[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
ŞÜBHƏLƏRİN CAVABI
Muslimah_92Tarix: Cümə axşamı, 28.06.2012, 20:10 | Yazı # 1
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

Muhammədi - salləllahu aleyhi va səlləm - sonuncu peyğəmbər olaraq hidayət və beyyinə ilə göndərən Allaha həmd olsun! Onun sevimli peyğəmbəri, ailəsi və əshabı üzərinə Allahın salamı olsun!

Burada ateistlərin Qurani Kərim haqqında ortaya atdıqları şübhələrə cavab verməyə çalışacağıq. Allahın izni ilə qardaşlarımdan məlum olan bu şübhələri burada yerləşdirməyi xahiş edirəm. Yavaş-yavaş bu şübhələrə cavab verərək ateistlərin zəlalətini göstərmək üçün Allahdan yardım və açıq zehn diləyirik.

Allahu Təalə deyir:
وَهُوَ ٱلَّذِي مَرَجَ ٱلْبَحْرَيْنِ هَـٰذَا عَذْبٌ فُرَاتٌ وَهَـٰذَا مِلْحٌ أُجَاجٌ وَجَعَلَ بَيْنَهُمَا بَرْزَخاً وَحِجْراً مَّحْجُوراً

"Birinin suyu dadlı və şirin, digərininki isə duzlu və acı olan iki dənizi qovuşduraraq aralarında maneə və keçilməz sədd qoyan Odur."
(əl-Furqan, 53)

Ateistlər və ya digər mülhidlər bu ayəni dəlil gətirərək Quranın xətalı olduğunu isbat etməyə çalışırlar. Ateist deyir ki, dünyada suyu dadlı və şirin olan heç bir dəniz yoxdur, ona görə də bu, Quran ayəsinin xətalı olduğuna dəlalət edir.
Bu ateistə cavabımız nədir?
Hər şeydən əvvəl ayəni anlamaq üçün ayəni ərəb dilində anlamaq lazımdır. Təfsir kitablarında ümumiyyətlə ayə haqqında fərqli təfsirlər vardır. İbn Kəsir - rahiməhullah- ayənin təfsirində deyir:
وقوله تعالى " وهو الذي مرج البحرين هذا عذب فرات وهذا ملح أجاج " أي خلق الماءين الحلو والملح فالحلو كالأنهار والعيون والآبار وهذا هو البحر الحلو العذب الفرات الزلال قاله ابن جريج واختاره ابن جرير وهذا المعنى لا شك فيه فإنه ليس في الوجود بحر ساكن وهو عذب فرات

"Allahu Təalənin "Birinin suyu dadlı və şirin, digərininki isə duzlu və acı olan iki dənizi qovuşduran... Odur" sözünün mənası budur ki, yəni iki su yaratmışdır, şirin və duzlu; Şirin su çaylar, bulaqlar və quyuların suyudur və bu, suyu şirin, dadlı olan dənizdir. Bunu İbn Cureyc söyləmişdir və İbn Cərir (ət-Tabəri) bu mənaya üstünlük vermişdir. Bu mənada heç bir şübhə ola bilməz, çünki heç bir yerdə suyu dadlı və şirin olan durğun dəniz yoxdur."

Bəs ola bilər ki, ateist belə bir sual versin: "Axı necə olur ki, ayədə iki dəniz deyilir, lakin siz bu ayəni birini çay, digərini isə dəniz kimi yozursunuz?!" Ona belə cavab verərik: Bu ərəb dilinin xüsusiyyətidir. Bu üsluba "təğlib" adını veriblər. Ona görə də ərəblər القمران (əl-Qaməran = iki ay) dedikdə, bununla heç də ərəblər "iki ayı" qəsd etmirlər, çünki Yer Kürəsinin ətrafında yalnız bir ay vardır. Lakin ərəblər bununla ay və günəşi qəsd edirlər. Bu üslubun "təğlib" adlanmasının səbəbi bir tərəfin digər tərəfdən üstün olmasına görədir. Ərəblərdə ay günəşdən məşhurdur. Eynilə ərəblər العمران (al-Umaran = iki Ömər) dedikdə bununla Ömər və Əbu Bəkri qəsd edirlər. Eynilə الظهران (əz-Zuhran = iki Zöhr) dedikdə, bununla zöhr və asr namazlarını qəsd edirlər. Ona görə də بين الظهرين deyildikdə "zöhr və asr namazının arasında" mənasını verir. Eləcədə بين العشاءين deyildikdə, "iki işə namazı arasında" deyil, işə və məğrib namazlarının arası qəsd olunur. Eləcədə الابوان (əl-Əbəvan = iki ata) deyildikdə, bununla heç də iki ata qəsd olunmur, lakin ata və ana qəsd olunur. Eyni şey dilimizdəki "valideyn" kəliməsində də mövcuddur.
Xülasə, bu ateistin şübhəsi onun inadkarlığındandır. Əgər bu izahla kifayətlənməzsə, buraxın inandığına inansın! Lakin aydın oldu ki, ayədəki bəhreyn kəliməsi ilə mütləq mənada iki dənizin anlaşılması vacib deyildir.

 
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru