dedi. Rəsulallah (s.ə.s) «Bəli» deyincə «Nəyə dəvət edirsən?» deyə soruşdu. Rəsulallah (s.ə.s) belə buyurdu: «Nəfsində bir darlıq olub özü üçün dua etdikdə səndən onu aparan, qıtlığa düşüb özü üçün dua etdiyində sənin üçün (əkin və s.) bitirən, çılpaq bir ərazidə miniyini itirib özündə dua etdiyində sənə onu geri döndürən tək bir Allaha dəvət edirəm» Bunu eşidən həmin adam müsəlman oldu.» Bu hədisi İmam Əhməd və Əbu Davud rəvayət edir.

Səhl b. Abdullah ət Təsturi rəhimahullah belə deyir: «İdarəçiyə və alimlərə hörmət duyduqları müddətcə insanlar xeyirdədirlər. Bunlara hörmət duyarlarsa, Allah onların dünyalarını və axirətlərini islah edər. Bunları balaca görərlərsə, dünyaların və axirətlərini ifsad edərlər.»

İyad b. Qanim (r.a), Rəsulallah (s.ə.s)-in belə buyurduğunu bildirir: «Kim idarəçiyə bir mövzuda nəsigət etmək istəsə, bunu ona (başqalarının yanında) açıqca söyləməsin. Əksinə əlindən tutsun və onunla yalnız qalsın. Qəbul edərsə edər, etməsə də o öz üzərinə düşəni etmiş olur.» Bu hədisi İmam Əhməd və İbni Əbi Adim rəvayət edir.

İmamlara nəsihət etmək kəsinliklə vacibdir. Şəriətə müxalifət etdikləri şeylərdə onları çəkindirmək dinin bir qaydasıdır. Fəqər bu; hikəmtlə və gözəl sözlə olmalı, yumşaqlıqla edilməlidir. Onların islahı və salamatda olmaları üçün dua edilməlidir. Haqsızlıqlarına və zülmlərinə səbr etmək lazımdır. Onlara baş qaldırmaq, onlarla savaşmaq və ya onlara itaəti tərk etmək caiz deyildir. Kim belə edərsə, o bidət əhlindəndir. Sünnət və sələfin yolu üzrə deyil.

Auf bin Malik (r.a) Rəsulallah (s.ə.s) –dən belə buyurduğunu bildirir «İmamlarınızın (idarəçilərinizin) xeyirləri sizin onları sevdikləriniz və onların da sizi sevənləri, özləri üçün xeyir dua etdikləriniz və sizin üçün xeyir dua edənləridir. İdarəçilərinizin pisləri isə, sizin onlara qarşı çıxdığınız və onların da sizə qarşı çıxdıqlarıdır, onlara lənət etdiyiniz və onların da sizə lənət etdikləridir.» «Ey Allahın Rəsulu! O zaman onlara qılıncla qarşı çıxım mı?» deyilincə belə buyurur: «Xeyir, aranızda namaza iqamə etdikcə (qarşı çıxmayın)! Kimin üzərinə bir idarəçitəyin edilərsə və onun Allaha üsyanı (günah) olan bir şey etdiyini görərsə, Allaha üsyan olaraq etdiyindən (günahdan) xoşlanmasın və itaətdən əç çəkməsin!» Bu hədisi Muslim rəvayət etmişdir.

«Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün!» (Ali İmran, 102)

Bilin ki, üzərinizdə hər söylədiyinizi yazan və hər sözünüzü əzbərləyən iki mələk vardır. «Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!» (Kaf, 18)

Ey Müsəlmanlar! Müsləman, dilindən və əlindən insanların əmin olduğu adamdır. İnsanlar arasında söz daşımaq haramdır. İftira və böhtandır. Çirkin bir sözdür. İnsanların arasını vurmaqdır. Bir-birini sevən insanların arasını ayırmaqdır. Ərlə arvasın arasını vurmaq üçün sehr edən Cəhənnəm atəşi ilə hədələnmişdir.

Huzeyfə (r.a) Rəsulallah (s.ə.s)-in belə dediyini nəql edir: «Qeybət edən Cənnətə girməz» Bu hədisi, Buxari və Muslim rəvayət edir.

Qeybət, kəsici bir dildir. Arxadan qaş göz ilə ələ salmaqdır. Cəzası böyük və sonu qorxuncdur.

Ənəs (r.a) Rəsulallah (s.ə.s)-in belə buyurduğunu rəvayət edir: «Miraca çıxarıldığımda dəmirdən dırnaqları olan, üzlərini və sinələrini dırnaqları ilə cıran bir qrup insana rast gəldim. «Bunlarl kimdir ey Cəbrayıl?» dedim. «Bunlar, insanların ətini yeyən və onların arxalarınca dil uzadanlardır» dedi» bu hədisi İmam Əhməd və Əbu Davud rəvayət edr.

Bu hədədən sonra daha başqa bir hədə ola bilərmi? Nə zaman dilləri bu xətadan kənar tutacağıq. Nə zaman bu əməldən geri durub tövbə edəcəyik?

Ey Müsəlmanlar! İnsanlara çoxca lənət edən ziyana düşər. Çirkin və alçaq sözlər söyləyənin ümidi boşa çıxar. İbni Məsud (r.a) Rəsulallah (s.ə.s)-in belə buyurduğunu bildirir: «Mömin, (insanları) çoxca qaralayan və çoxca lənət edən, pis söz söyləyən və söyən bir kimsə deyildir» Bu hədisi Tirmizi rəvayət edir.

Allah bizi və sizi bütün günahlardan və haramlardan qorusun. Keçmiş günlərdəki xətalarımızı və qüsurlarımızı bağışlasın.

Ey Müsəlmanlar! Dinləmənin meyvəsi tabe olmaqdır. Bu səbəblə, sözü dinləyən və ən gözəlinə tabe olanlardan olun! Bilin ki, Allah sizlərlə ilk əvvəl Öz adını zikr edərək, ikinci olaraq mələkləri və üçüncü olaraq da siz möminləri zikredərək bir əmr olaraq buyurur: «Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın! (Allahümmə səlli əla Muhəmmədin və ali Muhəmməd; əssəlamu əleykə əyyuhənnəbi və rəhmətullahi və bərəkətuhu-deyin!)» (Əhzab, 56


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
XEDICE73Tarix: Cümə axşamı, 04.09.2008, 11:18 | Yazı # 10
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Aişə – radıyallahu anhə – rəvayət edir ki, bir nəfər Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gələrək: “Ey Allahın Rəsulu! Heç şübhəsiz ki, sən mənim üçün öz canımdan da sevimlisən. Heç şübhəsiz ki, sən mənim üçün övladlarımdan da sevimlisən. Mən evimdə olduğum zaman səni xatırlayıram, gəlib səni görməkdən özümü saxlaya bilmirəm. Mənim də öləcəyimi sənin də öləcəyini xatırladıqda bilirəm ki, sən Cənnətə girəcəyin vaxt digər Peyğəmbərlərlə yüksəkdə olacaqsan. Mən isə Cənnətə girmiş olsam da belə (mərtəbəm aşağı olduğu üçün) səni görməyəcəyimdən qorxuram”. Peyğəmbər – sallallahu aleyhi və səlləm – ona cavab vermədi. Cəbrail: “Allaha və Peyğəmbərə itaət edənlər (Axirətdə) Allahın nemətlər verdiyi Nəbilər (Peyğəmbərlər), Sıddıqlər, Şəhidlər və Salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar isə necə də gözəl yoldaşdılar”. (əs-Nisa 69). Ayəsini nazil etdi(Məcmauz Zəvaid” 7/7, “Zədul Məsir” 2/126. )

Rabia – radıyallahu anhu – nun Cənnətdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə yoldaş olmasını arzulaması:
Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə səmimi bir sevgi bəsləyən birisi ondan bir şey istəmək fürsətini əldə etdi. Bu kişi Əsləmli Rabia b. Kəb – radıyallahu anhu – dur. İstəyi nə idi? İmam Muslim, bizlərə bu qissəni bu cür açıqlayır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə birlikdə gecə qalırdım. Ona dəstəmaz almaq üçün su gətirir, ehtiyaclarında ona köməklik göstərirdim. Bir gün mənə: “İstə” deyə buyurdu. Mən: “Cənnətdə səninlə yoldaş olmağı istəyirəm” dedim. Peyğəmbər: “Başqa bir şeylər istə” deyə buyurdu. Mən: “İstədiyim budur” dedim. O: “O, halda çox səcdə etməklə mənə yardımçı ol” deyə buyurdu(Muslim 1/353, H. 489. )
Səmimi olaraq sevən bir kimsə! Bir şeylər istəmək fürsətini əldə etməyinə baxmayaraq hər dəfə də ondan yalnız Cənnətdə yoldaşlıq etməyi təmənna etdi. Hətta başqa bir şey istəmək ağlına da belə gəlmədi.


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
SelefTarix: Çərşənbə axşamı, 09.09.2008, 03:47 | Yazı # 11
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
Sələf sözünün mənası “əvvəl gələnlər” deməkdir. Belə ki, bir şəxsdən əvvəl gələn onun üçün “sələf” sayılır. Lakin “sələf” terminindən (ləfzindən) söhbət getdiyində, bundan məqsəd səhabələr, onlara tabe olanlar və onlara tabe olanlardan ibarət “ilk üç şərəfli nəsil”. Bunlar “SƏLƏFİ SALEH” (Saleh Əcdadlarımız)dirlər. Onlardan sonra gələnlər və onların mənhəcinə tabe olanlar, hətta onlardan sonrakı zamanda gəlsələr də onlar kimi sələfin yolundadırlar. Çünki “əs-Sələfiyyə” termini saleh sələflərin, Allah onlardan razı olsun, izlədikləri mənhəcə aiddir. Necə ki, peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Mənim ümmətim yetmiş üç firqəyə bölünəcəkdir. Onların hamısı Cəhənnəmə düşəcək, yalnız birindən başqa və bu camaatdır....” Hədisin digər bir ləfzində nicat tapmış kəslərin “Mənim və səhabələrimin yolunda olanlar” olduğunu bildirmişdir. Buna əsaslanaraq sələfiyyə termini bu mənanı ifadə edir. Ona görə də, hər kim səhabələrin və onlara tabe olanların və xeyirdə onlara tabe olanların yolunda olarsa o Sələfidir, hətta hicrətdən 14 əsr sonra olan bizim dövrümüzdə yaşasa da.


(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
SelefTarix: Bazar, 23.11.2008, 02:31 | Yazı # 12
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
İSLAMDAN ÇİXARAN 10 ŞƏRT
Əziz Qardaş və Bacılar
Bilirik ki, namazda, orucda və həccdə elə əməllər var ki, onları heçə endirir, həmçinin elə də əməllər var ki, islamı kökündən dağıdır. Əgər qısa şəkildə sadalasaq, bunların 10 növü var:

1. İbadətdə ALLAH`a şərik qoşmaq. Bu barədə ALLAH (s.t.) quranda deyir: Həqiqətən hər kim ALLAH`a şərik qoşursa, ALLAH cənnəti ona haram edər və onun yeri od içərisindədir. Zalımların yardımçısı yoxdur (o dünyada).(5/72)

2. Hər kim özü ilə ALLAH arasında vasitəçi təyin edərsə, hansı ki ondan yardım diləyir, onlardan şəfaət diləyir və onlara güman edirsə, bütün imamların yekdil rəyinə görə o, küfrə düşmüşdür. Quranda ALLAH bu barədə deyib: Ondan savayı başqasını yardımçı qəbul edənlər deyərlər: Bunlara ona görə tapınırıq ki, ALLAH`a yaxınlaşmağımıza vasitəçi olsunlar.(39/3)

3. Müşrikləri (ALLAH a şərik qoşanları) kafir kimi tanımamaq, onların küfrü barədə şübhədə olmaq və ya onların doğru yolda olduqlarını qəbul etmək küfr sayılır. Quranda ALLAH bu barədə deyib: Möminlər ALLAH`a və onun rəsuluna iman gətirənlərdir və sonra öz imanında şübhəyə düşməmişlər.(49/15)

4. Kim əmin olarsa ki, kiminsə yolu peyğəmbərin yolundan daha mükəmməldirsə, və onun qərarı peyğəmbərin qərarından üstündürsə, o, kafirdir. Həmcinin bura daxildir:
1.) İnsanların təyin etdikləri sistem və qanunların İslam Şəriətindən üstün olmasına əmin olmaq:
a) və ya İslam quruluşu iyirminci əsrdə yaramır,
b) və ya İslamın müsəlmanların geridə qalmasına səbəb olması,
v) və ya insanla onun Rəbbi arasındakı münasibətdə İslamın məhdudlaşması və digər həyati məsələləri əhatə etməməsi.
Yer üzərində haqsız yerə təkəbbürlük edənləri ayələrimi anlamaqdan yayındıracağam. Onlar Haqq yolu görsələr onu qəbul etməzlər, azğınlıq yolunu görsələr onu özlərinə yol seçərlər. Bunun səbəbi isə onların ayələrimizi yalan hesab etmələri və ondan qafil olmalarıdır. (7/146)
2.) ALLAH`ın oğrunun əlinin kəsilməsi və yetkinlik yashına catmış evli olan zinakarın daş-qalaq edilməsi barədə qərarının yerinə yetirilməsinin müasir ab-havaya (zəmanəyə) uyğun gəlməməsini mülahizə etmək.
Necə ola bilər ki, onlar ALLAH`ın dinindən başqa din axtarsınlar? Halbuki, göylərdə və yerdə olanların hamısı istər-istəməz Ona (ALLAH a) təslim olmuşlar və Onun hüzuruna qayıdacaqlar. (3/83)
3.) ALLAH`ın şəriət işlərində, cəza təyin etmədə və digər işlərdə nazil etdiyini deyil, başqa qərar cıxarmanın mümkünlüyünə əmin olmaq, hətta o bu qərarın şəriət qərarından üstün olmamasına əmin olsa belə küfrə düşür. Çünki o bununla ALLAH ın haram buyurduğunu halal etmiş olur. Və hər kim ki, ALLAH ın qadağan etdiyi və haram olması tamamilə məlum olan və hec bir şübhə doğurmayan, hansı ki, zina, alkaqol, sələmçilik, şəriətdən kənar qanunlarla idarə etmək kimi haram əməlləri halal hesab edirsə, bütün müsəlmanların rəyinə əsasən o, kafirdir.
Yoxsa müşriklərin ALLAH`ın dində izn vermədiyi bir şeyi onlar üçün qanuni (halal) edən şərikləri vardır? Əgər qəti söz (cəzanın qiyamətə saxlanılması) olmasaydı, aralarında hökm artıq icra edilmiş olardı. (42/21)

5. Kim ALLAH`ın elçisinin gətirdiyinə və onun müəyyən etdiyi qaydalara nifrət bəsləyərsə, o, küfrə düşmüşdür, hətta o, bu qanunlara əməl etsə belə. ALLAH ın (s.t.) bu sözlərinə görə: Ona görə ki, onlar ALLAH ın nazil etdiyindən xoşlanmırlar. Onda ALLAH əməllərini məhv etdi.(47/9)

6. Kim Rəsulullahın gətirdiyindən hər nəyə isə rişxənd etsə həqiqətən o, küfrə düşmüşdür. ALLAH`ın bu sözlərinə görə: De ki, ALLAH`a, Onun ayələrinə və Peyğəmbərinə istehzamı edirsiniz? Üzr istəməyin. Siz iman gətirdikdən sonra artıq kafir oldunuz.(9/65-66)

7. Sehr, cadu. Bura daxildir: kişini öz qadınına olan məhəbbətindən uzaqlaşdırmaq və ona qarşı nifrət hissi oyatmaq, insanı etmək istəmədiyi bir işi şeytani metodla etməyə həvəsləndirmək. Kim bunları etsə və ya razılığını bildirsə o, kafir olmuşdur. ALLAH`ın bu sözlərinə görə: Halbuki, o iki mələk: « Biz imtahanıq, sən gəl kafir olma! » deməmiş hec kəsə (sehr) öyrətmirdilər. (2/102)

8. Bütpərəstləri, müşrikləri dəstəkləmək, müdafiə etmək, müsəlmana qarşı onlara kömək etmək küfr sayılır. ALLAH bu sözlərinə görə: Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri özünüzə dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. ALLAH zalım tayfanı düz yola yönəltməz! (5/51)

9. Kim əmin olsa ki, bəzi adamlar Mühəmməd (s.a.s.) Şəriətindən çıxa bilər, o kafirdir. ALLAH`ın bu sözlərinə görə: Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə ziyana uğrayanlardan olar!(3/85)

10.Tamamilə ALLAH`ın dinindən yayınmaq, imtina etmək, uzaqlaşmaq və ya elə bir şeydən imtina etmək ki, onsuz İslam öz qüvvəsini itirir və onu öyrənməmək və onun üzrə əməl (hərəkət) etməmək küfr sayılır. ALLAH`ın sözlərinə görə: Rəbbinin ayələri ilə öyüd-nəsihət verildikdən sonra onlardan üz döndərən kəsdən daha zalım kim ola bilər?! Biz şübhəsiz ki onlardan intiqam alacağıq!(32/22)

Əziz qardaş və baçılar İslamı kökündən dağıdan bu əməllərdən özünüzü qoruyun !



(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
abu_muhammad_talibTarix: Bazar, 04.01.2009, 16:23 | Yazı # 13
Qrup: İstifadəçi
Yazı: 2
Reputasiya: 0
Status: Saytda deyil
Salam aleykum və rahmətullahi və bərəkətuh!
Həmd Allaha məxsusdur, biz Ona həmd edirik və Ona güvənirik və Ondan bağışlanmaqımızı diləyirik.Qəlblərimizin şərindən və pis əməllərdən Allaha sığınırıq. Kimi Allah düz yola yönəldir, o yolundan çıxanlardan deyil. Kimin yo-lunu isə azdırır, o yolunu azmışlardandır. Mən şəhadət verirəm ki, Allahdan başqa iləh yohdur, O təkdir və şəriki yoxdur, və şəhadət verirəm ki, Məhəmməd Onun qulu və rəsuludur.

Allah bütün mömin bacı və qardaşların əməllərin düzəltsin və onları salehlərdən etsin və rəhmətini artirsın. Allah müsəlmanlara hidayət versin və ibadət və tövhid əhlindən etsin, imanlrarın artırsın və möminlərdən etsin. Allah bidət əhlindən olanları düz yola yönəltsin, elm nurundan onlara versin. Allah müşriklərə və kafirlərə islama sinələrini qenişləndirsin və töbələrini qəbul etsin, onlardan müqavimət göstərən kelərə isə lənət etsin. Allah dəvətchilərin elmini artırsın və sözlərini səhih etsin, elmlərinin isə mənfəəli etsin. Əmin
http://salaf.net76.net/

 
Ahli_SunnaHTarix: Bazar, 01.03.2009, 12:26 | Yazı # 14
Qrup: İstifadəçi
Yazı: 8
Reputasiya: 0
Status: Saytda deyil
بسم الله الرحمن الرحيم selamun aleykum ve rahmetullahi ve bereketu
(Ümmetim, 73 fırkaya ayrılacaktır. Bunlardan 72’si, Cehenneme gidecek, yalnız bir fırka kurtulacaktır. Cehennemden kurtulacak olan tek fırka, benim ve Eshabımın yolunda gidenlerdir.) [Tirmizi, İbni Mace]

Ehl-i sünnet vel cemaat, sünnet ve cemaat ehli demektir. Eshab-ı kiram, Peygamber efendimizin cemaatidir. Sünnet de, Peygamber efendimizin yolu demektir.

Demek ki, (Ben, sadece Kur’ana ve sünnete yapışırım) demek yetmiyor. Eshab-ı kiramı sevmek ve onların yolunda olmak da şarttır. Peygamber efendimiz, (Sadece benim yolumdan gidenler cennetliktir) demedi. (Benim ve Eshabımın yolunda gidenler) buyurdu. Bu çok önemli bir inceliktir. Eshab-ı kiramın tamamını sevmek, sadece Ehl-i sünnet fırkasına nasip olmuştur. Şu halde, doğru yolda olmanın ölçüsü, Resulullahın ve Eshabının yolunda olmaktır. Her grup, ben Ehl-i sünnetim diyebilir. Bunu öğrenmenin, yolu da vardır. Allahü teâlâ, İslamiyet’i doğru olarak öğrenmek isteyene, bunu nasip edeceğine söz verdi. Allah sözünden dönmez. İki âyet-i kerime meali:

(Doğru yolu arayanları, saadete ulaştıran yollara kavuştururuz.) [Ankebut 69]

(Allah, kendisine yöneleni doğru yola iletir.) [Şûra 13]

O halde, Allahü teâlânın sözüne güvenmeli, (Biz kesin doğru yoldayız) desek de, yine, (Ya Rabbi, kimler doğru yolda ise, senin rızan kimlerle ise, bana onları sevmeyi, onlarla beraber olmayı nasip eyle) diye dua etmelidir. Eğer doğru yolda isek, duanın bir zararı olmaz. Yanlış yolda isek, ihlasla yaptığımız dua sebebiyle doğruya kavuşmuş oluruz. Herkes böyle dua etmelidir. Hâşâ Allahü teâlâ, beni yanlış yola sokar sanmamalıdır.


ISLAM
 
isaq_bin_MəmmədƏminTarix: Şənbə, 14.03.2009, 00:08 | Yazı # 15
Qrup: İstifadəçi
Yazı: 13
Reputasiya: 0
Status: Saytda deyil
ALLAH sizlərdən razı olsun.İnşəAllah bu yaxınlarda mən də paylaşımlarımı əsirgəmərəm.mən hələlik öyrənirəm smile

Əssalamun Aleykum və Rahmətullahi və Bərakətuhu
 
SelefTarix: Şənbə, 14.03.2009, 01:29 | Yazı # 16
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
isaq_bin_MəmmədƏmin, inshALLAH


(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
XEDICE73Tarix: Çərşənbə, 18.03.2009, 15:57 | Yazı # 17
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Təmim əd-Dari Peyğəmbərin (s.a.v.) belə dediyini rəvayət edir: «Din nəsihətdir. Din nəsihətdir. Din nəsihətdir. Orada olanlar: Ey Allahın elçisi, kimin üçün? – deyə soruşdular. O isə cavabında dedi: Allah, Onun kitabı, Peyğəmbəri, müsəlmanların rəhbərləri və bütün müsəlmanlar üçün nəsihət etmək»[

Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
Muslimah_92Tarix: Çərşənbə axşamı, 05.06.2012, 23:14 | Yazı # 18
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
بسم الله الرحمن الرحيم

Tövhid və şirkin bilinməsi insana ən lazımlı bilgidir. Çünki, bütün əməllərimiz etiqadımızın üzərinə qurulub. Uca Allahın qəbul etdiyi iman, sadəcə öz istədiyi şəkildə edilən imandır. Etiqadımız doğru olmadığı zaman əməllərimiz də qəbul olmaz.
Tövhid və şirki alimlərin izah etdiyi kimi mənimsədiyimiz zaman, həm özümüz doğru bir etiqadda olar, həmdə gəlişi gözəl şəkildə insanları şirklə ittiham etməkdən çəkinərik. Beləcə hər iki faydanı əldə etmiş olarıq.

Günümüzdə buna olan ehtiyac iki ünsür səbəbilə daha şiddətlidir:
1. Ümumi olaraq digər elmlər kimi tövhid elminin də öyrənilməməsi.
2. Tövhid adı altında İslamın özündən uzaq və sağlam ağla müxalif kitabların aşıb daşması.

Bu ünsür bir mənada birincidən daha təhlükəlidir. Cahilliyini anlayan ondan qurtulmağa çalışar. Lakin, oxuduğu saxta tövhid kitablarıyla bu "elmin" zirvəsindən digər insanlara acıyaraq baxan bir "muvahhid"in öz cahilliyindən qurtulması imkansızdır. Çünki, o özünü toplumu sarmış cəhalətdən əziyyət çəkən bir xəstə yox, nadir insanların sahib olduğu "tövhid elmində"də mütəxəssis bir həkim zənn edər.
Bu günlərdə Misirdə illərdir tövhid elminə "yiyələnən" bir elm tələbəsinin zikr etdiyim şəkildə bir həkimlik örnəyinə dolayısıyla şahid oldum. Tövhidin incəliklərini öyrənib, vətənə dönərək oradakılarıda bu mövzuda yetişdirəcək olan bu "şeyx", haqqları halal etməyin şirk olduğunu ifadə edirdi. Hüccəti isə qarşısında durulmayacaq bir prinsip idi: Halal etmək Allaha məxsusdur...
Həkimi bu olan toplumun xəstəsini siz düşünün...

Hər şeydə olduğu kimi bu elmin də qaydalarla öyrənilməsi lazımdır. Çünki, əlimizdə tərəzi olmadan nəyisə doğru şəkildə çəkə bilmərik.
Bu tərəzi isə alimlərimizin təyin etdiyi qaydalardır. Tövhid və şirkin bir arada öyrənilməsi isə zənnimcə daha effektiv olar. Çünki, əşayalar ziddi bilindiyi zaman daha rahat anlaşılar.
Asanlıqla insanları şirklə ittiham edən kimsələrin bir çoxundan, o "şirki" tərif etməyi istəsəniz, sizə verəcəkləri ən geniş cavab "şirk Allahdan başqasından kömək istəməkdir" sözündən başqa bir şey olmayacaq... Çünki onlar, insanları hələ mahiyətini belə anlamadıqları şeylərdən müalicə etməyə çalışırlar...

Uca Allahın izni və yardımı ilə bu mövzuda tövhid, şirk, onların qisimləri, formalaşma yolları və bənzəri məsələlər haqqında alimlərdən bildiyimiz görüşləri nəql etməyə çalışacayıq. Müvəffəq edən yalnız Odur.
 
Muslimah_92Tarix: Çərşənbə axşamı, 05.06.2012, 23:14 | Yazı # 19
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Şafi alimlərindən İbn Əbi Şərif Əl Maqdisi (822-906 h/1419-1501 m) "Əl Musəməra Şərhul Musəyəra" adlı kitabında tövhidi bu şəkildə tərif edir:

التوحيد هو اعتقاد الوحدانية في الذات والصفات والأفعال

"Tövhid: Zatda, sifətlərdə və fellərdə (Uca Allahın) vahidliyinə etiqad etməkdir."

Qaynaq: İbn Əbi Şərif Əl Maqdisi: Əl Musəməra: 55
Beyrut: Darul Kutubil İlmiyyə: 1423/2002

Daha sonra uca Allahın uluhiyyətdə vəhdətini açıqlarkən uluhiyyəti/ilahlığı belə izah edir:

والألوهية : الاتِّصاف بالصفات التي لأجْلها استحقَّ أن يكونَ معبوداً ، وهي صفاته التي توحَّد بها سبحانه , فلا شريكَ له في شيء منها ، وتسمى خَواصَّ الألوهية ، ومنها الإيجاد مِن العَدَم ، وتدبيرُ العالم ، والغِّنى المطلقُ عن الموجِب والموجِد في الذات , وفي كلٍّ مِن الصفات

"Uluhiyyət: Allahın onlar səbəbilə məbudluğa/ilahlığı layiq olduğu sifətlərə sahib olmasıdır.
Bunlar, Allahın - subhənəhu - tək olduğu sifətlərdir və bu sifətlərdən heç birində şəriki yoxdur. Bu sifətlərə "uluhiyyət xüsusiyyətləri" deyilir.
Yoxdan var etmək, aləmi idarə etmək, zatında və bütün sifətlərində mucibdən (vacib qılıcıdan) və muciddən (icad edicidən) mütləq olaraq ehtiyacsız olması bu xüsusiyyətlərdəndir."

Qaynaq: İbn Əbi Şərif Əl Maqdisi: Əl Musəməra: 67
Beyrut: Darul Kutubil İlmiyyə: 1423/2002

--------------------
 
Muslimah_92Tarix: Çərşənbə axşamı, 05.06.2012, 23:15 | Yazı # 20
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Şafi alimlərindən olan İmam İbrahim bin Muhəmməd Əl Bəcuri (1198-1277 h/1784-1860 m) özünün "Tuhfətul Murid Şərhu Cəvhəratit Təvhid" adlı əsərində tövhidi bu cür tərif edir:

هو إفْراد المعبودِ بالعبادة مع اعتِقاد وحْدتِه , والتّصديقُ بها ذاتاً وصفاتٍ وأفعالاً

"Tövhid – Məbudun (Allahın) təkliyinə etiqad etməklə bərabər Onu ibadətdə də birləmək, Onun zatında, sifətlərində və fellərində vahidliyini təsdiq etməkdir."

Qaynaq: İbrahim bin Muhəmməd Əl Bəcuri: Tuhfətul Murid: 18
Beyrut: Darul Kutubil İlmiyyə: 1432/2011
 
Forum » İslam » Tövhid və Əqidə » Sələf Əqidəsi (Əhli Sünnə vəl Cəmaat)
  • Страница 1 из 2
  • 1
  • 2
  • »
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru