[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Sual-cavab » Abu Zeyd-Rəcm ayəsi (Abu Zeyd-Rəcm ayəsi)
Abu Zeyd-Rəcm ayəsi
TeraneTarix: Bazar, 10.06.2012, 14:22 | Yazı # 1
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
Ehli_muslimTarix: Cümə axşamı, 03.01.2013, 00:59 | Yazı # 2
Qrup: İstifadəçi
Yazı: 16
Reputasiya: 0
Status: Saytda deyil
RECM ayesi haqda geniş məlumat;---Həzrəti Ömər – radiyallahu anhu – bunun Quranda endirilmiş bir ayə olduğunu səhabələrin qarşısında söylədiyi bir halda onlardan heç birinin onun bu sözünü inkar etməməsi bir daha isbat edir ki, həmin ayə Quranda daha əvvəl endirilmiş və sonra tilavəti nəsx olunmuş bir ayədir. İmam Muhyid-Din ən-Nəvəvi – rahiməhullah – bununla əlaqədar deyir:

“Bu, ləfzi nəsx olunmuş, lakin hökmü qalmış ayələrdəndir. Elə ayələr var ki, ləfzi deyil hökmü nəsx olunub və elə ayələr var ki, hər ikisi birlikdə nəsx olunub. Ləfzi nəsx olunan ayələr, cunublu olarkən oxumağın haram olması və buna bənzər hallara nisbətdə Quran hökmündə deyildir. Səhabələrin bu ayəni yazmağı tərk etməklərində nəsx olunmuş ayənin mushafda yazılmayacağına dair açıq-aşkar bir dəlil var. Ömərin minbər üstündə rəcm hökmünü elan etməsi və orada iştirak edən səhabələrin və başqalarının onun bu sözlərini inkar etmədən susmaqları rəcm ayəsinin sabit olmasına dəlildir.”[9]

Bu sözlərdən anlaşılır ki, səhabələrin onun sözünü inkar etməməkləri hamının eyni görüşdə olduğundan xəbər verir. Üstəlik diqqət etməliyik ki, bunu rəvayət edən Said bin əl-Museyyəb bu sözləri Həzrəti Ömərin sonuncu həccində dediyini qeyd edir. Quran isə artıq Əbu Bəkrin zamanında toplanmış halda idi. Səhabələr toplanmış Quranın üzərində icma etmişdilər və bunda heç bir şəkk yoxdur, bunu inkar edəcək heç bir səhih xəbər yoxdur.

Üləmadan bəziləri Həzrəti Ömərin sözünü bir kinayə olaraq qəbul ediblər. Onlara görə xəlifə Ömər ayənin tilavətinin nəsx olunduğunu təsdiqləmək üçün kinayə ilə bu cür demişdir. Alləmə Muhamməd bin Abdil-Hadi əs-Sindi – rahiməhullah - əl-Buxari’nin “əs-Səhih” əsərində yazdığı haşiyəsində deyir:

“Bunu anlamağın yolu onun “insanlar deyəcək olmasaydı...” sözlərini tilavətin nəsx olunması, onun insanlar arasında qərar tutması və şöhrət tapmasını isbat etmək mənasında bir kinayə olaraq qəbul etməkdir...bunun tilavəti nəsx olunmuş ayələri mushafa yazmağın, ora əlavə etməyin haramlığını ifadə etmək üçün istifadə olunmuş bir kinayə olması da muhtəməldir, çünki (mushafa əlavə etmək) insanların bu sözü deməklərinə, həmə tənə etməklərinə səbəbdir; yəni: “Mushafa əlavə etmək haram olmasaydı, (bu ayənin) haqq və sabit olduğunu qətiyyətlə bildiyim üçün onu mushafa yazardım.”[10]

Eynilə Alləmə əz-Zurqani əl-Maliki – rahiməhullah – bu sözlərin şərhində əz-Zərkaşi’nin qarşılaşdığı problemi nəql etdikdən sonra deyir:

“Görünür ki, Ömər sözlərdəki zahiri mənanı qəsd etmir. Onun sözlərindəki məqsəd sadəcə olaraq bir mübaləğədir və rəcmə əməl etməyə təşviq etmək məqsədi güdür, beləki ləfzi nəsx olunsa da ayənin mənası hələdə qalır. Çünki geniş fiqhə/anlayışa sahib olan Ömər kimi birinin ləfzi nəsx olunmasına baxmayaraq ayəni yazmağı caiz görməsi mümkün deyildir. Beləliklə ortada heç bir problem yoxdur.”[11]

Şübhəsiz ki, belə bir izah digər faktlar işığında əsaslı bir izah olaraq qəbul edilməlidir, çünki Quranın qorunulmasını Həzrəti Əbi Bəkrin – radiyallahu anhu – zamanında təklif edən də Ömərin özü idi. Əbu Bəkr – radiyallahu anhu –peyğəmbərin – salləllahu aleyhi va səlləm - Quranı toplamaması səbəbilə bu addımı atmaq istəmirdi, lakin Ömər onu bu mübarək əmələ iqna etdi. Nəticədə İslam və ümmət üçün edilmiş ən böyük əməllərdən birinə imza atdılar. Ömərin əsl halı bu idi, ona görə də dediyi həmin sözlərdə heç bir vəch ilə Qurana hər hansı bir şeyi əlavə etməyi qəsd etməsi mümkün deyildir. Bu ehtimalı dəstəkləyən xəbəri ət-Tirmizi – rahmətullahi aleyhi – “əs-Sünən” kitabında rəvayət edir:

“Əhməd bin Məni bizə rəvayət etdi; dedi: İshaq bin Yusuf əl-Əzraq bizə Davud bin Əbi Hind’dən, o da Said bin əl-Musəyyib’dən, o isə Ömər bin əl-Xattab’dan belə dediyini rəvayət edir: “Allahın Elçisi – salləllahu aleyhi va səlləm – rəcm etdi və Əbu Bəkr rəcm etdi və mən rəcm etdim. Allahın Kitabına bir şeylər artırmağı xoş görməyəcək olmasaydım onu mushafa yazardım, çünki bir qövmün gəlib də onu Allahın kitabında görmədikləri üçün küfr edəcəklərindən qorxuram.”[12]

Bu rəvayət Həzrəti Ömərin qəsdini daha gözəl izah edir. Buradan anlayırıq ki, Ömərin qəsdi insanları qorxutmaq, çəkindirmək, xəbərdar etmək məqsədilə deyilmiş bir mübaləğədir. Lakin Ömərin sözlərinin həlli bununla bitmir, Allahın izni ilə qarşıda təqdim edəcəyimiz digər dəlillər işığında sözün ən muhtəməl mənasını ortaya çıxarmağa çalışacağıq.

Maliki alimi Əbul-Valid əl-Baci yuxarıdakı ehtimalı qeyd etdikdən sonra daha bir ehtimala yer verir və deyir:

“Burada başqa bir ehtimal da vardır; belə ki insanların hamısı həmin ayənin Quranda nazil olmasında onunla razılaşıblar, lakin tilavəti nəsx edilib və hökmü qalıb, buna görə də bunu Quranda isbat etmək caiz deyildir, çünki orada yalnız tilavəti sabit olan ayələr yazılır, hökmü qalan, lakin tilavəti nəsx olunan ayələr daxil deyildir. Beləliklə Ömər – radiyallahu anhu – insanların “Ömər daha əvvəl yazılmamış bir şeyi yazmaqla Allahın – Azzə və Cəllə - Kitabına əlavə etdi” deməklərindən çəkinərək əli ilə mushafa yazmaqdan çəkindi, çünki tilavəti nəsx edildiyi kimi (mushafda) yazılması da nəsx edilmişdir.”[13]

Bu ehtimala əsasən Həzrəti Ömər – radiyallahu anhu – həmin ayənin tilavətinin nəsx edildiyini və hökmünün qaldığını bilirdi, lakin insanların daha sonra bu hökmü inkar etməklərindən qorxduğu üçün bu ayənin mushafda qeyd olunmasının əhəmiyyətinə işarə etmişdir. Bunun fitnəyə səbəb olacağını nəzərə alaraq bunu ora əlavə etməmişdir, üstəlik tilavəti nəsx olunmuş bir ayənin mushafda yazılışı da nəsx edilmiş olur. Belə bir ehtimal güclüdür, lakin bu ehtimalın cavab vermədiyi bir-iki sual durur. Həzrəti Ömər – radiyallahu anhu – ayəni ana mushafın bir hissəsi olaraq, yoxsa ana mushafdan seçiləcək şəkildə yazmaq istəmişdi?

Alimlər qeyd edirlər ki, Həzrəti Ömər bu ayəni yazmaq istəyərkən onu ana mushafın bir hissəsi olaraq yazmaq istəmirdi, lakin ayənin qiraətinin nəsx olunmasına diqqət çəkmək üçün yazmaq istəmişdir. Hənbəli alimlərindən İmam Aləud-Din Əbul-Həsən əl-Mərdavi – rahiməhullah – deyir:

“əs-Subki dedi: “Ola bilsin ki, Allah bu problemin həllini bizim üçün asanlaşdırar, çünki Ömər – radiyallahu anhu – yalnız doğrunu söyləyib, lakin biz öz anlayışımızı ittiham edirik. əl-Bərmavi dedi: Lakin bunun izahı budur ki, onun (bu sözlərlə) qəsdi budur: - “Tilavətinin nəsx olunmasına diqqət çəkmək üçün yazardım ki, öz yerində yazılması ilə tamamilə unudulması riskindən qorunulmuş olsun!” Lakin bir izahat/beyyinə olmadan yazıla bilər ki, bu zaman insanlar “Ömər əlavə etdi” deyəcəklər. Buna görə də bunun yazılışı tamamilə tərk edildi və bu, iki zərərdən böyüyünü kiçiyi ilə dəf etmək növündəndir.”

Alləmə əl-Mərdavi – rahiməhullah - əs-Subkinin sözlərinin ardınca digər böyük bir şafi’i alimi əl-Bərmavinin sözlərini sitat gətirir. Onu da qeyd edək ki, əs-Subkinin bu problemini bir çox alim qeyd etdikdən sonra əl-Bərmavinin sözlərini onun bu probleminə cavab olaraq gətirirlər. Misal üçün əz-Zeylai əl-Hənəfi “Təbyin əl-Haqaiq” kitabında bu sözləri şərh edərkən işarə olmuş problemə cavab verərkən əl-Bərmavi’nin adını çəkmədən onun sözlərinin eynisini nəql etmişdir.[14] Eyni sözləri Alləmə İbn Attar öz məşhur haşiyəsində gətirir. əl-Mərdavi isə bu sitatları gətirdikdən sonra öz rəyini bildirərək deyir:

“Deyirəm: Bu barədə belə də demək olar: Bu, rəsmi (ləfzi, tilavəti) nəsx olunmuş, lakin hökmü qalmış ayələrdəndir. Lakin Ömərin – radiyallahu anhu – hökmlərin üstün/zahir olması üçün göstərdiyi entuziazm o qədər şiddətli idi ki, hökmünün unudulacağından qorxurdu, çünki ayə yazılmayıb və rəsmi nəsx olunub; (əgər unutsalar) fərzi tərk etdiklərinə görə yollarını azarlar. Xüsusilə də zina məsələsi insanların zəiflik və səhlənkarlıq göstərdikləri bir məsələdir. Doğrusunu Allah bilir!”[15]

Üstəlik Qurana yazmaq heç də Quranın mətninin içinə daxil etmək anlamına gəlmir, lakin Quranın sonuna və ya haşiyəsinə yazmaq anlamına gəlir. Buna görə də məşhur hənəfi alimi Alləmə Əbu Bəkr əl-Cəssas ər-Razi – rahiməhullah – deyir:

“Mümkündür ki, o, bunu mushafın axırında yazmağı qəsd etmişdir və bununla onun Qurandan olmadığını göstərmiş olacaq, həmçinin Quranın nəqli tam bir sənədlə tamamlanmış olduğu kimi bunun da nəqli tamamlanmış olur və onun haqqındakı xəbər mütəvatir olur. Beləliklə heç kimsə şəkk edə bilməz və heç kimsə onu inkar edə bilməz. Buna əsasən belə demiş olur: “Onun Qurandan olduğunu zənn edəcək və ya “Ömər Qurana əlavə etdi” deyəcək olmasaydılar onu mushafa yazardım. İbn Abbasın Ömərdən – radiyallahu anhumə - rəvayət etdiyi (əsər) bu mənaya dəlalət edir; (Ömər) dedi: “Mushafda “Ömər bin əl-Xattab və Abdur-Rahmən bin Auf Allahın Elçisinin – salləllahu aleyhi va səlləm – rəcm etdiyinə və ondan sonra bizim də rəcm etdiyimizə dair şahidlik edirik, elə bir qövm gələcək ki, rəcmi, şəfaəti və atəşdən bir qövmün çıxa biləcəyini inkar edəcəklər” sözlərini yazmaq istədim.” Bu hədis ilə aydın olur ki, bununla yalnızca nəqlinin çoxalması məqsədilə yayılması və seçilməsi qəsdini güdürdü, yoxsa bunun Qurandan olduğunu qəsd etmirdi.”[16]

Burada onu da qeyd etməliyik ki, əhli-sünnət alimləri içində azlıq təşkil edən bir qrup alim rəcm hökmünün ümumiyyətlə Quranda bir ayə olduğunu inkar ediblər, onlar rəcmin peyğəmbərin – salləllahu aleyhi va səlləm – sünnəti olduğunu deyirlər. Əbu Bəkr əl-Cəssas – rahiməhullah – bu alimlərdən biridir, lakin istənilən halda əl-Cəssas Həzrəti Ömərin sözlərini izah edərkən bunun Qurana deyil də, mushafın bir hissəsinə haşiyə olaraq yazmağı qəsd etdiyinə işarə edir. Alimlərin əksəriyyəti əl-Cəssas və onun kimi düşünənlərin sözlərini rədd etməklə birlikdə Ömərin tilavəti nəsx olunmuş bu ayəni Quranın ana mətninə yazmaq istəmədiyində onunla razılaşırlar. Məşhur üsul alimi İmam Alləmə Əli bin Muhamməd əl-Amidi – rahiməhullah – deyir:

“Ömərdən rəvayət olunan onun “Ömər Qurana orda olmayan bir şeyi əlavə etdi” deyiləcəyindən qorxmasaydım “əş-Şeyxu vaş-Şeyxatu İzə Zanəyə” sözlərini mushafın haşiyəsinə yazardım” sözlərinə əsaslanıb “bu, Quran olmamışdır və (Ömərin) bu sözləri bunun Quran olmadığına dəlalət edir” demək mümkün deyildir, çünki biz deyirik ki, Ömərin sözündəki qayə tilavətinin nəsx olunması səbəbilə onu mushafdan və Qurandan çıxarmağa dəlalətdir. (Onun sözlərində) bunun Quran olmamasına dəlalət edən heç bir məna yoxdur.”[17]

əl-Amidi – rahiməhullah – burada rəvayəti olduğu kimi gətirmir və məlumdur ki, hədisləri və ya əsərləri məna ilə rəvayət etmək haqqında alimlər arasında ixtilaf mövcuddur. Alimlərin cumhuruna görə xəbərləri səhih məna ilə rəvayət etmək caizdir. Alləmə əl-Amidi məna ilə rəvayət etməyi caiz gördüyü üçün Ömərin sözlərindən anladığı səhih mənanı təqdim etmişdir və burada Quranda yazmaq ilə mushafın haşiyəsində yazmağın qəsd olunduğuna işarə edir. Eynilə Əbul-Məali əl-Cuveyni – rahiməhullah – deyir:

“Hökmü qaldığı halda tilavəti nəsx olunanlara gəldikdə isə bunun da misalları çoxdur; onlardan biri rəcmdir, necəki Ömər bin əl-Xattab – radiyallahu anhu – deyir: “Ömər Allahu Təalənin Kitabına əlavə etdi” deməsəydilər onu mushafın haşiyəsinə yazardım.”[18]

Rəvayətin bu mənasını həmçinin ər-Rafi’ əş-Şafi’i “əş-Şərh əl-Kəbir”də, əs-Səraxsi əl-Hənəfi “əl-Məbsut”da , Aləud-Din bin Abdil-Aziz əl-Buxari “Kəşful-Əsrar” kitabında, Əbul-Qasim Hibətullah əl-Laləkayi “Şərh Usul İtiqadi Əhlis-Sunnəti val-Cəmaə” kitabında, ən-Nəsəfi “Kənzud-Dəqaiq”də, Kəmalud-Din İbnul-Humməm “Fəthul-Qadir”də, əl-Alusi “Ruhul-Məani” təfsirində, Mulla Əli əl-Qari “Mirqatul-Məfatih” əsərində və digər alimlər öz kitablarında gətirirlər. Bu alimlərə görə Həzrəti Ömər – radiyallahu anhu – bunu mushafın haşiyəsində yazmaqla Qurandan olduğunu isbat etmək istəmirdi, lakin tilavətinin tanınmasını, yayılmasını istəyirdi, çünki insanların daha sonra Allahın rəcm hökmünü inkar etməklərindən qorxurdu. Məşhur şafi’i alimi Alləmə Bədrud-Din Muhamməd əz-Zərkaşi bu barədə deyir:

“Bunu yalnız tilavətini ucaltmaq, tanıtmaq üçün dedi və rəsmi nəsx edildiyi üçün yazmadı. Dedi: “Artıq isbat olunmuş Qurana əlavə etdi” deməsəydilər bunu yazardım.”[19]

Digər böyük şafi’i alimi Əbul-Həsən Əli bin Muhamməd əl-Məvardi əl-Basri (vəfatı hicri 450) – rahiməhullah – deyir:

“İnsanlar “Ömər Qurana əlavə etdi” deyəcək olmasaydılar onu mushafın haşiyəsinə yazardım və əgər tilavət edilən ayələrdən olsaydı onu tilavət edilən rəsmi qalan ayələr içində yazardım”. O, yalnızca bunu haşiyədə yazmağı qəsd etmişdir ki, insanlar bunu unutmasınlar. Sonra onun (Quranın) tilavət edilən ayələrindən birinə çevrilməsindən qorxduğu üçün yazmadı.”[20]

Əmir Badişəh adı ilə tanınan məşhur hənəfi üsul alimi Şeyx Muhamməd Əmin əl-Hüseyni əl-Xurasani əl-Buxari əl-Məkki (vəfatı hicri 987) – rahiməhullah – deyir:

“Əgər - “tilavəti nəsx olunduğu halda onu necə yaza bilər?” – deyərək soruşsan, deyərəm ki, o, bunu mushafda yazmağı demir, əksinə hökmü ilə əməl edilməsi və əvvəl Quranda olduqdan sonra tilavətinin nəsx olunduğunun bilinməsi üçün bir səhifədə yazmaq istəmişdir.”[21]

Digər böyük hənəfi alimi Alləmə Şeyx Raşid Əhməd əl-Ənsari əl-Kənkuhi deyir:

“Bu ayəni Quranın digər ayələri yazıldığı kimi yazacağam” deməyi qəsd etmir, çünki bu, haramdır; və bunu sadəcə xoşa gəlməz əməl saymaqla necə kifayətlənmək olar?! Burada sadəcə olaraq “ mushafların haşiyələrində (kənarlarında) bunu yazacam ki, mushafı oxuyanlar onu da görə bilsinlər” mənasını qəsd edir. “Lakin Quranı (əlavə yazılardan) təcrid etmək/təmiz saxlamaq əmri mənə bunu etməyə imkan vermir” ki, bu iş Axirətdə onu ora daxil etməyə götürməsin.”[22]

Bu mənanı dəstəkləyən dəlillər bəzi rəvayətlərdə varid olub. İmam Əhməd “əl-Müsnəd” əsərində İbn Abbas’dan rəvayət etdiyi hədisdə deyilir: “Ömər bin əl-Xattab xütbə verdi. Allaha həmd-səna gətirdi və sonra rəcm barədə danışdı. Bu barədə aldanmayın! Çünki bu, Allahın hüdudlarından bir həddir. Diqqət edin! Allahın Elçisi – salləllahu aleyhi va səlləm – rəcm etdi və biz də ondan sonra rəcm etdik. Əgər insanlar “Ömər Allahın – Azzə və Cəllə - Kitabına orada olmayan bir şeyi əlavə etdi” deyəcək olmasaydılar, onu mushafın bir tərəfində yazardım: “Ömər bin əl-Xattab, Abdur-Rahmən bin Auf və fılankəslər Allah Elçisinin – salləllahu aleyhi va səlləm – rəcm etdiyinə şahid oldular və biz də ondan sonra rəcm etdik. Diqqət edin! Sizdən sonra rəcmi, dəccalı, şəfaəti, qəbir əzabını və atəşdə sümükləri görünənə qədər dərisi yandıqdan sonra bir qrup insanın oradan çıxmasını yalanlayan bir qövm gələcək.”[23]

Həmçinin əl-Hafiz İbn Hacər – rahiməhullah – bu rəvayətin fərqli rəvayət şəkillərini qeyd edərək deyir:

“Eləcədə “əl-Hilyə” kitabında Davud bin Əbi Hind’in Said bin əl-Müseyyib’də, onun da Ömər’dən rəvayəti başlığı altında bu cür rəvayət olunur: “Onu Quranın axırında yazardım.”[24]

Bu iki rəvayət aşkar şəkildə göstərir ki, burada qəsd olunan həmin sözləri mushafın bir kənarına, mushafın ana mətnindən seçiləcək şəkildə yazmaqdır. Buna görə də Alləmə Ənvər Şah əl-Kəşmiri – rahiməhullah – Ömərin sözlərini şərh edərkən təqdim etdiyimiz ikinci rəvayətə işarə edərək deyir:

“Burada bir problem var; problem budur ki, rəcm hökmü ya Qurandandır, ya da Qurandan deyildir. Əgər Quranın hökmündədirsə, Ömərə - radiyallahu anhu – onu yazmamaq caiz deyildir, əgər Qurandan deyilsə onu yazmaq ona caiz deyildir. Lakin “Fəthul-Bari” kitabında güclü bir sənəd ilə Ömərdən – radiyallahu anhu – bu cür dediyi rəvayət olunur: “Onu Quranın axırında yazardım.”[25]

Alləmə əl-Kəşmiri “Sahih əl-Buxari”yə yazdığı “Feydul-Bari” adlı şərhində bu sözlərin bənzərini söyləyir. əl-Hafiz İbnul-Hacərin rəvayət etdiyi bu hədisə işarə etməklə hədisdəki mənaya işarə edir, belə ki Həzrəti Ömər mushafa yazmaq deməklə mushafın ana mətninə deyil, bir hissəsinə yazmağı qəsd edir.

Təqdim etdiyimiz bütün bu dəlillər və nəqllərdən aydın olur ki, Həzrəti Ömər ona atılan bu iftiradan pakdır və uzaqdır. Bu iftiranı atanlar yalnız Öməri hədəf alsalar da bu hədəfə digər səhabələr də daxil olur, çünki Həzrəti Ömər Qurana əlavə bir şey yazmaq istəsəydi, dinini sevən və Allahından qorxan hər bir kəs belə bir əməli inkar etməli idi. Halbuki onun sözünü hər hansı bir səhabənin inkar etməsi haqqında heç bir xəbər gəlməyib. Məlumdur ki, Quranı dəyişmək istəmək özlüyündə küfrdür və yenə məlumdur ki, səhabələr heç bir şəkildə kimliyindən asılı olmayaraq heç kəsin küfrü qarşısında sakit durmazlar. Bütün bunlar Həzrəti Ömərin qəsdinin doğru şəkildə anlaşılmasını tələb edir və Allahın köməyi ilə həmin doğru anlayışı təqdim etdik. Yekun olaraq deyə bilərik ki, Həzrəti Ömər hər şeydən əvvəl yazmaq deməklə mushafın bir kənarına yazmağı qəsd edirdi və həmin sözünü bir mübaləğə olaraq işlətmişdir. Doğrusunu Allah bilir!

Muhammədə, onun pak ailəsinə və mübarək səhabələrinə salam olsun!

[1] əl-Buxari (6830), Muslim (1691)

[2] Əbu Davud (4418); əl-Muvatta (3044)

[3] “Muləzəmə”, bir şeyin mövcudluğunu başqa bir şeyin mövcudluğuna bağlamağa deyilir. Məsələn; “əgər evim olsaydı bir daha evlənərdim” cümləsində evin olması ilə evlilik arasında mülazəmə vardır. Evin olması evliliyin baş verməsini tələb edir.

[4] “əl-İbhəc fi Şərhil-Minhəc”, 2/265; Məktəbətul-Kulliyətil-Əzhariyyə, Qahirə, birinci nəşr: 1401/1981

[5] Mustəfid, çox kanaldan gəlmiş xəbərlərə deyilir, lakin mutəvatir dərəcəsinə çatmayan xəbərlərdir.

[6] “əl-Burhan fi Ulumil-Quran”, 2/36; Məktəbətu Darit-Turas, Qahirə, üçüncü nəşr: 1404/1984

[7] “əl-İtqan fi Ulumil-Quran”, 4/1467; Məcmə Məlikil-Fəhd, Mədinə, hicri 1426

[8] “əl-Muntəqa Şərh əl-Muvatta”, 9/147; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 1420/1999

[9] “Sahih Muslim bi Şərhin-Nəvəvi”, 11/191; əl-Mətbəə əl-Mısriyyə bil-Əzhar, Misir, birinci nəşr; 1349/1930

[10] “Haşiyətus-Sindi alə Sahih əl-Buxari”, 4/462; Darul-Fikr, Beyrut,

[11] “Şərhuz-Zurqani aləl-Muvatta va bi Hamişihi Sünəni Əbi Davud”, 4/11; əl-Mətbəə əl-Xeyriyyə, Misir, birinci nəşr: 1310/1893

[12] ət-Tirmizi, “əl-Cami əl-Kəbir”, 3/101 (rəq: 1431) ; Darul-Ğarabil-İsləmi, Beyrut, birinci nəşr: miladi 1996 – Doktor Bəşşar Avvad Maruf’un təhqiqi ilə. ət-Tirmizi hədisin həsən səhih olduğunu deyir.

[13] “əl-Muntəqa Şərh əl-Muvatta”, 9/147; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 1420/1999

[14] Bax: “Təbyin əl-Həqaiq Şərhi Kənzil-Dəqaiq”, 3/167; əl-Mətbəə əl-Kubra əl-Əmiriyyə, Bulaq, birinci nəşr: 1313

[15] “ət-Təhbir Şərh ət-Təhrir”, 6/3039-3040; Məktəbətur-Ruşd, ər-Riyad, birinci nəşr: 1421/2000

[16] “əl-Fusul fil-Usul”, 2/260-261; Vizəratul-Əvqaf va Şuunil-İsləmiyyə, Küveyt, ikinci nəşr: 1414/1994

[17] əl-Amidi, “əl-İhkəm fi Usulil-Əhkəm”, 3/191; Darus-Samii, ər-Riyad, birinci nəşr: 1424/2003

[18] “ət-Təlxis fi Usul əl-Fiqh”, 2/487; Darul-Bəşəiril-İsləmiyyə, Beyrut, birinci nəşr: 1417/1996

[19] “əl-Bəhr əl-Muhit fi Usulil-Fiqh”, 4/105; Vizaratul-Əvqaf vaş-Şuunil-İsləmiyyə, Küveyt, birinci nəşr: 1409/1988

[20] “əl-Havi əl-Kəbir”, 11/363; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 1414/1994

[21] “Təysirut-Təhrir”, 3/205; Mətbəə Mustafa əl-Babi əl-Hələbi va Əvlədihi, Misir, hicri 1351

[22] “əl-Kəvkəb əd-Durri alə Cami ət-Tirmizi”, 2/376; Mətbəətu Nədvətil-Uləmə, Ləkhnəu, Hindistan, 1395/1975

[23] ”Müsnəd Əhməd”, 1/296 (rəq: 156), Muəssəsətur-Risalə, Beyrut, birinci nəşr: 1416/1995; hədisin sənədindəki ravilərdən biri olan Əli bin Zeyd bin Cud’an zəifdir, lakin bununla belə İmam əz-Zəhəbi onu “Zikrul-Əsməi mən Tukullimə Fihi va Huva Muvassaq” adlı kitabında qeyd edir. Bu isə onun hədisinin ən azından istişhad üçün yararlı olması deməkdir.

[24] “Fəthul-Bari Sərh Sahih əl-Buxari”, 15/643; Daru Taybə, ər-Riyad, birinci nəşr: 1426/2005

[25] ”əl-’Arfuş-Şazi Şərhu Sunənit-Tirmizi”, 3/126-127; Daru İhyə ət-Turas əl-Arabi, Beyrut, birinci nəşr; 1425/2004
 
Forum » İslam » Sual-cavab » Abu Zeyd-Rəcm ayəsi (Abu Zeyd-Rəcm ayəsi)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru