[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Fiqh » Cihad (Cihad)
Cihad
TeraneTarix: Bazar, 10.06.2012, 14:49 | Yazı # 1
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Cihadın tərifi:
Şəriətin cihada təşviqi:
Şəhid olmağın fəziləti:
Cihadı tərk etməmək barədə xəbərdarlıq:
Cihadın hökmü:
Döyüş ədəb-ərkanı:
Cihad etmək kimə vacibdir?
Cihad nə zaman fərdi şəkildə hamıya vacib (Fərdul Ayn) olur?
Döyüş əsirləri:
Qətlə yetirilmiş düşmənin mal-dövlətinin alınması (ərəb. əs-Səlb):
Qənimətlər:
Xümsün xərclənməsi:
Döyüşsüz əldə olunan mal-dövlət (ərəb. Əl-Fey):
Əhd bağlamaq:
Bu əhddən doğan məsələlər:
Əhd bağlayan kafirlərə (Zimmilərə) aid olan hökmlər:
Əhd nə vaxt pozulur?
Əhdin pozulmasından doğan hökmlər:
Cizyə kimlərdən götürülür?

Tərifi:[1]
"Ərəb dilində "Cihad" sözü, "Cəhd" sözündən götürülmüşdür. Bu söz də taqət və məşəqqət manasını verir. Cihad dedikdə isə var qüvvəsi, bütün çətinliklərə sinə gəlib düşmənə qarşı döyüşmək və ya onu özündən dəf etmək mənası anlaşılır.
Cihad Allah rizası üçün olmadıqca, Allahın adının uca tutulması üçün edilmədikcə, haqqı dəstəkləyib, batili rədd etməyincə, öz nəfsini Allahdan razı salmayınca həqiqi cihad sayılmır. Bundan geyrisini özünə məqsəd etdikdə, dünya üçün çalışıb-vuruşduqda bu həqiqi cihad sayılmır.
Kim hansısa vəzifəyə nail olmaq, qənimət sahibi olmaq, öz şücaətini göstərmək, şöhrət qazanmaq üçün döyüşərsə onun savabdan heç bir payı yoxdur".
Əbu Musa (A.R.O.) deyir ki, bir kişi Peyğəmbərin (S.A.V.) yanına gəlib dedi: Bir kişi qənimət, digəri xatirələrdə yaşamaq, başqası isə özünü göstərmək üçün döyüşürsə, onların hansı Allah yolundadır? Peyğəmbər (S.A.V.) dedi: "Kim, Allahın adı yüksəlsin deyə döyüşərsə, o, Allah yolundadır"[2].

Şəriətin cihada təşviqi:
Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: "Kim Allaha və rəsuluna iman gətirər, namaz qılar və oruc tutarsa həmin adamı cənnətə salmaq Allah yanında borc olar. İstər Allah yolunda cihad etsin, yaxud doğulduğu yerdə otursun".
Orada olanlar dedilər: İnsanları bu xəbərlə müjdələyəkmi? O dedi: "Cənnətin yüz mərtəbəsi var. Allah onları Onun yolunda cihad edənlər üçün hazırlamışdır. İki mərtəbə arasında məsafə, yerlə göy arası qədərdir. Dua edib Allahdan istədikdə, Firdovs cənnətini istəyin. Həqiqətən o cənnətin ortası, ən ali məqamıdır. Onun üstündə isə Rəhmanın ərşidir. Cənnətin çayları da oradan qaynaqlanır"[3].
Əbu Hureyrənin (A.R.O.) digər rəvayətində Peyğəmbərin (S.A.V.) belə dediyi rəvayət olunur: "Allah yolunda cihad edən insan, o, geri qayıdana qədər namaz qılıb, otuc tutub, Allahın digər ayələrinə bağlanıb, orucunu açmadan, namazında fasilə vermədən ibadət edən kimsənin timsalındadır"[4].
Onun digər hədisində Peyğəmbərin (S.A.V.) belə dediyi rəvayət olunur: "Allah Onun yolunda olanların savabını dərhal verər və deyər: O, yalnız Mənə iman gətirib və peyğəmbərlərimi təsdiqləyib bu işə qatılıb. Mən də onu qazandığı savab və qənimət ilə geri qaytarar, yaxud cənnətə daxil edərəm"[5].

Şəhid olmağın fəziləti:
Məsruq deyir ki, biz Abdullah ibn Məsuddan aşağdakı ayə haqqında soruşduq: "Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur"[6].
O, dedi: biz də elə bu ayə haqqında Peyğəmbərdən (S.A.V.) soruşmuşduq və o, belə cavab vermişdi: "Onların ruhları yaşıl quşların sinəsindədir. Onların ərşdən asılmış qəndilləri (yuvaları) vardır. Cənnətin istənilən yerini gəzib-dolaşar, sonra həmin qəndillərə qayıdarlar. Rəbbləri onlara baxıb soruşar: Sizə nə isə istəyirsinizmi? Onlar: Biz nə istəyə bilərik ki?! Biz cənnətdə istədiyimiz yeri gəzib-dolaşırıq. O, bu sualı üç dəfə təkrar soruşdu. Onlar bu sualın təkrarən verilməsini görüb dedilər: Ey Rəbbimiz, biz istərdik ki, Sən bizim ruhumuzu cəsədlərimizə qaytarasan ki, yenə Sənin yolunda şəhid olaq. Sonra onların başqa istəkləri olmadığı üçün olduqları vəziyyətdə tərk olundular"[7].
Ənəs deyir ki, Ummu Harisə ibn Suraqə ər-Rəbii bint əl-Bəra, Peyğəmbərin (S.A.V.) yanına gəlib dedi: "Ey Allahın elçisi, mənə Harisə haqqında danışa bilərsənmi? Əgər o cənnətdədirsə səbr edər, yox əgər belə deyilsə onda onun üçün çoxlu ağlaram. Demək o, Bədr döyüşündə naməlum ox zərbəsindən qətlə yetirilmişdi. Peyğəmbər (S.A.V.) dedi: Ey Ummu Harisə, ora, cənnət içində (müxtəlif mərtəbəli) cənnətlərdən ibarətdir. Sənin oğlun da yüksək Firdovs cənnətinə qovuşmuşdur"[8].
Miqdam ibn Mədi Yəkrib (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: "Şəhidin Allah yanında altı payı vardır: İlk andan bağışlanar, cənnətdəki məkanı ona göstərilər, qəbr əzabından qorunar, qiyamət günü böyük qorxu (Fəzəul Əkbər) məqamında rahat olar, başına, üzərindəki yaqut daşı dünya və onun içərisində olanlardan daha xeyirli olan vüqar tacı qoyular, Hurul Eyn qadınlarından yetmiş iki qadınla evləndirilər və yetmiş nəfər qohumuna şəfaətçi olar"[9].
Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: "Siz çimdik ağrısını necə hiss edirsinizsə, şəhid də qətlin ağrınısını bundan artıq hiss etmir"[10].

Cihadı tərk etməmək barədə xəbərdarlıq:
Uca Allah buyurur: "Ey iman gətirənlər! Sizə nə oldu ki, "Allah yolunda döyüşə çıxın!" - deyildikdə yerə yapışıb qaldınız. Yoxsa axirətdən vaz keçib dünya həyatına razı oldunuz? Halbuki dünya malı axirət yanında (axirətlə müqayisədə) yalnız cüzi bir şeydir! Əgər (sizə əmr olunan bu döyüşə) çıxmasanız, Allah sizə şiddətli bir əzab verər və sizi başqa bir tayfa ilə əvəz edər (yerinizə başqa bir tayfa gətirər). Siz isə Ona (döyüşə çıxmamağınızla Allaha və Peyğəmbərinə) heç bir zərər verə bilməzsiniz. Allah hər şeyə qadirdir!"[11]
Digər ayədə isə belə buyurur: "(Malınızı) Allah yolunda xərcləyin. Öz əlinizlə özünüzü təhlükəyə atmayın..."[12].
İbn Kəsir deyir: Leys ibn Səəd, Yezid ibn Əbu Həbibdən, o da Əsləm Əbu İmrandan rəvayət edir ki, "Konstantilopolun (İstanbulun köhnə adı) fəthində mühacirlərdən bir nəfər kişi düşmənin üzərinə hücum çəkdi və onların cərgəsini yardı. Əbu Əyyub əl-Ənsari (A.R.O.) də bizimlə idi. Bəzi insanlar dedilər ki, o, öz əli ilə özünü təhlükəyə atdı. Əbu Əyyub isə dedi: Biz bu ayəni daha yaxşı dərk edirik. Bu ayə bizim barəmizdə nazil olmuşdu. Biz Peyğəmbərlə (S.A.V.) silahdaşlıq etmiş, onunla döyüşlərdə olmuş və ona kömək etmişik. İslam yayılıb gücləndikdə biz ənsarlar mehribanlıqla bir yerə toplaşıb dedik: Allah İslam yayılana və müsəlmanlar çoxlana qədər bizə Onun Peyğəmbəri (S.A.V.) ilə yoldaşlıq etməyi və ona dayaq olmağı əta etmişdir. Biz bu müddət ərzində bunları ailəmizdən, malımızdan və övladımızdan üstün tutmuşuq. Artıq döyüşlər bitmişdir. Gəlin ailəmizin və övladlarımızın yanına qayıdaq və onların yanında olaq.
Bundan sonra bizim barəmizdə ayə nazil oldu: "(Malınızı) Allah yolunda xərcləyin. Öz əlinizlə özünüzü təhlükəyə atmayın,...". Bu təhlükə, ailəmizin və mal-dövlətimizin yanında qalıb, cihadı tərk etmək idi".
Hədisi Əbu Davud, Tirmizi, Nəsai, Əbd ibn Humeyd "Təfsir" kitabında, İbn Əbu Hatim, İbn Cərir, İbn Mərdaveyh, Hafiz Əbu Yalə əl-Musili "Müsnəd", İbn Hibban "əs-Səhih", Hakim "əl-Müstədrək" kitabında rəvayət etmişdir. Hamısı Yezid ibn Əbu Həbibin sənədi ilə rəvayət etmişlər. Tirmizi demişdir ki, bu hədis "Həsən Səhih Qərib"dir. Hakim isə demişdir ki, bu hədis Buxari və Müslimin şərtlərinə cavab verir, amma onlar "səhih" kitablarında bu hədisi rəvayət etməmişlər[13].
İbn Ömər (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: "Siz əl-Eynə alış-verişi etdikdə, inəklərin quyruğundan yapışdıqda, əkin-biçinlə qənaətləndikdə və cihadı tərk etdikdə Allah sizə elə bir zəlillik verər ki, dininizə qayıtmayıncaya qədər o zəlilliyi sizdən uzaqlaşdırmaz"[14].

Cihadın hökmü:
Uca Allah buyurur: "(Allahın düşmənlərinə qarşı) döyüş (cihad) xoşunuza gəlmədiyi halda, sizə vacib edildi. Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz"[15].
Cihad Fərzul Kifayədir[16]. Uca Allah buyurur: "Zərər çəkmədən (üzürsüz səbəbə görə evlərində) əyləşən möminlərlə Allah yolunda öz malları və canları ilə cihad edən (vuruşan) kimsələr bir olmazlar. Allah malları və canları ilə vuruşanları (evlərində) əyləşənlərdən (cihada getməyənlərdən) dərəcə etibarilə üstün tutdu. Allah bunların hamısına (hər ikisinə savab) vəd etmişdir. (Lakin) Allah mücahidlərə (evlərində) oturanlardan daha böyük mükafatlarla imtiyaz vermişdir"[17]. Uca və nöqsansız Allah bizə xəbər verir ki, mücahidlər daha üstün dərəcə sahibidirlər. Amma həm onlara, həm də evlərində oturanlara yaxşı vəd vermişdir. Əgər evdə oturanlar fərz əməli tərk etmiş sayılsaydılar, o zaman onlara yaxşı deyil, pis vəd verilərdi.[18]
"Bil ki, çoxlu Cihad etmək müstəhəbdir. Buna əsas verən amil, bu haqda deyilən Quran ayələri və hədislərdir. Ən azı heç olmasa ildə dəfə vacibdir. Çünki Peyğəmbərə (S.A.V.) cihad etmək əmr olunandan sonra o heç olmazsa ildə bir dəfə cihada çıxardı. Bu işdə onu örnək tutmaq vacibdir. Çünki bu təkrar olunan bir fərz əməldir. Bu təkrar heç olmasa ildə bir dəfə olmalıdır. Necə ki, oruc və zəkat da belədir. Əgər il ərzində buna bir dəfədən çox ehtiyac duyularsa bu da vacibdir. Bu əməl fərzu kifayə olduğu üçün, meyarı da ehtiyacla ölçülməlidir. Daha doğrusunu Allah bilir... ". "Lakin biz və bütün insanlar bilməlidirlər ki, İslam şəriətinə əsasən qarşı tərəf döyüşdən öncə mütləq xəbərdar edilməli və bunlardan birini seçməlidir: Ya İslamı qəbul etməli, yaxud cizyə vergisi verməli, ya da döyüş olmalıdır. Düşmənlə bağlanmış əhdin pozulması -xəyanət təhlükəsinin olması - halında hökm dərhal icra olunur. .... "[19].

Döyüş ədəb-ərkanı:
Bureydə (A.R.O.) deyir ki, Peyğəmbər (S.A.V.) bir qoşuna, yaxud bir dəstəyə başçı təyin edərkən ona uca Allahdan qorxmağı, onunla olan müsəlmanlara qarşı xeyirxah olmağı tövsiyə edər və sonra deyərdi: "Allahın adı ilə, Allah yolunda savaşın, Allaha küfr edənlərlə döyüşün. Döyüşün, amma ifrata varmayın, qəfl hücum edib xəyanət etməyin, işgəncə verməyin, uşaqları qətlə yetirməyin. Müşrik düşməninlə qarşılaşarkən onlara üç şeyi təklif et. Əgər onlar razılaşsalar sən bunu qəbul et və onlardan əl çək. Onları İslama dəvət et. Əgər qəbul etsələr onlardan əl çək. Sonra onlara öz diyarlarından mühacirlər diyarına köçməyi təklif et və onlara bildir ki, əgər onlar hicrət etsələr, mühacirlərə nə düşürsə onlara da düşəcək, mühacirlərin başına nə gələcəksə onların da başına gələcəkdir. Əgər onlar bundan imtina etsələr onlara bildir ki, onlar da digər ərabi müsəlmanlar kimidirlər. Onlara da, möminlərə aid olan Allahın hökmü tətbiq olunur. Onlara qənimətdən və ya döyüşsüz əldə olunmuş var-dövlətdən (ərəb. əl-Fey) heç bir pay düşmür. Yalnız əgər müsəlmanlarla cihad etsələr onlara da pay düşər.
Əgər onlar İslamı qəbul etməkdən imtina etsələr onda cizyə versinlər. Bununla razılaşsalar onlardan əl çək, əziyyət vermə. Yox əgər bundan da imtina etsələr Allaha güvən və onlarla döyüş"[20].
İbn Ömər (A.R.O.) deyir ki, "Peyğəmbərin (S.A.V.) döyüşlərinin birində öldürülmüş qadın meyidi tapıldı və Peyğəmbər (S.A.V.) qadın və uşaqların öldürülməsini qadağan etdi"[21].
Peyğəmbər (S.A.V.) Muaz ibn Cəbəli (A.R.O.) Yəmən camaatının yanına müəllim olaraq göndərdi və ona belə tövsiyə etdi: "Sən Əhli Kitab olan bir tayfanın yanına gedirsən. İlk olaraq onları "Lə iləhə illəllah, Muhəmmədən Rəsuləllah" - şəhadət kəliməsinə dəvət et. Əgər onlar bunu səndən qəbul etsələr onlara bildir ki, uca Allah onlara gün ərzində beş vaxt namaz qılmağı əmr etmişdir. Əgər onlar bunu da qəbul etsələr, onlara bildir ki, Allah onlara sədqə verməyi əmr etmişdir. Bu sədəqə onların varlılarından alınıb, kasıblarına verilir. Əgər onlar bunu da qəbul etsələr, onda bu sədəqəni onların yaxşı mal-dövlətindən götürmə. Özünü məzlumun duasından qoru. Həqiqətən də onunla Allah arasında (duasının qəbul olunması üçün) heç bir maneə yoxdur"[22].

Cihad etmək kimə vacibdir?
Cihad, həddi büluğa çatmış, aqil, azad, döyüşməyə gücü olan, səfərdə olarkən özünə və ailəsinə yetən qədər mal-dövləti olan müsəlman kişiyə vacibdir. Cihadın kafirə deyil, müsəlmana vacib olması aydındır. Belə ki, cihad özü kafirlərə qarşı döyüşməkdir.
Cihadın, uşağa deyil, həddi büluğa çatana vacib olması İbn Ömərin (A.R.O.) hədisinə görədir. "Uhud günü mən də döyüşə getmək üçün Peyğəmbərə (S.A.V.) müraciət etdim. Həmin vaxt mənim on dörd yaşım var idi. O mənim döyüşə getməyimə icazə vermədi. Sonra Xəndək döyüşündə ona müraciət etdim və mənə icazə verdi. Həmin vaxt mənim on beş yaşım var idi"[23].
Cihadın aqil insana vacib olması, "Üç qism insana etdiyinə görə günah yazılmır:...(onlardan biri də dəlidir)"[24].
Cihadın qadınlara deyil, təkcə kişilərə vacib olması Aişənin (A.R.O.) hədisinə əsaslanır. Hədisdə deyilir: "Ey Allahın elçisi, qadınlar da cihad edirlərmi? O dedi: Onlar üçün döyüşsüz cihad vardır. Bu, həcc və ümrədir"[25].
Cihadın xəstə və imkansız insana vacib olmaması uca Allahın bu ayəsinə əsaslanır: "Allaha və Onun Peyğəmbərinə sadiq qalmaq (heç bir pisliyə meyl etməmək) şərtilə, acizlərə (qocalara və anadan gəlmə zəiflərə), xəstələtə və (cihad yolunda) sərf etməyə bir şey tapa bilməyənlərə (cihadda öz xərcini təmin etməyə qadir olmayanlara döyüşə getməməkdə) heç bir günah yoxdur..."[26].
Cihadın qeyri azad insana vacib olmaması, kölənin ağasının mülkündə olmasıdır. Ona görə də kölə, ağasının icazəsi olmadan cihad edə bilməz.

Cihad nə zaman fərdi şəkildə hamıya vacib (Fərdul Ayn) olur?
Cihad yalnız aşağıdakı hallarda fərdi şəkildə hamıya vacib (Fərdul Ayn) olur:
1.����������� Mükəlləf insanın döyüş meydanında olması:
Uca Allah buyurur: "Ey iman gətirənlər! Bir dəstə (kafir dəstəsi) ilə üz-üzə gəldikdə möhkəm olun..."[27].
Digər ayədə isə belə buyurur: "Ey iman gətirənlər! Kafirlərlə bir yerə toplaşdıqları vaxt rastlaşsanız, dönüb onlardan qaçmayın!"[28]
2.����������� Düşmən hansısa müsəlman ölkəsinə təcavüz etdikdə:
3.����������� Rəhbər kimisə cihada çağırdıqda: Demək Peyğəmbər (S.A.V.) demişdir: "Fəthdən sonra hicrət yoxdur. Lakin cihad və niyyət vardır. Cihada çağırıldığınız zaman cihada gedin"[29].


Döyüş əsirləri:
Kafirlərdən götürülmüş əsirlər iki qismə bölünür:
Bir qism insan əsirliyi ilə kölə sayılır. Bunlar uşaq və qadınlardır. Çünki Peyğəmbər (S.A.V.) "qadın və uşaqların öldürülməsini qadağan etmişdir"[30]. Həmçinin Peyğəmbər (S.A.V.) belə əsirləri mal-dövləti payladığı kimi bölərdi.
Digər qism isə əsirliyə görə kölə olmur. Bunlar həddi büluğa çatmış kişilərdir. Rəhbər belə əsirlərə qarşı bu kimi davrana bilər: Ya onları öldürtdürər, ya kölə edər, elə-belə azad edər, yaxud pul ilə sata və ya dəyişə bilər.� Bunların hansı məqsədəuyğun sayılırsa onu edə bilər.
Uca Allah buyurur: "Heç bir peyğəmbərə yer üzündə (küfrün kökünü kəsmək üçün bacardığı qədər çox kafir) öldürməyənə qədər əsirləri özünə mal etmək (onları öldürməyib fidyə müqabilində azad etmək) yaramaz..."[31].
Peyğəmbər (S.A.V.) Bənu Qureyzə qəbiləsinin əsir düşmüş kişilərini öldürtmüş, Bənu əl-Mustəliq qəbiləsinin əsir düşmüş kişilərini isə köləliyə vermişdir. Əbul As ibn Ər-Rəbiini, Sumamə ibn Əsalı isə elə belə azad etmişdi. Bədr döyüşündə əsir düşənləri isə pul ilə azad etmişdi. Səhabələrindən iki nəfəri, bənu əqil qəbiləsindən olan müşriklə dəyişmişdi. Uca Allah buyurur: "(Ey möminlər!) Kafirlərlə (döyüş meydanında) qarşılaşdığınız zaman boyunlarını vurun. Nəhayət, onları məğlub (əzib şil-küt) etdikdə, (qaçmasınlar deyə, əl-ayaqlarını) kəndirlə möhkəm bağlayın. Sonra da müharibə bitdikdə onları ya (boyunlarına minnət qoyub) məccani, ya da fidyə müqabilində azad edin!..."[32].

Qətlə yetirilmiş düşmənin mal-dövlətinin alınması (ərəb. əs-Səlb):
Hədisdə deyilir: "Kim düşməndən bir nəfəri öldürərsə, üzərində olan mal-dövlət öldürənə çatar"[33].
Qətlə yetirilmiş insanın malı deyildikdə, onun paltarı, qır-qızılı, silahı, zirehi və s. nəzərdə tutulur.

Qənimətlər:
Döyüşdən sonra qənimətlər bölünür. Onun beşdə dördü döyüşçülərə verilir. Piyadalılara bir, süvarilərə isə üç pay düşür.
Uca Allah buyurur: "...Bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın və Peyğəmbərindir..."[34].
İbn Ömər (A.R.O.) deyir ki, "mən qənimətlərin beş yerə bölündüyünü və sonra püşk atıldığını görürdüm. Peyğəmbər (S.A.V.) özünə düşən payı istədiyi kimi paylayırdı".
Eyni rəvayətçinin digər hədisində belə deyilir: "Peyğəmbər (S.A.V.) Xeybər günü qənimətləri böldü və süvarilərə üç pay ayırdı. İki pay ata, bir pay isə at sahibinə görə"[35].
İbn Abbas (A.R.O.) deyir ki, "Peyğəmbər (S.A.V.) süvari döyüşçüyə üç, piyadalıya isə bir pay qənimət verdi"[36].
Qənimət payı yalnız beş şərtə cavab verənlərə düşür. Həmin şərtlər bunlardır: Müsəlman olmaq, həddi büluğa çatmaq, aqil olmaq, azad və kişi cinsli olmaq. Əgər bu şərtlərdən biri olmazsa həmin adama əvvəldə deyilən qədər deyil, bir az pay verilir. Çünki belələrinə cihad etmək vacib sayılmır.
Əbul Ləhmin köləsi Umeyr deyir ki, mən Xeybər günü mövlamla birlikdə döyüşdüm. Həmin vaxt mən kölə idim. Buna görə də mənə qənimətdən pay ayrılmadı. Mənə bir qılınc verdilər. Onu belimə bağlayanda yerlə sürünürdü[37].
İbn Abbas (A.R.O.) deyir ki, "Peyğəmbər (S.A.V.) qadınları döyüşə aparar və onlar yaralıları müalicə edərdilər. Onlara qənimətdən ayrıca pay ayrılmaz, amma bir az mal-dövlət verilərdi"[38].

Xümsün xərclənməsi:
Qənimətin yerdə qalan beşdən bir hissəsi (xüms) beş yerə bölünür: bir pay Peyğəmbərə (S.A.V.) düşür və o bu payı lazım olan sahələrə xərcləyir. Bir pay onun qohum əqrəbasına, Haşim və Müttalibin övladlarına düşür. Bir pay yetimlərə, bir pay yoxsullara və bir pay da yolda qalmış müsafirlərə düşür.
Uca Allah buyurur: "...bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və müsafirlərindir (pulu qurtarıb yolda qalan yolçularındır)..."[39].

Döyüşsüz əldə olunan mal-dövlət (ərəb. Əl-Fey):
Ərəb dilində "əl-Fey" sözü qayıtmaq mənasını verir.
Şəriət istilahında isə, kafirlərdən döyüşsüz əldə olunmuş mal-dövlət deməkdir. Misal olaraq, kafirlərin müsəlmanlardan qorxub tərk etdikləri mal dövləti demək olar. Həmçinin cizyə, xərac və varisi olmayıb dünyasını dəyişən zimmilərin mal-dövlətləri də buraya aid edilir.

Əhd bağlamaq:
Əhd bağlamaq, rəhbərin və ya onun müavininin, bir dəstə kitab əhlinə və ya başqa kafirlərə öz küfrlərində qalmalarına dair iki şərtlə razılıq verməsidir: Birinci şərt cizyə vermək, ikinci şərt isə ümumi İslam qanunlarına riayət etməkdir[40].
Bu əhdin əsası uca Allahın bu ayəsidir:
"Kitab əhlindən Allaha və qiyamət gününə iman gətirməyən, Allahın və Peyğəmbərinin haram buyurduqlarını haram bilməyən və haqq dini (islamı) qəbul etməyənlərlə zəlil vəziyyətə düşüb öz əlləri ilə cizyə verincəyə qədər vuruşun"[41].

Bu əhddən doğan məsələlər:
Əgər qeyri müsəlmanlarla əhd bağlanıbsa, bundan sonra onları öldürmək olmaz. Onların malları, namusları, azadlıqları qorunmalı, heç bir əziyyət verilməməlidir[42]. Demək Peyğəmbər (S.A.V.) demişdir: "Müşrik düşməninlə qarşılaşarkən onlara üç şeyi təklif et. Əgər onlar razılaşsalar sən bunu qəbul et və onlardan əl çək. Onları İslama dəvət et. Əgər qəbul etsələr onlardan əl çək. Əgər İslamı qəbul etməkdən imtina etsələr onda cizyə vermələrini tələb et. Əgər qəbul etsələr onlardan əl çək. [43]

Əhd bağlayan kafirlərə (Zimmilərə) aid olan hökmlər:
İnsan hüquqlarında, müqavilələrdə, davranışlarda, cinayətlərin cəzalarında, tələf olmuş şeylərin əvəzinin qaytarılmasında və ümumi cəzalarda olan İslam hökmləri onlara da aid edilir.[44]
Ənəs (A.R.O.) deyir ki, bir nəfər yahudi bir qadının başını iki daş arasına qoyub əzmişdi. Ondan: bunu kim edib? bir-bir ad çəkib, filankəs? filankəs? - deyə soruşdular. Yəhudinin adı çəkiləndə qadın başı ilə işarə etdi. Yəhudini gətirdilər və o, cinayəti etiraf etdi. Sonra Peyğəmbər (S.A.V.) əmr etdi və onun da başı iki daş arasında əzildi.[45]
İbn Ömər (A.R.O.) deyir ki, "evləndikdən sonra zina etmiş iki nəfər yəhudini Peyğəmbərin (S.A.V.) yanına gətirdilər və o, onları daşqalaq elətdirdi"[46].

Əhd nə vaxt pozulur?
Əhd bağlayan kafirlərdən kimsə cizyə verməkdən, yaxud İslam qanunlarına riayət etməkdən imtina edərsə artıq onun bağladığı əhd pozulmuş sayılır. Çünki o, bağladığı əhdin şərtlərinə sadiq çıxmamışdır.
Həmçinin müsəlmanlara qarşı ədavət göstərməklə, Allahı və ya rəsulunu söyməklə də əhd pozulur.
Müsəlman qadını zinaya məcbur etmək istəyən bir nəfər əhd bağlayan kafirin işi Ömərə (A.R.O.) çatır. Ömər deyir: Biz sizinlə belə əhd bağlamamışıq. Sonra onun Qüdsdə asılmasını əmr etdi[47].
Əli (A.R.O.) deyir ki, bir nəfər yəhudi qadın Peyğəmbəri (S.A.V.) söyür və ona tənə edirdi. Sonra bir nəfər kişi həmin qadını boğub öldürdü. Peyğəmbər (S.A.V.) qadının qanına görə heç bir cəza tətbiq etmədi.[48]

Əhdin pozulmasından doğan hökmlər:
Əhdi pozulan kimsə əsir kimidir. Əgər o İslamı qəbul edərsə onun öldürülməsi haram olar. Yox əgər İslamı qəbul etməzsə rəhbər istəsə onu öldürər, azad edər, yaxud müəyyən məbləğin müqabilində azad buraxar. Bu haqda artıq əsirlər barəsində danışarkən qeyd etmişdik.

Cizyə kimlərdən götürülür?
Nafi Əsləmdən rəvayət edir ki, "Ömər (A.R.O.) döyüş sərkərdələrinə məktub yazıb bildirdi ki, qadın və uşaqlardan cizyə vergisi almayın. Cizyəni yalnız həddi büluğa çatmış kişilərdən alın"[49].
Cizyənin miqdarı:
Muaz (A.R.O.) deyir ki, "Peyğəmbər (S.A.V.) məni Yəmənə göndərərkən əmr etmişdi ki, həddi büluğa çatan hər bir əhd bağlayan kafirdən bir dinar, yaxud onun dəyərində paltar alım"[50].
Cizyəni artırmaq da olar. Demək Əsləm deyir ki, "Ömər ibn əl-Xəttab (A.R.O.) qızıl sahiblərinə dörd dinar, gümüş sahiblərinə isə qırx dirhəm cizyə verməyi əmr etmişdi. Bundan başqa (vəzifəsini icra etmək üçün) onların yanına gələn müsəlmanların qida ilə təmin olunmasını və üç gün qonaq saxlanılmasını da onlara tapşırmışdı"[51].
Rəhbər cizyəni təyin edərkən çətinlikləri və asanlıqları nəzərə almalıdır. Demək İbn Əbu Nəcih deyir ki, mən Mücahidə dedim: Nə üçün Şam camaatı dörd, Yəmən camaatı isə bir dinar cizyə verir? O dedi: "Bu, onların vəziyyətinin asan və ya çətin olmasına görə təyin edilmişdir"[52].
*� *� *

[1] Fiqhus Sünnə: 3/ 27-40.
[2] Buxari: 6/ 27/ � 2810. Müslim: 3/ 1512/ � 1904. Əbu Davud: 7/ 193/ � 2500. Tirmizi: 3/ 100/ � 1697. İbn Macə: 2/ 931/ � 2783.
[3] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: � 2126. Silsilətus Səhihə: � 921. Buxari: 6/ 11/ � 2790.
[4] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: � 5851. Müslim: 3/ 1498/ � 1878. Tirmizi: 3/ 88/ � 1669.
[5] Buxari: 1/ 92/ � 36. Müslim: 3/ 1495/ � 1876.
[6] Ali İmran: 169.
[7] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: � 1068. Müslim: 3/ 1502/ � 1887. Tirmizi: 4/ 298/ � 4098.
[8] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: � 7852. Buxari: 6/ 25/ � 2809. Tirmizi: 5/ 9/ 3224.
[9] Hədis səhihdir. Səhih Sünən İbn Macə: � 2257. Tirmizi: 3/ 106/ � 1712. İbn Macə: 2/ 935/ � 2799.
[10] Həsənun Səhih. Səhih Sünən İbn Macə: � 2260. Tirmizi: 3/ 109/ � 1719. İbn Macə: 2/ 937/ � 3802. Nəsai: 6/ 36.
[11] Tövbə: 38-39.
[12] Bəqərə: 195.
[13] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: � 2187. İbn Kəsir "Təfsir": 1/ 228. Əbu Davud: 7/ 188/ � 2495. Tirmizi: 3/ 280/ � 4053. Hakim: 2/ 275.
[14] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: � 423. Əbu Davud: 9/ 335/ � 3445.
[15] Bəqərə: 216.
[16] Şəriət istilahında, "Fərzul Kifayə" dedikdə, bu işin hamıya vacib olmaması nəzərdə tutulur. Yəni, əgər bir dəstə cihad ilə məşğuldursa bu kifayət edər. Bunun əksi isə "Fərzul Ayn"dir. Bu, hansısa hökmün bütün insanlara fərdi şəkildə vacib olması deməkdir. Məsələn, adi vaxtlarda sərhədlərin keşiyini çəkmək fərzul kifayə, səfərbərlik elan olunduqda isə fərzul ayndır. (tərc.)
[17] Nisa: 95.
[18] Təbərinin Təfsiri: 2/ 345.
[19] Zilalul Quran.
[20] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: � 1111. Müslim: 3/ 1356/ � 1731. Tirmizi: 2/ 431/ � 1429. Onun rəvayəti müxtəsərdir.
[21] Buxari: 6/ 148/ � 3015. Müslim: 3/ 1364/ � 1744. Əbu Davud: 7/ 329/ � 2651. Tirmizi: 3/ 66/ � 1617. İbn Macə: 2/ 947/ � 2841.
[22] Buxari və Müslim.
[23] Buxari: 5/ 276/ � 2664. Müslim: 3/ 1490/ � 1868. Tirmizi: 3/ 127/ � 1763. Nəsai: 6/ 155. Əbu Davud: 12/ 80/ � 4383.
[24] Bu hədis artıq bir neçə dəfə təkrarlanıb.
[25] Hədis səhihdir. Səhih Sünən İbn Macə: � 2345. İbn Macə: 2/ 968/ � 2901. Əhməd: 11/ 18/ � 21. Darəqutni: 2/ 284/ � 215.
[26] Tövbə: 91.
[27] əl-Ənfal: 45.
[28] əl-Ənfal: 15.
[29] Buxari: 6/ 3/ � 2783. Müslim: 2/ 986/ � 1353. Tirmizi: 3/ 74/ � 1638. Əbu Davud: 7/ 157/ � 2463.
[30] Buxari: 6/ 148/ � 3015. Müslim: 3/ 1364/ � 1744. Əbu Davud: 7/ 329/ � 2651. Tirmizi: 3/ 66/ � 1617. İbn Macə: 2/ 947/ � 2841.
[31] əl-Ənfal: 67.
[32] Muhəmməd: 4.
[33] Buxari: 6/ 247/ � 3142. Müslim: 3/ 1370/ � 1751. Tirmizi: 3/ 61/ � 1608. Əbu Davud: 7/ 385/ � 2700.
[34] Ənfal: 41.
[35] Hədis səhihdir. Səhih Sünən İbn Macə: � 2303. İbn Macə: 2/ 952/ � 2854. Mətndəki rəvayət onundur. Eyni hədisi "Xeybər" sözü olmadan bu alimlər rəvayət etmişlər: Buxari: 6/ 67/ � 2863. Müslim: 3/ 1383/ � 1762. Əbu Davud: 7/ 404/ � 2716.
[36] Hədis səhihdir. əl-İrva: � 1227. Beyhəqi: 6/ 293.
[37] Hədis həsəndir. Səhih Sünən İbn Macə: � 2304. Tirmizi: 3/ 58/ � 1600. Əbu Davud: 7/ 402/ � 2712. İbn Macə: 2/ 952/ � 2855.
[38] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: � 1151. Müslim: 3/ 1444/ � 1812. Əbu Davud: 7/ 399/ � 2711. Tirmizi: 3/ 57/ � 1958.
[39] Ənfal: 41.
[40] Fiqhus Sünnə: 3/ 64.
[41] Tövbə: 29.
[42] Fiqhus Sünnə: 3/ 65.
[43] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: � 1111. Müslim: 3/ 1356/ � 1731. Tirmizi: 2/ 431/ � 1429. Onun rəvayəti müxtəsərdir.
[44] Mənarus Səbil: 2/ 298.
[45] Buxari: 12/ 198/ � 6876. Müslim: 3/ 1299/ � 1672. Nəsai: 8/ 22. Əbu Davud: 12/ 267/ � 4512. Tirmizi: 2/ 426/ � 1413.
[46] Hədis səhihdir. əl-İrva: � 1253.
[47] Hədis həsəndir. əl-İrva: � 1278. İbn Əbu Şeybə: 2/ 85/ � 11. Beyhəqi: 9/ 201.
[48] Hədisin sənədi səhihdir. əl-İrva: 5/ 91. Əbu Davud: 12/ 17/ � 4340. Beyhəqi: 9/ 200.
[49] Hədis səhihdir. əl-İrva: � 1255. Beyhəqi: 9/ 195.
[50] Hədis səhihdir. əl-İrva: � 1254. Əbu Davud: 8/ 287/ � 3022.
[51] Rəvayət səhihdir. əl-İrva: � 1261. Beyhəqi: 9/ 195.
[52] Rəvayət səhihdir. əl-İrva: � 1260. Buxari: 6/ 257. Rəvayəti müəlləqdir.





انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
Forum » İslam » Fiqh » Cihad (Cihad)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru