[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Tədris » Elm Təhsilində Mənhəc, Elm necə öyrənilər? (BISMILLAH)
Elm Təhsilində Mənhəc, Elm necə öyrənilər?
Muslimah_92Tarix: Çərşənbə, 06.06.2012, 19:05 | Yazı # 1
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil


بسم الله الرحمن الرحيم

طَلَبُ الْعِلْمِ فَرِيضَةٌ عَلَى كُلِّ مُسْلِمٍ

"Elm tələbi/təhsili hər Müsəlmana fərzdir"

Müqəddimə

Elm və əhlinin fəziləti zikr edilməyə ehtiyac buraxmayacaq qədər məşhurdur. Günümüzdə də müəyyən qədər də olsa Müsəlmanlardan elmə yönələnlər – Allaha həmd olsun – vardır.
Bu Müsəlmanların bir çoxu elm əldə etmək məqsədində olsada elm təhsilinin əsas prinsip və qaydalarından xəbərsizdirlər. Nəticə olaraq məqsədlərinə tam çata bilmir və ya asanlıqla əldə ediləcək şeyləri çətin yollardan əldə edirlər. Bəzən isə hədəfləri çox ümumi olub dəqiqlikdən uzaq olur. Yəni məşhur "qayə/hədəf" problemi yaşanır.
Təbiidir ki, hədəfi dəqiq olmayanın hədəfə gedəcəyi yolu da doğru ola bilməz. Hədəfə yolla varılar. Yol isə hədəfə görə təsbit edilər.
Elm təhsilindəki problemləri nəzərə alaraq bu mövzuda kiçik bir yazı yazıb, onlara gücüm nisbətində yol göstərməyi üzərimə borc bildim.
Bu mövzuda yazılmış bir çox risaləni incələyərək onları təlxis ettim, önəmli gördüyüm təməllərini aldım və onları mümkün qədər sistemləşdirdim. Elm talibinə yol göstərən qaynaq əsərlərin bu sistemli risalədən sonra oxunması, sözügedən qaynaqların daha yaxşı anlaşılmasına kömək edəcəkdir.
Bu yazı həm minimum bilgiləri əldə etmək istəyən müsəlmanlara, həm də elm taliblərinə yol göstərmək və onlara faydalı olmaq məqsədilə yazılmışdır.
Uca Allahdan bu yazını ixlas sahibi həqiqi elm tələbələrinə faydalı qilinmasini diləyirik.
 
Muslimah_92Tarix: Çərşənbə, 06.06.2012, 19:08 | Yazı # 2
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Elmlərin qismləri

Elmlər müxtəlif şeylər etibara alınaraq fərqli qismlərə ayrılmışlar. Lakin biz bunlardan bir neçəsinə toxunacağıq:

1. Elmləri şəriliyi yönündən bölgü. Elmlər bu yöndən ikiyə ayrılır:

A ) Şəri elmlər. Quran, Hədis, Fiqh və bənzəri elmlər bu qismə daxildir.
B ) Şəri olmayan elmlər. Tib, Həndəsə, Hərb və bənzəri elmlər bu qismə daxildir.

2. Elmləri öyrənmənin hökmü yönündən bölgü. Elmlər bu yöndən beşə ayrılır:

A ) Fərz olan elmlər. Yəni öyrənməyənin öyrənməməsi səbəbilə günahkar olduğu elmlər. Bu da özlüyündə "Farzul Ayn" və "Farzul Kifayə" olaraq ikiyə ayrılır. Mükəlləf Müsəlmanın Əqidədən və ya Fiqhdən üzərinə fərz olanı və ya düşməsi ehtimal daxilində olan haramları bilməsi ayni olan fərzə misaldır.
Şək yoxdur ki, fərzlərdən ən önəmlisi kəlimeyi şəhadətinin mənasını öyrənərək tələffüz etməkdir. Bundan sonra isə sırasıyla digər iman əsasları haqda məlumat əldə edilər.
Fiqhi məsələrə gəlincə, məsələn qadının heyz əhkamını bilməsi üzərinə fərzul ayndır. Çünki, namaz, oruc, Quran oxuma və digər ibadətləri buna bağlıdır. Evə gələn qonaqlara xidmət edən bir qadın da, kimin önünə hicabsız çıxmasının qadağan olduğunu öyrənməlidir.
Hər mükəlləfin namazın necəliyini, onu pozan şeyləri, dəstəmaz, nəcasətdən təmizlik kimi şərtlərini bilməsi onun üzərinə fərzul ayndır.
Ticarətlə məşğul olana ticarətdə qadağan olan şeyləri bilməsi fərzul ayndır. Hətta bəzi alimlər əslən vacib olmayan ticarət, nigah kimi şeylər haqqında demişlər: "Bir kimsənin əhkamını öyrənmədən bu işlərlə daxil olması haramdır".
İnsanın, düşməsi mümkün olmayan haramları bilməsinə isə ehtiyac yoxdur. Lal kimsəyə söylənməsi haram olanları, kor kimsəyə baxılması haram olanları bilməsi gərəkli deyildir.
Qısaca olaraq "elm məluma tabedir". Bir şey fərzul ayndırsa haqqında yetərli bilgiyə sahib olmaq da fərzul ayndır. Məndubdursa haqqında bilgiyə sahib olmaq da məndubdur...
Bu məlumatları alma vaxtına gəlincə alimlər məsələn zöhr namazından öncə buluğa çatmış olanın zöhrün girməsilə bu əhkamları öyrənməsinin gərəkli olduğunu söyləmişlər. Lakin bu, namaz vaxtının bu elmi almaq üçün yetərli olduğu zamandır. Əgər namaz vaxtı bu elmin təhsili üçün yetərli olmayacaqsa namazdan öncə yetərli zaman ayrılaraq bu işin əhkamı öyrənilər.
Qurani Kərimin hifz edilməsi, Ərəb dili, Fiqhin tamamı və s. elmlər isə kifayi fərzə misaldır. Dünyəvi elmlərdən də bu qismə daxil olan elmlər mövcuddur. Müsəlmanların canlarını, mallarını, namuslarını qorumaları üçün gərəkli olan elmlər fərzul kifayə qismindəndir. Məsələn canları və sağlamlığı qorumaq üçün tibb elmi, kafirlərlə savaşmaq üçün hərb elmi və ya cağın tələbinə uyğun silahlar hazırlamaq üçün kimya, fizika və bənzəri elmlər. Müsəlmanların bu elmlərə necədə ehtiyacı vardır!

B ) Məndub. Yəni təşviq edilən elmlər. Bəzi şəri elmlərin dərinliklərinə dalmaq, incə məsələlərilə məşğul olmaq bu qisimdəndir. Həmçinin insanın məşğul olduğu işlərdən məndubları bilməsi də məndubdur.

C ) Mübah. Yəni sərbəst olan elmlər. Tarix, Ədəbiyyat bu qismdəndir.

D ) Məkruh. Yəni xoşagəlməz elmlər. Qadına olan eşqdən və bənzəri şeylərdən bəhs edilən şerlər bu qismdəndir.

E ) Haram olan elmlər. Yəni öyrənənin günahkar olacağı elmlər.Rəml, Fəlsəfə, Sehr və Musiqi bu qismdəndir.

Şəri elmlər əslən ya Fərzul Ayn, ya Fərzul Kifayədir. Lakin bəzilərində dərinləşmək məndub da ola bilər. Yəni Şəri elmlərdən məkruh və ya haram olanı mövcud olmayıb, bunlar dünyəvi elmlərdəndir.

3. Elmlərin mərtəbələri yönündən bölgü. Bu yöndən elmin üç mərtəbəsi vardır:

A ) Əl İqtisar (الاقتصار) – İbtidai mərhələ.
B ) Əl İqtisad (الاقتصاد) – Orta mərhələ.
C ) Əl İstiqsa (الاستقصاء) – Ali mərhələ. (Bu mərhələyə tabahhur – dərinləşmə də deyilir)
Bu qisimləndirmənin həqiqətən də böyük faydaları vardır.
Hər elmin də üç mərtəbəsilə bilinməsi fərzul ayn deyildir. İqtisar mərtəbəsi fərzul ayn, iqtisad mərhələsi kifayə, istiqsa mərhələsi məndub olan elmlər olduğu kimi, istiqsarı bəzi kimsələrə vacib olub, istiqsası haram olan elmlər vardır.
Mərtəbələrin sərhədləri nələrdir? Məsələn Əqidə mövzusunda Ğazalinin təsbiti bu şəkildədir: Əhli Sünnə əqidəsini dəlilsiz bilmək iqtisar, dəlilləriylə və bidət əhliylə mübahisə edəcək şəkildə bilmək isə iqtisad mərtəbəsidir.
Hədisdə isə bölgüsü bu şəkildədir: İqtisar mərtəbəsi Buxari və Muslimin hədislərini lazım olduğu zaman axtarıb tapa biləcək şəkildə bilməkdir. Bunları əzbər bilmək şərt deyildir. Səhih müsnədlərdəki hədisləri də buna əlavə edərsə bu artıq iqtisad mərhələsi sayılar.
Əbu Bəkr Əl Maraşiyə görə isə, Nəhv elmində iqtisad mərtəbəsi İbn Hişamın "Muğnil Ləbib", İbnul Hacibin "Əl Kafiyə" adlı əsərlərilə tamamlanmış sayılar.
Hətta bir çox alim bu mərtəbələrə uyğun kitablar təsnif etmişdir. Misal olaraq Vahidinin "Əl Vəciz", "Əl Vasit" və "Əl Basit" adlı 3 ədəd təfsirini, Ğazalinin yenə eyni adları daşıyan 3 ədəd fiqh kitabını göstərmək mümkündür.
Elm tələbəsinin hər zaman hədəfini bilməsi və elmlərin bu hədəfə uyğun mərhələlərini alması, ehtiyac olmayan dərəcədə dərinləşib digər mühim şeyləri tərk etməməsi lazımdır.
Misal olaraq haqlarında məlumata sahib olduğum bəzi mədrəsələri göstərə bilərəm. Bu mədrəsələrdə təxminən yeddi il ərəb dili tədris edilir ki, nəticədə çalışqan tələbə bir nəhvçi qədər elmə sahib olur. Bu heç də məqsədə uyğun bir şey deyildir. Çünki, yeddi il sonunda məzun olmuş tələbənin məqsədi Quran təfsiri yazmaq və ya müctəhid olmaq deyildir. Ona ərəbcədən lazım olan, hədəfinə çatmaq üçün lazim olan miqdardir.


Yazını Muslimah_92 - Çərşənbə, 06.06.2012, 19:09
 
Muslimah_92Tarix: Çərşənbə, 06.06.2012, 19:15 | Yazı # 3
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Elmdəki Qisimləndirmənin Faydaları

Bu qismləndirmələrin faydaları nədən ibarətdir? Bu təqsimatda bir çox faydalar vardır ki, ən mühimləri aşağıdakılardır:
1. Mükəlləflər, üzərlərinə vacib olan elmlə olmayanı ayırd etmiş olarlar. Beləliklə hansı elmi öyrənməyənin günahkar olduğu ortaya çıxmış olar.
2. Fərzul ayn elmlər təsbit edildikdə məsələn övladın valideynindən icazə almadan səfərə çıxıb təhsil edəcəyi elmlər də anlaşılmış olur.
3. Elmlərdən fərzul ayn, fərzul kifayə və məndub olanların bilinməsi nəticəsində müvafiq bir şəkildə sıraya qoyularaq öyrənilər. Haram olan elmlər bilinər və onlardan uzaq qalınar.
4. Elmlərin mərtəbələri bilindiyi təqdirdə hansı mərhələnin hansı hökmdə olduğu bilinər və insanlar üzərlərinə düşməyən hətta bəzən haram olan mərtəbələrdən uzaq durmuş olarlar
 
Muslimah_92Tarix: Cümə axşamı, 07.06.2012, 12:34 | Yazı # 4
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Ən Önəmlinin Önə Alınması

Elmlər çox insan həyatı isə qısadır. Elə isə hər insan öncə özü üçün ən əhəmiyyətli elmləri öyrənməli, daha sonra sırasıyla önəm dərəcəsinə görə digər elmləri təhsil etməlidir.
Bu, məşhur bir qayda olub, "Ən əhəmiyyətlinin daha əhəmiyyətlidən önə alınması" ( تقديمُ الأهَمِّ على المُهِمِّ ) şəklindədir.
Yuxarıda zikr etdiyimiz kimi mükəlləfə fərzul ayn olan, olduğu halın hökmlərdən etməsi və etməməsi lazım olan şeyləri bilməsidir ki buna "İlmul Hal – Hal Elmi" deyilir.
Lakin, təəssüflər olsun ki qardaşlarımız arasında bu qaydanı sıx sıx pozanlar çoxdur. Məsələn namazda qorunması gərəkli olan nəcasətləri bilmədiyi halda tarixdən İbn Kəsirin "Əl Bidayətu vən Nihayə" kitabını oxuyan, yuxunun dəstəmazını pozub pozmadığını bilmədiyi halda Nuhun – aleyhissalam – gəmisinin hansı ağacdan hazırlandığını öyrənmək üçün təfsirləri alt üst edən, səhv səcdəsinin hansı halda gərəkli olduğunu bilmədiyi halda Quranın məxluq olub olmadığı üzərində mülahizə edən kimsələr vardır.
Uca Allah bizi və sizi haqqa müvəffəq etsin.
 
Muslimah_92Tarix: Cümə axşamı, 07.06.2012, 12:39 | Yazı # 5
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Sadədən Mürəkkəbə Doğru

Hər şeydə olduğu kimi elmdə də tərtib sadədən mürəkkəbə doğru olmalıdır. Bir elmi təhsil etmək istəyən kimsə öncə o elmin əsaslarını və prinsiplərini öyrənər. Daha sonra isə tədricən digər məsələləri keçər.
Müəyyən bir elmi təhsil etmədən öncə elm tələbəsinə lazım olanlar:
Bu elm mənə nə dərəcədə vacibdir? Əgər vacibdirsə hansı miqdar və mərtəbəsi vacibdir? Bu elmin təhsilindəki niyətim xalisdirmi? Bu elmdə tərtib nədir, hansı kitablar öncə oxunacaq, hansıları isə daha sonraya saxlanılacaq?
...
 
Muslimah_92Tarix: Cümə axşamı, 07.06.2012, 12:41 | Yazı # 6
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Kitab yoxsa Müəllim?

Şübhəsiz ki, elmlərin bir müəllimdən alınması təhsildəki ən uyğun yoldur.
Zamanımızda müxtəlif siyasi və iqtisadi faktorlar səbəbilə elm əhliylə oturub, elmləri onlardan almaq hər kəsin nail ola biləcəyi bir arzu deyildir.
Lakin, nemətləri sayılmayacaq qədər çox olan Allah, zamanımızda da elm talibləri üçün yeni qapılar açmışdır. İstər həqiqi, istər virtual kitabların əldə edilməsi asanlaşmış, qaynaq kitablar bir çox başqa dillərə çevrilmişdir.
İnternet aləmində elm talibinə yol göstərə biləcək əhliyyət sahibi insanlar, web saytlar mövcuddur.
Bir çox elmi dərslər səsli fayllar şəklində əldə edilə bilir, insanlar evlərində oturduqları halda səsli İslami dərslərə qatıla bilirlər.
Elm tələbəsinin bu nemətləri dəyərləndirməsi lazımdır. Kitabların çoxluğu, bizə onların bəzisindəki nöqsanları və boşluqları digərlərilə tamamlamaq fürsəti verir.
Azərbaycanlılara xas olan nemətlərdən biri də Türk dilində tərcümələrin bolluğudur. Uca Allahın lütfü və kərəmiylə bu tərcümələr sürətlə artmaqdadır. Bu ərəb dilini bilməyən lakin elm təhsil etmək istəyənlər üçün çox böyük bir nemətdir.
Mən hətta mükəlləfə fərzul ayn olan elmlərin bilinməsi üçün türkçə tərcümələrin belə yetərli olduğu qənaətindəyəm.

[/i]
 
Muslimah_92Tarix: Cümə axşamı, 07.06.2012, 12:42 | Yazı # 7
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Qaynaqlarım

Burhanul İslam Əz Zərnuci "Talimul Mutaallim Tariqat Taallum"
Muhamməd bin Əbi Bəkr Əl Məraşi "Tərtibul Ulum"
Əbu Talib Əl Məkki "Qutul Qulub" (Müvafiq bölüm)
Əbu Hamid Əl Ğazali "İhyau Ulumid Din" (Muqəddimə qismi və bəzi bablar)
Muhyiddin Ən Nəvəvi "Əl Məcmu" (Muqəddimə qismi)
İbn Xaldun "Əl Muqaddimə" (Müvafiq bölümlər)
İbn Abidin "Rəddul Muxtar" (Muqəddimə qismi)
Əl Məvsuatul Fiqhiyyətul Kuveytiyyə (Müvafiq bölümlər)
Əhməd bin Əli Əl Qarni "Əl İbdaul İlmi" (Müvafiq bölüm)
Nasir Əl Umər "Əl İlmu Zarurətun Şəriyyətun" (Müvafiq bölümlər)

 
Forum » İslam » Tədris » Elm Təhsilində Mənhəc, Elm necə öyrənilər? (BISMILLAH)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru