Hud surəsi, 78-ci ayə
| |
Umar | Tarix: Cümə, 03.10.2008, 07:48 | Yazı # 1 |
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
| Mərhəmətli, Rəhimli Allahın adı ilə! "Qövmü yüyürərək onun yanına gəldi. Onlar əvvəllər də yaramaz işlər görürdülər. O dedi: “Ey qövmüm! Bunlar mənim qızlarımdır. Onlar sizin üçün daha təmizdirlər. Allahdan qorxun və qonaqlarımın yanında məni rüsvay etməyin! Məgər aranızda ağıllı bir kişi yoxdur?” Bu mübarək ayədə Allahu Təalə bizə Həzrəti Lut ilə onun fasiq qövmü arasında baş verənlərdən xəbər verir. Ayədə Lut peyğəmbərin "bunlar mənim qızlarımdır" sözü barədə müəyyən rahatsızlıqlar mövcuddur. Buna aydınlıq gətirmək üçün burada ayənin təfsiri barədə imkan daxilində müfəssirlərin sözlərini gətirməyə çalışacağam. əl-Hafiz İbn Kəsir – rahiməhullah – ayənin təfsirində deyir: "Lutun “Ey qövmüm! Bunlar mənim qızlarımdır. Onlar sizin üçün daha təmizdirlər” sözü, yəni onları öz qadınlarına tərəf yönləndirir, çünki hər bir peyğəmbər öz qövmü üçün ata dərəcəsindədir. Onları onlar üçün həm bu dünyada, həm də Axirətdə faydalı olan şeyə yönləndirir, necəki onlara başqa ayədə demişdir: “Doğrudanmı siz insanlar içində ancaq kişilərlə yaxınlıq edir və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz, həqiqətən də, həddi aşan adamlarsınız”. Başqa bir ayədə isə deyir: “Onlar dedilər: “Məgər biz sənə kişiləri qadağan etmədikmi?!” yəni, kişiləri qonaq saxlamağı qadağan etmədikmi?! “Dedi: “Bunlar mənim qızlarımdır. Əgər edəcəksizsə...” Sənin canına and olsun ki, onlar sərxoş halda veyl-veyl gəzirdilər.” Bu mübarək ayədə isə deyir: “Bunlar mənim qızlarımdır. Onlar sizin üçün daha təmizdirlər”. Mücahid dedi: “Onlar onun öz qızları deyildi, lakin onun ümmətindən idilər və hər bir peyğəmbər öz ümmətinin atasıdır.” Eyni görüş Qatadədən və çox kəsdən rəvayət olunmuşdur. İbn Cureyc dedi: “Onlara qadınlarla evlənməyi əmr etdi və onlara nikahsız əlaqəyə girməyi təklif etmədi.” Said bin Cubeyr dedi: “Yəni, (qızları) onların qadınlarıdır və onların qadınları onun qızları sayılır və o isə onların atasıdır.” Bəzi qiraətlərdə isə belə oxunur: “Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. Zövcələri isə möminlərin analarıdır” və o, onların atasıdır. (əl-Əhzab, 6) Bu görüş eləcədə ər-Rabi bin Ənəs, Qatadə, əs-Suddi, Muhamməd bin İshaq və digərlərindən rəvayət olunmuşdur.” İbn Kəsir, “Təfsiru’l-Qurani’l-Azim”, 7/455. Muəssəsə əl-Qurtuba, birinci nəşr; hicri 1421/miladi 2000.
"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!" İslami faydalar məkanı
Yazını ğurabə - Cümə, 03.10.2008, 22:54 |
|
| |
Ahli_SunnaH | Tarix: Bazar, 01.03.2009, 11:41 | Yazı # 2 |
Qrup: İstifadəçi
Yazı: 8
Reputasiya: 0
Status: Saytda deyil
| www.islamhouse.com/p/63987 - 291k Kısa Açıklama: Büyük Kur'an Tefsiri (İbn-i Kesir Tefsiri): Rivâyet yoluyla yapılan tefsirlerin en faydalısıdır. Yazar, Kur'an'ı, önce Kur'an ile tefsir etmiş, sonra hadis âlimlerinin kitaplarından meşhur hadisleri isnadları ile birlikte zikretmiştir.Hadislerin isnadları hakkında cerh ve ta'dil yönünden konuşmuş, genellikle hadislerin garib, münker ve şâz oluşlarını açıklamıştır.Sonra da sahâbe ve tâbiînin sözlerini zikretmiştir. İmam Suyutî bu tefsir hakkında şöyle demiştir: "Onun çizgisinde ona benzer hiçbir kitap te'lif edilmemiştir." ibn kesirin mp3 sekilinden kurani tefsir etmesin!
ISLAM
|
|
| |
XEDICE73 | Tarix: Cümə axşamı, 31.12.2009, 23:04 | Yazı # 3 |
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
| ET-TIN SURESI. Malik və Şubə Adiy ibn Sabitdən Bərra ibn Azibin belə dediyini nəql etmişlər: Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) səfərdə olarkən namazın iki rükətinin birində “ət-Tin” surəsini oxuyardı. Ondan gözəl səsli və on daha yaxşı oxuyan görmədim. Bunu hədis alimləri öz kitablarında qeyd etmişlər. 1) And olsun əncirə və zeytuna; 2) And olsun Sinay dağına; 3) Və and olsun bu təhlükəsiz şəhərə ki, 4) Biz insanı ən gözəl biçimdə yaratdıq! 5) Sonra da onu qaytarıb aşağıların ən aşağısına atdıq! 6) Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa! Onlar üçün təkünməz mükafatlar var. 7) Elə isə sonra dini yalan saymağa səni nə vadar edir?! 8) Məgər Allah hakimlərin hakimi deyilmi?!
Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
|
|
| |
XEDICE73 | Tarix: Çərşənbə axşamı, 11.05.2010, 17:24 | Yazı # 4 |
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
| assalamalleykum
Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
|
|
| |
Muslimah_92 | Tarix: Çərşənbə, 06.06.2012, 00:13 | Yazı # 5 |
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
| *NİSA SURƏSİ 97-ci AYƏSİ, BƏDRDƏ DÜŞMƏN SAFINDA OLANLAR*
Uca Allah Qurani Kərimdə buyurur:
إِنَّ الَّذِينَ تَوَفَّاهُمُ الْمَلآئِكَةُ ظَالِمِي أَنْفُسِهِمْ قَالُواْ فِيمَ كُنتُمْ قَالُواْ كُنَّا مُسْتَضْعَفِينَ فِي الأَرْضِ قَالْوَاْ أَلَمْ تَكُنْ أَرْضُ اللَّهِ وَاسِعَةً فَتُهَاجِرُواْ فِيهَا فَأُوْلَئِكَ مَأْوَاهُمْ جَهَنَّمُ وَسَاءتْ مَصِيرًا
“Mələklər, nəfslərinə zülm ettikləri halda canlarını alacaqları kimsələrə deyəcəklər: “Nə edirdiniz?”. Onlar isə belə deyəcəklər: “Biz yer üzündə mustazaf kimsələrdik”. Mələklər də cavabən deyəcəklər: “Allahın arzı geniş deyildimi? Orada hicrət etsəydiniz!” Onların sığınağı cəhənnəmdir. O nə pis bir dönüş yeridir.”
Ən-Nisa: 4/97
Ayənin nazil olma səbəbi məşhurdur. Bədr savaşında bir qrup müsəlmanlar döyüşə qatıldılar. Bunlar daha öncə hicrət etməmiş kimsələrdi. Burada bəzi hadisələr cərayan etdi. Bu hadisələr üzərinə sözügedən ayə endi. Elə isə bu kimsələr kafir olaraqmı öldülər? Yoxsa müsəlman olaraq? Əgər irtidad etmiş sayıldılarsa bunun səbəbi nədir? Onların irtidadı Müsəlmanlara qarşı kafirlərə yardım etmək səbəbiləmi oldu, Yoxsa o zaman mövcud olub sonra nəsx edilən “hicrətsiz imanın olmaması” prinsipinə görə idi? Bu nöqtələrə toxunmağı tələb edən şey, son dövrdə elmdən uzaq bəzi insanların bu ayə üzərindəki spikulyasiyalarıdır.
|
|
| |
Muslimah_92 | Tarix: Çərşənbə, 06.06.2012, 00:13 | Yazı # 6 |
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
| Bu ayənin təfsiriylə bağlı Əbu Abdillah Əl Qurtubi (600-671 h/1204-1274 m) belə demişdir:
وقولُ الملائكة {فِيمَ كُنْتُمْ} سؤالُ تقريعٍ وتوبيخٍ ، أي أكنتم في أصحاب النبي صلى الله عليه وسلم أم كنتم مشركين, وقولُ هؤلاء : {كُنَّا مُسْتَضْعَفِينَ فِي الْأَرْضِ} يعني مكةَ ، اعتذارٌ غيرُ صحيحٍ ؛ إذ كانوا يستطيعون الحِيَلَ, ويهتدون السبيلَ ، ثم وقفَتهم الملائكةُ على دينهم بقولهم {أَلَمْ تَكُنْ أَرْضُ اللَّهِ وَاسِعَةً} . ويُفيد هذا السؤالُ والجوابُ أنهم ماتوا مسلمين ظالمين لأنفسهم في ترْكهم الهجرةَ ، وإلا فلو ماتوا كافرين لم يُقَل لهم شيءٌ من هذا
“Mələklərin “nə edirdiniz?” sözü danlama və qınama sualıdır. Yəni: Siz Nəbinin – sallallahu aleyhi və səlləm – səhabələrilə bərabərdiniz? Yoxsa müşrik idiniz? Bu kimsələrin “Biz yer üzündə mustazaf kimsələrdik” sözündən qəsd Məkkədir. Bu doğru olmayan bir üzr göstərmə şəklidir. Çünki, oradan çıxma imkanları vardı. Sonra mələklər onlara dinlərinin etmələrini tələb etdiyi şeyi bu sözlərilə bildirdilər: “Allahın arzı geniş deyildimi?” Bu sual-cavab, o kimsələrin hicrəti tərk mövzusunda nəfslərinə zülm etmiş müsəlmanlar olaraq öldüyünü göstərir. Əks halda, əgər kafir olaraq ölsəydilər onlara bu kimi şeylər söylənməzdi.”
Qaynaq: Əbu Abdillah Əl Qurtubi: Əl Camiu li Əhkəmil Quran: 7/62-63 Beyrut: Ər Risələ: 1427/2007
|
|
| |
Muslimah_92 | Tarix: Çərşənbə, 06.06.2012, 00:13 | Yazı # 7 |
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
| Gördüyümüz kimi İmam Qurtubi öldürülənlərin kafir deyil, müsəlman olaraq öldükləri görüşündədir. Həmçinin İmam bəzilərinin iddia etdiyi kimi onların küfrə girməməsini ikrah altında olmalarına bağlamamışdır.
|
|
| |
Muslimah_92 | Tarix: Çərşənbə, 06.06.2012, 00:13 | Yazı # 8 |
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
| Müfəssirlərdən İbnu Atiyyə Əl Əndəlusi (481-542 h/1088-1148 m) bu ayənin təfsirində deyir:
وهذه المقالةُ إنما هي بعدَ توفِّي الملائكةِ لأرواحِ هؤلاءِ . وهي دالةٌ على أنهم ماتوا مسلمين ، وإلا فلو ماتوا كافرين لم يُقلْ لهم شيءٌ من هذا "(Mələklərlə hicrəti tərk edənlər arasındakı) Bu diyaloq sadəcə Mələklərin onların canını aldıqdan sonradır. Bu söhbət onların müsəlman olaraq öldüklərinə dəlalət edir. Əks halda, əgər kafir olaraq ölsəydilər onlara bu kimi şeylər söylənməzdi."
Qaynaq: İbnu Atiyyə: Əl Muharrarul Vəciz: 2/100 Beyrut: Darul Kutubil İlmiyyə: 1422/2001
|
|
| |
Muslimah_92 | Tarix: Çərşənbə, 06.06.2012, 00:14 | Yazı # 9 |
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
| Təfsir əhlindən Əbu Zeyd Əs Sələbi (786-875 h/1384-1470 m) "Əl Cəvahirul Hisan fi Təfsiril Quran" isimli təfsirində də ayəni bu şəkildə açıqlayaraq o kimsələrin İslam üzrə öldüklərini söyləmişdir:
ثم وقَفَتْهُم الملائكةُ على ذَنْبهم بقولهم : { أَلَمْ تَكُنْ أَرْضُ اللهِ واسعةً } ، والأرْضُ الأولى : هي أرْضُ مكَّةَ خاصَّةً ، وأرْضُ اللَّهِ هي الأرضُ بالإطلاق ، والمراد : فتهاجِرُوا فيها إلى مواضعِ الأَمْنِ ، وهذه المقاوَلَةُ إنما هِيَ بعد تَوفِّي الملائكَةِ لأرواحِ هؤلاءِ ، وهي دالَّة على أنهم مَاتوا مُسْلِمِينَ وإلاَّ فلو مَاتوا كافِرِينَ ، لم يُقَلْ لهم شيءٌ مِنْ هذا
"Daha sonra mələklər onların günahlarını onlara bu sözlərlə xəbər verdilər: “Allahın arzı geniş deyildimi?” Ayədə işlədilən birinci "Arz" xüsusilə Məkkədir. "Allahın arzı"ndan qəsd edilən isə ümumən yer üzüdür. Ayədə murad edilən budur: Yer üzündə əmniyətli bölgəyə hicrət edin! Bu dialoq mələklər onların ruhlarını aldıqdan sonradır. Bu onların müsəlman olaraq öldüklərinə dəlalət edir. Əks halda, əgər kafir olaraq ölsəydilər onlara bu kimi şeylər söylənməzdi."
Qaynaq: Əbu Zeyd Əs Sələbi: Əl Cəvahirul Hisan fi Təfsiril Quran: 2/288 Beyrut: Daru İhyait Turasil Arabi: 1418/1997
|
|
| |
Muslimah_92 | Tarix: Çərşənbə, 06.06.2012, 00:14 | Yazı # 10 |
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
| Bəli, yuxarıda təqdim olunan nəqllərdən aydın oldu ki, təfsir alimlərinin bir qismi sözü edilən ayədəki şəxslərin küfr deyil, İslam üzərə olduğunu söyləyiblər. Həmçinin bəzi kimsələrin bu təfsirə verdiyi "onların küfrə düşməmə səbəbi ikrah altında olmalarıydı" "açıqlamasının" alimlər tərəfindən qeyd edilmədiyini gördük. Ayədəki məzkur şəxslərin İslam üzrə öldüyü görüşündə olan alimlərlə bərabər, bu mövzuda müxalif düşünən və ayədəki kimsələrin küfr üzrə öldüyünü deyən alimlər də vardır. Lakin, burada diqqət edilməsi gərəkli olan bir nöqtə var! Bəzi müasirlərin bu ayəni mütləq küfrə dəlil gətirdiklərini və ayədəkiləri kafir sayan alimləri özlərinə referans göstərdikləri məlumdur. Bəli, sizin təkfir mövzusundakı görüşünüz bir qrup alimə müvafiqdir. Lakin! Alimlərin təkfirə səbəb göstərdikləri şeylə sizin göstərdiyiniz illət fərqlidir! Halbuki sizlər buradakı küfrə səbəbi məhz "kafirlərə yardım" illətiylə əsaslandırırsız. Və ya əksinə kafirlərə yardımın küfr olduğunu bu ayəylə əsaslandırmağa çalışırsınız! Ayənin təfsirində alimlərdən ayrıldığınız nöqtə budur! Küfr iddia edən alimlər bunu fərqli səbəblərə bağlayıblar sizsə fərqli səbəbə! Aşağıda – Uca Allahın iznilə - küfr iddia edən alimlərin görüşləri və irəli sürdükləri səbəblər təqdim olunacaq. Onların göstərdikləri illətlərə diqqət edin! Müsəlmanlara qarşı kafirlərə yardım edən müsəlmanın hökmü haqqında elm əhli arasında iki görüş mövcuddur. Uca Allahın iznilə bu məsələni ayrı bir mövzuda ələ almağı düşünürük. Bir də xüsusən qeyd eləmək istədiyim bir nöqtə vardır. Bu mövzularda yazı yazmağımız bəzi qardaşlarımızın "siz tağutun ordusuna girilməsinəmi çağırırsınız?" şəklində tənqidə səbəb olur. Onlara cavabən deyirəm: Əsla! Biz nəinki kafirlərin ordusuna hətta müsəlman olan zalimlərin ordusuna qatılmağı belə haram sayırıq! Bu cür yazılardan məqsədimiz mövzuları yerli yerinə oturtmaq və təhzib etmək, sistemləşdirməkdir. Buna niyə ehtiyac duyduq? Çünki, müsəlmanlar arasında təkfir bəlası şiddətli şəkildə yayılıb və bu cür mövzularda "radikal" qardaşlar nəinki birinci şəxsi hətta o şəxsi təkfir etməyən kimsəni də təkfir edirlər. Bütün bu qayda qanunsuzluq isə onsuzda zərbələr altında olan İslam Ümmətinə ciddi zərərlər verir, Ümməti param parça edərək onu zəiflədir. Bizlərsə Allahın dininin xidmətçiləri olaraq İslam Ümmətini gərəksiz parçalanmalardan qurtarmağa, Ümmətin "qan itirməsinə" mane olmağa çalışırıq.
|
|
| |
Muslimah_92 | Tarix: Çərşənbə, 06.06.2012, 00:14 | Yazı # 11 |
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
| İmam Əbu Muhəmməd Əl Bəğavi (436–510 h/1044–1117 m) məzkur ayənin təfsirində deyir:
ظَالِمِي أَنْفُسِهِمْ : بالشرْك ، وهو نصبٌ على الحال أي: في حالِ ظُلْمهم، قيل : أي بالمُقامِ في دارِ الشرْكِ , لأنَّ اللهَ تعالى لم يقبَلْ الإسلامَ بعدَ هجْرةِ النبي صلى الله عليه وسلم إلا بالهجرةِ، ثم نُسخ ذلك بعدَ فتْحِ مكةَ فقال النبي صلى الله عليه وسلم: لا هجْرةَ بعدَ الفتْحِ
"Ayədəki "Nəfslərinə zülm etmiş kimsələr olaraq" ifadəsindən qəsd edilən şirk edərək nəfslərinə zülm etmələridir. Bu ifadə "hal" olaraq nasbdır. Yəni: Zülm etdikləri halda. Belə bir görüş bildirilmişdir: Bu hökmün səbəbi onların şirk diyarında (Məkkə o zaman üçün bu hökmdəydi) yaşamaları idi. Çünki, Nəbinin – sallallahu aleyhi və səlləm – hicrətindən sonra Uca Allah hicrət etməyənin müsəlmanlığını qəbul etmədi. Daha sonra Məkkə fəth edilincə bu hökm nəsx/ləğv edildi. Nəbi – sallallahu aleyhi və səlləm – belə buyurmuşdur: "Fəthdən sonra hicrət yoxdur"."
Qaynaq: Əbu Muhəmməd Əl Bəğavi: Məalimut Tənzil: 2/272 Riyad: Daru Tayyibə: 1409/1989
|
|
| |
Muslimah_92 | Tarix: Çərşənbə, 06.06.2012, 00:15 | Yazı # 12 |
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
| *ŞURA 23*
İbn Kəsirin ayə haqqındakı təfsirdə yazdığı önəmli sözləri bunlardır: "وقوله عز وجل " قل لا أسألكم عليه أجرا إلا المودة في القربى " أي قل يا محمد لهؤلاء المشركين من كفار قريش لا أسألكم على هذا البلاغ والنصح لكم مالا تعطونيه وإنما أطلب منكم أن تكفوا شركم عني وتذروني أبلغ رسالات ربي إن لم تنصروني فلا تؤذوني بما بيني وبينكم من القرابة . قال البخاري حدثنا محمد بن بشار حدثنا محمد بن جعفر حدثنا شعبة عن عبد الملك بن ميسرة قال سمعت طاوسا يحدث عن ابن عباس رضي الله عنهما أنه سئل عن قوله تعالى" إلا المودة في القربى " فقال سعيد بن جبير قربى آل محمد فقال ابن عباس عجلت إن النبي صلى الله عليه وسلم لم يكن بطن من قريش إلا كان له فيهم قرابة فقال إلا أن تصلوا ما بيني وبينكم من القرابة وانفرد به البخاري ورواه الإمام أحمد عن يحيى القطان عن شعبة به وهكذا روى عامر الشعبي والضحاك وعلي بن أبي طلحة والعوفي ويوسف بن مهران وغير واحد عن ابن عباس رضي الله عنهما مثله وبه قال مجاهد وعكرمة وقتادة والسدي وأبو مالك وعبد الرحمن بن زيد بن أسلم وغيرهم. وقال الحافظ أبو القاسم الطبراني حدثنا هاشم بن القاسم بن زيد الطبراني وجعفر القلانسي قالا حدثنا آدم بن أبي إياس حدثنا شريك عن خصيف عن سعيد بن جبير عن ابن عباس رضي الله عنهما قال : قال لهم رسول الله صلى الله عليه وسلم " لا أسألكم عليه أجرا إلا أن تودوني في نفسي لقرابتي منكم وتحفظوا القرابة بيني وبينكم" وروى الإمام أحمد عن حسن بن موسى حدثنا قزعة يعني ابن سويد وابن أبي حاتم عن أبيه عن مسلم بن إبراهيم عن قزعة بن سويد عن ابن أبي نجيح عن مجاهد عن ابن عباس رضي الله عنهما أن النبي صلى الله عليه وسلم قال " لا أسألكم على ما آتيتكم من البينات والهدى أجرا إلا أن توادوا الله تعالى وأن تقربوا إليه بطاعته " وهكذا روى قتادة عن الحسن البصري مثله وهذا كأنه تفسير بقول ثان كأنه يقول إلا المودة في القربى أي إلا أن تعملوا بالطاعة التي تقربكم عند الله زلفى . وقول ثالث وهو ما حكاه البخاري وغيره رواية عن سعيد بن جبير ما معناه أنه قال معنى ذلك أن تودوني في قرابتي أي تحسنوا إليهم وتبروهم . وقال السدي عن أبي الديلم قال : لما جيء بعلي بن الحسين رضي الله عنه أسيرا فأقيم على درج دمشق قام رجل من أهل الشام فقال الحمد لله الذي قتلكم واستأصلكم وقطع قرن الفتنة فقال له علي بن الحسين رضي الله عنه أقرأت القرآن ؟ قال نعم . قال أقرأت آل حم ؟ قال قرأت القرآن ولم أقرأ آل حم قال ما قرأت " قل لا أسألكم عليه أجرا إلا المودة في القربى" ؟ قال وإنكم لأنتم هم ؟ قال نعم وقال أبو إسحاق السبيعي سألت عمرو بن شعيب عن قوله تبارك وتعالى " قل لا أسألكم عليه أجرا إلا المودة في القربى " فقال قربى النبي صلى الله عليه وسلم رواهما ابن جرير . ثم قال ابن جرير حدثنا أبو كريب حدثنا مالك بن إسماعيل حدثنا عبد السلام حدثني يزيد بن أبي زياد عن مقسم عن ابن عباس رضي الله عنهما قال : قالت الأنصار فعلنا وفعلنا وكأنهم فخروا فقال ابن عباس أو العباس رضي الله عنهما - شك عبد السلام - لنا الفضل عليكم فبلغ ذلك رسول الله صلى الله عليه وسلم فأتاهم في مجالسهم فقال " يا معشر الأنصار ألم تكونوا أذلة فأعزكم الله بي ؟ " قالوا بلى يا رسول الله قال صلى الله عليه وسلم ألم تكونوا ضلالا فهداكم الله بي ؟ " قالوا بلى يا رسول الله قال " أفلا تجيبوني " قالوا ما نقول يا رسول الله ؟ قال" ألا تقولون ألم يخرجك قومك فآويناك أولم يكذبوك فصدقناك أولم يخذلوك فنصرناك " قال فما زال صلى الله عليه وسلم يقول حتى جثوا على الركب وقالوا أموالنا في أيدينا لله ولرسوله قال فنزلت" قل لا أسألكم عليه أجرا إلا المودة في القربى" وهكذا رواه ابن أبي حاتم عن علي بن الحسين عن عبد المؤمن بن علي عن عبد السلام عن يزيد بن أبي زياد وهو ضعيف بإسناده مثله أو قريبا منه . وفي الصحيحين في قسم غنائم حنين قريب من هذا السياق ولكن ليس فيه ذكر نزول هذه الآية وذكر نزولها في المدينة فيه نظر لأن السورة مكية وليس يظهر بين هذه الآية وهذا السياق مناسبة والله أعلم . وقال ابن أبي حاتم حدثنا علي بن الحسين حدثنا رجل سماه حدثنا حسين الأشقر عن قيس عن الأعمش عن سعيد بن جبير عن ابن عباس رضي الله عنه قال : لما نزلت هذه الآية " قل لا أسألكم عليه أجرا إلا المودة في القربى" قالوا يا رسول الله من هؤلاء الذين أمر الله بمودتهم ؟ قال " فاطمة وولدها رضي الله عنهم" وهذا إسناد ضعيف فيه مبهم لا يعرف عن شيخ شيعي مخترق وهو حسين الأشقر ولا يقبل خبره في هذا المحل وذكر نزول الآية في المدينة بعيد فإنها مكية ولم يكن إذ ذاك لفاطمة رضي الله عنها أولاد بالكلية فإنها لم تتزوج بعلي رضي الله عنه إلا بعد بدر من السنة الثانية من الهجرة والحق تفسير هذه الآية بما فسرها به حبر الأمة وترجمان القرآن عبد الله بن عباس رضي الله عنهما كما رواه عنه البخاري ولا ننكر الوصاة بأهل البيت والأمر بالإحسان إليهم واحترامهم وإكرامهم فإنهم من ذرية طاهرة من أشرف بيت وجد على وجه الأرض فخرا وحسبا ونسبا ولا سيما إذا كانوا متبعين للسنة النبوية الصحيحة الواضحة الجلية كما كان عليه سلفهم كالعباس وبنيه وعلي وأهل بيته وذريته رضي الله عنهم أجمعين"
Allahın - Azzə və Cəllə - "Mən sizdən bunun müqabilində qohumluq məhəbbətindən başqa bir şey istəmirəm" sözlərinin mənası budur: Ey Muhamməd! Qureyşin kafirlərindən ibarət olan o müşriklərə de ki, sizə etdiyim bu təbliğ və nəsihətə görə sizdən mənə mal verməyinizi istəmirəm, sizdən istədiyim yalnız budur ki, mənə dəstək olmasanız da şərrinizi məndən çəkəsiniz, Rəbbimin risalələrini təbliğ etməkdə məni rahat buraxasınız! Aramızdakı qohumluq münasibəti xatirinə mənə əziyyət verməyin! əl-Buxari dedi: "Muhamməd bin Bəşşar bizə rəvayət etdi: Muhamməd bin Cafər bizə rəvayət etdi: Şubə bizə Abdul-Məlik bin Meysərə'dən rəvayət etdi: Tavusu İbn Abbas'dan - radiyallahu anhumə - rəvayət edərkən eşitdim ki, ondan Allahu Təalənin "qohumluq məhəbbətindən başqa bir şey istəmirəm" sözləri haqqında soruşdular. Said bin Cubeyr dedi: "Muhamməd ailəsinin qohumları". İbn Abbas dedi: "Tələsdin! Qureyşin içində elə bir nəfər yoxdur ki, onun peyğəmbərlə - salləllahu aleyhi va səlləm - qohumluğu olmasın." Dedi: "aramızdakı qohumluq bağlarını qorumaqdan başqa bir şey istəmirəm." Bu rəvayət yolu ilə yalnız əl-Buxari rəvayət etmişdir. İmam Əhməd bunu Yəhya əl-Qattan’dan, o da Şubə’dən rəvayət edib. Həmçinin bu şəkildə Amir əş-Şabi, əd-Dahhak, Əli bin Əbi Talha, əl-Aufi, Yusuf bin Mihran və daha çoxu İbn Abbas’dan rəvayət ediblər. Mücahid, İkrimə, Qatədə, əs-Suddi, Əbu Malik, Abdur-Rahmən bin Zeyd bin Əsləm və başqaları da bu cür söyləyiblər. əl-Hafiz Əbul-Qasim ət-Tabərani dedi: Haşim bin Yezid (və ya bin Qasim bin Zeyd) ət-Tabərani və Cafər əl-Qalənisi bizə rəvayət etdilər: Onların hər ikisi də dedi: Adəm bin Əbi İyəs bizə rəvayət etdi: Şureyk bizə Xusayf’dan, o da Said bin Cubeyr’dən, o isə İbn Abbas’dan rəvayət etdi: Allahın Elçisi – salləllahu aleyhi va səlləm – onlara dedi: “Sizdən aramızdakı qohumluq xatirinə məni özlüyümdə sevmənizi və aramızdakı qohumluq bağlarını qoruyub saxlamanızdan başqa bir şey istəmirəm.” İmam Əhməd, Həsən bin Musa’dan rəvayət etdi: Qazəa – yəni İbn Suveyd – bizə rəvayət etdi və yenə İbn Əbi Hatim, atasından, o da Muslim bin İbrahim’dən, o da Qazəa bin bin Suveyd’dən, o da öz növbəsində İbn Əbi Nəcih’dən, o isə Mücahid’dən, o da İbn Abbas’dan – radiyallahu anhumə - rəvayət etdi ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – dedi: “Sizdən gətirdiyim aşkar dəlillər və hidayətə görə Allahı sevməniz və Ona itaət etmək vasitəsilə Ona yaxınlaşmanızdan başqa bir şey istəmirəm.” Bu şəkildə Qatədə bunu əl-Həsən əl-Basri’dən rəvayət etmişdir. Sanki bu görüş (ayənin) ikinci təfsiridir. Sanki deyir: “Yaxınlıqdakı məhəbbətdən başqa bir şey istəmirəm.” Yəni, itaət edərək əməl edin ki, Allaha daha çox yaxınlaşasız. Üçüncü görüş isə əl-Buxari və başqalarının rəvayət etdiyidir. Said bin Cubeyr’dən gələn – məna ilə - rəvayət belədir ki, o, demişdir: “Mənim qohumlarımı sevəsiniz.” Yəni, onlara gözəl münasibət bəsləyib onlara yaxşılıq edəsiniz. əs-Suddi, Əbud-Deyləm’dən rəvayət edir: Əli bin əl-Hüseyn əsir olaraq gətirildikdə Dəməşqin meydanına çıxarıldı. Şam əhlindən bir nəfər dedi: “Sizi öldürən, axırınıza çıxan, fitnənin iki buyunuzunu da qıran Allaha həmd olsun!” Əli bin əl-Hüseyn ona dedi: “Quran oxumusan?” Dedi: “Bəli!” Dedi: “Ha, mim surələrini oxumusan?” Dedi: “Quran oxumuşam, lakin ha, mim surələrini oxumamışam.” Dedi: “Məgər “Mən sizdən bunun müqabilində qohumluq məhəbbətindən başqa bir şey istəmirəm” sözlərini oxumamısan?” Dedi: “Məgər onlar sizsiz?” Dedi: “Bəli!” Əbu İshaq əs-Səbii dedi: Amr bin Şueyb’dən Allahu Təalənin “Mən sizdən bunun müqabilində qohumluq məhəbbətindən başqa bir şey istəmirəm” sözləri barədə soruşdum. Dedi: “Peyğəmbərin – salləllahu aleyhi va səlləm – qohumları.” Bunun hər ikisini də İbn Cərir rəvayət etmişdir. Bundan sonra İbn Cərir dedi: “Əbu Kureyb bizə rəvayət etdi: Malik bin İsmayıl bizə rəvayət etdi: Abdus-Səlam bizə rəvayət etdi: Yezid bin Əbi Ziyad mənə Miqsəm’dən, o da İbn Abbas’dan belə dediyini rəvayət etdi: “Ənsarlar dedi: “Belə etdik, belə etdik, sanki fəxr etdilər. İbn Abbas – hədisi rəvayət edən Abdus-Səlam şəkk edərək deyir: “ya da Abbas” - dedi: “Bizim sizdən üstünlüyümüz var.” Bu xəbər Allahın Elçisinə - salləllahu aleyhi va səlləm – yetişdi və onların məclislərinə gəldi və dedi: “Ey ənsarlar! Məgər siz zəlil olduğunuz halda Allah mənim sayəmdə sizi ucaltmadımı?!” Dedilər: “Bəli, ey Allahın Elçisi!” Dedi: “Məgər zəlalətdə olduğunuz halda mənim sayəmdə sizə hidayət etmədimi?!” Dedilər: “Bəli, ey Allahın Elçisi!” Dedi: “O zaman mənə cavab verməyəcəksinizmi?” Dedilər: “Nə deməliyik, ey Allahın Elçisi?” Dedi: “Deməyəcəksinizmi ki, “qövmün səni qovanda sənə sığınacaq vermədikmi?! Onlar səni təsdiq etdikləri zaman biz səni təsdiqləmədikmi?! Səni köməksiz, çarəsiz buraxdıqları halda biz sənə dəstək olmadıqmı?!” Bunu o vaxta qədər deməyə davam etdi ki, onlar dizləri üzərinə çıxaraq dedilər: “Mallarımız və əlimizdəkilər Allaha və Onun Elçisinə aiddir.” Dedi: “Sonra bu ayə nazil oldu: “Mən sizdən bunun müqabilində qohumluq məhəbbətindən başqa bir şey istəmirəm”. Bunu İbn Əbi Hatim bu şəkildə Əli bin əl-Hüseyn’dən, o da Abdul-Mumin bin Əli’dən, o Abdus-Səlam’dan, o, Yezib bin Əbi Ziyad’dan – bu ravi zəifdir – isnadı ilə birlikdə bənzəri sözlərlə və ya buna yaxın sözlərlə rəvayət etmişdir. “əs-Sahiheyn”də Huneyn döyüşündə qənimətlərin bölüşdürülməsində bu məzmuna yaxın bir məzmunda bir rəvayət gəlmişdir, lakin orada bu ayənin nazil olması haqqında heç bir şey qeyd olunmayıb. Bu ayənin Mədinədə nazil olması su götürəcək bir görüşdür, çünki surə Məkkə surələrindəndir və bu mübarək ayə ilə məzmun arasındakı münasibət aşkar deyildir. Doğrusunu Allah bilir! İbn Əbi Hatim deyir: Əli bin əl-Hüseyn bizə rəvayət etdi: Adını çəkdiyi bir nəfər bizə rəvayət etdi. Hüseyn əl-Əşqar bizə Qeys’dən, o da əl-Aməş’dən, o isə Said bin Cubeyr’dən, o da İbn Abbas’dan rəvayət etdi: dedi: “Mən sizdən bunun müqabilində qohumluq məhəbbətindən başqa bir şey istəmirəm” ayəsi nazil olduqda dedilər: Ey Allahın Elçisi! Allahın sevilməklə əmr etdiyi kəslər kimdir?” Dedi: “Fatimə və uşaqlarıdır, aleyhim əssələm”. Bunun isnadı zəifdir, sənədində halı bilinməyən, tanınmayan bir ravi vardır və qatı bir şiə şeyxindən rəvayət edir; adı Hüseyn əl-Əşqar’dır. Belə bir məsələdə onun xəbəri qəbul olunmaz. Bu ayənin Mədinədə nazil olmasının qeyd edilməsi uzaq bir ehtimaldır, çünki ayə məkkə ayəsidir və o zaman Fatimənin heç bir uşağı yox idi. Fatimə yalnız Bədr’dən sonra hicri ikinci ildə Əli ilə evlənmişdir. Bu ayənin təfsirində haqq olan imam, ümmətin alimi, Quranın tərcümanı Abdullah bin Abbas’ın etdiyi təfsirdir, necəki bunu ondan əl-Buxari rəvayət etmişdir. Bununla belə inkar olunmur ki, əhli-beyt yönündə tövsiyə olunmuş, onlara yaxşılıq etmək, onlara ehtiram və ikram etmək buyurulmuşdur, onlar təmiz bir zürriyyətdir, Yer üzündə mövcud olmuş fəxr, həsəb və nəsəb baxımından ən şərəfli ailədirlər, xüsusilə də Abbas və oğulları, Əli, onun əhli-beyti və zürriyyəti kimi sələflərinin etdikləri şəkildə peyğəmbərin açıq, aşkar, səhih sünnətinə tabe olarlarsa (yuxarıda dediklərimizə daha layiqdirlər). Allah onların hamısından razı olsun! "Təfsir əl-Quran əl-Azim", 12/268-271 Muəssəsə Qurtuba, birinci nəşr: 1421/2000
|
|
| |
|