[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Fiqh » MƏCHUL İMAMLA NAMAZ, TANIMADIĞINIZ KİMSƏ İMAM OLARMI? (BİSMİLLAH)
MƏCHUL İMAMLA NAMAZ, TANIMADIĞINIZ KİMSƏ İMAM OLARMI?
Muslimah_92Tarix: Çərşənbə, 01.08.2012, 19:22 | Yazı # 1
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
بسم الله الرحمن الرحيم

Təbii ki, bizlər hər kəsi şəxsən tanıya bilmərik və müxtəlif yerlərdə tanımadığımız insanların arxasında namaz qılma vəziyyəti yarana bilər. Bu halda necə davranmalıyıq?
İmamın arxasında namaz qılmaq üçün onun sorğu sual edilməsinə, əqidən nədir? Nəyə inanırsan? Filankəsi təkfir edirsənmi? Cihad cəbhələrindəki hadisələrə münasibətin nədir? Bizi Qurtulmuş firqə sayırsanmı? Filan camaata üzvsənmi? və s. bu kimi suallara məruz tutulmasına gərək varmı?
Heç tanımadığımız bir adamın arxasında namaz qılsaq bu namaz səhihdirmi?
İmamı sorğu sual eləmək bidətdirmi?
İmamı tanımadığımız üçün cüməni tərk etməliyikmi?
Uca Allahın iznilə bir çox Müsəlmanı uzun müddətdir narahat edən bu suallara alimlərin görüşlərindən cavablar tapmağa çalışacayıq.
Haqqa ancaq öz dilədiyini müvəffəq qılan kərəm sahibi Uca Allahdan bizləri və bütün müsəlmanları müvəffəq qılmasını diləyirəm.
 
Muslimah_92Tarix: Çərşənbə, 01.08.2012, 19:23 | Yazı # 2
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Zahiri fuqahasından İbn Hazm (384-456 h/ 994-1064 m) ona yazılan bir məktuba cavabən deyir:

ذكرتَ - وفَّقنا اللهُ وإياكَ لعلمٍ يُقرِّب منه وعملٍ يُرْضيه - أنك رأيْتَ الرجلَ يصلِّي خلْفَ الرجلِ الإمامِ أياماً كثيرةً لا يَدْري مذهبَه .
فاعلمْ - عافانا اللهُ وإياكَ - أن البحْثَ عن مثلِ هذا أحْدثَه الخوارجُ ، فهي التي كشَفتْ الناسَ مذاهبَهم ، وامتَحنتْهم في ذلك .
وسلَك سبيلَهم المأمونُ والمعتصِمُ والواثقُ مع ابنِ أبي داودَ وبشرِ المريسي ومِن هنالك .
وما امتَنعَ قطٌ أحدٌ مِن الصحابةِ - رضي الله عنهم - ولا مِن خِيارِ التابعينَ مِن الصلاةِ خلْفَ كلِّ إمامٍ صلى بهم ؛ حتى خلْفَ الحجّاجِ وحُبَيْشِ بنِ دُلْجةَ ونجدة الحَرُوري والمختارِ ، وكلٌ متَّهَمٌ بالكفرِ .
وقيل لابنِ عمرَ في ذلك ، فقال : إذا قالوا : حيَّ على الصلاةِ أجبْناهم ، وإذا قالوا : حيَّ على سفْكِ الدِّماءِ ترَكْناهم .
وقال عثمانُ رضي الله عنه - عن الصلاة : مِن أحسنِ ما عمِل الناسُ ، فإذا أحْسنوا فأحسِنْ معهم ، وإذا أساءُوا فاجتنبْ إساءتَهم

"Sən - Allah bizi və səni Ona yaxınlaşdıracaq elmə və Onu razı salacaq əmələ müvəffəq qılsın - belə bir halla qarşılaşdığını qeyd eləmisən:
"Bir kimsə uzun müddət bir imamın arxasında namaz qılır, lakin arxasında namaz qıldığı kimsənin görüşünü (düşüncələrini) bilmir."
Bil ki - Allah bizə və sənə afiyət versin - bu cür mövzulardan danışmağı xavariclər orataya çıxarıblar! Onlar insanlara öz görüşlərini bildirib, sonra onları bu mövzuda sorğu sual edərlərdi.
(Mütəzili xəlifələrdən) Məmun, Mutəsim, Vasiq (mötəzilə alimlərindən) İbn Əbi Davud və Bişr Əl Mərisiylə bərabər bu adəti davam etdirdilər.
Səhabələrdən - Allah onlardan razı olsun - və Tabiunun xeyirlilərindən bir dənəsi belə qətiyyən onlara namaz qıldıran heç bir imamın arxasında namaz qılmaqdan imtina etməmişlər.
Hətta Həccacın, Hubeyş bin Dulcənin, Nəcda Əl Harurinin və Muxtarın arxasında namaz qılmışlar. Bu saydığımız şəxslərin hamısı küfrlə ittiham edilmiş şəxslərdi.
Onların arxasında namaz qıldığı üçün İbn Ömərə - Allah hər ikisindən də razı olsun - etiraz edildi və o belə cavab verdi: "Haydı namaza dedikləri zaman onlara uyarıq. Haydı qan tökməyə dedikləri zaman onları tərk edərik".
Osman - Allah ondan razı olsun - namaz haqqında belə demişdir: "Namaz insanların etdiyi ən yaxşı əməllərdəndir. Onlar yaxşı əməllər etdikləri zaman sən də onlarla bərabər et. Pislik etdikləri zaman onların pisliyindən çəkin!"."

Qaynaq: İbn Hazm: Rəsailu İbni Hazm Əl Əndəlusi: 3/207-208
Əl Muəssəsətul Arabiyyə: 1987
 
Muslimah_92Tarix: Çərşənbə, 01.08.2012, 19:25 | Yazı # 3
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hənbəli fəqihlərindən İbn Qudəmə (541-620 h/ 1146-1223 m) halı bilinməyən kimsənin arxasında namaz qılmaq barədə deyir:

وإنْ لم يُعلَمْ حالُه ولم يظهَرْ منه ما يمنَع الائتمامَ به ، فصلاةُ المأمومِ صحيحةٌ .
نصَّ عليه أحمدُ ؛ لأنَّ الأصلَ في المسلمينَ السلامةُ .
ولو صلَّى خلْفَ مَن يشُكُّ في إسلامه ، فصلاتُه صحيحةٌ ؛ لأنَّ الظاهرَ أنه لا يتقدَّمُ للإمامةِ إلا مسلمٌ

"Əgər (namaz qıldıracaq adamın) halı bilinmirsə (məsturul haldırsa) və ondan imamlığa mane ola biləcək bir şey ortaya çıxmayıbsa, arxasında namaz qılanın (məmum) namazı səhihdir.
İmam Əhmədin də görüşü budur: Çünki, Müsəlmanlarda əsl olan səlamətdir.
Əgər bir kimsə müsəlman olub olmadığında şübhə etdiyi şəxsin arxasında namaz qılarsa, namazı səhihdir.
Çünki, zahir/yayğın olan budur ki, imamlığa ancaq müsəlman olan keçər."

Qaynaq: İbn Qudamə: Əl Muğni: 3/23
Riyad: Daru Aləmil Kutub: 1417/1997

 
Muslimah_92Tarix: Çərşənbə, 01.08.2012, 19:25 | Yazı # 4
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Yenə İbn Qudəmə (541-620 h/ 1146-1223 m) eyni kitabın başqa bir yerində deyir:

إذا صلَّى خلْفَ مَن شكَّ في إسلامِه ، أو كوْنه خُنْثى ، فصلاته صحيحةٌ ، ما لم يبِنِ كفْرُه ، وكوْنُه خُنْثى مشْكِلاً ؛ لأنَّ الظاهرَ مِن المصلِّينَ الإسلامُ ، سيَّما إذا كان إمامًا ، والظاهرُ السلامةُ مِن كوْنه خُنْثى ، سيَّما مَن يؤمُّ الرّجالَ ، فإنْ تبيَّن بعدَ الصلاةِ أنه كان كافرًا أو خُنْثى مُشْكِلاً ، فعليه الإعادةُ على ما بيَّنا .
وإنْ كان الإمامُ ممن يُسلِم تارةً ويرتدُّ أخرى ، لمْ يصلِّ خلْفَه ، حتى يَعلمَ على أيِّ دينٍ هو ، فإنْ صلى خلْفَه ، وهو لمْ يعلمْ ما هو عليه نظَرْنا ؛ فإنْ كان قد علِم قبْلَ الصلاةِ إسلامَه ، وشكَّ في رِدّته ، فهو مسلمٌ .
وإنْ علِم رِدتَه ، وشكَّ في إسلامِه ، لمْ تصحَّ صلاتُه .
فإنْ كان علِم إسلامَه ، فصلى خلْفَه ، فقال بعْدَ الصلاةِ : ما كنتُ أسْلمتُ أو ارتدَدْت , لم تبْطُلْ الصلاةُ ؛ لأنَّ صلاتَه كانتْ صحيحةً حُكمًا ، فلا يُقبَل قوْلُ هذا في إبطالِها ؛ لأنه ممن لا يُقبَل قوْلُه . وإذا صلَّى خلْفَ مَن علِم رِدتَه ، فقال بعد الصلاة : قد كنتُ أسْلمتُ . قُبل قولُه ؛ لأنه ممن يُقبَل قولُه

"Bir kimsə, müsəlman olduğunda və ya xunsa (hermofradit) olduğunda şübhə etdiyi imamın arxasında namaz qılıbsa – küfrü və ya müşkil xunsalığı ortaya çıxmadıqca - namazı səhihdir.
Çünki, zahir/yayğın olan namaz qılanların müsəlman olduğudur. Xüsusilə də imam durduğu zaman.
Eyni şəkildə insanda zahir/yayğın olan xunsa olmamasıdır. Xüsusilədə kişilərə imam durubsa.
Əgər namazdan sonra imamın kafir və ya müşkil xunsa olduğu ortaya çıxarsa, daha öncə açıqladığımız üzrə namazı iadə eləməsi lazımdır.
Əgər imam bəzən müsəlman olub bəzən mürtəd olan birisidirsə, onun hansı dində olduğunu bilmədikcə arxasında namaz qılmaz.
Əgər belə bir adamın hansı dində olduğunu bilmədən arxasında namaz qılarsa, baxarıq:
1. Əgər namazdan əvvəl müsəlman olduğunu bilib və mürtədliyində şübhə edibsə, o zaman imamın hökmü müsəlman hökmüdür.
2. Əgər namazdan əvvəl mürtəd olduğunu bilib, müsəlmanlığında şübhə edibsə. Namazı səhih/keçərli deyil.
Əgər onu müsəlman bilərək arxasında qılar, namazda sonra imam: "mən müsəlman olmamışdım" və ya "dindən çıxmışdım" deyərsə, arxasında qılan adamın namazı batil olmaz. Çünki, onun namazı hökmən səhih idi. Onun (imamın) namazın batilliyi haqda sözü qəbul edilməz. Çünki, o artıq sözü qəbul edilən kimsələrdən deyil.
Əgər mürtəd olduğunu bildiyi birinin arxasında qılarsa və imam namazdan sonra "mən müsəlman olmuşdum" deyərsə, imamın sözü qəbul edilər. Çünki, o artıq sözü qəbul edilən kimsələrdəndir."

Qaynaq: İbn Qudamə: Əl Muğni: 3/35
Riyad: Daru Aləmil Kutub: 1417/1997

 
Muslimah_92Tarix: Çərşənbə, 01.08.2012, 19:27 | Yazı # 5
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hənbəli alimlərindən İbn Teymiyyənin məsələmiz haqda bir çox sözləri vardır. Onlardan bildiklərimizi sizə çatdırmağa çalışacağıq.
İbn Teymiyyənin (661–768 h/1263–1328 m) "Əl Fətəval Kubra" adlı əsərində belə deyilir:

سُئل : الصلاةُ خلْفَ المرازِقةِ ، وعن بدْعتِهم .

أجابَ : يجوز للرجلِ أن يصلِّيَ الصلواتِ الخمسَ والجُمعةَ وغيرَ ذلك خلْفَ مَن لم يَعلمْ منه بدعةً ، ولا فسْقًا، باتفاقِ الأئمةِ الأربعةِ وغيرِهم مِن أئمةِ المسلمينَ .
وليس مِن شرْطِ الائتمامِ أن يعلَمَ المأمومُ اعتقادَ إمامِه ، ولا أن يَمْتحنَه ، فيقول: ماذا تعتقِد ؟ بل يصلِّي خلْفَ مستورِ الحالِ .
ولو صلَّى خلْفَ مَن يعلَم أنه فاسقٌ أو مبتدعٌ , ففي صحّةِ صلاتِه قولانِ مشهورانِ في مذهبِ أحمدَ ، ومالكٍ .
ومذهبُ الشافعي، وأبي حنيفةَ الصحّة .
وقولُ القائلِ : "لا أُسلِّم مالي إلا لِمن أعرِف" .
ومرادُه : "لا أُصلِّي خلْفَ مَن لا أعرِفه ، كما لا أُسلِّم مالي إلا لِمن أعرفه" ، كلامُ جاهلٍ لم يقلْه أحدٌ مِن أئمةِ الإسلامِ ...

... وأما إذا كان ترَك الصلاةَ يفوِّت المأمومُ الجمعةَ والجماعةَ ، فهنا لا يترُك الصلاةَ خلْفَهم إلا مبتدعٌ مُخالفٌ للصحابةِ رضي الله عنهم .
وكذلك إذا كان الإمامُ قد رتَّبه ولاةُ الأمورِ ، ولم يكنْ في تركِ الصلاةِ خلفَه مصلحةٌ ، فهنا ليسَ عليه تركُ الصلاةِ خلفَه ، بل الصلاةُ خلْفَ الإمامِ الأفضلِ أفضلُ ، وهذا كلُّه يكون فيمَن ظهَر منه فسْقٌ ، أو بدعةٌ ، تظهَر مخالفتُها للكتابِ والسُّنةِ ، كبدعةِ الرافضةِ ، والجهميةِ ، ونحوِهم .
ومَن أنكرَ مذهبَ الروافضِ وهو لا يصلِّي الجمعةَ والجماعةَ ، بل يكفِّر المسلمين ، فقد وقَع في مثلِ مذهبِ الروافضِ ، فإنَّ مِن أعظمِ ما أنكرَه أهلُ السنةِ عليهم ترْكَهم الجمعةَ والجماعةَ ، وتكفيرَ الجمهورِ

"İbn Teymiyyəyə "Məraziqa" (Osman bin Mərzuq tərəfdarları) firqəsinin arxasında namaz qılmaq və onların bidəti haqda sual verildi.

İbn Teymiyyə belə cavab verdi: Dörd imam və digər müsəlmanların digər imamlarının ittifaqıyla, İnsanın beş vaxt namazını, cüməni və digər namazları, bidətini və fisqini bilmədiyi kimsənin arxasında qılması caizdir.
Kiminsə arxasında namaz qılmaq üçün, tabe olacaq kimsənin (məmum) imamın etiqadını bilməsi, onu "etiqadın nədir?" deyə imtahan etməsi şərt deyil! Əksinə, halı bilinməyən (məsturul hal) kimsənin arxasında namaz qılar.
Əgər birisi, fasiq və mübtədi olduğunu bildiyi kimsənin arxasında namaz qılarsa, onun namazının səhihliyi haqda Əhməd və Malikin məzhəbində iki məşhur görüş vardır.
Şafi və Əbu Hənifənin görüşünə görə isə belə birisinin namazı səhihdir.
Bəzi kimsələr "Malımı sadəcə tanıdığım kimsəyə təslim edərəm" deyərlər. Belə deyənin qəsdi "Malımı tanımadığım kimsəyə təslim etmədiyim kimi, tanımadığım adamın arxasında namaz da qılmaram" deməkdir.
Bu bir cahilin sözüdür, İslam imamlarından heç kim belə deməmişdir. (daha sonra müxtəlif örnəklərlə bu sözün butlanını izah edir və davamən bidət firqələrinin arxasında namaza toxunaraq deyir) ...

... Əgər (bidətçilərin arxasında) namazı tərk etdiyi zaman cümə və camaat namazını qaçıracaqsa, belə bir halda onların (bidətçilərin) arxasında namaz qılmağı ancaq Səhabəyə - Allah onlardan razı olsun - müxalif olan bidətçi tərk edər.
İmamın təyinatının dövlət görəvliləri tərəfindən olması halı da belədir. Belə bir imamın arxasında namazı tərk etməkdə bir məsləhət/fayda yoxdur. Belə halda onun, imamın arxasında namazı tərk etməməsi lazımdır.
(Seçim imkanı olduğu zaman) Daha əfdal imamın arxasında namaz qılmaq isə daha fəzilətlidir.
Bütün bu dediklərimiz, fisqi, bidəti ortaya çıxmaqla, Kitaba və Sünnətə müxalifəti ortaya çıxmış kimsələr haqqındadır. Rafizilər, Cəhmiyyə və bənzəri firqələrin bidəti kimi.
Kim Rafizilərin məzhəbini qınayar və bununla yanaşı (imamlar bidətçi olduqları üçün onların arxasında) cümə və camaat namazlarını qılmaz, müsəlmanları təkfir edərsə, onun özüdə Rafizilərin məzhəbinin bənzərinə bulaşmışdır.
Çünki, Əhli Sünnətin onları ən çıx qınadığı məsələlərdən biridə cümə, camaat namazlarını tərk etmələri və müsəlmanların çoxunu təkfir etmələridir."

Qaynaq: Əhməd İbn Teymiyyə: Əl Fətava Əl Kubra: 2/306-308
Beyrut: Darul Kutubil İlmiyyə: 1408/1987

İbn Teymiyyə başqa bir yerdə eyni problemə toxunaraq deyir:

وتجوز الصلاةُ خلْفَ كلِّ مسلمٍ مستورٍ باتفاقِ الأئمةِ الأربعةِ وسائرِ أئمةِ المسلمِين , فمَن قال : لا أصلِّي جمعةً ولا جماعةً إلا خلْف مَن أعرِف عقيدتَه في الباطن فهذا مبتدِعٌ مخالفٌ للصحابةِ والتابعين لهم بإحسان وأئمةِ المسلمين الأربعة وغيرِهم

"Dörd məzhəb imamı və müsəlmanların digər imamlarının ittifaqıyla məstur/halı bilinməyən hər müsəlmanın arxasında namaz caizdir.
Hər kim "Mən cüməni və camaat namazını ancaq batinindəki əqidəsini bildiyim kimsənin arxasında qılaram" deyərsə o səhabələrə, onlara gözəl bir şəkildə uyan tabiuna, müsəlmanların dörd məzhəb imamına və digərlərinə müxalif bir bidətçidir."

Qaynaq: Əhməd İbn Teymiyyə: Məcmuatul Fətəva: 4/331
Darul Vəfa: 1426/2005

İbn Teymiyyə başqa bir yerdə deyir:

ولما قدِم أبو عمرٍو عثمانُ بن مرزوقٍ إلى ديارِ مِصْرَ وكان مُلوكُها في ذلك الزمان مظهِرين للتشيُّع وكانوا باطنيةُ مَلاحِدةً وكان بسبَبِ ذلك قد كثُرت البِدَعُ وظهَرت بالديار المصرية - أمَر أصحابَه أن لا يصلُّوا إلا خلْفَ مَن يعرِفونه لأجْل ذلك , ثم بعد موْته فتَحها ملوكُ السنة مثلُ صلاحِ الدين وظهَرت فيها كلمةُ السنة المخالفةِ للرافضةِ , ثم صار العلمُ والسنةُ يكثُر بها ويظهَر
فالصلاة خلْفَ المستورِ جائزة باتفاقِ علماءِ المسلمين , ومَن قال : إن الصلاةَ محرَّمةٌ أو باطلةٌ خلْفَ مَن لا يُعرَف حالُه فقد خالفَ إجماعَ أهلِ السنةِ والجماعة

"Əbu Amr Osman bin Mərzuq Misirə gəldikdə - o zaman oranın hökmdarları şiəliyi açıq şəkildə izhar edən batini mülhidlər/kafirlər idi və bundan dolayı Misirdə bidətlər çoxalıb yayğınlaşmışdı – öz əshabına bu səbəblə ancaq tanıdıqları adamın arxasında namaz qılmalarını əmr etmişdi.
Onun ölümündən sonra oranı Salahuddin (Eyyubi) kimi sünni hökmdarlar fəth etdi və orada rafizilərin etiqadına müxalif sünni etiqadı yayıldı. Daha sonra isə orada elm və sünnə çoxaldı və yayıldı.
Məstur/halı məchul imamın arxasına namaz qılmaq müsəlman alimlərin ittifaqıyla caizdir.
Kim "halı bilinməyən (məstur) imamın arxasında namaz haramdır və ya batildir" deyərsə Əhli Sünnə vəl Caməanın icmasına müxalifət etmişdir!"

Qaynaq: Əhməd İbn Teymiyyə: Məcmuatul Fətəva: 3/175-176
Darul Vəfa: 1426/2005

Təliq: İbn Teymiyyənin verdiyi örnəkdəki ölkə, bəzilərinin xəyal qurduğu kimi darul İslam yox, əksinə mülhid batinilərin hakim olduğu və öz küfr əqidələrini izhar edib, imamları təyin elədikləri bir ölkədir. Batinilərin küfrü məşhurdur. Bu ölkənin imamları - günümüzdə olduğu kimi - batini liderlər üçün dua belə edirdilər.
Lakin belə bir ölkədə Osman bin Mərzuqun tətbiqatını İbn Teymiyyə müstəhəblik olaraq yozmuş və imamın məstur olmasından dolayı batillik ehtimalını rədd etmişdir.
 
Muslimah_92Tarix: Çərşənbə, 01.08.2012, 19:28 | Yazı # 6
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Şeyxul İslam Zəkəriyyə Əl Ənsari (823-926 h/1420-1520 m) "Əsnəl Mətalib şərhu Ravdit Talib" adlı əsərində deyir:

تصِحُّ الصلاةُ خلْفَ مجهولٍ إسلامُه أو قراءتُه , لأنَّ الأصلَ الإسلامُ والظاهرُ مِن حالِ المسلِم المصلِّي أنه يُحسِن القراءةَ

"Müsəlmanlığı və ya qiraətinin yetərli olub olmadığı bəlli olmayan kimsənin arxasında namaz səhihdir.
Çünki, (namaz qılan kimsədə) əsl olan İslam, namaz qılan müsəlmanda zahir/yayğın olan isə qiraətinin yetərli olduğudur."

Qaynaq: Şeyxul İslam Zəkəriyyə Əl Ənsari: Əsnəl Mətalib: 1/218
Beyrut: Darul Kutubil İlmiyyə: 1422/2000

Qeyd: Şafi alimlərindən Xatib Əş Şirbinin "Muğnil Muhtac", İbn Həcərin "Tuhfətul Muhtac" adlı əsərlərində də eyni sözlər zikr edilmişdir.
 
Muslimah_92Tarix: Çərşənbə, 01.08.2012, 19:29 | Yazı # 7
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
İmam Muhəmməd bin İdris Əş Şafi (150–204 h/767–820 m) “Əl Umm” adlı kitabında deyir:

إمامة الكافر

قال الشافعي رحمة الله عليه : ولو أنّ رَجلا كافرا أمَّ قوما مسلمِين , ولم يعلَموا كفرَه أو يعلَموا , لمْ تَجزِهم صلاتُهم , ولم تكنْ صلاتُه إسلاما له إذا لم يكنْ تكلَّم بالاسلام قبْل الصلاةِ . ويُعزَّر الكافرُ ؛ وقد أساءَ مَن صلّى وَراءَه , وهو يعلَم أنه كافرٌ.
ولو صلّى رجلٌ غريبٌ بقومٍ , ثم شكَّوا في صلاتهم , فلم يَدرُوا أكانَ كافرا أو مسلما , لم تكنْ عليهم إعادة , حتى يعلَموا أنه كافرٌ ؛ لانّ الظاهرَ أن صلاتَه صلاةُ المسلمين , لا تكون إلا مِن مسلمٍ

‘’Kafirin İmaməti

Şafi – rahmətullahi aleyh – dedi: Əgər kafir bir adam bir qrup müsəlmana namazda imamlıq etsə, müsəlmanlar da istər onun küfrünü bilməsinlər və ya bilsinlər namazları yerinə yetirilmiş sayılmaz.
Kafir isə namazdan öncə İslamı qəbul etdiyini açıq şəkildə söyləməyibsə, onun da qıldığı namaz haqqında müsəlman hökmü vermək üçün yetərli olmaz. Ayrıca kafir təzir edilər/cəzalandırılar.
Hər kim onun kafir olduğunu bildiyi halda arxasında namaz qılarsa səhf hərəkət etmişdir.
Əgər yerli olmayan bir adam bir qrupa namaz qıldırsa, sonra namaz qılanlar namazlarında şübhəyə düşsələr, namaz qıldıran adamın kafirmi yoxsa müsəlmanmı olduğunu bilməsələr, o adamın kafir olduğunu öyrənənə qədər yenidən namaz qılmaları gərəkli deyil.
Çünki, zahir olan onun namazının müsəlmanların namazı olduğudur və ancaq bir müsəlman belə namaz qılar.”

Qaynaq: Muhəmməd bin İdris Əş Şafi: Əl Umm: 2/330
Darul Vəfa: 1422/2001

İmam Şafi kıtabın digər bir yerində bu məsələ haqda deyir:

ولو أنَّ قوماً في سفَرٍ أو حضَرٍ أو غيرِه ائتمُّوا برجلٍ لا يعرِفونه , فأقامَ الصلاةَ أجْزأتْ عنهم صلاتُهم
ولو شكُّوا أمسلمٌ هو أو غيرُ مسلمٍ أجزأتْهم صلاتُهم , وهو إذا أقامَ الصلاةَ إمامٌ مسلمٌ في الظاهر حتى يعلَموا أنه ليس بمسلمٍ
ولو عرَفوه بغيرِ الإسلامِ , وكانوا ممَّن يعرِفونه المعرفةَ الذي الأغلبُ عليهم أنَّ إسلامّه لا يَخفى عليهم , ولو أسلمَ فصلّى , فصلُّوا وراءَه في مسجدٍ جماعةً أو صَحْراءَ لم تُجزِئْهم صلاتُهم معه , إلا أن يسألوه فيقول : أسلمتُ قبلَ الصلاةِ أو يُعلِمَهم مَن يصدِّقون أنه مسلمٌ قبل الصلاةِ , وإذا أعلَمهم أنه أسلَم قبل الصلاة فصلاتهم مُجزِئةٌ عنهم
ولو صلُّوا معه على علْمِهم بشرْكه , ولم يعلَموا إسلامَه قبْلَ الصلاةِ, ثم أعْلمَهم بعدَ الصلاةِ أنه أسلَم قبْلها لم تَجزِهم صلاتُهم , لأنهم لم يكن لهم الإئتمامُ به على معرفتِهم بكفْره , وإن لم يعلَموا إسلامَه قبل ائتمامُهم به

"1- Əgər bir qrup insan səfərdə, yaşadıqları və ya digər bir yerdə tanımadıqları bir kimsəni imam qoysalar, o da namazı qıldırsa, namazları keçərlidir/yetərlidir.
Əgər o adamın müsəlman və ya qeyri müsəlman olması haqda şübhə etsələr yenədə namazları keçərlidir. Onun qeyri müsəlman olduğu onlara bəlli olana qədər, o adam namaz qıldırdığı zaman zahirdə müsəlman olan bir imamdır.

2- Əgər imam qoyduqları kimsənin qeyri müsəlman olduğunu bilirlərsə və o adamı elə bir şəkildə tanıyarlarsa ki, əgər o müsəlman olsaydı zənni qaliblə topluma bu gizli qalmazdı, o adamda (onlardan xəbərsiz) müsəlman olub namaz qılsa, onlarda məsçiddə camaat şəklində və ya səhrada onun arxasında namaz qılarlarsa namazları keçərli/yetərli olmaz.
Ancaq ondan bu haqda soruşsalar və o da "namazdan öncə müsəlman oldum" desə və ya onlara onun namazdan öncə müsəlman olduğunu təsdiqləyəcəyi kimsələri referans göstərərsə namazları keçərlidir. Onlara "namazdan öncə müsəlman olduğunu" bildirərsə arxasında qıldıqları namaz keçərlidir/yetərlidir.

3- Əgər imamın müşrik olduğunu və namazdan öncədə islamı qəbul etmədiyini bilərək arxasında namaz qılsalar, sonra imam namazdan öncə müsəlman olduğunu iddia etsə də camaatın namazı keçərli olmaz.
Çünki, onu imam qoymadan öncə müsəlman olaraq tanımasalar belə, onun kafir olduğunu bildikləri halda onu imam təyin etmə haqları yox idi."

Qaynaq: Əbu Abdillah Əş Şafi: Əl Umm: 2/230
Darul Vəfa: 1422/2001

Təliqat: İmam Şafinin sözlərindəki faydanı artırmaq üçün biraz daha açaq. İmam Şafi imam olacaq insanları bir neçə qrupa bölür:
1. Halı İslam yönündən məchul olan, müsəlman olub olmadığı bilinməyən kimsə. Belə birinin arxasında qılınan namazı keçərli sayır.
2. Kafir olaraq tanınan və müsəlman olması halında qalibən xəbər tutulacaq kimsə. Belə birisi zikr edilən iki yoldan biri ilə daha öncədən İslama girdiyini isbat etsə arxasındakıların namazı keçərli, əks halda keçərsiz olar.
3. Müşrik olduğu və namazdan öncə də İslamı qəbul etmədiyi bilinən kimsə. Belə birisinin arxasında qılınan namaz keçərsizdir.
Bu bəndlə ikinci bənd arasında bir ortaq, bir də ayırıcı nöqtə var. Ortaq nöqtə: Hər ikisində imamın daha öncə kafir olduğu bilinir. Ayırıcı nöqtə: Birinci halda imamın namaz öncəsi İslam qəbul etmə ehtimalı az da olsa qalır və onun bu nöqtədəki sözü doğruluq ehtimalı daşıdığı üçün qəbul edilir. İkincisində isə namazdan öncədə müsəlman olduğu dəqiq bilinir və bu mövzudakı sözü daha güclü bir dəlilə müxalif olduğu üçün qəbul edilmir.

Burada öz qıt elmləri və haqqı bilərək yəhudicə müxalifət etmələri səbəbilə müsəlmanları parçalamağa davam edən firqələrdən birinə də cavab vardır. Belə ki, onların iddiasına görə: bir kimsə müşrik olduğunu bildiyi imamın arxasında namaz qılarsa özüdə kafir olar.
Lakin gördüyümüz kimi İmam Şafi hər iki bənddə də bunu sadəcə namazın keçərli olmaması üçün səbəb saymış, küfr ehtimalına isə heç toxunmamışdır...
Bu firqələrdən bəziləri isə, hətta məstur imamın arxasında namaz qılmağı küfr sayırlar ki bu, safsatası az öncəki cavabın daxilində təsdiqlənmiş bir görüş və cəhalətin kal meyvəsidir. Allah müsəlmanların saflarını, münafiqlərdən, fitnə əhlindən, İslam adına danışmaqdan başqa heç bir işi olmayan avanturistlərdən təmizləsin! Amin!
 
Forum » İslam » Fiqh » MƏCHUL İMAMLA NAMAZ, TANIMADIĞINIZ KİMSƏ İMAM OLARMI? (BİSMİLLAH)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru