[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Zəlalət əhlinə cavab » Murciyalar
Murciyalar
xattabTarix: Şənbə, 03.01.2009, 04:10 | Yazı # 1
QARDAŞ
Qrup: Etibarlı
Yazı: 1
Reputasiya: 0
Status: Saytda deyil
yazin allah rizasi ucun

as salamu aleykum
 
semaTarix: Bazar, 04.01.2009, 02:55 | Yazı # 2
Qrup: Etibarlı
Yazı: 17
Reputasiya: 0
Status: Saytda deyil
Assalamu aleykum.Murciyalar ne demekdi?Birinci defedir ki esidirem.

 
UmarTarix: Çərşənbə axşamı, 06.01.2009, 02:04 | Yazı # 3
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Uca Və Qadir Allaha həmd və sənalar olsun!

Aleykumus-Sələm va rahmətullah.

Murciə (murciələr) – İslamda ən ilk təriqətlərdən birinin adıdır, xəvariclər (xaricilər) təriqətinin ifratçı əleyhdarlarıydılar. Sonuncular hesab edirdilər ki, müsəlman böyük günah işlətdikdə kafir olur. Murciəçilər isə, əksinə, belə rəydə idilər ki, müsəlman günah işlətdikdə imanını itirmir. Bu təlim onları siyasətdə uzağa gedən kvietizmə – seyirçiliyə (fəal yaradıcılıqdan imtinaya, xeyir və şərə etinasızlıq göstərməyə, iztirablarla barışmaya) qapılmağa apardı; onların təliminə görə, böyük günaha yol vermiş imam İslamdan çıxmır və ona etimad göstərmək lazımdır. Murciələrə görə böyük günah etmiş imama qarşı qiyama qalxmaq icazəlidir. Ibn Şahin “əl-Lətif” kitabında Süfyan əs-Sövrinin aşağıdakı sözləri dediyini nəql etmişdir: “Mən necə murciə sayıla bilərəm?! Axı mən qılıncla qiyamı düzgün hesab etmirəm.” Həmçinin İmam Lələkəi “Şərh usul əl-etiqad Əhli Sünnə vəl-camaati” (5/999) kitabında Süfyan əs-Sövrinin belə dediyini rəvayət etmişdir: “Murciələr müsəlmanlara qarşı qılınc qaldırmağı düzgün hesab edirlər”. İmam əs-Sabuninin “Əqidətus-sələfi ashəbul-hədis” kitabında Əhməd ibn Səid ər-Ribati demişdir: “Abdullah ibn Tahir mənə dedi: Ey Əhməd, siz bu adamlara yəni, murciələrə onları tanımadan nifrət bəsləyirsiniz. Mən isə onları yaxşı tanıdığıma görə nifrət edirəm. Əvvəla onlar rəhbərə itaət göstərilməsini düzgün hesab etmirlər...”.



"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
UmarTarix: Çərşənbə axşamı, 06.01.2009, 02:05 | Yazı # 4
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Şeyx Saleh əl-Favzandan soruşurlar:

"Bəzi sözlər var ki, şeyxdən onların əhli-sünnət vəl-camaatın əqidəsinə uyğun olub olmadığını və ya bu sözdə hər hansı bir xələlin olub olmadığını izah etməsini rica edirəm.
1. Bəzi insanlar deyirlər: "Əhli-Sünnət vəl-Camaatın əqidəsi budur ki, əməl imanın kamilliyi üçün şərtdir və imanın səhihliyi üçün şərt deyildir." Bununla birlikdə məlumdur ki, əhli-sünnətə görə iman söz və əməldir və əməlsiz iman yoxdur, necəki sələfdən bəzi imamlar bunu açıq-aydın şəkildə bildiriblər.
2. Bəzi insanlar yenə deyirlər: "İnsanı millətdən çıxaran küfr yalnız etiqadi küfrdür, lakin əmələ gəldikdə isə yalnız etiqada dəlalət etdiyi halda millətdən çıxarar, məsələn bütlərə səcdə etmək kimi. Belə əməl ona görə küfr sayılır ki, bu batindəki əqidəyə dəlalət edir, sadəcə səcdəyə görə deyil. Bunun bənzəri Allahı söymək və dinə istehza etmək və buna oxşar əməllərdir. Əməli nə olsa da heç kəs əməlinə görə təkfir olunmaz."

"Birinci görüş: Bu, əhli-sünnətdən olan mürciənin görüşüdür və bu, xətadır. Doğru olan budur ki, əməllər imanın həqiqətinə daxildir və bu, etiqad, söz və əməldir; itaətlə artat və masiyətlə azalar. Bu, əhli-sünnətin cumhurunun görüşüdür, çünki Allah əməlləri iman adlandırmışdır, necəki Allahu Təalə bu ayəsində deyir: "Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar..." Peyğəmbər - salləllahu aleyhi va səlləm - demişdir: "İman yetmiş və bir qism şöbədən ibarətdir."
2. Çox zaman belədir və lakin burada elə əməllər var ki, millətdən çıxarır. Məsələn. tənbəlliklə namazı tərk etmək, məsələn sehr kimi onu öyrənmək və öyrətmək və küfr olan sözü öz ixtiyarı ilə söyləməsi. Hər bir əməlin mütləq bir qəsd ilə müşaiyət olunması lazımdır və unudanın, yatanın, az yaşlının, dəlinin və mukrihin əməli sayılmaz, çünki qəsdən olmamışdır. Onlara isə nəsihət edirəm ki, danışmamışdan əvvəl elm öyrənsinlər, çünki belə bir məsələdə söz söyləmək təhlükəlidir və elmə ehtiyac vardır."


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
UmarTarix: Çərşənbə axşamı, 06.01.2009, 02:06 | Yazı # 5
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Şeyx Zeyd bin Hadi əl-Mədxali mürciələrdən danışarkən deyir:

"Onlar (yəni mürciələr) əhli-sünnətə görə imanın sihhətinin şərti sayılan cinsul-əməl ilə, tərk edildiyi halda sahibinin imanının kamil olmadığı anlamına gələn əhəd əl-əməl və ya əməlin fərdlərindən bir fərd arasında fərq qoymurlar."

"əl-Əcvibə əs-Sədidə aləl-Əsilə ər-Raşidə", 6/318
Dar əl-Minhəc, Misir, hicri 1424


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
UmarTarix: Çərşənbə axşamı, 06.01.2009, 02:07 | Yazı # 6
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Murciənin növləri hansılardır?

Sual: Həmçinin xahiş edirik, iman məsələsində onların sözlərini qeyd edəsiniz.

Cavab: Murciənin dörd növü var:

BİRİNCİSİ: O kəslər ki, imanın sadəcə elm-hətta təsdiq olmasa belə-(mərifə, bilmək) olduğunu söyləyirlər.

Bu cəhmiyyənin sözüdür.

Bu ifadə ən zərərli və çirkin ifadədir. Əslində bu söz Allah Azzə və Cəlləyə qarşı küfrdür. Çünki hələ qədim zamanlardan müşriklər və Firoun, Haman, Qarun və hətta İblis Allahın mövcudluğunu, varlığını qəlblərində təsdiq edirdilər. Bununla belə, onlar bunu dilləri ilə söyləmədikləri, qəlbləri ilə buna şahidlik etmədikləri, əzaları ilə də buna əməl etmədiklərinə görə, bu elmin (bilmək, tanımaq) onlara faydası olmadı.

İKİNCİSİ: İmanın sadəcə qəlb ilə təsdiqləmək olduğunu söyləyənlər.

Bu söz Əşarilərə məxsusdur.

Bu söz də yanlışdır. Çünki kafirlər qəlblərində şahidlik edirlər, onlar Quranın və Allah rəsulunun sallallahu aleyhi və səlləm haqq olduğunu bilirlər. Yəhudilər və Xristianlar bunu bilir.

Allah təala buyurur: “Kitab (Tövrat və İncil) verdiyimiz şəxslər onu (Muhəmmədi) öz oğullarını tanıdıqları kimi tanıyırlar. (Buna baxmayaraq) onların bir qismi, şübhəsiz ki, həqiqəti bilə-bilə gizlədir”. (Əl-Bəqərə 2:146)

Onlar qəlblərində buna şahidlik edirlər.

Allah təala müşriklər barəsində buyurur: “Bilirik ki, onların (Quran barəsində) dedikləri söz səni çox kədərləndirir. Həqiqətdə isə onlar səni yalançı hesab etmirlər (ürəklərində sənin həqiqi peyğəmbər olduğunu yaxşı bilirlər). Ancaq o zalımlar (müşriklər) Allahın ayələrini inadla inkar edirlər”. (Əl-Ənam 6: 33)

Bu insanlar nə dilləri ilə bunu ifadə etmiş, nə də əzaları ilə buna əməl etmişdirər, bununla belə qəlbləri ilə buna şahidlik etmişdirlər. Lakin onlar iman əhli (mömin) olmadılar.

ÜÇÜNCÜSÜ: Əşarilərin tam əksini söyləyənlər və onlar Kərəimə təriqətidir. Onlar, insan hətta qəlbində inanmasa belə, imanın sadəcə dilin ifadəsi (sözü) olduğunu bildirirlər.

Şübhəsiz ki, bu ifadə yanlışdır, batildir. Belə ki, cəhənnəm odunun ən aşağı qatında olan münafiqlər dilləri ilə “Biz Allahdan başqa ibadətə haqqı olan məbud olmadığına və Muhəmmədin Onun rəsulu olduğuna şahidlik edirik” söyləyirlər və əzaları ilə buna əməl edirlər, lakin onlar buna həqiqi olaraq inanmırlar, buna qəlblərində şahidlik etmirlər.

Necə ki, Allah təala buyurur: “1 - (Ya Peyğəmbər!) Münafiqlər (riyakarlar) sənin yanına gəldikləri zaman: “Biz sənin, doğrudan da, Allahın Peyğəmbəri olduğuna şəhadət veririk! – deyirlər. Allah sənin Onun həqiqi Peyğəmbər olduğunu bilir. Allah həm də münafiqlərin xalis yalançı olduqlarına şəhadət verir.
2 - Onlar (yalan) andlarını özlərində sipər edib (xalqı) Allah yolundan döndərirlər. Həqiqətən, onların törətdikləri əməllər necə də pisdir!” (Əl-Münafiqun 63: 1-2)

Allah sübhənahu və təala buyurur: “Onlar ürəklərində olmayanı dilləri ilə deyirlər”. (Əl-Fəth 48:11)

DÖRDÜNCÜSÜ: Murciə əl-fuqahaların sözləri və onlar irca mövzusunda bu dəstələrin ən yüngülüdür-onlar imanın qəlbdə etiqad və dilin sözü olduğunu, lakin əməlin bura daxil olmadığını söyləyirlr.

Bu murciə əl-fuqahanın sözüdür və bu söz də həmçinin yanlışdır. Çünki əməlsiz iman yoxdur.

Fauzan
Məsəəil fil İmən səh.18-19

Şeyx Saleh Fouzan ali Fouzan

Mənbə: http://www.dinifetvalar.com/fetva.pl?id=294


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
Abu_MuhammadTarix: Çərşənbə axşamı, 06.01.2009, 02:17 | Yazı # 7
MÜSƏLMAN-QARDAŞ
Qrup: İdarəçilər
Yazı: 22
Reputasiya: 1
Status: Saytda deyil
От Анаса сообщается, что посланник Аллаха (мир ему и благословение Аллаха) сказал: «Две категории людей из моей общины не будут подпущены к моему водоему и не войдут в Рай! А это къадариты и мурджииты!» ат-Табарани в «аль-Аусат» 1/253. Хадис хороший. См. “ас-Сильсиля ас-сахиха” 2748.

Спросили имама Ахмада: «Кто такие мурджииты?» Он ответил: «Кто заявляет что иман – это лишь слова!» аль-Халляль в «ас-Сунна» 959.


Шейх Фаузан сказал:
“Саляфия – это фиркъату-ннаджия (спасшаяся группа) и она же ахлю-Сунна уаль-джама’а. И она не относятся к партиям, возникшим в наши дни. Саляфия – это группа, которая следует пути пророка (мир ему и благословение Аллаха), его сподвижников, да будет доволен ими Аллах, и мазхабу предшественников. И саляфия не является одними из существующих в наши дни джама’атов”.
См. “Тахзир миналь-бид’а”.
 
UmarTarix: Çərşənbə, 04.02.2009, 04:34 | Yazı # 8
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil

Həmçinin muciələrin gətirdikləri hədislərdən:

Rəsulullahın (səlləllahu əleyhi və səlləm) bu hədislərini dəlil gətirərlər:
“Bir kimsə şəhadət gətirərsə Allahu Təalə ona cəhənnəmi haram edər.”
Başqa bir hədisdə:
“Bir kimsə Ləə iləhə İlləllahı bilərək ölərsə cənnətə daxil olar.”
Digər bir hədisdə:
“Ləə iləhə İlləllah kəliməsini Allah rizası üçün deyəni Allah Təalə cəhənnəmi haram etmişdir.”
Həmçinin:
“Ayaqları Allah yolunda toza batan kimsəyə Allahu Təalə cəhənnəmi haram edər.”
Bundan başqa bu minvalda olan hədisləri onlar dəlil olaraq götürmüşlər. Həmçinin Maidə surəsi 85-ci ayəni (Allah da bu sözlərinə görə onlara altından çaylar axan cənnətlər əta etdi. Onlar orada əbədi qalacaqlar. Yaxşı işlər görənlərin mükafatı budur!) dəlil olaraq götürmüşlər. Bu ayədə Allah sözə görə cənnətə salacaq – deyirlər.



"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
MuvahhidunTarix: Şənbə, 13.06.2009, 05:13 | Yazı # 9
Qrup: İstifadəçi
Yazı: 3
Reputasiya: 0
Status: Saytda deyil
Həmd Olsun Aləmlərin Rəbbinə. Salam və salavat olsun özündən sonta peyğəmbər olmayana, səhabələrinə və qiyamətədək onların yolunda olanlara. Xavariclərə görə böyük günah edən (içki, zina və s) dindən çıxar. Murcialara görə hətta şirk edən belə müsəlman olaraq qalar. Əhli Sünnə Vəl Cəmaata görə Şirk edən dindən çıxar, böyük günah edən (içki, zina və s) tövhid əhlidirsə dindən çıxmaz. Sadəcə fasiq müsəlman hökmünə girər.
 
AbdullahQubaviTarix: Çərşənbə, 23.09.2009, 19:47 | Yazı # 10
Qrup: Etibarlı
Yazı: 4
Reputasiya: 0
Status: Saytda deyil
Отречение от мурджиизма

Yazını AbdullahQubavi - Çərşənbə, 23.09.2009, 19:48
 
seyfulislamTarix: Şənbə, 03.10.2009, 14:53 | Yazı # 11
Qrup: Etibarlı
Yazı: 8
Reputasiya: 0
Status: Saytda deyil
allah onlara hidyet versin

le ilehe illalah
 
UmarTarix: Bazar ertəsi, 09.11.2009, 16:55 | Yazı # 12
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Səudiyyənin böyük şeyxlərindən olan Şeyx Saleh bin Muhamməd əl-Luheydan ilə telefon danışığına diqqət yetirin. Ölkədə gedən dəvətə münasibəti:

http://www.youtube.com/watch?v=9ZKCtsHi4Mg

Eyni məzmunda şeyx Əbdül-Əziz bin Abdullah ər-Racihi ilə telefon danışığını sizlərə təqdim edirəm:

http://www.youtube.com/watch?v=5Ui0DbBOWVQ


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
Forum » İslam » Zəlalət əhlinə cavab » Murciyalar
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2019 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru