[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Sual-cavab » Cümə günü azan verildikdən sonra 2 rükət namaz qılınmalıdır? (Cümə günü azan verildikdən sonra 2 rükət namaz qılınmalıdır?)
Cümə günü azan verildikdən sonra 2 rükət namaz qılınmalıdır?
TeraneTarix: Cümə, 08.06.2012, 10:47 | Yazı # 1
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Yəqin ki, sualınız cümə günü cümə namazının azanı verildikdən sonra 2 rükət namaz qılınıb-qılınmaması ilə bağlıdır. Qeyd edək ki, cümə namazı üçün azan verildikdən sonra cümə namazının fərzi qılınana qədər, yəni, azanla cümə namazının fərzi arasında heç bir sünnət namaz yoxdur. Peyğəmbərdən (s) bununla bağlı heç bir hədis rəvayət edilməyib. Hədislərə nəzər saldıqda cümə namazının ümumilikdə 6 rükət 2 rükət fərz, fərzdən sonra 4 rükt sünnət namazından ibarət olduğunu görürük.

Şeyxülislam İbn Teymiyyə də bu məsələ ilə Peyğəmbərin (s) azandan sonra cümənin fərzindən əvvəl heç bir namaz qılmadığını və azanla fərz namazı arasına heç bir namaz təyin etmədiyini bildirib.

Cümə namazının fərzi bitdikdən sonra isə 2 və ya 4 rükət sünnət namazı qılına bilər. Səhabələrdən Əbu Hüreyrənin rəvayət etdiyinə görə Peyğəmbər (s) belə deyib: “Cümədən sonra namaz qılan dörd rükət qılsın”. İbn Ömərdən rəvayət olunduğuna görə, Allahın rəsulu cümə günü evində iki rükət (sünnət) namaz qılardı. (Hədisi Buxari, Müslim, Tirmizi, Əbu Davud, Nəsai və İbn Macə rəvayət etmişlər).

Sonda bir şeyi qeyd edək istər cümə namazı vaxtı, istərsə də digər vaxtlarda məscidə gələn şəxs 2 rükət sünnət namazı qıla bilər ki, bu da yalnız “təhiyyə” (məscidi salamlama) sünnəti adlanır. Bu sünnət namazı isə qətiyyən cümə namazının fərzindən əvvəl cümə namazına aid sünnət kimi qəbul edilməməlidir.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
Forum » İslam » Sual-cavab » Cümə günü azan verildikdən sonra 2 rükət namaz qılınmalıdır? (Cümə günü azan verildikdən sonra 2 rükət namaz qılınmalıdır?)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru