[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Müxtəlif məsələlər » Zikr etmek.
Zikr etmek.
XEDICE73Tarix: Cümə axşamı, 11.06.2009, 13:50 | Yazı # 1
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Zikr etmək

İnsan dilini Allahın və Onun rəsulunun buyurduğu kimi istifadə edərsə bunun xeyrini həm bu dünyada, həm də axirətdə görəcəkdir. Dilin faydalı istifadəsinə ən gözəl misal o şəxsin daim Allahı zikr etməsidir. İnsan zikrlər etdikdə, Quran oxuduqda və başqa Allahı razı salan sözlər danışdıqda Uca Allah onun əvəzini həm bu dünyada, həm də axirətdə verəcəkdir. Zikr həm qəlb həm də dil ilə olur. Ən gözəl zikr isə ikisi bir vaxtda həm dil, həm də qəlblə edilən zikrdir. Allahı zikr etməyən qəlb görməyən göz və eşitməyən qulağa bənzəyir. Zikr Allah ilə insan arasında olan qapılardan biridir. İnsan Allahı yad etmədikdə bilsin ki, onunla Allah arasında olan qapı bağlıdır. Məhz bu cür səbəblərə görə Uca Allah Onu çoxlu zikr etməyi əmr edərək buyurur:

“Ey iman gətirənlər! Allahı tez-tez yada salın! Səhər-axşam Onun şəninə təriflər deyin! Sizi zülmətdən nura çıxartmaq üçün sizə xeyir-dua verən Odur. Onun mələkləri də (sizin üçün xeyir-dua diləyərlər. Allah) möminlərə qarşı Rəhmlidir”. (əl-Əhzab surəsi 41-43)
Başqa bir ayədə Uca Allah ona zikr edənləri tərifləyərək buyurur:

“Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, müti kişilər və müti qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbirli kişilər və səbirli qadınlar, Allaha baş əyən kişilər və baş əyən qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və ismətlərini qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır”. (Əhzab surəsi, 35)

Mucahid (Allah ona rəhmət eləsin) demişdir: “Allahı ayaq üstə, oturduğu yerdə və uzandığı yerdə zikr etməyincəyə qədər nə kişi nə də ki, qadın Allahı çoxlu zikr edənlərdən sayılmazlar”. Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Mufərridlər (hamını) geridə qoydular”. Səhabələr: “Onlar kimlərdir ey Allahın elçisi?”– deyə soruşdular. Peyğəmbər (Allahın ona salavat və salamı olsun): “Allahı çoxlu zikr edən kişi və qadınlardır”– deyə buyurdu. (Səhih Muslim, hədis 2676)
Uca Allah Onu zikr edənləri tərifləyərək buyurur:

“Onlar gecə-gündüz, usanmadan Onun şəninə təriflər deyirlər”. (əl-Ənbiya surəsi, 20)

Kim Allahı çoxlu zikr edərsə Allah da həmin adamı çoxlu zikr edər. Uca Allah buyurur:

“Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Məni inkar etməyin!”. (əl-Bəqərə surəsi, 152)

Allahı çoxlu yad edən insana Uca Allah da yardımçı olar. Uca Allah Yunus peyğəmbər (Allahın ona salamı olsun) barədə buyurur:

“Əgər o, Allaha tərif deyənlərdən olmasaydı, balığın qarnında Qiyamət gününə qədər qalardı. O, halsız olduğu vəziyyətdə onu sahilə çıxartdıq. Onun başı üstündə balqabaq tağı bitirdik”. (əs-Saffat surəsi, 143-146)

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Allahı zikr edənlərin ən kamili idi. Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) bütün kəlamları zikr idi. Möminlərin anası Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Allahı hər bir halında zikr edərdi”. (Səhih əl-Buxari, hədis 170. Səhih Muslim, hədis 852)

Uca Allahı zikr etməyən kimsələr barədə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə buyurmuşdur: "Rəbbini yad edənlə Rəbbini yad etməyənin misalı diri ilə ölünün misalına bənzəyir" («Fəthul-Bari», 11/208; Muslim isə bu hədisi belə rəvayət etmişdir: «Allah yad edilən evlə Allah yad edilməyən evin misalı diri ilə ölünün misalına bənzəyir". 1/539). Çünki qəlbin qidası zikrdir və qəlb o qidanı almadıqda ölər.

Zikr barədə Peyğəmbərimizdən (Allahın ona salavat və salamı olsun) çoxlu sayda hədislər varid olmuşdur. Abdullah ibn Busr (Allah ondan razı olsun) rəvayət edir ki, bir kişi (Peyğəmbərə) dedi: “Ey Allahın elçisi! İslam ayinlərinin çoxluğu mənə ağır gəlir. Mənə elə bir şey öyrət ki, ondan bərk-bərk yapışım”. O dedi: “Çalış ki, dilin daim Allahı zikr etməklə islaq qalsın”. (Sunən ət-Tirmizi, 5/458, Sunən İbn Macə, 2/1246. Albani hədisin "Səhih" olduğunu bəyan etmişdir.)

Başqa bir rəvayətdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Sizə əməllərinizin ən xeyirlisini, Rəbbiniz yanında ən təmiz olanını, dərəcələriniz içində ən yüksəyini, sizin üçün qızıl-gümüş xərcləməkdən daha xeyirlisini, düşməninizlə qarşılaşıb onların boyunlarını vurmağınızdan, onların da sizin boyunlarınızı vurmasından daha xeyirlisini bildirimmi?” (Səhabələr) dedilər: “Bəli!”. O dedi: “Uca Allahı zikr etməkdir”. (Sunən ət-Tirmizi, 5/459; Sunən İbn Macə, 2/1245. Albani hədisin "Səhih" olduğunu bəyan etmişdir)

Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Dilə yüngül gələn, çəkidə ağır gələn, ər-Rahmana əziz olan iki kəlmə bunlardır: “Subhanəllahi və bihəmdihi, subhanəllahil-azim” (Allah pak və müqəddəsdir! Allaha həmd olsun! Böyük Allah pak və müqəddəsdir!). (Səhih əl-Buxari, 7563, Səhih əl-Muslim 2694)
Əbu Zərr (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) mənə dedi: “Uca Allaha hansı kəlmənin daha sevimli olmasını xəbər verimmi?! Uca Allaha ən sevimli olan kəlimə “subhanəllahi və bihəmdihidir”. (Səhih əl-Muslim, 2731)

Dəyərli oxucu, fikir verirsinizmi ki, İslam insanı necə sıx-sıx Allaha bağlayır? Yəni qəlbi ilə bağlı olan və bir vəhdət təşkil edən dil daim Allahı xatırlarsa bu insanda özünə nəzarəti də təmin etmiş olur. İnsan nə zaman pisliklər edir? Əlbəttə ki, Allahdan uzaqlaşıb şeytana yaxınlaşmaqla. Zikr isə insanı şeytandan uzaqlaşdırıb Allaha yaxınlaşdırdığı üçün onu pisliklərdən də uzaq olub Allahdan qorxmağa sövq edir. Zikr elə bir ibadətdir ki, az əməl etməklə çoxlu savaba yiyələnmək olar. Səd ibn Əbu Vaqqas (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Sizlərdən hər gün min savab qazanmaqda aciz qalanı varmı?” Yanında oturanlardan biri soruşdu: “Bizlərdən biri min savabı necə qazana bilər?” O dedi: “Yüz dəfə təsbih etsə (“Subhanəllah” desə) ona min savab yazılar, yaxud min günahı silinər!”. (Səhih Muslim, 4/2073)

Həmçinin zikr etmək sahibini Cənnətə aparır. Şəddad ibn Əvs (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) dedi: “Ən fəzilətli (Seyyidul-İstiğfar) istiğfar (belədir): “Allahım! Sən mənim Rəbbimsən. Səndən başqa məbud yoxdur. Məni Sən yaratdın və mən Sənin qulunam. Gücüm çatan qədər Sənə verdiyim əhdə və vədə sadiqəm. Mənə verdiyin neməti etiraf edirəm və günahımı boynuma alıram. Məni bağışla! Şübhəsiz ki, günahları yalnız Sən bağışlayırsan. Etdiklərimin şərindən Sənə sığınıram”. (Kim bunu) axşam oxuduqdan sonra ölsə, Cənnətə girər, – və yaxud Cənnət əhlindən olar –, (habelə) səhər oxuduqdan sonra ölsə, Cənnətə girər, – və yaxud Cənnət əhlindən olar" (Buxari "Ədəbul-Mufrad" kitabı, hədis 617). Bu zikr istiğfarın ən əfzəli adlanır.

Həsən əl-Basri (Allah ona rəhmət eləsin) buyurmuşdur: “Üç şeydə şirinliyi dadın! Namazda, Allahı zikr etməkdə, Quran oxumaqda. Bunlar sizdə yoxdursa bilin ki qapı bağlıdır”. Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) buyurmuşdur: “Allahı çoxlu zikr edin, çünki zikr şəfadır. İnsanların qeybətlərini etməyin, çünki qeybət etmək xəstəlikdir”.

Zikr elə bir ibadətdir ki, ona asan və vaxtını itirmədən nail olmaq olur. Allahı zikr etməklə az vaxt ərzində çox savab qazanırsan. Hətta ən böyük zikrlərdən olan ”Lə İləhə illə-llah” kəlməsini dedikdə heç dodaq belə tərpənmir. Zikr etmək üçün dəstəmaz almaq da lazım olmadığından ondan hər bir zaman və hər bir halınızda faydalana bilərsiniz. Hətta heyz və nifas halında olan qadınlar belə Allahı zikr edə bilərlər.

Ramil Soltanov


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
medineTarix: Cümə axşamı, 11.06.2009, 15:16 | Yazı # 2
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Ebu Hureyrä ve Ebu Said el-Hudri (r.a) den rivayet edildigine göre, Peygämbärimiz(s.a.s) buyuruyor ki; "Allahi zikretmek üzere oturan bir gruba melekler kanat gerer, rahmet kusatir, onlara sekinet iner ve Allah da kendilerini yanindakiler arasinda anar" (Müalim hädis 1450 Riyazüs Salihin)

Günes dogmadan ve batmadan önce hamdederek Rabbinin adinin an.(TA-HA130)

Aksam sabah hamdederek Rabbini hoksan sifatlardan tenzih et.(GAFIR 55)

Rabbini, sabah-aksam , icinden yalvararak ve cekinerek , duyabilecegin kadar hafif sesle an; sakin fagillerden olma. (A´RAF 205)


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
möminäTarix: Bazar, 28.06.2009, 20:43 | Yazı # 3
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
Yatanda kəfirun surəsini oxumaq

[ Sayta qoyulub: 14:13 27.04.2008 ] : [ Oxunub: 1720 dəfə ]
Peyğəmbərimiz (sav) bir nəfərə belə demişdir:
Yatanda kəfirun surəsini oxu, çünki bu surəni oxumaq şirkdən bəraət etməkdir.
(Hədis səhihdir)


ALLAH BIZLÄRI GORUSUN
 
medineTarix: Bazar, 28.06.2009, 23:21 | Yazı # 4
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
1)- Əlləri bitişdirib və ovucların içinə üfürüb İxlas, Fələq və Nas surələri oxuyun. Oxuduqdan sonra ovucla¬rınızı bədəninizin bütün yerlərinə, başdan başlayaraq məsh edirsiniz. Oxumaq və məsh üç dəfə təkrar edilir

(2)- Ayətul-kursi (əl-Bəqərə surəsi, 255-ci ayə).*
* – Yatağına uzananda bunu oxuyanın üzərinə səhərə qədər Allah tərəfindən qoruyucu nazil olunur və şeytan ondan uzaqlaşır.

(3)- əl-Bəqərə surəsindən 285-286-cı ayələr:
-{ آمَنَ الرَّسُولُ بِمَا أُنْزِلَ إِلَيْهِ مِنْ رَبِّهِ وَالْمُؤْمِنـُونَ كُلٌّ آمَنَ بِاللهِ وَمَلاَئِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ لاَ نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِنْ رُسُلِهِ وَقَالُوا سَمِعْنَا وَأَطَعْنَا غُفْرَانَكَ رَبَّنَا وَإِلَيْكَ الْمَصِيرُ  لاَ يُكَلِّفُ اللهُ نَفْسًا إِلاَّ وُسْعَهَا لَهَا مَا كَسَبَتْ وَعَلَيْهَا مَا اكْتَسَبَتْ رَبَّنَا لاَ تُؤَاخِذْنَا إِنْ نَسِينَا أَوْ أَخْطَأْنَا رَبَّنَا وَلاَ تَحْمِلْ عَلَيْنَا إِصْرًا كَمَا حَمَلْتَهُ عَلَى الَّذِينَ مِنْ قَبْلِنَا رَبَّنَا وَلاَ تُحَمِّلْنَا مَا لاَ طَاقَةَ لَنَا بِهِ وَاعْفُ عَنَّا وَاغْفِرْ لَنَا وَارْحَمْنَا أَنْتَ مَوْلاَنَا فَانْصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ }
«Əmənə-r-rasulu bimə unzilə ileyhi min rabbihim va-l-muminun kullun əmənə billəhi va mələikətihi va kutubihi va rusulihi lə nufərrıqu beynə əhədin min rusuli va qalu səminə va ətanə ğufranəkə rabbənə va ileykə-l-masır * Lə yukəllifu-l-lahu nəfsən illə vusahə ləhə mə kəsəbət va aleyhə məktəsəbət rabbənə lə tuəxiznə in nəsinə au axtanə rabbənə va lə tahmil aleynə ısran kəmə haməltəhu alə-l-ləzinə min qablinə rabbənə va lə tuhammilnə mə lə taqatə lənə bihi vafu annə vağfir lənə varhamnə əntə maulənə fənsurnə alə-l-qaumi-l-kəfirin)»
– Kim bunu oxuyarsa gecəsi boyunca ona yetər

(4)- «Biriniz yatağından qalxandan sonra təkrar dönərsə, paltarının ətəyi ilə yatağını 3 dəfə süpürsün və "bismilləh" deyib Allahın adını zikr etsin. Özündən sonra yatağında nə olduğunu və qaldığını o bilməz. Buna görə də yatağına uzanınca belə desin:
(بِاسْمِكَ رَبِّي وَضَعْتُ جَنْبيِ، وَبِكَ أَرْفَعُهُ، فَإِنْ أَمْسَكْتَ نَفْسِي فَارْحَمْهَا، وَإِنْ أَرْسَلْتَهَا فَاحْفَظْهَا بِمَا تَحْفَظُ بِهِ عِبَادَكَ الصَّالِحِينَ )
«Bismikə rabbi vadatu cənbi va bikə ərfəuhu fə in əmsəktə nəfsi fərhəmhə, va in ərsəltəhə fəhfazhə, bimə təhfazu bihi ibədəkə-s-salihin» (Rəbbim, vücu¬dumu Sənin adınla yatağa qoyuram və qaldırıram. Ruhumu alsan, ona rəhm et. Qaytarsan isə, onu mühafizə et, necə ki, saleh qullarının ruhunu mühafizə edirsən)

(5)-( اللَّهُمَّ إِنَّكَ خَلَقْتَ نَفْسِي وَأَنْتَ تَوَفَّاهَا، لَكَ مَمَاتُهَا وَمَحْيَاهَا، إِنْ أَحْيَيْتَهَا فَاحْفَظْهَا، وَإِنْ أَمَتَّهَا فَاغْفِرْ لَهَا. اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَافِيَةَ)
«Allahummə innəkə xaləqtə nəfsi va əntə təvaffəhə, ləkə məmətuhə va məhyəyə, in əhyeytəhə fəhfazhə, va in əməttəhə fəğfir ləhə. Allahummə inni əsəlukə-l-afiyətə» (Allahım! Ruhumu Sən yaratdın və onu bədəndən Sən alırsan. Ruhumun ölümü və yaşa¬ması Sənə aiddir. Yaşatdıqca onu qoru, alsan onu bağışla. Allahım, Səndən sağlamlıq diləyirəm).

(6)- ( اللَّهُمَّ قِنيِ عَذَابَكَ يَوْمَ تَبْعَثُ عِبَادَكَ )
3 dəfə: «Allahummə qıni azəbəkə yaumə təbasu ibədəkə» (Allahım! Məni Qiyamət gününün əzabından qoru).
– Bu duanı Allahın rəsulu (s.ə.v) yatan zaman sağ əlini sağ yanağının altına qoyardı və deyərdi.

(7)- (بِاسْمِكَ اللَّهُمَّ أَمُوتُ وَأَحْيَا )
«Bismikə-l-lahummə əmutu və əhyə»
(Allahım! Sənin adınla ölürəm və dirilirəm)

(8)- 33 dəfə «Subhanə-l-lah» (Bütün nöqsan¬lardan azad olan Allahım), 33 dəfə «Əl-həmdu lilləh» (Həmd Allaha məxsusdur), 34 dəfə «Allahu əkbər» (Allah hər bir şeydən üstündür və böyükdür).

– Fatimə (r.a) əl dəyirmanı ilə Peyğəmbərin (s.ə.v) yanına gələrək şikayətləndi və bir xidmətçi istədi. Allahın rəsulu (s.ə.v) dedi: «Sizin, istədiyinizdən daha xeyirli bir şeylə sevindi¬rimmi? Yatağınıza girdiyiniz zaman 33 dəfə təsbih, 33 dəfə təhmid və 34 dəfə təkbir deyin. Bu sizin üçün xidmətçidən daha xeyirlidir»

(9)- (اللَّهُمَّ رَبَّ السَّمَوَاتِ السَّبْعِ وَرَبَّ الْعَرْشِ الْعَظِيمِ، رَبَّنَا وَرَبَّ كُلِّ شَيْءٍ، فَالِقَ الْحَبِّ وَالنَّوَى، وَمُنْزِلَ التَّوْرَاةِ وَاْلإِنْجِيلِ وَالْفُرْقَانِ: أَعُوذُ بِكَ مِنْ شَرِّ كُلِّ شَيْءٍ أَنْتَ آخِذٌ بِنَاصِيَتِهِ. اللَّهُمَّ أَنْتَ اْلأَوَّلُ فَلَيْسَ قَبْلَكَ شَيْءٌ، وَأَنْتَ اْلآخِرُ فَلَيْسَ بَعْدَكَ شَيْءٌ، وَأَنْتَ الظَّاهِرُ فَلَيْسَ فَوْقَكَ شَيْءٌ، وَأَنْتَ الْبَاطِنُ فَلَيْسَ دُونَكَ شَيْءٌ، اقْضِ عَنَّا الدَّيْنَ وَأَغْنِنَا مِنَ الْفَقْرِ )
«Allahummə rabbə-s-səməvati-s-səbi va rabbə-l-arşi-l-azım, rabbənə və rabbə kulli şeyin, fəliqa-l-habbi va-n-nəva, va munzilə-t-taurati va-l-incil, va-l-furqan: əuzu bikə min şərri kulli şeyin əntə əxizun binəsıyətihi. Allahummə əntə-l-avvalu fəleysə qabləkə şeyun va əntə-l-əxiru fəleysə bədəkə şeyun, va əntə zahiru fəleysə fauqəkə şeyun, va əntə-l-batınu fəleysə dunəkə şeyun aqdı annə-d-deynə və əğninə minə-l-faqrı» (Yeddi qat səmanın, əzəmətli Ərşin Rəbbi, bizim Rəbbimiz, hər şeyin Rəbbi, dənə çəyirdəkləri yaradan, Tövratı, İncili və Furqanı endirən Allahım! Alnıma yazdığın hər şeyin şə¬rindən Sənə sığınıram. Allahım! Sən Əvvəlsən, Səndən öncə heç bir şey olmayıb, Sən Axırsan, Səndən sonra heç bir şey olmayacaq, Sən Zahirsən, Səndən üstün heç bir şey yoxdur, Sən Batinsən, Sənsiz heç nə yoxdur. Bizi borclu olmaq¬dan qurtar və yoxsulluqdan qurtarıb zəngin¬ləşdir)

(10)- (الْحَمْدُ للهِ الَّذِي أَطْعَمَنَا، وَسَقَانَا، وَكَفَانَا، وَآوَانَا، فَكَمْ مِمَّنْ لاَ كَافِيَ لَهُ وَلاَ مُؤْوِيَ )
«Əl-həmdu lilləhi-l-ləzi atamənə va səqanə, va kəfənə, va avanə, fəkəm mimmən lə kəfiyə ləhu va lə muvıyə» (Həmd, bizi yedirdən, içirdən, qoruyan və bəhrələndirən Allaha məxsusdur. Biz qorunmayan və bəhrələnməyən kəslərdən deyilik).

(11)- ( اللَّهُمَّ عَالِمَ الْغَيْبِ وَالشَّهَادَةِ ، فَاطِرَ السَّمَوَاتِ وَاْلأَرْضِ ، رَبَّ كُلِّ شَيْءٍ وَمَلِيكَهُ ، أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ أَنْتَ ، أَعُوذُ بِكَ مِنْ شَرِّ نَفْسِي ، وَمِنْ شَرِّ الشَّيْطَانِ وَشِرْكِهِ ، وَأَنْ أَقْتَرِفَ عَلَى نَفْسِي سُوءًا ، أَوْ أَجُرَّهُ إِلىَ مُسْلِمٍ )
«Allahummə alimə-l-ğeybi va-ş-şəhadəti, fatıra-s-səməvati va-l-ardı, rabbə kulli şeyin va məlikəhu, əşhədu ən lə iləhə illə ənt, əuzu bikə min şərri nəfsi, va min şərri-ş-şeytani va şirkihi, va ən əqtərifə alə nəfsi suan, au acurrahu ilə muslimin» (Gizlini və aşkarı Bilən, səmaları və yeri Yaradan Allahım! Hər şeyin Rəbbi və Sahibi! Səndən başqa ibadətə və itaətə layiq haqq məbud olmadığına şəhadət edirəm. Nəfsimin şərindən Sənə sığınıram. Şey¬tandan və onun şirk-şərindən, nəfsimə və ya bir müsəl¬mana pislik etməkdən Sənə sığınıram).

(12)- Səcdə və Təbərakə (əl-Mulk) surələrini oxu

(13)- ( اللَّهُمَّ أَسْلَمْتُ نَفْسِي إِلَيْكَ ، وَفَوَّضْتُ أَمْرِي إِلَيْكَ ، وَوَجَّهْتُ وَجْهِي إِلَيْكَ ، وَأَلْجَأْتُ ظَهْرِي إِلَيْكَ رَغْبَةً وَرَهْبَةً إِلَيْكَ ، لاَ مَلْجَأَ وَلاَ مَنْجَا مِنْكَ إِلاَّ إِلَيْكَ ، آمَنْتُ بِكِتَابِكَ الَّذِي أَنْزَلْتَ وَبِنَبِيِّكَ الَّذِي أَرْسَلْتَ )
Yatdığın zaman, namaz üçün dəstəmaz aldığın kimi dəstəmaz al və sağ tərəfin üstə uzanıb de: «Allahummə əsləmtu nəfsi ileykə, va fəvvadtu əmri ileykə, va vaccəhtu vachi ileykə, va əlcətu zahri ileykə, rağbətən va rahbətən ileykə, lə məlcəə va lə məncə minkə illə ileykə, əməntu bikitəbikə-l-ləzi ənzəltə va bi nəbiyyikə-l-ləzi ərsəltə» (Allahım! Nəfsimi Sənə təslim etdim. İşimi Sənə həvalə etdim. Üzümü Sənə çevirdim. Sənə ümid edərək və Səndən qorxaraq Sənə kürəyimi çevirərək Sənə arxalandım. Sənə pənah gətirmək və Səndən çəkinmək ancaq Sənə üz çevirməkdədir. Endirdiyin Kitaba və göndərdiyin Peyğəmbərə iman gətirdim).

* – Allahın rəsulu (s.ə.v) bunu söyləyən kəsə demişdir: «Əgər bunu deyib ölsən, müsəlman kimi öləcəksən».

(1) əl-Buxari, izahlı nəşri, 9/62; Müslim, 4/1723.
(2) əl-Buxari, izahlı nəşri, 4/487.
(3) əl-Buxari, izahlı nəşri, 9/94; Müslim, 1/554.
(4) əl-Buxari, 11/126; Müslim, 4/2084.
(5) Müslim, 4/2083; Əhməd, öz sözləri ilə, 2/79; İbn əs-Sünni. «Əməl əl-yövm və əl-leylə», №721.
(6) Əbu Davud, 4/311; bax: ət-Tirmizi, dəqiq. nəşri, 3/143.
(7) əl-Buxari, izahlı nəşri, 11/113; Müslim, 4/2083.
(8) əl-Buxari, izahlı nəşri, 7/71; Müslim, 4/2091
(9) Müslim, 4/2084.
(10) Müslim, 4/2085.
(11) Əbu Davud, 4/317; və bax: ət-Tirmizi, dəqiq. nəşri, 3/142.
(12) ət-Tirmizi və ən-Nəsai; bax: «Səhih əl-cami», 4/255.
(13) əl-Buxari, izahlı nəşri, 11/113; Müslim, 4/2081.

Müsəlmanın Qalası kitabından


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
möminäTarix: Çərşənbə axşamı, 30.06.2009, 01:46 | Yazı # 5
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
VDƏN ÇIXARKƏN EDİLƏN ZİKR
16. [Bismilləh, təvəkkəltu aləllahi və lə həulə və lə quvvətə illə billəh]
«Allahın adı ilə! Allaha təvəkkül etdim. Qüdrət və güc yalnız Allahdadir!»

17. [Allahummə inniy əuzu bikə ən ədıllə, əu udallə, əu əzillə, əu uzəllə, əu əzlimə, əu uzləmə, əu əchələ, əu yuchələ aleyyə]

«Allahım! Doğru yoldan azmaqdan və ya azdırılmaqdan, çaşmaqdan və ya çaşdırılmaqdan, zülm etməkdən və ya zülmə məruz qalmaqdan, cahil olmaqdan və ya mənə qarşı cahillik edilməsindən Sənə sığınıram».


ALLAH BIZLÄRI GORUSUN
 
möminäTarix: Çərşənbə axşamı, 30.06.2009, 02:09 | Yazı # 6
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
Yeməkdən sonra edilən dua

1.Ənəsdən(Allah ondan razı olsun)rəvayət olunur ki, Peyğəmbər(ona və ailəsinə Allahın xeyir duası və salamı olsun)buyurmuşdur:
“Kim yeməkdən sonra -ƏlhƏmdu Lilləhilləzi ə`təməni həzə va razaqanihi min ğeyri havlin minni valə quvvatin-( Bunu mənə
yedizdirən və ruziləndirən Allaha həmd olsun)deyərsə onun keçmiş günahları
bagişlanar”
(Tirmizi və İbn Macə)

Fərz namazından sonra edilən ziklər

2.Əbu Hureyrədən rəvayət olunur ki, Peyğəmbər (sav) buyurmuşdur:
Kim hər fərz namazından sonra 33 dəfə Sübhənallah,33 dəfə əlhəmdu
lillah,33 dəfə Allahu əkbər deyər ,yüzüncünü lə iləhə illəllahu vahdəhu
lə şərikə ləhu ləhul mulku va ləhul həmdu va huva alə kulli şey`in sözü ilə tamamlayarsa demekle tamamlayarsa , onun günahları dənizlərin köpükləri qədər olsa belə bağışlanar.


ALLAH BIZLÄRI GORUSUN
 
möminäTarix: Çərşənbə axşamı, 30.06.2009, 02:17 | Yazı # 7
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
YUXUDAN OYANARKƏN EDİLƏN ZİKRLƏR
1.[Əlhəmdulilləhil-ləzi əhyanə bə'də mə əmatənə və ileyhin-nuşur.]

«Bizi öldürdükdən sonra dirildən Allaha həmd olsun. (Ölüb dirildikdən sonra isə) qayıdış Onadır».

2. [Lə ilahə illəllahu vəhdahu lə şərikə ləhu, ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qadir, subhanallahi, vəlhəmdulilləhi, və lə ilahə illallahu, vəllahu Əkbər, və lə həulə və lə quvvətə illə billəhil-aliyyil-azim, rabbiğfir liy]

«Allahdan başqa məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir. Allah pak və müqəddəsdir. Həmd Allahadır. Allahdan başqa məbud yoxdur. Allah ən Böyükdür. Qüdrət və güc yalnız Uca və Böyük Allahdadir! Ey Rəbbim məni bağışla!»

3. [Əlhəmdulilləhil-ləzi afəniy fi cəsədiy, və raddə aleyyə ruhiy, və əzinə liy bizikrihi]

«Bədənimə salamatlıq verən, ruhumu mənə qaytaran və mənə Onu yad etməyə izin verən Allaha həmd olsun!»


ALLAH BIZLÄRI GORUSUN
 
möminäTarix: Çərşənbə axşamı, 30.06.2009, 02:24 | Yazı # 8
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
. AYAQYOLUNA GİRƏRKƏN EDİLƏN DUA
10. [Bismilləh] [Allahummə inniy əuzu bikə minəl-xubsi vəl-xəbais]
«(Allahın adı ilə!) Allahım, pislikdən və pis əməllərdən (erkək və dişi cinlərdən) Sənə sığınıram!»

7. AYAQYOLUNDAN ÇIXARKƏN EDİLƏN DUA
11. [Ğufranəkə]
«(Allahım!) Məni bağışla!»


ALLAH BIZLÄRI GORUSUN
 
möminäTarix: Şənbə, 04.07.2009, 02:16 | Yazı # 9
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
AXIRINCI TƏŞƏHHÜDDƏN SONRA, SALAMDAN QABAQ EDİLƏN DUA
55. [Allahummə inniy əuzu bikə min əzabil-qabri, və min əzabi Cəhənnəmə, və min fitnətil-məhyə vəl-məmati, və min şərri fitnətil-məsihid-dəccal]

«Allahım! Qəbir əzabından, Cəhənnəm əzabından, həyatın və ölümün fitnəsindən, dəccal məsihin fitnəsinin şərindən Sənə pənah aparıram!»

56. [Allahummə inniy əuzu bikə min əzabil-qabri, və əuzu bikə min fitnətil-məsihid-dəccal, və əuzu bikə min fitnətil-məhyə vəl-məmati. Allahummə inniy əuzu bikə minəl-mə'səmi vəl-məğrami]

«Allahım! Qəbir əzabından Sənə sığınıram. Dəccal məsihin fitnəsindən Sənə sığınıram. Həyatın və ölümün fitnəsindən Sənə sığınıram. Allahım! Günahdan və cərimədən (borcdan) Sənə sığınıram».

57. [Allahummə inniy zaləmtu nəfsiy zulmən kəsiyran, və lə yəğfiruz-zunubə illə ənt, fəğfir liy məğfiratən min indikə vərhəmniy, innəkə əntəl-ğafurur-rahim]

«Allahım! Mən özümə çoxlu zülm etdim. Günahları yalnız Sən bağışlayırsan. Özün günahımdan keçməklə məni bağışla və mənə rəhm et. Həqiqətən, Sən Bağışlayansan, Rəhmlisən!»

58. [Allahummə-ğfir liy mə qaddəmtu, və mə əxxartu, və mə əsrartu, və mə ə'ləntu, və mə əsraftu, və mə əntə ə'ləmu bihi minniy. Əntəl-muqaddimu, və əntəl-muəxxiru, lə illəhə illə ənt]

«Allahım! Əvvəl etdiyim və sonra edəcəyim, gizlin saxladığım və üzə çıxardığım, xəta etdiyim və məndən daha yaxşı bildiyin (pis) əməllərimi bağışla! Əvvələ çəkən də Sənsən, təxirə salan da Sənsən. Səndən başqa məbud yoxdur».

59. [Allahummə əınniy alə zikrikə, və şukrikə, və husni ibadətikə]

«Allahım! Səni zikr etmək, Sənə şükür etmək və Sənə gözəl tərzdə ibadət etmək üçün mənə yardım et!»

60. [Allahummə inniy əuzu bikə minəl-buxli, və əuzu bikə minəl-cubni, və əuzu bikə min ən uraddə ilə ərzəlil-umri, və əuzu bikə min fitnətid-dunya və əzabil-qabr]

«Allahım! Xəsislikdən Sənə sığınıram. Qorxaqlıqdan Sənə sığınıram. Qocalığın ən düşkün çağına çatmaqdan Sənə sığınıram. Dünyanın fitnəsindən və qəbir əzabından Sənə sığınıram!


ALLAH BIZLÄRI GORUSUN
 
medineTarix: Bazar, 05.07.2009, 01:34 | Yazı # 10
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Uca Allahı Çox Zikr Edirsinizmi?

İbadətlərdən sonra Allah c.c bizə onu zikr etməmizi əmr etmiş və zikr edənləri öymüşdür. Bunun əvəzində böyük savab vəd etmişdir.
Allah c.c belə buyurur:
“Namazı bitirdikdən sonra ayaq üstə olanda da, uzananda da, Allahı zikr edin...” (Ən-Nisa: 4/103.)

“Həcc ibadətinizi qurtardıqda, ata-babalarınızı yada saldığınız kimi, hətta ondan daha da artıq Allahı yad edin...”(Əl-Bəqərə: 2/200.)

“(Həcc mövsümündə) Rəbbinizdən ruzi istəmənizdə hər hansı bir günah yoxdur. Ərafatdan endiyiniz zaman Məşərulharamda Allahı zikr edin...” (Əl-Bəqərə: 2/198. )

“...Məlum günlərdə Allahın onlara ruzi olaraq verdiyi heyvanları qurban kəsərkən Onun adını zikr etsinlər.” (Əl-Həcc: 22/28.)

“... Bəlli olan günlərdə Allahı zikr edin... ”(Əl-Bəqərə: 2/203.)

“...Məni anmaq üçün namaz qıl.”(Ta-Ha: 20/14.)

“Ey iman gətirənlər! Allahı çox zikr edin! Onu səhər axşam təsbih edin!” (Əl-Əhzab: 33/41-42.)

“Ey iman gətirənlər! Allahı çox zikr edin! Onu səhər axşam təsbih edin!”
Rəsulullah (səlləllahu əleyhi və səlləm) belə buyurur:
“Təşriq günləri (bayramlarda təkbirlərin gətirildiyi günlər) yemək, içmək, Allahı zikr etməkdir.”
(Muslim: Oruc: 23.)

“Duaların ən xeyirlisi ərafa gününün duasıdır. Mənim söylədiyim və məndən öncəki peyğəmbərlərin söylədikləri ən xeyirli şey budur: Allahdan başqa ibadətə layiq ilah yoxdur, təkdir, şəriki yoxdur. Mülk yalnız Onundur. Həmd yalnız Onadır və O hər şeyə qadirdir.” (Tirmizi: Dəvət: 133, Muvatta: Quran: 32.)

“Ləə iləhə illəllah” zikrlərin ən fəzilətlisidir. Bu kəlmənin zikrlər arasında yeri çox böyük olduğundan mənası və şərtləri bilinib, tələbləri yerinə yetirilməlidir. Bu kəlməni sadəcə dillə söyləmək yetərli deyil.
Allahdan c.c bizi və sizi “Ləə iləhə illəllahın” mənasını bilənlərdən, gizli və açıq bütün hökmlərini yerinə yetirənlərdən və Ona bağlananlardan etməsini diləyirik.


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
Forum » İslam » Müxtəlif məsələlər » Zikr etmek.
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2020 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru