Terane | Tarix: Şənbə, 26.05.2012, 10:08 | Yazı # 1 |
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
| Məlum olduğu kimi, müəyyən ünsiyyət və təmaslarda (danışma, baxma, toxunma, oynaşma, öpüşmə və cinsi əlaqə) kişilərin cinsiyyət orqanlarından iki növ mayenin gəlməsi mümkündür: 1) Məni (sperma); 2. Məzi. Sperma ifraz olunarkən insan xoş hisslər keçirir və bədənində yüngülləşmə, boşalma hiss edir. Spermanın ifrazı ilə şəhvət hissi kəsilir. Sperma süd rəngində qatı mayedir. Spermanın ifrazı qüslü pozur və bu zaman yenidən qüsl almaq lazım gəlir. Məzi isə sperma ilə müqayisədə duru maye olub rəngsizdir (şəffafdır). Məzi gələrkən xoş hisslər yaranmır, bədəndə boşalma, yüngülləşmə hiss edilmir. Məzinin axması şəhvətə son qoymur. Habelə, məzinin ifrazı zamanı insan onu ifrazını hiss etmir. Məzi ifraz olunarkən qüsl pozulmur. Bu zaman yalnız dəstəmaz almaq lazımdır. Deməli, məzi yalnız dəstəmazı pozur. Bu barədə Hz. Əliyə istinadən Peyğəmbərdən (s) rəvayət edilmiş hədis vardır. Hər şeyin doğrusunu Allah bilir.
انّا للہ و انّا الیہ راجعون Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
|
|
| |