[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Sual-cavab » Heyzli olaraq Quran öyrənmək (Heyz zamanı Qur`an oxumaq olmaz. Bəs Qur`an oxumağı öyrənmək)
Heyzli olaraq Quran öyrənmək
TeraneTarix: Cümə, 25.05.2012, 09:39 | Yazı # 1
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Quran ilə qullarını doğru yola yönəldən Allaha həmd olsun! Allahu-təala Onun dinini öyrənməyi vacib buyurmuşdur. Onun dininin əsasını isə Qur`an təşkil etməkdədir.Yenə? qadınlarda bəzi halları yaradan da Allahdır, o halların təmizlik halı olmadığını şəriətində qanun kimi elan edən də Allahdır.
“Səndən heyz (aybaşı) barəsində sual edənlərə söylə: "Heyz əziyyətli bir haldır. Heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin, təmizləndikdən sonra isə Allahın sizə əmr etdiyi yerdən (buyurduğu qayda üzrə) onlara yaxınlaşın!" Allah tövbə edənləri, pak olanları sevər!” (əl-Bəqərə 222)
Məlum olduğu kimi bu halları keçirən qadınlar bəzi ibadətlərdən uzaq durmaqla əmr olunmuşlar. Bunlar namaz, oruc, Qur`an oxumaqdır (ibadət niyyəti ilə).
Ancaq bir həqiqət var ki, Allah hər bir şeyi ölçülü və tarazlı qılmışdır. Allah bir tərəfdən dini yaşamağın yolunu dini öyrənməkdə qoymuşdur. Yəni, dini yaşamaq üçün dini bilmək gərəkdir, dini bilmək üçün də Qur`an öyrənmək gərəkir. Digər tərəfdən də yuxarıda qeyd etdiyimiz kimi qadınlarda bəzi natəmiz halları yaratmış və həmin hallarda ibadəti haram qılmışdır. Bu iki ilahi əmrin tərəzisini düzəltmək üçün Allah-təala bir tərəfdən bağladığı qapının əvəzinə digər tərəfdən qapılar açmışdır. Məsələn, zikr kimi ibadəti qullarına bəxş etməklə, zikr vasitəsi ilə qulların öz rəbləri ilə daima əlaqə saxlamasına yol açmışdır. Zikr elə bir ibadətdir ki, onu yerinə yetirmək üçün heç bir şərt qoyulmamışdır. Hətta təbii ehtuyacların ödəndiyi natəmiz yerlərdə belə hər bir şeyin qadağan edilməsinə baxmayaraq, danışmadan, səsləri tələffüz etmədən, qəlbən Allahı zikr etməyə izin verilimişdir. Yenə Qur`andan bəzi sözləri, ayələri və hətta “İxlas”, “Fələq”, “Nəs” kimi surələri heyz və cunub halında dua və zikr niyyəti ilə oxumağa izin verilmişdir.
Bu açılmış rəhmət qapılarının digər birisi də elmlə bağlı Qur`andan bəzi ayələri söyləməyə izin verilməsidir. Yəni, bir adama bir şey başa salmaq üçün Qur`andan hansısa ayələri oxumağa icazə verildiyi kimi insanın özünün də hansısa bilgi əldə etməsi üçün Qur`andan bir şeylər oxumasına izin verilmişdir. Digər tərəfdən cünub və heyz halında olan bir Qur`anı öyrədənin əlini Qur`ana vurmadan öyrətməsinə izin verildiyi kimi, heyz və cünub halında olan birisinin Quranı öyrənməsinə də izin verilmişdir.
Bir sözlə heyz halında da həyat davam etdiyi üçün, həm Allahla əlaqə kəsilməməlidir, həm də Allah qarşısındakı qulluq borcunu yerinə yetirə bilmək üçün Allahın dinini öyrənmək də dayandırılmamalıdır. Sadəcə bu halda müəyyən bəlli edilmiş ibadətlərə sayğı və hörmət olaraq onları yerinə yetirmək haram qılınmışdır. Onlardan biri də namaz kimi ibadət ayini olaraq Quran oxumaqdır ki, buna da izn verilməmişdir.

Hər şeyi ən doğru şəkildə bilən və qullarına ən gözəl şəkildə təklif edən Allaha həmd olsun!
Bərkidilib: 2255732.jpg(105.7 Kb)



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
Forum » İslam » Sual-cavab » Heyzli olaraq Quran öyrənmək (Heyz zamanı Qur`an oxumaq olmaz. Bəs Qur`an oxumağı öyrənmək)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2019 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru