[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Sual-cavab » Sözlərini bilməyən necə namaz qılar? (Namaz qılmayanın zikr etməsi, Sözlərini bilməyən necə namaz)
Sözlərini bilməyən necə namaz qılar?
TeraneTarix: Cümə, 25.05.2012, 09:41 | Yazı # 1
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Allaha həmd olsun!Sizin sual qoyma üsulunuz ona cavab verməyi çətinləşdirir. Bir tərəfdən ona görə ki, namazsız İslamı təsəvvür etmək mümkün deyil. Namaz dinin dirəyi, onun özüdür. İnsanın müsəlmanlığını üzə çıxaran başlıca amildir və s. Buna görə namaz olmadan hansısa digər ibadəti yerinə yetirmək hardasa mənasızdır. Amma başqa ibadətlər namaz kimi deyil. Buna görə Rasulullah (s) buyurur: “Qiyamət günü qulun ilk hesaba çəkiləcək şey namazdır. Namazı yaxşıdırsa, digər əməlləri də yaxşı olur. Namazı əksikdir isə digər əməlləri də əksik olur.” (Təbərani)
Digər tərəfdən kim sizinlə Allah arasına girə bilər və Allahı zikr etməkdən sizi əngəlləyə bilər ?!
Zikrin qaydalarına gəldikdə zikri iki yerə bölmək mümkündür. Birincisi bəlli bir zamanda, bəlli bir miqdarda, bəlli bir kəlimələrdən ibarət zikirlərdir ki, bütün bunlara riayət etmək gərəkir ki, bura da özündən nə say, nə də söz baxımından bir şey əlavə etmək olmaz.

Məsələn 1. Vaxtı: Sübh namzından sonra gün çıxana qədər və axşam Əsr namazından sonra gün batana qədər.

“Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad et və qafillərdən olma!” (əl-Ə`raf 205)

2. Miqdarı: 3 (üç) dəfə.

3. Sözləri: “Raditu Billəhi Rabbən, və bil-İsləmi dinən, və bi-Muhammədin Sallallahu aleyhi və səlləmə nəbiyyən” (Rəbb olaraq Allahdan, din olaraq İslamdan, Peyğəmbər olaraq Muhamməd Sallallahu aleyhi və səlləmdən razı qaldım.)

İkinci zikr qaydası bəlli bir zaman, miqdar, kəlimə ilə bağlı olmayan zikirlərdir ki, qul bu məsələdə sərbəstdir. İstədiyi vaxtda, istədiyi qədər, bəlli bir miqdar qoymadan Allahı zikr etməsidir.

“O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər” (Ali İmran 191)

“Allahı çox zikr edən kişilər və qadınlar üçün (axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat (Cənnət) hazırlamışdır!” (əl-Əhzəb 35)

Mucahid ® deyir ki, Allahı ayaqda, oturaraq və ya yaslanaraq zikr etməyincə ayədə buyurulan Allahı çox zikr edən kişi və qadınlardan olmaq mümkün deyil.

Əslində zikrdən məqsəd Allaha yaxınlaşmaq, nəfsi təmizləmək, imanı kamilləşdirmək və qəlbin rahatlıq, sükunət tapması ilə görülməyən mənəvi ləzzət almaqdır.

“O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər (mö’minlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!” (ər-Rad 28)

Zikir kəlimələrini sadəcə dil ilə söyləməklə böyük nailiyyətlər əldə etmək əlbətdə ki, düşünülməz. Çünki dilin hərəkəti qəlbə enmədiyi müddət faydası az olar. Allahı düşünərək, Ondan qorxaraq, Onu sevərək Onu xatırlamaq gərəkir. Bu halı da hansı iman sahibi olursan olsun, gündəlik namaz olmadan əldə etmək mümükün deyil. Siz inşallah zikirlərinizi edin, bununla bərabər namaz qılmağa hazırlaşın, namaz qılacağınıza qərar verin, niyyət edin. Əgər ölüm sizi yaxalayarsa Allahın qarşına namazsız getsəniz belə, heç olmasa qılmaq niyyəti ilə gedin. Heç olmasa “Namaz qıla bilmədi, amma qılmaq niyyətində idi, sadəcə çatdırmadı. Ölüm əngəl oldu” deyə qiymətləndirilərsiniz inşallah.

Allah cəmi namaz qılmayanları, namaz qılmadan canını almasın. Hüzuruna namazsız çıxarmasın!

Zikrlərin özünə gəldikdə, əslində zikrlər sayılmayacaq qədər çoxdur. Biz Rəsulullahın həyatına baxanda, biz bir şeyin şahidi oluruq ki, sanki Rəsulullah (s) Allahı zikr etmək üçün hər baş verən hadisədən istifadə edib, heç bir səbəbi əldən vermirdi. Yuxudan oyanar-oyanmaz həmən Allaha həmd edər, sonra ayaq yoluna gedərkən yenə Allaha sığınar, çıxdıqdan sonra Allahdan bağışlanma diləyərdi. Bundan sonra dəstəmaz və duaları, namaz və namaz zikr və duaları ilə həyata başlayardı. Sonra gün ərzində paltar geydikdə, evdən çıxıb daxil olduqda, məscidə daxil olub çıxdıqda, bazara girərkən, yemək yeyərkən, oturarkən, durarkən, söhbətə başlarkən və sair gün ərzində ta növbəti dəfə yatmaqa uzanana qədər daima Allahı zikr edərdi. Bundan əlavə hər küləyin əsməsi, şimşəyin çaxması, yağışın yağması, günün başlaması, və sona erməsi, xoruzların banlaması və s. kimi baş verən hadisələr səbəbi ilə də daimə Allahı zikr edərdi. Yenə kiminsə ailə qurması, kiminsə səfərdən qayıtması və s. rastlaşdığı məsələlərdən dolayı Allaha dua edər Onu anardı. Görüldüyü kimi Rəsulullahım bütün həyatı Allahı zikr etməklə keçərdi.

Digər yöndən xüsusi zikr növləri də var ki, Rəsulullah (s) bunu ümmətinə öyrətmiş və tövsiyə görmüşdür.

Bu zikrlər əsasən dörd kəlimə üzərində bina edilmişdir.

“Allaha sözlərin ən sevimlisi dörddür. Bunlardan hansı ilə başlasan eynidir. Bunlar: “Sübhənallah, əlhəmdulilləh, lə iləhə illəllah, Allahu əkbər” kəlimələridir.” (Müslim)

“Sübhənallahi, vəl-Həmdulilləhi və Lə iləhə illəllahu Vəllahu əkbər” deməyim, mənin üçün günəşin doğduğu hər şeydən daha sevimlidir.” (Muslim, Tirmizi)

Cəmi dörd kəlimə amma bu kəlimələr içinə nələr-nələr alır.

Bu dörd kəlimələrdən biri “Təsbih”dir. Yəni “SÜBHƏNƏLLAH”. Bu Allah hər hansı bir nöqsan sifətlərdən, əyri-əksiklik, çatışmamazlıqdan, acizlik, zəiflik kimi Allahın şanına yaraşmayan sifətlərdən uzaqdır. O pak və müqəddəsdir. Məsələn yatmaq bir nöqsan və acizlikdir. İnsana gəldikdə bu onun üçün bir qəbahət, təhqir deyil, normal bir haldır. Amma Allahın uca şanı ilə müqayisədə bu yol verilməz olub, Allahın şanına layiq olmayan bir sifət olub, Allahın bu kimi əksik sifətdən uzaq olmasını təsdiq etmək gərəkir. Sübhənəllah! Allahın uca şanı və yatmaq ikisi bir yerdə ola bilməz! Sübhənəllah!

Digər bir kəlimə “Təhmid”dir. Yəni “ƏLHƏMDULİLLƏH”

Bu Allahı övmək, tərifləmək, ucaltmaq mənasına gəlir. Allahın bütün kamil sifətlərə sahib olduğu üçün bu cür övgüləri haqq etmişdir. Allah həmd etmək eyni zamanda sonsuz sayda nemətlər bəxş etdiyi üçün Ona şükr etməyə yaxın mənanı da əks etdirməkdədir.

Digər bir kəlimə “Təkbir”dir. Yəni “ALLAHU ƏKBƏR”

Bu Allah ən böyükdür deməkdir. Bu da Allahın sonsuz qüdrət, qüvvət, üstünlük sifətlərini özündə cəmləşdirməsindən dolayı Allahın hər şeydən və hər kəsdən böyük olduğunu bildirməkdədir.

Digər bir kəlimə “Təhlil”dir. Yəni “LƏ İLƏHƏ İLLƏLLAH”.

Bu da Allahın tək ibadətə layiq olan, şəriksiz məbud olduğunu əks etdirən kəlimdir.

Rəsulullah (s) belə buyurur: “Zikrin ən fəzilətlisi “Lə iləhə illəllah”-dır.” (Nəsayi, İbni Macə)

“İmanınızı təzələyin!” “Necə təzələyək?” “Lə iləhə illəllah” sözünü çoxadın” buyurdu.” (Əhməd bin Hənbəl)

Bu dörd kəlimədən başqa bir də “İstiğfar” deyilən bağışlanma diləmə var ki, bu da günahlardan dolayı bağışlanma diləməkdir. Bu: “ƏSTƏĞFİRULLAH” kəliməsi ilə ifadə edilir.

Zikrin digər bir növüdə salavatdır. Bu Peyğəmbərə (s) və onunla bərabər ailəsinə, səhabələrinə salam və Allahın salavatı-rəhmətini diləməkdir.

Bu da müxtəlif kəlimələrlə zikir edilir. Onlardan biri də “ALLAHUMMƏ SALLİ ALƏ MUHAMMƏD VƏ ALƏ ƏLİ MUHAMMƏD” kəlimələridir.

Bu sözlərin mənasını verməkdə məqsəd sizin Allahı dil ilə zikir edərkən Onun ucalığını, böyüklüyünü, əzəmətini düşünüb qəlbinizə yerləşdirməyə yardım etməkdir.

Ümumiyyətlə sizə dualar və zikirlərə aid kitabçalar əldə edib onlardan faydalanmağı tövsiyə edərdik.

Namazı öyrənməyə gəldikdə yenə şəhərimizdə dini ədəbiyyatın ticarəti ilə məşğul olan dükanlardan “Namaz” kitabçaları və disklər əldə edə bilərsiniz.

Həmçinin bizim saytımızın kitabxana bölümündən də “şəkillərlə namaz” adlı kitabı endirə bilərsiniz.

Allaha yaxınlaşmaq kimi bu gözəl niyyətinizdə Allah sizə kömək etsin sizi Özündən, Özünü də sizdən uzaqlaşdırmasın!



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
Forum » İslam » Sual-cavab » Sözlərini bilməyən necə namaz qılar? (Namaz qılmayanın zikr etməsi, Sözlərini bilməyən necə namaz)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2019 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru