[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Fiqh » Heyzdən təmizləndikdən sonra namazın qəzası qılınmalıdırmı? (Heyzdən təmizləndikdən sonra namazın qəzası qılınmalıdırmı?)
Heyzdən təmizləndikdən sonra namazın qəzası qılınmalıdırmı?
TeraneTarix: Şənbə, 26.05.2012, 10:11 | Yazı # 1
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Həmd, bütün Kaintı yoxdan var edən, Aləmlərin Rəbbi olan Allaha (c.c.) məxsusdur. Salat və salam Rəsuli-Əkrəm Əfəndimizə, əhli-beytinə və əshabına olsun. Əziz bacım, sualınıza cavab vermədən əvvəl namaz və heyz haqqında kiçik məlumat vermək istəyirəm. Namaz, Allaha imandan sonra fərzlərin ən böyüyü, imanın zahirə əks olunmasının ən gözəl nümunəsi, İsalmın 5 şərtindən biri, dinin dirəyi, qəlbin nuru, möminin meracıdır. Mömin namaz sayəsində Allahın mənəvi hüzuruna yüksəlir, bir tərəfdən şükr etməyi, bir tərəfdən də səbr etməyi öyrənir. Heyz kəlimə olaraq “axıntı” mənasına gəlir. Fiqhi termin olaraq isə bir qadının yetkinlik yaşına çatdıqdan sonra hər ay döl yolundan gələn qanıdır. Bu vaxtlarda qadın istər fərz, istərsə də nafilə namazlarını qılmaz, oruc tutmaz. Yalnız təmizləndikdən sonra tutmadığı orucların qəzasını tutar. Sualınıza gəlincə isə, əsr namazından bir az əvvəl heyz qanı gələn xanımın təmizləndikdən sonra qılmadığı namazı qəza edib etməyəcəyi mövzusunda İslam alimləri ixtilaf eymişlər. Alimlərin böyük əksəriyyətinə görə namaz qəza edilməlidir. Bu, Hənbəli, Şafii və Cəfəri məzhəblərinə aid görüşdür. Onlar bunun səbəbini heyz başlamadan əvvəl zöhr namazının vaxtın girməsiylə fərz buyurulmasında görürlər. Yəni namazın qılınması, qılınmamışsa qəza etməsi fikrindədirlər. Namaz vaxtı girdikdən sonra bir rəkat qılacaq qədər vaxt keçsə və heyz olsa, o namaz heyz bitdikdən sonra qəza edilməlidir. Çünki Allah (c.c.) “...Heç şübhəsiz namaz, iman edənlərə müəyyən vaxtlara görə fərz qılınmışdır” (Nisa,103) buyurmaqdadır. Hənəfi və Maliki məzhəbinə görə isə heyz olunan vaxtda, o vaxtın fərz namazı qılınmamışsa, təmizləndikdən sonra qəza edilməz. Bunun əksini əsr namazından bir az əvvəl heyzi bitən xanımın zöhr namazını qılıb qılmayacağını da söyləmək olar. Hənbəli, Maliki, Şafii və Cəfəri məzhəblərinə görə qılınmalıdır. Bu alimlərə görə zöhr və əsr namazları birlikdə qılınmalıdır. Bunun səbəbini heyzdən təmizlənmənin iki namaz arasındakı vaxta təsadüf etməsində görürlər. Bu, Abdurrahman bin Avf, Əbu Hureyra və İbni Abbasdan (radiyallahu anhum) nəql edilmişdir. Bu səhabə-alimlərə görə ilk öncə zöhr namazı, ar-dından da əsr namazı qılınmalıdır. Hənəfi məzhəbinə görə isə əsrdən bir az əvvəl təmizlənən qadının halı əsrdən bir az əvvəl (zöhrün son vaxtında) heyz olan qadının halı ilə eynidir. Təmizləndikdən sonra zöhr namazı qılınmaz. (İslam elmihalı)
Ən doğrusunu Allah bilir.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
Forum » İslam » Fiqh » Heyzdən təmizləndikdən sonra namazın qəzası qılınmalıdırmı? (Heyzdən təmizləndikdən sonra namazın qəzası qılınmalıdırmı?)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru