[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Sual-cavab » Suallar və cavablar
Suallar və cavablar
Anar1985Tarix: Çərşənbə, 09.03.2011, 12:09 | Yazı # 1
Qrup: Etibarlı
Yazı: 30
Reputasiya: 0
Status: Saytda deyil
Salamu aleykum

Tərk etdiyi namazların qəzasını qılmaq lazım deyil
Sual: Mən əvvəllər namaz qılmırdım. Daha sonra Allah təala mənə hidayət bəxş etdi və mən namazları qılmağa həris oldum. İndi mən ötən illər qılmadığım namazları qəza etməliyəmmi?

Cavab: İnsan uzun illər namazı tərk edib sonra tövbə edər və namazları layiqincə qılarsa əvvəllər qılmadığı namazları qəza etməsi lazım deyil. Əgər bu şərt olsaydı o zaman bir çoxlarını tövbədən yayındırardı.

Tövbə edən kimsəyə gələcəkdə namazı vaxtında qılmaq tövsiyə olunur. Ona nafilə namazları çoxaltmaq, itaət və xeyirxahlığı artırmaq, uca Allaha yaxınlaşmaq və təqvalı olmaq tövsiyə olunmalıdır.
Abdullah ibn Abdurrahman ibn Cibrin Tilavət səcdəsini hər halda etmək olar
Sual: Səcdə ayəsini oxuduqda başımı və bədənimi örtmədən olduğum halda səcdə edə bilərəmmi?

Cavab: Bu suala gəlincə, tilavət səcdəsini hər halda, başıaçıq və s. etmək olar. Belə ki, daha doğru rəyə görə bu səcdə namaz əhkamlarına daxil deyil.
Abdullah ibn Abdurrahman ibn CibrinKafirin müsəlmana gözü dəyə bilərmi?
Sual: Doğrudurmu ki, kafirin müsəlmana gözü dəyə bilməz və bunun sübutu nədir?

Cavab: Bu doğru deyil. Kafir də digəri kimidir, onun da gözü dəyə bilər. Gözdəymə haqdır.
Abdullah ibn Abdurrahman ibn Cibrin Qadının fitrə bayramı namazını qılmaq üçün namazgaha getməsi
Sual: Qadın fitrə bayramı namazını qılmaq üçün namazgaha gedə bilərmi?

Cavab: Bəli, iki bayram namazını qılmaq üçün namazgaha getmək olar və qadınlar üçün bu daha təkidlə əmr olunmuşdur. İki səhih kitabda Ummu Atiyyə (Allah ondan razı olsun) deyir ki, “bayram günü bizə namazgaha çıxmaq əmr olunurdu. Hətta azyaşlı və həddi buluğa çatan bakirə qızların namazgaha çıxarılması da əmr olunardı. Onlar da insanların təkbiri ilə təkbir edər, onların duası ilə dua edər, həmin günün bərəkətini, paklığını istəyərdilər”. Rəvayətlərin birində isə deyilir ki, “Peyğəmbər (s.a.v.) iki bayramda azyaşlıların, həddi buluğa çatmış qızların və aybaşı qadınların namazgaha çıxmalarını əmr edərdi. Aybaşı qadınlar namazgaha daxil olmaz, amma xeyirə və müsəlmanların duasına şahid olardılar”. Qadınlardan biri belə soruşmuşdu: Ey Allahın elçisi, əgər birimizin geyməyə üst paltarı yoxdursa? Peyğəmbər (s.a.v.) dedi: “Bacısı ona öz paltarından geyindirsin”. Lakin qadınlar ətir vurmaz, cəlbedici şəkildə bəzənməz, kişilərlə izdihama girməzlər.
Abdullah ibn Abdurrahman ibn Cibrin Az vaxt keçibsə unutduğunu tamamla
Sual: Zöhr namazını qıldıqdan sonra xatırladım ki, mən yalnız üç rəkət qılmışam. İndi mən dördüncü rəkəti qılıb səhv səcdəsi edim, yoxsa namazı tam olaraq yenidən qılım?

Cavab: Namazqılan namazından bir və ya daha çox rəkət unudar sonra qısa müddətdə məsələn beş dəqiqə ərzində namaz qıldığı yerdə, yaxud məsciddə bunu xatırlayarsa o naqis (qılmadığı) rəkətləri qılaraq namazı tamamlayır. Naqis (qılmadığı) rəkətləri qıldıqdan sonra salam verir, daha sonra səhv səcdəsi edib salam verir. Əgər uzun müddət, məsələn yarım saat keçdikdən, yaxud məsciddən çıxdıqdan sonra xatırlayarsa o zaman namazı tam olaraq yenidən qılır. Beləliklə onun naqis qıldığı namaz ardıcıllığın itməsi səbəbi ilə ləğv olunur.
Abdullah ibn Abdurrahman ibn Cibrin Namazı gecikdirməyin hökmü
Sual: Sübh namazını zöhrdən iki saat öncə qılanın hökmü nədir? Onu da deyim ki, həmin adam ötən müddət ərzində yatmışdı.

Cavab: Üzürlü hallar müstəsna olmaqla namazı vaxtından gec qılmaq olmaz. Bəzən namaza yatıb qalmaq hər kəs üçün üzür sayılmaya bilər. Belə ki, həmin adam namaz vaxtı oyanmaq üçün erkən yata, yaxud valideynlərinə, qardaşlarına, qonşularına və b. onu oyatmağı tapşıra bilər.

Həmçinin insan namaza çox önəm verə, qəlbi ilə namaza bağlana bilər ki, bu da yuxulu olduğu halda namazın vaxtı yaxınlaşarkən namazı hiss etməsinə səbəb olar. Sübh namazını daima duha vaxtında qılanın qəlbində bu namaza əhəmiyyət verilmədiyi görsənir.

Hər halda insana mümkün yaxın vaxtda namazı qılmaq əmr olunur. Əgər yatıb, unudub və ya səhv edib namazı qılmayıbsa xatırladığı anda dərhal namazı qılmalıdır.
Abdullah ibn Abdurrahman ibn CibrinMən doğuş ağrılarını hiss etdiyim anda namaz qıla bilərəmmi?
Sual: Mən doğuş ağrılarını hiss etdiyim anda namaz qıla bilərəmmi?

Cavab: Qadın heyzdən və nifasdan təmiz olduğu halda namaz qılır. Əgər doğuşdan bir, iki gün öncə qan ifraz olunarsa bu da nifas sayılır və belə halda namaz qılmır. Doğuş ağrıları başlayıb lakin qan ifraz olunmayıbsa namazını qılır. Necə ki, ağrı hiss edib, ağlı başında olan xəstəyə namaz vacibdirsə bu da elə vacibdir.
Abdullah ibn Abdurrahman ibn Cibrin Unudaraq nəcasətə bulaşmış paltar ilə namaz qılarkən hansı hallarda namazdan çıxmaq olar?
Sual: Unudaraq nəcasətə bulaşmış paltar ilə namaz qılarkən namaz əsnasında bunu xatırladıqda namazdan çıxıb paltarı dəyişə bilərəmmi? Hansı hallarda namazdan çıxmaq olar?

Cavab: Kim üzərində nəcasət olduğunu bildiyi halda namaz qılarsa namazı batildir. Əgər namaz bitənə qədər xəbəri olmazsa qıldığı namaz doğrudur, yenidən qılmağa gərək yoxdur. Əgər namaz əsnasında üzərində nəcasət olduğunu bilərsə imkan varsa dərhal təmizləməli və namazı davam etməlidir.

Bir dəfə Cəbrail Peyğəmbərə (s.a.v.) ayaqqabısında nəcasət olduğunu deyəndə o namaz vaxtı ayaqqabılarını çıxartmış, namazın əvvəlini yenidən qılmamışdı. Həmçinin əgər nəcasət əmmaməsində olarsa dərhal çıxartaraq namazı davam etməlidir. Lakin nəcasətin təmizlənməsi daha çox hərəkət məsələn, köynəyi, şalvarı və s. çıxartmaq kimi hərəkət tələb edərsə o zaman namazdan çıxaraq paltarı dəyişib yenidən namaza başlamalıdır.

Həmçinin əgər namaz əsnasında dəstəmazsız olduğunu, yaxud namazda dəstəmazının pozulduğunu xatırladıqda, namaz vaxtı güldükdə namazdan çıxıb yenidən başlamalıdır.
Abdullah ibn Abdurrahman ibn Cibrin Əgər kişilər və qadınların səfləri (cərgələri) arasında maneə qoyulubsa qadınlar üçün hansı səf daha yaxşıdır?
Sual: Əgər məsciddə kişilər və qadınların səfləri (cərgələri) arasında tam örtülü şəkildə maneə qoyulubsa Peyğəmbərin (s.a.v.) bu hədisi aşağıdakı hala aid olurmu? Hədisdə belə deyilir: “Kişilərin ən xeyirli səfi ön, ən şərlisi isə sonuncusudur. Qadınların isə ən xeyirli səfi sonuncu, ən şərlisi isə birinci səfidir”. Bu belədir yoxsa deyilən səbəbə görə qadınların ən xeyirli səfi birinci səfdir?

Cavab: Görsənir ki, hədisdə qadınların sonuncu səfinin xeyirli olmasına səbəb kişilərdən uzaq olmasına görədir. Qadın namaz vaxtı kişilərdən nə qədər uzaq olarsa bu onun üçün bir o qədər ehtiyatlı, namusunu qorumaq üçün etibarlı, pis işlərə meyillənməmək üçün səbəb olar. Əgər qadınların namazgahı kişilərdən uzaq olarsa, divar və ya pərdə ilə ayrılarsa və qadınlar imamın səsini eşitməklə namazlarını qılarlarsa bu halda qadınların ən yaxşı səfi qibləyə yaxın olduğuna görə birinci səfdir.
Abdullah ibn Abdurrahman ibn CibrinYatıb namaza gecikən
Sual: İşa namazına yatıb qalıb sübh namazından sonra onu qılmadığını xatırlayan insan işa namazını nə vaxt qəza etməlidir qarşıdan gələn eyni namaz vaxtında, yoxsa xatırladığı anda?

Cavab: Səhih hədisdə Peyğəmbərin (s.a.v.) belə dediyi rəvayət olunur: “Kim namaza yatıb qalar, yaxud unudarsa xatırladığı anda namazı qılsın. Bunun başqa kəffarəsi yoxdur”. Sonra uca Allahın bu ayəsini oxudu: “... Məni xatırladığın üçün namaz qıl!” (Taha: 14). Hədisi Buxari (№ 597), Müslim (477 səh.) və digər alimlər Ənəs ibn Malikdən (A.r.o.) rəvayət etmişlər. Bu əsasla demək olar ki, istər işa, istərsə başqa namaz olsun əgər namaza yatıb qalıb və vaxtı çıxıbsa oyanan kimi dərhal qılmalıdır. Hətta bu vaxt namaz qılmaq qadağan olunan vaxta və ya digər namazın vaxtına təsadüf edərsə yenə də namazı qılmalıdır. Yalnız bir halda, əgər hazırki namazın vaxtının bitəcəyini görərsə o zaman ilk olaraq hazırki namazı qılıb sonra qəzaya qalan namazı qılmalıdır. Daha doğrusunu Allah bilir.
Abdullah ibn Abdurrahman ibn CibrinRüku və səcdədə edilən zikrlərin çox və az sayı nə qədərdir?
Sual: Rüku və səcdədə edilən zikrlərin çox və az sayı nə qədərdir?

Cavab: Rükuda ”Sübhanə rabbiyəl əzim”, səcdədə isə “Sübhanə rəbbiyəl alə” zikrləri deyilir. Bu zikrləri ən yaxşı halda üç dəfə, ən azından isə bir dəfə deməkdir. İmam isə on dəfə deyə bilər. Rüku zikrini dedikdən sonra Allaha səna etmək, səcdədə isə dua etmək sünnədəndir.
Abdullah ibn Abdurrahman ibn CibrinTövbə özündən öncə baş verənləri silir
Sual: Mən yaşı iyirmi beş olan qızam. Lakin uşaqlığımdan başlayaraq iyirmi bir yaşıma qədər tənbəllik üzündə nə oruc tutmuşam, nə də namaz qılmışam. Valideynlərim daim mənə tövsiyə edərdilər, amma mən isə əhəmiyyət verməzdim. Mənim boynuma düşən vacib nədir? Onu da deyim ki, indi Allah mənə hidayət verib oruc tuturam, namaz qılıram. Keçmişdə etdiklərimə də peşman olmuşam.

Cavab: Tövbə özündən öncə baş verənləri təmizləyir. Sən etdiklərinə peşman olmalı, edəcəyin ibadətlər üçün həvəsli və sədaqətli olmalısan. Eləcə də gecə və gündüz nafilə namazlarını çoxaltmalı, nafilə oruc tutmalı, zikr etməli, Quran oxumalı və dua etməlisən. Allah bəndələrinin tövbəsini qəbul edir və onların günahlarını bağışlayır.
Abdullah ibn Abdurrahman ibn Cibrin Namazda şübhə etmək
Sual: Bəzən namaz qılarkən fatihə surəsini oxuyub-oxumamağıma şübhə edirəm. Sonra yenidən fatihəni oxuyuram. Bu əməlim doğrudur yoxsa səhv səcdəsi etməyim kifayətdir?

Cavab: Bəzi insanlar namaz əsnasında vəsvəsəyə çox düşür, qiraətində və ya təşəhhüd barəsində şübhə edirlər. Bunun əlacı namaza tam bağlanmaq, qəlbin ilə namaza qoşulmaqdır. Bu ona görədir ki, şübhə və vəsvəsə azalsın. Sonra əgər bu hal çox baş versə və həmin adam adətən unutmayıb oxuyursa şübhə etdiklərini yenidən oxumaq məkruh sayılır. Əgər ehtiyat edib təkrar oxusa səhv səcdəsi etməyə lüzum yoxdur.
Abdullah ibn Abdurrahman ibn Cibrin Qadın bazarda namaz qıla bilər
Sual: Qadın bazarda namaz qıla bilərmi?

Cavab: Kişilər fərz namazları məsciddə camaat ilə qılmalıdır. Qadınlar isə evlərində qılsalar daha yaxşıdır. Əgər qadın namazını bazarda qılmalı olarsa qapalı yerdə qıla bilər. İnşəllah bunda heç bir problem yoxdur.
Abdullah ibn Abdurrahman ibn CibrinAylıq adətdən öncə ifraz olunan qan xəstəlik qanıdır və buna görə namazı dayandırmaq lazım deyil
Sual: Aylıq adətdən üç və ya dörd gün öncə qan ifraz olunur və qəhvəyi rəngdə ləkəsi olur. Bilmirəm bu hal təmiz haldır yoxsa natəmiz? Belə ki, tərəddüd içərisində qalıram. İndi mən namaz qılım yoxsa yox?

Cavab: Qadın öz adət günlərini say, qanın rəngi, yaxud vaxt ilə bilirsə adət vaxtı namazı tərk edir. Sonra çimib namazını qılır. Adət vaxtından öncə ifraz olunan qan xəstəlik qanıdır. Buna görə namaz və oruc tərk olunmur. Bu halda qan yuyulmalı, (qan paltara dəyməsin və çölə çıxmasın deyə) qoruyucudan (əski və s.) istifadə etməli, hər namaz üçün dəstəmaz almalı və namazını qılmalıdır. Əgər qan davamiyyətli ifraz olunarsa deyilən kimi etmək kifayətdir. Çünki bu hal istihazə halı kimidir. Əgər nə vaxt isə bu qana görə namazı tərk edibsə ehtiyat üçün həmin günlərin namazlarını qəza etmək lazımdır. İnşəllah bunda heç bir çətinlik olmaz
Abdullah ibn Abdurrahman ibn CibrinAylıq halım dəyişir. Bəzən əlamət və qan görmürəm. Bu halda ibadətin hökmü nədir?
Sual: Aylıq adətim yeddi və ya səkkiz gün arasında dəyişir. Bəzən yeddinci gündə nə qan nə də təmizlik əlaməti görürəm. Bu halda namaz qılmağın, oruc tutmağın və cinsi yaxınlıq etməyin hökmü nədir?

Cavab: Siz ağ mayeni görənə qədər gözləyin. Bu qadınlar tərəfindən aybaşının bitməsini bildirən əlamət olaraq tanınır. Təmizlənmək qanın dayanması demək deyil, təmizlik əlamətini görmək və adət olunan vaxtın başa çatmasıdır
Abdullah ibn Abdurrahman ibn Cibrin Heyz qadın və Quran yazmaq
Sual: Heyz qadın misal çəkmək və ya sübut gətirmək üçün Quran ayələrini oxuya, ayələri və hədisləri yaza bilərmi?

Cavab: Heyz qadın içərisində Quran ayələri və ya mənanı açıqlayan ayələr olan kitabları oxuya, hansısa məqalədə və s. ayələri yaza bilər. Həmçinin hansısa məsələ üçün Quran ayələrini sübut gətirə, yaxud ayələri dua kimi oxuya da bilər. Bu Quranı qiraət etmək sayılmır. Eləcə də ehtiyac olarsa təfsir və digər kitabları daşımaq da olar
Abdullah ibn Abdurrahman ibn Cibrin Heyz qadın xınadan istifadə edə bilər
Sual: Eşitmişəm ki, heyz vaxtı saça və əllərə xına qoymaq olmaz?

Cavab: Heyz halında olan qadın saçı və əlləri üçün xınadan istifadə edə bilər. Bunun heç bir günahı və ya qəbahəti yoxdur. Kim bunu qadağan edir və ya bəyənmirsə bunun üçün heç bir əsas yoxdur. Heyz qadın çimib bədənini və təmizlənməsi mümkün olanları təmizləyərsə kifayət edər.
Abdullah ibn Abdurrahman ibn CibrinHeyzdən təmizləndikdən sonra ifraz olunan sarı və qəhvəyi mayenin təsiri yoxdur
Sual: Aylıq adətim altı gündür. Bəzən yeddi gün olur. Təmizləndiyimi görüb çimirəm və üzərindən bir gün keçdikdən sonra qəhvəyi rəngdə mayenin ifraz olunduğunu görürəm. Mən bunun hökmünü bilmədiyim üçün namaz qılıb-qılmamaqda, həmçinin oruc və digər bütün ibadətləri yerinə yetirməkdə tərəddüd edirəm. Allah sizi xeyirlə mükafatlandırsın, mən nə edim?

Cavab: Siz adət günlərinizi və vaxtını bilirsinizsə bu müddətdə gözləyin sonra namaz qılıb, oruc tut. Təmizləndikdən sonra sarı, yaxud qəhvəyi rəngli maye görsən bu namaz qılmağa və digər ibadətləri etməyə mane olmur. Heyzdən təmizlənməyin öz əlaməti vardır. Qadınlar bunu yaxşı bilirlər. Bu əlamət təmizlənməyin əlamətidir. Bundan sonra çimmək lazımdır və namaz, oruc, Quran oxumaq kimi ibadətləri yerinə yetirmək vacibdir
Abdullah ibn Abdurrahman ibn CibrinHeyz qanı kəsilib sonra yenidən başlayarsa
Sual: Heyz günlərində iki gün ərzində qan gəlir sonra kəsilir, sonra dördüncü gün yenidən qan gəlir. Qan gəlməyən üçüncü gündə namaz qılımmı?

Cavab: Qadın bəlli adət günlərində olduqca namaz qılmır, oruc tutmur. Hətta adət zamanı qanaxmada fasilə olsa yenə də namaz qılmır, oruc tutmur. Bu, təmizlik əlamətini görənə qədər davam etməlidir. Bu qadınlar tərəfindən heyzin qurtarma əlaməti olaraq tanınan ağ mayedir. Bu qadın da tam təmizlənməyincə adət günlərində namaz qılmır, oruc tutmur, Qurana əl vurmur. Sualda dediyi üçüncü gündə də bu əməlləri etmir.
Abdullah ibn Abdurrahman ibn CibrinHeyzli qadının dua etməsi
Sual: Uca Allah heyzli qadının duasını və bağışlanma diləyini qəbul edirmi?

Cavab: Bəli, bu halda dua edə bilər. Hətta yaxşı olar ki, bu halda olarkən çox dua, zikr etsin, bağışlanma diləsin. Ələlxüsus şərəfli vaxtlarda bunu daha çox etməlidir. Duanın qəbul olunması üçün əlverişli səbəblər olduqda Allah onu hər kəsdən, heyzli qadından və qeyrisindən qəbul edər.
Abdullah ibn Abdurrahman ibn CibrinNifasın (doğuşdan sonra qanaxmanın) qırx günü tamamlanmamış yaxınlıq etmək
Sual: Bir kişi doğuşdan sonra qırx günü tamamlanmamış yoldaşı ilə yaxınlıq edə bilərmi? Əgər otuzuncu, yaxud otuz beşinci gündə yaxınlıq edibsə onun boynuna nəsə düşürmü?

Cavab: Doğuşdan sonra qanaxma dövründə yəni nifas halında qadınla yaxınlıq etmək olmaz. Əgər qadın qırx gündən öncə təmizlənibsə onunla yaxınlıq etmək məkruhdur. Lakin yaxınlıq etməyə icazə var və heç bir günahı yoxdur. Lakin bir şərtlə ki, qadın ona namazı, orucu və s. ibadətləri vacib edən tam təmizliyi görməlidir.
Abdullah ibn Abdurrahman ibn CibrinHeyz qadın Qurana toxunmur
Sual: Heyz olan qadın Qurana əl vurmadan onu oxuya bilərmi? Belə ki, o, məktəbdə Quranı oxumağa məcburdur.

Cavab: Heyz olan qadın Qurana toxuna bilməz. Çünki Qurana yalnız pak olanlar toxuna bilərlər. Həmçinin Qurana toxunmadan əzbərdən də oxuya bilməz. Çünki Quranın ali məqamı vardır. Hədisdə deyilir ki, “mən Quranı heyz və cənabətli kimsəyə halal etmirəm”. Lakin bəzi alimlər imtahan vermək üçün zərurət baxımından ehtiyac olan qədər toxunmağa icazə veriblər.
Abdullah ibn Abdurrahman ibn CibrinNifas qanı ilə eyni hökmdədir
Sual: Nifas əsnasında ifraz olunan sarı maddənin hökmü nədir? Bu qırx gün ərzində oruc tutub namaz qıla bilərəmmi?

Cavab: Doğuşdan sonra qadından ifraz olunan hər bir şey nifas sayılır. İstər adi qan olsun, istərsə də sarı və ya qırmızı maye. Çünki bu ifrazat adət müddətində baş verir və qırx gün davam edir. Doğuşdan sonra qırx gün ərzində nə ifraz olunarsa nifas sayılır. Deyilən müddət keçdikdən sonra nə ifraz olunarsa bu istihazədir (hormonal pozğunluğa görə qeyri heyz günlərində ifraz olunan xəstəlik qanı) və s.
Abdullah ibn Abdurrahman ibn Cibrin Heyz səbəbi ilə orucunu açıb utandığından qəzasını tutmayan
Sual: Mən ön üç yaşımda olarkən Ramazan ayını oruc tutdum lakin heyz səbəbi ilə dörd gün orucumu açdım. Amma utandığımdan bu barədə heç kəsə xəbər vermədim. İndi həmin hadisədən səkkiz il ötüb mən nə edim?

Cavab: Sən bu müddət ərzində qəza etmədiyinə görə səhv etmisən. Bu Allahın Adəm qızlarına verdiyi təbii haldır. Dini məsələlərdə isə həya etmək olmaz. İndi sən tez bir zamanda həmin dörd günü qəza et və bununla bərabər kəffarə də ver. Belə ki, kəffarə hər günün əvəzində bir nəfər kasıbı yedizdirməkdən ibarətdir. Yemək isə yerli camaatın daimi qidasından sayılan istənilən qida növündən iki ovuc miqdarında hesablanır.
Abdullah ibn Abdurrahman ibn Cibrin Qeyri heyz günlərində ifraz olunan qanın hökmü
Sual: Qeyri heyz günlərində ifraz olunan qanın hökmü nədir? Mənim aylıq adətimin müddəti doqquz gündür. Lakin bəzi aylarda qan qeyri adət günlərində gəlir. Lakin bu çox az miqdarda olur və bir iki davam edir. Bu günlərdə mənim namaz qılmağım və oruc tutmağım icazəlidirmi?

Cavab: Qeyri adət günlərində gələn qan heyzdən sayılmır. Aylıq adətini bilən qadın adət günləri zamanı namaz qılmır, oruc tutmur, Qurana əl vurmur, əri ona cinsiyyət orqanından yaxınlıq etmir. Təmizləndikdən, adət günləri bitdikdən və çimdikdən sonra pak qadınların hökmündə sayılır. Bundan sonra qan, sarı və ya qırmızı maye ifraz olunsa bu istihazə (hormonal pozğunluq səbəbi ilə xəstəlik) sayılır. Belə halda namaz və s. ibadətləri yerinə yetirir.
Abdullah ibn Abdurrahman ibn Cibrin Cənabətli və ya heyz olarkən təfsir və s. bu kimi dini kitabları oxuya bilərəmmi?
Sual: Cənabətli və ya heyz olarkən təfsir və s. bu kimi dini kitabları oxuya bilərəmmi?

Cavab: Cənabətli və heyz olan qadın təfsir, fiqh, hədis, tövhid və s. bu kimi kitabları oxuya bilər. Quranı dua, dəlil-sübut gətirmək üçün deyil, sadəcə tilavət məqsədi ilə oxumaq qadağandır.
Abdullah ibn Abdurrahman ibn CibrinCinsi yaxınlıq zamanı bu halda qüsl alınmalıdırmı?
Sual: Cinsi yaxınlıq zamanı orqanlar cüzi birləşiblərsə və boşalma baş verməyibsə bu zaman qadın qüsl almalıdırmı? Həmçinin əgər qadın uşaqlığa spiral qoydurubsa və sperma uşaqlığa düşmürsə bu halda da cənabət qüsl almalıdır, yoxsa bədənini və əzalarını yumaqla kifayətlənməlidir?

Cavab: Orqanlar cüzi də olsa birləşiblərsə artıq qüsl almaq lazımdır. Çünki hədisdə belə deyilir: “Əgər qadının dörd əzası qarşısında oturar və cəhd edərsə boşalma baş verməsə də qüsl almaq vacibdir”. Başqa hədisdə isə deyilir: “Əgər iki orqan bir-biri ilə qarşılaşarsa qüsl vacib olar”.

Eləcə də əgər qadının uşaqlığında spiral varsa yenə qüsl almalıdır. Çünki yaxınlıq və boşalma olur. Amma orqanların adi toxunmasına görə sadəcə dəstəmaz almaq kifayətdir.
Abdullah ibn Abdurrahman ibn CibrinMusiqi alətlərinin müşayiəti ilə ifa edilən dini mahnılar vasitəsilə kafirləri islam dininə dəvət etmək
Sual: Nəsraniləri islama dəvət edərkən musiqi müşayiəti ilə ifa olunan dini mahnılardan istifadə etmək olar? Musiqi alətlərinin müşayiəti ilə ifa olunan dini mahnılar oxuyan bir dini qrup yaratmaq olar?

Cavab: Mənə elə gəlir ki, insanları bu tərzdə cəlb etməyə ehtiyac yoxdur; təcvidə və tərtillə lazımi şəkildə riayət etməklə Qurana qulaq asmaq və dinləyənə təsir edən bəlağətli hədislər və faydalı təsir edici qəsidələr və naşidlər kimi icazə verilən vasitələrdən istifadə etmək lazımdır.

Həmçinin islamın gözəllikləri barədə açıq-aydın dəlillər və islam dininin təlimlərini, ali məqsədlərini izah etməklə fitrət dini olduğunu, bəşəriyyət üçün bütün faydaları özündə ehtiva edən bir din olduğunu göstərməklə dəvət edin.

Mahnı, musiqi alətləri və musiqi kimi qadağan edilmiş vasitələrlə təsirlənən kəslərə gəldikdə bunda xeyir yoxdur və bununla dəvətə cavab verəcəyinə güman edilmir.

Daha doğrusunu Allah bilir.
Abdullah ibn Abdurrahman ibn CibrinKafiri yemək bişirmək və paltar yumaq kimi işlərdə işlətmək
Sual: Bizim qeyri müsəlman olan xadiməmiz var. Mən ona namaz qıldığım paltarları yumağı tapşıra bilərəmmi? Onun bişirdiyi yeməklərdən yeyə bilərəmmi? Həmçinin mən onun dininin eyiblərini sadalayıb onun dininin batil olmasını ona deyə bilərəmmi?

Cavab: Kafiri yemək bişirmək, paltar yumaq və s. bu kimi işlərdə işlətmək olar.
Həmçinin onun bişirdiyi yeməklərdən yemək, tikdiyi və ya yuduğu paltarı geyinmək olar. Çünki kafirin bədəni zahirən təmizdir. Onun murdarlığı mənəvi murdarlıqdır. Belə ki, səhabələr kafir kölələri və kənizləri işlədir, kafir ölkələrindən gətirilənləri istifadə edərdilər. Çünki onlara görə kafirlərin bədəni təmiz sayılırdı. Hədisdə deyilir ki, əgər onlar qab-qacaqlarında içki içir, ölü əti və donuz bişirirlərsə o zaman onları yumaq lazımdır. Həmçinin kafirlərin övrət yerini örtən paltarlarını da yuyub sonra geyinmək lazımdır. Amma o ki qaldı onların dinlərinin eyibini açmaq və batil olmasını açıqlamaq bu icazəlidir. Və onların etiqad etdikləri din rədd olunmalıdır. Çünki onların dini bütpərəstlik kimi ya uydurma, yaxud xaçpərəstlik kimi dəyişilmiş və ya hökmü ləğv edilmiş dindir. Eyib təhrif olunmuş dinədir. Lakin sən onları İslama dəvət etməli, bu dinin əsaslarını, fəzilətini və ehtiva etdiyi mənaları onlara açıqlamalı, bu dinin digər dinlərdən seçilən fərqini onlara bildirməlisən.

Abdullah ibn Abdurrahman ibn CibrinQuru nəcasət zərər verməz
Sual: Quru sidik paltarı murdar edirmi? Yəni bəzən körpə uşaq yerə subaşı etdikdə sidik yuyulmur və yerdə qalıb quruyur. Kimsə gəlib həmin yerdə oturursa quru sidik onun paltarını murdar edirmi?

Cavab: Quru nəcasətə quru bədən və paltar ilə toxunmaq heç bir zərər verməz. Həmçinin döşəməsi quru olan ayaqyoluna ayaqyalın, quru ayaqla daxil olmaq ayağı murdar etməz. Çünki nəcasət yaş olarkən təsir edir.
Abdullah ibn Abdurrahman ibn CibrinBu halda dəstəmaz pozulmur
Sual: Mən dəstəmazlı olduğum halda uşağımı təmizləyirəm bu mənim dəstəmazımı pozurmu?

Cavab: Kim başqasının övrətinə şəhvətlə (ehtiras hissi ilə) toxunarsa dəstəmazı pozular. Şəhvətsiz toxunmaq barədə isə alimlər ixtilaf etmişlər. Lakin daha doğru rəyə görə təmizləmək məqsədi ilə uşağın övrət yerinə toxunmaq dəstəmazı batil etmir. Çünki bu məqam şəhvət məqamı deyildir. Bu qurtulması çətin olan hallardan olduğu üçün dəstəmazı pozmasını demək də insanlar üçün məşəqqət yaradır. Əgər bu hal dəstəmazı pozsaydı o zaman səhabələrdən və onlardan sonra yaşayan sələflərdən bu barədə məşhur rəylər eşidilərdi.
Şeyx İbn Cibrin
Abdullah ibn Abdurrahman ibn Cibrin
Niyyət ilə (ürəyimdə) lakin tələffüz etmədən nəzir etdim, bunu yerinə yetirməliyəmmi?
Sual: Səkkiz il bundan əvvəl nəzir etdim ki, bütöv bir ay oruc tutacam. Lakin bunu sadəcə (qəlbimdə) niyyət etmişdim. Bir müddət sonra fikrimi dəyişdim, çünki düşündüm ki, bunu yerinə yetirmək mənə çətin olacaq. Hər ay üç gün oruc tutmağa nəzir dedim və bunu tələffüzlə etdim. Son səkkiz ildir ki, tələffüz etdiyim ikinci nəziri yerinə yetirməyə davam edirəm. Niyyət etdiyim birinci nəzirimi yerinə yetirmək lazımdır, yoxsa tələffüzlə etdiyimi ikinci nəzirimi? İkinci nəziri yerinə yetirsəm birinci nəzirin hökmü məndən düşürmü?

Cavab: Həmdü sənalar Allaha məxsusdur.

Tələffüz etmədən (ürəyinizdə) niyyət etdiyiniz nəziri yerinə yetirməyə lüzum yoxdur. Tələffüz etdiyiniz və oruc tutmaq, Quran oxumaq və sədəqə vermək üçün Allaha əhd verdiyiniz ikinci nəzirə gəldikdə, bu itaət əməlidir. Bir halda ki, bunu nəzir etmisiniz, o zaman buna vəfalı olmaq sizə vacib olur. Lakin tələffüz etmədən mücərrəd olaraq niyyət etmisinizsə bunu yerinə yetirməyə lüzum yoxdur. Sitatın sonu.

Daha doğrusunu Allah bilir. “Dəvət Jurnalı” səh.47
Abdullah ibn Abdurrahman ibn Cibrin Qadının cənnətdəki savabı

 
Anar1985Tarix: Çərşənbə, 09.03.2011, 12:10 | Yazı # 2
Qrup: Etibarlı
Yazı: 30
Reputasiya: 0
Status: Saytda deyil
Abdullah ibn Abdurrahman ibn Cibrin Heyzli və nifaslı qadınların oruc tutması
Heyzli və nifaslı qadınlar
Ramazan ayının istənilən günü sübh namazından sonra təmizlənərsə yemək və içməkdən imtina edib sonra həmin günün qəzasını etməlidirlər.

Sual: Əgər qadın sübh namazından dərhal sonra təmizlənibsə oruc tutmalıdırmı? Əgər oruc tutarsa bu gün onun üçün sayılacaq, yoxsa qəzasını etməlidir?

Cavab: Əgər qan sübhün vaxtı daxil olarkən və ya ondan bir az öncə kəsilibsə tutduğu oruc doğrudur və fərz orucu əvəz edir. Çimməyini gecikdirsə də orucu doğrudur. Amma qan sübhün vaxtı daxil olandan sonra kəsilərsə onda həmin gün yemək və içməkdən imtina etməli və o günün qəzasını etməlidir. Allah təalə daha yaxşı biləndir!
Abdullah ibn Abdurrahman ibn Cibrin Oruclu olarkən yağ və kremlərdən istifadə etmək
Sual: Dərini nəmləndirən yağ və ya kremlərin istifadəsi oruca təsir edirmi?

Cavab: Oruclu halda ehtiyac olduqda bədəni kremləmək olar. Çünki həmin maddə dərinin üstünü nəmləndirir və bədənin içərisinə daxil olmur.
Abdullah ibn Abdurrahman ibn Cibrin Diş fırçası işlətmək və bu zaman dişlərin qanaması
Sual: Sühurdan (imsakdan) sonra dişləri diş məcunu ilə fırçalamaq olar? Əgər olarsa bəs bu zaman az miqdarda çıxan qan orucu pozurmu?

Cavab: Oruc tutduqdan sonra dişləri su ilə yaxalamaq, misvak və ya diş fırçası ilə təmizləmək olar. Amma diş məcunundan istifadə etmək isə məkruhdur (yaxşı deyil). Çünki həmin məcunun tamı olur və bu da ağız suyu ilə bərabər oructutanın mədəsinə gedə bilər. Əgər istifadə etməyə məcbur olarsa onda məcunu mədəsinə getməkdən qorumalıdır. Dişləri təmizləyərkən az miqdarda çıxan qanın isə heç bir təsiri yoxdur.
Abdullah ibn Abdurrahman ibn CibrinOrucu batil edən əməllər.!!!
Sual: Ramazan ayı gündüz vaxtı edilən onanizm (əl ilə sperma çıxarmaq) haqda soruşmaq istəyirəm. Onanizmin qadağan olmasını bilirəm, lakin bilmək istəyirəm ki, onun kəffarəsi nədir?

Cavab: Onanizm Ramazanda və digər vaxtlarda qadağandır. Və bu əməli edən adam mütləq günah qazanır. Onun bağışlanması üçün tövbə etmək, əvəzində yaxşı və saleh əməlləri çoxaltmaq lazımdır. Əgər bu əməl oruclu halda edilsə onda onun günahı daha da böyük sayılır. Həmin adam böyük tövbə etməlidir. Sonra o günün əvəzinə qəza tutmalıdır. Allah bəndələrinin tövbələrini qəbul edən və günahlarını bağışlayandır.
Abdullah ibn Abdurrahman ibn Cibrin Orucun vacib edilməsi üçün yaş həddi
Sual: Oruc, qız uşağına nə vaxt vacib olur?

Cavab: Qız uşağı mükəlləf (məsuliyyətli) olduqda ona oruc tutmaq vacib olur. Mükəlləfliyin əlamətləri isə bunlardır: On beş yaşın tamamlanması, ön cinsiyyət orqanında tük bitməsi, məninin (spermanın) ifraz edilməsi, aybaşı və ya hamilə olması. Bu əlamətlərin bəziləri mövcud olduqda artıq, oruc saxlamaq vacib olur. Hətta qız uşağının on yaşı olub əlamətlər mövcud olarsa artıq mükəlləf (məsuliyyətli) sayılır. Bir çox qız uşaqları on və ya on bir yaşlarında aybaşı olurlar. Lakin onun ailəsi 'qız hələ uşaqdır, onun nə yaşı var ki' və s. bu kimi sözlər deməklə qıza səhlənkarlıqla yanaşır və ona oruc tutmağı buyurmurlar. Bu isə xətadır. Qız uşağı aybaşı olduqda artıq qadınların sırasına qoşulur və mükəlləflik (məsuliyyətlilik) qələmi onun əməllərini yazır. Allah daha yaxşı biləndir!

Abdullah ibn Abdurrahman ibn Cibrin Orucun vacib olan vaxtı
Sual: Mən iyirmi üç yaşına çatmış gəncəm. Hələ mənim on beş yaşım olarkən atam məni oruc tutmağa təşviq edirdi. Mən isə bir gün oruc tutur bir gün iftar edirdim. Və orucun həqiqi mənasını dərk etmirdim. Sonra yaşa dolduqca onun mənasını dərk etməyə başladım və hər il Mübarək Ramazan ayını oruc tutmağa başladım. Allaha şükrlər olsun ki, ondan sonra heç bir gün də olsun orucu tərk etməmişəm. Sualım isə belədir: Mən ötən illərin orucunu qəza etməliyəmmi? Onu da bildirim ki, mən on səkkiz yaşdan sonra Ramazan ayını ardıcıl oruc tutmağa başlamışam.

Cavab: Insan on beş yaşına çatdıqdan sonra şəriətin qanunları ilə mükəlləf (məsuliyyətli) olur. Bu yaşda oruc tutmağa səhlənkarlıq edən adam vacib əməli tərk etdiyi üçün onun qəzasını tutmalıdır. Orucun hikmətini bilməmək isə onun üçün üzr sayılmır. Ona görə də tutmadığı günlərin əvəzinə oruc tutmalı və əlavə olaraq hər günün əvəzinə bir nəfəri yedizdirməlidir. Əgər günlərin sayını bilmirsə onda borcunu tam ödəməkdə ehtiyatlı olmalıdır. Allah daha yaxşı biləndir!

Abdullah ibn Abdurrahman ibn Cibrin Ərini yatağa çağırır, o isə imtina edir.
5971 Sual: Bəzi qadınlar aşağıdaki sualı verirlər:

Hədis eşitmişik ki, əgər kişi zövcəsini yatağa çağırırsa və o gəlmirsə, belə halda mələklər onu səhərə qədər lənətləyirlər. Sualımız budur ki, əgər qadın ərini yatağa çağırarsa və kişi imtina edərsə necə?

Cavab: Həmd Allaha məxsusdur.
Kişiyə zövcəsini tərk etmək və bu yolla ona zərər vermək icazəli deyil, istisna ancaq nuşuz (üsyan) və itaətsizlik halıdır. Lakin əgər o(kişi) qadına zərər vermək məqsədi olmadan onunla yatmırsa (yataqda uzanmırsa), o günah daşımır, çünki ehtiyac onundur və onun istəyindən asılıdır və o istəyini öz iradəsiylə idarə edə bilməz. Əgər kişi qadını tərk edirsə (yataqda), o günahkardır, çünki nə ziyan vermək var, nə də ziyana ziyanla qarşılıq vermək. Daha doğrusunu Allah bilir.
Abdullah ibn Abdurrahman ibn CibrinKişi və qadınların internetdə chat etməsi
Sual: Yazışma fasiqlik (əxlaqsız şeylərdən) və eşqdən uzaqdırsa gənc kişi və qadınların bunu etməsinin hökmü nədir?

Cavab: Naməhrəm (əcnəbi) hər hansı bir qadın ilə hər hansı bir kişinin yazışması qadağandır. Çünki bunda fitnə vardır. İnsan zənn edə bilər ki, bunda heç bir fitnə yoxdur. Lakin şeytan hər ikisini fitnəyə salana kimi buna cəhd etməyə davam etməyi dayandırmır. Peyğəmbər sallallahu aleyhi və səlləm Dəccal haqqında eşidənlərin ondan uzaq olmasını əmr etmişdir və demişdir ki, bir kəs ona mömin kimi yaxınlaşacaq, lakin Dəccal onu fitnəyə salana kimi cəhd etməyə davam edəcəkdir.

Gənc kişilər və qadınlar arasında yazışmada çox böyük fitnələr və təhlükə var. Ona görə də, biz bundan mütləq çəkinməliyik. Əgər sual verən: “Bu cür yazışma eşq və əxlaqsızlıqdan uzaqdır” söyləsə belə bundan çəkinməliyik.

Fətəvə əl-Məra, cəm edən Muhəmməd əl-Müsnəd, səh.96
Şübhəsiz ki, chat otaqlarında (internetdə) yazışma məktub ilə yazışmaqdan daha təhlükəlidir. Hər ikisində şər var.

Daha doğrusunu Allah bilir.
Abdullah ibn Abdurrahman ibn Cibrin
Birinə borc vermişəm. Borcunu faizlə işləyən bankın pulu ilə geri qaytara bilər?
Sual: Mənə borclu şəxs borcunu faizlə işləyən bank vasitəsilə göndərmişdir. Borc verən şəxs ona olan borcu bankdan götürə bilər. Həmçinin bilir ki, bank ilə borclu arasındakı müqavilə faizə əsaslanır.

Cavab: Həmd Allaha məxsusdur.

Görünür ki caizdir, çünki borc verən şəxs faiz əməliyyatında iştirak etmir. Bununla belə o hər iki tərəfə nəsihət etməlidir.

Şeyx ibn Cibrin.
Abdullah ibn Abdurrahman ibn Cibrin Xəstə insanlara gül bağışlamaq
Sual: Xəstəxanalarda artmaqla müşahidə olunan bir hadisə barəsində sizdən soruşmaq istəyirik. Bu adət müsəlman cəmiyyətlərinə yaddır və bizlərə kafir qərb cəmiyyətlərindən sirayət etmişdir. Bu əməl, xəstələrə gül vermək barəsindədir. Bunları baha qiymətə alırlar. Sizin bu adət haqqında rəyiniz nədir?

Cavab: Həmd Allaha məxsusdur.
Şübhəsiz ki, sözügedən güllərin heç bir faydası və ya onların heç bir əhəmiyyəti yoxdur. Onlar xəstəyə şəfa vermir, nə də onların ağrısını yüngülləşdirmir, sağlamlıq , gümrahlıq gətirmir və yaxud da onun xəstəliklərinin qarşısını almır. Bunlar sadəcə çiçəkli güllərin əl ilə və yaxud dəzgahla fabrikdə hazırlanmış, istehsal olunmuş mücərrəd surətləridir, yüksək qiymətə satılır, istehsalçılar bundan yüksək mənfəət əldə edir, alıcılar isə itirirlər. Bu barədə bir balaca düşünmədən belə, qərbi kor-koranə təqliddən başqa bir şey deyil. Bu güllər baha qiymətə alınır və bir, iki saat və yaxud bir gün, iki gün xəstənin yanında qalır, sonra isə zibil yeşiyinə atılır. Yaxşı olardı ki, buna xərclənən pulları özünüzdə saxlayasınız və dünya, axirət məsələlərində bir məqsədə xidmət edən bir şey üçün istifadə edəsiniz. Kim insanların bu cür gülləri almasını və yaxud satmasını görürsə bu əməllərinə görə onlara etirazını bildirməlidir ki, bəlkə həmin insan bundan tövbə etsin və xeyir deyil, yalnız zərər gətirən bu sövdələşməni tərk etsin.

Əl Lulu əl-Məkin min Fətəvə əl-Şeyx ibn Cibrin, səh.58
Abdullah ibn Abdurrahman ibn Cibrin Xəstə olan kafir atanın sağalması üçün edilən duanın hökmü
Sual: Kafir üçün dua etmək olar? Qohumlardan biri, tutaq ki ata kafirdir və xəstədir. Onun üçün dua edə bilərəmmi?

Cavab: Həmd Allaha məxsusdur.
Biz bu sualı Şeyx Abdullah ibn Cibrinə Allah onu hifz etsin veririk.
Şeyx suala aşağıdakı kimi cavab vermişdir:
“Atasının islam dininə hidayət olunması üçün qız (sualverən) onun üçün dua edə bilər. Atası müsəlman olduqdan sonra isə onun şəfa tapması üçün ona dua edə bilər. Lakin atası küfründə inad edərsə, davam edərsə, o layiq deyil ki, yaxşılaşması üçün ona dua edəsiniz. Eyni zamanda, qızı atası ilə gözəl şəkildə davranmalı, rəftar etməli, ona münasibətdə digər xeyirli, yaxşı işlər etməlidir. Çünki Allah təala buyurur: “(Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et)”. (Loğman 31:15)

Atası sağalandan sonra müsəlman olacağına dair söz verərsə, o zaman onun üçün dua etmək olar. Necə ki, Musa əleyhissəlamın əhvalatında bu baş vermişdir.

Allah təala buyurur: “Onlara əzab gəldikdə dedilər: “Ya Musa! (Allahın sənin dualarını qəbul etmək və peyğəmbərlik vermək barəsində) səninlə olan əhdi hörmətinə bizim üçün Rəbbinə dua et. Əgər bu əzabı bizdən götürsə, biz, hökmən, sənə iman gətirəcək və İsrail oğullarını səninlə birlikdə (istədikləri yerə) göndərəcəyik”.

135 - Elə ki, əzabı bir müddətə onlardan götürdük, dərhal (əhdi) pozdular.

136 - Biz də ayələrimizi yalan hesab edib onlardan qafil olduqları (onlara etinasız yanaşdıqları) üçün (Firon əhlindən) intiqam alaraq onları dənizdə batırdıq”. (Əl-Əraf 7:134-136)

Bununla belə xəstə olan atanıza qarşı gözəl, yumşaq davranmalısınız, ona yönəlməlisiniz (qayğısına qalmalısınız) və digər yaxşı əməllər etməlisiniz. Sizin bu əməllərinizin onun üzərində təsiri ola bilər və onun qəlbini yumşalda bilər, ola bilsin ki, o islam dinini qəbul edərək müsəlman olsun. Allah daha yaxşı bilir.
Abdullah ibn Abdurrahman ibn Cibrin
Paltaryuyan maşın paltarları iki dəfə yuyursa, nəcasət düşən paltarları təmizləmək üçün bu kifayət edir?
Sual: Paltaryuyan maşın paltarları iki dəfə yuyur. Nəcasət düşən paltarı təmizləmək üçün bu kifayətdir?

Cavab: Həmd Allaha məxsusdur.
Bu sualı hörmətli Şeyx Abdullah ibn Cibrinə Allah onu qorusun veririk. Şeyx suala aşağıdakı kimi cavab vermişdir:
Burada hökm nəcasətin özü ilə bilavasitə əlaqədardır. Paltardan nəcasət uzaqlaşdırılıbsa onlar təmizlənir. Şeyx əl-İslam ibn Teymiyyə bildirmişdir ki, nəcasətin uzaqlaşdırılması üçün onu yumaq ilə əlaqədar müəyyən sayın şərt qoyulması yoxdur.

Abdullah ibn Abdurrahman ibn CibrinXristian bayramı üçün hazırlanmış taəmləri yemək olar?
Sual: Xristian bayramı üçün hazırlanmış yeməkləri yeməyin hökmü nədir? İsa peyğəmbərin əleyhissəlam doğum gününü qeyd etmək münasibətilə onların dəvətini qəbul etməyin hökmü nədir?

Cavab: Həmd Allaha məxsusdur. Xristianların Kristmas (Milad bayramı) şənliyi və yaxud Novruz bayramını (Farsların Yeni İli-(Nov-yeni, Ruz-il deməkdir) və yaxud Məhracan (Fars bayramı) və ya müsəlmanlar tərəfindən ixtira edilmiş Rəbi əl-Əvvəl ayında qeyd edilən peyğəmbərin sallallahu aleyhi və səlləm doğum gününü, Rəcəb ayında İsra kimi və s. uydurulmuş bayramları keçirmək olmaz. Bayram münasibətilə xristianlar və yaxud müşriklər tərəfindən hazırlanmış yeməkləri yemək olmaz. Həmçinin bu bayramların qeyd edilməsi üçün göndəriləin dəvətləri də qəbul etmək olmaz. Çünki bu onları ruhlandırır və onların bu bidətlərini təsdiq etməyə bərabər hesab edilir. Bu da öz növbəsində cahil insanlarda yanlış bir təsəvvür, ideya yaradır və onlarda belə bir fikrir formalaşdırır ki, bu bayramları keçirməkdə bir xəta yoxdur. Allah daha yaxşı bilir.

Əl-Lulu əl-Məkiin min Fətəvə İbn Cibrin, səh.27

Abdullah ibn Abdurrahman ibn CibrinPeyğəmbərin adına and içməyin hökmü
Sual: Bəzi insanların bir şeyi təsdiqləmək istədiklərində “Peyğəmbərə and olsun”-söylədiklərini eşidirəm. Bu caizdirmi?

Cavab: Həmd Allaha məxsusdur.
Peyğəmbərə and içmək haramdır və şirkin bir növüdür. Çünki bir şeyə and içmək həmin şeyə ehtiram etmək, əzəmətləndirmək mənasını daşıyır və məxluq, özü yaradılmış olan bir şey digər bir şeyi əzəmətləndirə bilməz. Bu səbəbdən, peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Kim Allahdan başqasına and içərsə küfr və yaxud şirk etmişdir”. (Səhih, Əhməd rəvayət etmişdir 2/125; Əbu Davud 3251; Əl-Tirmizi 1535) Bu hökm peyğəmbərlərə, mələklərə, saleh insanlara və digər məxluqlara and içməyi əhatə edir. Həmçinin peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Kim and içərsə Allaha and içsin və yaxud (əks halda) sussun”. (Əl-Buxari 4860-Əl-Fəth 8/611 və 6107-Əl-Fəth 10/516; Müslim 1647; Əhməd 2/309; Əbu Davud 3247; Əl-Nəsai 3775; əl-Tirmizi 1545; İbn Macə 2096)

Qurani Kərimdə “əl-mursələt- And olsun bir-birinin ardınca göndərilənlərə; əl-zəriyət- sovurub-dağıdan küləklərə; əl-nəziət- And olsun (kafirlərin canını) zorla alanlara; əl-fəcr- And olsun dan yerinə; əl-əsr-And olsun əsrə; əd-duha- And olsun səhərə və məvəəqi əl-nucum-And olsun ulduzların yerinə) baxın Vaiqə 56:75 surəsinə) kimi andlara gəldikdə, bilmək lazımdır ki, bunlara Allah təala and içir və Allah istədiyi şeyə and içə bilər, lakin yaradılmışlar yalnız öz Rəblərinə and içə bilərlər.

Əl-Lulu əl-Məkin, Fətəvə ibn Cibrin, səh. 32
Abdullah ibn Abdurrahman ibn CibrinValentin gününü qeyd etmək haramdır!
Bu günü qeyd etmək barəsində Şeyx Abdullah ibn Abdurrəhman ibn Cibrinin fətvası (Alimdir, Hal-hazırda yaşayır, Allah bütün islam alimlərimizi, peyğəmbərimizin sallallahu aleyhi və səlləm varislərini hifz etsin)
Sual: Oğul və qızlarımız arasında Sevgililər Günü (Valentin günü) adandırılan bayramın qeyd edilməsi geniş yayılmışdır. Valentin Xristianların sitayiş etdiyi müqəddəsin adıdır və bu günü hər ilə fevral ayının 14-də qeyd edirlər. O gündə bir-birinə hədiyyə və qızıl gül verirlər, qırmızı paltarlar geyirlər. Bu günü keçirməyin və yaxud həmin günü hədiyyələşmənin hökmü nədir? Allah sizi xeyirlə mükafatlandırsın.Cavab: Birincisi, bu cür uydurulmuş bayramları qeyd etmək qadağandır. Çünki bu yeni ixtira edilmiş bayramın şəritəmizdə heç bir əsası yoxdur. Ona görə də bu bayramın keçirilməsi Aişənin radiyallahu anhu rəvayət etdiyi hədisin hökmünə daxildir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur: “Kim əmrimizə aid olmayan bir şey ortaya çıxararsa, onun bu əməli rədd edilmişdir”-yəni, geriyə, bunu ixtira edənin, uyduranın üzərinə atılacaqdır. İkincisi: Bu bayramı keçirmək kafirlərin sitayiş etdiklərinə sitayiş etmək və onların bayramlarına, şənliklərinə hörmət edərək onlara oxşamaq, onların bəzi dini bayramlarında onlara bənzəmək məsələsini özündə ehtiva edir. Hədisdə varid olmuşdur: “Kim bir qövmə bənzəyərsə o da onlardandı”. Üçüncüsü: Bundan nəticələnən-şənlik keçirmək, avara rəqslər, mahnı oxumaq, musiqi, həyasızlıq, ədəbsizlik, açıq-saçıqlıq, pozğun, əxlaqsız şəkildə özünü nümayiş etdirmək, kişi və qadınların qarışması və qadınların onlara naməhrəm olan kişilər qarşısında görünməsi və ilə axır kimi-şeylərin hamısı haramdır və əxlaqsızlığa aparan yollardır. Ona görə bütün bunları istirahət etmək və əyləncə üçün bəhanə, üzr kimi irəli sürmək, əsaslandırmaq lazım deyil. Və yaxud iddia etmək lazım deyil ki, onlar həddi keçməyəcəklər. Çünki bu doğru deyildir. Özünü düşünən, qayğısına qalan insan bu günahdan və buna aparan hər bir şeydən çəkinməlidir. Buna əsaslanaraq, əgər satıcı alıcıların bu bayramları keçirəcəyini, onları (aldığı malları) hədiyyə verəcəyini və yaxud bu günləri şərəfləndirmək üçün istifadə edəcəyini bilirsə, bu bidət, uydurulmuş mərasimi edənin günahına şərik olmamaq üçün satıcıya o gündə hədiyyə və yaxud qızıl gül satmaq qadağandır.
Abdullah ibn Abdurrahman ibn Cibrin

 
Anar1985Tarix: Çərşənbə, 09.03.2011, 12:11 | Yazı # 3
Qrup: Etibarlı
Yazı: 30
Reputasiya: 0
Status: Saytda deyil
Axirətdə Allahı görmək barəsində Məhəmməd Salih Useymin

Allah Təala Quranda qiyamət gününü xatırladanda belə buyurur: «O gün neçə-neçə üzlər sevinib güləcək, Öz Rəbbinə baxacaqdır!» (Əl Qiyamə surəsi, 22-23)

Baxmaq sözünü üzlər sözünə aid elədi. Üzdə görməyi bacaran da gözlərdir. Ayədə Allahın gözlə görülə bilməsinə dəlil var. Ancaq Allahı görməyimiz Onu əhatə etməyimiz demək deyil. Çünki Allah belə buyurur: «Onların elmi isə Onu (Allahın zatını) əhatə edib qavraya bilməz!» (Taha surəsi, 110) Və əgər Allahı elmimiz ilə əhatə etməyimiz mümkün deyilsə, elmi əhatə etmək, gözlə əhatə etməkdən daha genişdir. Allahı gözlə görüb əhatə etməyimiz mümkün deyil. Buna dəlil Allahın bu ayəsidir : «Gözlər Onu (görüb) dərk etməz. O, gözləri dərk edər» (əl Ənam surəsi, 103) Gözlər Onu görsə də dərk edə bilməz. Allah həqiqi görmə ilə gözlə görülə bilər. Ancaq bu baxışla onu dərk etmək olmaz. Çünki Allah əhatə olunmaqdan daha Əzəmətlidir. Sələfin görüşü budur. Və onlar belə bilirlər ki, insanın nemətləndirildiyi ən kamil nemət Allahın Üzünə baxmaqdır. Buna görə Peyğəmbər (s.ə.s) duası belə idi: «Səndən, Sənin Üzünə baxmağın ləzzətini istəyirəm» Ləzzətli nəzər ona görə dedi ki, o baxışda əzəmətli ləzzət var. Onu ancaq Allahın neməti və fəzilətinə çatanlar bilər. Allahdan məni və sizləri onlardan etməyini arzu edirəm. Sələfin icma etdiyi «Allahı görmə»nin həqiqəti budur.
Kim iddia eləsə ki, Allah gözlə görülə bilməz və ya bu yəqinliyin kamilliyidir, onun bu sözü batildir və dəlillərə ziddir. Çünki yəqinliyin kamilliyi bu dünyada da mövcuddur. Necə ki, Peyğəmbər (s.ə.s) «İhsan» sözünün təfsirində, izahında belə deyir: «İhsan odur ki, Allaha onu gördüyün kimi ibadət edəsən, əgər sən onu görmürsənsə, bil ki, O səni görür» Sənin Allaha Onu gördüyun kimi ibadət etməyin, yəqinliyin kamilliyidir.
Allah dünyada gözəgörünməzdir. Musa Allahı gözlə görmək niyyətində olarkən Rəbb ona bildirir ki, Onu dünyada görə bilməz. Bu mümkün deyildir, hətta möhkəm və güclü dağ belə buna dözə bilməz: “Musaya vəd etdiyimiz vaxt gəlib çatanda Rəbbi onunla danışdı:
“Sən Məni əsla görə bilməzsən. Lakin (bu) dağa bax. Əgər o yerində dura bilsə, sən də Məni görə bilərsən”, - buyurdu. Rəbbi dağa təcəlli etdikdə (Allahın nuru dağa saçıldıqda) onu parça-parça etdi. Musa da bayılıb düşdü.” (əl-Əraf, 143).
Qiyamət günü möminlər Allahı görməyə qadirdilər. Cənnətdə bəndələrə bəxş ediləcək ən böyük nemət əzəmətli və kəramətli Rəbb olan Sübhənəhuya baxmaqdır. Bu böyük nemətdən kafirlər məhrumdular:
“Xeyr, o gün Rəbbinin mərhəmətindən məhrum olacaqlar!” (əl-Mutəffifun, 15).
“O gün neçə-neçə üzlər sevinib güləcək, Öz Rəbbinə baxacaqdır!” (əl-Qiyamət, 22-23).
Bu adamlar möminlərdir: “Həqiqətən, yaxşı əməl və itaət sahibi olan möminlər Nəim cənnətlərində olacaqlar. Onlar taxtlar üstündə (əyləşib Allahın hazır etdiyi nemətlərə) tamaşa edəcəklər. Sən (ey Peyğəmbər!) onların üzlərində cənnət sevinci görəcəksən!” (əl-Mütəffifun, 22-24).
Allah təalanın mübarək üzünə bu nəzər möminlərə vəd edilmiş əlavə mükafatdır:
“Yaxşı işlər görənləri Cənnət və daha artıq mükafat gözləyir” (Yunus, 26). Hər iki “Səhih”də Cərir bin Abdulladan (Allah ondan razı olsun!) bu hədis verilir: Peyğəmbərlə (Ona və onun ailəsinə Allahın salavatı və salamı olsun!) oturmuşduq. Ayın 14-də gecə aya baxdıq. O dedi: “Siz öz Rəbbinizi bunu gördüyünüz kimi görəcəksiniz. Ona baxmaqla zərər görməzsiniz. Əgər bacarsanız günəş çıxmamışdan namaza çox uymayasınız və günəşi qürubuna qədərki namaza əməl edin”.
Allahın İsim və Sifətləri ağılla başa düşülməz. Zənlər, düşüncələr, təsəvvürlər onu başa düşüb dərk edə bilməz. O, da yaratdıqlarına nə zatında, nə əməlində, nə də isim və sifətlərində bənzəməz. Kimsə deyə bilər ki, bu sifətlərə biz də məxsusuq. Amma xeyir! İnsan görmə, eşitmə sifətlərinə malikdir. Lakin onun görməsi, eşitməsi Allahın görməsi, eşitməsi kimi deyildir. Çünki insan müəyyən bir həddə qədər görüb eşidə bilər, lakin Allah – subhanəhu və təala – üçün belə bir hədd yoxdur. Hətta elə bir hallar olur ki, ana öz oğlunu bağışlamır. Lakin Allah öz qullarına qarşı o, qədər rəhmli və mərhəmətlidir ki, onların bu qədər günah etmələrini bağışlayır.
İmam əbu Hənifə – rəhmətullahi aleyhi – bu haqda deyir ki, Onun sifətləri yaratdıqlarının sifətləri kimi deyildir. Onun bilməsi bizim bilməyimiz kimi deyil. Qüdrəti var, lakin bizim qüdrətimiz kimi deyil. Görür, lakin duyması bizimkinə bənzəməz. Danışır, lakin danışması bizimki kimi deyildir.
Çünki onun misli yoxdur. «De ki, Allah birdir. Allah möhtac deyildir. O, nə doğmuş, nə də doğulmuşdur! Onun heç bir tayı bərabəri, bənzəri də yoxdur». (əl-İxlas 1-4).
İsim və Sifətlərin Tövhidi əqidə məsələlərində ən çətin və təhlükəli mövzulardan biridir. Hətta bir çox alimlər bu mövzuda xətalar etmişlər.
Əhli Sünnə vəl Cəmaatın bu mövzu ilə mövqeyi belədir.
1) Nə ki, Quran və Sünnədə isbat olunub, biz də onu isbat edib, qəbul edirik. Məs: Allah görür, eşidir və s. «Şübhə yox ki, Allah (hər şeyi) eşidən (SƏMİ) və görəndir (BƏSİRDİR)». (ən-Nisa 58).
2) Nə ki, Quran və Sünnə ilə inkar edilir, biz də onu inkar edirik. Məs: Xristianlar deyirlər ki, Allah göyləri və yeri altı gündə xəlq etdi və bazar günü isə dincəldi. «O, nə mürgü (HƏYYDİR), nə də yuxu bilər (QAYYUMDUR)». (əl-Bəqərə 255). «And olsun ki, biz göyləri, yeri və onlar arasında olanları altı gündə yaratdıq və bizə heç bir yorğunluq da üz vermədi». (Qaf 38). Yəhudilər dedilər ki, Allah xəsisdir. «Xeyr, Allahın əlləri açıqdır. İstədiyi kimi lütf və ehsan edər». (əl-Maidə 64).
3) Nə ki, Quran və Sünnədə varid olmayıb, sabitliyi və inkarı. Məs: Allah buyurur ki, danışır. Bu sabitdir. Lakin biz desək ki, Allah danışır, deməli dodağı, dili və s. var. Bu düz deyil. Çünki bu haqda bizdə heç bir dəlil yoxdur. Bununla bərabər biz onu da inkar etmirik. Yenə də dəlilimiz yoxdur.
Müsəlman bacı və qardaşlarım! Bu mövzu təhlükəli və çətin olduğuna görə, bəzi azmış və hədlərini aşmış firqələr kimi Allahın ad və sifətlərini dəyişməmək, onları heç nəyə bənzətməmək, keyfiyyətini öyrənməyə çalışmamaqdan ötrü alimlər bəzi qaydalar müəyyənləşdiriblər. Bu qaydaları hər bir müsəlmanın bilməsi vacibdir.
1. TƏHRİF – bir sözü başqa sözlə əvəz etmək, dəyişdirmək deməkdir. Ayə və ya hədisi həm məna, həm də ləfzi etibarı ilə dəyişdirmək deməkdir. Məs: 1) Məna etibarı ilə təhrifə dəlil – Allah Qurani – Kərimdə buyurur: «Rahmən ərşin üzərinə yüksəldi». (Ta ha 5). Burada olan İSTİVA – ucalmaq sözünə, LƏ – şəkilçisi artıqmaqla İSTƏVLƏ hökmü altına aldı sözü ilə əvəz edirlər. Bu azmış firqələr özləri də bilmədən Yəhudilərin etdiklərini edirlər. Allah Yəhudilərə kəndin qapsından Allaha səcdə edən halda HİTTƏ – sözünü, HİNTƏ – «buğda» sözü ilə əvəz etdilər. (əl-Bəqərə 58-59). Allahın ƏL – sifətini qüdrət, nemət kimi təhrif etmək. 2) Ləfzi etibarı ilə təhrifə dəlil – Allah Qurani – Kərimdə buyurur: «Allah Musa ilə sözlə danışdı». (ən-Nisa 164) – ci ayəsini oxuduqda: «Musa Allah ilə sözlə danışdı» deyə təhrif edirlər.
2. TƏTİL – Allahın sifətlərini təmamilə inkar etmək və ya bəzilərini qəbul edib, bəzilərini inkar etmək.
3. TƏMSİL – Allahın sifətlərini məxluqatın sifətləri kimi olduğunu qeyd etmək. Buna həmçinin TƏŞBİH – də deyilir. Bənzətmək. «Onun bənzəri heç bir şey yoxdur». (əş-Şura 11). Bu ayə bu cür düşünənlərin fikirlərini alt-üst edir.
4. TƏKYİF - Allahın sifətlərinin mahiyyəti, keyfiyyəti haqqında fikir yürütmək. Sifətlərin necəliyi haqqında suallar vermək. Allahın sifətlərini bilmək lazımdır, lakin keyfiyyəti haqqında fikir yürütmək olmaz. «Sənə Quranı nazil edən odur. Onun bir hissəsi quranın əslini, əsasını təşkil edən möhkəm, digər qismini isə mütəşabih (mənaca bir-birinə oxşar, məğzi bəlli olmayan) ayələrdir. Ürəklərində əyrilik olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədi ilə mütəşabih ayələrə uyarlar. Halbuki onların həqiqi izahını Allahdan başqa heç kəs bilməz». Elmdə qüvvətli olanlar isə: «Biz onlara inandıq, onların hamısı Rəbbimiz tərəfindəndir» deyərlər. «Bunları ancaq ağıllı adamlar dərk edər». (Ali İmran 7). Valid b. Müslim deyir ki, əl-Əvzai, Sufyan b. Uyeynə, Məlik b. Ənəs – rahmətullahi aleyhi – dən İsim və Sifətlər haqqında olan hədislər barəsində soruşdum. Cavabları: «Bunları gəldikləri kimi alın, onlarla əlaqəli keyfiyyət düşünməyin». İmam Zuhri – rahmətullahi aleyhi – deyir: «Risalə göndərmək Allahdan, təbliğ etmək Rəsullardan, bizə düşən isə təslimiyyət göstərməkdir». Əbu Hənifə – rahmətullahi aleyhi – deyir: «Kim qulları tanıyan kimi Allahı tanıyarsa kafir olar». İbn əl-Cövzi – rəhmatullahi aleyhi – İmam Əhməd – rahmatullahi aleyhi- in Musaddəd əl-Bəsriyyəyə yazdığı məktubu belə xatırlayır: «Allahı onun özünü vəsf etdiyi kimi vəsf edirik, Allahın özü haqqında nəfy etdiyini siz də nəfy edin».
QİYAMƏT GÜNÜ MÖMİNLƏRİN RƏBLƏRİNİ GÖRMƏLƏRİ

Əhli Sünnə vəl Cəmaat yəni Sələfi Salihin ittifaq ilə bu fikirdədirlər ki, Qiyamət günü möminlər öz Rəblərini heç bir əziyyət çəkmədən görəcəklər. Bunu sübut etmək üçün Quran və Sünnədə gələn dəlillərə baxaq.
«O, gün üzlər Rəbbinin gül cəmalına baxıb sevinəcəkdir». (əl-Qiyamə 22-23). Bu ayə altı kəlmədən ibarətdir ki, bunların beşi Allahın görülməsinə dəlalət edir.
1. VUCUHUN – üzlər.
Müxaliflər qeyd edirlər ki, bu ayədə olan görmək qəlbnəndir. Lakin bu səhv fikirdir. RAƏƏ – sözü ərəb dilində iki cürdür.
1). BƏSARİYYƏ – gözlə, 2). QULUBUN – qəlblə.
Bu ayəyə gəlincə isə, Allah buyurmadı ki, QULUBUN – qəlblər o gün sevinəcək. Əksinə Allah buyurdu: VUCUHUN – üzlər o gün sevinəcək. Gözlər də üzdə olduğu üçün nəzər salacaqdır. Bir məsələ də var ki, qəlb nəzər sala bilməz, gözlər isə nəzər sala bliər.
2). YƏUMƏİZİN – o, gün.
Məgər qəlb Allahın olduğunu bilmir. Hətta kafir belə olsa çətin anlarında əllərini göyə qaldıraraq dua edir. Lakin Allahın o, günü xüsusiləşdirməsi məhz möminlərin öz Rəbblərini görəcəyinə işarədir.
3). NƏDİRA – üzlər ağ, sevinc içində.
Niyə Allah möminləri ayırdı, onlara sevinc içərisində olacaqlarını buyurdu. Çünki möminlərdən fərqli olaraq kafirlər o günü öz Rəbblərini görməyəcəklər. «Qiyamət günü onlarla Rəbləri arasında hicab çəkiləcək və onlar Rəblərini görməyəcəklər». (əl-Mutəffifin 15).
4). İLƏ – tərəf.
Yəni Rəblərinə tərəf baxacaqlar. Əbu Səid əl-Xudri – radıyAllahu anhu – rəvayət edir ki, Rəsulullah – sallAllahu aleyhi və səlləm – in zamanında bir qrup insanlar: «Ya Rəsulullah! Qiyamət günü Rəbbimizi görəcəyikmi?» Rəsulullah – sallAllahu aleyhi və səlləm – buyurdu: «Yanında bulud olmayan açıq bir havada günəşi görməyə çətinlik çəkirsinizmi? Bədirlənmiş ayı 14-cü günündə yanında bulud olmayan açıq havada görməyə çətinlik çəkirsinizmi?» Xeyr, Ya Rəsulullah! O, buyurdu: «Günəşi və ayı görməkdə əziyyət çəkmədiyiniz kimi Allahı görməkdə də əziyyət çəkməyəcəksiniz».
5). NAZİRA – nəzər salacaqlar.
Müxaliflər şübhə salmaq üçün bu ayəni dəlil gətirirlər. «Gözlər onu dərk edə bilməz, lakin o, gözləri dərk edər». (əl-Ənam 103). Sözsüz ki, nə bu dünyada, nə də axirətdə Allahı heç bir məxluq dərk edə bilməz. Lakin insan baxdığı, bir şeyi görə bilər lakin dərk etməyə bilər. Ağıllar onu bilirlər, lakin bilməkləri ilə onu dərk edə bilmirlər. Buna görə də dərk etmək tamamilə ayrı bir şey, görmək isə tam başqa bir şeydir. «Onlar taxtlar üstündə (əyləşib) tamaşa edəcəklər». (əl-Mutəffifin 24).
Muxaliflərin digər bir şübhələri: «Musa, Ey Rəbbim! Özünü mənə göstər sənə baxım» dedi Allah: «Sən məni əsla görə bilməzsən. Lakin dağa bax. Əgər o, yerində dura bilsə, sən də məni görə bilərsən». (əl-Əraf 143). Lakin əksinə bu ayə elə onların özləri üçün bir dəlildir. Müxaliflərin dediyinə görə bu ayədə olan LƏN TƏRANİ – kəlməsi əbədiyyən nəfy ifadə edər. Bu görmənin heç vaxt həqiqət olmayacağına dəlalət edir. Dil baxımından isə doğru deyildir. Allah Qurani-Kərimdə Yəhudilər haqqında buyurur: «Yəhudilər deyirlər ki, bizim yerimiz Cənnətdir. Orada bizə gözəl nemətlər hazırlanıb. (Ya Məhəmməd!) Sən onlara (yəhudilərə) de: Əgər (sizin iddianıza görə) Allah yanında axirət evi (Cənnət) başqa insanlara deyil, yalnız sizə məxsusdursa və bu sözünüz doğrudursa (Allahdan) ölüm istəyin! (Cənnətin yalnız özünə aid olduğunu iddia edən kimsə ona qovuşmağa səbəb olan ölümü mütləq arzular). (Əlbəttə) onlar öz əməllərini bildiklərinə görə ölümü əsla istəməzlər». (əl-Bəqərə 95-96). Ayədən də göründüyü kimi Lən – onlar ölümü bu dünyada təmənna etməyəcəklər. Digər bir ayədə isə: «Onlar müraciət edib deyəcəklər: Ey Məlik! Qoy Rəbbin bizi öldürsün (bu əzabdan qurtaraq). O,isə (min ildən sonra onlara) Siz (həmişəlik burada) qalacaqsınız». (əz-Zumər 77). Cəhənnəmdə isə ölümü təmənna etdiklərini görürük.
Digər tərəfdən Musa – əleyhissəlam – Allahın Rəsulu, onun kəlimi olduğu halda, Allah haqqında nəyin imkansız olduğunu daha yaxşı bilirdi. Əgər onun görülməsi imkansız olsaydı belə bir istəklə Allaha müraciət etməzdi. Peyğəmbərlərin həyatlarına baxsaq görərik ki, onlar Allaha layiq olmayan bir şeylə müraciət etdikdə Allah onları dərhal düzəldərdi. Məs: Nuh – əleyhissəlam – öz oğlu üçün kömək istədikdə, İbrahim – əleyhissəlam- öz atası üçün, Muhəmməd – sallAllahu aleyhi və səlləm – öz əmisi üçün kömək istədikdə Allah onlara qadağan etdi. Musa – əleyhissəlam – a isə bu qadağanı qoymadı, əksinə: «Tur dağına bax» deyə buyurdu. Buna görə də Allah: «Sən məni əsla görə bilməzsən» - buyurduğunun mənası, dünyada məni görə bilməyəcəksən deməkdir. İnsanların dünyada Allahı görmək gücləri yoxdur. Çünki əbədi olan Allahı fani olan məxluq görə bilməz. Cənnətdə isə əbədi həyat olduğuna görə əbədi olan insan Allahı görəcəkdir. Allah bizi də onlardan etsin. Amin!
Məqalələri elminə etibar etdiyim qardaşın tərcümə etdiyi kitabdan götürmüşəm.
Vəs-Sələmu aleykum va rahmətullah
Əqidət-ut-Təhaviyyədən daha bir bir çıxarış:
İslam dünyasının bəzi şəxslərinin Allahı cənnətdə görməni təxəyyüllərinə və ağıllarına əsaslanaraq təfsir etmələri, ona düzgün baxışlı bir iman sayılmır. Çünki məsəlyə mühakimə yolu ilə şərh ermək Allahın rəbliyinə əlavə edilən anlayışların hamısının təfsir edilməsi mənasını verir. Təfsirçilikdən əl çəkmək və itaət yoluna qədəm qoymaq müsəlmanlara xas olan dindir. (Sifətləri) inkar etməkdən (funksiyalaşdırmaq) və oxşatmadan (bənzətmədən) çəkinməyən bir adamın ayağı sürüşər və (çatışmazlıq, eyb, qüsur və başqa hallarla bağlı) mənəvi paklığa nail ola bilməz.
Şübhəsiz ki, Uca və Cəlil olan Rəbbimiz vəhdaniyyət sifətləri ilə təfsir edilmişdir. Bir və Tək olan sifətlərinə sahibdir. Yaratdıqlarından heç biri Onun sifətlərindəki mənalara malik deyil.
Şərh: Müsəlmanlar arasında Uca Allahı görməni ağlına və istəklərinə görə şərh edən və yaxud özünün Onun keyfiyyətini biləcəyini söyləyənlərin bu barədə əqidəsi düzgün əsaslara söykənmir. Belə insanlar xətaya yol verənlərdir. Röyətə (görməyə) tam mənasıyla əminliyi olmayanlardır. Çünki görmənin gerçəkliyini və keyfiyyətini Allahdan başqa heç kim bilə bilməz. Görmə (röyət) və yaradıcı Rəbbimiz haqqında edəcəyimiz ən doğru təfsir odur ki, insanlar (Onun sifətlərini), bu dünyada adət etdikləri şəkildə izah etməsinlər və keyfiyyət verməsinlər. Əksinə, bunun mənası (Quran və sünnədə) necədirsə, ona belə də iman gətirləmiyik. Onun keyfiyyətini araşdırmamalıyıq. Bu mövzuda Allahın və Peyğəmbərin (Ona və ailəsinə Allahın slaam və salavatı olsun!) buyurduqlarına iman gətirib təslim olmalıyıq.
Bu, Uca Allahın Öz Peyğəmbəri ilə müsəlman qullarına göndərdiyi həqiqi dindir. Müsəlmana zəruri olan aşağıdakı iki şeydən çəkinmək lazımdır:
1. Allahın Onun Özünü vəsf etdiyindən başqa tərzdə vəsf edərək haqq yoldan azmaq və Allahın Özünü vəsf etdiyi əsil məqsədindən kənara çıxıb yayınmaq;
2. Uca Allahın sifətlərini, adlarını, zatını və fəaliyyətini yaratdıqlarına bənzətmək.
“Ona bənzər heç bir çey yoxdur. O, (hər şeyi) eşidəndir, (hər şeyi) görəndir!” Şura, 42/11.
Ayənin birinci yarısı Allaha oxşarlığı və bənzərliyi inkar edir, ikinci yarısı isə Onun sifətlərinin isbatıdır. Ayı paklıqla isbatı bir yerdə nəzərdə tutmuşdur. Kim ki, bu iki haldan çəkinməzsə, ayağı sürüşər və imanında xətaya yol verər, həqiqəti tapa bilməz. Beləcə də, Allah haqqında vacib olan paklıq yerinə yetirə bilməz. Bu, Allahı oxşarlıqdan, bənzərlikdən və şərik qoşmaqdan uzaq tutmaqdan ibarətdir. Çünki əziz və calil olan Allah əməlində, adlarında, sifətlərində, yaradıcılığında və hökmlərində vəhdaniyyət sahibidir. Bütün fəaliyyətində Təkdir. Heç kimə ehtiyacı yoxdur. Onun şəriki və bənzəri yoxdur. Yaratdıqlarının heç biri bu mənalarda zatında, əməllərində, adlarında və sifətlərində Ona bənzəməzlər.
Ən doğrusunu Allah bilir!

 
muallimTarix: Bazar ertəsi, 30.05.2011, 06:30 | Yazı # 4
Qrup: İstifadəçi
Yazı: 32
Reputasiya: 0
Status: Saytda deyil
qardas bu sual cavabi hardan goturmusen

jjksdkjsdkjsdhkdshskdjhksdjhsdkjdshk
 
muallimTarix: Bazar ertəsi, 30.05.2011, 06:31 | Yazı # 5
Qrup: İstifadəçi
Yazı: 32
Reputasiya: 0
Status: Saytda deyil
suallara cavabi kim verir

jjksdkjsdkjsdhkdshskdjhksdjhsdkjdshk
 
SelefTarix: Bazar ertəsi, 30.05.2011, 21:47 | Yazı # 6
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
muallim, Məhəmməd Salih Useymin


(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
Muslimah_92Tarix: Bazar ertəsi, 04.06.2012, 21:10 | Yazı # 7
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
SUAL VERMƏK ƏDƏBİ

Şafi fəqihlərindən böyük mühəddis Əl Xatib Əl Bağdadi (392-463 h/1002-1072 m), alimlərə sual vermə ədəbi haqqında deyir:

فإنْ أرادَ الاقتصارَ على جوابِ المسئولِ وحْدَه ، قال له في الرُّقْعةِ : ما تقول رضِيَ اللهُ عنكَ ، أو رحِمَك اللهُ أو وفَّقكَ اللهُ ؟ ولا يحسُن في هذا : ما تقولُ ؟ رحِمنا اللهُ وإيَّاكَ ، بل لو قال : ما تقول رحِمكَ اللهُ ورحِم والديْكَ ؟ كان أحْسنَ .
وإن أرادَ مسألةَ جماعةٍ مِن الفقهاءِ ، قال : ما تقولون رضِيَ اللهُ عنكم ؟ أو ما يقول الفقهاءُ سدَّدهم الله في كذا ؟ ولا ينبغِي أنْ يقولَ : أفتُونا في كذا ، ولا : ليُفتِ الفقهاءُ في كذا ، فإنْ قال : ما الجوابُ ؟ أو ما الفتوى في كذا ؟ كان قريبًا
وحُكي أن فتوى ورَدتْ من السلطانِ إلى أبي جعفرٍ : محمدِ بنِ جريرٍ الطبريِّ لم يكتُبْ له الدعاءَ فيها ، فكتَب الجوابَ في أسْفلِها : لا يجوز ، أو كتَب : يجوز ولم يزِدْ على ذلك ، فلما عادتِ الرُّقْعةُ إلى السلطانِ ، ووقَف عليها ، علِم أنَّ ذلك كان مِن أبي جعفرٍ الطبريِّ ، للتقصِيرِ في الخطابِ الذي خُوطِبَ به ، فاعتذَر إليه

"Əgər sual verən kimsə qısa olaraq sadəcə suala cavab almaq istəyirsə, alimə göndərdiyi kağızda belə deyər: "bu mövzuda nə deyirsən? Allah səndən razı olsun" və ya "Allah sənə rəhm etsin", və ya "Allah səni müvəffəq etsin".
Kağıza "bu mövzuda nə deyirsən? Allah bizə və sənə rəhm etsin" yazması uyğun olmaz.
Əksinə, "bu mövzuda nə deyirsən? Allah sənə və valideynlərinə rəhm etsin" deyərsə, bu daha gözəl olar.
Əgər, bir qrup fəqihə sual verəcəksə "bu mövzuda nə deyirsiniz? Allah sizdən razı olsun", və ya "bu mövzuda fəqihlər – Allah onları doğruya yönəltsin – nə buyurur?" deməlidir.
"Bu mövzuda bizə fətva verin", və ya "fəqihlər bu mövzuda fətva versin" deməməlidir.
Əgər, "Cavab nədir?", və ya "Bu mövzuda fətva nədir?" deyərsə, bu da az öncə qeyd edilənə yaxın olar. (yəni ədəbə uyğunluq baxımından bu cürdə deyilməməlidir).
Rəvayət edildiyinə görə, sultandan Əbu Cəfər Muhəmməd bin Cərir Ət Tabəriyə göndərilən kağızda ona dua yazılmır. Tabəri, kağızın altına sadəcə "caiz deyil" və ya "caizdir" yazır. Kağız geri gəlib, sultan onu oxuyanda, bunun Tabəriyə edilən müraciət formasındakı qüsurdan qaynaqlandığını anlayır və ondan üzr istəyir."

Qaynaq: Əl Xatib Əl Bağdadi: Əl Fəqih vəl Mutəfəqqih: 2/383
Dar İbnil Cəvzi: 1417/1996
 
Muslimah_92Tarix: Bazar ertəsi, 04.06.2012, 21:54 | Yazı # 8
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Sual:"BİDƏT NƏDİR? HƏR YENİLİK BİDƏTDİRMİ?"

Cavab:

Hafiz Əbu Bəkr Əl Beyhəqi (384–458 h/994–1066 m), İmam Şafidən (150–204 h/767–820 m) aşağıdakı sözləri nəql edir:

أخبرنا أبو سعيدِ بن أبي عمرٍو ، ثنا أبو العباس محمد بن يعقوب ، ثنا الربيع بن سليمانَ ، قال : قال الشافعي رضي الله عنه

المُحدَثاتُ مِن الأمورِ ضربانِ : ما أُحدِثَ يُخالفُ كتابًا ، أو سنةً ، أو أثرًا ، أو إجماعًا ، فهذه البدعةُ ضلالةٌ ، وما أُحدِثَ مِن الخيْرِ ، لا خلافَ فيه لواحدٍ مِن هذا ، فهذه محدثةٌ غيرُ مذمومةٍ ، قد قال عمرُ في قيامِ رمضانَ : نعْمتِ البدعةُ هذه ، يعني : أنها محدثةٌ لم تكنْ ، وإذ كانتْ فليس فيها ردٌ لِما مضَى

"Əbu Səid bin Əbi Amr → Əbul Abbas Muhəmməd bin Yaqub → Ər Rabi bin Suleyman: İmam Şafi – radiyallahu anhu – belə dedi:

Muhdəsat (sonradan ortaya çıxan şeylər – bidətlər) iki qismdir:
1. Kitaba, Sünnətə, (Səhabədən gələn) əsərlərə, İcmaya müxalif olaraq ortaya çıxarılmış şeylər. Bunlar zəlalət olan bidətdir.
2. Xeyirli işlər qismindən sonradan ortaya qoyulan və bu saydıqlarımızdan heç birinə müxalif olmayan şeylər. Bunlar qınanmayan yeniliklərdir.
Ömər – radiyallahu anhu – təravih haqqında "bu nə gözəl bidətdir" demişdi. Yəni: Bu daha öncə olmayan, sonradan ortaya çıxarılmış bir şeydir və ortaya çıxarıldığı zaman sayılanlara (Quran, Sünnə. və d.) müxalif deyil."

Qaynaq: Əbu Bəkr Əl Beyhəqi: Mənəqibuş Şafi: 1/469
Qahirə: Dərut Turas: 1391

Əbu Nueym Əl Əsbəhəni (336-430 h/948-1038 h) İmam Şafidən eyni məzmunlu sözləri nəql edir:

حدثنا أبو بكر الآجُرِّي ثنا عبد الله بن محمد العَطَشِي ثنا إبراهيمُ بن الجنيْد ثنا حَرْمَلةُ بنِ يحيى قال : سمعتُ محمدَ بنِ إدريسَ الشافعيَّ يقول : البدعةُ بدعتانِ : بدعةٌ محمودةٌ وبدعةٌ مذمومةٌ , فما وافقَ السنةَ فهو محمودٌ , وما خالفَ السنةَ فهو مذمومٌ , واحتجَّ بقولِ عمرَ بنِ الخطابِ في قيامِ رمضانَ : نعْمتِ البدعةُ هي

"Əbu Bəkr Əl Acurri → Abdullah bin Muhəmməd Əl Ataşi → İbrahim bin Cuneyd → Hərmələ bin Yahya: Muhəmməd bin İdris Əş Şafinin belə dediyini eşitdim:

Bidət iki qismdir:
1. Öyülən (məhmud) bidət.
2. Qınanan (məzmum) bidət.
Sünnətə müvafiq olanlar öyülən bidətlərdir. Sünnətə müxalif olanlar isə qınanan bidətlərdir. Bu söylədiyinə, Ömər bin Əl Xattabın təravih haqqındakı "bu nə gözəl bidətdir" sözünü dəlil gətirdi."

Qaynaq: Əbu Nueym Əl Əsbəhəni: Hilyətul Əvliyə: 9/113
Beyrut: Darul Kutubil Arabi: 1405

Təliq: Bu rəvayətin İmama nisbətinin sübutu məsələsinə gəlincə, İmam Şafidən bu sözlərin səhih bir isnadla rəvayət edildiyini İbn Teymiyyə fətvalarında (20/163) təsddiləyir.
İmam Şafinin sözlərindən anlaşılan, bir şeyin sonradan ortaya çıxması ona bidət demək üçün yetərli deyildir. Bir şeyin şəri mənada bidət olması üçün iki şərt lazımdır:
1. Sonradan ortaya çıxması.
2. Şəriətə müxalif olması.
 
Muslimah_92Tarix: Bazar ertəsi, 04.06.2012, 21:54 | Yazı # 9
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Şeyxul İslam İbn Həcər Əl Asqalani (773-852 h/ 1372-1449 m) Hz. Ömərin "bu nə gözəl bidətdir" sözləri haqda deyir:

والبدعةُ أصلُها ما أُحدِثَ على غيرِ مثالٍ سابقٍ , وتُطلَق في الشرْعِ في مقابلِ السنّةِ فتكونُ مذمومةً , والتحقيقُ أنها إن كانتْ مما تَندرِجُ تحْتَ مُستحسَنٍ في الشرْعِ فهي حسنة , وإن كانتْ مما تَندرِجُ تحْتَ مُستقبَحٍ في الشرْعِ فهي مُستقبَحة , وإلا فهي مِن قِسْمِ المباحِ , وقد تَنقسِم إلى الأحكامِ الخمسةِ

"Bidətin əsli/lüğəti mənası: bir şeyin, daha öncə analoqu olmayan şəkildə ortaya çıxarılmasıdır.
Şəriətdə isə bidət, şünnətin müqabili/qarşılığı olaraq istifadə edilir və bu səbəblə qınanan bir şey olur.
Doğru olan budur ki, bidət şəriətdə xoş görülən prinsiplər daxilindədirsə yaxşı bidətdir.
Şəriətdə qınanan prinsiplər daxilindədirsə bu qınanan bidətdir. Bunların heç birinə daxil deyilsə mübah bidətdir.
Bəzən bidət beş hökmə/qismə (haram, məkruh, mübah, məndub, fərz) bölünür."

Qaynaq: İbn Həcər Əl Asqalani: Fəthul Bari: 4/298
Ər Riyad: 1421/2001

İbn Həcər başqa bir yerdə deyir:

والمحدَثاتُ بفتْحِ الدَّالِ جمْعُ مُحدَثةٍ , والمرادُ بها ما أُحدِث ، وليس له أصلٌ في الشرْعِ ويسمى في عُرْفِ الشرْعِ « بدعةً » , وما كان له أصلٌ يدلُّ عليه الشرْعُ فليس ببدعةٍ ، فالبدعةُ في عرْفِ الشرْعِ مذمومةٌ بخلافِ اللغةِ , فإنَّ كلَّ شيءٍ أُحدث على غيرِ مثالٍ يُسمى بدعةً سواء كان محمودًا أو مذمومًا , وكذا القولُ في المحدَثةِ , وفي الأمرِ المحدَثِ الذي ورَد في حديثِ عائشةَ : مَن أحدثَ في أمرِنا هذا ما ليس منه فهو رَدٌ

"..."Muhdəsət" - Əd Dal hərfinin fəthəsiylə - muhdəsə (sonradan ortaya çıxarılmış) sözünün cəmidir.
Bununla murad edilən, sonradan ortaya çıxarılan və Şəriətdə bir əsli/dayanağı olmayan şeydir. Şərən bu bidət adlanır.
Şəriətin dəlalət etdiyi bir əsli/dayanağı olan şey isə bidət deyildir.
Şəri anlamda bidət, lüğəti anlamdakından fərqli olaraq qınanan şeydir.
Çünki, (lüğətdə) analoqu olmayan bir şəkildə ortaya çıxarılmış hər şey, istər öyülən olsun istər qınanan, bidət adlanır. Muhdəsə (sonradan ortaya çıxarılmış şey) də eynidir.
Aişə hədisində varid olmuş "sonradan ortaya çıxarılmış iş" də belədir:
"Kim bizim bu işimizdə, ondan olmayan bir şey ortaya çıxararsa o rədd edilər."
(daha sonra İmam Şafinin təqdim edilən sözlərini təqrirən zikr edir)."

Qaynaq: İbn Həcər Əl Asqalani: Fəthul Bari: 13/266-267
Ər Riyad: 1421/2001

Təliq: Gördüyümüz kimi, İbn Həcər bir şeyin sonradan ortaya çıxmasının şəri mənada bidət adı almaq üçün yetərli olmadığını, bununla yanaşı şəriətdən ümumi bir dəlilə dayanmamasının lazım olduğunu açıq şəkildə bildirir.
 
Muslimah_92Tarix: Bazar ertəsi, 04.06.2012, 21:56 | Yazı # 10
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Maliki alimlərindən İbn Battal (v. 449 h/1057 m) rahiməhullah, İmam Buxarinin "Səhih"inə verdiyi şərhində, Ömərin – radiyAllahu anhu – "Nə gözəl bidətdir" sözü haqda deyir:

قوْل عمرَ: نِعم البِدعة , فالبِدعةُ اختِراعُ ما لم يكنْ قبْل ، فما خالف السُّنةَ فهوَ بدعةُ ضلالةٍ ، وما وافقَها فهو بدعةُ هُدًى ، وقد سُئل ابن عمرَ عن صلاةِ الضّحى فقال : بِدعةٌ ، ونعمَ البدعة

"Ömərin – radiyAllahu anhu – "Nə gözəl bidətdir" sözünə gəlincə, bidət – daha öncə olmayan şeyin sonradan ixtira edilməsidir. (Bu sonradan ixtira olunmuş şeylərdən) sünnətə müxalif olanı zəlalət bidəti, ona/sünnətə müvafiq olanı isə hidayət bidətidir. İbn Ömərə – radiyAllahu anhumə – duha namazı haqda soruşulmuş, (o isə cavabında) demişdir: "Bidətdir, nə gözəl bidətdir"."

Qaynaq: İbn Battal: Şərhu Sahihil Buxari: 4/147
Ər Riyad: Məktəbətur Rüşd
 
Muslimah_92Tarix: Bazar ertəsi, 04.06.2012, 21:56 | Yazı # 11
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Şafi alimlərindən olan İmam Şəmsuddin Əs Səxavi (831-902 h/1427-1497 m) rahiməhullah "Əl Əcvibətul Mərdiyyə fimə Suiləs Səxaviyyu anhu minəl Əhədisin Nəbəviyyə" kitabında verilən suala cavabən deyir:

سئلتُ : كيف ساغ مع قولِه صلى الله عليه وآله وسلم : " كُلّ بدعةٍ ضلالةٌ " تقسيمُها إلى الأحكام الخمسة التي مِنها الواجب والمندوب والمباح ؟

قلتُ : نحمِلها على المحدَثاتِ المُخالِفة للكتاب أو السّنة أو الأثر أو الإجماع دونَ ضِدِّها , ومِن ثَمّ قال عمر رضِي الله عنه في قيام رمضانَ : " نِعمتِ البدعةُ هي " . ولِذا جعَل إمامُنا الشّافعي رضِي الله عنه المحدَثاتِ على ضربيْن
ما كان مُخالِفا كما تقدّم , وقال : فهذه البدعةُ الضلالة
وما لمْ يكُن كذالك ونزَل عليه قولُ عمرَ , فإنّها لمْ تكُن ولا مخالَفةَ فيها لِما مَضى والله الموفِّق

وقوْل بعضِهم بشُمول البدعة العاداتِ ليس على إطلاقِه أيضاً , بل يختَصّ فيما وقع اللّائق فيه مِن المآكل السّيئَة الّتي أحدثَها العَجَم وغيرُهم مِن أهلِ الدّنيا مِمّا فيه مزيدُ التّرَفُّهِ والتّنعُّمِ المُبايِن لِما كان عليه السلف تِبياناً كُليّاً ودونَ ما ليس فيه إلا مُجرّدُ قِيام البُنيَةِ وسدِّ الرَّمَق مِمّا هو مندَرِج في طريق السّلف . وبالله التوْفيق

"311. Belə bir sual verdilər: Peyğəmbərin – sallAllahu aleyhi və əlihi və səlləm – "Hər bidət zəlalətdir" sözü olan yerdə, bidətin - içində vacib, məndub və mübah növü olan - beş hökmə (vacib, məndub, mübah, məkruh və harama) bölünməsi necə caiz ola bilər?

Deyirəm: Peyğəmbərin bu sözünü Qurana və ya Sünnətə, və yaxud (səhabədən nəql edilmiş) əsərə, və yaxud da icmaya müxalif olan yeniliklərə aid edirik, bu növün əksinə (müxalif olmayanlara) deyil. Məhz bu səbəblə (müxalif olmadığı üçün) Ömər – radiyAllahu anhu – təravih namazı haqda "Bu nə gözəl bidətdir" demişdir.
Eləcədə bu səbəbdən İmamımız Şafi – radiyallahu anhu – yenilikləri iki qismə bölmüşdür:
1. Az öncə keçdiyi kimi (bu saydıqlarımıza) müxalif olanlar. Bunlar haqqında "bu bidətlər zəlalətdir" demişdir.
2. Bu cür (müxalif) olmayan və Ömərin – radiyallahu anhu – sözünün aid olduğu növ.O əvvəlcədən olmamış, lakin bununla belə onda öncədən saydıqlarımıza müxalif bir şey yoxdur. Müvəffəq edən ancaq Allahdır.

Bəzilərinin, "bidət adətləridə içinə alır " məzmunlu sözünə gəlincə, bu da həmçinin mütləq mənada deyil. Əksinə əcəmlərdən və başqalarından olan dünya əhlinin icad etdikləri, içində həddən artıq dəbdəbə və zənginlik olmasıyla sələfin tutduğu (qənaətcil) yola köklü şəkildə müxalif olan pis yeməklər kimi bu ada layiq şeylərə xasdır.
Sələfin yaşantısına olduğu kimi, sadəcə cismi ayaqda tutub keçinəcək miqdara aid deyil. Müvəffəqiyyət ancaq Allahdandır."

Qaynaq: Şəmsuddin Əs Səxavi: Əl Əcvibətul Mərdiyyə: 3/1089-1090
Riyad: Darur Rayə: 1418
 
Muslimah_92Tarix: Bazar ertəsi, 04.06.2012, 21:57 | Yazı # 12
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Şafi alimlərindən İbnul Əsir (544-606 h/1150-1210 m) rahiməhullah özünün məşhur "Ən Nihəyə fi Ğaribil Hədisi vəl Əsər" adlı kitabında deyir:

وفي حديث عمرَ رضِي اللَه عنه في قيام رمضانَ : « نِعمَت البدعة هذه » البدعة بدعتان : بدعةُ هُدًى وبدعةُ ضلالٍ , فما كان في خِلاف ما أمَر اللّه به ورسولُه صلى اللّه عليه وسلم فهو في حيِّز الذّمِّ والإنكارِ , وما كان واقعاً تحت عموم ما ندَب اللّه إليه وحضَّ عليه اللّهُ أو رسولُه فهو في حيِّز المدْح , وما لم يكن له مثالٌ موجودٌ كنوْع مِن الجُود والسّخاء وفعْلِ المعروف فهو مِن الأفعال المحمودة ولا يجوز أن يكونَ ذلك في خِلاف ما ورَد الشرع به
لأنَّ النّبِيّ صلى اللّه عليه وسلم قد جعَل له في ذلك ثواباً فقال : « مَن سَنّ سُنةً حسَنةً كان له أجرُها وأجرُ مَن عمِل بها » , وقال في ضِدِّه : « ومَن سنّ سُنةً سيّئةً كان عليه وِزْرُها ووِزْرُ مَن عمِل بها » , وذلك إذا كان في خلاف ما أمَر اللّه به ورسولُه صلى اللّه عليه وسلم
ومِن هذا النوع قول عمرَ رضِي اللّه عنه : « نعْمَت البدعة هذه » لمّا كانت مِن أفعال الخير وداخلةً في حيِّز المدْح سمّاها بدعةً ومدَحها , لأنّ النبيَّ صلّى اللّه عليه وسلم لم يسَنَّها لهم , وإنما صلاّها ليالي ثمّ ترَكها ولم يحافظ عليها ولا جمَع الناسَ لها ولا كانت في زمن أبي بكرٍ . وإنّما عمر رضِي اللّه عنه جمَع الناسَ عليها وندَبهم إليها فبهذا سمّاها بدعةً , وهي على الحقيقة سُنَّةٌ لقوله صلى اللّه عليه وسلم : « عليكم بسُنَّتي وسنَّة الخلفاء الراشدين مِن بعدي » , وقولِه « اقتدُوا باللذَين مِن بعدي أبي بكرٍ وعمرَ » , وعلى هذا التأويلِ يُحمَل الحديثُ الآخر « كلُّ مُحدَثةٍ بدعةٌ » , إنما يريد ما خالفَ أصولَ الشريعة ولم يُوافِق السُّنَّة . وأكثر ما يُستعمل المبتدَع عُرفاً في الذمِّ

"(Bidət barədə) Ömərin – radiyallahu anhu – təravih namazı haqqında "bu nə gözəl bidətdir" sözü varid olmuşdur. Bidət iki növdür:
1. Hidayət olan bidət.
2. Zəlalət olan bidət.
Allah və rəsulunun – sallAllahu aleyhi və əlihi və səlləm - əmr etdiyinə müxalif olan bir şey qınaq və inkar, Allah vəya rəsulunun – salləllahu aleyhi və əlihi və səlləm- çağırdığı və təşviq etdiyi şeylərin ümumuna daxil olan isə öygü çərçivəsindədir.
Comərdlik, əliaçıqlıq və xeyir əməlin müəyyən bir növü kimi öncədən misalı olmayan bir şey (sonradan icad edilsə də) öyülmüş əməllərdəndir. Bu (sonradan icad olunan xeyir əməl) Şəriətə müxalif ola bilməz.
Çünki Peyğəmbər – salləllahu aleyhi və əlihi və səlləm – buna görə ona (bu icadı edənə) savab vəd edərək belə demişdir: "Kim xeyirli bir yol açarsa, ona yolun və onunla əməl edənin əcri vardır". Bunun əksi (zəlalət bidəti) haqda isə demişdir: "Kim pis bir yol açarsa ona o yolun və onunla əməl edənin günahı vardır". Bu (sonuncu günah vədi) Allahın və rəsulunun – sallAllahu aleyhi və əlihi və səlləm - əmr etdiyinə müxalif olduğu təqdirdədir.

Ömərin – radiyallahu anhu – "Bu nə gözəl bidətdir" sözüdə bu (birinci) növdəndir. Xeyr əməllərdən və öygü çərçivəsinə daxil olduğu üçün onu (yaxşı) bidət adlandırmış və öymüşdür. (Bidət adlandırmışdır) çünki Peyğəmbər – sallAllahu aleyhi və əlihi və səlləm – təravihi onlar üçün sünnət olaraq tərk etməmişdir. Sadəcə bir neçə gecə qılmış, sonra isə tərk etmiş, davam etməmiş, insanları bunun üçün toplamamışdı.
(Bu şəkil bir namaz) Əbu Bəkrin – radiyallahu anhu – vaxtında da olmamışdır. Ancaq Ömər – radiyallahu anhu – onları bunun üçün toplamış, onları buna təşviq etmiş və bu səbəblə onu (gözəl) bidət adlandırmışdır.
Halbuki, həqiqətdə Peyğəmbərin – sallAllahu aleyhi və əlihi və səlləm – "Mənim və məndən sora gələn Raşidi Xəlifələrimin sünnətinə sarılın" və "Məndən sonra olanlara, Əbu Bəkrə və Ömərə tabe olun" sözünə görə bu (Ömərin əməli) sünnətdir.

Digər "Hər yenilik/muhdəsə bidətdir" hədisi də məhz bu təvilə (pis bidət) həml edilər. Bununla şəriət prinsiplərinə müxalif olub, sünnətə müvafiq olmayanı qəsd etmişdir. (Hədisdə keçən) "mübtədə" (sonradan ortaya qoyulmuş) sözü də örfən əksər hallarda qınaq üçün istifadə olunur."

Qaynaq: İbnul Əsir: Ən Nihəyə fi Ğaribil Hədisi vəl Əsər: 1/106-107
Beyrut: Dar İhyait Turasil Arabi
 
Muslimah_92Tarix: Bazar ertəsi, 04.06.2012, 21:57 | Yazı # 13
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Şafi fəqihlərindən olan Əbu Şamə Əl Maqdisi (599-665 h/1202-1267 m) – rahiməhullah – özünün xüsusi olaraq bidətlər haqda qələmə aldığı "Əl Bəis alə İnkəril Bidəi vəl Havədis" adlı nəfis risaləsində, digər şafi alimi Əbu Süleyman Əl Xattabinin (319-388 h/931-998 m) - rahiməhullah - yuxarıda qeyd etdiyimiz sözünü zikr etdikdən bir neçə sətr sonra deyir:

وأمّا البدَع المستَقبَحة فهيَ التي أردْنا نفيَها بِهذا الكتابِ وإنكارَها . وهيَ كُلّ ما كان مُخالِفاً للشّريعةِ أو ملتزِماً لمُخالفتِها , وذلك منقَسِم إلى محرَّم ومكروه , ويختلِف ذلك بإختلاف الوقائعِ وبحسَب ما به مِن مخالفة الشّريعةِ , تارةً ينتهي ذلك إلى ما يوجِب التّحريمَ وتارةً لا يتجاوَز صفةَ كراهةِ التنزيه , وكلُّ فقيهٍ موفَّق يتمكَّن بعوْن الله مِن التميِيز بيْنَ القِسميْن مهما رسَخت قَدمه في إيمانه وعِلمه

"Çirkin sayılan bidətlərə gəlincə, bu kitabımızla məhz onların nəfyini və inkarını qəsd etmişik. O bidətlər, Şəriətə müxalif olan, və yaxud Şəriətə müxaləfəti gərəktirən şeylərdir. Bu da haram və məkruh olaraq iki qismdir. Bu (haramlıq və məkruhluq) isə durumun dəyişməsinə və Şəriətə müxaləfət dərəcəsinə görə dəyişir. Bəzən haramı gərəktirən bir hökmə götürür. Bəzən isə tənzihi məkruhiyyət növünü keçmir.
(Allah tərəfindən) müvəffəq edilmiş hər bir fəqih, elmdə dərinləşdikdə, Allahın yardımı ilə bu iki qismin arasını ayırmağı bacarar. "

Qaynaq: Əbu Şamə Əl Maqdisi: Əl Bəis alə İnkəril Bidə vəl Havədis: 22
Məkkə: Mətbəatun Nəhdatil Hədisə: 1401/1981

Qeyd: Bidətlər haqqında ayrıca kitab təlif etmiş Əbu Şamə hər sonradan çıxan şeyi bidət saymır. Ayrıca qınanan bidətlərin belə hamısının haram olmadığını qeyd edir. Diqqət edilməsi gərəkli olan ən önəmli nöqtə isə, bidətin haramıyla məkruhunu ayırma əhliyətini dərinləşmiş fəqihlərə aid etməsidir. Ancaq bizim ölkəmizdə daha dünən İslamla tanış olan kimsələrin bir çoxunu "bidətlərlə savaş" meydanında görmək olur. Əhlinin əlində olmayan iş ancaq ifsad olar!
 
Muslimah_92Tarix: Bazar ertəsi, 04.06.2012, 21:58 | Yazı # 14
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Şafi fəqihlərindən Alləmə İbn Dəqiq Əl İd (625-702 h/1228-1302 m) İmam Nəvəvinin "Əl Ərbəun" adlı hədislər kitabının şərhində "sonradan ortaya qoyulmuş şeylərdən (muhdəsat) çəkinin" hədisini açıqlarkən deyir:

وقولُه « وإيَّاكمْ ومُحدثاتِ الأمور » اعلَمْ أنَّ المحدَثَ على قسمينِ : محدثٌ ليس له أصلٌ في الشريعة , فهذا باطلٌ مذمومٌ , ومحدثٌ بحمْلِ النظيرِ على النظير , فهذا ليس بمذمومٍ , لأنَّ لفْظَ "المحدَث" ولفظَ "البدعة" لا يُذَمّان لمجرَّد الإسمِ , بل لمعنى المخالفةِ للسنة والداعي إلى الضلالة , ولا يُذَمُّ ذلك مطلقاً

"Allah Rəsulunun "muhdəsatdan/yeniliklərdən çəkinin" sözünün şərhi:
Bil ki, yeniliklər iki cürdür:
1. Şəriətdə bir əsli/dayanağı olmayan yenilik. Bu batil və qınanandır.
2. (Şəriətdəki) Bənzərinə oxşar bir şey ortaya qoymaq surətilə olan yenilik. Bu qınanan bir şey deyildir.
Çünki, "muhdəs" və "bidət" kəlimələri sadəcə isminə görə qınana bilməz. Sünnətə müxalif və zəlalətə aparan mahiyyətinə görə qınanar. Yoxsa mütləq şəkildə (yaxşı və ya pis olduğuna baxılmadan) qınanmaz."

Qaynaq: İbn Dəqiq Əl İd: Şərhul Ərbəin: 75-76
Məkkə: Məktəbətul Faysaliyyə
 
Muslimah_92Tarix: Bazar ertəsi, 04.06.2012, 21:58 | Yazı # 15
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Alləmə İbn Abdil Bərr (368-463 h/978-1071 m) "Əl İstizkar" adlı əsərində bu haqda deyir:

وأما قولُ عمرَ : نعمتِ البدعةُ في لسان العرب : اختراعُ ما لم يكن وابتداؤه ، فما كان مِن ذلك في الدين خلافاً للسنة التي مضى عليها العمل فتلك بدعة لا خيْرَ فيها وواجبٌ ذمُّها ، والنهيُ عنها ، والأمر باجتنابها ، وهِجَرانُ مبتدِعِها ، إذا تبيَّن له سوءُ مذهبِه . وما كان مِن بدعةٍ لا تخالِف أصلَ الشريعة والسنةَ فتلك نعمتِ البدعة - كما قال عمر - لأن أصلَ ما فعَله سنةٌ
وكذلك قال عبد الله بن عمرَ في صلاة الضحى ، وكان لا يعرِفها ، وكان يقول : وللضحى صلاة ؟
وذكر ابن أبي شيبةَ ، عن ابن عُليّة ، عن الجريري ، عن الحكَم ، عن الأعْرَج ، قال : سألتُ ابنَ عمرَ عن صلاة الضحى ، فقال : بدعة ، ونعمتِ البدعة
وقد قال تعالى - حاكياً عن أهل الكتاب - : { وَرَهْبَانِيَّةً ابْتَدَعُوهَا مَا كَتَبْنَاهَا عَلَيْهِمْ إلَّا ابْتِغَاءَ رِضْوَانِ اللَّهِ } الآية
وأما ابتداعُ الأشياء مِن أعمال الدنيا فهذا لا حرَجَ فيه ولا عيْبَ على فاعله

"Ömərin "nə gözəl bidətdir" sözünə gəlincə, Ərəb dilində bidət – daha öncə olmayan şeyin ixtirası, ortaya çıxarılmasıdır.

1. Dini mövzularda, ortaya çıxarılan şeylərdən əməl edilən Sünnətə müxalif olanlar, heç bir xeyr olmayan bidətdir. Bunların qınanması, qadağan edilməsi, çəkinilməsinin əmr edilməsi və - görüşünün pis olduğunu bildiyi zaman - bunu ortaya çıxarandan uzaq durulması vacibdir.
2. Şəriətin və Sünnətin əslinə müxalif olmayan bidətlərə gəlincə, bunlar Ömərin də dediyi kimi nə gözəl bidətdir. Çünki, etdiyi şeyin əsli (dolayısıyla) Sünnətdir.

Abdullah bin Ömər də Duha namazı haqqında eynisini demişdi. Halbuki bu namaz haqda bilmirdi və "Duha vaxtı namazmı var?" deyərdi?
İbn Əbi Şeybə rəvayət edir: İbn Uleyyə → Əl Cəriri → Əl Həkəm → Əl Arac dedi: İbn Ömərə Duha namazını sordum. Mənə belə cavab verdi: Bidətdir, nə gözəl bidətdir.
Uca Allah, Əhli Kitabdan nəqlən buyurur: "Ruhbaniyyət icad etdilər. Halbuki biz onlara bunu yazmamışdıq. Lakin, onlar bunu Allahın razılığını qazanmaq üçün etdilər." (Əl Hədid: 57/27)
Dünyəvin işlərdən ortaya çıxarılan şeylərə gəlincə, bunları edən kimsə üçün bir problem və eyib yoxdur."

Qaynaq: İbn Abdil Bərr: Əl İstizkar: 5/152-153
Qahirə: 1414/1993

Təliq: İbn Abdil Bərr bidəti iki şəkil təqsim edir. Birinci bölgü mövzusuna görə: Dini və Dünyəvi olaraq. İkinci bölgü Dini bidətin özünün ikiyə bölünməsidir: yaxşı və pis bidət.
 
Muslimah_92Tarix: Bazar ertəsi, 04.06.2012, 21:58 | Yazı # 16
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Şafi alimlərindən olan Şeyxulislam Təqiyyuddin Əs Subki (683-756 h/1284-1355 m) rahiməhullah ona aid olan fətvaların olduğu "Fətəvas Subki" kitabında deyir:

ولمْ نعلَمْ أحداً مِن العُلماء المتقدِّمين ، ولا المُتأخِّرين أطلق على شيءٍ ممّا فعَل الخُلفاء الراشدون بدعةً مطلقاً , وقد وقَع في كلام الشيخ العلامةِ شيخِ الإسلام في زمانِه أبي محمدِ بن عبد السلام على التّراويح أنّها بدعةٌ مستحبَّةٌ ، وكذا وقَع في كلام الفاضل الكبير أبي بكر الطُّرْطُوشي المالكي في كلامِه على البِدَع والحَوادث وغيرِه عدا التراويح فيها ، واغترُّ بهذا كثيرٌ مِن الناس
وهؤلاء العلماء المتأخِّرون رضِي الله عنهم لم يُطلِقوا لفظَ البدعة إطلاقاً
وإنّما قيَّدوه بالمستحَبة وأدْرجُوه في جملةِ الجواب , وكان ذلك عذراً مُبيِّناً ما قصَدوه مِن كونِها حادثةً بتلك الصِّفة الخاصَّة ، وما أحسنَ وأصوَبَ كلامَ الشَّافعيِّ رضِي الله عنه حيث قال :
المحدَثات ضربانِ أحدهما : ما أُحدِث مِمّا يخالِف كِتاباً ، أو سُنةً ، أو أثراً ، أو إجماعاً فهذه البدعة ضلالة
والثاني : ما أُحدِث مِن الخَير لا خِلافَ فيه لِواحدٍ مِن هذا ، وهذه محدَثةٌ غيرُ مذمومةٍ , وقد قال عمرُ رضِي الله عنه في قيام رمضانَ نِعمت البِدعة هذه ، تعيّن أنّها محدَثة لم تكنْ ، وإذا كانت ليس فيها ردٌ لِما مضى
هذا كلامُ الشافعي رضِي الله عنه فانظُر كيف تحرّز في كلامِه عَن لفظِ البِدعة ، ولم يرُد على لفظِ المحدَثة , وتأوَّل قولَ عمرَ رضِي الله عنه على ذلك , وكيف وهوَ إمامُ العلماءِ سيِّدُ مَن بعدَه , فالبِدعة عند الإطلاق لفظٌ موضوعٌ في الشّرع للحادِث المذمومِ لا يجوزُ إطلاقُه على غير ذلك ، وإذا قُيِّدت البدعة بالمستحَبة ونحوِه فيجوز ، ويكون ذلك للقرينة ، ويكون مجازا شرعياً حقيقةً لغويةً

"Nə mütəqaddim/keçmiş, nə də mütəaxxir/sonrakı alimlərdən kiminsə, Raşidi Xəlifələrin etdiyi bir şeyə (gözəl bidət vəsfiylə vəsfləndirmədən) mütləq olaraq bidət dediklərini bilmirik.
Şeyx, allamə, öz zamanının Şeyxulislamı Əbu Muhəmməd bin Abdis Salamın Təravih namazı haqqında, onun müstəhəb bidət olduğunu dediyi öz sözləri arasında sabitdir. Eləcədə, Böyük fəzilət sahibi Əbu Bəkr Ət Turtuşi Əl Malikinin və başqalarının bidətlər və yeniliklər haqqındadakı sözlərində də Təravihin bunlardan (müstəhəb bidətlərdən) sayıldığı varid olmuşdur. İnsanlardan bir çoxu bunu yanlış anlamışlar.
Mutəaxxir alimlər – radiyallahu anhum – bidət kəliməsini mütləq/qeydsiz istifadə etməmişlər. Bidət sözünün müstəhəblik vəsfiylə qeyd altına almış və bunu cavabda qeyd etmişlər. Bu da onların, bu "xüsusi vəsfə sahib (müstəhəb) yenilik" olmaqdan qəsd etdiklərini açıq şəkildə ortaya qoyan bir üzrdür.

İmam Şafi –radiyAllahu anhu – necə gözəl və doğru söyləmişdir:
Muhdəsat (sonradan ortaya çıxan şeylər) iki qismdir:
1. Kitaba, Sünnətə, (Səhabədən gələn) əsərlərə, İcmaya müxalif olaraq ortaya çıxarılmış şeylər. Bunlar zəlalət olan bidətdir.
2. Xeyirli işlər qismindən sonradan ortaya qoyulan və bu saydıqlarımızdan heç birinə müxalif olmayan şeylər. Bunlar qınanmayan bidətdir.
Ömər – radiyallahu anhu – Təravih haqqında "bu nə gözəl bidətdir" demişdi. Aydındır ki, bu daha öncə olmayan, sonradan ortaya çıxarılmış bir şeydir və ortaya çıxarıldığı zaman sayılanlara (Quran, Sünnə. və d.) müxalif deyil."

Bu, Şafinin – radiyAllahu anhu – kəlamıdır. Gör (şəri bidət olmayan şeylər haqqında) "bidət" sözünü işlətməkdən necə çəkindi! Yenilik ləfzinə qarşı isə bir söz demədi. Ömərin – radiyAllahu anhu – sözünü də bu mənaya (müstəhəb yeniliklərə) təvil etdi. Necə olmasın ki, Şafi alimlərin imamı, özündən sonrakıların seyyididir?!
Beləliklə "bidət" ləfzi (müstəhəblik vəsfi olmadan) mütləq deyildikdə Şərən qınanmış bir yeniliklər üçün istifadə edilir. Bundan başqası üçün mütləq/qeydsiz olaraq deyilməsi caiz deyildir.
Lakin əgər "bidət" kəliməsi müstəhəblik vəsfi və bənzəri qeydlə birgə zikr edilərsə caiz olar. Bu da qərinə (işarə) vasitəsiylə bilinər. Bu halda şərən məcaz, lüğətən həqiqət olar."

Qaynaq: Təqiyyuddin Əs Subki: Fətəvas Subki: 2/107-108
Beyrut: Darul Mərifə
 
Muslimah_92Tarix: Bazar ertəsi, 04.06.2012, 21:59 | Yazı # 17
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Qeyd: Nəqldən açıq aydın görsəndiyi kimi, dinin prinsiplərinə müxalif olmadığı halda sonradan çıxan bir əmələ mütləq olaraq "bidət" demək, İmam Subkiyə qədər, nə mütəqaddim nə də mütəaxxir heç bir alimdən sadir olmamışdır.
Əksinə belə bir yeniliyə bidət deyərkən alimlər önünə "müstəhəb", "gözəl" kimi vəsflər artırmışlar.
Qeydsiz olaraq bidət deyilməsi caiz olmadığı üçün önünə bu vəsflər artırılmalıdır. Bu vəsflər artırıldıqdan sonra isə bu cür yeniliklərə vəsflərinə müxalif qınaqlar yapışdırılmaz. Çünki, bunlar hər nə qədər yenilik olsalarda şərən qınanan yeniliklərdən deyillər. Allah daha gözəl biləndir.
 
Muslimah_92Tarix: Bazar ertəsi, 04.06.2012, 21:59 | Yazı # 18
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Böyük müfəssirlərdən Əbu Abdillah Əl Qurtubi (600-671 h/1204-1274 m) özünün "Əl Cami li Əhkəmil Quran" adlı təfsirində Bəqərə surəsi 117-ci ayəsini açıqlarkən deyir:

كلُّ بِدعةٍ صدَرتْ مِن مخلوقٍ فلا يخلُو أنْ يكونَ لها أصلٌ في الشرعِ أو لا ، فإنْ كان لها أصلٌ كانتْ واقِعةً تحْت عُمومِ ما ندَب الله إليه وحضّ رسولُه عليه ، فهِيَ في حيِّز المدْح . وإنْ لم يكنْ مِثالُه موْجودا كنوْع مِن الجود والسخاء وفعلِ المَعروف ، فهذا فعله مِن الأفعال المَحمودة ، وإن لم يكنْ الفاعل قد سُبِق إليه . ويعْضُد هذا قولُ عمرَ رضِي الله عنه : "نعْمَتِ البِدعةُ هذه" ، لمَّا كانت مِن أفعال الخيْر وداخلةً في حيِّز المدْح , وهيَ وإنْ كان النبِي صلّى الله عليه وآله وسلّم قد صلَّاها إلا أنّه ترَكها ولمْ يُحافظْ عليها ولا جمَع الناس عليها , فمُحافظة عمرَ رضِي الله عنه عليها , وجمْعُ الناسِ لها , وندْبُهم إليها بدعةٌ , لكنَّها بدعةٌ محمودةٌ
وإنْ كانتْ في خِلافِ ما أمَر الله به ورسولُه , فهيَ في حيِّز الذمِّ والإنكارِ , قال معناها الخطّابي وغيرُه
قلتُ : وهو معنى قولِه صلّى الله عليه وآله وسلم في خُطبته , « وشرُّ الأمورِ محدثاتُها , وكلُّ بدعةٍ ضلالةٌ » يُريد ما لم يُوافقْ كتاباً أو سنةً , أو عمَلَ الصحابةِ رضِي الله عنهم , وقد بيَّن ذلك بقوله « مَن سنَّ في الإسلامِ سنّةً حسنةً , كان له أجرُها وأجرُ مَن عمِل بها مِن بعدِه مِن غير أنْ ينقُصَ مِن أجورِهم شيءٌ , ومَن سنّ في الإسلامِ سُنةً سيِّئَةً كان عليه وِزْرُها ووِزْرُ مَن عمِل بها مِن بعدِه مِن غير أنْ ينقُصَ مِن أوزارِهم شيءٌ » , وهذا إشارةٌ إلى ما ابتُدِع مِن قبيحٍ وحسَنٍ , وهو أصلُ هذا الباب

"Məxluqdan sadir olan/çıxan hər bir bidətin şəriətdə ya əsli vardır ya da yoxdur:

1. Əgər onun bir əsli olarsa, (bu bidət) Allahın – cəllə cələluh - təşviq etdiyi və rəsulunun – sallAllahu aleyhi və əlihi və səlləm – təşviq etdiyi ümumun daxilində baş vermiş olar. Comərdlik, səxavət və xeyir əməlin hər hansı bir növü kimi əvvəlcədən hər hansı bir misalı olmasa belə, bu (bidət) öygü çərçivəsindədir. Onun etdiyi bu işi daha öncə kimsə etməyibsə belə, bu etdiyi şey öyülən işlərdəndir.
Bu dediyimizi Ömərin – radiyAllahu anhu – xeyir əməllərdən sayıldığı və öygü çərçivəsində olduğu üçün (təravih namazının camaatla qılınması haqda dediyi) "O nə gözəl bidətdir" sözü dəstəkləyir. Peyğəmbər – sallAllahu aleyhi və əlihi və səlləm – bu namazı qılsa da, sonradan tərk etmiş, bu feli davamlı etməmiş və insanları bunun üçün toplamamışdır.
Ömərin – radiyAllahu anhu – bu feli davamlı etməsi, insanları bunun üçün toplaması və onları buna dəvət etməsi bidətdir. Lakin bu öyülən bir bidətdir.
2. Allahın və Rəsulunun - sallAllahu aleyhi və əlihi və səlləm - əmr etdiyi şeyə müxalif olarsa, (bu bidət) qınaq və inkar çərçivəsindədir. Xattabi və başqalarıda bu mahiyyətlə şeylər söyləmişlər.

(Mən Qurtubi) Deyirəm: Allah Rəsulunun – sallAllahu aleyhi və əlihi və səlləm - xütbəsində dediyi "İşlərin ən pisi sonradan icad olunanlarıdır və hər bidət zəlalətdir" sözünün mənası da budur (yəni yaxşı bidətlər deyil pis bidətlərə aiddir).
O bununla, Qurana və yaxud Sünnətə yaxud da səhabələrin – radiyAllahu anhum - əməllərinə müvafiq olmayan şeyiləri qəsd etmişdir.
Bunu Peyğəmbər – sallAllahu aleyhi və əlihi və səlləm - "Kim İslamda gözəl bir yol açarsa, ona bu yolun və özündən sonra onunla əməl edənlərin əcrlərindən bir şey azalmadan onunla əməl edənlərin əcri vardır. Kim də İslamda pis bir yol açarsa ona o yolun və özündən sonra onunla əməl edənlərin günahlarından bir şey azalmadan onunla əməl edənlərin günahı vardır" sözü ilə açıqlamışdır.
Bu hədis, sonradan ortaya çıxarılan şeylərik çirkin və gözəl olmaq üzrə iki yerə bölündüyünə işarə edir və bu mövzuda əsli bir daynaqdır."

Qaynaq: Əl Qurtubi: Əl Cami li Əhkəmil Quran: 2/331-332
Beyrut: Ər Risələ: 1427/2007
 
Muslimah_92Tarix: Bazar ertəsi, 04.06.2012, 21:59 | Yazı # 19
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Şafi alimlərindən olan Bədruddin Əz Zərkəşi (745-794 h/1344-1392 m) özünün "Əl Mənsur fil Qavaid" adlı kitabında deyir:

فأما في الشرْع فموضوعةٌ للحادثِ المذمومِ ، وإذا أُريد الممدوحُ قيِّدتْ ، ويكون ذلك مجازاً شرعياً حقيقةً لغويةً ، وفي الحديث { كل بدعةٍ ضلالةٌ } ، وقال الإمام الشافعي - رضي الله عنه - المحدثات ضربانِ : أحدهما : ما أُحدِث مما يُخالف كتاباً أو سنةً أو أثراً أو إجماعاً ، فهذه البدعةُ الضلالةٌ
والثاني : ما أُحدِث مِن الخيْر لا خلافَ فيه ، وقد قال عمرُ رضي الله عنه في قيام ( رمضان ) : نعمتِ البدعة هي يعني أنها محدثةٌ لم تكن ، وإذا كانتْ ليس فيها ردٌ لما مضى انتهى
وانظُر كيف تحرَّز الإمامُ الشافعيُّ رضي الله عنه في كلامه عن لفظِ البدعة ، ولم يزِد على لفظِ المحدثةِ ، وتأوَّل قولَ عمرَ رضي الله عنه على ذلك

"Şəriətdə "bidət" sözü ortaya çıxarılmış qınanan yeniliyə deyilir. Bidət sözüylə öyülən bidətlər qəsd edildikdə qeydlə söylənir (məsələn "yaxşı bidət" deyilir). Bu da şərən məcaz, lüğətən həqiqət olar. Hədisdə belə buyurulmuşdur: "Hər bidət zəlalətdir".

İmam Şafi - Allah ondan razı olsun – belə demişdir:
Muhdəsat (sonradan ortaya çıxan şeylər) iki qismdir:
1. Kitaba, Sünnətə, (Səhabədən gələn) əsərlərə, İcmaya müxalif olaraq ortaya çıxarılmış şeylər. Bunlar zəlalət olan bidətdir.
2. Xeyirli işlər qismindən sonradan ortaya qoyulan və (bu saydıqlarımızdan heç birinə) müxalif olmayan şeylər. (Bunlar qınanmayan yeniliklərdir).
Ömər – radiyallahu anhu – təravih haqqında "bu nə gözəl bidətdir" demişdi. Yəni: Bu daha öncə olmayan, sonradan ortaya çıxarılmış bir şeydir və ortaya çıxarıldığı zaman sayılanlara (Quran, Sünnə. və d.) müxalif deyil.

İmam Şafinin izahında bidət ləfzini işlətməkdən necə çəkindiyinə bax. O, ancaq muhdəsə/yenilik sözünün işlətdi və Ömərin – Allah ondan razı olsun – sözünüdə bu mənaya (yaxşı yenilik olduğuna) yozdu."

Qaynaq: Bədruddin Əz Zərkəşi: Əl Mənsur fil Qavaid: 1/217-218
Kuveyt: Vizəratul Əvqaf: 1402/1982
 
Muslimah_92Tarix: Çərşənbə axşamı, 05.06.2012, 23:09 | Yazı # 20
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Səhabələrə nifrət etməyin hökmü?

Sual: Səhabələr (Allah onlardan razı olsun-Ridvanallahu anhum) barəsində bəzi şəxslər ilə dialoq aparırdıq və onlardan biri mənə dedi ki, bizlərdən birimiz səhabələrdən birinə nifrət edə bilər və bu islama zidd deyil. O dedi ki, ola bilsin ki səhabələrə nifrət etmək insanı iman dairəsindən çıxarsın, lakin o hələ də müsəlman olaraq qalmağa davam edir. Ümid edirik ki, bu məsələni bizə lazımınca açıqlayacaqsınız.

Cavab:

Həmd Allaha məxsusdur.

Şübhəsiz ki, bir insanın əqidəsi, inancı onun dünyasına və dininə fayda gətirən məsələlər üzərində deyil, bəşəriyyətin ən yaxşısının, üstününün (yəni peyğəmbərin sallallahu aleyhi və səlləm) dostlarına iftira atmaq, şər yaxmaq, söymək və yaxud onların (səhabələrin) arasında baş göstərən mübahisələri müzakirə etmək üzərində qurulubsa, bu böyük fəlakət, rəzillik, bədbəxtlik və zəlalətin nişanəsi, əlamətidir.

Peyğəmbərin sallallahu aleyhi və səlləm səhabələrinə şər yaxmaq, böhtan atmaq (söymək), onlara nifrət bəsləmək, onlara qarşı dişini qıcamaq, narazılığını bildirmək üçün əlbəttə ki, heç bir səbəb yoxdur. Onların fəzilətləri (üstünlükləri) saysız-hesabsızdır, çünki onlar islam dinini dəstəkləmiş, kömək etmiş və imanı yaymışdırlar; onlar müşriklər ilə cihad etmişdirlər; onlar Quranı, sünnəti və hökmləri bizə nəql etmiş, bizlərə ötürmüşdürlər. Onlar bütün səylərini ortaya qoymuş, qanlarını Allah yolunda tökmüş və mal-dövlətlərni bu yolda xərcləmiş kəslərdir. Allah onları Öz peyğəmbərinin sallallahu aleyhi və səlləm dostları seçmişdir. Onlara münafiqdən başqası böhtan atmaz və yaxud nifrət etməz. O münafiq ki, islamı sevmir və yaxud ona inanmır.

Rəvayət olunur ki, əl-Bəra radiyallahu demişdir: Mən peyğəmbərin sallallahu aleyhi və səlləm belə dediyini eşitdim: “Ənsar: onları yalnız mömin sevər və onlara yalnız münafiq nifrət edər. Kim onları sevərsə, Allah onları sevər, kim onlara nifrət edərsə Allah onlara nifrət edər”. Buxari 3672; Müslim 75 rəvayət etmişdirlər.

Ənsara nifrət edən insan mömin ola bilməzsə və bu əməli onu münafiq edirsə, o zaman Ənsarlara və Mühacirlərə, onlara haqq yolu üzərində tabe olanlara nifrət edənlərin, onlara iftira edənin, onlara söyənin, lənət oxuyanın və ittiham edənin, səhabələri sevəni kafir elan edənlərin halı necə olar görəsən? Necə ki, bunları Rafizilər edir! Şübhəsiz ki, bu cür sifətlərə malik insanlar kafir və münafiq hesab edilməyə, mömin hesab edilməməyə daha layiqdirlər.

Əl-Təhavi əhli sünnət vəl camaatın etiqadını, inancını müzakirə edərək buyurmuşdur:

Biz Allah rəsulunun sallallahu aleyhi və səlləm əshabələrini sevirik.

Biz onlardan hər hansı birinə qarşı sevgidə etinasız yanaşmırıq.

Nə də onlardan hər hansı birindən özümüzü uzaq tutmuruq.

Biz onlara (səhabələrə) nifrət edənlərə və onları tənqid edənlərə nifrət edirik.

Biz səhabələr haqqında yalnız xeyir danışırıq.

Onlara qarşı sevgi dini bağlılığın, iman və ehsanın bir hissəsidir.

Onlara nifrət hissi bəsləmək küfrdür, münafiqlikdir və zülmdür.

Şeyx Salih əl-Fauzan demişdir:“Əhli Sünnət vəl Camaatın yolu peyğəmbərin sallallahu aleyhi və səlləm ev əhlini (əhli beytini) sevməkdir”.

Nasibilər səhabələri sevirlər, lakin peyğəmbərin sallallahu aleyhi və səlləm əhli beytinə nifrət edirlər. Bu səbəbdən dolayı Nasibi adlandırılmışlar. Çünki onlar özlərini peyğəmbərin əhli beytinin düşmənləri kimi qələmə verirlər.

Rafizilər onların əksidir: onlar peyğəmbərin sallallahu aleyhi və səlləm əhli beytini sevirlər-və yaxud sevdiklərini iddia edirlər, lakin onlar səhabələrə nifrət edirlər, onlara lənət edirlər, təkfir edirlər və tənqid edirlər.

Səhabələrə nifrət edən islama dininə nifrət edir. Çünki səhabələr İslamın daşıyıcıları və seçilmiş peyğəmbərin sallallahu aleyhi və səlləm ardıcıllarıdır. Beləcə hər kim onlara nifrət edirsə, elə islam dininə nifrət edir və bu dəlalət edir ki, bu cür insanların qəlbində iman yoxdur və onlar islamı sevmirlər...

Bu müsəlmanların bilməsi lazım olan mühüm başlıca bir qaydadır. Yəni, səhabələri sevmək və onların qədrini bilmək prinsipi. Çünki bu imandandır. Onlara nifrət etmək və yaxud onlardan birinə nifrət etmək küfr, münafiqlikdir. Çünki onları sevmək peyğəmbəri sallallahu aleyhi və səlləm sevmək, onlara nifrət etmək peyğəmbərə sallallahu aleyhi və səlləm nifrət etməkdir.

Şərh əl-Əqidə əl-Vəəsitiyyə

Bəzi alimlər səhabələrə nifrət etmək məsələsinin nə anlama gəldiyini təfsilatı ilə şərh etmişdirlər.

Onlar demişdirlər: “Əgər bir kəs bəzi dünyəvi səbəbdən dolayı səhabələrdən bəzilərinə nifrət edərsə, o zaman bu küfr, münafiqlik deyil, lakin nifrət onların peyğəmbərin sallallahu aleyhi və səlləm səhabələri olmaları, dini səbəbdən isə, onların küfründə şübhə yoxdur.

Bu gözəl bir təfsilatdır, bizim yuxarıda qeyd etdiklərimiz ilə ziddiyyət təşkil etmir, əksinə məsələyə daha çox aydınlıq gətirir və dəstəkləyir, gücləndirir.

Əbu Zəra əl-Razi demişdir: “Birini Allah rəsulunun sallallahu aleyhi və səlləm səhabələrindən birini tənqid edən görsəniz, o zaman bilmiş olun ki, o kəs zındıqdır.

İmam Əhməd demişdir: Bir kəsin Allah rəsulunun sallallahu aleyhi və səlləm səhabələrindən biri barəsində pis danışdığını, zikr etdiyini görsəniz, o zaman onun islamını sorğu suala tutun, ittiham edin.

Şeyx ul-İslam ibn Teymiyyə demişdir: “Bir kəs səhabələrə onların yüksək şəxsiyyəti, əxlaqı və yaxud dini bağlılığını təkzib etməyən şəkildə iftira edərsə, məsələn onlardan birini simic və yaxud qorxaq və ya elmi az olan və ya zahid olmayan və s. kimi vəsf edərsə, o zaman o kəs töhmət olunmağa, ədəbləndirilməyə və cəzalandırılmağa layiqdir, lakin biz mücərrəd olaraq ona kafir hökmü vermirik. Alimlər tərəfindən təkfir etməyənlərin sözləri bax bu cür başa düşülməlidir”.

Bir kəs onları mütləq şəkildə lənət etsə və iftira etsə, bu alimlərin mübahisə etdiyi bir sahədir. Mübahisə həmin lənətin hisslərdən (qəzəbdən) dolayı və yaxud etiqaddan dolayı meydana gəlməsi haqqında tərəddüdə görədir.

Bir şəxs bunun dairəsindən çıxaraq həddini aşarsa və Allah rəsulunun sallallahu aleyhi və səlləm vəfatından sonra, on və yaxud bəzi şəxslərdən ibarət kiçik bir dəstə istisna olmaqla, onların mürtəd olduğunu və ya onlardan çoxunun itaətdən çıxdığını iddia edərsə, o zaman şübhə yoxdur ki, bu kəs kafirdir. Çünki həmin kəs Quranda birdən çox yerdə, Allah təalanın onlardan razı olduğunu, onları təriflədiyinə dair bildirdiklərini təkzib etmişdir. Həqiqətən də, hər kim bu cür insanın kafir olduğunda şübhə edərsə o özü kafirdir. Çünki (onların bu sözündən) belə çıxır ki, Quranı və Sünnəni bizə nəql edənlər kafir, fasiq olmuşdurlar və yaxud Allah təalanın “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz..”. (Ali İmran 3:110) ayəsində vəsf olunan bu ümmətin ən yaxşılarının-ən xeyirliləri ilk nəsil olmuşdur-əksəriyyəti kafir və münafiq olmuşdurlar. Bu o anlama gəlir ki, bu ümmət millətlərin ən pisidir və bu ümmətin ən birinci nəsli ən şərli olmuşdur. Şübhəsiz ki, bu açıq-aydın küfrdür, buna dair dəlil olduqca açıq-aydındır.

Nəticə etibarilə, şahid ola bilərsiniz ki bu cür baxışları, fikirləri ifadə edənlərin əksəriyyətinin gec-tez zındıq olduğu ortaya çıxır. Zındıqlar adətən öz məzhəblərini gizlədirlər, lakin Allah təala onlara ibrət göstərmək üçün onların bəzilərini cəzalandırmışdır. Bir çox hədislərdə varid olmuşdur ki, Allah təala onları bu həyatda və öləndə donuzlara çevirmişdir. Alimlər bu cür rəvayətləri cəm etmişdirlər. Bu alimlərdən məsələn Hafiz əl-Salih Əbu Abdullah Muhəmməd ibn Abdulvahid əl-Maqdisi Əl-Nəhyi an Səbb əl-Əshab adlı kitabında bu cür zındıqların başına gələn cəzaları rəvayət etmişdir.

Bir sözlə, bəzi dəstələr var ki səhabələrə iftira atırlar, şübhəsiz ki onlar kafirdirlər, bəziləri var ki, onlara kafir hökmü verilə bilməz və bəziləri vardır ki, bu məsələdə onların şübhələri, tərəddüdləri var.

Əl-Sarim əl-Məslul alə-Şəətim əl-Rəsul, səh.590-591

Təqiyiddin əl-Sübki demişdir:
...Bu səhabələrin bəzisinə iftira atanlara aiddir. Lakin bir kəs səhabələrin hamısına iftira atarsa şübhəsiz ki o kafirdir. Eyni hökm sadəcə səhabə olduğuna görə ona iftira atan kəsə də şamil edilir. Çünki onun bu əməli səhabələrin fəzilətini aşağılamaq və dolayı yolla peyğəmbərə sallallahu aleyhi və səlləm iftira atmaqdır. Beləcə sözsüz ki, bunu edən kəs kafirdir. Buna əsaslanaraq, Təhavinin “və onlara nifrət etmək küfrdür” sözlərindən bu cür başa düşülməlidir ki, səhabələrin hamısına nifrət etmək şübhəsiz ki, küfrdür, lakin bir kəs səhabəyə məhz səhabə olduğuna görə deyil, şəxsi səbəbdən dolayı iftira atırsa və həmin səhabə Məkkənin fəthindən əvvəl islamı qəbul edibsə və hansı ki, onların fəziləti barəsində yəqinlik-necə ki, Rafizilər iki şeyxə (Əbu Bəkr və Ömərə)iftira atırlar-o zaman Əl-Qazi Hüseyn bildirmişdir ki, iki şeyxə şər yaxan (söyən) kafirdir.

Bu məsələdə alimlər arasında tərəddüdün mövzusu bir şəxsin bəzi fərdi səbəblərdən dolayı müəyyən bir şəxsə iftira atması ilə dünyəvi səbəbdən dolayı və s. birinin-digərinə nifrət etməsidir. Bu onun kafir olduğu anlamına gəlmir. Lakin şübhəsiz ki, həmin insan, peyğəmbərin sallallahu aleyhi və səlləm səhabəsi olduğundan dolayı iki şeyxdən birinə nifrət edərsə o zaman bu küfrdür və həqiqətən də iki şeyxdən başqa səhabələrin hər hansı birinə, peyğəmbərin sallallahu aleyhi və səlləm səhabəsi olduğuna görə nifrət etmək əlbəttə ki, həmçinin küfrdür.

Fətəvə əl-Sübki 3/575
 
Forum » İslam » Sual-cavab » Suallar və cavablar
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru