[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Sual-cavab » Gözü bağlayaraq namaz (Gözü bağlayaraq namaz qılmaq olarmı? Olarsa nəyə əsasən ola)
Gözü bağlayaraq namaz
TeraneTarix: Cümə, 25.05.2012, 09:44 | Yazı # 1
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Allaha həmd olsun!Namazda gözü bağlayıb bağlamamağa haqqında bəzi fikirləri sizə təqdim edə bilərik. Belə ki, namazda vacib olmayan və namazı batil etməyən bəzi müstəhablar, sünnətlər var. Bunlar Rəsulullahın (s) bilavasitə tətbiq etdiyi və ya onları xoş gördüyü bəzi əməllərdir. Buna görə bunların əksini etmək sünnətə zidd olduğu üçün kərih (xoş görülməyən bir iş) görülmüşdür.
Rəsulullahın (s) namazda səcdə etdiyi yerə baxdığı rəvayət edilmişdir. İbn Abbasdan ® nəql edildiyinə görə: “Rəsulullah (s) namaza başlayınca sadəcə səcdə edəcəyi yerə baxardı.”
Demək, sünnət olan namazda gözləri dikmək və yerə baxmaqdır. Bu hal Allah-təalanın namaz qılanlardan tələb etdiyi xüşu halının da təzahürüdür. Xüşu - yəni, namazda qəlbi Allaha yönəldərək, Onun qarşısındakı qulluğun şüurunda olmaq. O uca Varlığın qarşısında qəlbin titrəməsi və alçaq könüllü olmaq halıdır.
Məşhur Cibril hədisində Cəbarail əleyhissalam Rəsulullahdan (s) “İhsan” haqqında soruşduqda Rəsulullah (s) belə cavab verir: “İhsan, Allahı görürmüş kimi Ona ibadət etməkdir. Sən Onu görməsən də O, səni görür.” (Buxari)
“Həqiqətən, mö’minlər nicat tapmışlar! (Cənnətə nail olmaqla mətləblərinə çatıb əbədi səadətə qovuşmuşlar!) * O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müt’i olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)” (Əl-muminun 1,2)
Bunun təzahürü isə namazda sağa-sola, göyə baxmaması, ümumiyyətlə namazdan yayındıracaq, namazın ruhuna uyğun gəlməyən artıq hərəkət etməmək olub, gözləri təvazü içində önə doğru salmaqdır.
Ənəs (r.a) rəvayət edir ki, Rəsulullah (s) belə buyurdu: “Namazda gözlərini göyə dikən topluluqlara nə olub?!” Bu məsələdə sözləri o qədər şiddətli oldu ki, nəhayət belə buyurdu: “Ya buna son verərlər, ya da Allah onların gözlərini kor edər.” (Buxari)
İbni Adiyyin (r.a) zəif bir sənəd ilə rəvayət etdiyi bir hədisdə də belə buyurulmuşdur? “Sizdən biri namaza qalxdığı zaman iki gözünü yummasın!”
Bütün yuxarıdakı məlumatları ümumiləşdirərək bu qənaətə gəlmək olar ki, elm əhli namazda gözlərin yumulmasını sünnətə tərs düşdüyü üçün xoş qəbul etməmişlər. Amma, nəzər nəyəsə toxunduqda diqqəti yayındıracaqsa o zaman gözləri yummaq daha əfdaldır (daha yaxşıdır).
Doğrusunu bilən Allahdır.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
Forum » İslam » Sual-cavab » Gözü bağlayaraq namaz (Gözü bağlayaraq namaz qılmaq olarmı? Olarsa nəyə əsasən ola)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru