[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Sual-cavab » Azərbaycanda cümənin hökmü,tövhid əqidəsi (Azərbaycanda cümənin hökmü,tövhid əqidəsi)
Azərbaycanda cümənin hökmü,tövhid əqidəsi
TeraneTarix: Cümə, 25.05.2012, 09:43 | Yazı # 1
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Əlhəmdulillah! Tövhid, İslamın dininin üzərində bina edildiyi ən mühim məsələdir. Tövhid əslində yazılası bir məsələ deyil. Tövhid ilk növbədə imani bir məsələ olduğu üçün o qəlblərdə yerləşdirilməli, iman onun qaydalarına uyğun formalaşmalıdır. Yoxsa hər kəs istədiyi kimi Allaha iman edə bilməz. Bununla bərabər imanın təzahürü olan əməllərdə də tövhid öz əksini tapmalıdır. Bir sözlə, tövhid iman edilib yaşanacaq bir məsələdir, danışılacaq deyil.Biz saytımızın sual cavab bölməsində yeri düşdükcə buna misallar vermişik. Ətraflı isə “Rəbb-İlah və aralarındakı fərq” haqqında sualda (146 nömrəli sual), bir də bir xristianın “Allahın birliyinə inanıb tövhid əhli ola biləcəyi yoxsa kafir olacağı” haqqındakı sualda (68 nömrəli sual) cavab vermişik.
Söz düşdükdə isə verilən cavablarda tövhidə toxunduğumuz örnəklərdən bəziləri bunlardır:
Bir nəfərin istədiyi oğlanın, ondan Allahın haram etdiyi şeylər tələb etməsinə dair belə cavab verildi: “O ki, qaldı sizin konkret qeyd etdiyiniz məsələyə sizin özünüzün etiraf etdiyiniz kimi “mən onda elə fikirləşirdim ki, bu günah deyil, amma zaman keçdi mən din sahəsindəki biliklərimi təkmilləşdirməyə başladım və öyrəndim ki, bunlar günahdır” Əgər siz bunun günah olduğunu bilirsinizsə onda məsələ açıqdır. Biz sadəcə sizə bildiyiniz şeyi xatırlada bilərik. Bildiyiniz kimi Allaha iman “Lə iləhə illəllah” (Allahdan başqa ibadətə layiq heç bir varlıq yoxdur) formulu üzərində qurulmuşdur. Allah bütün insanları bu dünyada sınağa çəkməkdədir. Siz də bu qaydadan müstəsna deyilsiniz. Bu günləri Allah sizi “Lə iləhə illəllah” ilə sınağa çəkməkdədir. Seçim sizindir. Ya Allah, ya da Allahdan qeyri olan məhbublar, nəfs, duyğu, ehtiras, şəhvət və sair. Nəyə görə bu günləri siz ikisindən birini seçməlisiniz?! Çün ki, sizin vəziyyətinizdə Allah ilə sizin istədiyinizin yolları və mövqeləri ayrılır. Allahın haram etdiyi bir şey sizdən tələb edilir. Və ümumiyyətlə Allahın qoyduğu yola tabe olmamaq kimi bir üsyan yolu ilə Allahın yolundan ayrılma açıq aşkar göz qabağındadır. Sizin bu məslədə davranışınız artıq nə düşünmək, nə götür-qoy etmək, nə araşdırmaq tələb etməyən bir vəziyyətdədir. Siz bu günləri o adamdan qərb və şərq məsafəsi qədər uzaq durmalı, onu da özünüzdən uzaqlaşdırmalısınız. O adamla heç bir şəkildə ünsiyyət qura bilməzsiniz. Əgər adam nə zamansa iman edib təslim olarsa (sizin iştirakınız olmadan) və Allahın qoyduğu qayda-qanun ilə sizə müraciət edərsə onda siz götür-qoy edib, razılaşıb razılaşmamaq haqqında düşünə bilərsiniz.
Siz deyirsiz ki, “Allaha inamım ve Allahdan qorxum sonsuzdur.” Bu din yaşamaq üçün göndərilmiş dindir. Bu dediklərinizi siz sübuta yetirib, Allaha sədaqətinizi göstərməlisiniz. Bir adam ki, Allahın hökümlərinə qarşı etinasızlıq göstərib, onlara yuxarıdan aşağıya baxır, onları heçə sayırsa Allahı sevən bir adamın bu kimi davranışa qarşı reaksiyası nə olmalıdır!? Bu adama qarşı hansı məhəbbətdən söhbət gedə bilər!?
Allahdan qorxun! Allahdan qeyrisinə olan məhəbbət Allaha olan məhəbbətə tərcih edərsəniz, imanınız gedər.

Seçim sizindir. Siz soruşdunuz biz də cavab verdik.Sonda sizə Allahı tanıtdıracaq Peyğəmbərin (s) bəzi hədislərini xatırladırıq.

“Allahdan daha qısqanc kimsə yoxdur. Bu səbəbdəndir ki fuhuşun ( namus həya məsələsində İslamın qoyduğu əxlaqi normalar) gizlisini də, açığını da haram qıldı. (Buxari, Müslim)
“Allah qısqancdır. Mömində qısqancdır. Allahın qısqanması, möminin Allahın haram etdiyini işlətməsidir.” (Buxari, Müslim)

Yuxarıda yazdıqlarımız tövhidi əks etdirən cavablarımızdan bir nümunə idi. Bu kimi həyatda yaşanacaq tövhid örnəklərinə suallara cavabda rast gəlmək mümkündür. Sizi çox yormaq istəməzdik.

Sizin dediyiniz cümə və sair məsələlər haqqında biz də eşitmişik. Onların dediklərində bir çox həqiqətlər var. Bununla bərabər bir çox məsələləri şişirdib, abartmaq və ifrata getmək də var. Cümə və s. təkfirlə bağlı məsələlər yeni bir şey deyil. Bu məsələlər vaxtı ilə istər Ərəb dünyasında, istər Türkiyə, istər müsəlman dünyasının digər yerlərində

uzun uzadı müzakirə edilmiş, sonra isə öz aktuallığını itirərək köhnəllib tarixə qovuşmuşdur. Bu gün azərbaycanda bu kimi məsələlərin gündəliyə gətirilməsi, indi-indi dini mövzuda televiziya və radio efirlərində diskussiyaların, debatların, müzakirələrin keçirildiyi kimi, dini qəzet və jurnalların çap edilməsi, dini əsərlərin yazılması, saytların açılması və s. dini sahədəki dəyişikliklər Azərbaycanın İslam dünyasının nə zamansa keçdiyi yolu bu gün keçməsinə dəlalət edir. Bir sözlə Cümə, təkfir və digər bənzəri mövzular bu gün Azərbaycanda gündəliyə gətirilməsinə çalışılmasına baxmayaraq o qədər də geniş vüsət ala bilməmiş, dar dairələr xaric günün aktual mövzusuna çevrilə bilməmişdir. Yuxarıda qeyd etdiyimiz kimi bu məsələlər nə zamansa, Azərbaycanda da müzakirə edildib yorulduqdan və mənasız olduğu məlum olduqdan sonra öz aktuallığını itirib tarixə qovuşacaq. Bu yolu bütün İslam dünyası vaxtı ilə keçmişdir. Mütləq biz də mi keçməliyik !? Olmaz ki, bizdən əvvəlkilərin keçdiyini təkrarlamadan onların etdiyindən dərs ibrət götürək ?

Hidayət Allahdandır! Kim Allaha olan imanında muxlis (səmimi) olarsa Allah onu inşallah gec və ya tez hidayət edər!



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
Forum » İslam » Sual-cavab » Azərbaycanda cümənin hökmü,tövhid əqidəsi (Azərbaycanda cümənin hökmü,tövhid əqidəsi)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru