[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Sual-cavab » Zikrlərin tərcüməsini demək olarmı? (Zikrlərin tərcüməsini demək olarmı?)
Zikrlərin tərcüməsini demək olarmı?
TeraneTarix: Çərşənbə, 23.05.2012, 19:14 | Yazı # 1
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
İslam alimləri ibadətdə, dini ayinlərin icrasında istifadə edilən duaların, zikrlərin və sair bu qəbildən olan təbirlərin ərəb dilində, yoxsa bu ibadət növlərini yerinə yetirən şəxsin ana dilində deyiləcəyi barədə fərqli fikirlər irəli sürmüşlər. Ancaq çıxarılmış nəticə bundan ibarətdir:

a) Namaz ayinlərində (qiyam, rüku, səcdə və s.) deyilən zikrlər ərəb dilində oxunmalıdır b) Geniş yayılmış və sünnədən gələn zikr formalarının (əlhəmdulilləh, Allahu əkbər, subhənəllah, əstəğfirullah, subhənəlləhi və bihəmdih və s.) ərəbcə deyilməsi bir ənənədir və buna əməl etmək lazımdır. Çünki bu zikrlərdən hər hansı birini, məsələn, “Allahu əkbər” zikrini “Allah ən böyükdür” kimi təkrar etmək qəribə görünür və onun rəbbani siqləti bu formada ifadə olunmur.

v) Günün istənilən anında şəxsin etdiyi və sünnədən olmayan qeyri-ənənəvi duaların həmin şəxsin ana dilində deyilməsində bir qəbahət yoxdur.

Odur ki, əgər sizin etdiyiniz zikrlər sünnədən gələn zikrlərdirsə, onları ərəbcə deyin. Yox əgər hər hansı bir zikri uzun olmasından dolayı ərəbcə əzəbərləyə bilmirsinizsə, onda həmin zikri ərəbcə əzbərləyənədək azərbaycan dilində oxuya bilərsiniz. Göründüyü kimi, bu hal müvəqqətidir. Elə isə qısa zikrləri əzbərləmək asan olduğundan onu ərəbcə deyin. Böyük zikrləri isə əzbərləyənədək azərbaycanca deyə bilərsiniz.

Yeri gəlmişkən, sizə bir tövsiyə verək: ərəb dilindəki uzun zikrləri üzündən oxumaqla əzbərləməyə şalışın. Müəyyən vaxtdan sonra görəcəksiniz ki, mütəmadi oxuma nəticəsində zikri əzbərləmisiniz.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
Forum » İslam » Sual-cavab » Zikrlərin tərcüməsini demək olarmı? (Zikrlərin tərcüməsini demək olarmı?)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2019 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru