[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Müxtəlif məsələlər » CUME NAMAZI! (cume gununuz mubarek!)
CUME NAMAZI!
Ema777Tarix: Cümə, 12.09.2008, 11:22 | Yazı # 1
Qrup: Etibarlı
Yazı: 58
Reputasiya: 3
Status: Saytda deyil
CUMEYE TELES

Ey iman gətirənlər!
Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!
Namaz qılınıb qurtardıqdan sonra yer üzünə dağılın və Allahın lütfündən ruzi diləyib axtarın! (Yenə öz işinizə qayıdın!) Və Allahı çox zikr edin ki, nicat tapıb səadətə qovuşasınız! (Hər iki dünyada muradınıza yetişəsiniz!)
(Əl-Cümə surəsi: 9-10).
Gecə gündüzün bir-birini ötüb keçməsini ağıl sahiblərinə ibrət edən Allaha həmdi sənalar olsun. Onun tükənməyən nemətlərinə şükr edirəm. Peyğəmbərlərin və rəsulların ən şərəflisi Məhəmmədə, onun ailəsinə və əshabına salat və salam deyirəm.
Bütün xalqlar öz bayramlarını qeyd etməkdədirlər. Bu bayramların gəlişi və onların adlarının sadalanması hamını sevindirir. İslam ümmətinin də öz bayramları vardır. Bu bayramlardan biri də cümə günüdür. Bu həftəlik bayram, yalnız İslam ümmətinə xasdır. Yahudi və xaçpərəstlərə bu günü seçmək qismət edilməmişdir. Peyğəmbər (s.a.v.) buyurur:
"Allah bizdən əvvəlki ümmətləri bu günü seçməkdən yayındırmışdır. Yəhudilər şənbə, xaçpərəstlər isə bazar gününü seçmişdilər. Bizi isə Allah təalə cümə gününü seçməyə müvəffəq etdi. Sonra həftənin günlərinin tərtibini cümə, şənbə və bazar günləri etdi. Həmçinin onlar Qiyamət günündə də bizdən sonra (haqq-hesab) olacaqlar. Biz dünyanın sonuncu ümməti, axirətdə isə ilk haqq-hesab olunacaq ümmətik" (Müslim rəvayət etmişdir). Peyğəmbər (s.a.v.) cümə günü haqda buyurmuşdur:
"Üzərinə günəş i n doğduğu ən xeyirli gün Cümə günüdür"(Müslim rəvayət etmişdir). Ona görə də hər birimiz bu günün qədrini və xüsusiyyətlərini bilməliyik ki, bu günü ibadət və itaətlə, çoxlu dua etmək və Peyğəmbərə (s.a.v.) salavat deməklə keçirək. İbn əl-Qeyyim (r.a.) "Zədul Məad" adlı kitabında deyir:
"Bu günü əziz, şərəfli tutmaq, bu günü digər günlərdən fərqli olaraq bəzi ibadətlərlə xüsusiləşdirmək Peyğəmbərin (s.a.v.) yolundan və hidayətindən idi. Hətta alimlər Cümə yaxud Ərəfat günlərinin hansının daha əfzəl olmasında ixtilaf etmişlər..." Sonra İbn əl-Qeyyim bu gün üçün 30-dan çox özəllik sadalamışdır və biz də onların bəzilərini qeyd edəcəyik:

1. Bu gün təkrarlanan bayramdır. Yəhudi və xaçpərəstlərə zidd olaraq bu gündə oruc tutmaq haramdır. Həmçinin bu gündə oruc tutmağın qadağan olma səbəblərindən namaz, dua və s. ibadətlərin layiqincə yerinə yetirilməsidir.
2. Bu gün "Məzid" (daha artıq mənasındadır.) günüdür. Bu gündə Allah təalə Özünü cənnətdə Möminlərə göstərəcəkdir. Allah təalə buyurur:
"Dərgahımızda isə ondan artığı mövcuddur!" (50: 35). Ənəs ® deyir:
"Allah təalə hər cümə günü Özünü möminlərə göstərəcəkdir".
3. Cümə günü günlərin ən xeyirlisidir. Peyğəmbər (s.a.v.) buyurur:
"Üzərinə günəş i n doğduğu ən xeyirli gün Cümə günüdür"(Müslim rəvayət etmişdir).
4. Bu gündə duaların qəbul olunan bir vaxtı vardır.
Peyğəmbər (s.a.v.) buyurub:
"Bu gündə elə bir saat vardır ki, həmən vaxt hər hansı müsəlman bəndə dayanaraq namaz qılar və Allahdan istəyərsə istədiyi ona verilər" sonra Peyğəmbər (s.a.v.) əli ilə işarə edib bu vaxtın azlığını bildirirdi. (Buxari və Müslim rəvayət emişdir).
5. Bu gündə yaxşı işlər görməyin fəziləti: Peyğəmbər (s.a.v.) buyurub:
"Kim bir gündə bu beş əməli: - xəstəyə baş çəkər, cənazə arxasınca gedər, oruc tutar, cüməyə gedər və bir qul azad edərsə Allah onu Cənnət əhlindən edər." (Albani "Silsilətus Sahihə" kitabında bu hədisin səhih olduğunu qeyd etmişdir. Rəqəm: 1033). Hədisdə deyilən Cümə günü oruc tutmağın mənası yəni, hansına orucu tutanda bu günə təsadüf etməsi deməkdir.
6. Qiyamət bu gündə qopacaqdır. Peyğəmbər (s.a.v.) buyurur:
"Qiyamət yalnız Cümə günündə qopacaqdır" (Müslim rəvayət etmişdir).
7. Bu gün günahlar bağışlanan gündür. Salman ® Peyğəmbərin (s.a.v.) belə buyurduğunu deyir:
"Hər hansı bir insan cümə günü qüsl alar (çimər), bacardığı qədər təmizlənər, saçını yağlayar (Qeyd: əvvəllər saça yağ sürtərdilər), imkanı catdığı qədər ətirlənər, sonra (evindən) çıxar və iki nəfəri ayırmaz (yəni, ön tərəfə keçmək üçün camaatın arasından keçməz), lazım olan qədər namaz qılar və İmam xütbə verdiyi zaman susarsa onun olduğu cümə ilə qarşıdakı cümə arasında olan günahları bağışlanar" (Buxari rəvayət etmişdir).
8. Cümə namazına getməyin savabı çoxdur. Peyğəmbər (s.a.v.) buyurub: "Kim cümə günü ailəsi ilə yaxınlıq edər sonra qüsl alar (çimər), səhər erkəndən çıxıb tez piyada məscidə gedər, imama yaxın oturar, onu dinləyər və artıq heç bir hərəkət etməzsə onun atdığı hər addıma görə bir illik namaz və oruclu ilin savabı yazılar"(Tirmizi rəvayət etmişdir).
9. Bir cümə, digər cüməyə qədər və əlavə üç günün günahlarının bağışlanmasına səbəbdir. Peyğəmbər (s.a.v.) buyurur:
"Kim qüsl alar və cümə namazına gələr, lazımı qədər namaz qılar, sonra xütbə bitənə qədər sakit durar və imamla namaz qılarsa onun digər cüməyə qədər və əlavə üç günün günahları bağışlanar" (Müslim rəvayət etmişdir).
10. Cümə günü və ya gecəsi ölmək yaxşı xatimənin (sonluğun) əlamətlərindəndir. Peyğəmbər (s.a.v.) buyurur:
"Kim cümə günü və ya gecəsi vəfat edərsə qəbir əzabından qorunar" (Əhməd rəvayət etmişdir).
11. Bu gündə verilən sədəqə digər günlərdə verilən sədəqədən daha yaxşıdır. İbn əl-Qeyyim (r.a.) deyir: Ramazan ayında sədəqə vermək digər aylarda sədəqə verməkdən daha xeyirli olduğu kimi, bu gündə verilən sədəqə də həftənin digər günlərində verilən sədəqədən daha yaxşıdır. Mən şetxulislam İbn Teymiyyəni (r.a.) cüməyə gedərkən evində olanlardan: çörək və s. götürüb yolda gizli sədəqə verdiyini görürdüm... Cümə gününün bundan da çox üstünlükləri mövcuddur. Hətta onun bir üstünlüyü olasaydı, artıq bununla onun qədrini bilmək və bu gündə yaxşı əməl görmək üçün kifayət edərdi. Bəs bu günün dediyimiz qədər üstünlükləri olduğu halda onu necə dəyərləndirmək lazımdır...?!
Müsəlman qardaş! Sən cümə namazını deyildiyi qaydada qılıb məsciddən çıxdıqdan sonra inşallah lazım olan savabı qazanmısan.
Qeyd: Əziz qardaş! Məsciddə olarkən cib telefonunu söndürməyi unutma. Həmçinin cümə namazı vaxtı telefonla danışmaq, kiməsə işarə etmək, alış-veriş etmək olmaz. Bəzi qardaşlar azan verildikdə, yaxud azandan sonra məscidin ətrafında ticarət edirlər. Bu böyük xətalardandır. İmam minbərə çıxıb salam verdikdən sonra artıq imamı dinləmək üçün hazırlaşmaq lazımdır və bu vaxt ərzində də danışmaq olmaz.
Allah bizləri bu günün kamil savabına nail olanlardan etsin.....Amin!

Sözümün sonunda Allahdan, bizləri və sizləri Ona layiqincə ibadət edənlərdən etməsini diləyirəm. Peyğəmbərimiz Məhəmmədə (s.a.v.), onun ailəsi və bütün əshabına salat və salam olsun!

CUME GUNUNUZ MUBAREK!


 
AisaTarix: Cümə, 12.09.2008, 23:05 | Yazı # 2
MÜSƏLMAN-BACİ
Qrup: İdarəçilər
Yazı: 33
Reputasiya: 2
Status: Saytda deyil
Allah razı olsun, Ema bacı.
son günlər məndə şübhə yaranıb, "Cümə" surəsində iman gətirənlərə müraciət olunur, təkcə kişilərə yox, biz isə deyirik ki, hədislərə görə qadınlara cümə namazı vacib deyil.
bu hədislər Qurana zidd sayılmırlar ki? əgər bu hədisləri bilən varsa, mənbəsi ilə yazsın, Allah rizası üçün.


(Ya Rəsulum!) İnsanları hikmətlə (Qur’anla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (islama) də’vət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!
Nəhl surəsi, 125
 
Ema777Tarix: Çərşənbə axşamı, 16.09.2008, 13:40 | Yazı # 3
Qrup: Etibarlı
Yazı: 58
Reputasiya: 3
Status: Saytda deyil
Niyə cümə namazı kişilərə fərzdir?

Cümə namazının bir kimsəyə fərz olması üçün beş vaxt namazdan fərqli olaraq aşağıdakı şərtlərin olması şərtdir: Cabir b. Abdullahdan gələn bir rəvayətə görə Hz. Peyğəmbər (ƏS) belə buyurur: “Allaha və axirət gününə inananlara cümə namazı fərzdir (vacibdir). Ancaq yolçu, kölə, uşaq, qadın və xəstələr bundan müstəsnadır.” (Əbu Davud, Salat, 208,209, I, 644 H no: 1067; İbn Həcər, Təlxisül-Xabir, IV, 603)
Kişilər kimi Qadınlara da fərz olmamasının səbəbi qadınlar evdar və ana özəlliyi daşıdığı üçün hər zaman evdən çıxa bilmirlər. Birdə qadınların ayda bir dəfə adət görməsi də cümə namazının onlara fərz olmamasının dəlildir. Ancaq peyğəmbərimiz qadınlara cümə və bayram namazını imkanları daxilində camaatla qılmalarını təşviq edib.

Добавлено (16.09.2008, 13:40)
---------------------------------------------
CÜMƏ NAMAZI
Cümə namazının əhəmiyyəti

Allahu təala Cümə gününü müsəlmanlara məxsus etmişdir. Cümə günü günorta vaxtında, Cümə namazını qılmaq, Allahu Taalanın əmridir.

Allahu Taala, Cümə surəsində tərcümə olaraq buyurur:

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir! Namaz başa çatdıqdan sonra yer üzünə dağılıb Allahın lütfünü axtarın və Allahı çox zikr edin ki, bəlkə nicat tapasınız. Onlar ticarət və ya əyləncə gördükləri zaman dağılışıb ona tərəf qaçdılar və səni minbərdə ayaq üstə olduğun halda tərk etdilər. De: "Allah yanında qazanacağınız savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ən yaxşı ruzi verəndir". /CÜMƏ 9.10.11/

Namazdan sonra, istəyən işinə gedər işləyər, istəyən məsciddə qalıb namaza, ibadətə davam edər. Cümə namazı vaxtı alış-veriş günahdır.

Peyğəmbərimiz "Sallallahu Əleyhi və Səlləm" müxtəlif hədis-i şəriflərində buyurur:

“Bir müsəlman, Cümə günü qüsul dəstəmazı alıb, Cümə namazına gedərsə, bir həftəlik günahları bağışlanar və hər addımı üçün savab qazanar”.
“Cümə namazını qılmayanların qəlbini Allahu Taala möhürləyər”
“Bir kimsə mane yox ikən, üç Cümə namazını qılmasa, Allahu Taala, ürəyini möhürləyər”
“Cümə namazından sonra bir an vardır ki, möminin o anda etdiyi dua rədd olmaz”
“Cümə namazından sonra, yeddi dəfə İxlas və Mu'avvizeteyn yəni Felaq Nas surələrini oxuyanı Allahu təala, bir həftə qəzadan, bəladan və pis işlərdən qoruyar”
“Şənbə günü yəhudilərə, Bazar günü nəsaraya (xristianlara) verildiyi kimi, Cümə günü də Müsəlmanlara verilib. Bu gün, Müsəlmanlara xeyr, bərəkət, yaxşılıq var”

Cümə günü edilən ibadətlərə, başqa gündə edilənlərin, ən az iki qatı savab verilər. Cümə günü işlənən günahlar da iki qat yazılar.

Cümə Namazının Şərtləri

1 – Yerinə yetirilmə şərtləri,
2 - Vaciblik şərtləri.

Cümə namazının düzgün yerinə yetirilməsi üçün 7 şərt var.
1 - Namazın şəhər və şəhər tipli qəsəbədə qılınması. (Kəndlərdə yaşayanlara cümə namazı vacib deyil, ancaq qılına da bilər)
2 – Cümə namazı dövlət rəsmiləri tərəfindən vəzifələndirilən şəxs tərəfindən qıldırılmalıdır.
3 - Cümə namazı zöhr namazının vaxtında qılınmalıdır.
4 - Cümə namazında xütbə oxunmalıdır. (Moizə və ya həftəlik hesabat)
5 - Xütbə namazdan əvvəl oxunmalıdır.
6 - Cümə namazını camaat ilə qılmaq. (Fərdi olaraq cümə namazı qılına bilməz)
7 - Cümə namazı qılınan yer hamıya açıq olmalıdır.

Cümə namazının vacib olması üçün 9 şərt var.

1 - Səfərdə olmamaq. (Yolçulara vacib deyil)
2 - Sağlam olmaq. (cümə namazı xəstəyə, taqətsiz qocalara və xəstəyə baxan səhiyyə işçilərinə vacib deyil)
3 - Azad olmaq. (cümə namazı qulara və əsirlərə vacib deyil)
4 - Kişi olmaq. (cümə namazı qadınlara vacib deyil)
5 - Ağıllı və yetişkin olmaq. (cümə namazı uşaqlara və dəlilərə vacib deyil)
6 - Kor olmamaq. (Gözü görməyən biri başqasının dəstəyi ilə cümə namazına gedə bilər, amma bu ona vacib deyil)
7 - Ayaqları olmaq.
8 - Həbsdə olmamaq.
9 - Hava şərtlərinin uyğun olması.

Cümə Gününün Ədəbləri:

1 - Cümə gününü cümə axşamı günündən qarşılamaq.
2 - Cümə günü qüsul dəstəmazı almaq.
3 - Təraş olmaq, dırnaqları kəsməkvə təmiz paltar geyinmək.
4 - Cümə namazına mümkün olduğu qədər erkən getmək.
5 - Ön sıraya keçmək üçün, camaatı narahat etməmək.
6 - Məsciddə namaz qılanın qarşısından keçməmək.
7 - İmam minbərə çıxdıqdan sonra heç bir şey deməmək, danışana işarələ belə cavab verməmək və azanı təkrarlamaq.
8 - Cümə namazından sonra Fatihə, Kafirin, İxlas, Felak və Nas surələrini yeddi dəfə oxumaq.
9 - Cümə gününü ibadətlə keçirmək.
10 - Cümə günü çoxlu salavat-ı şərif oxumaq.
11 - Quran-ı kərim oxumaq. (Kəhf surəsi oxunmalıdır)
12 - Sədəqə vermək.
13 - Ana-atanı və ya qəbirlərini ziyarət etmək.
14 - Çox namaz qılmaq. Qəzaya qalmış namazı olanlar, qəza namazı qılmalıdır.


 
medineTarix: Bazar, 17.05.2009, 01:29 | Yazı # 4
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
ABDULLAH IBN ÖMÄR VÄ ÄBU HUREYRÄDÄN REVAYÄT OLUNUR KI, ONLAR ALLAH ELCISININ MINBÄRIN ÜSTÜNDÄ DURARAK BELÄ DEMÄSINI ESITMISDILÄR: "INSANLAR GÄRÄK CÜMÄ NAMAZLARINA LAGEYD MÜNASIBÄT BÄSLÄMÄKDÄN ÄL CÄKSINLÄR, ÄKS-HALDA ALLAH TÄALA ONLARIN GÄLBLÄRINI MÖHÜRLÄYÄCÄK VÄ ONLARDA GAFILLÄRDÄN OLACAGLAR" (HÄDISI MÜSLIM RÄVAYÄT ETMISDIR) SÄHL IBN SÄDIN BELÄ DEMÄSI RÄVAYÄT OLUNUR:"YALNIZ CÜMÄ NAMAZINDAN SONRA DINCÄLÄR VÄ NAHAR EDÄRDIK"( HÄDISI BUXARI VÄ MÜSLIM RÄVAYÄT ETMISDIR MÄTB MÜSLÜMÄ AIDIR)

ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
ElmanTarix: Bazar, 21.11.2010, 08:12 | Yazı # 5
Qrup: İstifadəçi
Yazı: 1
Reputasiya: 0
Status: Saytda deyil
Salam aleykum. Qardaşlar yəqin cümə günü xütbələrinin də oz qaydası var. Əgər orada ümmətin problemlərindən və onun həlli yollarından danışılmırsa, boş rəsmiyyətçiliyə nə ehtiyac var?
 
SelefTarix: Bazar, 21.11.2010, 22:45 | Yazı # 6
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
Quote (Elman)
Salam aleykum. Qardaşlar yəqin cümə günü xütbələrinin də oz qaydası var. Əgər orada ümmətin problemlərindən və onun həlli yollarından danışılmırsa, boş rəsmiyyətçiliyə nə ehtiyac var?

VA ALEYKUM SALAM,, QARDASHIM UMUMEN UMMETIN PROBLEMLERI ILE HER ZAMAN MARAQLANMAQ LAZIMDIR TEK CUME GUNU YOX,, CUME GUNU ALLAHIN EMR ETDIYI NAMAZA TELESMEK LAZIMDIR.. EHTIYYAC SUALI ISE ARTIQ IDI !!! CUME VACIBDIR,,,



(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
SelefTarix: Bazar, 21.11.2010, 22:49 | Yazı # 7
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
Ey iman gətirənlər!
Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!
Namaz qılınıb qurtardıqdan sonra yer üzünə dağılın və Allahın lütfündən ruzi diləyib axtarın! (Yenə öz işinizə qayıdın!) Və Allahı çox zikr edin ki, nicat tapıb səadətə qovuşasınız! (Hər iki dünyada muradınıza yetişəsiniz!)
(Əl-Cümə surəsi: 9-10)



(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
Muslimah_92Tarix: Cümə, 01.06.2012, 18:42 | Yazı # 8
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Assalamu aleykum va rahmatullahi va barakatuh!
Cumeniz mubarek demek olarmi?Bu bidet deyilmi?
 
Muslimah_92Tarix: Çərşənbə, 06.06.2012, 07:23 | Yazı # 9
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Cavab:

BƏLİ BİDƏTDİR


Yazını Muslimah_92 - Çərşənbə, 06.06.2012, 07:26
 
Forum » İslam » Müxtəlif məsələlər » CUME NAMAZI! (cume gununuz mubarek!)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2019 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru