[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Sual-cavab » Gecə namazının qılınma qaydası. (Gecə namazının qılınma qaydası.)
Gecə namazının qılınma qaydası.
TeraneTarix: Çərşənbə, 23.05.2012, 19:12 | Yazı # 1
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Uca Allah Qurani-Kərimin “İsra” surəsinin 79-cu ayəsində belə buyurur: “(Ya rəsulum!) Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə (təhəccüd) namazı qıl. Ola bilsin ki, rəbbin səni (qiyamət günü hamı tərəfindən) bəyənilib tə’riflənən bir məqama (axirətdə ən böyük şəfaət məqamına) göndərsin!”

Peyğəmbərimizə (s) bu haqda belə bir sual verilir: “Ey Allahın rəsulu, fərz namazlarından sonra daha fəzilətli namaz hansı namazdır?” Peyğəmbər (s) belə cavab verir: “Gecə vaxtı qılınan namaz. Gecə namazını qılmağa diqqət edin. Çünki o, sizdən əvvəl saleh insanların adəti və Allaha yaxınlıq vasitəsi idi. Bu ibadət insanı günahlardan uzaqlaşdırar, xətalara kəffarə olar və bədənin düçar olduğu dərdləri aradan qaldırar”.

İmam Əbu Hənifəyə (Allah ona rəhmət etsin!) görə, gecə namazı işa namazından sonra, yatmazdan əvvəl, ya da bir az yatdıqdan sonra qılınan bir namazdır.

İmam Şafeiyə (Allah ona rəhmət etsin!) görə isə işa namazından sonra, bir az yatdıqdan sonra qalxıb icra edilən ibadətdir.

Yuxudan qalxıb qılındığı üçün bu namaza təhəcccüd namazı deyilir. Çünki “təhəccüd” yuxunu tərk etmək mənasına da gəlir. Təhəccüd namazı müəyyən say rükətlə məhdudlaşdırılmayan sünnə namazıdır. Hənəfi məzhəbinə görə 12 rükətdir. İki rükətdən səkkiz rükətə qədər qılına bilər. Yəni, imkan daxilində iki, dörd, altı, səkkiz rükət qılına bilər. Mütləq səkkiz və ya 12 rükət qılınmalıdır deyə, bir qayda yoxdur.

İslam alimlərinin ümumi rəyinə görə, iki rükətdən bir salam verilməsi daha fəzilətlidir.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
Forum » İslam » Sual-cavab » Gecə namazının qılınma qaydası. (Gecə namazının qılınma qaydası.)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru