[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Müxtəlif məsələlər » Missionerlik nədir? (Mission)
Missionerlik nədir?
LANDMARKTarix: Cümə axşamı, 23.10.2008, 01:21 | Yazı # 1
Qrup: Etibarlı
Yazı: 17
Reputasiya: 0
Status: Saytda deyil
Kilsə sənədlərində missionerliyin kilsənin təməllərinə məxsus əsas vəzifə olduğu vurğulanır. Belə ki, Tanrının dünya ilə bağlı qurtuluş planında kilsənin üzərinə qoyulan əsas vəzifə bədənləşən Oğulun (İsa Məsihin) missiyasının davam etdirilməsidir (Bk.J.Neuner, J.Dupuis (ed.), The Christian Faith in the Doctrinal Documents of the Catholic Church, (Revised Edition) London: Collins 2001, səh. 301). Dolayısı ilə kilsə üçün missionerlik vəzifəsi dünyada davam edən nizamın yekunlaşacağı, bütün səlahiyyət və hakimiyyətlərin Tanrıya təhvil veriləcəyi esxatoloji sona (yəni, İsa Məsihin ikinci dəfə dünyaya gələrək Tanrının iradəsini tamamilə dünyada hakim edənə) qədər davam etdirilməlidir.Elə isə müəyyən bir kilsəyə bağlı olan, yaxud da müstəqil təşkilatlarda çalışan və kilsənin əsas vəzifəsini icra edən missionerlər tərəfindən həyata keçirilən bu missiya nədir?

Latın dilində "missio" terminindən əmələ gələn missiya sözünün hərfi mənası "vəzifə" və "səlahiyyət" deməkdir. Bu kəlmədən törəyən "missioner" sözü isə "vəzifəli olan şəxs" deməkdir. Kilsə tərəfindən rəsmi şəkildə vəz vermək üçün vəzifələndirilməyi ifadə edən "missiya" sözü xristianlığın ilkin dövrlərində Ata tərəfindən Oğulun, Ata və Oğul tərəfindən isə Müqəddəs Ruhun göndərilməsi ilə bağlı Ata-Oğul-Müqəddəs Ruh üçlüyünə əsaslanan təslis təliminin daşıdığı teoloji məna ilə yanaşı, XVI əsrdən etibarən cizvitlər tərəfindən xüsusi mənada istifadə edilməyə başlanmışdır (E.Hillman, The Church as Mission, London 1966, səh. 36).
XVI əsrdə İqnatius Loyola tərəfindən xristian xalqların yaratdığı müstəmləkə koloniyalarına kilsənin vəzifələndirdiyi adamların göndərilməsini ifadə etmək üçün işlədilən "missiya" və "missioner" (missionary) sözləri koloniyalaşdırılan müstəmləkələrin xristianlaşdırılması mənasında işlədilmişdir.
Xristianlığın yerlilər arasında yayılması məqsədilə Katolik kilsəsi tərəfindən vəzifələndirilən kilsə nümayəndələri "missioner", onların getdikləri ölkələr isə "missiya ölkələri" adlandırılmışdır (D.J.Bosch, Transforming Mission, Paradigm Shifts in Theology of Mission, New York 1991, ss. 227-229). Xristian missionerliyinin teoloji əsaslarından və dəyərləndirilməsindən bəhs edən elmi sistem "missiya teologiyası", bütövlükdə missionerliklə əlaqəli bütün fəaliyyətləri tədqiq edən elm sahəsi isə "missiologiya" (missiology) adlandırılmışdır. Missiologiya təlimini əsas qəbul edən sahələr Qərb ölkələrindəki əksər universitetlərdə tədris olunur. Son vaxtlar xristian missionerliyi ilə əlaqəli olaraq missiya və missionerlik ifadələrindən başqa, müxtəlif sözlər də işlədilir. Bu sözlərin istifadə edilməsinin əsas səbəbi missiya və missionerlik düşüncələrinin xristian olmayan xalqlarda mənfi imic formalaşdırmasıdır. Həmin xalqların tarixdə yaşadıqları təcrübələrdə missionerlik imperializmi, müstəmləkəçiliyi, təzyiqi, zülmü, qərblilərin hegemonluğunu və onların bu tip davranışlarını ifadə edir. Müasir missioner xristianlar həmin ifadənin yaddaşlarda qalan mənfi çalarını xristianlığın yayılmasının qarşısında bir maneə kimi gördüklərindən bu problemi aradan qaldırmaq üçün, yenə mənbəyini xristian təlimindən və müqəddəs kitabdan götürən yeni fikirlərdən istifadə etməyə başlamışlar. Ümumiyyətlə, bu ifadələrin hamısı missionerliyin sinonimi kimi işlədilir və (məsələn, bunların arasında ən çox istifadə edilən "yevangelizm" və "yevangelizasiya") xüsusilə də xristian mesajının, təliminin insanlara çatdırılmasını əsas qəbul edir. Həmçinin, "şahidlik" (witnessing), "şəhidlik" (martyria) və "müraciət" (proclamation) sözləri də xüsusi mənada xristian mesajını bu dinə mənsub olmayan xalqlar arasında təmsil və təbliğ etməyi ifadə edir. Eyni zamanda, ərəb dilində missionerlik fəaliyyətləri ilə əlaqəli olaraq, "tənsir" sözünün əvəzinə "təbşir" kəlməsini işlətməyə çalışırlar. Çünki missionerlər "tənsir" sözünün müsəlmanlar tərəfindən açıq-aşkar xristianlaşdırmaq kimi qəbul edildiyinə, "təbşir"in isə şahid olmaq və paylaşmaq kimi loyal məna verdiyinə inanırlar. Bundan başqa, işlədilən "proselitizm" ifadəsi isə insanları xristianlığa alışdırmaq üçün müxtəlif maddi və mədəni vasitələri istifadə etmək mənasında istifadə edilir.

Professor Şinasi GÜNDÜZ

Bərkidilib: 1045088.jpg (3.9 Kb)


İnsanların haqq-hesab vaxtı (qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər. (Qiyamət insanlar üçün nə qədər uzaq isə, Allahın dərgahında bir o qədər yaxındır. Fani dünyaya, şan-şöhrətə olan meyl, varlanmaq həvəsi insanların başını elə qatmışdır ki, qiyamət günü barəsində əsla fikirləşmirlər). Enbiya-1
 
Forum » İslam » Müxtəlif məsələlər » Missionerlik nədir? (Mission)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru