Muslimah_92 | Tarix: Çərşənbə axşamı, 05.06.2012, 23:15 | Yazı # 21 |
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
| Əl Kəstəli adıyla məşhur olan Hənəfi alimi Mustafa bin Muhəmməd Əl Qastalani (v.901 h/1460 m), İmam Saduddin Ət Təftəzəninin əqidə şərhinə yazdığı haşiyədə deyir:
حقيقة التوحيد : اعتقاد عدم الشريك في الألوهية وخواصها، وأراد بالألوهية على ما صرح به: وجوب الوجود والقدم الذاتي، بمعنى عدم المسبوقية بالغير. وبخواصها: مثل تدبير العالم، وخلق الأجسام واستحقاق العبادة، والقدم الزماني مع القيام بنفسه
"Tövhidin həqiqəti/mahiyyəti, uluhiyyətdə və onun xüsusiyyətlərində Allahın şərikinin olmadığına inanmaqdır. İfadə etdiyi kimi, uluhiyyətdən qəsd etdiyi: varlığının vacib olması, ondan öncə heçnəyin olmaması mənasında zati qədimliyidir. Uluhiyyətin xüsusiyyətlərindən qəsdi isə: aləmin idarəsi, cisimlərin yaradılması, ibadətə layiq olması və özlüyündə var olmasıyla (qiyam bi nəfsihi) bərabər zaman baxımından qədim olmasıdır."
Qaynaq: Mustafa Əl Qastalani: Haşiyətul Kəstəli alə Şərhil Aqaid: 63 İstanbul: Salah Bilici
|
|
| |
Muslimah_92 | Tarix: Çərşənbə axşamı, 05.06.2012, 23:15 | Yazı # 22 |
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
| Hənəfi fəqihlərindən Əbul Muntəhə Əl Məğnisəvi (v.1000 h/1592 m) İmam Əbu Hənifənin "Əl Fiqhul Əkbər" əsərini şərh edərkən, onun "Möminlər iman və tövhiddə bərabərdir" sözündəki tövhidi belə izah edir:
والتوحيد - أي في نفْي الشرك في الألوهية والربوبية والخالقية والأزلية والقديمية والقيومية والصمدية فمَنْ نفى الشركَ في بعضها دونَ بعضٍ فهو مشركٌ لا موحِّدٌ
"Tövhiddə bərabərdirlər – yəni: Uluhiyyətdə, rububiyyətdə, xaliqiyyətdə/yaratmada, əzəli, qədim, qayyum və ehtiyacsız olmaqda şirkin/ortaqlığın nəfy edilməsində bərabərdirlər. Kim bunların bəzisində şirki/ortaqlığı nəfy edib bəzisində etməzsə, o muvahhid deyil müşrikdir."
Qaynaq: Əbul Muntəhə Əl Məğnisəvi: Şərhu Kitəbil Fiqhil Əkbər: 40 İstanbul: Məktəbətu Yəsin: 1432/2011
|
|
| |