[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Sual-cavab » Qəbirlərin üzərində məscid tikmək (BİSMİLLAH)
Qəbirlərin üzərində məscid tikmək
Muslimah_92Tarix: Şənbə, 09.06.2012, 22:11 | Yazı # 1
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
İmam əş-Şəvkani - rahiməhullah - bu məsələ ilə bağlı yazdığı "Şərhus-Sudur bi Təhrimi Rafil-Qubur" risaləsində qəbirlərin üzərində bina etməyin haram olduğunu isbat edən hədisləri gətirdikdən sonra deyir:

"وإذا تقرر لك هذا علمت أن رفع القبور ووضع القباب والمساجد والمشاهد عليها قد لعن رسول الله صلى الله عليه وسلم فاعله تارة ، كما تقدم . وتارة قال": اشتد غضب الله على قوم اتخذوا قبور أنبيائهم مساجد "، فدعا عليهم بأن يشتد غضب الله عليهم بما فعلوه من هذه المعصية . وذلك ثابت في الصحيح ، وتارة نهى عن ذلك . وتارة بعث من يهدمه ، وتارة جعله من فعل اليهود والنصارى. وتارة قال: "لا تتخذوا قبري وثنا ". وتارة قال: " لا تتخذوا قبري عيدا " أي: موسما يجتمعون فيه ، كما صار يفعله كثير من عباد القبور. يجعلون لمن يعتقدون من الأموات أوقاتا معلومة يجتمعون فيها عند قبورهم ، ينسكون لها المناسك، ويعكفون عليها، كما يعرف ذلك كل أحد من الناس من أفعال هؤلاء المخذولين، الذين تركوا عبادة الله الذي خلقهم ورزقهم ثم يميتهم ويحييهم ، وعبدوا عبدا من عباد الله ، صار تحت أطباق الثرى، لا يقدر على أن يجلب لنفسه نفعا ولا يدفع عنها ضرا"

"Bütün bunlar sənin üçün sabit olduqdan sonra bildin ki, qəbirləri ucaltmaq, üzərilərində qübbələr, məşhədlər və məscidlər yerləşdirmək, bunu edəni daha əvvəl zikr olunduğu kimi peyğəmbər - salləllahu aleyhi va səlləm - bəzən lənətləmişdir. Bəzən isə demişdir: "Peyğəmbərlərinin qəbirlərini məscid edən qövmə Allahın qəzəbi şiddətli olsun!" Etdikləri bu günaha görə Allahın onlara güclü qəzəbinin tutması üçün onlara bəd-dua etmişdir və bu "əs-Səhih"də sabit olmuşdur. Bəzən də bundan qadağan etmiş, bəzən də onları dağıtmaq üçün adam göndərmişdir. Bəzən də bunu yəhudi və nəsranilərin əməlindən saymışdır. Bəzən isə demişdir: "Qəbrimi büt etməyin!" Bəzən də belə demişdir: "Qəbrimi bayram etməyin!" Yəni, orada toplaşacağınız bir mövsüm etməyin, necəki qəbrə ibadət edənlərin çoxu belə etməyə başlayıblar. Ölülərdən etiqad etdikləri bəzi kəslər üçün qəbirlərində toplaşmaq üçün məlum vaxtlar təyin edirlər, onun üçün xüsusi rituallar müəyyən edirlər, üzərində etikaf edirlər. Necəki onları yaratmış, ruzi vermiş, sonra öldürüb dirildəcək Allaha ibadəti tərk edərək Allahın qullarından artıq yerin altına gömülmüş, özünə nə xeyir verməyə, nə də özündən zərəri dəf etməyə qadir olmayan bir qula ibadət edən çarəsiz bədbəxtlərin əməllərindən hər bir kəs xəbərdardır.
"
 
Muslimah_92Tarix: Şənbə, 09.06.2012, 22:11 | Yazı # 2
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Allahın Əhli Sünnətə bir imtahan kimi göndərdiyi zəlalət firqələrindən biri olan xavaric firqəsinin bir quyruğu olan vahabilik dininin ortaya atdğı şirk oyunlarndan biri də məhz bu məsələdir. Qəbir üzərinin bina edilməsi məsələsi. Həqiqətdə isə qəbrin üstünə bina tikmək özü özlüyündə məkruh olan bir işdir. İmam əş-Şafi (150-204h)-radiyallahu anhu- buyurur:

و لا نحب أن يزداد في القبر أكثر من ترابه , ليس لأنه يحرم ذلك و لكن لألا يرتفع جدا, و يشخص القبر عن وجه الأرض نحو من شبر و يسطح و يوضع عليها حصباء و تسد أرجاؤه بلبن أو بناء و يرش على القبر و يوضع عند رأسه صخرة أو علامة ما كانت

"Qəbrin üzərinə torpağından başqa şeyin artırılmasını xoş görmürük. Ona görə yox ki bu haramdır, lakin həddən çox ucalmasın deyə. Qəbir yerdən bir qarışa qədər ucaldılar və üstü düz hala gətirilər. Üzərinə çınqıl daşları qoyular və ətafı kərpic və yaxud bina ilə örtülər. Qəbrin üzərinə (su) səpilər, baş tərəfdə daş parçası və ya nə olursa olsun bir əlamət qoyular."

("əl-Umm" Cənazə" kitabı, "Meyidin kəfəninin sayı" babı, cild.2, səh 298 "Daru-l-Hədis" nəşriyyat evi 1429h,2008m)

Lakin fiqh kitablarında keçdiyi kimi əgər qəbir insanların ölülərini dəfn etməyə adət etdiyi qəbirsanlıqda olarsa, gəlib gedənlərə sıxıntı yaratmasın deyə üzərinin tikilməsi haramdr. Allah daha gözəl bilir.
 
Muslimah_92Tarix: Şənbə, 09.06.2012, 22:12 | Yazı # 3
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Bu barədə "Əl Kuveytiyyə"də deyilir:

وذهَب المالكية والشافعية والحنابلة إلى كراهة البناء على القبر في الجملة ، لحديث جابر : نهى رسولُ الله صلى الله عليه وسلم أنْ يجصَّصَ القبرُ وأن يُبنى عليه
وسواء في البناء بناءُ قبةٍ أم بيتٍ أم غيرِهما
وقال الحنفية : يحرُم لو للزيْنة ، ويُكره لو للإحكام بعدَ الدفن

"Malikilər, Şafilər və Hənbəlilər ümumilikdə qəbr üzərinə bir şey tikməyin məkruh olduğu görüşündədirlər.
Bunun dəlili Cabirin rəvayət etdiyi hədisdir:
"Allah Rəsulu – sallallahu aleyhi və səlləm – qəbrin əhənglənməsini və üzərinə bir şey tikilməsini qadağan etdi"
İstər bu tikili qübbə olsun, istər ev, istərsədə başqa şey olsun.
Hənəfilər isə belə deyiblər: Bəzək üçün olarsa haram, dəfndən sonra möhkəmləndirmə üçün olarsa məkruhdur."

Qaynaq: Əl Məvsuatul Fiqhiyyətul Kuveytiyyə: 32/250
Kuveyt: 1408/1988
 
Muslimah_92Tarix: Şənbə, 09.06.2012, 22:13 | Yazı # 4
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
[size=14]Hənbəli alimlərindən Məri bin Yusuf Əl Kərmi (v. 1033 h/1624 m) özünün "Dəlilut Talib li Neylil Mətalib" kitabında deyir:

ويُكْرهُ تَزوِيقُه وَتَجصيصُه وتَبخيرُه وتَقبيلُه والطَّوافُ بِهِ وَالإتِّكَاءُ إلَيْه والمَبيتُ وَالضِّحْكُ عِنْدَه وَالحَديثُ في أمْرِ الدُّنْيا والكِتابَة عليْه والجُلوسُ والبِناءُ والمَشْيُ بِالنَّعْلِ إلَّا لِخَوْفِ شَوْكٍ ونَحْوِه

"Onu (qəbri) bəzəmək, əhəngləmək, buxur tüstüsünə vermək, öpmək, onu tavaf etmək, söykənmək, yanında gecələmək, yanında gülmək və dünya işlərindən danışmaq, üzərinə yazı yazmaq, üstündə oturmaq, nəsə tikmək (bina), eləcə də tikan və bənzəri şeylərdən ehtiyat xaricində ayaqqabıyla üzərində yerimək məkruhdur"

Qaynaq: Məri Əl Kərmi: Dəlilut Talib: 62
Əl Məktəbul İsləmi: 1389/1969
[/size]
 
Forum » İslam » Sual-cavab » Qəbirlərin üzərində məscid tikmək (BİSMİLLAH)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2019 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru