[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Tədris » Elmdə Tərtib və Öncəlik, Nədən başlamalı? (BISMILLAH)
Elmdə Tərtib və Öncəlik, Nədən başlamalı?
Muslimah_92Tarix: Cümə axşamı, 14.06.2012, 00:24 | Yazı # 1
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
بسم الله الرحمن الرحيم

Elmlə məşğul olan bir çox müsəlmanın elm əldə etmə üsullarını bilmədikləri üçün məqsəddən uzaq düşdüklərinə daha öncəki yazılarımızda da toxunmuşduq.
Bu günkü yazımda isə xüsusən "Elmdə Tərtib" məsələsinə toxunmaq istəyirəm.
Yəni elmə hardan başlamalı? Nələrə öncəlik verməli?
Uca Allahın iznilə sizə bu mövzuda elm əhlinin görüşlərini təqdim eləməyə çalışacam
 
Muslimah_92Tarix: Cümə axşamı, 14.06.2012, 00:24 | Yazı # 2
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Orta Asiya Hənəfi alimlərindən Burhanul İslam Əz Zərnuci (hicri 6-cı əsr) bu barədə belə deyir:

وينبغى لطالبِ العلمِ أن يختارَ مِن كلِّ علْمٍ أحْسنَه , وما يحتاجُ إليه فى أمرِ دينِه فى الحالِ ، ثم ما يحتاجُ إليه فى المآل .
ويُقدِّم علْمَ التوحيدِ والمعرفةِ ويعرِف اللهَ تعالى بالدليلِ ، فإنَّ إيمانَ المقلِّدِ ـ وإن كان صحيحًا عنْدنا ـ لكن يكون آثمًا بترْكِ الإستدلالِ

"Elm talibinin hər elmdən ən gözəl/xeyirli mövzuları və dinini yaşamaq üçün hal hazırda ehtiyac duyduğu məsələri sonra isə gələcəkdə ehtiyac duyacağı şeyləri öyrənməsi lazımdır.
Elm talibinin öncəliyi Tövhid və (Uca Allahı sifətlərilə) tanımaq elminə verməsi və Uca Allahı dəlillərilə tanıması lazımdır.
Çünki, hər nə qədər təqlidçinin imanı bizə görə səhih olsada, (etiqadi bir) məsələni dəlillərlə öyrənməyi tərk etdiyi üçün günahkar olar!"

Qaynaq: Burhanul İslam Əz Zərnuci: Təlimul Mutəallim Tariqət Təallum: 19
Xartum: Əd Darus Sudaniyyə lil Kutub: 1425/2004
 
Muslimah_92Tarix: Cümə axşamı, 14.06.2012, 00:26 | Yazı # 3
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
"Təlimul Mutəallim" kitabına şərh yazan Osmanlı alimlərindən Osman Pazari, müəllifin "öncəliyi Tövhid elminə verməlidir" sözlərinin şərhində deyir:

أي الكلامَ ولو مِن الرَّسائلِ المترْجَمةِ مِن العربي إلى الترْكي كوصيّةِ البِرْكِوي والرُّومي وما اُستخرِج مِن المعتمادتِ كالذي استخْرجْناه لا بد لكلِّ مؤمنٍ ومؤمنةٍ منه .
ولذ قيلَ : مَن علِم أن المتعلِّمَ لم يعلَمْ عقائدَه ولم يُعلِّمْ أولاً علْمَ العقائدِ يُخشى على المعلِّمِ الكفر , لأنَّ الرِّضا بكفرِ الغيْرِ كفرٌ عندَ البعضِ

"Yəni, öncəliyi kəlam (əqidə) elminə verməlidir. Bu elmi ərəbcədən türkcəyə tərcümə edilmiş Birgivi və Rumi vəsiyyətnaməsi kimi risalələrdən, bizim topladığımız kimi etimad edilən kitablardan çıxarılmış qeydlərdən olsa belə öyrənməlidir. Hər mömin kişi və qadının bunları bilməsi lazımdır.
Bu səbəblə belə deyilmişdir: Tələbənin əqidəni (lazım olan miqdarda) bilmədiyini anlayıb, ona əvvəlcə əqidəni öyrətməyən müəllimin küfrə düşməsindən qorxular. Çünki, başqasının küfrünə razı olmaq bəzi alimlərə görə küfrdür."

Qaynaq: Osman Pazari: Təfhimul Mutəfəhhim: 37
İstanbul: 1321

 
Muslimah_92Tarix: Cümə axşamı, 14.06.2012, 00:27 | Yazı # 4
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Müfəssirlərdən Əbu Abdillah Əl Qurtubi (600-671 h/1204-1274 m) Uca Allahın ortaqdan münəzzəh olması haqda danışarkən deyir:

وهذه المسألةُ أفضَلُ للطالبِ مِن حِفْظِ ديوانٍ كاملٍ في الفقهِ ، لأنَّ جميعَ العِباداتِ البَدَنيّةِ لا تصِحّ إلا بتصحيحِ هذهِ المسألةِ في القلْبِ ، فافهَمْ ذلك

"Tələbə üçün bu məsələ, fiqhə aid bütöv bir divanı əzbərləməkdən daha əfzəldir/önəmlidir.
Çünki, bütün bədəni ibadətlərin keçərli olması ancaq, bu məsələnin qəlbdə doğrulanmasıyla mümkündür. Bunu anla!"

Qaynaq: Əbu Abdillah Əl Qurtubi: Əl Camiu li Əhkəmil Quran: 16/421
Beyrut: Ər Risələ: 1427/2007

Təliq: Mükəlləfin bütün əməlləri etiqadı üzərinə bina edilib. Etiqadı doğru olmazsa Uca Allah ondan heç bir əməli qəbul etməz! Onun üçün ilk növbədə hər mükəlləfin, eləcədə elm talibinin etiqadi məsələlərə, xüsusəndə Uca Allahın sifətlərilə tanınmasına və tövhidinə yönəlməsi lazımdır.
Təbii ki, hər kəs bu məsələlərə eyni dərinlikdə daxil olmaz. Sıradan bir müsəlmanın daxil olacağı dərinliklə, elm tələbəsinin daxil olacağı dərinlik fərqlidir.
Bunun önəmini vurğulamaqla yanaşı təəsüflə bildirməliyəm ki, zamanımızda tövhid elminin həqiqətinə nail olmaq xeyli çətinləşib. Çünki, İslam aləmi tövhid adı altında yazılmış əqlə və nəqlə zidd olan əqidə kitablarıyla doldurulub. Bu səbəblə bu elmin taliblərinə tövsiyəm bu mövzuda mümkün qədər qədim kitabları oxumalarıdır.
 
Forum » İslam » Tədris » Elmdə Tərtib və Öncəlik, Nədən başlamalı? (BISMILLAH)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2019 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru