[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Namaza başlarkən bütün keçən illərdəki qəzaları etmək vacib?
TeraneTarix: Cümə, 22.06.2012, 13:41 | Yazı # 1
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Allahın səlamı onun dininə layiqincə sarılanların üzərinə olsun. Bu gün müsəlmanları yaşadıqları keçmişi maraqlandırırsa, həqiqətən bu sevindiricidir. Çünki dinimiz 40-dan ve ya qocalma ərəfəsindən sonra başlayan din deyil ki, onu xüsusi bir vaxta saxlayaq. Belə bir narahatçılıq itirdiyimiz vaxt nemətinin nə qədər dəyərli olduğunu başa düşmək üçün hər birimizə kifayət edər. Bu nemətin fərqinə vardıqdan sonra isə ətrafımızda olan sevib, dəyər verdiyimiz insanların belə bir vaxt itkisinə yol verməmələrini tövsiyyə etməyimizə səbəb olmalıdır. Çünki " Müsəlman özü üçün istədiyini öz qardaşı üçün də istəyəndir". Düşünün Allah savab verməkdən usanmaz, biz isə gözəl əməllər işləməkdən yorularıq. Verdiyiniz sual ətrafında müxtəlif şəri hökmlər var. Yəni həqiqətən o yaşdan namazlarınızı qəza etməli olmasınız- deyənlər də var, digər məzhəbdə qəza etməsəniz də olar- deyilir, çünki o yaşda islam neməti ilə şərəflənmisiniz iddia edilir. Bu mənada müxtəlif görüşlərin şahidi ola bilərik. Amma dünya həyatında edilən ibadətləri hazırlaşdığımız imtahana bənzədin! Hansı ki bu dünyada əməl var hesab yoxdur, lakin digər dünyada isə hesab var əməl yoxdur ( Hz.Əli). Yəni bildiyiniz kimi imatahanda ən gözəl nəticə verən ona ən gözəl hazırlaşandır. Məhz bu düşüncə tərzi ilə itirmiş olduğunuz səvabları Allah rızası üçün bərpa edə bilərsiniz...
Bu seçim sərbəstdir ibadətdə məcburiyyət ola bilməz, bu artıq sizin seçiminizə bağlıdır. Qıldığınız namazların sünnətlərini qılaraq, yaxud qəza namazlarına qarşılıq hər gün qıldığınız namazla birlikdə bir də həmin namazdan qılmaqla belə bir əksikliyi istəsəniz aradan qaldıra bilərsiniz...
Bu sizin seçiminizdən, Allah qarşısındakı səmimiyyətinizdən və dininizə bağlılıqdan asılıdır. Amma bir şeyi yaddan çıxartmayın ki, siz ibadətləri artırmaqdan bezərsiniz ,amma, Allah Təala səvab verməkdən usanmaz. Yəni ibadətlərinizdə belə ifrata varmayın. Allah hər birimizi sevdiyi və seçdiyi qullarından etsin.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru