[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Fiqh » Yuxuda Qiyaməti görmək (Yuxuda Qiyaməti görmək)
Yuxuda Qiyaməti görmək
TeraneTarix: Şənbə, 26.05.2012, 10:09 | Yazı # 1
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Həmd aləmlərin Rəbbi Allaha məxsusdur. Salat və salam Hz. Muhammədə, ailəsinə və onun yolu ilə gedənlərə olsun. İlk öncə bizə göstərdiyiniz etimada görə sizə minnətdarlığımızı bildirir və Allahdan bizi doğru yola yönəltməsini istəyirik. Mövzuyla bağlı sualınıza Quran və Hədislərdən istifadə edərək cavab verməyə çalışdıq.
“And olsun ki, Allah həqiqətən Peyğəmbərinə o yuxunu haqqı ilə doğru göstərdi, Şanıma and içirəm ki, İnşallah Məscidi Harama güvən içində başlarınızı qırxaraq, qorxusuz bir şəkildə girəcəksiniz! Ancaq O, sizin bilmədiyiniz şeyləri bildi və ondan öncə yaxın bir fətih verdi”[1]
“Göylərin, yerin və hər ikisi arasındakıların hökmranlığı özünə aid olan Allahın şanı ucadır. Qiyamət saatının məlumatı da ancaq onun yanındadır. Siz sadəcə ona döndürüləcəksiniz.”[2]
“Əgər doğrusunuzsa bu vəd nə zaman olacaq? deyərlər. -De ki: Sizə vəd edilən elə bir gündür ki, ondan nə bir an geri qala bilər, nə də irəli keçə bilərsiniz." [3]
Yuxuda qiyamət gününü görmək, görən kimsəni qəsd etdiyi çirkin şeylərdən qorxutmağa və onu günahdan çəkindirməyə işarətdir. Qiyamət ədalət, insaf və məzlumun zalimdən intiqam almasına işarətdir. Yuxuda yalnız öz üzərinə qiyamət qopduğunu görən kimsə ölür. Qiyamət günündə Arafat meydanında durduğunu görən kimsə, yolçuluğa çıxar.
Bir kimsə yuxuda bir şəhərdə və ya bir kənddə qiyamət qopduğunu və ya günəşin qərbdən doğduğunu ya da qiyamət əlamətlərindən birinin çıxdığını, hətda səvab və əzabın ayırd ediləcəyi bir yerə getdiyini görsə, bu yuxu xeyirli əməldə olan kimsənin etdiyi xeyirli əməllərinə sevinməsi üçün müjdə və bu əməllərin daha da artması üçün təşviqdir.
Qiyaməti görmək hədisi şəriflə izah tapdığına görə- çirkin əlamətlərin və qiyamət əlamətlərindən olan bir şeyin meydana gəldiyinə və ya ortadan qalxdığına bir işarətdir.
Yuxuda qiyamət qopduğunu görən, düşmənin şərrindən qurtulmasına və ya qiyamətin qopduğu görulən şəhər və yaxud yerdə xalq arasında bir fitnənin çıxmasına işarətdir. Pis yuxu şeytandan, yaxşı, xeyirli yuxu isə Allahdandır. İnsan pis yuxu gördüyü zaman sol çiyninə 3 dəfə tüpürməlidir və Allah pis yuxunu insanlara danışmamağı məsləhət görür.
Kim xoşuna gələn yuxu görərsə, istəsə onu danışsın, əgər xoşuna gəlməyən yuxu görərsə, onu kiməsə danışmasın və niyyət edib, namaz qılsın. Ənəs (r.a.) deyir: “Rəsulullah(s.a.s.) buyurdu ki, yuxuda gördüyünüz şeylərin adlarını, o yuxunu yozanda əsas alın.”
Son olaraq onu deyə bilərik ki, hər şeyin doğrusunu, bizim üçün nəyin doğru, nəyin yalnış olduğunu yalnız Allah (c.c.) bilir. Bizim üzərimizə düşən vəzifə hər şeyin xeyirlisini Allahdan istəməkdir. Allah bizə kömək olsun. Amin



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
Forum » İslam » Fiqh » Yuxuda Qiyaməti görmək (Yuxuda Qiyaməti görmək)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru