[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 2 из 4
  • «
  • 1
  • 2
  • 3
  • 4
  • »
Forum » İslam » Sual-cavab » Axirət Dünyası (Axirətdə Allahı görmək barəsində)
Axirət Dünyası
TeraneTarix: Cümə, 28.09.2012, 16:55 | Yazı # 21
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
QİYAMƏT GÜNÜNÜN KİÇİK ƏLAMƏTLƏRİ (26-30)
26-cı əlamət: bazarların yaxınlaşması.
Əbu Hüreyrə danışır ki, Allahın Rəsulu (sav) belə deyib: «İğtişaş başlamayınca, yalan yayılmayınca və bazarlar yaxınlaşmayınca Qiyamət saatı qopmayacaq».
(Əhməd rəvayət edib)
Bu hədisinin də bir neçə şərhi var:
Birincisi: müxtəlif qitələrdə olan insanlar malların qiymətlərinin qalxıb-düşməsini tez bir zamanda öyrənirlər;
İkincisi: tacirlər və iş adamları öz mallarını tez bir zamanda, uzaq məsafələrə baxmayaraq, bir bazardan digərinə apara bilirlər;
Üçüncüsü: malların qiymətləri arasındakı fərq, hətta onların dünyanın müxtəlif yerlərində olmasına baxmayaraq çox böyük olmayacaq. Lakin keçmiş zamanlarda hətta ən böyük tacirlər belə, bunu edə bilmirdilər.

27-ci əlamət: müsəlmanların həqiqi islamdan uzaqlaşması

İbn Məsud danışır ki, Peyğəmbər (sav) belə deyib: «İslam peyda olanda, qəribə görünürdü və elə bir vaxt gələcək ki, o yenə də elə qəribə olacaq. Tuba (Tuba – əbədilik, böyüklük, bolluq və Cənnətdə sair gözəl nemətlər) – qəribə görünənlər üçündür. "Ondan soruşdular: "Ey peyğəmbər! Onlar kimlərdir?" O cavab verdi: "Bütün insanlar əxlaqsızlıq içində olan zaman, onlar düzgün hərəkət edirlər».
(Tirmizi və İbn Macə. Əlbaniyə görə səhihdir. Bax: "əs-Sunan əl-Varidə fi əl-Fitən", səh.144-145)

Sad ibn Əbu Vaqqas danışır ki, Peyğəmbər (sav) belə deyib: «Həqiqətən, iman peyda olanda qəribə görünürdü və elə bir vaxt gələcək ki, o yenə də elə qəribə görünəcək. Tuba o zaman qəribə görünənlər üçündür. Hamı əxlaqsızlıq içində olan zaman onlar düzgün hərəkət edirlər. Əbu əl-Qasımın canı ovcunda olana and olsun ki, iman bu iki məscid arasında olan torpaqlara, ilan öz dəliyinə döndüyü kimi dönəcək».
(əd-Daninin rəvayəti. Əbu Hüreyrənin (Buxari və Müslim) və İbn Ömərin (Müslim) rəvayətləri ilə təsdiqlənir)

Bununla belə bu cür məlumatlar bədbinlik üçün əsas olmamalıdır, çünki Uca Allah islamın paklığının qeydinə qalmağı və Məhəmməd peyğəmbərin (sav) yolu ilə gedənlərə dəstək verməyi vəd edib.
Əbu Hüreyrə danışır ki, Peyğəmbər (sav) belə deyib: "Həqiqətən, Allah hər yüz ildə bir dəfə bu ümmətə, onun dinini təzələndirmək üçün birini göndərir".
(Əbu Davud və əd-Dani. Əlbaniyə görə səhihdir. Bax: "Silsilət əl-Əhadis əs-Səhihə", 2/148.)

Saubandan rəvayət olunur ki, Peyğəmbər (sav) belə deyib: "Mənim davamçılarımın bir hissəsi qalib gələrək həqiqətə riayət edəcəklər və onlara kömək etməkdən imtina edənlər mənim davamçılarıma Allahın əmri gəlməyincə heç cür ziyan verməzlər".
(Müslim)

28-ci əlamət: müsəlmanlar arasında bütpərəstliyin yayılması.

Sauban danışır ki, Allahın Rəsulu (sav) deyib: «Mənim ardıcıllarım bir-birinin üstünə qılınc qaldıranda, onlar artıq Axirət gününə qədər qınlarına girməyəcək. Axirət isə, mənim ardıcıllarımın nəsilləri bütpərəstlərə qoşulmayana qədər və onlara nadanlar başçılıq etməyənə qədər gəlməyəcək».
(Əbu Davud və Tirmizi. Əlbani səhihdir demişdir)

Əbu Hüreyrə danışır ki, Peyğəmbər (sav) delə deyib: «Duas qəbiləsinin qadınları Zül-Xələs bütünün ətrafına fırlanmağa başlamayınca Qiyamət saatı qopmayacaq».(Buxari və Müslim)

Məhəmməd Peyğəmbərin bu hədisi artıq həyata keçib. Bir neçə əsr bundan qabaq müsəlmanlar o dərəcədə küfrə batmışdılar ki, onlar bütpərəstlərin İslama qədər etdikləri kimi müxtəlif bütlərə ibadət etməyə başlamışdılar. Allahın Rəsulunun (sav) dövründə səhabələrin yüz əlli nəfərlik dəstəsi başda Cərir əl-Bəcəli olmaqla Peyğəm¬bərin əmri ilə bu bütləri dağıtdı.(Buxari. Bax: «Fəth əl-Bari», c. 8, səh. 70-71.)
Amma bir neçə əsrdən sonra özlərinə müsəlman deyən kafirlər yenidən Zül-Xələs bütünü bərpa etdilər. Bu, 1745-ci ilə qədər Nəcdin əmiri Abduləziz ibn Məhəmmədin bir dəstə mü¬səlmana həmin bütü ikinci dəfə dağıtmaq tapşırığı verməsinə qədər davam etmişdi. Bu büt Təbəldə (Məkkə ilə Yəmən arasında) yerləşirdi. Amma 1840-cı ildə kafir ərəblər onu üçüncü dəfə bərpa etdilər. Və yalnız XX-ci əsrin əvvəllərində, əmir Abdul Əziz ibn Abdur-Rəhmanın əmri ilə müsəlmanlar bütü qəti olaraq məhv etdilər.(«İthaf əl-Cəmaə», c. 1, səh. 522-533.)
Bu günün özündə də cahil müsəlmanlar arasında bütpərəstlik və çoxallahlılıq meyilləri hiss olunur. Mərkəzi Afrikada, Hindistanda və bəzi başqa ölkələrdə özlərini Məhəmməd Peyğəmbərin (sav) ardıcılları adlandıran insanlar qəbrlərə və dünyalarını dəyişmiş övliyalara sitayiş edirlər. İnsanlar ölülərdən gömək istəyir, onları özləriylə Allah arasında vasitəçi hesab edib onların qəbrlərinin ətrafına fırlanır, onları gül-çiçək səpilmiş mavzoleyə çevirir və bununla müsəlman dinin əsaslarına zərbə vururlar. Bu, Məhəmməd Peyğəmbərin (sav) çəkindirdiyi əməllərdəndir və hər bir müsəlman bunu başa düşməli və Allahın hökmlərinə tabe olmalıdır. Uca Allah deyib:

«Şübhəsiz ki, (bütün) məscidlər Allaha məxsusdur. Allahdan başqa heç kəsə ibadət etməyin!» (əl-Cinn, 18).
Uca Allah Peyğəmbərə həmçinin belə buyurub:
«(Ya Peyğəmbər!) De: «Mən yalnız öz Rəbbimə ibadət edirəm və heç kəsi Ona şərik qoşmuram» (əl-Cinn, 20).
Məhəmməd Peyğəmbər (sav) öz ardıcıllarının bütpərəstlərə çevriləcəyindən qor¬xaraq onları bu çirkin şeyə aparan əməllərdən çəkinməyə çağırırdı. Aişə deyir: «Ölümqabağı yanğı zamanı o, öz göynəyini üzünə çəkdi, bu onu incidəndə isə onu kənara çəkib dedi: «Öz peyğəmbərlərinin qəbrlərini məbədlərə çevirən yəhudilərə və xaçpərəstlərə Allahın lənəti olsun!». O bizi onların etdiklərindən çəkindirirdi. Əgər bu olmasaydı onu açıq yerdə dəfn edərdilər. Amma bu belə olmadı, ona görə ki, Peyğəmbər (sav) öz qəbrinin məscidə çevriləcəyindən qorxurdu» (Buxari və Müslim).
Məhəmməd Peyğəmbər, həmçinin müsəlmanların öz sələflərinin – yəhudilərin və xaçpərəstlərin yolları ilə gedəcəklərindən qorxurdu. Əbu Hüreyrə danışır ki, Peyğəmbər (sav) belə deyib: «Mənim ardıcıllarım addımbaaddım öz sələflərinin yolu ilə getməyincə Qiyamət saatı qopmayacaq». Ondan soruşurlar: «Ey Allahın Rəsulu! Farsların və rumluların yolu ilə?». O, cavab verir: «Bəs kimin?» (Buxari).
Əbu Saidin rəvayətinə görə, ondan soruşublar: «Ey Allahın Rəsulu! Yəhudilərin və xaçpərəstlərin yolu ilə?» (Buxari, Müslüm).
Möminlər çoxallahlığın və bütpərəstliyin istənilən təzahürlərindən çəkinməlidirlər. Onlar İslama zidd olan heç bir kommunist, sosialist, şovinist və sair partiya və cərəyanlara üzv olmamalı, Tanrının qanunlarından imtina etməməli, dünyasını dəyişmiş möminləri özləri ilə Allah arasında vasitəçiyə çevirməməli, alimləri ilahiləşdirib onların Allahın qanunlarına zidd olan fətvalarına kor-koranə tabe olmamalıdır. Bütün bunlar İslam dini ilə heç bir əlaqəsi olmayan yanlışlıqlardır.
Müaviyə danışır ki, Allahın Rəsulu 9sav) belə deyib: «Həqiqətən, sizdən əvvəl olan insanlar yetmiş iki məzhəbə bölünmüşdülər. Bu ümmət yetmiş üç məzhəbə bölünəcək ki, onların yetmiş ikisi cəhənnəmə və yalnız biri cənnnətə düşəcək. Bu – camaadır. Mənim ardıcıllarım arasında öz səhv baxışlarına itin öz sahibinə göstərdiyi sədaqət kimi sadiq qalanlar olacaq.
(Əbu Davud. Əlbaniyə görə səhihdir)
Amma bütövlükdə müsəlman icması heç vaxt yanlışlıqlara qapılmayacaq. Sauban, Allah Rəsulunun (sav) belə dediyini söyləyir: «Mənim ardıcıllarımın bir hissəsi hər zaman həqiqəti müdafiə edəcək və qalib gələcəkdir. Onları köməksiz qoyanlar onlara ziyan vura bilməyəcəklər. Və hətta Allahın hökmü həyata keçən zamanda da (yəni Qiyamət günü) onlar düzgün yolda olacaqlar».(Müslüm, ət-Tirmizi və İbn Macə.)

29-cu əlamət: saç və saqqal üçün qara rəngdən istifadə edilməsi.

İbn Abbas danışır ki, Allahın Rəsulu  deyib: «Axirət günündən əvvəl saqqalları göyərçin zobuna oxşayan insanlar olacaq və onlar öz saqqallarını qara rənglə boyayacaqlar. Onlar, hətta cənnətin xoş ətrini belə hiss etməyəcəklər».(Əhməd, Əbu Davud, Nəsai. Əlbaniyə görə səhihdir)

Amma qeyd etmək lazımdır ki, saçları başqa rəngə boyamaq qadağan edilməyib, hətta kişilər üçün belə. Cabir ibn Abdullah danışırdı ki, Məkkənin fəthi zamanı Əbu Kuhafu Peyğəmbərin 9sav) yanına gətirirlər. Onun saqqalı təmamilə ağ idi və Allahın Rəsulu (sav) dedi: «Onun saqqalını boyayın, amma qara rəngdən çəkinin» (Müslüm).

30-cu əlamət: tamahkarlığın yayılması

Əbu Hüreyrə danışır ki, Allahın Rəsulu (sav) belə deyib: «Zaman sürətlənəcək, dini biliklər yox olacaq, tamahkarlıq yayılacaq, iğtişaş düşəgək və fəlakət başlanacaq». Ondan soruşurlar: «Bu nə fəlakətdir?». O, cavab verir: «Qətl».(Buxari, Müslüm, Əhməd, Əbu Davud.)

Əbu Hüreyrə deyir: «Qiyamət saatının əlamətlərindən biri də tamahkarlığın çoxalmasıdır». (Təbəranin rəvayəti. Bax: «Fəth əl-Bari», c. 13, səh. 15)

Cabir ibn Abdullah danışır ki, Allahın Rəsulu (sav) belə deyib: «Ədalətsizlikdən çəkinin, ona görə ki, o, Axirət günündə zülmətə çevriləcək. Həmçinin tamahkarlıqdan da uzaq durun, ona görə ki, o, sizdən əvvəlkiləri məhf etdi. Tamahkarlıq, onların qan tökməsinə və qadağan olunmuşların icazə verilməsinə səbəb oldu» (Müslüm).
Qadi İyad deyib: «Bəziləri elə hesab edirlər ki, qan tökülməsinə səbəb olduğu üçün tamahkarlıq insanları bu həyatda məhv edib. Digərləri elə hesab edirlər ki, bu, onları gələcək həyatda məhv edəcək və bu fikir əvvəlkindən yaxşıdır. Üçüncülər sayırlar ki, tamahkarlıq insanları həm bu, həm də gələcək həyatda məhv edib».

Mahmud Qəhramanov



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə, 28.09.2012, 16:56 | Yazı # 22
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
QİYAMƏT GÜNÜNÜN KİÇİK ƏLAMƏTLƏRİ (30-35)
31-ci əlamət: zəlzələlərin tez-tez baş verməsi.

Əbu Hüreyrə danışır ki, Allahın Rəsulu (sav) deyib: «Qiyamət saatından qabaq tez-tez zəlzələ baş verəcək» (Buxari).
Bu zəlzələlər hətta müsəlmanların yaşadıqları ölkələrdə də baş verir, baxmayaraq ki, Allah, Özündən qorxan müsəlmanlara təbii fəlakət göndərməyəcəyini vəd etmişdi. Saubanın uzun hədisində deyilirdi ki, Allah öz Rəsuluna belə deyib: «Ya Məhəmməd! Əgər Mən nə isə etmək istəsəm, buna heç nə mane ola bilməz. Mən sənin ümmətinə, onun üzərinə kütləvi fəlakət və yalnız öz sıralarında olanlardan başqa, xarici düşmən göndərərək onu məhv etməyəcəyimə vəd verdim və o hətta bütün qonşu vilayətlər üstünə hücum çəksələr belə, bütöv qalacaq, amma bu onların bir-birini əsir edib məhv edəcəklərinə qədər davam edəcək» (Müslüm).
Zəlzələ Misirdə, Özbəkistanda, Əfqanıstanda, İranda, Türkiyədə minlərlə həyata son qoydu. Müsəlmanların özünə gəlib, Allahın haqq dininə qayıdaraq Ona səmimi və düzgün ibadət etməyin vaxtı gəlib çatmayıbmı?!!

32-ci əlamət: ticarətin genişlənməsi.

Abdullah ibn Məsud danışır ki, Peyğəmbər (sav) deyib: «Qiyamət saatından qabaq insanlar yalnız öz tanışları ilə salamlaşacaq və ticarətlə geniş məşğul olacaqlar. Hətta qadınlar da öz ərləri ilə birgə alver edəcəklər».
(Buxari, Müslüm, Əhməd, Əbu Davud)

Əmr ibn Tuqlab danışır ki, Allahın Rəsulu (sav) belə deyib: «Qiyamət saatının əlamətindən biri də va-dövlətin yayılması və çoxalması, həmçinin ticarətin yayılmasıdır».
(Təbəranin rəvayəti. Bax: «Fəth əl-Bari», c. 13, səh. 15)

Abdullah bin Amr danışır ki, Allahın Rəsulu  belə deyib: «Farslar və vizantiyalılar sizə tabe olandan sonra siz necə olacaqsınız?». Camaat deyir: «Biz Allahın əmrlərini yerinə yetirəcyik». Amma Peyğəmbər (sav) etiraz edir: «Güman ki, yox. Siz bir-birinizlə yarışa kirişəcək, bir-birinizə paxıllıq edib ədavət aparacaq və bir-birinizə nifrət edəcəksiniz. Siz mücahirlərin evlərinə yaxınlaşıb bir-birinizi güdəcəksiniz».(«Şərh Səhih Müslum», c. 16, səh. 134)

Fani dünya malına hədsiz hərislik imanın zəifləməsinə və müsəlmanlar arasında ziddiyyətlərə səbəb olacaq. Müsəlmanlar işləyib həyatları üçün lazım olanları qazanmalıdırlar, amma maddi rifah zəruri tələbat qədər olmalı, həyatın məqsədinə çevrilməməlidir. Məhz buna görə Məhəmməd Peyğəmbər (sav) belə deyib: «Allaha and olsun ki, mən sizin kasıb olmağınızdan qorxmuram. Mən ondan qorxuram ki, dünyanın nemətləri sizin qarşınızda sizdən əvvəlkilərin qarşısına sərilən kimi sərilsin. Bax onda siz sələfləriniz kimi bir-birinizlə bəhsə çıxacaqsınız və bu onları məhv edən kimi sizi də tələf edəcək» (Buxari, Müslüm).

33-cü əlamət: müvəffəqiyyətsizliklərin, iflasa uğramaların və
pozğunluqların çoxalması

Aişə danışır ki, Allahın Rəsulu (sav) belə deyib: «Dünyanın sonuna yaxın mənim ardıcıllarım müvəffəqiyyətsizliklərə, iflasa və eybəcərliklərə məruz qalacaqlar. Aişə soruşur: «Ey Allahın Rəsulu! Məgər biz, aramızda möminlər olsa belə, məhv olacağıq? O cavab verir: «Bəli. Alçaqlıq və xainlik yayılsa, bu baş verəcək» (ət-Tirmizi. Əlbaniyə görə səhihdir).
Abdullah ibn Əmr danışır ki, o, Peyğəmbərin 9sav) belə dediyini eşidib: «Mənim ardıcıllarımdan bəziləri eybəcərlərə çevriləcək və ya göydən daşqalaq olacaqlar. Bunlar dinə düşmən və qəzavü-qədərə inanmayanlar olacaqlar» (Əhməd).
Əl-Kak ibn Xadradın arvadı Bakirə, Allah Rəsulunun minbərdə olarkən belə dediyini danışır: «Siz mənim ordularımdan birini yerə batdığını eşidəndə Qiyamət saatını gözləyin(Əhməd. Əlbaniyə görə səhihdir. Bax: «Silsilət əl-Əhadis əs-səhihə», c. 3, səh. 340)
Həfsə Allah Rəsulunun (sav) belə dediyini danışır: «Ordu vuruşmaq üçün Kəbəyə tərəf gedəcək. Onlar boş sahədən keçəndə ordunun ortası yerin altına düşəcək. Yerdə qalanlar bir-birini köməyə çağıracaq, amma sonra onlar da yerin altına batacaq. Yalnız bir nəfər xilas olacaq ki, o da olanları insanlara danışacaq» (Müslim).
Günahkarların eybəcərləşməsinə gəldikdə isə, bunun həm hərfi, həm də məcazi mənaları ola bilər. Müqəddəs Quranda deyilir:

«Həqiqətdə siz bilirsiniz ki, içərinizdən bəzi kəslər şənbə günü ( Davud zamanında şənbə günü balıq ovunun qadağan edilməsi) haqqında olan əmrdən kənara çıxdılar. Biz də onlara: «(Zəlil və) həqir meymunlar olun!» – dedik» (əl-Bəqərə, 65).
İbn Abbas və digər təfsirçilərin çoxu hesab edirlər ki, ayədə barələrində danışılan yəhudilər həqiqətən meymunlara çevrilmişlər. Mücahid, Qatadə və Əbu əl-Əliyə kimi bəzi təfsirçilər isə sayırlar ki, burada söhbət yalnız mənəvi çevrilmədən gedir. İbn Kəsir və İbn Həcər isə birinci rəyə üstünlük veriblər.
Hər bir halda, Axirət günündən əvvəl insanlar mənəviyyatsızlıqları və pis əməlləri ilə seçiləcəklər ki, buna görə onlar hələ bu həyatda ikən cəzalandırılacaqlar. Allah günahkarların bəzilərini donuzlara və meymunlara çevirəcək ki, bu barədə əl-Əşarinin yuxarıda göstərdiyimiz hədisində danışılır.

34-cü əlamət: dindarların sayının azalması.

Abdullah ibn Əmr danışır ki, Allahın Rəsulu (sav) belə deyib: «Allah yer üzündən bütün ləyaqətli insanları götürməyənə qədər və yerdə bircə avam adam belə qalmayana qədər Qiyamət saatı qopmayacaq. Onlar, xeyirxahlığa çağırmayacaq və günahlardan çəkindirməyəcəklər» (Əhməd, əl-Hakim).
Peyğəmbər (sav) ləyaqətli insan dedikdə – haqq dini təbliğ edənləri və xeyirxah insanları, avam dedikdə isə – günahkarları və cahilləri nəzərdə tuturdu.

35-ci əlamət: insanlar yalnız öz tanışları ilə salamlaşacaqlar.

İbn Məsud danışır ki, Allahın Rəsulu (sav) belə deyib: «Qiyamət saatının əlamətlərindən biri də odur ki, insanlar yalnız tanışlıq xatirinə salamlaşacaqlar» (Əhməd).
Bizim zəmanəmizdə insanlar ehtiramdan və tərbiyəlilikdən o qədər uzaqlaşmışlar ki, əgər insan tanış olmadığı adamla salamlaşsa, onu qeyri-normal sayırlar. Amma bu, müsəlmanları hətta tanış olmayan insanlarla belə salamlaşmağa çağıran Məhəmməd Peyğəmbərin (sav) gözəl Sünnəsinə ziddir.
Əbu Hüreyrə danışır ki, Allahın Rəsulu (sav) deyib: «Siz imana gəlməyincə cənnətə girməyəcəksiniz, bir-birinizi sevməyənə qədər isə, imana gəlməyəcəksiniz. Sizə bir-birinizi sevməyin yolunu göstərimmi? Bir-birinizi «Əs-Salamu aleykum!» sözləri ilə salamlayın» (Müslüm).

Mahmud Qəhramanov



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə, 28.09.2012, 16:56 | Yazı # 23
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
QİYAMƏT GÜNÜNÜN KİÇİK ƏLAMƏTLƏRİ (36-45)
36-ci əlamət: biliklərin cahillərdən alınması.
Əbu Ümeya əl-Cumahi danışır ki, Allahın Peyğəmbəri (sav) belə deyib: «Qiyamət saatının əlamətlərindən biri də odur ki, biliklər balaca adamlardan alınacaq» (ət-Təbərani. Əlbaniyə görə səhihdir).

İmam Abdullah ibn əl-Mübarəkdən balaca adamların kimliyi soruşulanda o, deyib: «Bu – öz bildiklərini edənlərdir. Əgər balaca adam, böyük alimdən eşitdiyini deyirsə, onda o, balaca sayılmır». O, həmçinin deyib: «Onlar kafirdirlər».
(«əz-Zuhd» səh. 31.)
İbn Məsud deyib: «Elmləri Məhəmməd Peyğəmbərin (sav) səhabələrindən və böyük alimlərdən öyrənənə qədər müsəlmanlar firavan yaşayacaqlar. Onlar bilikləri balaca adamlardan almağa başlayanda isə, əxlaqsız istəkləri ucbatından bir-biririnə qarşı duracaq və məhv olacaqlar».
(ət-Təbərani, Abdurrəzzaq. Tuvecriyə görə səhihdir. Bax: İthaf əl-Cəmaə, 1, səh. 424. )

37-ci əlamət: yarımçılpaq qadınların peyda olması.
Əbu Hüreyrə danışır ki, Allahın Rəsulu (sav) belə deyib: «Mən bu vaxta qədər iki cür cəhənnəm əzabkeşi görməmişəm. Bu – əllərində inəyin quyruğuna oxşayan qamçı tutub başqalarını vuranlar və çılpaq, eyni zamanda geyimli qadınlardır ki, o yan-bu yana sülənib başqalarını da buna dəvət edirlər, onların başları isə dəvənin yellənən donqarlarına oxşayır. Onlar cənnətə düşməyəcəklər və hətta onun xoş sədasının uzaqdan eşidiləcəyinə baxmayaraq onlar, onu hiss edə bilməyəcəklər» (Müslüm).
«O yan bu yana sülənən qadınlar» sözlərinin bir neçə təfsiri mövcuddur:
1) İsmətinin qorumayıb Allaha tabe olmaqdan imtina edən əxlaqsız qadınlar;
2) özünü göstərmək üçün sağa-sola yellənərək gəzən qadınlar;
3) cəlbedici saç düzümünə malik qadınlar;
4) kişilərin qarşısında onları yoldan çıxarmaq üçün yellənən qadınlar.
Abdullah ibn Əmr danışır ki, Allahın Rəsulu (sav) deyib: «Dünyanın sonundan qabaq insanlar, sizin, üstünə dəri çəkilmiş böyük yəhərlərinizə oxşayan yəhərlərin üstündə hərəkət edəcəklər. Onlar məscidlərin qarşısında dayanacaq, onların qadınları isə geyimli və eyni zamanda da lüt olacaqlar. Onların başlarında yorulmuş dəvənin donqarlarına oxşayan nə isə bir şey olacaq. Onlara lənət edin, çünki onlar lənətlənəcəklər. Əgər sizdən sonra başqa bir icma olsaydı, onda sizin qadınlarınız onların qadınlarının qulluqçusu olardı, necə ki, sizdən əvvəlki icmanın qadınları sizin qadınlarınızın qulluqçusu olmuşdu» (Əhməd).

38-cu əlamət: gələcəyi bildirən yuxuların çoxalması.
Əbu Hüreyrə danışır ki, Allahın Rəsulu (sav) belə deyib: «Zaman sürətlənəndə müsəlmanların yuxuları demək olar ki, onları aldatmayacaq. Ən düzgün yuxular görən ən mömin adam olacaq. Həqiqətən, müsəlmanın yuxuları peyğəmbərliyin qırx beşdə biridir» (Buxari, Müslüm).

39-cı əlamət: savadın və kitabların artması.
İbn Məsud danışır ki, Peyğəmbər (sav) belə deyib: «Qiyamət saatından əvvəl… qələm yayılacaq» (Əhməd).
Əmr ibn Tuqlab danışırdı ki, o, Allah Rəsulunun (sav) belə dediyini eşidib: «Qiyamət saatının əlamətlərindən biri – tacirlərin sayının artması və biliklərin çoxalmasıdır» (ən-Nəsai).
Güman ki, bu hədislərdə söhbət Quranla və Sünnə ilə əlaqələri olmayan kitabların yayılmasından və müxtəlif elmlərin inkişafından gedir. Bu gün məhz elə bu baş verir. Savad və biliklər insanlara Uca Allahı tanımağa və Onun göndərdiyi dinə inanmağa kömək etmir. Amma əgər insan Allahın yolunda deyilsə, onda heç bir bilik gələcək həyatında ona fayda verə bilməz.

40-ci əlamət: vacib buyurulmayanlara laqeyd münasibət.
İbn Məsud danışırdı ki, Allahın Peyğəmbəri (sav) belə deyib: «Qiyamət saatının əlamətlərindən biri də odur ki, insanlar məscidə gələndə iki rükət salam namazını qılmayacaqlar».
(İbn Huzeymə. Əlbaniyə görə həsəndir. Bax: «Silsilət əl-Əhadis əs-Səhihə», 2, səh, 253.)
Ənəs bin Malik rəvayət edir ki, peyğəmbər (sav) demişdir: «Qiyamət saatının əlamətlərindən biri də məscidlərin yola çevrilməsidir».(əl-Həkim və ət-Təyalisi. Zəhəbi deyir ki, bu sözlər Ənəsindir.)

41-ci əlamət: göydə təzə ayın böyüməsi.
Əbu Hüreyrə danışır ki, Allahın Rəsulu (sav) deyib: «Zamanın surətlənməsinin əlamətlərindən biri də təzə ayın böyüməsi olacaq. İnsanlar birgünlük ayı ikigünlük hesab edəcəklər» (ət-Təbərani. Heysəmi səhihliyini təsdiqləmişdir).
Bu hədis, Ənəsdən gələn digər hədisdə öz əksini tapıb. O, Peyğəmbərin (sav) belə dediyini rəvayət edir: «Qiyamət saatının əlamətlərinədən biri də odur ki, insanlar birgünlük ayı ikigünlük sayacaqlar» (ət-Təbərani. Əlbaniyə görə səhihdir).

42-cü əlamət: qəfl ölümlərin çoxalması
Ənəs ibn Malik danışır ki, Allahın Rəsulu (sav) deyib: «Qiyamət saatının əlamətlərindən biri də budur ki,… qəfl ölümlər tez-tez baş verəcək» (ət-Təbərani).
Bu gün biz, insanların ürək dayanmasından qəflətən öldüklərini tez-tez eşidirik. Məgər bu, biz yaşadığımız həyatın mənası haqqında düşünməyə vadar etmir? Məgər bu, ölümün hər an başımızın üstünü kəsdirə biləcəyi haqda bizə bir xəbərdarlıq deyil? Məgər bu, bizi səmimi tövbə etməyə və yaxşı işlər görməyə təhrik etmir?

43-ci əlamət: insanlar ətrafdakılarla salamlaşmayacaq.
Hüzeyfə danışır ki, Allahın Rəsulundan (sav) Qiyamət saatı haqqında soruşanda o, belə deyib: «Həqitətən, bu yalnız mənim Rəbbimə bəllidir. Ondan başqa heç kəs bu saatın nə vaxt qopacağını açıqlaya bilməz. Amma mən sizə onun əlamətlərini deyə bilərəm – onun başlanacağına qədər nələr baş verəcək. Həqiqətən, ondan qabaq hərcmərclik və xarc olacaq». İnsanlar dedilər: «Ey Allahın Rəsulu! biz hərcmərcliyin nə olduğunu bilirik, bəs xarc nə deməkdir?» O dedi: «Həbəşlərin dilində bu, qətl deməkdir. Bundan başqa, insanlar bir-biriylə salamlaşmayacaq və kütlənin içində kimisə güclə tanıyacaqlar» (Əhməd).

44-ci əlamət: yalanın baş alıb getməsi.
Əbu Hüreyrə danışır ki, Allahın Rəsulu (sav) deyib: «Dünyanın sonundan qabaq mənim ardıcıllarım arasında elə insanlar peyda olacaqlar ki, onlar nə sizin, nə də sizin atalarınızın eşitmədiklərini danışacaqlar. Özünüzü onlardan gözləyin» (Müslüm).
Abdullah ibn Məsud deyib: «İblis insan görkəmini alıb adamların yanına gələcək. O, insanlara yalan hadisələr danışıb onların arasında ədavət salacaq. İnsan isə deyəcək: «Bunu mənə sifəti yaxşı yadımda qalan, adını isə bilmədiyim bir kişi danışıb» (Müslüm).

45-cı əlamət: yalançı şahidliklərin çoxalması.
İbn Məsud danışır ki, Peyğəmbər (sav) belə deyib: «Qiyamət saatından əvvəl… insanlar yalandan şahidlik edəcək və həqiqəti gizlədəcəklər».(«Şərh Səhih Müslim», c.1 səh. 80.)
Əbu Bəkrə danışır: «Biz, Peyğəmbərin (sav) yanında oturmuşduq, o dedi: «Sizə ən böyük günahlardan deyimmi? Sizə ən böyük günahlardan deyimmi? Sizə ən böyük günahlardan deyimmi? Bu – Allaha şərik qoşmaq, valideynlərə hörmətsizlik və yalançı şahidlikdir». O dirsəklənib uzanmışdı, bu sözlərdən sonra oturdu və dediklərini təkrar etməyə başladı. O bunu o qədər təkrar etdi ki, nəhayət biz dedik: «Bircə o susaydı» (Buxari, Müslüm).

Mahmud Qəhramanov



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə, 28.09.2012, 16:57 | Yazı # 24
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
QİYAMƏT GÜNÜNÜN KİÇİK ƏLAMƏTLƏRİ (46-50)
46-ci əlamət: yaltaqlığın yayılması və günahlardan çəkindirməkdən imtina.

Hüzeyfə ibn Əl-Yamən danışır ki, Peyğəmbər (sav) belə deyib: "Mənim canım ovcunda olana and olsun! Ya siz xeyir əməllərə dəvət edəcəksiniz və çirkin hərəkətdən çəkindirəcəksiniz, ya da sizin hamınızın başına Allahın cəzası gələcək və siz Onu çağıracaqsınız, lakin O sizə cavab verməyəcək".
(Əhməd və ət-Tirmizi. Əlbaniyə görə səhihdir. Bax: "Səhih əl-Çəmi əs-Saqir", 7070.)

Əl-Həsən əl-Bəsri danışır ki, Peyğəmbər (sav) belə deyib: "Bu ümmətin qiraətçiləri hökmdarların tərəfinə əyilməyənədək, əməlisaleh bəndələr fasiqləri tərifləməyənədək, ən pisləri ən yaxşılarını hörmətdən salmayanadək, bu ümmət Allahın əli, Onun mərhəməti altında olacaq. Amma bunlar baş verən kimi Mərhəmətli Allah öz əlini onların üzərindən çəkər və zalımlara onlara qalib olmağa imkan verər. Zalımlar onlara dəhşətli əzablar verəcəklər, onları yoxsulluq və səfalətə qərq edəcəklər, onların qəlbləri isə qorxu ilə dolacaq" (Əd-Dani).
Qeys ibn Əbu Həzim danışır ki, Əbu Bəkr minbərdə ikən dedi: "Ey insanlar! Mən görürəm ki, siz bu ayəni təfsir etmək istəyirsiniz:
«Ey iman gətirənlər. Siz öz hayınızda olun. Siz doğru yolu tutan zaman yolundan sapmış bir kimsə zərər verə bilməz sizə» (əl-Maidə, 105). Mən eşitmişəm ki, Peyğəmbər (sav) deyib: "Həqiqətən, əgər insanlar onların arasında edilən günahları təshih etməsələr, tezliklə Allah bütün insanları cəzalandıracaq".
(Əbu Davud, ət-Tirmizi və İbn Macə. Əlbaniyə görə səhihdir. Bax: "Silsilət əl-Əhadis əs-Səhihə", c. 4, səh. 88-89.)

47-ci səkkizinci əlamət: müsəlmanların astrologiya ilə məşğul olması.

Təlha ibn Müsrif danışır ki, Peyğəmbər (sav) belə deyib: "Həqiqətən, mən dünyanın sonu gəlməzdən qabaq mənim davamçılarımın başlarına üç şeyin gəlməsindən ehtiyat edirəm: ulduzlara inanmağın, qədərə inanmamağın və hökmdarların ədalətsizliyin".
(Əd-Dani və başqaları. Əlbaniyə görə səhihdir. Bax: "Silsilət əl-Əhadis əs-Səhihə", c. 3, səh. 118.)
İbn Abbas danışır ki, Peyğəmbər (sav) belə deyib: "Kim astrologiyanın bir hissəsini öyrənmişdirsə, o kəs sehrbazlığın bir hissəsini öyrənmiş olur və biri nə qədər çox olsa, o biri də o qədər çox olar". (Əhməd, Əbu Davud və İbn Macə).
Buradan məqsəd ulduz falı kimi batil inanclara inanmaq və bu batil inancla məşğul olmaqdır.

48-cu əlamət: namaza laqeydlik

Uca Allah deyib:
«Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Ğəyy dərəsinə düşəcəklər» ( Məryəm, 59).
Əbu əd-Dərda danışır ki, Allahın Rəsulu (sav) deyib: «Mənim ardıcıllarımın məhrum olacaqları ilk şey, duada itaətkarlıq olacaq və vaxt gələcək ki, sən, itaətkarlıqla dua edən bir nəfər belə görməyəcəksən» (ət-Təbərani. Əlbaniyə görə səhihdir).
Əbu Zərr danışır ki, Peyğəmbər (sav) belə deyib: «Həqiqətən, elə hökmdarlar olacaq ki, onlar namaza gecikəcəklər, amma sən namazı vaxtında qıl, sonra isə öz hökmdarının yanına get. Əgər sən onun namaz qılıb qurtardığını görsən, bilki sən artıq öz namazını qılmısan. Yox əgər qılmayıbsa, onda onunla birlikdə əlavə namaz qıl» (Müslim, Əhməd, ən-Nəsai).

49-ci əlamət: qadınların sayının artması və kişilərin sayının azalması.

Ənəs ibn Malik deyib: «Mən sizə özümdən başqa heç kəsin bilmədiyi bir hədis danışım. Mən, Allah Rəsulunun (sav) belə dediyini eşitmişəm: «Qiyamət saatının əlamətləri bunlardır: – dini biliklərin aradan çıxması, cahilliyin yayılması, zinakarlığın artması, qadınların sayının artması və kişilərin sayının azalması. İş o yerə çatacaq ki, əlli qadının bir ağası olacaq». (Buxari, Müslüm, ət-Tirmizi).
Peyğəmbər hər kişiyə əlli qadın düşəcəyini nəzərdə tutmurdu. Bu, ümumiyyətlə qadınların kişilərdən həddən artıq çox olacağını göstərən obrazlı bir ifadədir. Bunu Əbu Musa əl-Əşarinin hədisi də təsdiq edir. O deyirdi: «Kişi görəcək ki, onun dalınca qırx qadın gəlir, onların hər biri ona valeh olacaq» («Fəth əl-Bari», c. 1, səh. 179).
Qadınların sayının artmasına çoxsaylı müharibələr, oğlan uşaqlarının az doğulması və ya nə isə başqa bir şey səbəb ola bilər. Düzünü yalnız Allah bilir!

50-ci əlamət: Ərəbistan səhrasının bağlara çevrilməsi.

Əbu Hüreyrə danışır ki, Allahın Rəsulu (sav) deyib: «Ərəb torpağı yenidən çaylar axan otlağa çevrilməyənə qədər Qiyamət saatı qopmayacaq» (Müslüm).
Peyğəmbərin bu sözlərindən aydın olur ki, Əribistan səhrası vaxtı ilə üzərində çaylar axan yaşıl bağ olub. Geoloqlar təsdiq edirlər ki, böyük buzlaşma dövründə bu həqiqətən belə idi. Amma mömin müsəlmanlar, həmçinin ona da inanırlar ki, Ərəbistan yenidən çiçəkli bir bağa çevriləcək və bu gün müsəlmanların çoxu bu möcüzəli çevrilmənin başlanmasının şahididirlər.

Mahmud Qəhramanov



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə, 28.09.2012, 16:58 | Yazı # 25
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
QİYAMƏT GÜNÜNÜN KİÇİK ƏLAMƏTLƏRİ (51-56)
51-ci əlamət: yağışların çoxalması və bitkilərin azalması.

Əbu Hüreyrə danışır ki, Peyğəmbər (sav) belə deyib: «İnsanların, gildən düzəldilmiş evlərdə qoruna bilmədiyi leysan yağışlar yağmayana qədər Qiyamət saatı qopmayacaq» (Əhməd. əl-Heysəmiyə görə səhihdir).
Ənəs danışır ki, Allahın Rəsulu (sav) belə deyib: «Hər yerdə bitkilərin yox olmasına səbəb olan yağışlar yağmayana qədər Qiyamət saatı qopmayacaq» (Əhməd).

52-cü əlamət: qızıl dağın əmələ gəlməsi.

Əbu Hüreyrə, həmçinin Peyğəmbərin (sav) belə dediyini danışır: «Fərat aralanmayana qədər və bu yerdə qızıldan dağ əmələ gəlməyənə qədər Qiyamət saatı qopmayacaq. İnsanlar bu qızıla görə bir-biri ilə vuruşacaq və hər yüz adamdan doxsan doqquzu öləcək. Bu zaman onlardan hər biri belə deyəcək: «Bəlkə elə sağ qalan mən olacağam» (Buxari, Müslüm).
Bəzi ilahiyyatçılar hesab edirlər ki, söhbət «qara qızıldan» – yəni neftdən gedir. Bu təfsir heç bir tənqidə dözmür, ona görə ki, a) neft qızıl deyil; b) neftdən dağ əmələ gələ bilməz; v) qızıl dağ yalnız Fərat çayında əmələ gələcək; q) dağ əmələ gəldikdən sonra insanlar biri-birləriylə vuruşacaqlar, amma Ərəb ölkələrində neft olan yerlər aşkar edilərkən belə müharibələr olmamışdı.
Əbu Hüreyrə danışır ki, Allahın Rəsulu (sav) belə deyib: «Fəratın aralanacağı və onun yerində qızıl xəzinəsinin əmələ gələcəyi saata az qalıb. Qoy orada olan hər kəs, özünə heç nə götürməsin» (Buxari).
İbn Həcər yazır ki, Allahın Rəsulu (sav) bu qızılı məhz orada olan zorakılığa və qətillərə görə götürməyə icazə verməmişdi («Fəth əl-Bari», c. 13, səh. 81).

53-cü əlamət: özü üçün ölüm istəyənlərin artması.

Əbu Hüreyrə danışır ki, Allahın Rəsulu (sav) deyib: «Məzarların yanından keçən insanlar – «Kaş onun yerində mən olaydım!» – deməyincə Qiyamət saatı qopmayacaq» (Buxari, Müslüm).
Əbu Hüreyrə həmçinin, Peyğəmbərin (sav) belə dediyini danışır: «Ruhum Ovucunda olana and içirəm! İnsan, məzarların yanından keçərkən özünü yerə çırpıb – «Kaş ki, bu qəbrdə mən olaydım!» – deməyincə, Dünyanın sonu gəlməyəcək. Bu zaman, ona üz verən bədbəxtçilikdən başqa onun heç bir borcu olmayacaq» (Müslüm).
Hüzeyfə danışır ki, Allahın Rəsulu (sav) belə deyib: «Elə zaman gələcək ki, insanlar yalançı peyğəmbər gözləyəcəklər». Ondan soruşurlar: «Ey Allahın Rəsulu! Lütfən de, bu nəyə görə belə olacaq?». O cavab verir: «Onların üzərinə düşən əzab-əziyyətlərə görə» (ət-Təbərani, əl-Bəzzar. əl-Heysəmiyə görə səhihdir).

54-cı əlamət: Qahtandan gələn adamın meydana çıxması.

Əbu Hüreyrə danışır ki, Allahın Rəsulu (sav) deyib: «Qahtandan gələn adam meydana çıxıb insanları öz əsası ilə arxasınca aparmayana qədər Qiyamət saatı qopmayacaq» (Buxari, Müslüm, Əhməd).
Peyğəmbərin əsa haqqında dedikləri məcazi məna kəsb edib onu bildirir ki, Qahtandan olan adam insanları öz ətrafına toplaya biləcək və onlar onun sözlərinə əməl edib, əmrlərinə tabe olacaqlar. O, mömin adam olacaq və ədalətli qərarlar verəcək. İbn Həcər yazır ki, Abdullah bin Amr mömin əmirləri sadalayarkən Qahtandan olan adamın da adını çəkib. Ola bilər ki, bu deyim də Abdullah bin Amra məxsusdur.
(«Fəth əl-Bari», c. 6, səh. 535 )
Qahtandan gələn adamı Caxcax adlı adamla səhv salmaq lazım deyil. Əbu Hüreyrə deyib: «Caxcax ləqəbli qul hakimiyyətə gəlməyənə qədər gecə və gündüz yox olmayacaq» (Əhməd, Müslüm).
Caxcaxdan fərqli olaraq Qahtandan olan adam azad insan olacaq və onun nəsli güman ki, qədim Yəmən tayfalarından (Humeyr, Kinda, Hamdan) olacaq.

55-cı əlamət: heyvanların və cansız əşyaların danışa bilməsi.

Əbu Hüreyrə danışır: «Bir dəfə canavar gizlicə çobana yaxınlaşıb qoyunların birini qapır. Çoban onun üstünə cumub qoyunu onun ağızından qoparır. Canavar təpəyə çıxıb oturur və quyruğunu özünə qısaraq deyir: «Mən yalnız Uca və Qüdrətli Allahın mənim üçün yaratdığı ruzini istəyirdim, sən isə onu məndən aldın» Çoban dedi: «Allaha and olsun ki, bu vaxta qədər mən danışan canavar görməmişəm!». Canavar dedi: «Mən isə iki Hirra arasında, həmişəyaşıl ağacların içində yaşayan və keçmişdə olanları və sizdən sonra olacaqları danışan adama təəccüblənirəm». Bu çoban yəhudi idi. O, Peyğəmbərin (sav) yanına gəlib olanları ona danışır. Peyğəmbər (sav) onun sözlərinin doğruluğunu təsdiq edib deyir: «Bu– Qiyamət gününün əlamətlərindən biridir. İnsan evinə qayıdarkən ayaqqabılarının və qamçısının, onun evdə olmadığı zaman evdəkilərin nə etdiklərini deyəcəyi Saata az qalıb» (Əhməd).
Gərək bu hədis insanları təəccübləndirməsin, ona görə ki, Uca Allah deyib:
«Allahın düşmənləri Cəhənnəmə toplanacaqları gün onlar saxlanacaqlar. Nəhayət, onlar Cəhənnəmə gəldikdə qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir. Onlar öz dərilərinə: «Nə üçün əleyhimizə şəhadət verirsiniz?» –deyəcəklər. (Dəriləri də) belə cavab verəcəkdir: «Hər şeyi dilə gətirən Allah bizi danışdırdı. Sizi ilk dəfə yoxdan yaradan Odur. Siz Onun hüzüruna qaytarılırsınız!» (Fussilət, 19-21).

56-ci əlamət: müsəlmanların ekonomik mühasirəsi.

Cabir ibn Abdullah deyib: "Tezliklə İraq sakinlərinə nə kafiz (kafiz – İraqda yayılmış dənəvər cismlərinin ölçüsü) , nə dirhəm gətirməyəcəklər". Onlar soruşdular: "Niyə?" O cavab verdi: "Farslar buna mane olacaqlar". Sonra o dedi: "Tezliklə Şam sakinlərinə nə dinar, nə müdiy(müdiy – Şamda yayılmış dənəvər cismlərinin ölçüsü) gətirməyəcəklər". Ondan soruşdular: "Niyə?" O cavab verdi: "Rumlular buna mane olacaq". O, bir az susduqdan sonra Peyğəmbərin (sav) belə dediyini danışdı: "Mənim ümmətimin sonuncu nəsillərinin arasında var-dövlət saymadan belə iki əllərilə götürən xəlifə peyda olacaq" (Əhməd və Müslüm).
Əbu Hüreyrə danışır ki, Allahın rəsulu (sav) deyib: "İraq öz dirhəm və kafizlərindən, Şam – öz müdiy və dinarlarından, Misir isə – öz ərdəb (ərdəb – Misirdə yayılmış dənəvər cismlərinin ölçüsü) və dinarlarından olacaqlar. Siz başladığınız yerə qayıdacaqsınız! Siz başladığınız yerə qayıdacaqsınız! Siz başladığınız yerə qayıdacaqsınız! Buna Əbu Hüreyranın qanı və əti şəhadət edir» (Əhməd, Müslüm və Əbu Davud).

Mahmud Qəhramanov



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə, 28.09.2012, 16:59 | Yazı # 26
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
QİYAMƏT GÜNÜNÜN KİÇİK ƏLAMƏTLƏRİ (57-62)
57-ci əlamət: Mədinənin boşaldılması.

Əbu Hüreyrə danışır ki, Allahın Rəsulu (sav) deyib: «Elə vaxt gələcək ki, kişi öz əmisi oğluna və ya qohumuna deyəcək: «Gəl harada yaxşıdırsa, ora da gedək! Gəl harada yaxşıdırsa ora da gedək! Amma o, Mədinədə qalmağın özü üçün daha faydalı olduğunu bilməyəcək. Ruhum əlində Olana and içirəm! Əgər kimsə Mədinəni tərk etsə, onda Allah mütləq onu ondan yaxşısı ilə əvəz edəcək. Mədinə yanmış dəmirin üzərindən (lazımsız) çöküntünü üfürən dəmirçi körüyünə bənzəyir. Mədinə dəmirçi körüyünün çöküntünü üfürdüyü tək kinli adamları özündən qovmayana qədər Qiyamət saatı qopmayacaq» (Müslüm).

Qadiy İyad yazır ki, bu, Məhəmməd Peyğəmbərin (sav) dövründə baş verib, o zaman məhrumiyyətlərə və çətinliklərə dözmək istəməyən insanlar Mədinəni tərk edirdilər. İmam ən-Nəvavi isə əlavə edib ki, bu, həmçinin yalançı peyğəmbər gələndən sonra da baş verəcək.
İbn Həcər qeyd edib ki, hər iki şərh düzgündür, ona görə ki, onlar səhih hədislərə əsaslanırlar.
(«Fəth əl-Bari», c. 4, səh. 95-96)
Ənəs ibn Malik danışır ki, Peyğəmbər (sav) belə deyib: «Yalançı peğəmbər Məkkə və Mədinədən başqa bütün şəhərlərə girəcək. Bu şəhərlərə aparan bütün yollarda mələklər dayanacaqlar. Onlar cərgə-cərgə düzülüb bu şəhərləri qoruyacaqlar. Mədinə öz sakinləri ilə birlikdə üç dəfə sirkələnəcək və bundan sonra bütün ikiüzlülər və mürtədlər onu tərk edəcək (Buxari).
Amma bilavasitə Qiyamət günündən qabaq Mədinə tam boşalacaq. Əbu Hüreyrə danışır ki, o, Allah Rəsulunun (sav) belə dediyini eşidib: «Mədinənin çiçəklənən dövrü olmasına baxmayaraq, insanlar onu tərk edəcəklər. Şəhərdə vəhşi quşlar və heyvanlardan başqa heç kəs qalmayacaq…» (Buxari).
Əbu Hüreyrə həmçinin danışır ki, Peyğəmbər (sav) belə deyib: «Siz Mədinəni onun ən çiçəkli vaxtında tərk edəcəksiniz. Şəhərdə itlər və qurdlar məskən salacaq ki, onlar məscidlərin minbərlərin murdarlayacaqlar. İnsanlar soruşdular: «Ey Allahın Rəsulu! Bar və meyvələr kimə qalacaq?» O cavab verir: «Quşlara və vəhşi heyvanlara» (Malik).
Yəqin ki, insanlar Mədinəni Yəməndə püskürəcək və insanları Axirət gününün məhşərinə toplayacaq alova görə tərk edəcəklər.

58-ci əlamət: xoş küləyin əsməsi.

Yalançı peyğəmbərin gələcəyindən və İsa ibn Məryəmin yerə nazil ediləcəyindən danışılan Nəvvas ibn Səmanın uzun hədisində Allah Rəsulunun (sav) belə dediyi xəbər verilir: «Allah, qoltuqlarının altından yapışıb insanları, bütün mömin və müsəlmanların ruhlarını özü ilə aparan xoş külək göndərəcək. Yalnız uzunqulaq kimi təşvişə düşmüş ən pis insanlar qalacaqlar. Qiyamət saatı məhz onların dövründə qopacaq» (Müslüm).
Abdullah ibn Əmrin bu hədisində Peyğəmbərin (sav) belə dediyi danışılır: «Sonra Allah, Urva ibn Məsuda oxşayan İsa ibn Məryəmi göndərəcək. O, yalançı peyğəmbəri təqib edəcək və onu öldürəcək. Sonrakı yeddi ildə insanlar bir-biri ilə ədavət aparmadan yaşayacaqlar. Sonra Allah Şam tərəfdən sərin bir külək göndərəcək və yer üzərində qəlbində zərrə qədər xeyirxahlıq və iman olan bircə adam belə sağ qalmayacaq. Əgər insan, hətta dağın içinə girsə belə, külək onun arxasınca gedib ruhunu alacaq» (Muslüm).
Əbu Hüreyrə danışır ki, Allahın Rəsulu (sav) deyib: «Allah Yəmən tərəfdən ipəkdən də zərif külək göndərəcək. O, ürəyində zərrə qədər imanı olan heç bir kəsi sağ buraxmayacaq» (Müslüm).
Sonuncu iki hədis arasında heç bir ziddiyyət yoxdur. Birincisi, iki küləyin mövcud olması istisna deyil: biri Şamdan, o biri isə Yəməndən əsən. İkincisi, ola bilər ki, külək iki vilayətdən birində əmələ gəlib sonra o birisinə keçsin və artıq oradan bütün dünyaya yayılsın.
(«Şərh Səhih Müslüm», c. 2, səh. 132)

59-cu əlamət: Konstantinopolun fəthi.

Əbu Hüreyrə danışır ki, Peyğəmbər (sav) belə deyib: «Siz bir hissəsi quruda, o biri hissəsi isə suda yerləşən şəhər barədə eşitmisinizmi?». Adamlar cavab verir: «Eşitmişik». Onda Peyğəmbər  deyir: «İshaqın nəslindən olan yetmiş min adam bu şəhəri zəbt etməyənə qədər Qiyamət saatı qopmpyacaq. Onlar şəhərə yaxınlaşıb dayanacaqlar. Onlar nə əllərində silahla vuruşacaq, nə də ox atacaqlar. Onlar deyəcəklər: «Lə iləhə illəllah! Vallahu əkbər» (Allahdan başqa heç bir məbud yoxdur! Allah Böyükdür) – və qala divarlarının bir hissəsi dağılacaq. Sonra onlar bu sözləri ikinci dəfə deyəcəklər və divarların daha bir hissəsi dağılacaq. Sonra onlar daha bir dəfə «Lə iləhə illəllah! Vallahu əkbər!» deyəcəklər və onların qarşısında yol açılacaq. Onlar şəhərə girib böyük qənimət ələ keçirəcəklər. Amma bu qəniməti böləndə onlar bunu eşidəcəklər:«Yalançı peyğəmbər peyda olub!» O zaman onlar hər şeyi atıb geri dönəcəklər» (Müslüm).
Beləliklə, yalançı peyğəmbərin gəlişinə qədər müsəlmanlar xristianlarla sülh bağlayacaqlar, amma onlar bu şərti pozub, qəflətən müsəlmanlara hücum edəcəklər. Müsəlmanlar böyük bir ordu toplayacaqlar ki, onunla dörd günlük qanlı vuruşmalardan sonra qalib gələcəklər. Sonra, sıralarında İslamı qəbul etmiş İshaq nəslinin övladları olan yetmiş minlik müsəlman ordusu o vaxtda qədər kafirlərin əlində olan Konstantinopol şəhərini döyüşsüz işğal edəcək.

60-ci əlamət: rumluların sayının artması və müsəlmanlarla xristianların vuruşması.

Əl-Mustaurad əl-Quraşi danışır ki, Allahın Rəsulu (sav) deyib: «Qiyamət saatı gələndə, insanların çoxu Rum nəslindən olacaq». Əmr ibn əl-As ona dedi: «Fikirləş gör nə danışırsan». O, cavab verir: «Mən Allahın Rəsulundan eşitdiyimi deyirəm». Onda Əmr dedi: «Əgər belədirsə, onda onların dörd xüsusiyyəti var: Sınaq zamanı onlar görünməmiş dözüm göstərir; fəlakətdən sonra daha tez ayağa qalxır; qaçdıqdan sonra hamıdan tez qayıdır və kasıblara, yetimlərə və kömksizlərə hamıdan yaxşı münasibət bəsləyirlər. Onların beşinci – daha gözəl bir xüsusiyyətləri də var: onlar öz hökmdarlarının ədalətsizliklərindən başqalarına nisbətən daha çox qorunublar» (Müslüm).
Qoy hər bir müsəlman Peğəmbərin (sav) bu müdrk səhabəsinin sözləri üzərində fikirləşsin. İnsanlar tez-tez soruşurlar ki, gərəsən niyə xristianlar müsəlmanlardan daha yaxşı yaşayırlar? Amma bu zaman onlar özlərinin kasıblara və yetimlərə nə qədər az kömək etmələri haqqında heç fikirləşmirlər. Hər bir insan istədiyi məqsədə çatır və hər kəs layiq olduğunu qazanır. Və Allahın buyurduqlarına laqeyd münasibətdən əl çəkməyənə qədər və ehtiyacı olanlara kömək etməyənə qədər müsəlmanlar bəzi çoxallahlılardan və bütpərəstlərdən xeyli pis vəziyyətdə olacaqlar.
Nafi ibn Utba danışırdı ki, Peyğəmbərin (sav) belə dediyini yadında saxlayıb: «Siz Ərəbistan yarımadası üçün vuruşacaqsınız və Allah siz gömək edəcək. Sonra farslarla döyüşəcəksiniz və Allah sizə onlara qalib gəlməkdə kömək edəcək. Sonra siz rumlularla vuruşacaqsınız və Allah yenə sizə kömək edəcək. Sonra isə siz yalançı peyğəmbərlə döyüşəcəksiniz və Allah sizə ona qalib gəlməkdə də kömək edəcək» (Müslüm).
Beləliklə, Allahın Rəsulu (sav) yalançı peyğəmbərin gəlişinə qədər rumlularla qanlı döyüş olacağını demişdi.
Əbu Malik əl-Əşari danışır ki, Allahın Rəsulu (sav) delə deyib: «Qiyamət saatından qabaq altı hadisəni gözləyin: … sizinlə Əsfar nəslindən olanlar arasında barışı, bundan sonra onlar qəflətən sizə 80 bayraq altında hücum edəcəklər və hər bir bayrağın altında 12 min döyüşçü olacaq» (Buxari).
Əbu Davudun rəvayət etdiyi hədisdə Allah Rəsulunun (sav) delə dediyi xəbər verilir: «Siz Rum nəsilləri ilə sülh bağlayaraq onlarla birlikdə ümumi düşmənə qarşı vuruşacaqsınız. Siz qalib gəlib,çoxlu qənimət əldə edəcəksiniz və bundan sonra əminamanlıq başlayacaq. Amma geri qayıdarkən sizin aranıza ədavət düşəcək. Xristianlardan biri təpəyə çıxaraq xaçı qaldırıb qışqıracaq: «Xaç qalib gəldi!». Hiddətlənmiş müsəlmanlardan biri xaçı aşağı tullayacaq. Bundan sonra rumlular geri çəkilib qanlı döyüşə hazırlaşmağa başlayacaqlar».
Yasir ibn Cabir danışır: «…Döyüşün dördüncü günü müslmanlar qalib gələcək və Allahın izni ilə xristianlar darmadağın ediləcəklər. Bu, bəşəriyyətin bu vaxta qədər görmədiyi dəhşətli bir savaş olacaq. Hətta döyüş meydanının üstündən uçan quş da məhv olub yerə düşəcək. Hər yüz nəfərdən yalnız biri sağ qalacaq. Məgər onlar belə bir qələbəyə sevinə biləcəklər? Məgər onlar belə bir qəniməti bölə biləcəklər? Qalib gəlmiş müsəlmanlar belə vəziyyətdə olacaqlar və bu zaman onlar belə bir çığırtı eşidəcəklər: «Yalançı peyğəmbər sizin uşaqlarınıza hücum edib!». Onlar əllərində olan hər şeyi atıb yola düzələcəklər…» (Müslüm).

61-cı əlamət: yəhudilərlə döyüş.

Əbu Hüreyrə danışır ki, Peyğəmbər (sav) belə deyib: "Müsəlmanlar yəhudilər ilə döyüşməyənədək Qiyamət günü qopmayacaq. Müsəlmanlar onları öldürəcəklər. Və yəhudilər daşlar və ya ağaclar arxasında gizlənəcəklər, ağaclar və daşlar isə deyəcəklər: "Ey müsəlman! Ey Allahın qulu! Mənim arxamda yəhudi gizlənib. Gəl və onu öldür!". Ancaq qargah ağacı bunu etməyəcək, çünki o yəhudi ağacıdır" (Buxari və Müslüm).
Hələ Allahın Rəsulunun (sav) sağlığında müsəlmanlar dəfələrlə yəhudilərlə döyüşürdülər, xəlifə Ömər ibn Əl-Xəttabın hökmranlığı zakmanında isə müsəlmanlar onları Ərəbistan yarımadasından qovdular. Bütün müsəlmanlar Peyğəmbərin (sav) vəsiyyətini yerinə yetirdilər. Peyğəmbər (sav) demişdir: "Mən Ərəbistan yarımadasından mütləq bütün yəhudiləri və xaçpərəstləri qovardım və bu torpaqlarda, müsəlmanlardan başqa heç kəsi saxlamazdım" (Müslüm).
Lakin Əbu Hüreyrədən gələn hədisdə adı çəkilən döyüş, bu və bundan sonrakı döyüşlərin heç birisi deyil. Bu hədisdə Məsihid-Dəccalın peyda olunması və İsa ibn Məryəmin enməsindən sonra baş verəcəkləri barədə danışılır.
(Musnad əl-İmam Əhməd", c. 5, səh. 16. İbn Həcərə görə səhihdir)

62-cü əlamət: Kəbənin dağıdılması

Əbu Hüreyrə danışır ki, Allahın Rəsulu (sav) deyib: «Kəbənin müqəddəsliyi yalnız ona ehtiramla yanaşanlar tərəfindən pozulacaq. Bu baş verən zaman ərəblər dəhşətli fəlakətə uğrayacaqlar. Sonra həbəşlər gəlib Kəbəni təməlinə qədər dağıdacaqlar və bundan sonra o, daha heç vaxt yenidən tikilməyəcək. Kəbədə olan xəzinə də onlara çatacaq» (Əhməd).
Abdullah ibn Əmr danışır ki, Allahın Rəsulu (sav) deyib: «Kəbəni balaca boylu həbəş dağıdacaq. O, onun örtüyünü çəkib divarlarını açacaq. Mən sanki onu görürəm: daz, əyiriayaq. O, onu bel və külünglə dağıdacaq» (Əhməd).
Əbu Hüreyrə danışır ki, Allahın Rəsulu (sav) belə deyib: «Kəbəni balacaboy bir həbəş dağıdacaq» (Buxari, Müslüm, Əhməd).
İbn Abbas danışır ki, Peyğəmbər (sav) belə deyib: «Mən, qara və ayaqları əyri bir kişinin Kəbəni daşbadaş sökdüyünü sanki görürəm» (Buxari, Əhməd).
Bu, Quranın aşağıdakı ayəsinə heç bir halda zidd deyil. Uca Allah deyib:

«Məgər ətrafdakı (başqa şəhərlərdəki) adamlar qamarlanıb götürüldüyü (əsir alındığı, öldürüldüyü) halda, (Məkkəni) onlar üçün müqəddəs, qorxusuz-xətərsiz bir yer etdiyimizi görmürlərmi?» (əl-Ənkəbut, 67).
Birincisi, Kəbə bilavasitə, ən ağılasığmaz hadisələrin baş verəcəyi Qiyamət günündən qabaq söküləcək. İkincisi, buna, Kəbəyə ehtiramla yanaşmağa və Allahın buyurduqlarına hamıdan yaxşı əməl etməyə borclu olan insanların azğınlığı zəmin yaradacaq. Üçüncüsü, Məkkkə dəfələrlə döyüş meydanı olmuşdu. Buna misal olaraq, müsəlman təqvimi ilə 4-cü əsrdə, qaramatların (Kufə sakini Həmdan Qarmatın başçılaq etdiyi dini cərəyan) Məkkəyə hücümunu göstərmək olar. Hicrətin 317-ci ilində, Həcc mərasiminin birinci günü, onlar müsəlmanlara hücum edib çoxlu mömin öldürdülər. Onlar, zəvvarları Müqəddəs məscidin ərazisində, hətta Kəbədə belə, öldürməkdən çəkinməmiş, Zəmzəm bulağının günbəzini dağıtmış, Kəbənin örtüyünü salaraq qara daşı oğurlayıb onu 22 il öz ölkələrində saxlamışdılar. Bütün bunlar Quranın mübarək ayəsinə zidd olmayıb əksinə, onu sübut edir ki, Uca Allah Onun buyurduqlarına əməl etmədikləri zamanda müsəlmanları sınağa çəkəcək.

Mahmud Qəhramanov



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə, 28.09.2012, 17:01 | Yazı # 27
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
QİYAMƏT GÜNÜNÜN BÖYÜK ƏLAMƏTLƏRİ
ON BÖYÜK ƏLAMƏT

Qiyamət gününün yaxınlığını göstərən bir çox aydın əlamətlər vardır. Bu əlamətlər zahir olan kimi, onların dalınca qiyamət gəlir. Müslimin "Səhih" əsərində Huzeyfə bin Əsid əl-Ğifaridən bu hədis verilir: "Biz bir yerdə Quranı öyrənirdik. Peyğəmbər üst otaqdan enib soruşdu: "Nə öyrənirsiniz?" Dedik ki: "Qiyamət saatını öyrənirik". O bizə dedi: "O saat yalnız on ayədən sonra gələcəkdir: duman, dəccal, heyvanın çıxması, günəşin öz qürub yerindən qalxması, İsa bin Məryəmin (Ona Allahın salamı olsun!) nazil olması, Yəcuc və Məcuc, yerin üç yerdə: Şərqdə, Qərbdə və Ərəbistan yarımadasında batması gəlir və bütün bunlardan sonra Yəməndən alov (od) xaric olur və insanlar öz məhşərinə (toplanış yerinə) qovulur".
(Müslim. "Səhih", "Fitnələr" kitabı. Qiyamətdən qabaqkı ayələr, (18/22-23). 2901 saylı hədis. Əbu Davud və ət-Tirmizi "Camiul usul" əsərində də bu hədisi verirlər.)

Bu böyük və aydın ayələr (hadisələr) öz baş vermə vaxtına görə ardıcıl gəlirlər. Onlar arasında əlaqəli zaman fasiləsi vardır. Bu ona bənzəyir ki, düyünlər bir-birinin ardınca gəlir, onların bağlandığı sap kəsilir, birinci düyün gəlir, ondan sonra da hər kəsiləndə o biri düyünlər bir-birinin ardınca gəlir. Əl-Hakim səhih istinadla Ənəs bin Malikdən bu hədisi verir: "Peyğəmbər (sav) demişdir ki, qiyamətin əlamətləri bir-birinin ardınca gələn mirvari dənələri kimidirlər. İp kəsildikdə dənələr bir-birinin ardınca tökülür".
(əl-Hakim, Müslim, əz-Zəhəbi və əl-Əlbani bunu səhih hədis hesab etmişlər. "Silsilət əl-Əhadis əs-Səhihə", 4/361. Sayı 1762, Əhməd, «Müsnəd», 12/6-7.)

Peyğəmbər (sav) bildirir ki, müsəlmanlarla rumluların (bizanslıların) müharibəsi birinci gəlir. O bunu qanlı döyüş (məlhəmə) adlandırır. Bu müharibədən son¬ra müsəlmanlar Konstantinopolu (indiki İstanbulu) fəth edirlər. Daha sonra Dəccal meydana gələcəkdir. Müaz bin Cəbəl rəvayət edir ki, Peyğəmbər (sav) demişdir: "Beytül müqəddəsin (Qüdsün) tikilişi, Yəsribin (Mədinənin) xaraba qalması, Yəsribin dağıdılması və qanlı döyüş. Qanlı döyüş və Konstantinopolun fəthi. Konstantinopolun fəthi və Dəccalın zahir olması".
(Əbu Davud. "Mişkatul məsabih", 3/17. Sayı 5425. Yaxşı istinadlı hədisdir)

Peyğəmbər (sav) demək istəyir ki, bu hadisələr birbirinin ardınca baş verir. Oxucu bu kitabımızı oxuduqca müsəlmanların həmən dövrdə rumlularla böyük döyüşdə necə döyüşdüklərini aydınlaşdıracaqdır.
Peyğəmbər (sav) bu döyüşü qanlı adlandırıbdır. Bu döyüşdə müsəlmanlar qalib gələndən sonra Konstantinopolu fəth edirlər və bundan sonra Dəccal zahir olur. Dəccal zahir olduqdan sonra İsa yerə enib onu qətlə yetirir. İsanın dövründə Yəcuc və Məcuc (Uzaq Şərqdə yaşayan insanlara düşmən varlıqlar, Bibliyada Qoq və Maqoq) meydana gələcəkdir. Allah təala onları vaxtı gələndə məhv edəcəkdir. Bura kimi hadisələrin ardıcıllığı aydındır. Yerdə qalan ayələrin (hadisələrin) ardıcıllığı tamamilə aydın deyildir. Bəli, Günəşin öz məğribindən (qürub yerindən) qalxması, Yerdən heyvanların çıxması, insanları bir yerə toplayan odun çıxması, heç şübhəsiz Dəccalın zahir olmasından sonra baş verəcəkdir. Lakin, bu hadisələrdən hansının əvvəl, hansının sonra baş verəcəyi, yəni Günəşin məğribdən qalxması, heyvanın çıxması, insanların oddan qaçaraq toplaşması hadisələrinin hansının birinci baş verməsi qeyri məlumdur. Müslimin rəvayət etdiyi Huzeyfəyə istinad edilən səhih hədis tam aydınlığı ilə göstərir ki, Yəməndə xaric olan və insanları toplayan od ayələrdən sonuncudur. Peyğəmbər (sav) on böyük ayəni qeyd edib göstərir ki, onuncu ayə oddur. "Bunun sonu oddur. Yəməndə xaric olur və insanları öz toplanış yerinə qovur".
(Müslim, "Səhih", 18/27 - 28/2901)

Altı ayə qalır: Günəşin öz qürub yerindən qalxması, heyvanların çıxması, duman və üç batma: Şərqdə, Qərbdə və Ərəbistan yarımadasında. Günəşin öz qürub yerindən qalxması və heyvanların çıxması hadisələri İsanın nazil olub Dəccalı qətlə yetirməsindən və Yəcuc və Məcucun öldürülməsindən sonra baş verəcəkdir. Bundan sonra insanların fitnə-fəsada qurşandıqdan və İslam məhv olduqdan sonra insanları toplayan od qalxmazdan qabaq hansı hadisə əvvəlcə baş verir: Günəşin qalxması və yaxud heyvanların çıxması? Biz bu suala qət"i cavab verə bilmərik. Belə ki, bu məsələdə Peyğəmbər (sav) özü belə qəti söz deməmişdir. Abdullah bin Əmr öz hədisində deyir ki, o, Peyğəmbərin (sav) bu sözlərini dediyini eşitmişdir: "Baş vermə etibarı ilə ayələrin birincisi Günəşin öz məğribindən qalxması, Dabbənin insanlara günorta vaxtı zühur etməsidir. Onlardan biri o birindən qabaqdır, o birisi isə ondan bir başa sonradır".
(Müslim, Fitnələr kitabı. Dəc¬calın zahir olması fəsli,18/62; hədis: 2941)

Bu hədisə əsaslanıb demək olmaz ki, günəşin qalxması Dəccalın zahir olmasından, İsanın qayıdışından və Yəcuc və Məcucun meydana gəlməsindən qabaq baş verəcəkdir. Peyğəmbərin (sav) : "Baş vermə etibarı ilə ayələrin birincisi Günəşin öz məğribindən qalxmasıdır..." sözlər haqqında bunu demək olar: Xəbərlərdən belə məlum olur ki, böyük ayələrin (hadisələrin) başlanğıcında göstərilən Dəccalın meydana gəlməsi Yer kürəsinin əksər yerlərində vəziyyətin dəyişməsi ilə mümkündür. Bu hadisə İsa bin Məryəmin enməsi ilə sona çatır. Günəşin öz məğribindən qalxması ülvi aləmdən baş verən vəziyyət dəyişikliklərinin nəticəsində mümkündür. Bu hadisə son saatın gəlməsi ilə bitir. Heyvanın çıxması, çox güman ki, Günəşin məğribdən qalxması günü baş verəcəkdir". («Fəth əl-Bari», 11/353). Əl-Hakim Əbu Abdullah demişdir: "Aydın olur ki, Günəşin qalxması heyvanın çıxmasından qabaq baş verir. Heyvan həmən gün və onun¬la çox yaxın vaxtda çıxır". («Fəth əl-Bari», 11/353).
Yerdə qalan ayələrə gəlincə, bunlar üç yer batması və dumandır. Böyük hadisələr silsiləsində onların yerini bilmirik. Bunu dəqiq göstərən səhih mətnlər də görməmişik.
Bu həqiqəti yalnız Allah bilir.

Mahmud Qəhramanov



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə, 28.09.2012, 17:01 | Yazı # 28
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
QİYAMƏT GÜNÜNÜN BÖYÜK ƏLAMƏTLƏRİ (1-ci əlamət: DUMAN)
Son saatdan bir qədər əvvəl baş verən böyük hadisələrdən biri də dumandır.
Allah təala buyurur:
«(Ya Peyğəmbər!) Sən göyün aşkar bir dumana bürünəcəyi günü gözlə! (O gün müşriklərə elə bir aclıq üz verəcəkdir ki, gözləri qaranlıq gətirib yerlə göyün arasını, sanki bir duman bürüdüüynü görəcəklər!). (Elə bir duman ki) insanları saracaqdır. Bu, şiddətli bir əzabdır!» (əd-Duxan, 10-11).

Bu ayədən aydın şəkildə görünür ki, duman Müslimin Huzeyfə bin Əsid əl-Ğifaridən verdiyi hədisdə göstərilən aydın əlamətlərdən (və ya böyük hadisələrdən) biridir: "Biz bir yerdə Quranı öyrənirdik. Peyğəmbər (sav) üst otaqdan enib soruşdu: "Nə öyrənirsiniz?" Dedik ki: "Qiyamət saatını öyrənirik". O bizə dedi: "O saat yalnız on ayədən sonra gələcəkdir. Bundan sonra duman, dəccal, heyvanın çıxması, günəşin öz qürub yerindən qalxması, İsa bin Məryəmin nazil olması, Yəcuc və Məcuc, Yerin üç yerdə: Şərqdə, Qərbdə və Ərəbistan yarımadasında batması gəlir və bütün bunların sonunda Yəməndən alov (od) xaric olur və insanlar öz məhşərinə (toplanış yerinə) qovulur".
(Müslim. "Səhih", "Fitnələr" kitabı. Qiyamətdən qabaqkı ayələr, (18/22-23). 2901 saylı hədis. Əbu Davud və ət-Tirmizi "Camiul usul" əsərində də bu hədisi verirlər.)

İbn Məsud göstərir ki, bu ayə (hadisə) baş verib keçmişdir. Müslim öz "Səhih" əsərində Məsruqdan bu rəvayəti verir: "Abdullahın evində oturmuşduq. O, qabağımızda uzanmışdı. Bir kişi gəlib dedi: "Ya Əbə Əbdürrəhman! Bir nəfər Kində qapıları yanında deyir ki, duman ayəsi gəlib kafirləri bürümüşdür. Möminlərə isə o, zökəm kimi tə"sir edir". Abdullah qalxıb oturdu və qəzəblə dedi:"Ey insanlar! Allahdan qorxun. Bildiyinizi deyin, bilmədiyiniz barədə susun. Bunu yalnız Allah bilir. O sizi öyrədir ki, bilmədiyimiz şeylər barədə "Allah bilir" deyəsiniz. Allah öz Peyğəmbərinə (sav) buyurmuşdur: «De: "Mən buna (risalti, Allahın hökmlərini təbliq etməyə) görə sizdən heç bir əcr istəmirəm. Və mən özümdən bir şey uydurub deyənlərdən də deyiləm!» (Sad, 86).
Peyğəmbər (sav) insanların ona arxa çevirdiklərini görəndə demişdir: "Allahummə, Yusif kimi bunlara da əziyyət ver". Böyük quraqlıq baş verdi, hər şey qurudu. İnsanlar acından dəri və ölüləri yeyirdilər. Bir nəfər göyə baxıb duman təbəqəsi görür. Əbu Süfyan gəlib deyir: "Ey Məhəmməd, Sən Allaha itaəti və qohumluq əlaqələrini kəsməməyi əmr etmək üçün gəlmisən. Sənin tayfan artıq həlak olur. Onlar üçün Allaha dua et. İzzət və Cəlalət sahibi Allah təala buyurur: «(Ya Peyğəmbər!) Sən göyün aşkar bir dumana bürünəcəyi günü gözlə! (O gün müşriklərə elə bir aclıq üz verəcəkdir ki, gözləri qaranlıq gətirib yerlə göyün arasını, sanki bir duman bürüdüüynü görəcəklər!). (Elə bir duman ki) insanları saracaqdır. Bu, şiddətli bir əzabdır!» (əd-Duxan, 10-11).
Həmçinin: «Biz sizi bu əzabdan azacıq qurtaracağıq, siz isə (yenidən küfrə) qayıdacaqsınız!» (əd-Duxan, 15). Soruşurlar: "Axirət əzabı aşkar edilirmi?" Bu sualın cavabında Allah təala buyurur: «Onları lap möhkəm yaxalayacağımız gün (qiyamət, yaxud Bədr vuruşu günü), şübhəsiz ki, Biz (onlardan) intiqam alacağıq!». (əd-Duxan, 16). Lap yaxalayacağımız gün dedikdə Bədr döyüşü (624-cü ilin 15(17) mart) günüdür. Deməli, Duman, Batş (yaxalamaq), Lizam (İltizam, "Siz yalan danışığınız iltizam olacaqdır"), Rum (rumlar ən yaxın yerdə qalib gəlmədilərmi? Bu qələbələrindən sonra onlar məğlub olacaqlar") ayələri (hadisələri) bir-birinin ardınca gələcəklər".
(Müslim, 17/118, Sayı 2798; əl-Buxari 8/370. İbn Kəsir, "Təfsir", 6/246; Əhməd; ət-Tirmizi.)

İbn Məsudun fikrincə bu hadisə (Duman) artıq baş verib keçibgetmişdir. Bunun sübutu odur ki, kafirlərin Axirət günü məruz qaldıqları əzab aşkar edilmir. Ayədən aydın olur ki, Allah əzab-əziyyəti bir qədər onlardan kənar tutmuşdur. Alimlərdən bir qrupu İbn Məsudun bu fikrinə şərik çıxırlar. Bu sələflərdən Mücahid, Əbul Aliyə, İbrahim ən-Nəxəvi, əd-Dəhhak, Atiyə əl-Aufi və İxtiyar İbn Cəriri göstərmək olar. (İbn Kəsir "Təfsir" /179).
İbn Kəsir ehtimal edir ki, Duman hadisəsi hələ baş verməmişdir. Bunu Əbu Malik əl-Əşarinin bu hədisi ilə sübut etmək istəyir: "Peyğəmbər (sav) demişdir: "Sizin Rəbbiniz sizi üç dəfə xəbərdar etmişdir: Duman, möminlərdə zökəmə bənzər dəyişikliyə səbəb olur, kafirlərin isə gözlərini və qulaqlarını şişirdir. İkinci heyvanlar və üçüncü Dəccal". Bu hədis İbn Cəririn rəvayətidir. Onu ət-Təbərani yaxşı istinadla rəvayət etmişdir. (əl-Buxari, 8/573).
İbn Kəsir qeyd edir ki, Dumanın baş verməməsinə səbəb Əli bin Əbu Talibin, Əbu Səid əl-Xudrinin, İbn Ab¬basın və əl-Həsən əl-Bəsrinin aşağıdakı fikridir. İbn Kəsir bu fikri belə şərh edir:
1 - Ayənin (hadisənin) hələ baş verməməsinə dəlalət edən bir neçə səhih və yaxşı hədisin mövcudluğu;
2 - Allah təala buyurur: «Sən göyün aşkar bir dumana bürünəcəyi günü gözlə!» (əd-Duxan, 10). Yəni, bu hadisə açıq-aydın bir şəkildə baş verəcək, hamı onun şahidi olacaqdır. İbn Məsudun buyurduğu kimi xəyal deyildir.
3 - Allah təala buyurur: "İnsanları (bu duman) bürüyəcəkdir". Əgər bu xəyal olsaydı və yalnız Məkkənin müşrik əhlinə aid olsaydı, "insanları bürüyəcəkdir" deyilməzdi.
Alim ən-Nəvəvi Müslimə yazdığı şərhdə Peyğəmbərin (sav) : "O saat yalnız on ayədən (hadisədən) sonra gələcəkdir. Dumanı da qeyd etdi" hədisi barədə deyir: "Bu duman kafirlərin canını alacaqdır. Mö"minlərəsə zökəm kimi tə"sir edəcəkdir. O hələ baş verməmişdir" deyənlərin fikrini müdafiə edir. Bu hadisə son saata çox yaxın bir vaxtda baş verəcəkdir. "Xilqətin başlanğıcı" kitabında da bu fikir verilmişdir. İbn Məsudun bu fikri inkar etməsi isə Qureyşin məruz qaldığı quraqlıq hadisəsinə əsaslanır. Onlar yerlə göy arasında duman təbəqəsi görürlər. Bir qrup adam İbn Məsudu müdafiə etdilər. Huzeyfə, İbn Ömər və əl-Həsən başqa bir fikir irəli sürürlər. Huzeyfə Peyğəmbərdən (sav) bu hədisi rəvayət edir: "Duman yer üzünü qırx gün ərzində bürüyəcəkdir. Öz təsirinə görə ola bilsin ki, onlar iki dumandırlar".
(ən-Nəvəvi, «Şərh Səhih Müslim», 18/27)

Mahmud Qəhramanov



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə, 28.09.2012, 17:02 | Yazı # 29
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
QİYAMƏT GÜNÜNÜN BÖYÜK ƏLAMƏTLƏRİ (2-ci əlamət: DƏCCALIN FİTNƏSİ)
BİRİNCİ MƏSƏLƏ:
Bu bəşər tarixində ən böyük fitnədir. Dəccalın fitnəsi axır zamanda baş verir. Bu son saatın ən böyük əlamətlərindəndir. Dəccalın fitnəsi bütün insanlıq tarixində baş vermiş ən böyük fitnə-fəsaddır. Müslimin "Səhih" əsərində Əbu əd-Duhəma və Əbu Qətadənin bu hədisi verilir: "Hişam bin Amirin yanına getdik. İmran bin Hüseyn də gəldi və dedi: "Siz məndən də qabaq Peyğəmbərin (sav) hüzurunda olmusunuz. Amma mən də bir hədis bilirəm. Peyğəmbərin (sav) bu kəlamını eşitmişəm: "Qiyam gününədək Adəm övladları arasında Dəccaldan da təhlükəli bir məxluq olmayacaqdır".
(Müslim, "Səhih" , "Fitnələr" kitabı. Əhməd «Müsnəd» 6/455-456, Dəccal barədə hədislərin yerdə qalanı. 18/69, Sayı 2946.)

Buna görə də bütün peyğəmbərlər, xüsusilə bizim Peyğəmbərimiz (sav) öz ümmətini Dəccaldan qorunmağa çağırmışlar. İmam əl-Buxarinin "Səhih" əsərində Abdullah bin Ömərdən (Allah onların hər ikisindən razı olsun!) bu hədisi verir: "Peyğəmbər (sav)camaat arasında durdu. Allaha həmdü- səna etdi və sonra Dəccal barədə danışdı: "Mən sizi ondan çəkinməyə çağırıram. Hər bir peyğəmbər öz ümmətini ondan çəkindirir. Lakin mən sizə elə bir söz deyəcəyəm ki, heç bir peyğəmbər bunu öz ümmətinə deməmişdir: Dəccal tək gözdür....
(əl-Buxari, "Səhih", Fitnələr fəsli. Dəccal haqqında məlumat. «Fəth əl-Bari», 13/97.)

Əl-Buxarinin və Müslimin "Səhih" əsərlərində Ənəs bin Malikdən verilən hədisdə deyilir: "Peyğəmbər (sav)demişdir: "Elə bir peyğəmbər göndərilməmişdir ki, öz ümmətini tək göz yalançıdan çəkindirməsin. O tək gözdür. Sizin Rəbbiniz isə tək göz deyildir. Dəccalın iki gözü arasında kafir yazılmışdır".
(əl-Buxari, "Səhih" . Fitnələr kitabı, Dəccalın zikri fəsli. «Fəth əl-Bari», 13/97. Müslim. Fitnələr kitabı. Dəccalın zikri fəsli və onun vəsfi: 18/47. Sayı 2933.)

İmam ət-Tirmizinin və Əbu Davudun Abdulla bin Ömərə istinadən verdikləri hədisdə deyilir ki, Peyğəmbər (sav)Dəccal barədə demişdir: "Mən sizi ondan çəkindirirəm. Bütün peyğəmbərlər öz ümmətini ondan çəkindirmişlər. Nuh öz ümmətini ondan çəkindirmişdir. Lakin mən sizə bu vaxta qədər deyilməmiş bir söz deyirəm: Bilin ki, o, tək gözdür. Allah tək göz deyildir".
(«Camiul usul», 10/356, hədis: 2848.)

İbn Macənin "Sünən", İbn Xüzeymənin "Səhih" və əl-Hakimin "Müstədrək" əsərlərində Əbu Umamədən Peyğəmbərin (sav) bu hədisi verilir: "Ey insanlar! Yer üzündə bu cür fitnə-fəsad olmamışdır. Allahın Adəm zürriyyətini əkməsindən bəri ən böyük fitnə Dəccala məxsusdur. İzzət və Cəlalətli Allah elə bir peyğəmbər göndərməmişdir ki, o, öz ümmətini Dəccaldan çəkindirməsin. Mən peyğəmbərlərin sonuncusuyam, siz ümmətlərin sonuncususunuz. Şübhəsiz ki, o sizlərdən deyildir".
(«Səhihul Camiis sağir», 6/273)

Mahmud Qəhramanov



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə, 28.09.2012, 17:03 | Yazı # 30
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
QİYAMƏT GÜNÜNÜN BÖYÜK ƏLAMƏTLƏRİ (2-ci əlamət: DƏCCALIN FİTNƏSİ) İKİNCİ MƏSƏLƏ
İKİNCİ MƏSƏLƏ: Onun məsih dəccal adlandırılmasının sirri.İbn Kəsir deyir: "Dəccal ona görə məsih adlanır ki, onun bir gözü sürtülmüşdür, çəkilmişdir. Məsih Dəccal o şəxsdir ki, onun bir üzü sürtünmüş vəziyyətdədir. Onun nə gözü, nə də qaşı vardır. Məsih İsa əksinə, xəstəyə əlini sürtəndə, çəkəndə (məsh edəndə) bu xəstə Allahın izni ilə sağalırdı. Dəccal yalançıdır".
(Camiul usul". İbn Kəsir. 4/204. "Lisanun ərəb". Məsh maddəsi)

İbn Həcər deyir: "Ona Dəccal adı haqqı batillə örtdüyü üçün verilmişdir. Deyilir: Dəvəyə qətran dəcəl edildi, yəni örtüldü və ya üstünə çəkildi və yaxud qab qızılla örtüldü, qızıla çəkildi. İbn Düreyd demişdir: "Ona görə Dəccal adlanır ki, haqqı yalanla örtür, yer üzünü öz yalanı ilə örtür". («Fəth əl-Bari», 13/91).

Mahmud Qəhramanov



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə, 28.09.2012, 17:04 | Yazı # 31
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
QİYAMƏT GÜNÜNÜN BÖYÜK ƏLAMƏTLƏRİ (2-ci əlamət: DƏCCALIN FİTNƏSİ) ÜÇÜNCÜ MƏSƏLƏ
Dəccalın zahir olduğu dövrdə müsəlmanların vəziyyəti.

Dəccal zahir olana qədər müsəlmanlar öz şan-şöhrəti, qüvvət və əzəməti ilə seçiləcəklər. Onun zahir olunması, görünür bu qüvvət və əzəmətə üstün gəlmək məqsədini daşıyacaqdır. Bu dövrdə müsəlmanlar xaçpərəstlərin bir hissəsi ilə sülhə gələrək, birləşib birlikdə ümumi düşmənlə (rumluların qalan hissəsi) vuruşacaq və qalib gələcəklər.

Bundan sonra müsəlmanlarla xaçpərəstlər arasında müharibə olacaqdır. Əbu Davudun hədisində deyilir: "Peyğəmbər (sav) deyirdi: "Rumlularla sülhə gələcəksiniz və siz birlikdə arxanızda olan düşmənlə vuruşacaqsınız. Qalib gələcəksiniz, qənimət ələ keçirəcəksiniz, sülhə gələcəksiniz və döyüşdən qayıdandan sonra ara qarışacaq. Təpəyə çıxan bir xristian xaçı qaldırıb deyəcək: "Xaç qalib gəldi!". Müsəlmanlardan biri qəzəblənib xaçı vurub salacaqdır. Bundan sonra rumlular çəkilib qanlı döyüşə hazırlaşacaqlar". Bəziləri əlavə edib deyirlər: "Müsəlmanlar silaha əl atacaqlar və qətlə yetiriləcəklər. Allah bu dəstəyə şəhidlik kəraməti bəxş edəcəkdir".
(«Mişkatul məsabih», 3/18. Sayı 5428. Əl-Əlbaninin fikrincə səhih hədisdir, Əbu Davud 2/425)

Sən müsəlmanların həmən vaxt güc və qüdrətindən xəbərdarsan. Onlar hərbi yürüşlərə çıxır, qələbə çalır, qənimət ələ keçirib sağ-salamat öz evlərinə qayıdırlar. Onların öz dininə bağlılığından da xəbərdarsan. Buna görə də bir xristian xaçını qaldırıb müsəlmanlarla birlikdə əldə edilən qələbənin bu xaçın sayəsində mümkün olduğunu iddia etdikdə bir müsəlman öz dininin qeyrətini çəkərək xaçı vurub sındırır. Bu mövqeydə yerləşən bir dəstə müsəlman silaha sarılmağa məcbur olur, az saylı olsalar da rumlularla vuruşurlar. Peyğəmbər (sav) onların şəhid olması barədə şəhadət verir, Allahın onlara bu kəraməti bəxş etdiyini bildirir. Bu rumluların xəyanəti idi. Bundan sonra baş verən hadisələr qanlı döyüşə səbəb olur.

QANLI DÖYÜŞ (MƏLHƏMƏ). KONSTANTİNOPOLUN FƏTHİ
Məlhəmə (qanlı döyüş) - müsəlmanlarla xristianlar arasında baş verən son dərəcə böyük və dəhşətli bir döyüşdür. Peyğəmbərin hədisləri göstərir ki, rumlular axır zamanda sayca ən böyük millət olacaqlar. Əhmədin "Müsnəd" və Müslimin "Səhih" əsərlərində Peyğəmbərin (sav) bu hədisi verilir: "Son saat baş verəndə rumlular sayca ən çox olacaqlar".
(Sahihul Cami əs-sağir", 3/51)

Bu döyüşün səbəbi yuxarıdakı hədisdə bəhs edilən hadisədir. Bu döyüşdən, onun dəhşətlərindən, bu döyüş ərzində müsəlmanların səbrindən, dözümündən bəhs edən hədislər çoxdur. Son qələbə müsəlmanların olacaqdır. Qeyd edilmişdir ki, müsəlmanların sıralarında İslamı qəbul edən və sədaqətli bəndə olan çox saylı keçmiş xristianlar da vardır. Müslimin "Səhih" əsərində Əbu Hüreyrənin bu hədisi verilir: "Rəsulullah (sav) demişdir: "Son saat, rumlular Əhmaq və ya Dəbiqə (Suriyanın Hələb şəhərinin ətraflarına) çatmayınca baş verməyəcəkdir. Mədinədən onlara qarşı bir ordu çıxacaqdır. Bu orduda o dövrün ən yaxşı adamları toplaşacaqdır. Ordular düzüləndə rumlular deyəcəklər: "Qoyun biz, bizi söyənlərlə döyüşək". Müsəlmanlar: "Yox, Allaha and olsun ki, qardaşlarımızı sizinlə tək qoymarıq" - deyib onlarla vuruşacaqlar. Onların üçdə biri məğlub ediləcək, amma Allaha tövbə etməzlər. Allahın dərgahında ən yaxşı şəhidlərdən də üçdə biri qətlə yetiriləcəkdir. Yerdə qalan üçdə biri qalib gələcək və Konstantinopolu fəth edəcəkdir. (Bu fateh Məhəmmədin fəthindən başqa bir fəthdir). Müsəlmanların qənimətləri bölüşdürməklə başları qarışacaq, qılınclarını zeytun ağacından asacaqlar. Bu zaman Şeytan deyəcək: "Məsih özünü sizin evinizə və ailənizə xələf etmişdir". Onlar aldanıb geri çəkiləcəklər. Onlar Şama gəlib çatanda rumlular döyüşə hazırlaşacaqlar. Namaza duranda İsa bin Məryəm (sav) nazil olacaq və imamın arxasında olacaqdır. Allahın düşməni duz suda əridiyi kimi əriyib yox olacaqdır. Əriməsə də məhv olacaqdır. Allah onu İsanın əli ilə öldürəcəkdir. Məsih Dəccalı İsa bin Məryəm nizə ilə öldürəcəkdir".
(Müslim. "Fitnələr" kitabı. Konstantinopolun fəthi fəsli, 18/17, hədis: 2897)
Rəsulullah (sav) başqa bir hədisdə də bu döyüşün dəhşətlərindən, müsəlmanların sıralarında döyüşən fədailərdən danışır. "…o zaman çox şiddətli bir döyüş baş verəcəkdir. Müsəlmanlar bu döyüşdə ya qələbə, ya da ki, ölüm şərtini qoyacaqlar. Gecə düşənə qədər döyüşəcəklər. Hər iki tərəfdən ölənlər olacaqdır. Heç kəs qalib olmayacaqdır. Qələbə şərti itəcəkdir. Bundan sonra müsəlmanlar ölüm şərtini irəli sürəcəklər. Döyüş yenidən qızışacaq və axşama kimi davam edəcəkdir. Yenə də qurbanlar olacaqdır. Qələbə isə hələ də qazanılmayacaqdır. Şərt yenə də itir. Dördüncü gün qalan müsəlmanlar da döyüşlərə qoşulacaqdır. Allah onlara da məğlubiyyət qismət edər. Çox şiddətli döyüş baş verər. Nəticədə çoxlu adam öldürülər. Belə döyüş nə görmüşdük, nə də ki, görürük. Quşlar cənazələri didərlər. Bir nəsildən 100 nəfər olar, yalnız biri qalar. Hansı qənimətə sevinəsən? Hansı mirası bölüşdürəsən?
Onlar bu halda ikən daha böyük bir bəla ilə üzləşərlər. Onlar hay-küy eşidərlər və görərlər ki, Dəccal onların övladlarının üstündədir. Onlar əllərində olanları atıb nərə çəkərək irəliyə onlarla atlıdan ibarət dəstələr göndərərlər. Peyğəmbər (sav) dedi: "Mən onların adlarını, atalarının adlarını, atlarının rəngini bilirəm. Onlar həmin gün yer üzünün ən yaxşı süvariləri olacaqlar və yaxud ən yaxşı süvarilərindəndirlər".
(Bu hədisi Abdulla bin Məsuddan Yəsir bin Cabir rəvayət etmişdir. Müslim "Səhih" əsəri. "Fitnələr" kitabı. 18/19-20, hədis: 2899)
1 - Alimlərin fikrincə bu şəhər, Rəsulullah (sav) onun adını çəkməsə də Konstantinopoldur. Lakin mənim fikrimcə bu şəhər, ola bilsin ki, İtaliyanın Venetsiya (Bunduqiyyə) şəhəridir. Bu şəhərdə evlərin böyük əksəriyyəti dənizin içində tikilmişdir, başqa hissəsi qurudadır. Mən hər iki şəhərdə olarkən, onları diqqətlə öyrənmişəm və belə bir nəticəyə gəlmişəm ki, Bunduqiyyə hədisdə deyilənə daha çox yaxındır. Haqqı Allah bilir. (Müəllifin qeydi).
2 - Şərhçi ən-Nəvəvi Müslimə (18/35) şərhində yazır: "Müslimin "Səhih" əsərinin bütün variantlarında İshaq övladları yəni əcəmlər deyilir. Lakin bir çoxlarının fikrincə, burada İsmayıl övladları (yəni ərəblər) nəzərdə tutulur. "Mən deyərdim ki, İnşaallah burada problem yoxdur. Bu bütün insanlara məxsusdur. Allah hakimiyyəti istədiyinə bəxş edir. Fateh Məhəmməd ən-Nəvəvidən, 300 il¬dən artıq bir müddətdən sonra Konstantinopolu fəth etdi. Onun əsgərlərinin böyük əksəriyyəti qeyri ərəblər idi. Belə bir hadisə təkrarlana bilər". (Müəllifin qeydi).

Mahmud Qəhramanov



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə, 28.09.2012, 17:05 | Yazı # 32
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
QİYAMƏT GÜNÜNÜN BÖYÜK ƏLAMƏTLƏRİ (2-ci əlamət: DƏCCALIN FİTNƏSİ) DÖRDÜNCÜ MƏSƏLƏ
Dəccal zahir olmazdan qabaq susuzluq və aclıq.

Dəccal zahir olmazdan bilavasitə qabaq insanlar böyük bir bəla ilə üzləşəcəklər. Göydən bir damcı yağış tökülməz, yerdə bir bitki belə göyərməz. İbn Macənin "Sünən"ində, İbn Xuzeymənin "Səhih"ində, əl-Hakimin "Mustədrək"ində Əbu Umamədən bu hədis verilir:

"Dəccal zahir olana qədər üç il çox ağır keçəcəkdir. İnsanlar bu vaxt çox şiddətli bir aclığa məruz qalacaqlar. Allah təalanın hökmü ilə səma birinci il öz yağışının üçdə birini batıracaqdır. İkinci il Allahın əmri ilə səma yağışının üçdə ikisini, yer isə bitkilərinin üçdə ikisini gizlədəcəkdir. Üçüncü il Allahın əmri ilə səma bütün yağışını, yer isə bütün bitkilərini gizlədəcəkdir. Nə bir damcı düşəcək, nə də bir göyərti göyərəcəkdir. Heç bir ev heyvanı sağ qalmayacaqdır. Hamı həlak olacaqdır. Yalnız Allahın istədikləri adamlar xilas olacaqdır". Soruşurlar: "İnsanları bu zaman nə yaşada bilər?". Peyğəmbər (sav) deyir: "Təhlil - La ilahə illəllahu; təkbir - Allahu əkbər; təhmid - əl həmdu lillahi. Bu onların yemək mükafatı olacaqdır".
(Sahihul camii": 6/277, hədis: 7752, Əhməd «Müsnəd», 6/75-76)

Mahmud Qəhramanov



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə, 28.09.2012, 17:05 | Yazı # 33
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
QİYAMƏT GÜNÜNÜN BÖYÜK ƏLAMƏTLƏRİ (2-ci əlamət: DƏCCALIN FİTNƏSİ) BEŞİNCİ MƏSƏLƏ
Dəccalın əlamətləri

Dəccal rübubiyyət (Allahlıq) iddiasındadır, onun batilliyini biruzə verən əməllər sahibidir. Bir adam onun yanına gəlib elə zənn edir ki, Dəccalın şəri ona təsir edə bilməz, onun batilliyi üzdədir. Lakin onunla qarşılaşanda aldanır və ona tabe olur. Əbu Davudun İmran bin Hüseynə səhih istinadlı hədisində deyilir: "Peyğəmbər (sav)demişdir: "Dəccal barədə eşidən, mütləq qaçacaqdır. Allaha and olsun, onun yanına gələn, onu mömin hesab edəcəkdir, onun ardınca gedəcəkdir. Yanına gələndə ona qarşı şübhə hissləri meydana gələcəkdir və yaxud o, şübhə doğuracaqdır".
("Camiul usul": 10/354, hədis: 7846, İbn Kəsir «Ən-Nəhayə, 1/82)

Dəccalın əməllərilə dərindən tanış olan onların batilliyini tez dərk edəcəkdir. O, rübubiyyət sifətlərindən məhrumdur. O, aciz, miskin bir insandır, bəşərdir. Öz bütün iddialarına və törətdiklərinə rəğmən yeyir, içir, yatır, sidik və nəcis ifraz edir. Belə keyfiyyətlərə malik bir miskin varlıq necə ibadət edilən Tanrı, varlığın Rəbbi ola bilər ki, onun özü İzzət və Cəlalət sahibindən asılıdır!!!
Bütün bunlarla yanaşı Peyğəmbərimiz (sav) bizə onun sifətləri, keyfiyyətləri, xarakterik əlamətləri barədə çox dəqiq məlumatlar çatdırmışdır ki, o möminlər ki, onların yaşadığı dövrdə Dəccal zahir olacaq, onu tanıya bilsinlər, ona qarşı çıxsınlar və şərinə uymasınlar.

ƏN ÜMUMİ ƏLAMƏTLƏR:

Peyğəmbər  çox müfəssəl və dəqiq şəkildə Dəccalın şəxsiyyətini və xarici görünüşünü təsvir edir. İmam əl-Buxarinin "Səhih" əsərində Abdulla bin Ömərə istinadən bu hədis verilir: "Peyğəmbər (sav) Dəccalı yuxuda görmüşdü. Onu belə təsvir edibdir: "İri bədənli adamdır, qırmızı rəngdədir, qıvrımsaçdır, tək gözlüdür, bir gözü elə bil qaralmış və içi açıq üzüm giləsidir.....
(əl-Buxari "Səhih", "Fitnələr" kitabı. Dəccalın zikri fəsli. «Fəth əl-Bari», 13/96)
Əhmədin "Müsnəd" və Əbu Davudun "Sünən" əsərlərində İbadə bin əs-Samitdən bu hədis verilir: "Peyğəmbər (sav) demişdir: "Mən sizə Dəccaldan danışıram ki, Məsih Dəccalın qısaboy adam olmasını fikirləşməyəsiniz. O, ayaqları əyri, qıvrımsaç, tək göz, kor bir şəxsdir. Göz olan yerdə nə bir çıxıntı, nə də ki, hədəqə vardır. Əgər siz məni düzgün başa düşdünüzsə, bilin ki, sizin Rəbbiniz tək göz deyildir. Siz dünyanızı dəyişmədən(yəni bu dünyada) öz Rəbbinizi görə bilməyəcəksiniz".
(Sahihul camii sağir". 2/318, hədis: 2455)

DƏCCALIN TƏKGÖZ OLMASI.

Peyğəmbər  Dəccalı təsvir edərkən onun tək gözlü olmasını xüsusilə qeyd edir. Çünki Dəccal öz başqa əlamətlərini gizlətsə də tək gözünü heç cürə gizlədə bilməz. İki göz hər kəsin ilk növbədə görə bildiyi bariz əlamətlərdir. Bu elə əlamətdir ki, onu gizlətmək olmur. Yuxarıdakı hədislərdə onun tək gözünə xas olan eyiblər barədə danışılmışdır. Ən aydın əlamət Dəccalın tək gözlü olmasıdır. Bəzi hədislərdə deyilir ki, sağ göz yoxdur, başqalarında sol gözün olmamasından danışılır. Çox güman ki, sağ göz kordur. İmam əl-Buxari və Müslimin hamının qəbul etdiyi hədislərində deyilir ki, Peyğəmbər  Dəccalı bir qaralmış, sönmüş ağaca bənzədir. Başqa bir hədisdə onun sağ gözünün əyri, domba olduğu deyilir, təzə mala çəkilmiş divara yapışmış bəlğəmə bənzədilir". İmam əl-Buxarinin "Səhih"ində Abdullah bin İmrandan bu hədis verilir: "Peyğəmbər (sav) Dəccal barədə demişdir: "Sağ gözü əyridir, elə bil ki, qaralmış və içi açıq üzüm giləsidir".
("Səhih" əl-Buxari, "Fitnələr" kitabı. Dəccalın zikri fəsli. «Fəthul bari» 13/96, Müslim "Fitnələr" kitabı. Dəccalın zikri 4/2247, 18/46.)
Əbu Əhməddən Səidin verdiyi hədis: "Sağ gözü kordur, dombadır. Onu gizlətmək olmur". Bununla belə yuxarıda verilən hədislərdə deyildiyi kimi, Dəccalın bir gözü olan yer dümdüzdür. Əl-Buxarinin "Səhih"ində deyilir: "Dəccalın gözü olan yer dümdüzdür".
(Fəth əl-Bari", 13/98)
Hədis alimi ən-Nəvəvi bütün bu rəvayətləri başqa bir səpkidə şərh edir. Onun fikrincə, Dəccalın hər iki gözünün əyri olması fikrini irəli sürən hədislər səhihdirlər. Əyrilik sözünün dildə mənası eyibli olmaq deməkdir. Dəccalın hər iki gözü eyiblidir. Bəzi hədislərdə sağ gözün, digərlərində isə sol gözün əyriliyindən danışılır. Həmçinin deyilir ki, onlardan biri sönmüşdür, yəni kordur, işıqsızdır, o birisi isə dombalmışdır. Bir gözünün işığı olsa da eyiblidir, o birisinin isə işığı yoxdur. Biri domba olsa da, o biri batıqdır, üstü dümdüzdür. Bu əlamətlər zahiri və ən bariz olanlardır. Dəccalın gözü batıqdır, üstündə iyrənc bir çıxıntı vardır.(Müslim. "Səhih". "Fitnələr" kitabı 18/47, hədis: 2934) Bu qəliz çıxıntı iyrənc dəridir. Əl-Əsməyi də demişdir: "Gözün kənarında bir parça dəri vardır".
Peyğəmbər (sav) Dəccalın görən gözünü belə təsvir edir: "Dəccalın gözü şüşə kimi yaşıl rəngdədir".
(Səhih istinadlı Əhməd və Əbu Nueymin hədisidir. «Silsilət əl-Əhadis əs-səhihə», 4/477, hədis: 1863)

İKİ GÖZÜNÜN ARASINDA KAFİR YAZILMIŞDIR.

Dəccalın, həmçinin başqa bir aydın əlaməti də vardır ki, Allah bununla onu bütün möminlərə tanıdır. Yalnız Allahın kor etdiyi şəxslər bunu görə bilmirlər. Bu əlamət iki gözün arasında yazılmış "K", "F" və "R" hərfləridir. (Yəni kafir). İmam əlBuxarinin "Səhih"ində Ənəsin hədisi verilir: "Peyğəmbər (sav) demişdir: "Elə bir peyğəmbər yoxdur ki, öz ümmətini əyri göz yalançıdan çəkindirməsin. O, tək gözlüdür, sizin Rəbbiniz isə tək gözlü deyildir. İki gözünün arasında kafir sözü yazılmışdır".
(əl-Buxari, "Səhih". "Fitnələr" kitabı. Dəccalın zikri fəsli. «Fəth əl-Bari», 13/97, 7131 saylı hədis)
Müslimin "Səhih" əsərində də oxşar hədis verilir. Lakin bu hədisdə deyilir: "İki gözünün arasında k.f.r. yazılmışdır".
(Müslim "Səhih" Fitnələr kitabı. Dəccalın zikri fəsli. 18/47, hədis: 2933)
İbn Xuzeymənin "Səhih", İbn Macənin "Sünən" və əl-Hakimin "Müstədrək" əsərlərində Əbu Umaməyə istinadla verilən səhih hədisdə deyilir: "İki gözünün arasında kafir yazılmışdır. Ona nifrət edən bunu oxuya bilir və ya hər bir mömin bunu oxuyur".
(Müslim. Fitnələr kitabı. İbn Səyyadın zikri fəsli. 18/37)
Bütün tədqiqatların nəticələri budur ki, səhih olanı - bunu ən-Nəvəvi (Allah təala ona rəhmət eləsin) deyir: "Bu yazı tamamilə aydındır, bu həqiqi bir yazıdır. Onu Allah təala Dəccalın küfrünü, yalançılığını və batilliyini göstərən aydın bir əlamət, bariz bir ayə etmişdir. Bu yazını Allah hər bir savadlı və savadsız müsəlmana bildirir, onun əzabından və fitnə-fəsadından onları çəkindirir. Bu danılmaz bir həqiqətdir.

O SONSUZDUR (ÖVLADI OLMUR).

Peyğəmbər (sav) bildirir ki, Dəccal sonsuzdur, övladı olmur. Müslim "Səhih" əsərində bu hədisi verir.

Mahmud Qəhramanov



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə, 28.09.2012, 17:06 | Yazı # 34
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
QİYAMƏT GÜNÜNÜN BÖYÜK ƏLAMƏTLƏRİ (2-ci əlamət: DƏCCALIN FİTNƏSİ) ALTINCI MƏSƏLƏ
Dəccalın rübubiyyət çağırımının batil olması barədə

Dəccala məxsus bu sifətlər tam naqisdirlər. Bu zəif və naqis məxluq necə rübubiyyət iddiasında ola bilər? O iddia edir ki, insanların Rəbbidir. İnsanların Rəbbini bu dünyada gözlə görmək olmaz. Peyğəmbər (sav) deyir: "Bilin ki, sizdən heç kəs ölənə kimi belə öz Rəbbini görə bilməz".
(Müslim "Səhih". Fitnələr kitabı 18/37)

Bundan əlavə o normal məxluq deyildir. Onun çoxsaylı eyibləri vardır ki, onları gizlətmək olmaz. Bunlardan biri də onun tək gözlü olmasıdır. Bu barədə Peyğəmbər (sav) demişdir: "Allah sizdən gizlənmir, Allah tək göz deyildir". Bu zaman o, öz iki gözünü əli ilə göstərərək demişdir ki: Məsih Dəccalın sağ gözü kordur. Elə bil ki, sönmüş ocaqdır"
(əl-Buxari "Səhih", «Fəth əl-Bari», 13/96, 7123 saylı hədis)

Dəccalın ən bariz eyblərindən biri də hədislərdə göstərildiyi kimi onun əyri qıç olması, yəni iki ayağının və ya budunun birbirindən çox aralı olmasıdır. Deyirlər ki, onun ayaqları ortada bir-birinə yaxın, pəncələri bir-birindən uzaq qalır. Həmçinin deyirlər ki, o əyri qıçdır".
(«Fəth əl-Bari», 13/97)

İbn Ərəbi çox düzgün olaraq demişdir: "Dəccalın sifətlərində qeyd edilən müxtəlif növ nöqsanlar göstərir ki, o özünü bunlardan xilas etməyə qadir deyildir. O bu nöqsanlara malik olmağa məhkum edilmişdir".(«Fəth əl-Bari», 13/98) Elm sahibləri Dəccalın məqsədini tez başa düşür və onun çağırışının mahiyyətini dərk edirlər.

Mahmud Qəhramanov



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə, 28.09.2012, 17:07 | Yazı # 35
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
QİYAMƏT GÜNÜNÜN BÖYÜK ƏLAMƏTLƏRİ (2-ci əlamət: DƏCCALIN FİTNƏSİ) YEDDİNCİ MƏSƏLƏ
DƏCCALIN FITNƏ TÖRƏTMƏK IMKANLARI
Dəccal ilahilik (Üluhiyyət) iddiasındadır. O belə əməlləri törədə bilir ki, onlar insan nəfsində fitnə-fəsad doğura bilirlər.
1 - Yer üzünü sürətlə gəzməsi: Müslimin "Səhih" əsərində ən-Nəvvas bin Səmandan bu hədis verilir: "Peyğəmbərdən Dəccalın yer üzünü küləyin qovduğu yağış buludları kimi sürətlə dolaşması barədə soruşurlar. Peyğəmbər deyir ki, o, dünyanın bütün ölkələrində olacaq. Yalnız Məkkə və Mədinəyə girə bilməyəcəkdir”.
(Müslim "Səhih". Fitnələr kitabı. Dəccalın zikri fəsli: 18/50-57, hədis: 2937.)

Ənəsin hər iki "Səhih"də verilmiş hədisində deyilir: "Məkkə və Mədinədən başqa elə bir yer yoxdur ki, Dəccal orada olmasın"
(Səhih Camiis səğir". 5/99. Hədis: 5309)
Əbu Umamənin İbn Macədə, İbn Xüzeymədə və əl-Hakimdə verilən hədisində deyilir: "Yer üzündə elə bir məkan yoxdur ki, Dəc¬cal ora gəlməsin, orda zahir olmasın. Yalnız Məkkə və Mədinə istisnadır. Onun heç bir əlaltıları da bura gəlməzlər. Onları əli qılınclı mələklər qarşılayıb geri qaytaracaqlar".
(Səhih Camiis səğir": 6/275, hədis: 7752)
2 - Cənnəti (bağları) və odu: Dəccalın insanları aldatması vasitələrindən biri də onun cənnət və ya cəhənnəmə bənzər bəzi şeylərə malik olmasıdır. Belə ki, o, gur sulu və həm də gur atəşli (odlu) çaylara malikdir. Əslində bu heç də belə deyil, əksinədir, od həqiqətdə soyuq su, su isə isti oddur.
Müslimin "Səhih"ində Hüzeyfədən bu hədis verilir: "Peyğəmbər (sav)demişdir: Onun (yəni Dəccalın) cənnət və odu vardır. Odu cənnətdir, cənnəti oddur".
(Müslimin "Fitnələr" kitabı. Dəccalın zikri fəsli. 18/49, hədis: 2934)
Əl-Buxari və Müslimin "Səhih"lərində Hüzeyfədən başqa bir hədis də verilir: "Peyğəmbər (sav) Dəccal barədə demişdir: “Onun suyu və odu vardır. Odu soyuq sudur. Suyu oddur". Müslimin rəvayətində bu ifadə əlavə edilir: "O, öldürmür".
(əl-Buxari, "Fitnələr" kitabı. Dəccalın zikri fəsli. «Fəth əl-Bari», 13/97. Müslim, 18/49. hədis: 2934)
Müslimin "Səhih" əsərində Hüzeyfədən bu hədis verilir: "Peyğəmbər (sav)demişdir: "Mən Dəccal haqqında çox şey bilirəm. Onun iki çayı vardır. Birinin suyu gözə ağ rəngdə görünür. O birində gözə yanar od görünər. Lakin, həqiqəti bilən adam od kimi gördüyünə yaxınlaşar, başını əyib onun sərin suyundan içər".
(Müslim. Fitnələr kitabı, Dəccalın zikri fəsli.18/49, hədis: 2934)
Müslimin Hüzeyfədən verdiyi başqa bir hədisdə deyilir: "Dəccal üzə çıxanda oda və suya malik olur. Adamların su kimi gördüyü yanar oddur, od gördükləri isə sərin və şirin sudur".
(Müslim, Fitnələr kitabı. 18/49, hədis: 2935)
Mətnlərdən aydın olur ki, adamlar Dəccalın malik olduqları barədə həqiqəti bilmirlər. Onlar gördükləri həqiqi olan deyildir, onun əksidir. Buna görə də Müslimin "Səhih"indəki bəzi hədislərdə deyilir: "Onunla cənnət (bağlar) və od da olur. Onun cənnəti oddur".
(Müslim. Fitnələr kitabı. 18/49-50, hədis: 2936)
3 - Dəccalın şeytanlara kömək etmək üçün müraciət etməsi: Heç şübhəsiz Dəccal şeytanlara istinad edir. Məlumdur ki, şeytanlar yalnız son dərəcə yol azmış, pozğun və Allahdan qeyrisinə ibadət edən adamlara xidmət edirlər. İbn Macənin "Sünən", İbn Hüzeymənin "Səhih" və əl-Hakimin "Müstədrək" əsərlərində Əbu Umaməyə səhih istinadlı bu hədis verilir: "Rəsulullah (sav) demişdir: "Onun (Dəccalın) fitnələrindən biri də budur: O gəlib ərəbə deyəcəkdir: "Gördün ki, atanı və ananı dirildib yanına gətirdim. Şəhadət verirsənmi mən sənin rəbbinəm?" Ərəb deyəcək: "Bəli". Şeytan onun atası və anası surətində zahir olub deyəcəkdir: "Oğlum! Ona itaət et. O sənin rəbbindir".
(Səhihul Camiis səğir". 6/274. hədis: 77520)
4 - Allah təalanın onunla öz bəndələrini imtahana çəkdiyi fitnələrdən biri də budur ki, Dəccal əmr edəndə səmadan yağış yağır, yer üzü də göyərir. O, heyvanları çağıranda ona tabe olurlar, xərabələrə əmr edəndə ona cavab verib öz gizli xəzinələrini üzə çıxarır. Müslimin "Səhih"ində ən-Nəvvas bin Səmandan bu hədis verilir: "Peyğəmbər (sav) demişdir: "Millət içinə gəlib onlara müraciət edəcəkdir. Ona inanıb tabe olurlar. O, hətta səmaya əmr etdikdə yağış da yağdırır, yerə əmr etdikdə onda bitkilər göyərir. Onların mal-qarası bütünlüklə otlaqlara çıxır. Dəccal adamları özünə itaətə çağıracaq, onlar da buna razı olacaqlar. Bundan sonra o çıxıb gedir. Adamlar hər şeydən məhrum olurlar, var-dövlətləri əllərindən çıxır. Dəccal xərabələrin yanından keçəndə deyir: "Öz xəzinələrini çıxart. Xəzinələr arı şamları kimi onun qarşısında açılır".
(Müslim, "Səhih". "Fitnələr" kitabı. Dəccalın zikri fəsli, 18/50-57, hədis: 2937)
5 - Bir gənci öldürüb sonra diriltməsi: Onun fitnələrindən biri də budur: O möminlərdən birini öldürür və iddia edir ki, onu dirildəcəkdir. İmam əl-Buxarinin "Səhih" əsərində Əbu Səidin bu hədisi verilir: "Rəsulullah (sav) Dəccal haqqında uzun bir hədis demişdir. Bu hədisdə deyilir: "Dəccal bu tərəflərə gəlir, lakin ona Mədinəyə daxil olmaq haram olduğu üçün şəhərdən kənara tökülmüş peyinin üstündə oturacaq. Həmən gün çox hörmətli bir adam onun qarşısına çıxıb deyəcəkdir: "Mən şahidəm ki, Allah peyğəmbərinin bizə haqqında danışdığı sənsən. Dəccal deyəcək: "Siz heç görmüsünüz ki, bir adam öldürülsün, sonra da dirilsin? Siz buna şübhəmi edirsiniz? Adam: "Yox" cavabı verir. O, o adamı öldürür və sonra dirildir. Həmin mömin adam deyir ki, Allaha and olsun, mən səni çox yaxşı tanıyırdım. Bu gün səni lap yaxşı tanıdım". Dəccal istəyir ki, onu da öldürüb diriltsin. Lakin mömin adam buna imkan vermir".
(əl-Buxari. Fitnələr kitabı. «Fəth əl-Bari», 13/101, Müslim, 18/57-58, hədis: 2937)
Müslim Əbu Səid əl-Xudridən bu hədisi verir: "Dəccal zahir olur, onu bir mömin kişi qarşılayır. Bu kişinin qarşısını kəsən Dəccalın silahlı gözətçiləri ona deyirlər: "Nə istəyirsən?" Kişi deyir ki: "Bu gələn adamı görmək istəyirəm". Gözətçilər soruşurlar: "Yoxsa bizim rəbbimizə iman gətirmisən?". Kişi deyir: "Bizim Rəbbimiz aşkardır". Gözətçilərdən bəziləri deyir: "Onu öldürün!". Bəziləri isə deyir: "Axı, Məsih Dəccal deyib ki, mənsiz kimisə öldürmək qadağan edilmişdir". Mömin kişini Dəccalın hüzuruna gətirirlər. Mömin Dəccalı görən kimi deyir: "Camaat! Bu Peyğəmbərin bizə təsvir etmiş olduğu Məsih Dəccaldır". Dəccal qəzəblənir, əlini ona uzadır və deyir: "Onu aparın, döyün!" Onun sinəsinə, belinə, qarnına zərbələr endirirlər. Dəccal ondan soruşur: "Yoxsa, mənə iman gətirmirsən?" Kişi deyir: "Sən yalançı Məsihsən". Dəccal onu mişarla parçalamağı əmr edir. Mömini iki ayağının arasından təpəsinə qədər bölürlər. Bundan sonra Dəccal onun iki parçası arasında gəzərək ona deyir: "Qalx!" Kişi sağ-salamat qalxıb ayaq üstə durur. Dəccal bir də soruşur: "Mənə iman gətirirsənmi?". Mömin adam daha qətiyyətlə deyir: "Mən səni daha yaxşı tanıdım". Bundan sonra üzünü camaata çevirib deyir: "Camaat! Məndən sonra o heç kəslə bu əməli törədə bilməz". Dəccal onu tikə-tikə doğratdırır, onun başını kəsdirir. Onun tikələrini bir-bir oda atır. Bu od isə əslində cənnətdədir. Peyğəmbər (sav) bu mömin barədə demişdir: "Bu kişi Rəbbil aləminin yanında ən əzəmətli şəhiddir".

Mahmud Qəhramanov



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə, 28.09.2012, 17:07 | Yazı # 36
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
QİYAMƏT GÜNÜNÜN BÖYÜK ƏLAMƏTLƏRİ (DƏCCALIN YER ÜZƏRINDƏ MÖVCUDLUĞU MÜDDƏTI)
Səhabələr Rəsulullahdan (sav) Dəccalın yer üzündə qalma müddəti barədə soruşub deyirlər: "O nə qədər yerdə qalacaqdır?" Peyğəmbər (sav)belə cavab verir: "Qırx gün. Bir gün bir ilə, bir gün bir aya, bir gün bir həftəyə, başqa günlər isə adi günlərə bərabərdir". Səhabələr yenə soruşurlar: "Yə Rəsulullah! Həmən bir ilə bərabər gündə bir günlük namaz bəsdirmi?". O deyir: "Yox! Onun miqdarını müəyyən etməyin". Müslim bu hədisi öz "Səhih" əsərində və Əbu Davudun "Sünən" əsərində ən-Nəvvas bin Səmana istinadən verirlər.
(Müslim «Səhih», 18/50-57, 2937 saylı hədis)

Peyğəmbər (sa) səhabələrin bir günlük beş namazın bir il, bir ay və yaxud bir həftə kimi olan günlərə aid edilməsi barədə verilən sualın cavabından aydın olur ki, bu günlər həqiqətən bir il, bir ay və ya bir həftə olur. Bu realdır. Məcazi deyildir.

DƏCCALIN ZAHIR OLDUĞU YER
Dəccal şərqdə fars məmləkətlərində meydana gəlir. Bu yerə Xorasan deyilir. Ət-Tirmizinin, İbn Macənin, əl-Hakimin, Əhmədin və əz-Ziyanın Əbu Bəkr əs-Siddiqdən rəvayət etdikləri hədis: "Rəsulullah (sav) bizə deyirdi: "Dəccal şərq ölkəsində meydana gələcəkdir. Ora Xorasan deyilir. Abırsız və həyasını itirmiş adamlar ona qoşulacaqlar".
(«Silsilət əl-Əhadis əs-səhihə», 4/122, hədis: 1591. Əl-Hakim onu səhih hesab etmişdir, Ət-Tirmizi «Camiə», 6/495)
Dəccalın müsəlmanlara təsiri İraqla Şam sərhədinə gələndə göstəriləcəkdir. Müslimin "Səhih"ində ən-Nəvvas bin Səmanın bu hədisi verilir: "...O, Şamla İraq arasında yerləşən bir yerdə meydana gələcəkdir. Sağına da, soluna da öz fitnə-fəsadını yayacaqdır...".
(Müslim, "Səhih". "Fitnələr" kitabı. Dəccalın zikri fəsli. 18/50-57, hədis: 2937)

Dəccalın ardıcılları
Təkgöz və yalançı Məsih Dəccal yəhudilərin gözlədiyi hökmdardır ki, dünyanı idarə etməlidir. Əhmədin "Müsnəd" əsərində Osman bin Əbul Asdan bu hədisi verir: "Peyğəmbər (sav) demişdir: "Dəccala ən çox yəhudilər və qadınlar tabe olacaqlar".
(Əhməd "Müsnəd" 4/216-217)
Ənəs bin Ma¬likdən Müslim "Səhih"də bu hədisi verir: "Peyğəmbər (sav) demişdir: "İsfahan yəhudilərindən 70 min nəfəri Dəccala itaət edəcəklər. Onların əyinlərində yaşıl mantiyalar (plaşlar) olacaqdır".
(Müslim. "Fitnələr" kitabı. Dəccal barədə hədislər. 18/68, hədis: 2944)
Əbu Nueym qeyd edir ki, İsfahan kəndlərindən birində yəhudilər yaşadığı üçün ora "Yəhudiyyə" adlandırılırdı. Onlar burada Abbasi xəlifəsi Mehdi bin əl-Mənsur dövründə Misir əmiri Əyyub bin Ziyadın hakim olmasına qədər yaşamışlar. Sonradan burada müsəlmanlar yaşayırlar. Az miqdarda yəhudi qalmışdır. (Ən gözəl növlərin işıqları. 2/107).
Yəhudilərdə Dəccalın adı Məsih bin Davuddur. Onlar iddia edirlər ki, axır zamanda o, zühur edəcəkdir. Onun hakimiyyəti qurunu da, dənizləri də əhatə edəcəkdir. Çaylar da onun hökmü ilə axacaqdır. Onlar iddia edirlər ki, bu Allahın ayələrindən (hökmlərindən) biridir ki, hakimiyyəti yəhudilərə qaytarır. (Ən gözəl növlərin işıqları. 2/107). Yəhudilər bu iddiaları ilə yalan deyirlər. Bu yalan və zəlalət Məsihidir. Hidayət Məsihi isə Məryəm oğlu İsadır. O, yalançı Məsih Dəccalı və həmçinin onun əsasən yəhudilərdən ibarət olan ardıcıllarını qətlə yetirəcəkdir.

MƏDINƏ VƏ MƏKKƏNIN DƏCCALDAN QORUNMASI.
Dəccal Mədinə əl-Münəvvərəyə yönələcək. Lakin ora daxil ola bilməyəcək. Çünki Allah təala Məkkə və Mədinəni Dəccaldan və taundan qorumuş və onların mühafizəsini mələklərə tapşırmışdır. İmam əl-Buxari Əbu Hüreyrədən bu hədisi verir: "Mədinənin qapı larında mələklər durmuşlar. Ora nə taun, nə də Dəccal girə bilər".
(əl-Buxari, "Səhih". "Fitnələr" kitabı. Dəccalın Mədinəyə daxil olması fəsli. «Fəth əl-Bari», 13/96)
İmam əl-Buxari həmçinin Ənəsdən bu hədisi rəvayət edir: "Mədinəyə Məsihin qorxusu daxil ola bilməz. Həmən gün şəhərin yeddi qapısı olacaq, hər qapıda iki mələk duracaqdır".
(əl-Buxari "Səhih". "Fitnələr" kitabı. Dəccalın zikri fəsli. «Fəth əl-Bari», 13/96)
Ət-Tirmizinin "Səhih" və Əhmədin "Müsnəd" əsərlərində Əbu Hüreyrənin bu hədisi verilir: "Məsih şərq tərəfdən gəlir, məqsədi Mədinəyə daxil olmaqdır. Uhudun arxa tərəfinə çatanda mələklər ona arxadan çatacaqlar və üzünə zərbə endirəcəklər. Ona Şama çatana qədər də zərbə vurulacaq. Orada qətlə yetiriləcəkdir, orada öldürüləcəkdir"(«Silsilət əl-Əhadis əs-səhihə», 4/372, hədis: 1771)Ət-Tirmizi demişdir: "Səhih hədisdir".
Müslimin və əl-Buxarinin "Səhih" əsərlərində Ənəsdən bu hədis verilir: "Rəsulullah (sav) demişdir: "Elə bir yer yoxdur ki, Dəccal ora gəlməsin. Elə bir qapı yoxdur, orada mələklər gözətçi olsunlar. Dəccal quru bir yerdə oturacaqdır. O, Mədinə əhalisini üç dəfə qorxudacaqdır. Bu zaman bütün kafir və münafiqlər Dəccalın görüşünə gedəcəkdir".
(Səhihul Camii, 5/99, hədis: 5306)
İbn Macənin "Sünən", İbn Xuzeymənin "Səhih" və əl-Hakimin "Müstədrək" əsərlərində Əbu İmamənin bu hədisi verilir: "Peyğəmbər (sav) demişdir: "Yer üzündə elə bir yer yoxdur ki, Dəccal orada olmasın. Yalnız Məkkə və Mədinədən başqa. Elə bir şəhər qapısı yoxdur ki, onda mələklər əldə qılınc dursunlar. Dəccal Məkkə və Mədinə arasında dayanacaqdır. Üç dəfə Mədinə əhalisinə təsir etməyə çalışacaqdır. Onun görüşünə yalnız münafiq kişi və qadınlar gedəcəklər. Hər hansı bir xəbis olan bu şəhərdən uzaqdır. O gün nicat günü adlanacaqdır". Soruşurlar: "Həmən gün ərəblər harada olacaqdır?". Deyir: "Onlar sayca çox az olacaqdır...".
(«Səhih əl-camiis sağir», 6/275, hədis: 7753)

Mahmud Qəhramanov



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə, 28.09.2012, 17:08 | Yazı # 37
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
DƏCCALDAN XILAS OLMANIN YOLU
Möhkəm əqidəli və özünə tamamilə inanan müsəlman belə Dəccalın yanına gəlməkdən çəkinməlidir. Çünki necə olursa olsun, onun iman gücünü titrədə biləcək şübhələr meydana gələ bilər.
Səhih hədislərdə deyilir ki: "Kəhf surəsinin ilk on ayəsini bilən şəxs Dəccalın fitnəsindən məsumdur".

Əbu Davudun "Sünən" əsərində İmran bin Hüseyndən bu səhih istinadlı hədis verilir: "Peyğəmbər (sav) demişdir: "Dəccal barədə eşidən ondan uzaq olmalıdır. Vallahi, özünü mömin hesab edən adam belə onunla görüşəndə ona itaət edir, qəlbinə şübhə toxumları səpilir və ya onda şübhələr meydana gəlir".
(Camiul usul: 10/354; hədis: 7846, İbn Kəsir «Ən-Nihayə» 1/82)
Ona müqavimət göstərməyib onunla üz-üzə gəlməkdən qaçmaq da pis olmazdı. Adamların çoxu həmən vaxt belə edirlər. Müslimin "Səhih"ində Ummü Şüreykdən bu hədis verilir: Mən Peyğəmbərin (sav) bu sözləri dediyini eşitmişəm: "Adamlar Dəccaldan dağlara qaçırlar".
(Müslim "Səhih". "Fitnələr" kitabı. Dəccal barədə hədislər fəsli: 18/68; hədis: 2945)
Mömin adam onunla üzləşmək məcburiyyətində qalsa əməlində möhkəm olmalı, haqqı müdafiə etməli, mübahisə aparmağı bacarmalıdır. Hədisdə deyilir: "O zahir olanda mən sizinlə olsam, sizinlə birgə onunla mübahisə edəcəyik. Əgər o zahir olsa və mən sizinlə olmasam, onunla özünüz mübahisə edin. Mən olmayanda Allah hər bir müsəlmanın üzərində xəlifəmdir". Rəsulullah (sav) Dəccal barədə bizə verdiyi biliklə bizim gözlərimizi açmışdır. Dəccal gözlə görünən bir varlıqdır. O yeyir, içir. Allah isə dünyada gözlə görünməzdir. Allah yemək və içməkdən münəzzəhdir (uzaqdır). Dəccal əyri gözdür. Hədisdə deyildiyi kimi, “Dəccal, başının tükləri qısa, qaralmış və içi görünən, üzüm giləsinə bənzər gözü olan, zahirən Əbdul Uzza bin Qutna oxşayan bir gəncdir".
(Müslim "Səhih". "Fitnələr" kitabı. Dəccalın zikri fəsli 18/50-57, hədis: 2937)
Belə bir adamın Üluhiyyət və Rübubiyyət iddiaları, heç şübhəsiz, yalandır, iftiradır. Peyğəmbər (sav) bizə əmr etmişdir ki, Dəccalı görüb tanıyanda Kəhf surəsinin ilk ayələrini oxuyaq. (Yuxarıda göstərilən mənbəə). Əbu Umamənin hədisi: "Onun fitnələrindən biri də budur ki, cənnətə və oda malikdir. Cənnət oddur".
(İbn Macə, ət-Tirmizi və əl-Hakim. Səhih istinadlıdır. Səhihul Camii: 6/674, hədis: 7752)
Səhih hədislərdə deyilir ki: "Kəhf surəsinin ilk on ayəsini bilən şəxs Dəccalın fitnəsindən məsumdur".
(İbn Kəsir "Ən-Nihayə", 1/86)
Bəzi hədislərdə Kəhf surəsinin ilk ayələri deyildiyi halda, digərlərində Kəhf surəsinin son ayələri deyilir. Bəzən deyirlər: "Nə üçün Kəhf surəsinin ilk və ya son ayələri Dəccaldan insanı qoruyur?" Bəzi alimlərin cavabı belədir: "Çünki Allah bu surənin əvvəlində bildirir ki, o bu şəxsləri (yəni ayələri oxuyanları) onları həlak etmək istəyən ən böyük tağutdan qorumuşdur. Deməli, bu ayələri oxuyan şəxs nicat tapır".
Həmçinin deyirlər: "Bu surənin ilk ayələri möcüzəlidir, onlar oxucunun qəlbini elə möhkəmlədir ki, o Dəccalın fitnəsinə aldanmır. Dəccalın dedikləri onu heyrətə salmır, ona təsir etmir, onu maraqlandırmır".
Müsəlmanın Dəccalın əlindən xilas olması yollarından biri də onun Məkkə və ya Mədinəyə gəlməsidir. Çünki Dəccal bu şəhərlərə girə bilməz. Rəsulullah (sav) bizə əməli saleh mömin bir kişinin necə Dəccalla üz-üzə gəlməsi, danmaması barədə danışmışdır. Həmçinin yuxarıda gətirdiyimiz hədislər də onun malik olduğu cənnət və odun həqiqi mahiyyəti də göstərilmişdir.
Dəccaldan xilas olmaq üçün bəndə Allah təalaya pənah aparmalı, ondan və onun fitnəsindən himayə diləməlidir. Peyğəmbərə (sav) aid mətnlərdə müsəlmana Dəccalın fitnəsindən qorunmaq üçün Allahdan kömək diləmək əmr olunur. İmam əl-Buxarinin "Səhih"ində Aişəyə istinadən bu hədis verilir: "Mən Rəsulullahın (sav) namaz vaxtı Dəccalın fitnəsindən qorunmaq üçün Allaha sığındığını eşitmişəm".
(əl-Buxari. "Səhih", "Fitnələr" kitabı. Dəccalın zikri fəsli. «Fəth əl-Bari», 13/97, 7129 saylı hədis)
Peyğəmbər (sav) həmişə təşəhhüddən sonra Dəccalın fitnəsindən Allaha sığınardı: "Allahummə, mən cəhənnəm əzabından, qəbr əzabından, dirilik və ölmənin fitnəsindən və Məsih Dəccalın fitnəsindən qorunmaq üçün Sənə sığınıram".
(əl-Buxari. "Səhih", 13/97. Cənazələr kitabı. Müslim. "Səhih")

Mahmud Qəhramanov



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə, 28.09.2012, 17:09 | Yazı # 38
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
TƏMIM ƏD-DARININ DƏCCAL BARƏDƏ SÖHBƏTI
Müslim öz "Səhih" əsərində əd-Dəhhak bin Qeysin bacısı Fati-mə bint Qeysdən bu hədisi verir:

"Mən Peyğəmbər (sav) müəzzininin camatı namaza dəvət etdiyini eşitdim. Məscidə getdim. Rəsulullahla birgə namaz qıldıq. Mən camaatın arxasında durmuş qadınlar sırasında idim. Rəsulullah (sav) namazı bitirdikdən sonra minbərdə oturdu və gülə-gülə dedi: "Hər adama onun namaz yeri lazımdır. Bilirsiniz sizi nə üçün yığmışam? Dedilər: "Allah və Onun rəsulu daha yaxşı bilir". Peyğəmbər (sav) dedi: "Allaha and olsun, mən sizi nə istəklə, nə də qorxudan yığmışam. Təmim əd-Dari xristian idi. Gəlib beyət etdi, müsəlman oldu. Mənə bir hədis danışdı. Məsih Dəccal haqqında. Ona oxşar hədisi sizə danışmışam". Hədis belədir: "Bir dəfə Təmim əd-Dari otuz nəfər adamla gəmidə üzürdü. Bir ay bərk dalğalar oldu. Sonra onlar şimal tərəfdə bir adaya yaxınlaşdılar. Gəmidəki qayıqlara minib adaya çıxdılar. Onların qarşısına tüklü iyrənc bir heyvan çıxdı. Tükün çoxluğundan heyvanın nə qabağı, nə də dal tərəfi görünmürdü. Ondan soruşdular: "Sən nəsən?" O deyir: "Mən Cəssasayam". Deyirlər: "Cəssasa nədir?" O deyir: "Ey camaat! Siz bir bu monastırdakı adama baxın. O sizdən bir məlumat gözləyir". Bu heyvan bizə tərəf gələndə onun şeytan olmasından qorxaraq geri çəkildik. Tələsə-tələsə monastıra girdik. Burada biz heç vaxt görmədiyimiz çox nəhəng görkəmə malik bir adam gördük. Əlləri boynuna bağlanmışdı. Dizlərindən pəncələrinə qədər iri dəmir parçası asılmışdı. Biz soruşduq: "Sən kimsən?" O dedi: "Mənim barəmdə eşitmişsiniz. Bəs siz kimsiniz?" Biz dedik ki, ərəblərik və gəmiyə minib, üzürdük. Birdən bərk dalğalar başladı, bir ay bizi dənizdə oynatdı və axırda sənin qaldığın bu adaya gətirib çıxartdı. Qayıqlara minib adaya çıxdıq. Bizi çox tüklü eybəcər bir heyvan qarşıladı. Tükün çoxluğundan nə qabağı, nə də dalı görünür. Biz soruşduq ki, sən kimsən? Dedi ki, mən cəssasayam. Biz soruşduq ki, cəssasa nə deməkdir? Bizə dedi ki, monastırda olan bu adamın yanına gedin. O sizdən xəbər gözləyir. Tələsik sənin yanına gəldik. Ondan çəkinirik. Ola bilsin, o şeytandır". Kişi bizə dedi: "Mənə Beysan (Fələstində şəhər) xurmaları barədə danışın!" Biz soruşduq ki, nədən danışaq: Kişi dedi: "Mən bu yerin xurmaları barədə soruşuram: Onlar bəhər verirlərmi?" Dedik: "Bəli". Kişi bizə dedi: "Az qalıb ki, onlar bəhərdən düşsünlər. İndi də mənə Təbəriyə gölündən danışın (Fələstində şirin su gölüdür)". Biz soruşduq: "Onun nəyindən danışaq?" Kişi soruşdu: "Suyu çoxdurmu?" Dedik ki, bəli suyu çoxdur. Kişi dedi: "Onun suyunun qurumasına az qalır. İndi də mənə Eyn Zuğər barədə danışın (Suriyada kiçik şəhərdir)". Biz dedik ki, onun nəyindən danışaq? Kişi soruşdu: "Orda bulaq varmı? Əhali əkinlərini bulaq suyu ilə suvarırmı?" Biz dedik ki, bəli bu bulağın suyu gurdur. Əhali onun suyu ilə əkinləri suvarır. Kişi daha sonra soruşdu: "İndi də mənə savadsızların peyğəmbəri barədə danışın". Biz dedik: "O Məkkədən çıxıb Yəsribə nazil olub". O soruşdu: "Ərəblər onunla vuruşdularmı?" Dedik ki, bəli vuruşdular. O soruşdu: "O nə etdi?" Biz bilirdik ki, ərəblərin bəziləri ona itaət etmişlər. Kişi dedi: "Bu doğrudan da belədir?" Biz dedik ki, bu doğrudur. O dedi: "Onlar öz itaətləri ilə çox xeyrə çatmışlar. İndi özüm barədə danışım: Mən Məsihəm. İcazə alıb zühur etməyimə az qalıb. Gəlib yer üzünü gəzəcəyəm. Qırx gün ərzində hər yerdə olacağam. Yalnız Məkkə və Taybədən (Mədinədən) başqa. Onların hər ikisinə daxil olmaq mənə haramdır. Hər dəfə bu şəhərlərin birinə daxil olmaq istəyəndə qarşıma əlində siyrilmiş qılınc tutmuş mələk çıxacaq və məni geri qaytaracaqdır. Bu şəhərlərin qapılarının hər birini bu cür mələklər qoruyur".
Peyğəmbər (sav) əlindəki əsanı minbərə vura-vura dedi: "Bura Taybədir, bu Taybədir, bura Taybədir, yəni Mədinədir. Məgər mən sizə bu barədə danış¬mamışdım?" Camaat dedi ki, bəli. Peyğəmbər (sav) dedi: "Təmimin bu hədisi mənim çox xoşuma gəldi. Bu mənim sizə Dəccal və habelə Mədinə və Məkkə barədə dediklərimə uyğun gəlir. Bu dəniz ya Şam dənizi, ya da ki, Yəmən dənizidir. Ola bilsin şərqdədir. Yox, şərqdədir, şərqdədir". Əlini də şərqə uzatdı. Mən Rəsulullahdan (sav) bu hədisi yadda saxladım".
(Müslim "Səhih", 18/63-67, Hədis: 2942)

Mahmud Qəhramanov



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Cümə, 28.09.2012, 17:09 | Yazı # 39
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
QİYAMƏT GÜNÜNÜN BÖYÜK ƏLAMƏTLƏRİ (İSA BİN MƏRYƏMİN YER ÜZÜNƏ NAZİL OLMASI)
Əl-Haqq təbarəkə və təala bildirir ki, yəhudilər İsa bin Məryəmi öldürməmişlər. Onların bu yalançı iddialarına yalnız xristianlar inanmışlar. Həqiqətən də İsa öldürülməmişdir. Allah onlarda belə bir təsəvvür yaratmış, özünü isə səmaya qaldırmışdı: «(Onların lənətə düçar olmalarının bir səbəbi də:) "Biz, Allahın elçisi Məryəm oğlu İsa əl-Məsihi öldürdük", - demələridir. Halbuki onlar İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlarda yalnız belə bir təsəvvür yarandı. Bu haqlı ixtilafda olanlar onun (şəxsən öldürülməsi) barəsində, əbəttə, şəkk-şübhə içərisindədirlər. Onların buna dair heç bir mə’lumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə onu (İsanı) öldürməmişdilər» (ən-Nisa, 157) və «Xeyr, Allah onu Öz dərgahına qaldırmışdır. Şübhəsiz, Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!» (ən-Nisa, 158).

Haqq təala öz kitabında göstərir ki, İsa axır zamanda yerə enəcəkdir. Onun yerə enməsi son saatın tamam olması vaxtına dəlalət edir: «Şübhəsiz ki, o, (İsanın zühuru) qiyamət saatı üçün bir əlamətdir. Ona (qiyamətə) şəkk etməyin və Mənə tabe olun. Bu, doğru yoldur!» (əz-Zuxruf, 61). Həmçinin, bildirilir ki, möminlər bu gün İsaya iman gətirəcəklər: «Kitab əhlindən (yəhudilərdən və xaçpərəstlərdən) elə bir kəs olmaz ki, ölümündən əvvəl (can verdiyi zaman) ona (İsaya) iman gətirməsin, lakin o, (İsa) qiyamət günündə onların (kitab əhlinin) əleyhinə şəhadət verəcəkdir» (ən-Nisa, 159).
Bu mətnlərin təfsilatı Peyğəmbər  sünnəsində verilir. Rəsulullah (sav) bildirir ki, Dəccalın fitnə-fəsadı şiddətləndikdə, möminlərin vəziyyəti ağırlaşacaqdır və Allah təala öz qulu və elçisi İsanı (Ona Allahın salamı olsun), yerə göndərəcəkdir. O, Dəməşq şəhərində ağ minarənin yanında nazil olacqdır. Rəsulullah (sav) demişdir: "Məryəm oğlu İsa ağ minarənin yanında, Dəməşqin şərq tərəfində nazil olacaqdır".(1)
Rəsulullah (sav) nüzul vaxtı onun vəziyyətini bizə təsvir etmişdir. Əbu Davudun «Sünən» əsərində Əbu Hureyrədən (a.r.) verilən səhih hədisdə deyilir: "Rəsulullah (sav) demişdir: “Mənimlə İsa arasında peyğəmbər yoxdur. O, nazil olacaqdır. Onu görsəniz tanıyacaqsınız. Orta boylu, ağ, xoş sifət bir adamdır. Əynində mumassara (açıq ağ rəngli paltar) nazil olacaqdır, başına su dəyməsə də yaş kimi görünəcəkdir”.(2)

BİRİNCİ MƏSƏLƏ:
ONUN YERƏ ENMƏSI VAXTI
İsa (Ona salam olsun!) müsəlman döyüşçüləri fəcr (sübh) namazına qabaqda imam olmaqla duracaqları vaxt nazil olacaqdır. Bu imam geri çəkilib İsadan imam olmağı tələb edəcəkdir. O isə buna razı olmayacaqdır. Hədisdə deyilir: "Onların (yəni İslam ordusunun) imamı əməli saleh mömin bir kişidir. Sübh vaxtı bu imam irəli çıxıb namaza başladıqda Məryəm oğlu İsa yerə enəcəkdir. Bu imam geri çəkilib yerini ona verəcəkdir. İsa əlini onun çiyninə qoyub deyəcəkdir: "Keç yerinə, namazını qıl!".(3)
Bu hadisə müsəlmanların Dəccalla müharibəyə hazırlaşdıqları vaxta təsadüf edir. Əbu Hureyrənin Müslimdə verilən hədisində deyilir: "Onlar döyüşə hazırlaşdıqları, öz sıralarını nizamladıqları və namaza durduqları vaxt İsa bin Məryəm nazil olacaq və onlara başçılıq edəcəkdir". "İman kitabı" adlı əsərdə bu hədis aşağıdakı mətndə verilir: "İsa bin Məryəmin nazil olub sizə başçılıq etməsinə necə baxırsınız?".(4)
Burada "başçılıq etmək" sözü namazda imamlıq mənasında deyilir. Yuxarıdakı hədisdən gördük ki, İsa namazda imam olmağı qəbul etmədi. O, namazı təşkil edən imamı yerinə qaytardı. Əbu Hureyrənin hədisinə bənzər bir başqa hədisi əl-Buxari və Müslim verirlər: "Peyğəmbər (sav) demişdir: "Siz İsa bin Məryəmin aranıza nazil olmasına və özünüzün imamınızın da qalmasına necə baxırsınız?".(5)
Müslimin "Səhih"ində Cabir bin Abdulladan bu hədis verilir: "Mən Rəsulullahdan (sav) bu sözləri eşitmişəm: “Mənim ümmətimdən bir tayfa qiyamət gününə qədər haqq yolunda vuruşmaqdadır. İsa bin Məryəm nazil olacaqdır, onların başçıları deyəcəkdir: "Gəl bizim imamımız ol. İsa deyəcəkdir: "Yox. Siz özünüz özünüzə başçısınız. Bu, Allahın bu millətə bəxş etdiyi kəramətdir”.(6)

İKİNCİ MƏSƏLƏ:
İSA YERƏ ENƏNDƏN SONRA NƏ ILƏ IDARƏ EDƏCƏKDIR?
Yuxarıdakı mətnlər aydın şəkildə göstərir ki, həmin imam bu millətin içindən çıxanlardandır. Hədisdə İsa bin Məryəmin bu millətə başçı olması haqqında irəli sürülən fikir onun namaz vaxtı imam (başçı, qabaqda duran) olması deyildir. Bu əslində onun Allah təbarəkə və təalanın Kitabı ilə hökm etməsi, yəni İzzət və Cəlalət sahibi Allahın Kitabını rəhbər tutaraq başçı (imam) olması deməkdir. Əbu Hureyrənin Müslimdə verilən hədisində deyilir: "Siz Məryəm oğlunun aranıza nazil olmasına və sizə başçılıq etməsinə necə baxırsınız?" Hədis rəvayətçilərindən olan İbn Əbu Zib onun barədə hədis söyləyən əl-Valid bin Müslimə demişdir: "Bilirsənmi "Sizə başçılıq etməsi" nə deməkdir?" əl-Valid deyir: "De, bilim". İbn Əbu Zəib deyir: "Sizə Allah təbarəkə və təalanın Kitabı və Peyğəmbərimizin (sav) sünnəsi ilə başçılıq etməsi" deməkdir.(7)
İsa bin Məryəmin namazda imamlığa razı olmaması onun bizim Peyğəmbərə (sav) tabe olaraq İncillə deyil, Quranla hökm etmək üçün gəldiyini göstərir. Belə ki, Quran şəriəti özündən əvvəlki başqa şəriətləri ləğv edir. Allah təala bütün peyğəmbərlərdən Məhəmmədə (sav) iman gətirmək, əgər dirilsələr ona itaət etmək barədə əhd almışdır. Allah peyğəmbərlərdən: «(Ey kitab əhli!) O vaxtı yadınıza gətirin ki, Allah peyğəmbərlərdən: "Sizə verdiyim kitab və hikmətdən sonra, sizdə olanı təsdiq edən bir peyğəmbər gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz", - deyə əhd almış və onlara: "Bunu təsdiq edib, ağır olan əhdimi qəbul etdinizmi? - demişdi. Onlar da: "Təsdiq etdik!" - deyə cavab vermişdilər. (Bu zaman) Allah: "Elə isə (bir-birinizə) şahid olun! Mən də sizinlə bərabər şahidlərdənəm", - deyə buyurmuşdu! Bundan (bu təsdiqdən) sonra üz döndərən kəslər fasiqlərdir (böyük günah sahibləridir)» (Ali İmran, 81-82).
İsa bizim Peyğəmbərimizə (sav) tabe olaraq nazil olur, Quran şəriətini tamamilə qəbul edir. Buna görə də o həmən o əməli saleh kişinin arxasında namaza durur. Bu müsəlman ümməti üçün böyük fəxrdir. Əbu Səidin Peyğəmbərdən (sav) belə bir səhih hədisi vardır: "Arxasında İsa bin Məryəmin namaz qıldığı adam bizdəndir". Bu hədisi Əbu Nəim "əl-Mehdi" kitabında verir.(8)
İsanın yerə enməsi barədə yalançı iddialarla çıxış edib bu hadisənin "Məndən sonra peyğəmbər yoxdur" deyən Peyğəmbərimizin (sav) sözlərinə zidd olması və bununla da Rəsulullahın (sav) şəriətini ləğv etməsi kimi yanlış fikirlər irəli sürənlərə cavab olaraq ən-Nəvəvi deyir: "Bu çox yanlış bir istidlaldır (arqumentdir). İsanın (Ona salam olsun) enməsi heç də bir peyğəmbər kimi gəlib bizim şəriətimizi ləğv etməsi demək deyildir. Nə hədislərdə, nə də başqa mənbələrdə bu barədə bir şey deyilir. O ədalətin hakimiyyətini bərpa etmək üçün gəlir. Bizim şəriətimizlə hökm edir, insanların unutduqları şəriətimizin hökmlərini bərpa edir" (ən-Nəvəvinin Müslimə şərhi).

ÜÇÜNCÜ MƏSƏLƏ:
İSANIN DƏCCALI MƏHV ETMƏSI
İsanın yer üzündə gördüyü ilk iş Dəccalla qarşı-qarşıya durmaqdır. Yerə endikdən sonra İsa Beytül-müqəddəsə (Qüdsə) gedir. Burada Dəccal bir dəstə müsəlmanı mühasirədə saxlayırdı. İsa onlara qapını açmağı əmr edir. İbn Macənin «Sünən», İbn Xüzeymənin "Səhih" və əl-Hakimin "Müstədrək" əsərlərində Əbu İmaməyə istinadən verilən hədis belədir: "Peyğəmbər (sav) demişdir: "Ora gedib çatanda İsa dedi: "Qapını açın!" Qapını açırlar. Qapının arxasında Dəccal görünür, onun əli altında 70 min əlində bəzəkli qılınc tutmuş və dəbilqə geymiş yəhudi döyüşçüsü var idi. Dəccal İsaya baxanda duz suda əridiyi kimi əriyir və qaçıb aradan çıxmaq istəyir. İsa onu şəhərin şərqi Lud qapısında yaxalayır. Onu qətlə yetirir, Allah yəhudiləri məğlub edir...".(9)
Müslimin "Səhih"ində Əbu Hüreyrədən bu hədis verilir: "Peyğəmbər (sav) İsanın nazil olması və möminlərlə namaz qılması barədə danışıb demişdir: "Allahın düşməni onu görəndə duz suda əridiyi kimi əriyir, əriyib qurtarmasa da qətlə yetiriləcəkdir. Lakin Allah onu İsanın əli ilə öldürür. İsa nizəsinin ucunda Dəccalın qanını hamıya göstərir".(10)
Dəccalın əriməsinin səbəbi Allahın İsanın nəfsinə spesifik bir qoxu bəxş etməsindədir. Belə ki, bu qoxunu hiss edən kafir o dəqiqə məhv olur. Müslimin "Səhih"ində ən-Nəvvas bin Səmandan Peyğəmbərin (sav) uzun bir hədisi verilir. Bu hədisdə xüsusilə deyilir: "...Belə olduğu halda əgər Allah Məsih Məryəm oğlu İsanı göndərəndə o, Dəməşqin şərqindəki ağ minarənin yanında əynində üstünə boya və zəfəran sürtülmüş paltar, əllərini iki mələyin qanadları üstünə qoymuş halda yerə enəcəkdir. O, başını aşağı salanda saçlarının işıltısı görünürdü, qaldıranda elə bil saçlarından mirvari kimi su damcılayırdı. Onun nəfəsinin ətrini duyan kafir o dəqiqə ölürdü. Onun nəfəsinin ətri nəzərinin çatdığı yerdə qurtarırdı. Belə ki, o, Dəccalı məhz Lud qapısının yanında görüb məhv etdi, bundan sonra İsanın yanına Allahın Dəccaldan qorumuş olduğu ilk tayfa gələcəkdir. İsa cənnətin dərəcələri barədə onlarla söhbət aparacaqdır...".(11)
İsanın Dəccalı öz əcəli ilə ölməyə qoymamasının səbəbi bu məx¬luq haqqında əfsanəyə və onun fitnə-fəsadına son qoymaq istəyi olmuşdur. Belə ki, əgər insanlar onun qətlə yetirilməsini və ölməsinin şahidi olsalar onun zəifliyini, məğlubiyyətini yəqin edəcək, onun çağırışının yalan və böhtan olduğuna inanacaqlar.

DÖRDÜNCÜ MƏSƏLƏ:
DƏCCALI ÖLDÜRƏNDƏN SONRA ISANIN VƏZIFƏSI VƏ YƏCUC VƏ MƏCUCUN MƏHV EDILMƏSI
İsa Dəccala və onun fitnəsinə son qoyur. Onun dövründə Yəcuc və Məcuc meydana gəlir. Aşağıda bu mövzuda danışılacaqdır. Onlar Yer üzündə böyük fitnə-fəsad törədirlər. İsa Rəbbinə dua edir, O da cavab verir. Bu tayfalar həlak olur, onlardan bir nəfər belə qalmır. Bundan sonra İsa gəlişinin əsas məqsədi olan ən böyük vəzifəni yerinə yetirməyə başlayır. Bu, İslam şəriətini tətbiq etməkdən, zərərli hökmlərin və təhrif edilmiş dinlərin kökünü kəsməkdən ibarətdir. İmam əl-Buxari və Müslimin "Səhih"lərində Əbu Hüreyrədən bu hədis verilir: "Peyğəmbər (sav)demişdir: "Allaha and olsun, Məryəm oğlunun nazil olub üzərinizdə hökm etməsi, xaçları sındırması, donuzları öldürməsi, müharibələr aparıb çoxlu qənimət əldə etməsi gününə az qalıbdır. Ona qarşı heç kəs çıxmaz. Bircə dəfə səcdə dünyadan, onun bütün sərvətindən daha üstün olacaqdır".(12)

İnsanlar İsanı görəndə onların qəlbi yəqinlik nuru ilə işıqlanacaq və bu səbəbdən də onlar üçün bircə dəfə səcdədə olmaq dünyaya dəyər. Çünki onlar son saatın çatdığını tam yəqinliklə dərk edirlər.
Müslimin Əbu Hüreyrədən verdiyi hədisdə deyilir: "Vallahi, Məryəmin oğlu ədalətli bir hakim kimi nazil. Donuzu öldürəcək, cizyə (can) vergisini ləğv edəcəkdir, müsəlman bir daha sıxıntı duymaz, kin-küdurət, qarşılıqlı nifrət və həsəd hissini keçirtməzlər. Heç kəs mal-dövlətə olan çağırışlara uymaz".(13)
Müslimin "Səhih" əsərinin Fitnələr kitabında ən-Nəvvas bin Səmanın Dəccalın meydana gəlməsi, İsanın nazil olması, Yəcuc və Məcucun zahir olması və sonda Rəsulullahın (sav) İsanın çətin anda öz Rəbbinə duasının zikri barədə geniş hədisi verilir. Hədisdə deyilir: "Sonra Allahın peyğəmbəri İsa öz əshabələri ilə yerə enirlər. Onlar yer üzündə elə bir nöqtə tapmırlar ki, oranı Allah düşmənlərinin iyi və üfunəti bürüməsin. Allahın peyğəmbəri və onun əshabələri Allaha üz tuturlar. Allah onlara bir quş göndərir. Onun qanadları dəvə boynu kimi uzundur. Onlar bu quşa minirlər və Allahın buyurduğu yerlərə gedirlər. Bundan sonra Allah bərk yağış yağdırır. Yer üzü bütünlüklə təmizlənir, qadın üzü kimi tərtəmiz olur. Sonra Yerə deyir: "Məhsullarını yetişdir, bərəkətini qaytar". Həmən gün bir nar bütün camaata bəs edəcəkdir. Bir dəvənin südü çox saylı adama, bir inəyin südü isə bir qəbiləyə, bir qoyunun südü bütöv bir ailəyə bəs edəcəkdir".(14)

BEŞİNCİ MƏSƏLƏ:
İSA HAQQINDA MƏTNLƏRDƏN ÇIXAN NƏTICƏLƏR
1 - İsanın (Ona salam olsun) axır zamanda nazil olmasına heç bir şübhə yoxdur. Peyğəmbərin (sav) bu barədə kifayət sayda hədisləri vardır. İsanın nazil olmasını təkzib edən Peyğəmbəri (sav) təkzib etmiş olur. Peyğəmbər (sav) hədisi həqiqətdir. Yalan olmaz. Qurani-Kərimdə də İsanın yerə enməsindən bir neçə yerdə danışılır: «Kitab əhlindən (yəhudilərdən və xaçpərəstlərdən) elə bir kəs olmaz ki, ölümündən əvvəl (can verdiyi zaman) ona (İsaya) iman gətirməsin, lakin o, (İsa) qiyamət günündə onların (kitab əhlinin) əleyhinə şəhadət verəcəkdir» (ən-Nisa, 159).
Peyğəmbər (sav) İsa ilə görüşənlərə ona salam çatdırmağı tapşırmışdır. İmam ən-Nisai «Sünən» əsərində Əbu Hüreyrəyə səhih istinadla bu hədisi verir: "Rəsulullah (sav)demişdir: "Sizdən kim Məryəm oğlu İsa ilə görüşsə məndən ona salam yetirməlidir".
2 - İsa Quran şəriəti ilə hökm etmək üçün gəlir. Bu məsələ və onu sübut edən dəlillər barədə biz artıq danışmışıq.
3 - O bütün dinlərə son qoyur, yalnız İslamı qəbul edir. Buna görə də o, xaçları sındırır. Xaç təhrif olunmuş xristianlığın rəmzidir. İslamın haram etdiyi donuzları öldürür, cizyə (can) vergisini ləğv edir. Yəhudi və xristianlardan cizyə qəbul etmir.
Əbu Hüreyrənin Əbu Davudda verilən səhih istinadlı hədisində deyilir: "İslama qarşı çıxanlarla vuruşur, xaçları sındırır, donuzları öldürür, cizyəni ləğv edir. Onun dövründə Allah müsəlmanlardan başqa qalan millətləri məhv edəcəkdir".(15)

4 - O zaman ümumi rifahın, sülh və əmin-amanlığın bərqərar olması. Mətnlər bizə həmən vaxt hər yeri bürüyən böyük bərəkət, bolluq, əmin-amanlıq barədə məlumat verirlər. Bu Allah təalanın həmin günlərdə Öz sadiq bəndələrinə bəxş etdiyi nemətdir. Həmçinin, mətnlərdən aydın olur ki, insanlar bir-birilə ədavəti, nifrət, qəzəb və paxıllıq hisslərini unudub Allah təbarəkə və təalanın kəlamı ilə vəhdətdə olacaqlar. Bu barədə Əbu İmamədən İbn Macədə, İbn Xuzeymədə və əl-Hakimdə səhih istinadlı hədisdə danışılır: "Peyğəmbər (sav) demişdir: "İsa bin Məryəm mənim ümmətimin arasında ədalətli hakim, sadiq imam olacaq, xaçı sındıracaq, donuzu öldürəcək, cizyəni ləğv edəcəkdir. Adamlar ruzi dalınca qaçmayacaqlar. İnsanlar bir-birinə kin və küdurət, həsəd və paxıllıqdan azad olacaqlar, ilan və əqrəbin də zəhəri yox olacaq. Hətta uşaq əlini ilanın ağzına qoya biləcək və ona zərər toxunmayacaqdır. Kiçik uşaq şirə qalib gələ bilir. Canavar qoyunla elə davranacaqdır ki, elə bil itdir. Yer üzü sülh ilə dolacaq, necə qab su ilə dolur. Vahid bir söz olacaqdır. Yalnız Allaha ibadət ediləcəkdir. Müharibəyə son qoyulacaqdır. Qureyş öz hakimiyyətindən məhrum olacaqdır. Yer üzü gümüş kimi olacaq, onda Adəm dövrünün bitkiləri bitəcəkdir. Bir adam bir gilə üzümlə doyacaqdır. Bir nahar çoxlu adama bəs olacaqdır. Bir öküz çox az qiymətə, at isə bir-neçə dirhəmə olacaqdır".(16)

ALTINCI MƏSƏLƏ:
MƏSIHDƏN SONRA XOŞBƏXT HƏYAT
Mətnlərdə bu dövrdə təsvir edilmiş həyat bəşər tarixində ən xoşbəxt bir həyatdır. İnsanlar bu vaxt xeyir-bərəkət, əmin-amanlıq və səadət içində yaşayırlar. Onlar mövcud bütün nemətlərdən istifadə edə bilirlər. Hədis: "Məsihdən (İsadan) sonra yaşamaq üçün çox gözəl imkan olacaqdır. Səmadan gur yağışlar yağacaq, Yer üzü yaşıllığa bürünəcəkdir. Boş bir yerə bir toxum atdıqda tezliklə göyərəcəkdir. İnsan qorxu bilmədən və zərər görmədən şirlə yanaşı duracaq, ilanı əli ilə tutacaqdır. Nə kin-küdurət, nə həsəd və paxıllıq, nə də ədavət olacaqdır".(17)

YEDDİNCİ MƏSƏLƏ:
İSANIN YER ÜZÜNDƏ QALMA MÜDDƏTI
İsa Yer üzündə qırx il qalacaqdır. Bu Əbu Davudun «Sünən» əsərində Əbu Hüreyrədən verilən hədisdə sübut edilir: "O, Yer üzündə qırx il qalacaq, sonra vəfat edəcəkdir. Müsəlmanlar onun cənazə namazını qılacaqlar".(18)
İsa bu vaxt İslam şəriəti ilə hökm edəcək, müsəlman qibləsinə üz tutub namaz qılacaqdır. Onun Yerə endiyi vaxt əməli saleh müsəlman kişinin arxasında durub namaz qılması barədə səhih hədislər vermişik. Həmçinin, sübut edilir ki, o, Kəbəyə həcc ziyarətinə gedəcəkdir. Müslimin "Səhih" və Əhmədin "Müsnəd" əsərlərində Əbu Hüreyrədən verilən səhih hədis: "Rəsulullah (sav) demişdir: "Allaha and olsun, Məryəmin oğlu Rəvha vadisində həcc və ümrə ziyarətini etmək üçün görünəcəkdir"(19)
Rəvha Məkkə ilə Mədinə arasında bir yerdir. Məkkə yolunda Mədinədən qırx yaxud otuz altı və ya otuz mil aralıda yerləşir". (Parlaq nurların parıltısı: 2/113).

SƏKKİZİNCİ MƏSƏLƏ:
İSANI MÜŞAIYƏT EDƏNLƏRIN ÜSTÜNLÜYÜ
Əhmədin "Müsnəd" və ən-Nisa"inin «Sünən» əsərlərində Saubana istinadən bu hədis verilir: Peyğəmbər (sav) demişdir: "Mənim ümmətimdən iki dəstəni Allah Oddan xilas etmişdir: Hindistana yürüş edən dəstə və bir də Məryəm oğlu İsa ilə olan dəstə".(20)

1.Səhihul-Camiissəğir: 6/361, hədis: 8025 Şeyx Nasirəddin əl-Əlbaninin fikrincə səhih istinadlı hədisdir.
2. Səhihul Camiis-səğir. 5/90. hədis: 5265.
3.İbn Macə, İbn Xuzeym. Səhih istinadlıdır. Camius səğir: 6/227.
4. Müslim. Fitnələr kitabı. Konstantinopolun fəthi fəsli: 18/17-18, hədis: 2897; İman kitabı, Məryəm oğlu İsanın nazil olması fəsli.2/163; hədis: 155.
5. əl-Buxari. Peyğəmbər hədisləri kitabı. İsanın nazil olması fəsli. «Fəth əl-Bari» 6/566); Müslim "Səhih". İman kitabı: 2/163, hədis: 155.
6.Müslim. İman kitabı. İsanın nazil olması fəsli: 2/166, hədis: 156
7.Müslim "Səhih" İman kitabı. İsanın enməsi fəsli. 2/193, hədis: 156.
8.Səhihul-Camiis-səğir, 5/219; hədis: 5796.
9.Səhihul-Camiis-sağir: 6/275, hədis: 7752.
10.Müslim "Səhih". Fitnələr kitabı. Konstantinopolun fəthi fəsli. 18/17-18, hədis: 2897.
11.Müslim "Səhih". Fitnələr kitabı, Dəccalın zikri fəsli. 18/50-57, hədis: 2937.
12. əl-Buxari "Səhih". Peyğəmbərlərin hədisləri kitabı. İsa bin Məryəmin nazil olması fəsli. «Fəth əl-Bari», 6/566. əl-Buxari. Zalim kitabı. Xaçların sındırılması fəsli. «Fəth 13.əl-Bari», 5/121. Beyətlər kitabı. Donuzların qətli fəsli. «Fəth əl-Bari», 4/414. 14.Müslim. İman kitabı İsanın nazil olması fəsli. 2/163, hədis: 155.
15.Müslim. İman kitabı. İsanın nazil olması fəsli. 2/163, hədis: 155.
16. Müslim "Səhih". Fitnələr kitabı. Dəccalın zikri fəsli: 18/50-57, hədis: 2937.
17.Səhihul-Camii: 5/90, hədis: 5265.
18.Səhihul-cami əs-sağir: 6/276, hədis: 7752.
19.Səhih hədisdir. Əbu Bəkr əl-Ənbari, əd-Deyləmi və əz-Ziya Əbu Hüreyrəyə istinadən rəvayət etmişlər. «Silsilət əl-Əhadis əs-səhihə», 4/559, hədis: 1926.
20.Səhihul-camii: 5/90, hədis: 5265, İmam Əhməd «Müsnəd» 2/406, Əbu davud «Sünən» 11/304, 4314 saylı hədis.

Mahmud Qəhramanov



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə axşamı, 02.10.2012, 10:32 | Yazı # 40
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
QİYAMƏT GÜNÜNÜN BÖYÜK ƏLAMƏTLƏRİ (YƏCUC VƏ MƏCUCUN MEYDANA GƏLMƏSİ)
Allah-təala Kəhf surəsində buyurur ki, Zülqərneyn Yer üzünü gəzərkən iki dağ arasındakı Yerə çatır və dilini çox çətinliklə başa düşdüyü bir tayfa ilə rastlaşır. Onlar Yəcuc və Məcucun etdikləri zülmdən və vurduqları zərərdən şikayət edib onları bu adamların fəsadlarından himayə etmək üçün arada sədd qurmalarını xahiş etdilər. İsgəndər onların istədiyini yerinə yetirdi:

«Nəhayət, (sədd salmış olduğu Azərbaycandakı, yaxud Türküstanda Yəcud-Məcüc tayfaları yaşayan ərazidəki) iki dağ arasına gəlib çatdıqda onların ön tərəfindən az qala söz anlamayan (yaxud danışıqları çox çətin başa düşülən) bir tayfa gördü. Onlar (tərcüməçi vasitəsilə) dedilər: "Ey Zülqərneyn! Yəcuc-Məcuc (tayfaları) bu ərazidə fitnə-fasad törədirlər. Bizimlə onlar arasında bir sədd çəkmək üçün sənə müəyyən məbləğ (yaxud xərac) versək olarmı?" O (Zülqərneyn) dedi: "Rəbbimin mənə verdiyi (qüdrət və sərvət sizin mənə verəcəyiniz məbləğdən) daha yaxşıdır. Gəlin öz qüvvənizlə (bənna, fəhlə, dülgər və s.) mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd düzəldim! Mənə dəmir parçaları gətirin!" (Onlar gətirdilər). O (Zülqərneyn) iki dağın arasını (dəmir parçaları ilə doldurub) bərabərləşdirən kimi: "(Körükləri) üfürün!" - dedi. (Onlar körükləri üfürdülər). (Zülqərneyn dəmiri) od halına salınca: "Mənə ərimiş mis gətirin, onun üstünə tökün!" dedi. (Dəmir və mis bir-birinə qarışdı, ərimiş mis divarın dəliklərini doldurdu və beləliklə, möhkəm bir sədd əmələ gəldi). (Yəcuc-Məcuc tayfaları) artıq nə (səddi) aşa bildilər, nə də onu dəlib keçə bildilər. O (Zülqərneyn) dedi: "Bu (sədd) Rəbbimdən bəxş edilən bir mərhəmətdir. Rəbbimin təyin etdiyi vaxt (qiyamətə yaxın Yəcuc-Məcüc tayfalarının dünyanı bürüyəcəyi zaman) gəldikdə isə (Allah) onu yerlə yeksan (dümdüz) edəcəkdir. Rəbbimin və’di haqdır!". O gün (həddindən artıq çox olduqlarına görə) onları (yaxud bütün insanları başlı-başına) buraxarıq. Belə ki, onlar dalğalar kimi bir-birinə qarışarlar (heyrət onları bürüyər, özlərini itirib nə etdiklərini bilməzlər). Sur çalınan kimi onların (məxluqatın) hamısını bir yerə cəm edərik». (əl-Kəhf, 93-99).
Yəcuc və Məcuc çox saylı iki millətdir. Onlar Adəm (Ona salam olsun!) övladlarıdır. Hər iki səhih əsərlərində bu hədis verilir: "Allah təala Qiyamət günü deyir: "Ey Adəm!". Adəm deyir: "Sənin hüzurundayam, ya Rəbb!". Təala buyurur: "Cəhənnəmə heyətlər göndərirəm". Adəm soruşur: "Cəhənnəm heyətləri nədir?". Təala buyurur: "Hər min nəfərdən doqquz yüz doxsan doqquzu oda, biri isə cənnətə gedəcəkdir. Bu zaman kiçik böyüyəcək, doğulası hər kəs doğulacaqdır. Aranızda Yəcuc və Məcuc adlı iki millət vardır. Onlar yalnız sayca çoxdurlar".(Əl-Buxari «Səhih», 6/382, Hakim «Müsnədrək» 4/490)
Haqq təbarəkə və təala buyurur ki, Zülqərneynin düzəltdiyi sədd onların öz torpaqlarından xaric olmasına mane oldu: «(Yəcuc-Məcuc tayfaları) artıq nə (səddi) aşa bildilər, nə də onu dəlib keçə bildilər». (əl-Kəhf, 97). Bu sədd axır zamana qədər Allahın vədi yetişən günədək davam edəcəkdir. Bu zaman xaric olmaq icazəsi verilir, səddi aşıb insanlar arasına çıxırlar: «Rəbbimin təyin etdiyi vaxt (qiyamətə yaxın Yəcuc-Məcüc tayfalarının dünyanı bürüyəcəyi zaman) gəldikdə isə (Allah) onu yerlə yeksan (dümdüz) edəcəkdir. Rəbbimin və’di haqdır!". O gün (həddindən artıq çox olduqlarına görə) onları (yaxud bütün insanları başlı-başına) buraxarıq. Belə ki, onlar dalğalar kimi bir-birinə qarışarlar (heyrət onları bürüyər, özlərini itirib nə etdiklərini bilməzlər)». (əl-Kəhf, 99). Qiyamət günü yaxınlaşanda Sur çalınır: «Sur çalınan kimi onların (məxluqatın) hamısını bir yerə cəm edərik» (əl-Kəhf, 99). Başqa bir yerdə Haqq təala bildirir ki, səddə yol açılacaq və onlar oradan keçəcəklər: «Nəhayət, Yəcuc-Məcuc (səddinin) açılıb (dağılıb) onlar hər tərəfdən (alçaq və yüksək təpələrdən) sürətlə (məhşərə) axışdıqları zaman, Doğru vəd (qiyamət günü) yaxınlaşdıqda kafir olanların gözləri (dəhşətdən) dərhal bərəlib: "Vay halımıza! Biz (dünyada) bundan qafil idik. Xeyr, biz zalım olmuşuq (peyğəmbərlərin dediklərinə inanmamaqla zülm etmişik)!" – deyərlər». (əl-Ənbiya, 96-97). Bu axır zamanda baş verəcəkdir. Yəni Yer üzündə fitnə-fəsad törətməyə çalışacaqlar.
Yəcuc və Məcucun meydana gəlməsi belə təsvir edilir.
Peyğəmbər  bildirir ki, onun dövründə Yəcuc və Məcuc bəndində balaca bir deşik açılacaqdır. Bu deşik halqa şəklində, baş barmağı boyda və ya ondan bir qədər böyük olacaqdır. İmam əl-Buxarinin "Səhih"ində Cəhş qızı Zeynəbə istinadən deyilir: "Rəsulullah (sav) bir gün onun yanına gəlib çox narahat bir halda deyir: "Lə ilahə illəllah, vay ərəblərin halına, şər yaxınlaşır. Yəcuc və Məcuc bəndində bu boyda deşik açılmışdır". Baş barmağı ilə işarə barmağını bir həlqə şəklində birləşdirir. Zeynəb deyir: "Mən dedim: "Ya Rəsulullah! Bizim aramızda əməli salehlər də vardır, biz hamımız həlak olacağıq?". O dedi: "Bəli, əgər xəbislik artarsa!".
(əl-Buxari "Səhih". Fitnələr kitabı.Yəcuc və Məcuc.»Fəth əl-Bari», 13/106 və 6/381,«Səhih»Müslim, 18/2-4)
Onların meydana gəlməsi, İsa bin Məryəm qayıdıb Dəccalı məğlub edəndən sonraya təsadüf edir. Müslimin "Səhih"ində ən-Nəvvas bin Səmandan verilən uzun bir hədisdə deyilir: "Peyğəmbər  demişdir: "...Sonra Məryəm oğlu İsanın yanına Allahın Dəccaldan himayə etmiş olduğu bir tayfa gəlir. İsa onların üzünə əl sürtür, onlar isə Cənnətdə öz dərəcələrindən danışırlar: Allah təala İsaya vəhy edərək bildirir ki, Öz bəndələrimi üzə çıxartmışam, biri ilə döyüşmək gücündə deyillər. Onlar dağlara qalxmışlar. Allah Yəcuc və Məcucu göndərir. Onlar təpələri aşıb gəlirlər. Onların ilk dəstələri şirin sulu Təbəriyyə gölünə çatırlar. Onlar İsa və onun əshablarını mühasirəyə alırlar. Bu vaxt bir baş öküzün qiyməti sizin yüz dinarınızdan daha yaxşı olur. Allah peyğəmbəri İsa və onun əshablarının yalvarışı ilə Allah təala onların boynuna qurd salır və onlar zəifləyirlər. Yer üzündə elə bir yer olmur ki, bu tayfaların piyinin iyi oranı bürüməsin. İsa və əshablarının yalvarışı ilə Allah uzun boyunlu bir quş göndərir. Onlar bu quşa minib Allahın istədiyi yerə gedə bilirlər. Sonra Allah yağış göndərir, Yer təmizlənir. Yer üzü qadın kimi tər-təmiz olur...".(Müslim "Səhih". Fitnələr kitabı. Dəccalın zikri fəsli. 18/50-57, hədis: 2937)
Müslim bu hədisdən sonra yazır: "Əli bin Xucr əs-Sədi Abdulla bin Əbdürrəhman bin Yəzid bin Cabir və əl-Valid bin Müslimə istinad edərək bu rəvayəti danışır: Yuxarıda göstərilən hədisdə "Buranın suyu acı idi" sözlərindən sonra bunlar gəlir: "Onlar yollarına davam edib sıx ağaclı bir Xəmər dağına gəlib çıxırlar. Bu dağ Qüdsün yaxınlığındadır. Onlar deyirlər: "Yer üzündə olanları qətlə yetirdik. Gəlin indi səmada olanları öldürək. Öz oxlarını səmaya atırlar. Allah onların oxlarını qana batmış şəkildə geri qaytarır".İbn Hucrin rəvayətində, həmçinin, deyilir: "Mən öz bəndələrimi nazil etmişəm. Onlarla vuruşmağa heç kəs qadir deyildir".(Müslim. "Səhih". Fitnələr kitabı. Dəccalın zikri fəsli: 18/57, hədis: 2937)
Onlarla vuruşmağa heç kəsin qadir olmamasının səbəbi çoxsaylı olmalarıdır. Onların sayca çoxluğuna dəlalət budur ki, müsəlmanlar onları məhv etdikdən sonra yeddi il ərzində onların silahlarını yandırırlar. Ət-Tirmizinin «Sünən» əsərində yuxarıdakı rəvayətdə Müslimə istinadla deyilir: "Müsəlmanlar onların oxlarını, nizələrini və başqa silahlarını yeddi il ərzində yandırıb qurtaracaqlar". Bunu İbn Macə öz «Sünən» əsərində rəvayət etmişdir.(«Silsilət əl-Əhadis əs-səhihə», 4/579, hədis: 1940.)
Bu və bunlara oxşar başqa hədislər göstərir ki, bombalar və raketlərdən ibarət nəhəng qüvvə yaratmış bu nəhəng mədəniyyət bir gün məhv olub gedəcəkdir. Çox güman ki, bu mədəniyyət özü-özünü məhv edəcəkdir. Bəşəriyyət yenidən at üstündə, nizə, ox və başqa bu kimi silahlar işlətməklə müharibələr dövrünə qayıdacaqdır.
Ət-Tirmizinin və İbn Macənin «Sünən», İbn Hibbanın "Səhih", əl-Hakimin "Müstədrək" və Əhmədin "Müsnəd" əsərlərində Əbu Hü¬reyrədən bu hədis verilir: "Rəsulullah (sav) demişdir: "Yəcuc və Məcuc hər gün (səddi) qazırlar. Bu işi bir balaca günəş şüası görünənə qədər davam etdirərlər. Onların başçısı deyər: "Sabah qayıdıb yenə qazarıq!". Allah təala qazılmış yeri daha möhkəm bir şəkildə örtər. Nəhayət, onların vaxtı çatanda, Allah onları insanlar arasına göndərmək istəyəndə yenə qazıyırlar. Bu işi günəş şüası görünənə qədər davam etdirirlər. Onların başçıları deyir: "İnşaallah, Təala sabah qayıdıb yenə qazıyarıq!" Səhərisi onlar qazıntı yerinə qayıdanda görürlər ki, buranı dünən necə qoymuşdularsa, eləcə də qalmışdır. Oranı qazıyırlar və bundan sonra adamlar arasına çıxırlar. Suları qurudurlar. İnsanlar onlardan qalalarda özlərini qoruyurlar. Onlar öz oxlarını göyə atırlar. Oxlar onlara qana bulaşmış şəkildə qayıdır. Onlar deyirlər: "Yer üzünün sakinlərini məğlub etdik. İndi də Səma sakinlərinə üstün gələk. Allah onların boyunlarının ardına qurd göndərir. Bu qurd onları məhv edir, öldürür. Rəsulullah deyir: "Allaha and olsun, Yer üzünün heyvanları kökəlir. Öz ətlərinə görə şükr edirlər".
(Silsilət əl-Əhadis əs-səhihə», 4/313, hədis: 1735. Əl-Hakim deyib ki, səhih hədisdir. Əz-Zəhəbi və əl-Əlbani bu fikrə müvafiqdirlər.)
İbn Macənin «Sünən», İbn Hibbanın "Səhih", əl-Hakimin "Müstədrək" və Əhmədin "Müsnəd" əsərlərində Əbu Səid əl-Xudridən bu hədis verilir: "Mən Peyğəmbərdən (sav) eşitmişəm: "Yəcuc və Məcucun yolu açılır, onlar insanların arasına çıxırlar. Allah təala bu barədə buyurur: "Bütün təpələrdən axışıb gəlirlər (əl-Ənbiya: 36) və Yer üzünü basırlar. Müsəlmanlar onlardan qorunmaq üçün qaçırlar. Ev heyvanlarını da özləri ilə götürürlər. Yəcuc və Məcuc Yer üzünün bütün sularını içirlər. Hətta onlardan bəziləri çaydan keçəndə suyunu içib onu qurudurlar. Onlardan sonra bu çaydan keçənlər deyirlər: Buranın suyu acı idi. Şəhərlərə və qalalara sığınanlardan başqa Yer üzündə heç kəs qalmır. Onlar deyirlər ki, biz Yer sakinlərini qırıb qurtardıq. Qalıb səma sakinləri. Bundan sonra onlardan biri nizəsini səmaya çevirib hədələyərək onu atır. Nizə qana bulaşmış şəkildə bəla və fitnəyə cavab olaraq geri qayıdır. Onlar bu əməllərini davam etdirirlər. Allah təala çəyirtkəyə bənzər bir qurd göndərib onların boyunlarında otuzdurur. Onlar heç nə hiss etmədən həlak olurlar. Müsəlmanlar deyirlər: "Bir adam cürət edib bu düşmənin nələr etdiyinə baxmazmı?". Onlardan biri cürət edib bayıra çıxır. Hamı elə bilir ki, o da həlak oldu. Kişi baxıb görür ki, düşmənlər qətlə yetirilibdir, bir-birinin üstünə sərilib qalmışlar. O qışqırır: "Ey müsəlman mə"şəri! Muştuluq verin. Allah sizin düşməninizi məhv etdi". Onlar öz şəhər və qalalarından çıxırlar, heyvanları çölə buraxırlar. Onların ümidi yalnız bu heyvanların ətinə olur. Çünki Yer üzündə daha başqa heç nə qalmır".(«Silsilət əl-Əhadis əs-səhihə», 4/402, hədis: 1793)
Bu mətnlər Yəcuc və Məcucun sayca çoxluğunu və heç bir millətin onlara qarşı dura bilmədiklərini aydın şəkildə sübuta yetirir.

Mahmud Qəhramanov



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
Forum » İslam » Sual-cavab » Axirət Dünyası (Axirətdə Allahı görmək barəsində)
  • Страница 2 из 4
  • «
  • 1
  • 2
  • 3
  • 4
  • »
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru