[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Sual-cavab » Allahı zikr edərkən fikri toplamaq üçün ne etmək lazımdır? (Mən Allahı zikr edərkən bir çox hallarda özümdən asılı olmad)
Allahı zikr edərkən fikri toplamaq üçün ne etmək lazımdır?
TeraneTarix: Çərşənbə, 23.05.2012, 19:09 | Yazı # 1
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Allahın səlamı olsun dili ilə onu zikr edən və nəfsi ilə əmrlərinə sabit olan qulları üzərinə. Aləmlərin rəbbi zehnimizi, varlığımızı həm məşğul edərək cənnətini qazandıracaq, həm də azdıraraq cəhənnəminə vardıracaq nemət, sınaqları ilə əhatələmişdir. Nəfs ibadətlərlə təmizlənər, Allaha qulluqla ancaq onun qulu olub dünyadakı sərbəstliyini və azadlığını qazanar. Qulluğun ölçüsə də, ən çətin anlarda da, ən sevimli məqamlarda da rəbbinin nemətinin şükrü içində olmaqdır. Bunu əməllə şükr namazı qılmaqla, sərvətlə sədəqə verməklə, dillə onu həmd səna edib tərif yaxud zikr etməklə, ən az ölçüdə isə dostunun, qardaşının üzünə gülməklə onun sevincinə sevinməklə etmək olar. Allah rəsulu (s.a.v) " Gülüş sədəqədir" deyərək ölçüsünə uyğun içində islam acısı, tövhid qüruru olmasına baxmayaraq ətrafındakı insanların uğuruna sevinməyi, onların dərdi ilə dərdlənib onların qəlbini ələ almağı buyurur. Dünya həyatındakı qazandığımız gözəl əməllərdən başqa nə davamlıdır ki, onun da təəssüfünü çəkək. Bizim aparacığımız ancaq, Allahın rizasını qazandıracaq səvab əməllərdir. Həyatımızda olan Allah sevgisini, onun razılığını qazanma yollarından biri də, onu şüurunda olmaqla daima zikr etməkdir. Gündəlik ibadətlərimizdə 33,33,33 düsturu kimi sadə tez-tələsik zikrlərimizi bitirmək yox, həqiqətən dediyimizin fərqində olmaqdır həqiqi zikr etmək. Hər kəliməsində rəbbimizn əzəmətini dərk etməyimiz, onun nemətinə qarşı nankorluğumuzu başa düşməyimiz, verdikləri qarşısında etdiklərimizin okean nisbətində bir damla qədər az olduğunu anlamağımız "1 saatlıq təfəkkür, 60 illik nafilə ibadətdən üstündür" hədisi şərifinin əslini ortaya qoyur. Məhz bu şəkildəki zikr insana həyatında olan bir çox səhvlərini, xətalarını, ətrafında olan insanlara, valideynlərinə, dostlarına qarşı etinasızlığını, hörmətsizliyini xatırladırsa bir əməl dəftəri kimi nəfis təzkiyəsinə xidmət edər. Həmin anlarda qəlbdən gələn dualarla rəbbimiz arasında bir pərdə qalmaz. Çünki "ən xeyirli günahkarlar, etdikləri səhvlərdən sonra tövbə edənlərdir". Zikrimiz şükrümüzə, şükrümüz tövbəmizə səbəb olacaqsa, bu tövbələr, şükrlər içində dalmağa dəyər. Amma yenə də dünyalıq hisslərlə rəbbimiz arasında olan ən səmimi bağları da dünyalaşdırmayaq. Allah onu haqqı ilə zikr edən və ona olan şükr borcu ilə edilən dualarımızı qəbul etsin.Şübhəsiz duları qəbul edən, hər şeyin ən doğrusunu bilən, hər bir həmd özünə məxsus olan aləmlərin rəbbidir...


انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
Forum » İslam » Sual-cavab » Allahı zikr edərkən fikri toplamaq üçün ne etmək lazımdır? (Mən Allahı zikr edərkən bir çox hallarda özümdən asılı olmad)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru