[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Tədris » Azərbaycan alimləri,Azərbaycanlı "elm əhli" (BISMILLAH)
Azərbaycan alimləri,Azərbaycanlı "elm əhli"
Muslimah_92Tarix: Cümə axşamı, 07.06.2012, 12:50 | Yazı # 1
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
İlk öncə böyük müfəssir və üsulçu QAZİ BEYZAVİ.İbni Kəsir onun haqqında deyir:

البيضاوي صاحب التصانيف هو القاضي الامام العلامة ناصر الدين عبد الله بن عمر الشيرازي، قاضيها وعالمها وعالم أذربيجان وتلك النواحي، مات بتبريز سنة خمس وثمانين وستمائة.
ومن مصنفاته: " المنهاج في أصول الفقه "، وهو مشهور، وقد شرحه غير واحد، وله: " شرح التنبيه " في أربع مجلدات، وله: " الغاية القصوى في دراية الفتوى "، و " شرح المنتخب " و " الكافية في المنطق "، وله: " الطوالع " و " شرح المحصول " أيضا، وله غير ذلك من التصانيف المفيدة، وقد أوصى إلى القطب الشيرازي أن يدفن بجانبه بتبريز والله سبحانه أعلم.

“Əl Beydavi. Təsniflər sahibi, qazi, imam, alləmə Nasruddin Abdullah bin Ömər Əş Şirazi. Şirazın qazisi və alimi. Azərbaycan və o bölgənin alimi. 685- ci ildə Təbrizdə vəfat etdi.
Təsnif etdiyi əsərlərdən: “Əl Minhəc fi Usulil Fiqh”, bu əsəri məşhurdur və bir çoxları onu şərh etmişlər.
Dörd cildlik “Şərhut Tənbih”
“Əl Ğayətul Qusva fi Dirayətil Fətva”
“Şərhul Muntəxab”
“Əl Kifayə fil Məntiq”
“Ət Tavəli”
“Şərhul Məhsul”
Bundan başqa da faydalı təsnifləri vardır. Qutb Şiraziyə, Təbrizdə yanında dəfn edilməsini vəsiyyət etmişdi. Münəzzəh olan Allah bilir.”

İbni Kəsir: Əl Bidayə vən Nihayə: 13/363

 
Muslimah_92Tarix: Cümə axşamı, 07.06.2012, 12:52 | Yazı # 2
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Bir alim daha. Əz Zeynəbi

Zirikli deyir:

الزينبي (570 - 646 ه = 1174 - 1248 م) بشير بن حامد بن سليمان، أبو النعمان، نجم الدين الزينبي الهاشمي الطالبي
التبريزي، البغدادي: مفسر، من الشافعية.
ولد بأردبيل- من مدن أذربيجان

“Əz Zeynəbi. (570-646 h/ 1174-1248 m)
Bəşir bin Hammad bin Suleyman, Əbu Numan, Nəcmuddin Əz Zeynəbi, Əl Haşimi Ət Talibi.
Ət Təbrizi, Əl Bağdadi. Şafiilərdən bir müfəsirdir.
Ərdəbildə anadan olmuşdur. (Cənubi Azərbaycanda şəhər)…”

Zirikli: Əl Alam: 2/56
 
Muslimah_92Tarix: Cümə axşamı, 07.06.2012, 12:55 | Yazı # 3
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Əl Bərdici.
Əhməd bin Hərun bin Ravəha, Əbu Bəkr Əl Bərdici. Sağlam – güvənilən hədis ravilərindəndir. Əsli Azərbaycan ucqarlarındakı “Bərdic” səmtindəndir. Bağdada yaşamış və orada vəfat etmişdir. Səhabə, Tabiinlər və hədis əhli haqda təsnif etdiyi “Əl Əsma Əl Mufradət” isimli kitabı məşhurdur.
Yuxarıda dediklərim Ziriklinin “Əl Aləm” (1/85) kitabındandır.

Bəyhaqi, Tabərani kimi muhəddislər ondan hədis rəvayət etmişlər.

Bəzi qaynaqlarda Bərdicin Bərdə bölgəsinin qərbində olduğu söylənilir. Bəzi qaynaqlarda isə Bərzai olaraq qeyd edilmişdir. Daraqutni: “güvənilirdir” , Hakim “Şeyxlərimiz ondan dinlədi” dedilər…Zəhəbi onun haqqında “İmam Hafiz Hüccət” dedi (Siyəru Aləmin Nubələ 14/122)
 
Muslimah_92Tarix: Cümə axşamı, 07.06.2012, 12:56 | Yazı # 4
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
الاردبيلي - Yusuf Ərdəbili.
Yusuf bin İbrahim Əl Ərdəbili Əş Şafi, Cəmaluddin.
Doğum tarixini təsbit edə bilmədik, vəfatı hicrətin 799/ miladın 1397-ci ilidir... (Bəzi qaynaqlara görə 779 hicri)
Zirikli “Əl Alam” kitabında deyir ki: Azərbaycanın bölgələrindən olan Ərdəbil şəhərindəndir. Şafi fəqihlərindəndir. Fiqhdə “Əl Ənvar li Aməlil Əbrar” adlı kitabı var.
Zəhəbi “Muacəm Əl Muəllifin” kitabında deyir: Ərdəbil əhlindən bir mühəddis idi. Bəğavinin “Məsabih” əsərini şərh etmişdir.
Əl Bəbəni “Hidayətul Arifin” adlı kitabında onun haqqında deyir: Azərbaycan fəqihlərinin şeyxidir.

Qeyd: Müəllifin “Əl Ənvar li Aməlil Əbrar” adlı kitabının əl yazması Bağdad şəhərində lənətlənmiş Amerikan ordusu tərəfindən yandırılan minlərcə əlyazmalar arasında idi...Allaha həmd olsun ki, kitab yanmadan öncə nəşr edilmişdi.

Allahın lənəti onların və tərəfdarlarının üzərinə olsun!
 
Muslimah_92Tarix: Cümə axşamı, 07.06.2012, 12:58 | Yazı # 5
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
التبريزي - Təbrizi
Əli bin Abdullah ibnul Həsən ibni Əbi Bəkr Əl Ərdəbili Ət Təbrizi, Əbul Həsən Tacuddin.
Şafii fəqihlərindəndir. Cənubi Azərbaycanın Ərdəbil şəhərində doğulub, Təbrizdə məskunlaşıb. Bağdad və Məkkəyə səfərləri olub. Misirin Qahirə şəhərində vəfat edib. Allah rəhmət etsin.
Hədis, Təfsir, Üsul, Hesab sahəsində kitabları vardır…
“Məbsutul Əhkəm” , “Əl Kəfi fi Ulumil Hədis” , “Əl Qustas əl Mustəqim fil hədisis Sahih əl Qavim”, həmçinin Qazvininin “Əş Şərhul Havis Sağir” əsərinə haşiyəsi bu əsərlərdəndir…
 
Muslimah_92Tarix: Cümə axşamı, 07.06.2012, 12:59 | Yazı # 6
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
أبو الفتح السلماسي - Əbul Fəth Əs Səlməsi (v 629 h/1231 m)
Məsud bin İsmail bin Əbi Əli bin Məsud bin Əli bin Musa, Əbul Fəth Əs Səlməsi.
Fəqih, ədib, şair. Cənubi Azərbaycanın Salmas şəhərindəndir.
“Şərhul Məqamət” , “Şərhul Cuməl” onun əsərlərindəndir...
 
Forum » İslam » Tədris » Azərbaycan alimləri,Azərbaycanlı "elm əhli" (BISMILLAH)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru