[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 2 из 2
  • «
  • 1
  • 2
Forum » İslam » Uydurma və Zəif hədislər » Uydurma və Zəif hədislər (BİSMİLLAH)
Uydurma və Zəif hədislər
Muslimah_92Tarix: Bazar ertəsi, 04.06.2012, 22:16 | Yazı # 21
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Alləmə İbnus Salah (577-643 h/1181-1245 m) “Ulumul Hədis” adlı kitabında bunları söylədi::

يجوز عند أهل الحديث وغيرهم التساهل في الأسانيد ورواية ما سوى الموضوع من أنواع الأحاديث الضعيفة من غير اهتمام ببيان ضعفها فيما سوى صفات الله تعالى وأحكام الشريعة من الحلال والحرام وغيرهما . وذلك كالمواعظ والقصص وفضائل الأعمال وسائر فنون الترغيب والترهيب وسائر ما لا تعلق له بالأحكام والعقائد وممن روينا عنه التنصيص على التساهل في نحو ذلك : عبد الرحمن بن مهدي و أحمد بن حنبل رضي الله عنهما

“Əhlul-Hədis və digərlərinə görə: Uca Allahın sifətləri, halal və haram və s. Şəriət əhkamları müstəsna, isnadlarda yumşaq/güzəştli davranmaq, məvdu/uydurma hədisdən başqa zəif hədisin digər növlərini zəifliyini açıqlamağa önəm vermədən rəvayət etmək caizdir.
Məsələn: Moizələr, İbrətamiz qissələr, fəzilətli əməllər, rəğbətləndirmə və qorxutmanın digər sahələrində və əqidə və əhkamla bağlı olmayan digər yerlərdə.
Bu kimi yerlərdə mətnləri sənədində yumşaq davranaraq tərtib etmələri Abdur Rahman bin Mehdi və Əhməd bin Hənbəl və digərlərindən bizə nəql edilmişdir.”

Qaynaq: İbn Əs Salah: Ulumul Hədis: 113
Darul Fikr: 1406/1986
 
Muslimah_92Tarix: Bazar ertəsi, 04.06.2012, 22:17 | Yazı # 22
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Böyük hədis alimlərindən Şəmsuddin Əs Saxavi (831-902 h/1427-1497 m) “Əl Qavlul Bədi fis Saləti aləl Həbibiş Şafi” adlı kitabında İbn Hacər Əl Asqalanin mövzuyla əlaqəli görüşünü nəql edir:

سمعت شيخنا مراراً يقول ، وكتب لي بخطه : إن شرائط العمل بالضعيف ثلاثة :
الأول : متفق عليه أن يكون الضعف غير شديد ، فيخرج مَن انفرد مِن الكذَّابين ، والمتهمين بالكذب ، ومن فحُش غلطه .
الثاني : أن يكون مندرجاً تحت أصل عام ، فيخرج ما يُخترَع ، بحيث لا يكون له أصلٌ أصلاً .
الثالث : ألا يُعتقد عند العمل به بثبوته ، لئلا يُنسَب إلى النَّبىِّ صلَّى الله عليه وسلَّم ما لمْ يقله.
قال : والأخيران عن ابن عبد السلام وعن صاحبه ابن دقيق العيد ، والأول نقل العلائي الإتفاق عليه

“Şeyximizdən dəfələrcə (yəni İbn Hacər Əl Asqalanidən) belə dediyini – bunu mənim üçün öz xəttilə də yazmışdı – duydum:
Zəif hədislə əməl etmənin şərti üçdür:
1. Üzərində ittifaq edilmişdir: Zəifin şiddətli dərəcədə zəif olmaması. Bu qeyd yalançı ravilər, yalanla ittiham edilmişlərdən münfərid qalanları və təhlükəli/fahiş xəta edənləri bu tərifdən kənara çıxarır.
2. Ümumi bir əslin mühtəvası içində olması. Bununla uydurulmuş hədislər tərifdən kənarda qalar. Belə ki, onların tamamilə bir əsli yoxdur.
3. Nəbiyə - sallallahu aleyhi və səlləm – demədiyi bir şeyin nisbət edilməməsi üçün onunla əməl edildiyi zaman bunun sabit olduğuna etiqad edilməməsi.
Dedi: Son iki şərt İbn Abdis Səlam və onun əshabından İbnu Daqiq Əl İddən da varid olmuşdur. Birinci şərtə gəlincə (Salahuddin) Əl Aləi bu şərt üzərində itifaq olduğunu nəql etmişdir.”

Qaynaq: Muhəmməd Əs Saxavi: Əl Qavlul Bədi: 362-363
Məktəbətu Daril Bəyan: 1408
 
Muslimah_92Tarix: Bazar ertəsi, 04.06.2012, 22:17 | Yazı # 23
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Böyük hədis alimlərindən Şəmsuddin Əs Saxavi (831-902 h/1427-1497 m) “Əl Qavlul Bədi fis Saləti aləl Həbibiş Şafi” adlı kitabında mövzuyla əlaqəli xülasəyə varır:

قلت : وقد نقل عن الإمام أحمد أنه يعمل بالضعيف إذا لم يوجد غيره ولم يكن ثمَّ ما يعارضه، وفي رواية عنه ضعيف الحديث أحب إلينا من رأي الرجال.
وكذا ذكر ابن حزم أن جميع الحنفية مُجمِعون أن مذهب أبي حنيفة رحمه الله أن ضعيف الحديث أولى عنده من الرأي والقياس.
وسئل أحمد عن الرجل يكون ببلد لا يوجد فيها إلا صاحب حديث لا يدري صحيحه من سقيمه وصاحب رأي فمن يسأل، قال : يسأل صاحب حديث ولا يسأل صاحب الرأي.
ونقل أبو عبد الله ابن مَنْدة عن أبي داود صاحب ''السنن'' وهو من تلامذة الإمام أحمد أنه يخرّج الإسناد الضعيف إذا لم يجد في الباب غيره، وأنه أقوى عنده من رأي الرجال.
فتحصُل أن في الضعيف ثلاثة مذاهب :
لا يعمل به مطلقاً، ويعمل به مطلقاً إذا لم يكن في الباب غيره, ثالثها هو الذي عليه الجمهور يعمل به في الفضائل دون الأحكام كما تقدم بشروطه, والله الموفق. وأما الموضوع فلا يجوز العمل به بحال

“Deyirəm: İmam Əhməddən rəvayət edilmişdir ki, başqa və ona zidd hədis olmadığı zaman zəif hədislə əməl edərdi. Ondan gələn bir rəvayətdə isə belə deyilir: Hədisin zəifi bizə insanların rəyindən daha sevimlidir.
Eləcə də İbn Hazm zikr etmişdir ki, bütün Hənəfilər bunda icma etmişlər: Əbu Hənifənin -Allah ona rəhmət etsin - məzhəbinə görə hədisin zəifi onun üçün rəy və qiyasdan əvladır/öncəliklidir.
İmam Əhmədə hədisin səhihini zəifindən ayıra bilməyən hədisçi və rəy əhli olan bir bölgədəki adam haqqında sual verildi: Kimdən soruşub öyrənməlidir? İmam dedi: Hədis əhlinə sual verər, rəy əhlinə deyil.
Əbu Abdillah İbn Məndə Əbu Davuddan, “Əs Sunən” adlı əsərin sahibindən - o İmam Əhmədin tələbələrindəndir - belə rəvayət etmişdir: O Müəyyən məsələdə başqa hədis tapa bilmədiyi zaman zəif isnadı təxric edərdi və onun görüşünə görə zəif isnadlı hədis insanların rəyindən daha qüvvətlidir.
Hasil olan budur ki, zəif hədislə əməl barədə 3 görüş var:
1. Mütləq olaraq onunla əməl edilməz. (Bu İbnul Arabinin görüşüdür)
2. Müəyyən məsələdə başqa hədis olmadığı zaman mütləq olaraq onunla əməl edilər.
3. Bu cumhur alimlərin görüşüdür: Şərtlərilə bərabər zikr edildiyi kimi zəif hədislə fəzilətli əməl mövzusunda əməl edilər, lakin əhkamlar mövzusunda əməl edilməz. Müvəffəq qılan Allahdır.
Uydurma/məvdu hədisə gəlincə onunla heç bir halda əməl etmək caiz deyil.”

Qaynaq: Muhəmməd Əs Saxavi: Əl Qavlul Bədi: 364-365
Məktəbətu Daril Bəyan: 1408
 
Forum » İslam » Uydurma və Zəif hədislər » Uydurma və Zəif hədislər (BİSMİLLAH)
  • Страница 2 из 2
  • «
  • 1
  • 2
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2019 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru