[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Fiqh » Qanın hökmü nədir? (Qan nəcisdirmi? Dəstəmazı pozurmu?)
Qanın hökmü nədir?
UmarTarix: Çərşənbə axşamı, 13.07.2010, 18:49 | Yazı # 1
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Alimlər qanın nəcis olmasına dəlil olaraq Allahu Təalənin bu sözlərini göstərirlər:


“قُل لاَّ أَجِدُ فِيمَا أُوْحِيَ إِلَيَّ مُحَرَّماً عَلَى طَاعِمٍ يَطْعَمُهُ إِلاَّ أَن يَكُونَ مَيْتَةً أَوْ دَماً مَّسْفُوحاً أَوْ لَحْمَ خِنزِيرٍ فَإِنَّهُ رِجْسٌ أَوْ فِسْقاً أُهِلَّ لِغَيْرِ اللّهِ بِهِ فَمَنِ اضْطُرَّ غَيْرَ بَاغٍ وَلاَ عَادٍ فَإِنَّ رَبَّكَ غَفُورٌ رَّحِيمٌ”

Təqdim etdiyimiz əl-Ənam surəsinin 145-ci ayəsinin Ziya Bünyadov və Vasif Məmmədəliyev tərəfindən təqdim olunmuş tərcüməsi belədir:

“De: “Mənə gələn vəhylər içərisində murdar (rics) olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm. Bununla yanaşı, hər kəs məcburiyyət qarşısında qalsa, həddi aşmadan, zəruri ehtiyacını ödəyəcək qədər (bunlardan yesə)”. Çünki sənin Rəbbin, həqiqətən, bağışlayandır, rəhm edəndir!”

Müfəssirlərin imamı Əbu Cafər Muhamməd bin Cərir ət-Tabəri – rahiməhullah – deyir:

“Allahın – cəllə sənəuhu – qullarına qanın haramlığını bəyan edərkən onun axar qan olmasını şərt qoşması açıq-aşkar bir dəlildir ki, qanlar içində axar olmayan nəcis deyil, halaldır.” ət-Tabəri, “Cəmiul-Bəyan an Təvil Ayil-Quran”, 9/633; Daru Həcr, əl-Qahirə, birinci nəşr: 1422/2001

Məqalənin ardını oxumaq üçün keçid edin: Qanın hökmü nədir?


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
Forum » İslam » Fiqh » Qanın hökmü nədir? (Qan nəcisdirmi? Dəstəmazı pozurmu?)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru