Terane | Tarix: Cümə, 22.06.2012, 13:35 | Yazı # 1 |
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
| Allahın salamı olsun onun abid qulları üzərinə. Dinimizin sütunu olan namaz gündə 5 vaxtda təyin olunaraq həyatımızın ən gözəl şəkildə planlayan, ölçüyə qoyan ilahi bir cədvəl kimidir. Həm səvab, həm fərziyyət, həm bərəkət, sağlamlıq həm də bir çox xeyir və faydaları yönündən. Gündə 5 dəfə dəstəmaz alaraq təmizlənmək günahları, maddi pislikləri apardığı kimi, mənəvi pislikləri də aparar. Dinimizn sütunu olan namaz da bütün bu xüsusiyyətləri özündə birləşdirdiyi üçün, ən nəzərə çarpan və müsəlmanların imani bağlılığını ən çox ifadə edən ibadət növüdür. Yəni aylarla oruc tutan, zəkatını verən və bir çox ibadətləri yerinə gətirən insanların dilindən eşitməsək, müsəlman olduqlarına hökm verə bilmərik. Məqsədimiz ibadətsiz müsəlmanları təkfir etmək deyil ,amma, ilk müsəlmanların yaşadığı dövrdə imanı gizlətmək lazım olduğuna görə namazlarda sübh, axşam və yatsı namazları səsli şəkildə qılınar, digər namazlar isə gizli şəkildə oxunardı. Səbəb müsəlmanların olduqca ehtiyatlı davranıb, müsəlmanlara təhlükə yaratmamaq idi. Şükürlər olsun artıq bizim belə bir dərdimiz yoxdur, başqa dərdlərimiz olsa da. Xülasə ona görə də namazların oxunuş şəkilləri fərz deyil ki, üzərinə hökm qoyulsun. Namazı qılanın özü eşidəcəyi şəkildə qiraətini edə bilməsi mümkündür. Sünnət ibadətləri nafilə hökmündədir. Demək olar ki, məzhəblərə görə bəzi vaxt bölümlərini çıxmaq şərti ilə nafilə ibadətləri günün istənilən vaxtında etmək olar. Buna görə də buraxılmış nafilə ibadət qəzası qılınmaz deyənlər də var, vaxtı çıxıbsa hökmü düşər deyənlər də var, amma sünnət ibadətlərin qılınma fərziyyəti yoxdur. Müsəlmanların Allahın rəhmətini və daha çox səvab qazanma yönündən əhəmmiyyətlidir. Ona görə də əgər digər namazın vaxtına mane olmursa, qılınarsa onu da qəzaya saxlamağa səbəb olacaqsa qılınmaya bilər. Yox əgər heç bir maneçiliyi yoxdursa səvabı artırmaq yönündən qılına bilər. Şübhəsiz hər şeyin ən doğrusunu aləmlərin rəbbi bilir.
انّا للہ و انّا الیہ راجعون Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
|
|
| |