[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Zəlalət əhlinə cavab » Muazın (radıyallahu ənhu) səcdəsi (şübhələrə cavab)
Muazın (radıyallahu ənhu) səcdəsi
UmarTarix: Çərşənbə, 05.08.2009, 16:21 | Yazı # 1
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Bismilləhir-Rahmənir-Rahim


Əlhəmdu Lilləh həmdən kəsiran, tayyibən mubərakən fih, vassalətu vassələmu alə Rasulihil-Kərim, lə nəbiyyə badəhu, vassələmu alə əlihi va əshəbihi əcməin.

əs-Sələmu aleykum va rahmətullah.
Əziz müsəlmanlar! Bu yazıda sizlərə zəlalət firqələrinin ümməti haqq yoldan azdırmaq üçün təhrif etdikləri bir məsələyə diqqət yetirilməsini və bu işi Allahın rizasını qazanmaq, din qardaş və bacılarımıza həqiqəti çatdlrmağı niyyət edirik. Müvəffəqiyyət Allahdandır!

Son dönəmlər özlərini sələf dəvətçisi kimi qələmə verənlərin ümmətə saldığı şübhələrdən biri də Muaz bin Cəbəlin (radıyallahu ənhu) Rasulullaha (səlləllahu əleyhi və səlləm) isəcdə etməsidir. Bu səcdənin şirk olduğunu deyir və bu fikiri müdafiə edirlər.

İbni Macə (rahiməhullah) sünende, əl-Busti də səhihində Əbu Vakıddan rəvayət etmişlər.
"Muaz bin Cəbəl Şamdan gəldiyində Rəsulullaha (səlləllahu əleyhi və səlləm) səcdə etdi. Rəsulullah (səlləllahu əleyhi və səlləm):
“Bu nədir?” - dedi. O da dedi ki:
“Ey Allahın elçisi, Şama getdiyimdə gördüm ki, onlar patriarx və yepiskoplarına səcdə edirlər. Mən də bunu sənə etmək istədim”. Bunun üzərinə Rəsulullah (səlləllahu əleyhi və səlləm) dedi ki:
Bunu əsla etmə. Şübhəsiz əgər mən birinin birinə səcdə etməsini əmr edəcək olsaydım, qadının ərinə səcdəsini əmr edərdim. Qadın, ərinin haqqını yerinə yetirmədikcə Rəbbinin haqqını ifa etmiş ola bilməz. Belə ki, onu istədiyində dəvə üstündə olsa belə imtina etməməlidir." Söz Bustinindir. (Kurtubi təfsiri 1/250 Bəqərə 2/34 təfsirində; *Kutubu Sittə, 17/191)

Salam səcdəsi ilə ibadət səcdəsi arasındakı fərq belədir:
Elm əhlinin çoxunun aralarında bir ixtilaf və mübahisə olmadan müdafiə etdiyi budur:
“Muazın (radıyallahu ənhu) bu səcdəsi ibadət səcdəsi deyil, salam səcdəsi idi. Çünki bu qiymətli səhabə ibadət səcdəsinin sırf Allah üçün ediləcəyini necə bilməsin?! Subhən Allah! Bu o uca səhabəyə zülm və böyük bir böhtandır. O səhabə ki, Peyğəmbər (səlləllahu əleyhi və səlləm), onu əhli kitabla münazirə və onlara tövhid və dinin əslini təbliğ etməsi üçün bütün səhabələr arasından seçmişdi. Ona demişdi ki:
"Şübhəsiz sən əhli kitab olan bir qövmə çatacaqsan."

Hafiz ibn Hacər (rahiməhullah), Fəthul-Bari'də bu "sən əhli kitab bir qövmə çatacaqsan gələcəksən" ləfzinə etdiyi şərhdə:
Bu, birini bütün səyini göstərməsi üçün tövsiyəyə hazırlamaqdır. Çünki Əhli kitab ümumiyyətlə əhli elm idi. Bu səbəblə onlarla danışmaq bütpərəst cahillərlə danışmaq kimi bir səylə olmazdı, deməkdədir. (Fəthul-Bari, 3/419)

Salam səcdəsi Muaz (radıyallahu ənhu) hədisiylə qadağan edilmişdir:
Yaxşı, Peyğəmbər (səlləllahu əleyhi və səlləm) səhabələrindən, əhli elmlə münazirə etməsi və bilmədiyi barədə mübarizə etməsi üçün tövhidin özünə cahil birini seçərmi?
Şübhəsiz Qurtubi təfsirində salam səcdəsinin, Rəsulullahın (səlləllahu əleyhi və səlləm) dövrünə qədər caiz olduğuna bu hədis ilə istişhad etmişdir.

İbn Kəsir (rahiməhullah):
"Bir zamanlar biz, mələklərə (və Cinlərə) Adəm 'e səcdə edin, dedik." (Bəqərə 2/34) ayəsinin təfsirində belə deyir:
“İtaət Allaha, səcdə isə Adəmə idi. Allah, mələklərini Adəmə səcdə etdirərək hörmət etdirmişdir.

Bəziləri belə demişdir:
“Bu salam, təhiyyə və hörmət salamı idi. Necə ki, ayədə belə deyilir:
"O, ata-anasını taxtın üstündə əyləşdirdi. Onlar hamısı onun qarşısında səcdə etdilər" (Yusuf 12/100).

Əsasən bu, keçmiş ümmətlərdə qanuni idi. Lakin bizim ümmətimizdə qadağan edildi. (Sonra da Muaz (radıyallahu ənhu) hədisini zikr edir.)

Həmçinin Yusuf (əleyhis-Sələm) müddətindəki ayəyə dair etdiyi izahda da deyir ki:
"O, ata-anasını taxtın üstündə əyləşdirdi. Onlar hamısı onun qarşısında səcdə etdilər" (Yusuf 12/100).

Bu, onların şəriətlərində caiz (icazəli) idi. Bir böyüyə salam verdiklərində ona səcdə edərdilər. Bu, Adəmdən İsaya (əleyhimus-Sələm) qədər caiz olaraq davam etdi. Bu ümmət də isə səcdə haram buyurularaq Allaha məxsus edildi. Əsasən Qatadə ve sairenin dediklərindən aydın olan da budur. (Sonra da Muaz hədisini zikr edir.) (İbni Kəsr, Tükcə tərcümə, 8/4137).

Şövkəni (rahiməhullah):
"Bir zamanlar biz, mələklərə Adəmə səcdə edin, dedik." (Bəqərə 2/34) ayəsinə dair, bu səcdənin Adəm üçün hörmət mənasında olduğu fikirini seçdikdən sonra deyir ki:
Şübhəsiz bəşər üçün səcdə etmək məsləhət çərçivəsində bəzi şəriətlərdə caiz ola bilirdi. Necə ki, bu ayədə səcdənin Adəm (əleyhis-Sələm) üçün edildiyini göstərir. Əslində bu başqa ayələrdə də vardır.

"Mən ona surət verib Öz ruhumdan üfürdüyüm zaman ona səcdə edin!" (Sad 38/72)

"O, ata-anasını taxtın üstündə əyləşdirdi. Onlar hamısı onun qarşısında səcdə etdilər" (Yusuf 12/100)

Peyğəmbərimizin (səlləllahu əleyhi və səlləm) şəriətində Allahdan başqasına haram olması, keçmiş digər şəriətlərdə də belə olmasını tələb etməz.

İbni Teymiye (rahiməhullah) isə belə deməkdədir:
“Nafilə ibadətlər də yalnız Allah üçün edilər. Bunun nə günəşə və aya, nə bir dövlət başçısına və bir peyğəmbərə, nə saleh bir adama, nə də bir peyğəmbərin və saleh bir adamın məzarına edilməsi doğrudur (yəni, düzgün deyildir). Bütün peyğəmbərlərin şəriətlərində vəziyyət budur. Bu, şəriətimizdə də dilə gətirilmişdir. Eləki İslam dini nafilə bir ibadət olaraq varlıqları ucaltmaqdan və onlara dəyər verməkdən də çəkindirmişdir. Bu səbəblədir ki Peyğəmbər (səlləllahu əleyhi və səlləm) Muazı özünə səcdə etməkdən çəkindirmişdir və:
"Əgər bir kimsənin bir kimsəyə səcdə etməsini əmr etsəydim, üzərindəki haqqının böyüklüyündən ötəri qadının ərinə səcdə etməsini əmr edərdim." buyurmuşdur. (İbni Macə, Nikah; Əhməd b. Hənbəl, IV/381, VI/76, V/228).

Yenə səhabənin salam verərkən əyilmələrini və özü namazda oturarkən onların öz arxasında ayaqda dayanmalarını qadağan etmişdir." (Fətava, 1/74-75; *Külliyyat, 1/149).
Üləmanın bu ifadələri göstərir ki, söz mövzusu səcdə, salam səcdəsi idi. Bu bizim şəriətimizdə qadağan edilncəyə qədər keçmiş şəriətlərdə mübah idi.
Bilindiyi kimi ibadət surətiylə Allahdan başqasına səcdə, heç bir şəriətdə mübah olmamışdır. Əksinə bütün nəbilər bundan çəkindirmiş, qövmlərinə bunu təbliğ etmişlər:
"Ey qövmüm! Allaha qulluq edin, sizin ondan başqa ilahınız yoxdur." (Əraf 7/73)

Muazın səcdəsinin salam mənasında olduğunun ən böyük dəlili Nəbinin (səlləllahu əleyhi və səlləm) hədisin sonundakı bu sözüdür.
"Mən birinin birinə səcdə etməsini əmr etsəydim xanımın ərinə səcdəsini əmr edərdim."

Bu da, dahi söz mövzusu səcdənin salam və hörmət səcdəsi olduğunu göstərməkdədir. Yoxsa bu, bu ayə ilə ziddiyyət təşkil edərdi. Bundan Allaha sığınarıq.
"Və sizə 'Mələkləri və peyğəmbərləri ilahlar əldə edin - deyə də əmr etməz. Siz Müsəlman olduqdan sonra heç sizə kafirliyi əmr edərmi?" (Ali-İmran 3/80).
Bu qədər şərh, bu səhvli istidlalin pozuqluğunu (nəticə çıxarmanın səhvini) ortaya qoymaq üçün kafidir.

Fəzilət və minnət yalnız Allahadır.



"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

Yazını ğurabə - Çərşənbə, 05.08.2009, 16:25
 
Forum » İslam » Zəlalət əhlinə cavab » Muazın (radıyallahu ənhu) səcdəsi (şübhələrə cavab)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru