[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Müxtəlif məsələlər » Sünnälär
Sünnälär
medineTarix: Çərşənbə axşamı, 23.06.2009, 18:23 | Yazı # 1
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Müsəlman gündəlik olaraq fikir verməli olduğu şeylərdən biri də Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) sünnəsinə əməl etməsidir. Müsəlman danışığında, hərəkətlərində, Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) qadağan etdikləri şeylərdən çəkindikdə, əmr elədiyi şeyləri yerinə yetirdikdə, hətta susduqda belə peyğəmbərə (Allahın ona salavatı və salamı olsun) tabe olmalıdır. Bu Allahın sevgisini qazanmaq və günahların bağışlanması üçün ən gözəl və ən böyük amillərdən biridir. Uca Allah buyurur: "De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir" (Ali İmran, 31). Hansı müsəlman sünnələrə əməl etməyini artırarsa Allah dərgahında da onun dərəcəsi artar.

Sünnələrə əməl etməyin bir çox faydaları vardır. bunlardan bəzilərini qeyd edirik.

1. Allahın məhəbbətini qazanmaq üçün ən böyük səbəblərdəndir

2. Fərzlərdə olan naqislikləri tatamlayır

3. Bidətdən uzaq düşməkdən qoruyur

4. Allahın ayinlərini əzəmətləşdirir

5. Qiyamət günü Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) şəfaətini qazanmaq üçün səbəbdir

6. Cənnətə düşməyə güclü kömək olur

7. Cənnətdə Peyğəmbərə yaxın olmağa səbəbdir

8. Cənnətdə dərəcəni artırır

Bizdə çalışacağıq ki sizə gün ərzində yerinə yetirə biləcəyiniz sünnələri nəzərinizə çatdıraq.


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
medineTarix: Bazar, 28.06.2009, 23:38 | Yazı # 2
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Sünnənin İslamlda məqamı və onsuz Quranın kifayət etməməsi

Həqiqətən həmd sənalar Allaha məxsusdur. Biz də Ona həmd səna edir, Ona sığınır və Ondan bağışlanma diləyirik. Nəfsimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allahın doğru yola yönəltdiyi kimsəni heç kəs bu yoldan azdıra bilməz, haqq yoldan azdıqdığı kimsəni isə heç kəs doğru yola yönəldə bilməz. Mən şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və Məhəmməd Onun qulu və elçisidir.
Allah təalə buyurur: "Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün!" (3/102).
"Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir!" (4/1).

Həqiqətən ən doğru kəlam Allahın kitabıdır, ən doğru yol Məhəmməd peyğəmbərin (s.a.v.) yoludur. Ən pis əməllər dinə edilmiş yeniliklərdir. Hər bir yenilik bidət, hər bir bidət isə zəlalətdir və hər bir zəlalət də cəhənnəmlikdir.

Sünnənin Quran ilə birgə vəzifəsi:

Bildiyimiz kimi Allah təalə Məhəmmədi (s.a.v.) peyğəmbər olaraq seçmiş, ona Öz risalətini vermiş, Qurani Kərim adlı kitabını ona nazil etmiş və bu kitabını insanlar üçün açıqlamağı əmr etmişdir. Allah təalə buyurur: "Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) açıqlayasan və bəlkə, onlar da düşünüb dərk edələr!" (ən-Nəhl/44).

Ayədə qeyd olunan "açıqlama" iki növdür:

Birinci: Quranın sözlərinin və tərtibinin açıqlanması. Bu, nazil olmuş Quranı təbliğ etmək, onu gizlətməmək və onu olduğu kimi ümmətə çatdırmaqdır. Bu haqda Allah təalə buyurur: "Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et." (əl-Maidə: 67).

Hədislərin birində Aişə (Allah razı olsun) deyir: "Kim, "Məhəmməd ona nazil olan şəriətdən hər hansı bir şeyi gizlədib insanlara çatdırmayıb" desə, həqiqətən Allaha qarşı böyük böhtan atmış olar" bu sözlərdən sonra, "Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et" (əl-Maidə/67) ayəsini oxudu. (Buxari və Müslim).

Müslimin rəvayətində deyilir: Əgər Peyğəmbər (s.a.v.) təbliğ olunması əmr edilən hansısa hökmü gizlətsəydi bu ayəni gizlədərdi: "(Ya Peyğəmbər!) Xatırla ki, bir zaman Allahın (islam dininə yönəltməklə) nemət verdiyi və sənin özünün (köləlikdən azad etməklə) nemət verdiyin şəxsə (Zeyd ibn Harisəyə): “Zövzəni (Zeynəb bint Cəhşi) saxla (boşama), Allahdan qorx!” – deyir, Allahın aşkar etdiyi şeyi (Zeynəbin boşanacağı təqdirdə onu almağın haqda sənə nazil olan vəhyi) ürəyində gizli saxlayır və adamlardan (onların Peyğəmbər oğulluğunun boşadığı övrətlə evlənir, – deyəcəklərindən) qorxurdun. Halbuki əslində sənin qorxmalı olduğuna ən çox layiq Allahdır..." (əl-Əhzab/37).

İkinci: Ümmətin dərk etmədiyi sözün, cümlənin və ya ayənin mənasını açıqlamaq. Bu anlaşılmamazlıq çox vaxt ümumi, qeyri müfəssəl və mütləq məna daşıyan ayələrdə olur. Bu halda sünnədən götürülən dəlillərlə ümumi ayələr xüsusiləşir, qeyri-müfəssəllər açıqlanır və mütləq məna daşıyanlar isə müəyyənləşir. Bütün bunlar Peyğəmbərin (s.a.v.) sözləri, əməlləri və görüb inkar etmədikləri işlərdə sübuta yetir.

Quranı başa düşmək üçün sünnənin zəruriliyi:

Allah təalənin "Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq (sağ) əllərini kəsin" (əl-Maidə/38) ayəsi, buna ən gözəl misaldır. Ayədə oğru sözü əl sözü kimi mütləq (yəni, mahiyyəti açıqlanmamış) deyilmişdir. Lakin Peyğəmbər (s.a.v.) oğru sözünü açıqlamış və demişdir: "Yalnız dinarın dörtdə birini və ya ondan artığını oğurlayanın əli kəsilir" (Buxari və Müslim).

Əlin kəsilmə həddini də Peyğəmbər (s.a.v.) öz feli və ya hüzurunda baş verən əshabının feli ilə açıqlamışdır. Çünki onlar oğrunun əlini biləkdən kəsirdilər. Bu, hədis kitablarında qeyd edilmişdir. Həmçinin təyəmmüm ayəsində: "ondan üzünüzə və əllərinizə sürtün..." (əl-Maidə/6) deyilən "əl" sözünü də Peyğəmbər (s.a.v.) öz sözü ilə açıqlamış və buyurmuşdur: "Təyəmmüm, üzə və əllərin biləklərə qədər olan hissəsinə torpaqla məsh etməkdir" (Hədisi, Əhməd, Buxari, Müslim və digər alimlər Ammar İbn Yasirdən rəvayət ediblər).

İndi isə sizə, sünnəsiz düzgün başa düşülməsi mümkün olmayan, bəzi ayələri xatırladacağam.

1. Allah təalə buyurur: "İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!" (əl-Ənam/82). Peyğəmbərin (s.a.v.) əshabı bu ayədə deyilən "zülm" sözünü ümumi mənada başa düşdüklərindən dolayı ayənin mənası onlara qaranlıq qaldı. Ona görə Peyğəmbərin (s.a.v.) yanına gəlib dedilər: Ey Allahın Elçisi! Bizlərdən kim öz imanını zülmə qarışdırmaz? Peyğəmbər (s.a.v.) buyurdu: O zülm sizin başa düşdüyünüz zülm deyildir. Bu zülm şirkdir (Allaha şərik qoşmaqdır). Heç Loğmanın sözünü eşitməmisinizmi: "Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür!” (Loğman/13) (Hədisi Buxari, Müslim və digərləri rəvayət etmişdir).

2. Allah təalə buyurur: "Səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmaq (dörd rəkətli namazı iki rəkət qılmaq) sizə günah hesab edilməz. Həqiqətən kafirlər sizinlə açıq düşməndirlər" (ən-Nisa/101). Ayənin zahiri mənasına görə səfər namazı yalnız qorxu hallarında qılınır. Ona görə də bəzi səhabələr Peyğəmbərdən (s.a.v.) soruşdular: Biz ki, əmin-amanlıqdayıq, nə üçün namazı qısaldaq? Peyğəmbər (s.a.v.) buyurdu: "Bu (namazı qısaltmaq) Allahın sizə verdiyi sədəqədir. Siz də Allahın sədəqəsini qəbul edin" (Müslim).

3. Allah təalə buyurur: "Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan,... sizə haram edildi..." (əl-Maidə/3). Lakin sünnə bəyan etmişdir ki, balığın və çəyirtkənin ölüsü, tərkibi qan olan dalaq və qara ciyər də bizlərə halaldır. Peyğəmbər (s.a.v.) buyurur: "Bizə iki ölü: çəyirtkə ilə (bütün növ) balıq ölüsü, iki qan: dalaq ilə qara ciyər, halal edildi." (Beyhəqi və digər alimlər rəvayət etmişlər. Hədis səhihdir).

4. Allah təalə buyurur: "(Ya Rəsulum!) De: “Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm..." (əl-Ənam/145). Sünnə isə ayədə deyilməyən bəzi yeməkləri də haram etmişdir. Məsələn, Peyğəmbər (s.a.v.) buyurmuşdur: "Hər bir yırtıcı dışləri olan heyvan və hər bir caynaqları olan quş haramdır". Bu haqda digər hədislər də mövcuddur. Həmçinin Peyğəmbər (s.a.v.) Xeybər qalasını fəth edən günü demişdir: "Həqiqətən Allah təalə və Onun elçisi ev eşşəklərini sizlərə haram edir. Həqiqətən o murdardır" (Buxari və Müslim).

5. Allah təalə buyurur: "(Ya Peyğəmbərim!) De: “Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz (halal) ruziləri kim haram buyurmuşdur?”..." (əl-Əraf/32). Yenə də sünnə bəzi zinətlərin haram olmasını açıqlamışdır. Bir gün Peyğəmbər (s.a.v.) öz səhabələrinin yanına gəldi. Onun bir əlində ipək, digərində isə qızıl var idi. O dedi: "Bu iki şey mənim ümmətimin kişilərinə haram, qadınlarına isə halaldır!" (Hakim rəvayət edib və hədisin səhih olduğunu bildirib). Bu haqda Buxari və Müslimin səhih kitablarında misallar çoxdur.



ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
medineTarix: Çərşənbə, 08.07.2009, 13:15 | Yazı # 3
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Yuxudan qalxdıqda edilən sünnələr.

1. Əllər ilə üzünə məsh çəkərək yuxunun əlamətlərini aparmaq. "Peyğəmbər (Allahın ona salavat və salamı olsun) yuxudan qalxdıqda oturaraq əlləri ilə üzünə məsh çəkərdi" (Muslim).

2. Dua etmək. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) yuxudan qalxdıqda bu duanı edərdi: "Bizi öldürdükdən sonra dirildən Allaha həmd olsun. (Ölüb dirildikdən sonra) qayıdış Onadır" (Buxari).

3. Paltarı geyinərkən bu duanı oxumaq. "Bunu (bu paltarı) mənə geyindirən və özüm heç bir qüdrət və güc sərf etmədən onu mənə bəxş edən Allaha həmd olsun" (Nəsəi).

4. Sivakla dişləri təmizləmək. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) yuxudan qalxdıqda dişlərini sivakla təmizləyərdi" (Buxari və Muslim). Sivakla dişləri təmizləmək yuxunu dağıtmaqla yanaşı ağızda olan pis iyidə aparır.
İnsan gün ərzində ayaqyoluna dəfələrlə daxil olur. Aşağıda zikr elədiyimiz sünnələr buna aiddir.

5. "Bismilləh" demək.

6. Dəstamazın əvvəlində əlləri biləklərə qədər üç dəfə yumaq.

7. Üzü yumazdan əvvəl ağıza və buruna su almaq.

8. Sol əllə burunu təmizləmək.
"Peyğəmbər (Allahın ona salavat və salamı olsun) əllərini biləklərə qədər üç dəfə yuyaraq sonra ağzına və burnuna su alaraq sol əli ilə burnunu təmizlədi və sonra isə üzünü üç dəfə yudu" (Əbu Davud, Tirmizi, Nəsəi və İbn Məca).

9. Ağız və buruna suyu bir ovucda almaq.

Bizdə çalışacağıq ki sizə gün ərzində yerinə yetirə biləcəyiniz sünnələri nəzərinizə çatdıraq. (Ardı var)


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
Forum » İslam » Müxtəlif məsələlər » Sünnälär
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru