[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Fiqh » İslama görə bankda işləmək haramdırmı? (İslama görə bankda işləmək haramdırmı?)
İslama görə bankda işləmək haramdırmı?
TeraneTarix: Şənbə, 26.05.2012, 10:13 | Yazı # 1
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Allahın səlamı, rəhməti və bərəkəti onun nemətin yalnız Allahdan gəldiyinə inanan qulları üzərinə olsun. Allah şübhəsiz bütün qullarına nemətini əksiltmədən vermişdir. Bizim səbəblərə sarılaraq axtardığımız iş sahələri, tapdığımız işlərdə sahibkarların, iş adamlarının verdiyi müəyyən miqdar əmək haqqının sanki birbaşa onlardan gəldiyinə inanaraq bu işlərdə işləməsək nemətin heç haradan gəlməyəcəyinə özümüzü inandırırıq. Bu mənada bəlkə də imanımızın ən zəif tərəfi nemətin kimdən və necə gəldiyinin fərqinə vara bilməməyimizdir. Buna görə də çox vaxt Allahın bəyənmədiyi yerdə işləyir, dinimizlə uyğun olmayan müxtəlif yerlərdə nemət axtarırıq...Sualınıza gəlincə doğrusu bank dediyimiz sahədə qadağan olunan orada işləmək deyil orada faizlə bağlı əlaqələrin olmasıdır. Yəni qadağan olunan faizdir. Çünki:
"Ey iman edənlər faiz üzərinə faiz yeməyin. Allahdan qorxun ki, bəlkə nicat tapasınız" (Ali İmran 3/ 130) bir çox ayələr və hər üç səmavi kitabda, dində faizin qadağan olunmasıdır. Bununla bağlı Allah rəsulu (s.a.v.) buyurmuşdur "Qulu məhv edən yeddi şeydən özünüzü qoruyun: "Allaha şərik qoşmaq, haqqsız yerə insan öldürmək, sehirbazlıqla məşğul olmaq, faiz almaq, yetimin malını yemək, iffətli qadına zina iftirası atmaq, düşmənin hücumu vaxtı döyüş meydanından qaçmaq" (İmam Buxari Və Muslimin səhihində keçir) bu mənada göründüyü kimi böyük haramların içərisində keçən bəzən fərqinə varmadığımız, adi bir günah kimi görünən faiz fəsadı. Halbuki bu gün islam ölkələrini, inkişafda olan ölkələri digər inkişaf etmiş ölkələrə aslı hala salan məhz bu olduqca çox əhəmmiyətli fəsaddır. Bu mənada əgər işlədiyiniz bank islami sistem üzərinədirsə orada işləyə bilərsiniz. (Doğrudur deyə bilərsiniz ki, Azərbaycanda heç o sistemli banklar var, amma səbirli olun artıq bunun üzərinə olduqca güclü iş gedir. Sadəcə bir neçə il səbr etmək lazımdır.) Yox əgər faiz sistemi üzərinə qurulubsa faizlə bağlı olmayan işlərdə işləyə bilərsiniz. Amma qazancınızın dolayı yolla faizdən gəlib-gəlməməsinə də diqqətli olun...Çünki haramlara girərək etdiyimiz nə ibadətlərin, nə də dualarımızın bir xeyri olmaz. Allah hər birimizi neməti halal yoldan verilənlərdən etsin!!! Ən doğrusunu Allah bilir.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
Forum » İslam » Fiqh » İslama görə bankda işləmək haramdırmı? (İslama görə bankda işləmək haramdırmı?)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru