[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 4 из 4
  • «
  • 1
  • 2
  • 3
  • 4
Forum » İslam » Sual-cavab » Axirət Dünyası (Axirətdə Allahı görmək barəsində)
Axirət Dünyası
TeraneTarix: Çərşənbə axşamı, 02.10.2012, 10:48 | Yazı # 61
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
CƏHƏNNƏM ƏZABININ NÖVLƏRİ (Fiziki Əzab)
Cəhənnəm əhlinin Cəhənnəmdə düçar olduqları bir çox əzab növləri vardır ki, onların da bəziləri fiziki, bəziləri isə mənəvi əzabdır.

Fiziki əzablardan:

1. Cəhənnəm əhlinin üzünün qara olması.
Bu üzlərin nə əzablar gördüyünü, bu qəlblərin nə dəhşət və vahimələr yaşadığını, bu insanların hansı təhqir və rəzilliklərə məruz qaldığını yada salsaq, onda onların üzlərinin qaralmasından danışmağa gərək qalmaz. Belə olan halda daxildəki rəzillik və alçaqlıq aşkara çıxaraq onların üzlərinin qaralmasında özünü göstərir. Bu barədə Allah-taala Öz müqəddəs kitabında belə buyurur: «Bə’zi üzlərin ağ, bə’zi üzlərin isə qara olacağı gündə (qiyamət günündə), üzü qara olanlara: "İman gətirəndən sonra kafirmi oldunuz? İndi, kafir olduğunuza görə dadın əzabı!" - deyiləcəkdir».
Allah-taala da Qurani-Kərimdə bu üzlərin nə dərəcədə eybəcər, zil qara və mənfur bir şəkildə olduğunu təsvir edərək buyurur: «O gün bir çox üzlərə isə toz-torpaq qonacaq, onlari zülmət (yaxud his) bürüyəcəkdir. Onlar (pis əməllərə uyan) kafirlər, pozğunlardır!»

2. Cəhənnəm əhlinin üzünün yandırılması.
Cəhənnəm əhlinin düçar olduğu əzab növlərindən biri də Cəhənnəm odunun onların üzlərini yandırılmasıdır ki, bunun da nəticəsində üz yanaraq çox eybəcər və iyrənc bir şəkil alır. Bu barədə Quranda deyilir: «Tərəziləri yüngül gələnlər (dünyada çoxlu günah qazananlar) isə özlərinə ziyan edənlərdir. Onlar Cəhənnəmdə əbədi qalarlar. Cəhənnəm odu onların üzünü yandırar. Onlar orada (üst dodaqları başlarının tən ortasına, alt dodaqları isə göbəklərinə qədər uzanaraq) dişləri ağarmış vəziyyətdə durarlar». Bununla yanaşı Cəhənnəm əhlinin oddan yaxa qurtara bilməyəcəkləri də Quranda xüsusi olaraq belə vurğulanır: «Kaş kafirlər atəşi üzlərindən və arxalarından dəf edə bilməyəcəkləri və onlara heç bir kömək olunmayacağı vaxtı (qiyaməti) biləydilər! (Əgər bilsəydilər, belə bir sual verməz, həm də Allahın əzabının tezliklə gəlməsini istəməzdilər)».
Qurani Kərim bütün bunlarla yanaşı balığın tavada çevrildiyi kimi Cəhənnəm əhlinin üzünün də odda çevriləcəyini təsvir edir və bu mənzərənin dəhşətindən bədənlərin titrəyəcəyini, ürəklərin az qala yerindən çıxacığını xəbər verir: «Üzləri odda (o tərəf-bu tərəfə) çevrildiyi (haldan-hala düşdüyü) gün onlar: "Kaş Allaha müt’i olaydıq, Peyğəmbərə itaət edəydik!" - deyəcəklər».

3. Cəhənnəm əhlinin üzüstə Cəhənnəmə sürüklənməsi.
«Şübhəsiz ki, günahkarlar (dünyada) haqq yoldan azmışlar və (axirətdə də) cəhənnəm odu içərisində olacaqlar. (Yaxud günahkarlar heyrət, yanlışlıq və dəlilik içindədirlər). O gün onlar üzüstə Cəhənnəmə sürüklənəcək (və onlara): "Duyun Cəhənnəmin (ələmini) təmasını!" (deyiləcəkdir)». Cəhənnəm əhli əzabın ağrıları altında əlləri zəncirlənmiş halda üzüstə Cəhənnəmə sürüklənəcəkdir. «Kitabı (Qur’anı) və peyğəmbərlərimizə göndərdiklərimizi (vəhyi, mö’cüzələri və hökmləri) yalan hesab edənlər (bu hərəkətlərindən dolayı hansı cəzalara mə’ruz qalacaqlarını) mütləq biləcəklər! O zaman ki, boyunlarında halqalar və zəncirlər olduğu halda sürüklənəcəklər».

4. Cəhənnəm əhlinin dərisinin bişməsi.
Bu da Cəhənnəm əhlinin payına düşən digər iyrənc və zəlillik sifətidir ki, onu da Qurani-Kərim bizlərə belə vəsf edir: «Ayələrimizi inkar edənləri oda (Cəhənnəmə) atacağıq. Onların dəriləri bişdikcə, əzabı (həmişə) dadsınlar deyə, o dəriləri başqası ilə əvəz edəcəyik. Əlbəttə, Allah yenilməz qüvvət, hikmət sahibidir!»
Bu, insan xəyalının təsəvvür edə, insan cəsədinin isə tab gətirə bilmədiyi elə bir əzab növüdür ki, həmin bişmiş və qızardılmış dərilər hər dəfə bişdikcə yanma və ağrılar davam etsin deyə, başqaları ilə əvəz edilir.

5. Cəhənnəm əhlinin dərisinin və qarınlarında olanlarının əridilməsi.
Bu elə bir əzab növüdür ki, qeyd olunanlardan fərqli olaraq Cəhənnəmdə olanların başlarından qaynar su töküləcək, bundan sonra dəriləri və ətləri axacaq, bağırsaqları və ciyərləri əriməyə başlayacaqdır. «Rəbbi barəsində mübahisə aparan bu iki zümrə (mö’minlər və kafirlər bir-birinə) düşməndir. Onu inkar edənlər üçün atəşdən paltar biçilmişdır; başlarına da qaynar su töküləcəkdir. O su ilə qarınlarında olanlar (bağırsaqları, ciyərləri) və dəriləri əridiləcəkdir».

6. Cəhənnəm əhlinin öz bağırsaqlarını arxasınca sürüməsi
Cəhənnəm əhli arasında elələri də olacaqdır ki, Cəhənnəmdə fırlanarkən öz bağırsaqlarını arxasınca sürüyəcəkdir. Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) Amr ibn Luhey əl-Xüzainin Cəhənnəmdə öz bağırsaqlarını arxasınca dartıb sürüdüyünü görmüşdür. Amr ərəblərin dininə sitayiş etməz və Allahın haram buyurmadıqlarını haram edərdi.

7. Cəhənnəm əhlinin üzlərinin kifir olması.
Allah-taala Cəhənnəm əhlinin üzünü əzab vermək və təhqir etmək məqsədilə son dərəcə iyrənc və kifir bir şəklə salacaqdır. Buxarinin rəvayət etdiyi hədislərin birində deyilir ki, Qiyamət günü İbrahim peyğəmbər əleyhissəlam atası Azərlə qarşılaşır və Allah yanında onun bağışlanması üçün vəsatət (şəfaət) qaldırır. Allah-taala isə cavabında ona: “Mən Cənnəti kafirlərə haram buyurmuşam” – deyir. Sonra isə İbrahimə: “Ey İbrahim! Ayaqlarının altındakına bir bax” – deyə əmr olunur. İbrahim də baxdıqda ayaqlarının altında erkək eybəcər bir kaftarın olduğunu görür və həmin kaftar ayaqlarından tutularaq Cəhənnəmə atılır.

8. Cəhənnəm əhlinin yerinin dar olması.
Cəhənnəmdəki digər əzablardan biri də Allahın onların yerini dar etməsidir. Belə ki, onların bu darısqallıqdan hətta hərəkət etməyə belə imkanları olmaz və bunun nəticəsində də onların çəkdikləri dərd və əzabları daha da artar. «Onlar əlləri boyunlarına bağlı vəziyyətdə o atəşdən dar bir yerə atıldıqları zaman (Dünyada Allaha asi olduqlarına görə özlərinə bəd dua edib) ölüm diləyərlər». Bu da Cəhənnəmin səhasinin istənilən qədər geniş olmasına baxmayaraq onlara həm fiziki, həm də mənəvi cəhətdən verilən bir sıxıntı və darısqallıq əzabıdır.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə axşamı, 02.10.2012, 10:49 | Yazı # 62
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
CƏHƏNNƏM ƏZABININ NÖVLƏRİ (MƏNƏVİ ƏZABIN NÖVLƏRİ)
Cəhənnəm əhlinin düçar olduğu fiziki əzablarla yanaşı Allah-taala onları daha artıq məzəmmət, alçaltmaq və rəzil etmək üçün mənəvi əzab növləri hazırlamışdır ki, onlardan da bir neçəsi aşağıdakılardır:
1. Şeytanın onların üzünə duraraq özünə bəraət qazandırması.

Budur, şeytan qiyamət günü onlardan bir daha intiqam almaq və onların ağıl və düşüncələrini təhqir etməklə özünə onlardan bəraət qazandırar, tutduqları mövqeyə və ona uyduqlarına görə onları məzəmmət edər. Bu barədə Allah-taala Qurani-Kərimdə belə buyurur: «İş bitdikdə (cənnətliklər Cənnətə, cəhənnəmliklər də Cəhənnəmə daxil olduqda) Şeytan (onu məzzəmət edən kafirlərə) belə deyəcək: "Allah (peyğəmbərlər vasitəsilə) sizə (pis əməllərinizə görə Cəhənnəmə düşəcəyiniz barədə) doğru və’d vermişdi. Mən də sizə (kömək edəcəyim haqda) və’d vermişdim, amma sonra və’dimə xilaf çıxdım. Əslində mənim sizin üzərinizdə heç bir hökmüm (sizi özümə tabe edə biləcək heç bir qüdrətim) yox idi. Lakin mən sizi (günah işlətməyə, Allaha asi olmağa) çağırdım, siz də mənə uydunuz. İndi məni yox, özünüzü qınayın. Nə mən sizin dadınıza çata bilərəm, nə də siz mənim dadıma. Mən öncə (dünyada) sizin məni (Allaha) şərik qoşmağınızı da inkar etmişdim (qə’bul etməmişdim). Həqiqətən, zalımları şiddətli bir əzab gözləyir!»
Fikir verin, necə də böyük bir peşmançılıq, necə də ağır bir dərddir. İnsan kiminsə əmri ilə həyatını təhlükə altına atan hansısa bir işi görür və iş yerinə yetirildikdən sonra əmr sahibi olan ağası öz məsuliyyətindən boyun qaçırır, üzünə duraraq həmin adamı çıxılmaz vəziyyətdə buraxdığı hələ azmış kimi, ona itaət, əmrlərini isə icra etdiyi üçün hətta onu məzəmmət etməkdən belə çəkinmir. And olsun ki, bu elə ağır dərd və peşmançılıqdır ki, onu çəkənlərə ancaq şiddətli əzab bəxş edər.

2. Cəhənnəm əhlinin bir-biri ilə ədavəti.
Cəhənnəm əhli onu gözləyən qəti sonluğa – Cəhənnəmə doğru hərəkət etdiyi zaman hər biri məsuliyyəti digərinin üzərinə atmaqla belə bir həyata düşdükləri üçün bir-birilərini səbəbkar olmaqda ittiham edərlər. Lakin biri-birini əvəz edən bu ittihamların heç bir faydası olmaz. Çünki artıq onların hər biri əzaba düçar olmuşdur və bu işdə də biri-birilərinə lənətlər yağdırırlar. «(İbrahim onlara) dedi: "Sizin Allahı qoyub bütləri tanrı qəbul etməyiniz yalnız dünyada (dolanıb keçinmək xatirinə) aranızda olan dostluğa (məhəbbətə) görədir. Sonra da qiyamət günü bir-birinizi inkar edəcək, bir-birinizə lə’nət oxuyacaqsınız. Məskəniniz cəhənnəm odu olacaq, özünüzə də (Allahın əzabından qurtarmağa) kömək edən kimsələr tapılmayacaqdır!"». Bir-birilərini qınamağın faydası olmadığını anladıqda isə dünyada etdikləri əməllərə görə peşmançılıqları daha da artar. «O zaman (bütpərəstlərə) tabe olanlar: "Əgər bir də (dünyaya) qayıda bilsəydik, onlar bizdən uzaqlaşdıqları kimi biz də onlardan uzaqlaşardıq", - deyərlər. Beləcə (qiyamətdə) Allah onların əməllərinin yalnız həsrətdən (peşmançılıqdan) ibarət olduğunu göstərər və onlar cəhənnəm odundan çıxa bilməzlər».

3. Möminlərin Cəhənnəm əhlini məzəmmət etməsi.
Cəhənnəm əhli özünü əzab və müsibət, möminləri isə naz-nemət içində gördükdə onlara müraciət edərək Tanrı yanında özləri barəsində vəsatət (şəfaət) qaldırmalarını rica edəcəklər, lakin onların bu xahişi rədd cavabı ilə qarşılanacaqdır. Çünki onlar bu dünyadakı küfr və uçuruma aparan əməllər səbəbilə mərhəmət və qayğı göstərilməyə layiq deyillər. Möminlərin onları qınaması və məzəmmət etməsi onların həsrətini və müsibətini daha da artıracaqdır. «Cəhənnəm əhli cənnət əhlinə müraciət edib: "Üstümüzə bir az su tökün və ya Allahın sizə verdiyi ruzilərdən bizə bir qədər ehsan edin!" - deyəcək. Onlar isə: "Doğrusu, Allah bunları kafirlərə haram buyurmuşdur!" - deyə cavab verəcəklər».

4. Mələklərin Cəhənnəm əhlini məzəmmət etməsi.
Cəhənnəm əhli möminlərdən əli boşa çıxdıqdan sonra eyni tələblə cəhənnəm gözətçilərinə üz tuturlar. Lakin burada da onların tələbi məzəmmət və tənbehlə qarşılanır və bu da onların zar-zar ağlamalarına, göz yaşı tökmələrinə səbəb olur. Bunu Allah-taala Quranda belə təsvir edir: «Od içində olanlar cəhənnəm gözətçilərinə deyəcəklər: "Rəbbinizə dua edin ki, heç olmasa, bircə gün əzabımızı yüngülləşdirsin!" (Cəhənnəm gözətçiləri) deyəcəklər: "Məgər sizə öz peyğəmbərləriniz açıq-aşkar mö’cüzələr gətirməmişdilər?" Onlar: "Bəli (gətirmişdilər)!" - deyə cavab verəcəklər. (Cəhənnəm gözətçiləri onlara: ) "Elə isə özünüz dua edin!" - deyəcəklər. Kafirlərin duası isə boş şeydir (heç vaxt qəbul olunmaz)», «Onlar (Cəhənnəmin gözətçisi Malikə) müraciət edib deyəcəklər: "Ey Malik! Qoy Rəbbin bizi öldürsün (bu əzabdan qurtaraq)! O isə (min ildən sonra onlara): "Siz (həmişəlik burada) qalacaqsınız!" - deyə cavab verəcəkdir!»

5. Allahın Cəhənnəm əhlini məzəmmət etməsi.
Bütün qapılar Cəhənnəm əhlinin üzünə bağlandıqdan və onların sözünü dinləyəcək heç kəsin olmamasından sonra Cəhənnəm əhli bəzi cəzaların yüngülləşdirilməsi ümidi ilə Allaha üz tutarlar. Arasıkəsilməyən çağırış və nidalarla Allaha yalvararlar, lakin bunun da onlara heç bir faydası dəyməz. Çünki vaxtilə onlar Allaha üsyan edərək Onun qanunlarını tapdalamış, Allaha xas olan bir yerdə Ona qarşı vuruşmuşlar. Artıq Allah dərgahında onlar üçün nə əfvdən, nə də mərhəmət və məğfirətdən zərrə qədər də pay qalmamışdır. Allahın isə onlara cavabı belə olacaqdır: «(Allah) buyurar: "Orada zəlil (mə’yus) vəziyyətdə durub qalın və Mənə heç bir şey deməyin! (Cəhənnəm odundan xilas edilməyinizi Məndən diləməyin!)" Çünki bəndələrimdən bir zümrə (mö’minlər) var idi ki, onlar: "Ey Rəbbimiz! Biz (Sənə) iman gətirdik. Artıq bizi bağışla, bizə rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan!" - deyirdilər. Siz isə onları məsxərəyə qoyurdunuz. (Bu məsxərə, lağlağı başınızı o qədər qatmışdı ki) Məni yada salmağı belə sizə unutdurmuşdu. Siz (istehza ilə) onlara gülürdünüz. Həqiqətən, Mən səbr etdiklərinə görə onları mükafatlandırdım. Onlar nicat tapanlardır (uğura yetənlərdir)!»



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə axşamı, 02.10.2012, 10:49 | Yazı # 63
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
CƏHƏNNƏM ƏZABIN KULİMİNASİYASI VƏ SON DƏRƏCƏ MƏHRUMİYYƏT
Cəhənnəm barədə növbəti mövzumuz əzabın ən ağır forması və məhrumiyyət gözü haqqında olacaqdır. Cəhənnəm əhlinə verilən ən ağır cəza üsulu onlarla Allah arasında pərdə çəkilməsi, onların Allahdan uzaq olması, Allahın Cəhənnəm əhlindən imtina etməsi və onlara olan nifrət və qəzəbidir. Bununla yanaşı Allahın Cənnət əhlindən razılığı, ancaq onlara görünməsi və möminlərin ancaq Onu görməsi Cənnətin bütün naz-nemətindən daha əfzəldir.

«Xeyr, o gün Rəbbinin mərhəmətindən məhrum olacaqlar! Sonra Cəhənnəmə varid qalacaqlar. Sonra da onlara: "Bu sizin (dünyada) yalan saydığınız (Cəhənnəmdir)!" deyiləcəkdir».
Allah-taala yuxarıdakı ayələrdə əzabın üç növünü xüsusi olaraq vurğulayır. Bunlar Allahın mərhəməti ilə Cəhənnəm əhli arasındakı pərdə, sonra onların Cəhənnəmə varid olması və daha sonra isə bu dünyada təkzib edərək qəbul etmədiklərinə görə məzəmmət olunmalarıdır. Bu da öz növbəsində Allahın Cəhənnəm əhlinə olan sırf qəzəbi, həqarətin ən yüksək həddi və məhrumiyyət gözüdür. Gəlin hamılıqla Allaha yalvaraq ki, bizi Onun möhtərəm və nurlu sifətinə, zülcəmalına tamaşa etmə ləzzətindən məhrum etməsin!



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə axşamı, 02.10.2012, 10:50 | Yazı # 64
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
CƏHƏNNƏMLİK OLMAĞIN SƏBƏBLƏRİ
Cəhənnəmlik olmağın bir çox səbəbləri vardır ki, onları da Allah-taala Öz müqəddəs kitabında, Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) isə sünnəsində bizlərə açıqlamışdır. Bu səbəbləri iki qrupa bölmək olar. Birinci qrupa aid olan səbəblər onu törədənin əbədi cəhənnəmlik olmasını labüd edir. İkinci qrupdakı səbəbləri törədənlər isə müvəqqəti olaraq Cəhənnəmdə qalmağa layiq görülürlər. Aşağıda bu səbəblərin hər biri haqqında qısaca olaraq danışmağa çalışacağıq.

CƏHƏNNƏMDƏ ƏBƏDİ QALMAĞIN SƏBƏBLƏRİ

1. İbadətdə Allaha şərik qoşmaq. Bu barədə Allah-taala Quranda belə buyurur: «Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur», başqa bir ayədə isə belə deyilir: «...Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir. Zalımların heç bir köməkçisi yoxdur!»

2. Müşrikləri təkfir etməyən, yaxud onların kafir olmasına şübhə ilə yanaşan, yaxud da onların məzhəbinin doğru yol olduğunu iddia edənlər kafir hesab olunur və əbədi olaraq Cəhənnəmi qazanırlar.

3. Kim Peyğəmbərin (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) gətirdiyi hansısa qanuna və ya dini ayinə ikrah hissi ilə yanaşsa, ona əməl etmiş olsa belə, kafir hesab olunur. Bu barədə Allah-taala Quranda belə buyurur: «Bu ona görədir ki, (kafirlər) Allahın nazil etdiyini (Qur’anı) bəyənmədilər, (Allah da) onların əməllərini puç etdi».

4. Kim Məhəmmədin (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) dinindən hansısa bir məqama, istər həmin dinin mükafatı, istərsə də cəzası olsun, istehza ilə yanaşsa, artır küfr etmiş olur. Aşağıdakı ayələri də bu öz təsdiqini tapmışdır: «(Ya Rəsulum!) Onlardan (Təbuk döyüşünə gedərkən səni lağa qoyan münafiqlərdən nə üçün belə etdiklərini) soruşsan: "Biz ancaq söhbət edib zarafatlaşırdıq (əylənirdik)",- deyə cavab verərlər. De: "Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehzamı edirsiniz?! (Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü biruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz...».

5. Sehr və falçılıqla məşğul olan və ya ondan məmnun qalan aşağıdakı ayəyə görə küfr etmiş hesab olunur: «...Halbuki (o iki mələk): "Biz (Allah tətəfindən göndərilmiş) imtahanıq (sınağıq), sən gəl kafir olma!" - deməmiş heç kəsə sehr öyrətmirdilər...».

6. Bəzi insanların Məhəmmədin (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) şəriətindən kənara çıxmalarının caiz olduğunu düşünənlər kafir hesab olunur və Cəhənnəmin əbədi sakinlərinə çevirirlər. Bu haqda Allah belə buyurur: «Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!».

7. Allahın dinindən üz döndərmək, onu öyrənməmək və ona uyğun yaşamamaq. «Rəbbinin ayələri ilə öyüd-nəsihət verildikdən sonra onlardan üz döndərən kəsdən daha zalım kim ola bilər?! Biz, şübhəsiz ki, onlardan intiqam alacağıq!».



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə axşamı, 02.10.2012, 10:50 | Yazı # 65
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
CƏHƏNNƏMDƏN NECƏ XİLAS OLAQ?
Əziz oxucu! Artıq Cəhənnəm, oradakı zəqqum ağacları və acı zəri’, qaynar su və irin, qandallar və zəncirlər, üzlərin qaralması və Cəhənnəm alovuna sürüklənməsi, yandırılması, dərilərin bişməsi və əriyərək axması, bağırsaqlarda alov səsinin eşidilməsi, Cəhənnəmin qəlblərə qorxu salması, onun öz sakinlərini bürüməsi, bürkülü istisi və sərt şaxtası , boğucu tüstüsü və alışqan qığılcımı, yandırıb-yaxan alovu və dərin nəfəsi, qəzəbli nəriltisi və Cəhənnəmin bu qəbildən olan digər sifətləri haqqında digər məqalələrdə bəhs olundu.

Heç bir şübhə yoxdur ki, sən bütün bunları oxuyub və bir gözünün qabağına gətirdikdən sonra həm özünə, həm də ətrafında olan insanlara Cəhənnəmdən qurtuluş yolu axtaracaqsan. Əmin ola bilərsən ki, bu kitabçada sənə göstərilən qurtuluş yolu hər bir insanın təhlükəsizliyi, istəyi və uğurudur. Bu nicat yolu nəsihətlərimizin başlıca məqsədi və arzuolunan bəhrəsidir. «Oddan (Cəhənnəmdən) uzaqlaşdırılıb, Cənnətə daxil edilən kimsə muradına çatacaqdır».

NİCAT YOLU ÇƏTİNDİR

Əziz oxucu! Nicat yolunun əvvəli çətin və keşməkeşlidir. Buna baxmayaraq, sən bu çətinliyə tab gətirə bilsən, əbədi ləzzətlər dünyasına qovuşar, şiddətli əzablarla dolu olan bir diyardan isə xilas olmuş olarsan. Cəhənnəmə aparan yolu başlanğıcı isə fərqli olaraq çox asan və xoşagələndir. Lakin sən bu yolun gözəlliyinə aldansan, o səni əbədi bədbəxtçiliyin hökm sürdüyü bir məkana çatdıracaqdır. Elə isə buyur, hansı yolun yolçusu olacağını özün heç! Sonda əmin-amanlığa və səadətə çatacağına ümid edərək haqq yolun çətinliyinə və çala-çuxuruna dözə biləcəksənmi? Yoxsa əyri yollarda müvəqqəti naz-nemətə və ya boş eyşi-işrətə uyub aldanacaqsan?!
Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) buyurmuşdur: «Cənnət pisliklərlə, Cəhənnəm isə ehtiraslarla əhatə olunmuşdur». Hədisi Buxari və Müslim rəvayət etmişdir.
Cəhənnəmə gedən səni özünə yoldaş etməyə çalışar. Bunun üçün də o, haram buyurulmuş ləzzətlərdən istifadə edərək sənin: “Bir bu qadınlara bax, pornoqrafik curnalları vərəqlə, peyklə yayınlanan erotik kanallara bax. Haram oldu-olmadı bu dünyadan ləzzət al, əsəbləşəndə boş ver, heç nəyə əhəmiyyət vermə, ürəyindən keçənləri et, ancaq yaşadığın anı fikirləş, beynini ölüm, qəbr, axirət kimi şeylərlə yorma” – kimi sözlərlə ağlını başından çıxarmağa çalışar. Təbii ki, «Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs (insana) pis işlər görməyi (şəhvətə uymağı) əmr edər» ayəsindən də göründüyü kimi bütün bunları etmək insan nəfsi üçün çox rahat və xoşdur. Çünki nəfs halal və ya haramla zorlanmağı sevməz. Lakin bu yolun sonu həqarət və zəlillikdən, itki və alçaqlıqdan başqa nə ola bilər?!
Səni Cənnətə doğru səsləyən isə bütün bunların əksinə olaraq, nəfsin istəklərinə, şəhvani duyğularına, haram işlərə uymamağın qarşılığında sənə Allahın razılığını təklif edəcək və: “Şirin yuxunu burax sübh namazına vaxtında dur, yemək içməkdən müvəqqəti əl çək, oruc tut, onun ağırlığına və yorğunluğuna tab gətir, həccə get, onu et, bunu etmə” – kimi nəsihətlərlə səni haqq yoluna istiqamətləndirəcəkdir. Sözsüz ki, bu cür nəsihətləri qəbul edib onlara əməl etmək nəfs üçün son dərəcə çətin və məşəqqətli bir işdir. Lakin sonu Cənnəti qazanaraq Cəhənnəmdən xilas olmaqdır. Bu da ən böyük zəfər, uğur, qurtuluş və heç bir səadətlə müqayisə olunmayan bir səadət və xoşbəxtçilikdir.
Əziz oxucu! Unutma ki, sən bu dünyada amansız və qəddar bir düşmənlə daim müharibədəsən. Bu elə bir düşməndir ki, səni hər tərəfdən həlaka, məhvə çağırır və səni şirnikləndirməklə, başını tovlamaqla yolundan azdırmağa can atır. Onun öldürücü bir qüvvə olduğunu Allah-taala Quranda belə xəbər verir: «Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm (soxulacağam) və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!"». Bu sənə qurtuluş arzulamayan, əksinə, sənə hər cür zərər yetirmək üçün fürsət axtaran, səni günahlarla bəzəyən, etdiyin hər günaha sevinən bir düşməndir. İndi özün fikirləş, səni ölümə, əzaba aparan bir yolun yolçusu olmaq istərsənmi?!

CƏHƏNNƏMDƏN BƏYƏNİLƏN ŞƏKİLDƏ QORXMAQ

İbn Rəcəb (Allah ona rəhmət eləsin!) demişdir: «Cəhənnəmdən lazımi şəkildə qorxmaq dedikdə insanın fərz namazlarını vaxtı vaxtında qılması və günahlardan çəkinməsi nəzərdə tutulur. Vacibatlara bu şəkildə riayət etmək insanda nafilə ibadətlərə qarşı diqqətli olmağa, kiçik günahlardan yayınmağa və daha faydalı işlərə vaxt sərf etməyə gətirib çıxarır. Bu da öz növbəsində Allah dərgahında tərifəlayiq bir hal kimi qiymətləndirilir. Lakin bunda ölüm və ya hansısa xəstəliklə nəticələnəcək ifratçılıq və bunun da Allah-taala üçün sevimli və lazımi fəzilətli əməllərin qazanılmasına olan mənfi təsiri təbii ki, heç də Allah tərəfindən bəyənilən bir hal kimi qarşılanmır. İnkar etmirik ki, bununla qəlblərdəki Allah qorxusu, Onun vahiməsi və dəhşəti də nəzərdə tutulur. Lakin bu qorxunun mənfəətli dərəcədə yəni, həddi aşmamış olması Allahın sevdiklərini yerinə yetirmək, bəyənmədiklərini isə tərk etməklə Ona doğru yaxınlaşmağa kömək edər. Əgər qorxu buna hansısa bir maneçilik törədərsə, onda məqsədə nail olmaq da olmaz, yox əgər bu hal hansısa üstünlüyün təsiri altında baş verərsə bu üzürlü hesab olunar. Buna misal olaraq Sələf arasında elə insanlar var idi ki, onlar Cəhənnəm qorxusu qəlblərinə hakim olduğu üçün qeyri-adi hallarla qarşılaşardılar».

SƏLƏF ALİMLƏRİNİN CƏHƏNNƏM XOFU

Sələf Allahın Öz bəndələrini Cəhənnəmlə qorxutduğundan və Ondan Cəhənnəm xofu ilə qorxan bəndələrini sevməsindən xəbərdardır. Cəhənnəmdən qorxmaq həqiqətdə Allahdan qorxmaq, Cəhənnəmdən qorxan isə elə Allahdan qorxan və Onun məhəbbət və rizasının dalınca qaçandır. Sələf Cəhənnəm həqiqətinin nə olmasını, Allahın orada hazırladığı müxtəlif cəza üsullarının nədən ibarət olmasını bilmiş və qorxusu, həyəcanı daha da artmışdır. Ona görə də Cəhənnəmin adı çəkilən hansısa bir ayəni oxuyarkən sanki Cəhənnəmin ah-naləsi onların qulaqlarını batırırmış kimi və sanki axirət onların gözlərinin önündə imiş kimi qorxularından hönkürtü qoparardılar. Budur, onların bizlərə bu qorxunun hansı dərəcədə olmasını xəbər verən kəlamları və bu qorxunun təsirindən düşdükləri hal. Bəlkə bunlarla tanış olduqdan sonra biz də onlar kimi qorxaq və onlar kimi bir-birimizi Cəhənnəmə düşməkdən çəkindirək.
Ömər (Allah ondan razı olsun!) demişdir: «Əgər kimsə göy üzündən: “Ey insanlar, bir nəfərdən başqa hamınız Cənnətə daxil olacaqsınız” – deyə səslənsə, həmin bir nəfərin mən özüm olmağımdan qorxaram».
Osman ibn Əfvan (Allah ondan razı olsun!) demişdir: «Əgər mən hara düşəcəyimi bilmədiyim bir halda Cənnətlə Cəhənnəmin arasında qalsam, onda hara gedəcəyimi bilməmişdən qabaq kül olmağımı seçərdim».
Həsən əl-Bəsri (Allah ona rəhmət eləsin!) demişdir: «Cənnətə ancaq ora ümid edənlər düşəcək və Cəhənnəmdən də ancaq ondan qorxanlar yan keçəcək».
Cəhənnəmi anma sələfin gözündən yuxunu qaçırmışdır. Belə ki, Əsəd ibn Vədaə demişdir: «Şəddad ibn Aus yorğan-döşəyinə girəndə günəbaxan tumunun tavada qızardığı kimi vurnuxar və: “Allahım, cəhənnəmi yada salmaq məni yatmağa qoymur” – deyərək namaz otağına keçərdi».
Tavis yatağını sərər, yerinə girər-girməz günəbaxan tumunun tavada qızardığı kimi yerində o tərəfə, bu tərəfə çönər, sonra isə dərhal atılıb yerindən qalxar, yatağını salar və üzünü qibləyə sarı tutub sübhə qədər namaz qılardı. Həmçinin belə deyərdi: «Cəhənnəmi anmaq ibadət əhlinin yuxusunu əlindən alıb».
Bir dəfə Rəbiə ibn Xeysəmin qızı atasından soruşur: “Atacan, sənə nə olub axı hamı yatır, sən isə oyaqsan?” Atası isə belə cavab verir: “Qızım, Cəhənnəm atanı yatmağa qoymur”.
Amir ibn Abdullah demişdir: «Cənnətə oxşar elə bir şey görməmişəm ki, onu istəyənin gözünə yuxu getsin. Cəhənəmə bənzər elə bir şey görməmişəm ki, ondan qaçan yata bilsin». O, günorta olanda: “Cəhənnəmin istisi yuxunu qaçırtdı” – deyər və axşam olana kimi yatmazdı. Gecə də gələndə: “Qorxan gecə yola çıxar” – deyərdi və səhər açılanda camaata gecə gəzməyi tərifləyərdi».
İbn əl-Mübarəkfuri deyir:

إذا ما الليل أظلم كابدوه فيسفر عنهم وهم ركوعُ
أطار الخوف نومهم فقاموا وأهل الأمن في الدنيا هجوعُ

Tərcüməsi:
Gecə nə qədər qaranlıq olsa da, onlar bu zülmətə dözər, səhər açıldıqda isə onlar hələ də rüku vəziyyətində olardılar. Cəhənnəm xofu onların yuxusunu qaçırtdıqda ayağa qalxar (namaza durar), dünyada əmin-amanlıq içində yaşayanlar isə hələ də şirin yuxu içində idilər.
Sələflər arasında elələri var idi ki, Cəhənnəm xofundan onların üzləri belə gülməzdi. Səid ibn Cübeyrə: “Eşitmişik ki, sən heç gülməmisən” – deyildikdə o: “Cəhənnəmin artıq alovlandırıldığı, qandalların vurulduğu, zəbanilərin hazır vəziyyətə gətirildiyi bir vaxtda axı mən necə gülə bilərəm” – deyə cavab vermişdir.
Həmçinin sələflər arasında elə insanlar da var idi ki, dünyadakı Cəhənnəmi gördükləri zaman həyəcanlanar, halları dəyişərdi. Əta əl-Xorasaninin sözlərinə görə Uveys əl-Qərni dəmirçilərin emalatxanalarına gedər, onların körüyü necə alışdırdığına tamaşa edər, bundan dəhşətə gələrək qışqırar və yıxılaraq bayılardı.
Həsən söyləyirdi ki, Ömər (Allah ondan razı olsun!) üçün od qalanardı, o, əllərini ona tərəf uzadar və deyərdi: «Ey Xəttab oğlu! Məgər sən buna dözə bilərsən?!»
Bir dəfə Əli ibn Fudeyl Sufyan ibn Uyeynənin yanında idi. Sufyan da nədənsə danışırdı və söhbət əsnasında Cəhənnəmdən də söz düşdü. Əlinin də əlində bağlı bir şeydə kağız var idi. Elə bu zaman Əli hıçqırtı qopararaq ağlamağa başladı, yerə yıxıldı, əlindəki kağızı tulladı, bəlkə də əlindən düşdü. Bunu görən Sufyan ona sarı baxaraq: «Bilsəydim ki, sən burdasan bu barədə heç danışmazdım».
Sələflər içində Cəhənnəm xofundan xəstə olanlar, hətta bundan ölənlər belə var idi. Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun!) gecə təhəccüd namazına duraraq ət-Tur surəsini oxuyan bir kişinin səsini eşidibmiş. Kişi surədə «Rəbbinin əzabı (Ya Peyğəmbər!) mütləq vaqe olacaqdır! Onu heç kəs dəf edə bilməz!» – ayələrinə çatdıqda Ömər and içərək: «Kəbənin Tanrısı haqdır» – deyib evinə qayıdıb. Bu hadisədən sonra Ömər bir ay evində xəstə yatıb. Ona baş çəkənlər xəstəliyinin nə olduğunu anlaya bilməyiblər.
Deyilənlərə görə Əli ibn Fudeyl «(Ya Rəsulum!) Gətirilib od üstündə saxlandıqları zaman sən onların: "Kaş ki, biz dünyaya qaytarılıb Rəbbimizin ayələrini yalan hesab etməyəydik və mö’minlərdən olaydıq!" - demələrini görəydin!» ayəsinin təsirindən dünyasını dəyişibmiş.

BƏSDİR BİR-BİRİMİZİ ALDATDIQ!

Hər birimiz Cəhənnəmdən xilas olmaq istəyirik, hər birimiz Cənnətə düşməyi arzu edirik. Lakin bizlərdən nə qədəri öz arzusuna uyğun hərəkət edərək öz əmin-amanlığını təmin edə bilir?! Bizlərdən nə qədəri nicat yolunun yolçusu ola bilir?!
Axı dinin dirəyi, küfrlə iman arasında ayırıcı hesab olunan namazı tərk edən bir insan Cəhənnəmdən necə qurtula bilər?!
Məscidlərə ayağı dəyməyən birinin Cəhənnəmdən nicat tapmasını necə düşünmək olar?!
Günahları qurşanan, eyni zamanda ibadətə laqeyd münasibət bəsləyən insan canını Cəhənnəmdən necə yaxa qurtara bilər?!
Hansı saatda qapısının ağzında dayanacağını bilmədən gecə-gündüz Cəhənnəmə sarı irəliləyən insan Cəhənnəm alovundan necə yan keçə bilər?! Cənnət və Cəhənnəmin nə qədər yaxın olmasını isə Peyğəmbərimizin aşağıdakı hədisindən öyrənmək olar. Belə ki, o səhabələrinə xitabən buyurmuşdur: «Cənnət hər birinizə ayaqqabınızın qaytanından da yaxındır. Cəhənnəm də belədir». Hədisi Buxari rəvayət etmişdir.
Ailəsini günahlar içində başlı-başına buraxaraq şər qapılarını açan, onu Allahın dinindən sapındıran yollara çəkən, peyk vasitəsilə yayınlanan pozğun kanalların və əxlaqsız curnal, qəzetlərin öz evinə daxil olmasına şərait yaradan, və bəzən də bu curnalları stolüstü mütaliə vasitələrinə çevirən insan necə Cəhənnəmdən xilas ola bilər?!

Ey Allahın günahkar bəndəsi! Unutma ki, böyük günahlar və xatalarla bu dünyadan köçməli olsan, səni Cəhənnəmdən olan dəhşətli bir təhlükə gözləyir. Bir anlıq təsəvvürünə gətir ki, Cəhənnəmin vadilərində səfeh-səfeh dolaşır, yeməyindən yeyir, suyundan içirsən. Sonra isə üzüstə Cəhənnəm alovuna sürüklənirsən. Cəhənnəmin isə istisi boğucu, dibi dərindir.
Ona görə də neçə ki, sirat körpüsünü və onun nazikliyini görüb Cəhənnəmdən qorxmaq imkanın var, düşün və bundan yararlan. Sonra, gözün körpünün altından Cəhənnəmin qaranlığına sataşacaq, qulaqlarını Cəhənnəmdən gələn hönkürtü və onun nəfəsi deşəcək, sən isə zəif halınla, ürəyinin döyüntülərilə bu körpünün üzərilə getməyə məhkum olacaqsan. İnsanların sənin qarşında körpü ilə getdiyini görəcəksən. Körpüdən keçə bilən Cəhənnəmdən xilas olacaq, üz-başı cırmaqlanan isə üzüstə Cəhənnəm alovuna sürüklənəcəkdir. İndi özün fikirləş, nəfsin bütün bu əzaba dözə biləcəkmi, cismin bu ağırlığa tab gətirə biləcəkmi?!
Sonda Allahdan mərhəmətini bizim başımızın üstündən əskik etməməsini diləyir, peyğəmbərimiz Məhəmmədə, onun əhli-beytinə və qiyamətə qədər onun yolunun yolçusu olanlara Allahın xeyir-duası və salamı olsun deyirik.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə axşamı, 02.10.2012, 10:51 | Yazı # 66
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Cənnət və Cəhənnəm
Rəhmli və mərhəmətli Allahın adı ilə.
Həmd olsun Allaha, aləmlərin Rəbbinə! Uca Allahın insanlara haqq dinlə göndərdiyi müqəddəs peyğəmbərə Məhəmmədə Allahın salavatı və salamı olsun! Hər bir müsəlman Rəhmli və Mərhəmətli Allaha, kainatı və insanları Onun yaratdığına, bizi yedizdirib qayğımıza qaldığına və yalnız Onun tərifə və ibadətə layiq olduğuna inanmalıdır. Müsəlman Allahın mələklərinə onların nurdan yaradıldığına və onların Yaradanın hər bir əmrini yerinə yetirmələrinə, Onun Kitablarına Zəbura, Tövrata, İncilə və Qurana inanmalı və Allahın müqəddəs Quranda yazılan hökmlərinə tabe olmalıdır. O, Tanrının peyğəmbərlərinə və elçilərinə inanmalı, peyğəmbərlərin sonuncusu olan Məhəmmədin (S,ə.v.) göstərişlərinə əməl etməli, həmçinin xeyrin və şərin Allahdan olmasına və hər şeyin Onun iradəsi ilə baş verməsinə şübhə etməməlidir. Həmçinin o, Allahın insanları yenidən dirildəcəyi və öz əməllərinə görə Onun qarşısında cavab verəcəkləri və həqiqətin aşkara çıxacağı Axirət gününə də inanmalıdır. Bu böyük gündə möminlər Cənnətə girəcək, kafirlər isə Cəhənnəm odu üçün yanacaq olacaqlar.

Bu gün insanların çoxu Allaha və Məhəmməd Peyğəmbərə (s.ə.v.) inandıqlarını bildirərək: Lə ilahə illə-llah, Muhəmmədən rəsulullah şəhadətini gətirirlər, amma Axirətə inanmırlar. Onlar həmçinin Cəhənnəmə və Cənnətə də şübhə edirlər və buna görə də tez-tez belə sözlər işlədirlər: Cəhənnəm də burdadır, Cənnət də.

Ey Allahın qulu! Sən insanların öz əməllərinin bəhrəsini görə bilməsi üçün yaradılmış Cəhənnəmə və Cənnətə inanmayana qədər sənin imanın düzgün olmayacaq. İnsan yerdə nə Cəhənnəmin dəhşətini, nə də Cənnətin nemətlərini görə bilməz, amma onların həqiqiliyini müqəddəs Quranın bir çox ayələri sübut edir. Cəhənnəmə və Cənnətə inanmayan müqəddəs Quranı da inkar etmiş olur. Quranı inkar edən isə, Peyğəmbərləri də inkar etmiş sayılır

Cəhənnəmdən qorunma

Uca Allah deyib: Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəldilmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurulduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (ət-Təhrim,6). Allahın bu sözlərini eşidən hər kəs fikirləşməli və özünü oddan qorumaq üçün yaxşı işlər görüb günahlardan çəkinməlidir.

Ey Allahın qulu! Nə qədər ki, nəfəsin gedib-gəlir, əllərin sözünə baxır və ağzın söz tutur, üzünü Tanrıya çevir və özünü Cəhənnəmin odundan heç olmasa xurma qabığı ilə, bunu da tapmasan, xoş sözlə qoru.

Uca Allah deyib: Onların üstlərində və altlarında oddan sipər (kölgəlik) vardır. Allah Öz bəndələrini bununla (bu əzabla) qorxudur. Ey bəndələrim! Məndən qorxun! (əz-Zumər,16). Həqiqətən, Cəhənnəmin siması dəhşətlidir! İbn Abbas rəvayət edirdi ki, Peyğəmbər (s.ə.v.) belə deyib: Günəşin tutulması baş verəndə mən od gördüm. Mən, bundan dəhşətli mənzərə görməmişdim! (Müslim). Peyğəmbər, həmçinin deyib: Qiyamət günü yetmiş min səbəbi olan Od gətiriləcək. Hər səbəbi yetmiş min mələk sürükləyəcək (Müslim).

Cəhənnəm hərarəti

Əbu Hüreyrə rəvayət edirdi ki, o, peyğəmbərin belə dediyini eşidib: Adəm oğullarının yandırdığı od, cəhənnəm Odunun yetmişdə biri qədərdir (Buxarı, Müslim). Bir dəfə Kab, Ömər ibn əl-Xəttaba deyib: Əgər Cəhənnəmin qapıları bu dünyaya heç olmasa öküzün burnunun dəliyi qədər şərqdə açılsaydı, qərbdəki adamın beyni qaynayıb tökülərdi.

Peyğəmbər (S,ə.v.) həmçinin deyib: Cəhənnəmin Odunu o ağ olana kimi min il qalayıblar, sonra qırmızı olana kimi daha min il və sonra qara olana kimi daha min il yandırmışlar. O zülmət gecə kimi qaradır (ət-Tirmizi, İbn Macə).

Uca Allah deyib: Onları zillət basar. Onların üzü, sanki gecənin zülmət parçaları ilə örtülmüşdür. Onlar Cəhənnəmlikdirlər, özləri də orada əbədi qalacaqlar! (Yunus,27).

Həqiqətən, insan Cəhənnəm odunu təsəvvür edə bilmir, amma ona, hər şeyi udmağa hazır olan bu dünyanın oduna baxmaq kifayət edər. Buna görə də mömin əcdadlarımız, ona baxdıqda, Allahdan qorxu hissi keçiriblər. Uca Allah deyib: Bəs (yaş ağacdan) yandırdığınız oda nə deyirsiniz Onun ağacını yaradan sizsiniz, yoxsa Biz! Biz onu (sizi cəhənnəm odu ilə qorxutmaqdan ötrü) ibrət dərsi və səhrada olan müsfirlərin faydalanması üçün yaratdıq Əl-Vaqiə,71-73). Allah, bu dünyanın odunu, cəhənnəm Odu haqqında xəbərdarlıq etdi, o Od ki, qaradır, istidir

Cəhənnəmin dərinliyi

Əbu Hüreyrə danışırdı: Bir dəfə biz, Peyğəmbərin yanında oturanda düşən daşın küyünü eşitdik. Peyğəmbər soruşdu: Siz bilirsiniz bu nədir. Biz cavab verdik: Allah və Rəsulu daha yaxşı bilər O dedi: Bu Cəhənnəmdə yetmiş il əvvəl atılan daşdır və yalnız indi o, onun dibinə çatdı (Müslim).

Allahın Rəsulu (s.ə.v.) həmçinin deyib: Həqiqətən, insan heç özü də bilmədən dediyi bircə sözə görə yetmiş il Oda düşlə bilər (Əhməd).

Nə qədər də ciddi xəbərdarlıqdır! Cəhənnəm nə qədər də qorxuludur! Və Allahın vədinə soyuq yanaşmaq nə qədər də yanlışdır! Allaha həqiqətən inanan özünün borcunu və vəd olunan mükafatı və cəzanı yaddan çıxara bilməz. Əl-Həccac, imam Səid ibn Cubeyrə deyəndə ki: Mənə deyiblər ki, sən heç vaxt gülmürsən, - o belə cavab verir: Mən necə gülə bilərəm ki, Cəhənəmin odu artıq qalanıb, zəncirləri qurulub, əsgərləri isə hazır vəziyyətdədirlər

Cəhənnəmin qapıları

Uca Allah deyib: Şübhəsiz ki, Cəhənnəm onların hamısına vəd olunmuş yerdir! (Cəhənnəmin) yeddi qapısı var. Hər qapıdan müəyyən bir dəstə girər! (əl-Hicr, 43-44). İbn Ömər Peyğəmbərin belə dediyini danışırdı: Cəhənnəmin yeddi qapısı var və onlardan biri mənim ümmətimə əl qaldıranlar üçündür (Əhməd). İbn Cüreyx deyib ki, birinci qapı Cəhənnəm adlanır, ikinci Ləza (od), üçüncü Hutamə (odlanmış), dördüncü əs Səhr (cəhənnəm), beşinci Saqar (alov), altıncı Cahim (cəhənnəm), yeddinci əl Haviya (uçurum). Qapılar nə qədər aşağıdırsa onların hərarətinin dəhşəti çoxalır. Muqatil rəvayət edirdi ki, Cəhənnəmin qapıları ora keçənlərin arxasınca bağlanacaq və onlar dəmir bizlərlə oda doğru qovulacaqlar.

Cəhənnəm əhlinin yeməyi

Uca Allah deyib: Onların yeməyi (zəhərdən də acı) zəridən başqa bir şey olmayacaqdır. (o yemək onlara) nə qüvvət verər, nə də aclıqdan qurtarar (əl-Faşiyə,6-7). Bu zərilər nə qədər də iyrəncdir! Onların dadı zəqqumdan acı, qoxusu isə gildən gələndən də pisdir. Onları kimsə yesə, onlar nə mədəyə düşər, nə də ağıza qayıdar, iksinin arasında ilişib qalar. Bir dəfə Abdur-Rəhman bin Auf iftar etmək istəyirdi və ona şam yeməyi gətirəndə o, bunu oxudu: Dərgahımızda qandallar və Cəhənnəm; Boğaza tıxılıb qalan yemək (zəqqum) və şüddətli əzab vardır! (əl-Muzzəmmil, 12-13). Sonra o ağlamağa başladı və iftarını da heç açmadı.

Uca Allah deyib: (Ey insanlar!) Qonaq olmağa (ziyafət üçün) bu (Cənnət) yaxşıdır, yoxsa zəqqum ağacı Biz onu zalimlər üçün bir bəla etdik. O elə bir ağacdır ki, Cəhənnəmin lap dibindən (Cəhənnəm odunun içindən) çıxır. Onun meyvəsi şeytanların başı kimidir (olduqca çirkin və əcaibdir). Onlar (cəhənnəm əhli) ondan yeyəcək və qarınlarını onunla dolduracaqlar (əs-Saffat,62-66). Allah kafirlər üçün əzablı cəza hazırlayıb.Bu cəza onlar üçün daha da ağır olacaq, ona görə ki, onlar bunu heç ağıllarına belə gətirə bilməzdilər. Cəhənnəmdə odlu dəryadan zəqqum ağacı bitir. Tanrının bu sözlərini eşidən azğınların inamsızlığı daha da artır, ona görə ki, fani dünyada alov ağacları yandırır. Amma zəqqum ağacını yox! Buna görə də Allah onu, günahkarları yoldan çıxaran adlandırıb. Eybəcərliyinə görə Allah bu ağacın meyvələrini şeytanların başlarına bənzətmişdir və Od əhli hər dəfə onları dişləmək istəyəndə onlar qayıdıb yemək istəyənləri dişləyəcəklər.

Uca Allah, həmçinin deyib: İrindən başqa bir yeməyi də yoxdur. Onu ancaq günahkarlar yeyər (əl-Haqqə,36-37).

Od əhlinin içkisi

Uca Allah deyib: (Məgər Cənnətdə olanlar) cəhənnəm odunda əbədi qalıb bağırsaqları parça-parça edən qaynar su içirdiləcək kəslər kimi ola bilərlərmi! (Məhəmməd,15). Həqiqətdə bu sadəcə qaynar su deyil, bu yanar sudur. Bir dəfə Abdullah ibn Ömər sərin su içir və ucadan ağlamağa başlayır. Ondan soruşurlar: Sən nəyə görə ağlayırsan o deyib: Allahın Kitabındakı ayə yadıma düşdü: Artıq onlarla istədikləri şey (iman və tövbə) arasında əngəl törədilmişdir (Səba,54). Axı Cəhənnəmin sakinləri sərin suyun həsrətində olacaqlar

Uca Allah, deyib: Onlar orada nə bir sərinlik, nə də içməyə bir şey tapacaqlar; qaynar sudan və irindən başqa (ən-Nəbə,24-25). Uca Allah, həmçinin deyib: Hələ qarşıda Cəhənnəm vardır. İrinli-qanlı (sədid) sudan içirdiləcəkdir! O, irinli-qanlı suyu qurtum-qurtum içər, onu zorla udar. Ona hər tərəfdən ölüm gələr, lakin ölməz (İbrahim,16-17). Peyğəmbər (s.ə.v.) sədid suyu haqqında deyib: O, ağıza yaxınlaşdırılacaq və o (Cəhənnəmdə əzab çəkən) onu, heyvan su içdiyi kimi içəcək. Su onun sifətinə yaxınlaşanda onu yandıracaq və içənin başının dərisi qopacaq, o, suyu içəndə isə onun bağırsaqları parça-parça olub arxa dəlikdən çıxacaq (Əhməd).

Uca Allah deyib: Onlar imdad istədikdə onlara qətran (yaxud yaradan axan irin-qan) kimi üzlərini büryan edən bir su ilə kömək ediləcəkdir. O, nə pis içki, o (Cəhənnəm) necə də pis bir məskəndir! (əl-Kəhf,29). Bu içki qaynar yağdır. Bir dəfə İbn Məsud gümüşü əridib: Kim sədid görmək istəyirsə buna baxsın - deyərək adamları məscidə göndərir. Əbu Səid əl-Xudri danışırdı ki, bu su yağın çöküntüsünə oxşayır və onu üzə yaxınlaşdırdıqda başın dərisi onun üstünə düşür.

Od əhlinin geyimi

Uca Allah deyib: Onu inkar edənlər üçün atəşdən paltar biçilmişdir; başlarına da qaynar su töküləcəkdir (əl-Həcc,19) O, həmçinin deyib: O gün günahkarları qandallanmış görəcəksən! Köynəkləri qətrandan olacaq, üz gözlərini də atəş bürüyəcəkdir! (İbrahim,49-50). Günahkarların geyimi alovdan və qətrandan ibarət olacaq və bundan pis geyim ola bilməz! Qətran nəinki əzab çəkənləri oddan qorumayacaq, əksinə onu daha da artıracaq, ona görə ki, o, alovu daha da çoxaldır və iyrənc rəngə və qoxuya malik olur.

Günahkarların döşəkləri və örtükləri də, həmçinin atəşdən olacaq və Cəhənnəm onlar üçün həbsxanaya çevriləcək. Ey Allahın qulu, kaş ki, biləydin Cəhənnəm çoxları üçün əbədi zindan olacaq!

Onların yedikləri, içdikləri, geydikləri, döşəkləri alovdandır. Uca Alah deyib: Əməl dəftəri sol əlinə verilən isə deyəcəkdir: Kaş əməl dəftərim mənə verilməyəydi! Hesabımın da nə olduğunu bilməyəydim! Kaş o (ölüm) qəti (əbədi) olaydı! Mal dövlətim mənə heç bir fayda vermədi (əl-Haqqə,25-29). Bəs onların xəzləri və ipəkləri hanı! Onların sarayları, qulluqçuları! Bəs o təkəbbür və özündənrazılıq! Allahın onlara bəxş etdiyi hər şey bu dünyada qaldı və yalnız öz əməlləri onları axıra qədər müşayiət edirdi. Və onların axırı acınacaqlı oldu!

Əzab çəkənlərin nalələri

Cəhənnəm əhli dəfələrlə Allahdan bağşılanma, möhlət və ölüm istəyəcək. Uca Allah deyib: Onlar deyəcəklər: Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürüb iki dəfə diriltdin. Biz öz günahlarımızı etiraf etdik. İndi çıxmağa bir yol varmıdır (Onlara belə cavab veriləcəkdir): Bu ona görədir ki,(dünyada) yalnız Allah çağırıldığı zaman inkar edir. Ona şərik qoşulduqda isə inanırdınız. İndi isə hökm uca, böyük olan Allahındır! (əl-Mumin,11-12). Uca Allah, həmçinin deyib: İnsanları onlara əzab gələcəyi günlə qorxut. O gün zalimlər: Ey Rəbbimiz bizə bir az möhlət ver. Biz sənin dəvətini qəbul edər və peyğəmbərlərə tabe olarıq! - deyərlər. Bəs əvvəlcə sizə heç bir zaval toxunmayacağı barədə and içməmişdiniz! (İbrahim,44). O, həmçinin deyib: Onlar orada fəryad edib deyəcəklər: Ey Rəbbimiz bizi buradan çıxart ki, saleh əməllər edək. O əməlləri yox ki, (dünyada) edirik! (Onlara belə deyəcəyik): əgər orada sizə öyüd-nəsihət qəbul edəcək kimsənin öyüd-nəsihət qəbul edəcəyi qədər ömür vermədikmi! Hələ sizə qorxudan peyğəmbər də gəlmişdi. Dadın (cəhənnəm əzabını) ! Zalimlərin imdadına çatan olmaz! (Fatir,37).

Uca Allah yalvarış nalələrinə bir neçə dəfə cavab verəcək, amma onlar yenə də imdad diləyəcəklər. Amma bu əzabların arasında günahkarları heç təsəvvürlərinə belə gətirə bilmədiyi ən böyük iflas gözləyir. Uca Allah deyib: Onlar deyərlər: Ey Rəbbimiz! Rəzil taleyimiz bizə qələbə çaldı və biz haqq yoldan azan bir camaat olduq! Ey Rəbbimiz bizi oradan (cəhənnəm odundan) çıxart! Əgər bir də (pis işlərə) qayıtsaq, şübhəsiz ki, zalim olarıq (əl-Muminun,106-108). Onlara Allahla danışmaq qadağan ediləcək və bu, əzabların ən böyüyü olacaq.

Cəhənnəm əzabının növləri

Uca Allah deyib: Cəhənnəm odu onların üzünü yandırar. Onlar orada (üst dodaqları başlarının tən ortasında, alt dodaqları isə göbəklərinə qədər uzanaraq) dişləri ağarmış vəziyyətdə durarlar (əl-Muminun,104). Peyğəmbər (s.ə.v.) deyib: İkiüzlünün qiyamət günü iki yanar başı olacaq (ət-Təbərani). Əbu Davuddan gələn rəvayətdə isə iki yanar dil deyilir. Allahın Cəhənnəmə sürüdükləri adamların boyu 60 dirsək olacaq ki, cəzaları daha əzablı olsun. Uca Alah deyib: Onların dəriləri yanıb bişdikcə, əzabı (həmişə) dadsınlar deyə, o dəriləri başqası ilə əvəz edəcəyik! (ənNisa,56).

O, həmçinin deyib: (Qiyamət günü) sizin üstünüzə tüstüsüz alov və alovsuz tüstü göndəriləcək (başınıza ərimiş mis töküləcək) və siz bir-birinizə kömək edə bilməyəcəksiniz (ər-Rəhman,35). Alov onların ürəklərini yandıracaq, başlarına isə ərinmiş mis töküləcək

Uca Allah deyib: Mən onu məşəqqətli bir əzaba düçar edəcəyəm! (əl-Muddəssir,17). Bu məşəqqət necə də əzablıdır! Mələklər günahkarı barmaqları ilə vuracaq, onu Cəhənnəmin yüksəkliklərinə qaldırıb dibinə atacaqlar və onların bədənlərində ətdən əlamət qalmayacaq Bu cəza əbədi davam edəcək.

Əs-Səhih də Usamənin rəvayət etdiyi hədisdə göstərilir: bir adamı gətirib Oda atacaqlar. Onun tabutu od tutub yanacaq. Orada o, eşşək dəyirmanın ətrafına fırlanan kimi hərlənəcək. Cəhənnəm əhli onun ətrafına toplaşıb soruşacaq: Ey filankəs, sənə nə olub Məgər bizi günahlardan çəkinməyə və xeyirxah olmağa çağıran sən deyildin. O deyəcək: Bəli. Mən xeyirxahlığa çağırırdım, amma özüm buna əməl etmirdim; günahlardan çəkindirirdim, amma özüm pis işlər görürdüm.

Bəs Cəhənnəmdə ən yüngül cəza nə olacaq Allahın Rəsulu (s.ə.v.) deyib: Qiyamət günü insanlar üçün ən yüngül cəza pəncənin orta hissəsində olan iki yanar köz olacaq ki, onların istisindən adamın beyni qazan kimi qaynayacaq.

Ən ağır cəza isə, insanların Allahı görə bilməməsi olacaq. Uca Allah bu barədə deyib: Xeyir, o gün Rəbbindən məhrüm olacaqlar! Sonra Cəhənnəmə varid olacaqlar (əl-Mutəffifin,15-16). Kafirlər Allahın gözəl camalını görə bilməyəcəklər və O Ona həmd olsun! onlara baxmayacaq belə ki, Qüdrətli Allahın bircə baxışı belə böyük mərhəmətdir, amma Onun qədirbilməz bəndələri bundan məhrum olacaqlar. Əgər Allah Cəhənnəmdə əzab çəkənlərə baxmış olsaydı, onlar bağışlanılardı, amma O, vəd edib ki, bunu etməyəcək.

Ey Allahın qulu! Öz taleyin barədə artıq bu gün fikirləş. Həqiqətən, Allaha inanan hər kəs Ona üz tutmalı və xeyirxah işlər görməlidir. İmanı hələ zəif olanlar isə, Allahın bütün bəşəriyyətə göndərdiyi müqəddəs Quranı öyrənməlidir. Bu, hər bir insanın həyatı üçün vacibdir və insan öz vaxtını itirməməlidir. Buna görə İbn Xəyan deyib: Oddan qurtulub Cənnət arzulayanın yatması məni heyrətə gətirir.

Allah bizim əməllərimizi islah etsin və bizi Cənnətə düşənlərdən etsin!

Amin!

Təsvir edilməyən xoşbəxtlik

Uca Allah deyib: Allah da onları o günün şərindən qoruyacaq, onlara gözəllik və sevinc bəxş edəcəkdir. Və onları etdikləri səbr müqabilində Cənnətlə və (geyəcəkləri) ipəklə mükafatlandıracaqdır. Onlar orada taxtlara söykənəcək, orada nə günəş (qızmar isti), nə də sərt soyuq görəcəklər. (Cənnət ağaclarının) kölgələri üstlərinə düşəcək, meyvələri də onların ixtiyarında olacaqdır. (Cənnətdəki xidmətçilər) onların ətrafında gümüş qablar və büllur qədəhlərlə dolanacaqlar. Gümüşdən olan elə büllur ki, onları (sahiblərinə) münasib ölçüdə etmişlər. Orada onlara zəncəfil qatılmış şərab da içirdiləcəkdir. (Zəncəfil) orada bir çeşmədir ki, Səlsəbil adlanır. Onların dövrəsində həmişəcavan (xidmətçi ) oğlanlar olacaqdır. Onları gördükdə sanki (ətrafa) səpilmiş inci olduqlarını zənn edərsən. Hara baxsan nemət və böyük bir mülk görərsən. Əyinlərində taftadan və atlasdan yaşıl libaclar olcaq, onlara gümüşdən bilərziklər taxılacaqdır. Rəbbi onlara çox pak bir şərab içirdəcəkdir. (Onlara belə deyiləcəkdir:) Bu sizin mükafatınızdır. Zəhmətiniz (Allah yanında) məqbuldur! (əl-İnsan,11-22).

Əbu Hüreyrə danışırdı ki, Peyğəmbər (s.ə.v.) belə deyib: Böyük və Qüdrətli Allah deyib: Mən öz mömin bəndələrimə gözün görmədiyi, qulağın eşitmədiyi və ruhun hiss etmədiyini hazırlamışam. Əgər inanmırsınızsa oxuyun: Etdikləri əməllərin mükafatı olaraq onlar üçün göz oxşayan nə cür nemətlər gizlənib saxlanıldığını heç kəs bilməz! (əs-Səcdə,17) (Əl-Buxarı, Müslim).

Cənnətin qapıları

Səhl bin Səd, Peyğəmbərin (s.ə.v.) belə dediyini rəvayət edir: Cənnətin səkkiz qapısı var (Buxari, Müslim). İbn əl-Qayyim deyib ki, Cənnətin qapıları bir-birinin üstündə yerləşirlər. Əbu Hüreyrənin hədislərinin birində deyilir: Kim bir ailəyə Allah yolunda nə isə qurban edərsə, onu Cənnət qapılarından çağıracaqlar: Ey Allahın qulu, səadət burdadır!. Daha çox dua edən dua (namaz) qapısından; müqəddəs mübarizə aparanlar cihad qapısından çağırılacaqlar. Allahın Rəsulu (s.ə.v.) deyib: Cənnətin ər-Rəyyan adlanan qapısı var. Qiyamət günü deyəcəklər: Hanı oruc tutanlar Və bu qapı ondan axırıncı oruc saxlayan keçəndən sonra bağlanacaq (əl-Buxari, Müslim). Elə möminlər olacaq ki, Axirət günü Uca Allah onları bütün qapılardan çağıracaq və onlardan biri İslamın ilk xəlifəsi Əbu Bəkr Siddiq olacaq.

Cənnətin işığı və ağlığı

İbn Abbasdan soruşurlar: Cənnətin torpağı necədir. O deyib: O, gümüşdən hazırlanmış ağ mərmərə bənzəyir. O, sanki güzgüdür. Ondan soruşurlar: Bəs onun işığı nə cürdür. O deyib: Məgər sən sübh saatını görməmisən Onun işığı belədir, amma orada nə bu qızmar günəş, nə də elə şaxta var. İbn Abbas deyib: Ağ rəngə üstünlük verin, çünki Allah Cənnəti ağ yaradıb (Əbu Nəim).

Cənnətin evləri

Əbu Hüreyrə rəvayət edir ki, bir dəfə bir dəstə əshabələr peyğəmbərdən belə xahiş edirlər: Bizə Cənnətdən danış orada nə cür evlər var. O dedi: Kərpiclərin biri qızıldan, o biri gümüşdəndir, gil isə müşkdür. Çınqıl mirvari və yaqut, toz zəfərandır. Ora düşən səadətə çatacaq və ümidsiz olmayacaq, o əbədidir və ölməyəcək. Orada paltar köhnəlmir, gənclər isə ölmür (Əhməd).

Uca Allah deyib: lakin Rəbbindən qorxanları (Cənnətdə) bir-birinin üstündə tikilmiş otaqlar (behiştin yüksək məqamları) gözləyir. Onların altından çaylar axar (əz-Zümər,20). Əbu Səid əl-Xudri rəvayət edir ki, Allahın Rəsulu (s.ə.v.) deyib: Həqiqətən, Cənnətin sakinləri öz üstlərində olan otaqların sakinlərini üfüqdə itən parlaq ulduz tək görəcəklər. Ona deyirlər: Ey Allahın Rəsulu! Yəqin ki, peyğəmbərlərin mərtəbələrinə onlardan başqa heç kəs ucala bilməyəcək. O isə belə cavab verir: Xeyr, xeyr! Ruhum əlində Olana and içirəm ki, bu (məskən) Allaha və Onun elçilərinə inanan insanlar üçündür (əl-Buxari, Müslim).

Aişə Cəbrailin Peyğəmbərə (s.ə.v.) belə dediyini rəvayət edir: Xədicəyə onun Rəbbindən salam de. Mələk, həmçinin ona zövcəsini Cənnətdəki mirvaridən olan ev xəbəri ilə sevindirməyi tapşırdı (əl-buxari,Müslim).

Ənəs rəvayət edir ki, Peyğəmbər (s.ə.v.) belə deyib: məni Cənnətə saldılar və mən qızıldan bir saray gördüm. Mən soruşdum: Bu kimin sarayıdır. Mənə dedilər: Bir Qureyş gəncinindir. Fikirləşdim ki, bu mənəm və soruşdum: O kimdir. Dedilər: Ömər ibn Xəttabın (əl-Buxari, Müslim).

Cənnət bağları

Uca Allah deyib: (Ya Peyğəmbər!) İman gətirən və yaxşı işlər görən şəxslərə müjdə ver; onlar üçün (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır (əl-Bəqərə,25). Əbu Hüreyrə Peyğəmbərin (s.ə.v.) belə dediyini danışırdı: Həqiqətən, Cənnətdə elə ağac var ki, süvari onun kölgəsində 100 il şapsa da o qurtarmaz (əl-Buxari, Müslim).

Cənnətin bağları haqqında Uca Allah deyib: Müttəqilərə vəd olunmuş Cənnətin vəsfi belədir: orada dadı dəyişməyən (qoxumayan) sudan irmaqlar, təmi çönməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan nəhrlər və təmiz baldan irmaqlar vardır. Orada onları hər cür meyvə və Rəbbi tərəfindən bağışlanma gözləyir (Məhəmməd,15). İbn Qəyyum deyib: Allah dörd cür çayın adını çəkir və onların hər birinin bu dünyada olan çatışmamazlıqlarını yox edir. Suyun çatışmamazlığı budur ki, o bir yerdə çox qalanda korlanır və çirklənir. Süd turşuyur və dadını itirir. Şərabın isə çatışmamazlığı onun acılığındadır və bu onu içənlərə ləzzət almağa mane olur. Balın çatışmamazlığı isə onun təmiz olmamasındadır.

Müqəddəs Məhəmməd Peyğəmbərə (s.ə.v.) Uca Allah Cənnətdə əl-Kövsər çayı bəxş edib ki, onun suyu baldan şirin, süddən ağdır. Ondan içən bir daha susamaz.

Cənnət çaylarının dibi müşklə örtülüdür, sahillərində isə çadırlar var. Bu çaylar öz başlanğıclarını Firdovs cənnətindən götürüb sarayların və evlərin altından keçir. Peyğəmbər deyib: Həqiqətən, Böyük və Qüdrətli Allah özünü Onun yolunda fəda edənlər üçün Cənnətdə 100 mərtəbə hazırlayıb. Hər bir mərtəbənin arası, sanki göylə yerin arası kimidir. Siz hər dəfə Allaha yalvaranda Ondan Firdovs diləyirsiniz, ona görə ki, o, Cənnətin mərkəzi və Rəhmli Olanın Taxtı yerləşən ən yüksək səviyyədədir. Cənnətin çayları buradan başlayır (əl-Buxari).

Mərhəmətli Allah Özündən qorxan qulları üçün Firdovs, Məva, Ədn, Naim, Huld, Aliya bağlarını hazırlayıb. Onlar bir-birindən öz gözəllikləri, çeşmələri və ağacları ilə fərqlənirlər. Ər-Rəhman surəsində Uca Allah Cənnətin ən gözəl bağları haqqında belə deyib: Orada iki axar bulaq vardır. Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz! Orada hər meyvədən iki növ vardır. Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz! Onlar (möminlər) orada astarları qalın ipəkdən olan döşəklərə söykənmiş olacaqlar. O iki cənnətin meyvələrini dərmək də asan olacaqdır (ər-Rəhman,50-54).

Ey Allahın qulu! Təsəvvür et ki, əgər möminlərin döşəklərinin astarı qiymətli parçadandırsa onların üzü nədən tikilmişdir. Gözəlliyi nisbətən az olan bağlar barədə Uca Allah deyib: Orada fəvvarə verib qaynayan iki bulaq vardır. Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz! Orada növbənöv meyvələr, xurma və nar vardır (ər-Rəhman,66-68). Ən mömin qulları üçün Uca Allah axar çaylar olan bağlar hazırlayıb, Rəbbinin qarşısında mükafatı daha kiçik olan bəndələr isə suyun axmadığı, çeşmələri olan bağlar qazanacaqlar. Bağların birində hər bitki iki növdə, digərində isə bir növdə bar verəcək.Uca Allah Cənnət meyvələri haqqında deyib: (Onlar) tikansız sidr ağacları, salxım-salxım sallanmış möüz (banan) ağacları altında; çəkilməyən ( daimi) kölgəliklərdə; axar su kənarında; bol meyvələr tükənməz və qadağan edilməyən (meyvələr) içində; Və hündür döşəklər üstündə olacaqlar! (əl-Vaqiə,28-34). O, həmçinin deyib: Onlar orada (cənnət meyvələrinin tükənməzliyinə) arxayın olaraq hər meyvədən istəyəcəklər (əd-Duxan,55).

Cənnətin yeməyi və içkisi

Uca Allah deyib: Həqiqətən, müttəqilər (Allahdan qorxanlar) kölgəliklərdə və çeşmələr başıında, istədikləri meyvələr içində olacaqlar! (Onlara belə deyiləcək: ) Etdiyiniz (yaxşı) əməllərə görə nuş-canlıqla yeyin-için! (əl-Mursəlat, 41-43). O, həmçinin deyib: Onları istədikləri meyvə və ətlə təmin edəcəyik. Onlar orada bir-birinə (şərab dolu) qədəh ötürəcəklər. Onda (cənnət şərabının xisnətində dünyadakından fərqli olaraq) nə lağlağılıq, nə də günah təhrik vardır (ət-Tur, 22-23). Uca Allah həm də belə deyib: Onlara (gözəl ətirli, təmiz) möhürlü (qablarda olan) şərab (rəhuz) içirdiləcəkdir. Onun möhürü müşkdür. Qoy yarışanlar onun üçün yarışsınlar! (əl-Mutaffifin,25-26). Allah Öz mömin qullarına ən gözəl yeməklər və içkilər hazırlayıb. Müşklə möhürlənmiş içkilər dünyanın yaradılışından durur və öz saatını gözləyir.Onlar lağlağılıq etdirməz, günaha təhrik etdirməz və başı dumanlandırmaz. Cənnətin nemətləri insanın Allah naminə bu dünyada imtina etdiklərinin əvəzini tamamilə ödəyir.

Cabir Peyğəmbərin (s.ə.v.) belə dediyini rəvayət edirdi: Cənnətin sakinləri yeyib-içər, amma heç nə ifraz etməzlər. Onların yedikləri gəyirməklə bədənlərindən xaric olar, ondan da mışk qoxusu gələr. Onların nəfəsi sizin nəfəs aldığınız kimi, Allaha tərif və alqışdır (Müslim).

Cənnət əhlinin libası

Allahın Rəsulu (s.ə.v.) deyib: Möminun libası onun dəstəmaz alarkən yuduğu yerlərə qədər çatacaq (əl-Buxari, Müslim). Uca Allah deyib: Taftadan və atlazdan libaslar geyib qarşı-qarşıya əyləşəcəklər (əd-Duxan,53). Atlaz-zərif ipəkdir, tafta isə nisbətən qalındır. İpəyin ən bahalı rəngi yaşıldır, buna görə Uca Allah deyib: Əyinlərində taftadan və atlazdan (nazik və qalın ipəkdən) yaşıl libaslar olacaq, onlara gümüşdən bilərziklər taxılacaqdır (əl-İnsan,21). Bu libas həm göz üçün, həm də bədən üçün xoşagəlimlidir.

İmam əl-Buxari və Müslimin verdikləri hədisdə deyilir ki, bir dəfə Peyğəmbərə ipək paltar bağışlamışdılar və insanlar onun gözəlliyinə valeh olmuşdular. Rəsulullah (s.ə.v.) isə dedi: Cənnətdə Səd bin Muazın əmmaməsi bundan daha gözəl olacaq.

Cənnət qadınları Hurilər

Uca Allah deyib: Onlardan ötrü orada (hər cəhətdən) pak (olan) zövcələr də var (əl-Bəqərə,25). Hurilər ağ dərili və qara gözlü gözəllərdir. Onların nə bədənlərində, nə də ruhlarında bir nöqsan olar. İnsanlar öz gözəl döşəklərində uzanaraq Cənnət meyvələrindən və huriləri ilə ünsiyyətdən həzz alacaqlar.

Uca Allah deyib: Orada gözlərini (yalnız ərlərinə) dikmiş, bundan əvvəl özlərinə heç bir ins-cins (insan və cin) toxunmamış qadınlar vardır. Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz! Onlar (o qadınlar rəng və gözəllikcə) sanki yaqut və mərcandırlar (ər-Rəhman,56-58). Uca Allah, həmçinin deyib: Orada xoş xasiyyətli, gözəl üzlü qadınlar vardır. Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz! Çadırlarda gözlərini (yalnız öz ərlərinə) dikmiş hurilər vardır (ər-Rəhman,70-72). O həm də deyib: Şübhəsiz ki, Biz onları (huriləri) başqa cür (yeni bir yaradılışla, doğulmadan) yaradacağıq! Onları bakirə qızlar, ərlərini sevən, həmyaşıdlar edəcəyik (əl-Vaqiə, 35-37).

Ənəs rəvayət edir ki, Peyğəmbər (s.ə.v.) deyib: Əgər cənnət qadınlarından biri bu dünyaya gəlsəydi, onun nuru bütün aləmə yayılar və hər şeydən onun xoş ətri gələrdi (əl-Buxari, Müslim).

Cənnət bazarı

Ənəs rəvayət edir ki, Peyğəmbər (s.ə.v.) belə deyib: Həqiqətən, Cənnətdə insanların hər cümə getdiyi bazar var. Orada insanların sifətlərinə və libaslarına vuraraq onları daha da gözəlləşdirən şimal küləyi əsir. Onların qohumları (evdə qalanlar) onlara deyirlər: Allaha and olsun ki, biz sizinlə vidalaşdıqdan sonra siz daha da gözəlləşmisiniz!. Onlar isə belə deyəcəklər: Biz də Allaha and olsun ki, sizdən ayrılandan sonra siz daha da gözəl olmusunuz! (Müslim).

Allahın görünməsi

Uca Allah deyib: O gün neçə-neçə üzlər sevinib baxacaqdır! (əl-Qiyamə,22-23). O, həmçinin deyib: Orada onlar üçün istədikləri hər şey vardır. Dərgahımızda isə ondan artığı mövcüddür! (Qaf,35). Əli bin Əbu Talib Və Ənəs bin Malik deyiblər ki, artıq - Qüdrəti və Uca Allahın cəmalını görmək olacaq.

Əbu Hüreyrə demişdir ki, Peyğəmbərdən soruşurlar: Ey Allahın Rəsulu! Qiyamət günü biz öz Rəbbimizi görə biləcəyikmi. Rəsulullah (s.ə.v.) deyir: Sizə on dörd günlük Ayı görməyə nəsə mane olurmu Adamlar dedilər: Yox, ey Allah Rəsulu! O dedi: Sizə Günəşin qarşısını heç nə kəsmirsə onu görməyə nəsə mane olurmu. Onlar dedilər: Yox!. Bu zaman o dedi: Siz Onu da məhz bu cür görəcəksiniz (əl-Buxari, Müslim).

İnsana ən böyük xoşbəxtlik onun öz Rəbbini - Mərhəmətli, Rəhmli Yaradanını görəndə üz verəcək. Buna görə də Cənnətdə ən yaxşı gün cümədir, ona görə ki, bu artıq gündür. Amma Allahın qulları arasında Ondan daha böyük mükafat alanlar da olacaq. Abdullah ibn Ömər deyib: Sizlərdən ən yaxşıları səhər və axşam öz Tanrısını görənlər olacaq. Əbu Zeyd əl- Buxari deyib: Allahın elə qulları var ki, əgər onları Allahdan bircə saatlığa ayırsan, onlar Tanrıdan Cənnətə görə imdad diləyəcəklər, necə ki, Cəhənnəm əhli Yaradana oddan xilas olmaq üçün yalvarır.

Cəhənnəmi tərk edib Cənnətə girən axırıncı insan barədə

İbn Məsud rəvayət edib ki, Peyğəmbər (s.ə.v.) belə deyib: Mən Cəhənnəmi tərk edib Cənnətə girən axırıncı adamı tanıyıram. Bu adan oddan sürünə-sürünə çıxacaq və Allah ona deyəcək: Get Cənnətə gir. O, Cənnətə yaxınlaşanda ona elə gələcək ki, ora artıq doludur. Onda o qayıdıb deyəcək: Ey Rəbbim! Axı ora artıq doludur. Allah ona deyəcək: Get Cənnətə gir. İnsan ora yaxınlaşanda ona yenə elə gələcək ki, ora doludur. Yenidən qayıdıb deyəcək: Ey Rəbbim! Mən gördüm ki, ora doludur. O yenə deyəcək: Get Cənnətə gir, orada sənin üçün on dünya aləmi hazırlanıb. O zaman insan deyəcək: Ola bilməz ki, Sən məni ələ salıb güləsən! Axı sən Hökmdarsan!. İbn Məsud dedi: Mən Rəsulullahın güldüyünü gördüm, o elə güldü ki, onun böyük əng dişləri göründü. Sonra o dedi: Bu adam Cənnətin ən aşağı mərtəbəsində yer tutacaq (əl-Buxari, Müslim).

İmam Əhməd, Peyğəmbərdən bu hədisi rəvayət edib: Mənim ümmətimdən olan insanlar öz günahlarına görə Oda girəcəklər və orada Allahın lazım bildiyi qədər qalacaqlar. Sonra çoxallahlılar onlara rişxənd edib deyəcəklər: Biz sizin, Peyğəmbərlərə sadiqliyinizin və inamınızın sizə bir xeyir gətirdiyini görmürük. O zaman Uca Allah Özünə şərik qoşmayan bütün adamları oradan çıxaracaq. Sonra Rəsulullah bunu oxudu: Kafirlər, yəqin ki, müsəlman olmalarını istərdilər! (əl-Hicr,2).



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə axşamı, 02.10.2012, 10:55 | Yazı # 67
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Birdən Cəhənnəmə düşşən!!
Səni dəhşətə salan qorxu ilə və öz zəif bədəninlə Sirat körpüsünün üzərindən keçməyini təsəvvür et! Əgər qəzəbə tuş gəlmiş və bağışlanmamısansa, birdən-birə ayağının Siratdan sürüşdüyünü görərsən.
Əgər Allah səni qorumazsa, ayağın Siratın üzərində sürüşərkən halını düşün. O zaman öz-özünə ″ Əbədi olaraq məhv olub getdim!″ deyərsən. Ağlın çaşar. Sonra o biri ayağın da sürüşər. Baş aşağı yuvarlanarsan. Ayaqların Siratdan birdəfəlik üzülər. Dəmir qarmaqların dərinə və ətinə batmasından başqa bir şey hiss etməzsən. Onlar vasitəsilə atəşə doğru dartılarsan. Atəş isə sənin üzərinə amansızcasına hücum edər.
Cəhənnəm öz Rəbbinin qəzəbi üzündən qabarmış, şahə qalxmış bir haldadır. Atəş səni çəkdikcə sən Siratdan daha aşağıya doğru enərsən. Atəşin hərarətini hiss etdiyin anda ″Məhv oldum! Həlak oldum!″ deyə fəryad edərsən. Peşmanlıq və təəssüf bütün qəlbini bürümüşdür. Hələ ölməmişdən əvvəl və dünyada ikən Əziz və Cəlil olan Allahı razı etməyi, Onun xoşlamadığı hər şeydən əl çəkməyi və beləcə də səni bağışlamasını əbəs yerə təmənna edərsən.
Nəhayət sən atəşin ortasına çatınca alovlar sənin üstünü tamamən örtər. Ürəyinin həsrət və müdhiş bir peşmanlıq hissi son nöqtəsinə çatar. Üzüquylu Cəhənnəmə yuvarlanaraq fəryad və fəğan etdiyin anda Əziz və Cəlil olan Allah Cəhənnəmdən ″Doldun mu?″ deyə soruşar. Sən həm Cənabl Haqqın səslənməsini, həm də Cəhənnəmin bu cavabını eşidərsən: ″Yenə də var mı?″ (Qaf surəsi: 30) Sən atə şin içində ikən, alovlar vücudunu bürümşkən və bütün bədənin başdan-başa yaralar içində ikən Uca Allah:
″Boş yerin var mı?″ deyər. Sonra çox keçməz ki, vücudun axar, ətlərin tökülər, sadəcə sümüklərin qalar. Daha sonra atəş daxilinə hücum edər. Orada nə varsa, hamısını yeyib qurtarar. Sən fəryad edərsən, atə ş isə ciyərlərinin içinə girər. Ciyərlərinin halını təsəvvür edə bilərsən? Sən ağlayaraq peşmançılığını hayqırdığın anda belə artıq sənə heç kimin yazığı gəlməz. Bir daha günaha dönməyəcəyinə söz verib tövbələr etsən də, nə tövbən qəbul edilər, nə də fəryadına bir cavab verilər.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
Forum » İslam » Sual-cavab » Axirət Dünyası (Axirətdə Allahı görmək barəsində)
  • Страница 4 из 4
  • «
  • 1
  • 2
  • 3
  • 4
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru