[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 2 из 3
  • «
  • 1
  • 2
  • 3
  • »
Forum » İslam » Müxtəlif məsələlər » QADIN! (islamda qadin)
QADIN!
medineTarix: Çərşənbə, 24.06.2009, 05:39 | Yazı # 21
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Qadının cənnətdəki savabı

Sual: Mən Qurani Kərimi oxuyarkən bir çox ayələrdə görürəm ki, uca Allah kişilərdən olan mömin bəndələrini hədsiz gözəl hurilərlə müjdələyir. Bəs qadın üçün axirətdə ərinin əvəzi olacaqmı? Həmçinin cənnət nemətləri əksər hallarda mömin kişilərə vəd olunur. Bəs mömin qadının payı mömin kişinin payından az olacaq?

Cavab: Heç şübhəsiz axirət savabı kişilər və qadınlar üçündür. Uca Allah buyurur: “İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram...” “Mömin olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik.” “Mömin olmaqla bərabər, yaxşı işlər görən kişilər və qadınlar Cənnətə daxil olarlar. Onlara xurma çərdəyi qədər haqsızlıq edilməz!” “Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, ... üçün (axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat (Cənnət) hazırlamışdır!”. Uca Allah onların birlikdə cənnətə daxil olacaqlarını buyurmuşdur: “Onlar (mömin kişilər) və zövcələri kölgəliklərdə (yumşaq) taxtlara söykənmişlər.” “Siz də, zövcələriniz də sevinc içində Cənnətə daxil olun!” Uca Allah bu ayədə isə qadınların təkrar dirilişini qeyd edərək buyurur: “Şübhəsiz ki, Biz onları başqa cür yaradacağıq! Onları bakirə qızlar, Ərlərini sevən, həmyaşıdlar edəcəyik.”

Yəni uca Allah yaşa dolmuş qadınları yenidən dirildəcək və onları bakirə edəcək. Necə ki, qoca kişiləri cavan edəcək. Hədisdə deyilir ki, dünya qadınları etdikləri ibadət və ərlərinə itaətə görə hurilərdən üstün olacaqlar. Mömin qadınlar mömin kişilər kimi cənnətə daxil olacaqlar. Əgər hansısa qadın bir neçə dəfə ərə gedib və ərləri ilə birlikdə cənnətə daxil olubsa onlardan istədiyi birini, ən gözəl əxlaqlı olanını seçəcəkdir.

Abdullah ibn Abdurrahman ibn Cibrin


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
möminäTarix: Bazar, 28.06.2009, 21:03 | Yazı # 22
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
Müsəlman ailəsinin həyatı və xöşbəxtliyi, sakitliyi və rahatlığı Allahı zikr etməkdədir. Əbu Musa (r.a) Rəsulallahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: İçərisində Allahın zikr edildiyi ev ilə içərisində Allahın zikr edilmədiyi evin misalı, ölü ilə dirinin misalıdır. Bu hədisi, Muslim rəvayət edir. İbn Ömər (r.a) Peyğəmbərin (s.ə.s) belə buyurduğunu rəvayət edər: Namazlarınızdan bir qismini evlərinizdə qılın. Evlərinizi qəbrlərə çevirməyin. Bu hədisi Buxari, Muslim rəvayət edər. Əbu Hureyrə (r.a) Peyğəmbərin (s.ə.s) belə buyurduğunu rəvayət edər : Evlərinizi qəbrlərə çevirməyin. Şübhəsiz şeytan, içərisində Bəqərə surəsi oxunan evdən qaçar. Bu hədisi, Muslim rəvayət edir. Rəsulallah (s.ə.s) belə buyurur : Evlərinizdə namaz qılın. Çünki fərz namazları xaric, insanın qıldığı ən xeyirli namaz evindəkidir. Bu hədisi Buxari, Muslim Zeyd bin Sabit (r.a) kanalıyla rəvayət edər.

Bu hədislər, müsəlmanların evlərinin dirilməsinə, tövhid kəliməsi ilə (Lə iləhə illəllah - Allahdan başqa ilah yoxdur), təsbihlə (Sübhanallah), təkbirlə (Allahu Əkbər) və buna bənzər zikr növləri ilə Allahı zikr edərək onları nurlandırmağa, çoxlu nafilə namazı qılaraq onları canlandırmağa işarət edər. Evlər namazdan və zikrdən uzaq olarsa yüksək saraylar belə olsa qəbrlərə və viranələrə dönər. Allahın zikri edilməyən və Quran oxunmayan evlər şeytanların otlağıdır. O evlərdə oturanların bədənləri diri olsa da qəlbləri ölüdür.

Müsəlman ailəsinin bir xüsusiyyəti də, fərdlərin ibadət və itaətdə yardımlaşmasıdır. Ərinin zəif imanını zövcəsi gücləndirir. Qadının davranış pozğunluğunu əri düzəldir. Bir-birini tamamlayırlar və bir-birini dəstəkləyirlər. Bir-birinə kömək və yardım edirlər. Aişə (r.a) belə deyir : Rəsulallah (s.ə.s) gecənin bir qismində namaz qılırdı, gecə namazına qalxınca: Qalx və vitr qıl ey Aişə buyururdu. Bu hədisi, Muslim rəvayət edər.
Rəsulallah (s.ə.s) belə buyurur : Gecənin bir qismi qalxıb namaz qılan, zövcəsini oyandıran, və o da namaz qılan, rədd edərsə üzünə su səpən adama Allah rəhmət eləsin!.. Gecənin bir qismində qalxıb namaz qılan, ərini oyandıran, və o da namaz qılan, rədd edərsə üzünə su səpən qadına Allah rəhmət etsin!.. Bu hədisi, Əbu Davud rəvayət edər. Bu iki hədis, kişi və qadının hər birinin digərini islah etməkdə və Allaha ibadətə təşviq etmədə rolu olduğuna işarət edər. Bu belədir; çünki aralarında əlaqə əslində iman əlaqəsidir. Bu əlaqədə əllər, Allaha itaət üçün bir-birini sıxar. Bir əl yorulursa, digəri ona kömək edər.

Müsəlman ailəsi elm və əməl üzərində qurulur. Doğru yola yönləndirən və Cəhənnəmə götürən yolları göstərən; təharət ədəbini, namaz əhkamını, izn istəmə qaydalarını, halal və haramı açıqlayan bir bilgi üzərində qurulur. Ailə fərdləri dini hökmlər haqqında bilgisiz olmaz. Zaman zaman elm məclislərində şəriət elmini alarlar.
Allah Təala belə buyurur : Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı oddan qoruyun. (ət-Təhrim 66/6)

Bu ayə ailə fərdlərini öyrətməkdə, onlara yaxşılığı əmr edib pislikdən çəkindirməkdə əsldir. Təsir alimləri belə deyir : Ailəsinin elmləndirilməsi müsəlmanın üzərində bir haqqdır. Əli (r.a) belə buyurur : Onları öyrədin və elmləndirin! Kurtubi ® belə deyir : Uşaqlarımıza və ailələrimizə dini və xeyri, vacib ədəb qaydalarını öyrətməmiz lazımdır.

Müsəlman ailə yuvasnın bir xüsusiyyəti də həyadır. Həya ilə ailə; varlığını, sui-qəsd oxlarından və ölkələri tərk edilmiş ərazilərə çevirən pis ünsürlərdən qoruyur. Həya pərdəsinin yırtılması açıq-saçıq filmlərə və musiqilərə, ya da örtünməni tərk etməklə və din düşmənlərinə bənzəməklə nəfsinin çirklənməsi, təqva ilə qurulmuş bir ailəyə yaraşmaz! Bütün bunlar, müsəlman ailəsinin mənliyini qurd kimi gəmirir. Pislik, təmir edilmiş yeri xarabaya çevirir.

Müsəlman ailəsinin bir xüsusiyyəti də, sirlərinin qorunmuş və ailə daxili anlaşılmazlıqların gizlənmiş olmasıdır. Ailə içərisində yaşananlar yayılmaz və araşdırılmaz. Rəsulallah (s.ə.s) belə buyurur : Qiyamət günü Allah qatında vəziyyət baxımından insanların ən pislərindən biri, zövcəsinə yaxınlaşan və (zövcəsi) da ona yaxınlaşan, sonra onun sirrini yayan adamdır. Bu hədisi, Muslim Əbu Səid əl-Xurdri (r.a) kanalıyla rəvayət edir.

Müsəlman ailə, toplumla əlaqəsini iman əsası üzərində qurar. Doğruluq sahibi insanların ziyarəti ilə nuru artar. Mömin misk daşıyan insan kimidir. Ya sənə ondan verir, ya ondan satın alırsan, ya da onun yanında gözəl bir iy taparsan. Ey Rəbbim! Məni, ata-anamı, mənim evimə (yaxud məscidimə) mömin kimi daxil olan kimsəni və (Qiyamət gününə qədər olacaq) bütün mömin kişiləri və qadınları bağışla. Zalimlərin isə ancaq həlakını artır. (Nuh 71/28)

Dinindən razı olunmayan kimsə müsəlman ailəyə soxulmamalıdır. Pislik edənin içəri girməsi pisdir. Şübhəli insanın içəri soxulması, ürəklərin bir parçası olan uşaqlar üçün təhlükədir. Evlərdə əxlaqlar onlarla pozulmuş və sehr onlarla yayılmışdır. Oğurluq hadisələri ortaya çıxmışdır. Sevinclər üzüntüyə dönmüşdür. Daha da sonra onlar xöşbəxt ailənin yıxılmasına səbəb olur.

Müsəlman ailəsinin əlaqəsi ev işlərində və ailə daxili vəzifələrdə köməkləşmə anlayışını canlandıraraq dərinləşir və güclənir. Bu mövzuda Rəsulallah (s.ə.s) bizim üçün ən gözəl misaldır. Aişə (r.a) Rəsulallahın (s.ə.s) evində nə etdiyi soruşulunca belə cavab verir : Bəşərdən bir bəşər idi; paltarını təmizləyir, qoyununu sağar, öz işini görürdü. Bu hədisi İmam Əhməd rəvayət edir. Bir rəvayətdə də belə deyir: Ailəsinin köməyində olurdu. Namaz vaxtı gəlincə namaza çıxardı. Bu hədisi, Buxari rəvayət edir.

Bizlərdən birindən dünyadan bir şey istəmək lazım olduğu soruşulsa ən böyük istəyi və arzusu ailəsinin hər tərəfini əhatə edən bir xöşbəxtliyin kölgəsində yaşamaq olur.

Müsəlman ailəsində bu xöşbəxtlik, görkəmli evlərin, lüks əşyaların və bahalı paltarların olması ilə həyata keçməz!.. Bu bir xəta xöşbəxtlik anlayışıdır!.. Xöşbəxtlik ancaq ər-arvaddan hər birinin Allahdan haqqı ilə qorxması ilə, gizli və aşkar halında Onu yada salması ilə həyata keçər.

Ər-arvaddan hər birinin evliliyə, evlilk vəziyyətlərini səmimiyyətlə və gözəl bir şəkildə yerinə yetirməklərində, onları Allaha yaxınlaşdıran bir ibadət gözü ilə baxması ilə həyata keçir. Bax bu anlayış kölgəsində xöşbəxt bir müsəlman ailəsi qurulur. Bu yuva namaz və Quran ilə məmur olur. Sevgi və anlayış onu kölgələyir. Saleh nəsillər yetişir və ana-atanın üzünü aydınladır. Dünyada və axirətdə onlar üçün xeyr qaynağı olur. Allah Təala belə buyurur : Mömin olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Və ya gördükləri yaxşı işlərin müqabilində onlara daha yaxşı mükafat verəcəyik!)
(ən-Nəhl16/97)
Allahın salamı və xeyir-duası üzərinizə olsun!


ALLAH BIZLÄRI GORUSUN
 
medineTarix: Bazar, 28.06.2009, 23:34 | Yazı # 23
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Muselman Qadin ve Asude Vaxt
Asude vaxt.Her kes daha chox asude vaxtinin olmasini arzu edir.Heyal yoldashi ve 7 ushaq anasi kimi men chox vaxt dushunurdum ki bosh vaxtim olsaydi…ne edardim?Burada biz asude vaxt meselesine dair movcud heqiqetle uz-uze gelirik.Asude vaxtdan iki cur istifade olunur.Ya faydali shekilde,ya da bosh yera serf olunur,bezen asude vaxtdan gunah emeller uchun istifade olunur.Elbette,biz hamimiz razilashiriq ki,asude vaxti en yaxshi shekilde kechirmek uchun ibadet etmek lazimdir.Allah swt buyurur:
Men cinleri ve insanlari ancaq ibadet etmek uchun yaratdim [Adh-Dhaariyaat 56]
Allah swt insanlari sebesiz yaratmamishdir.Hemchinin, O,insanlari oz vaxtlarini bosh yera serf etmek uchun yaratmamishdir.O,insanlari ibadet uchun, yeni, Qudretli ve Boyuk Allaha itaet etmek uchun yaratmishdir.Ibadet dedikde ,sadece olaraq Salah,Siyam,Zekat ve Hecc nezerde tutulmur.Bunlar ibadetin erkanidir.Ibadet sozunun menasi daha genishdir.Ibn Taymiyah dediyi kimi,” ibadet Allahin sevdiyi ve beyendiyi her sheyi ehate edan genish menadir”
Bes butun bunlarin qadin ve asude vaxt ile elaqesi nedir?Bu suali tehlil etsek ve qadin terefinden ibadetin hansi shekilde icra olunmasina derin nezer salsaq , o zaman “ asude vaxt” arzusu yeni mena kesb etmish olur.Adh-Dhahabee bildirir ki, Sayr A'laam An-Nubalaa -Asmaa bint Yazeed ibn As-Sakan (radiallahu 'anhaa) Peygemberin (sallallahu 'alaihi вa sallam) yaniona gederek deyir,
"Ey Allahin Resulu, atam-anam sene qurban Men qadinlarin adindan senin yanina gelmishem.Boyuk Allah Seni kishilere ve qadinlara gonderib.Biz sene inanmishiq.Biz evden bayira chixmiriq,oz evimizde qaliriq.Biz Sizin uchun fiziki hezz menbeyiyik.Sizin ovladlarnizi dunyaya getiririk.Kishiler cume,camaat ve cenaze namazina gedirler.Siz Hecce gedan zaman biz sizin var-dovletinizi qoruyuruq.Sizin paltarlarinizi yuyuruq.Ushaqlarinizi boyuduruk.Bes mukafati da bolushmemeliyikmi?Peygember(sallallahu 'alaihi вa sallam) oz sehabelerine tereb donub deyir, "Indiye qeder her hansi bir qadindan bundan yaxshi sozler eshitmisinizmi?
Sonra O,( saw) qadina deyir,
"Ey qadin , bil ve bashqa qadinlara da soyle ki,qadinin oz eri ile gozel munasibetde olmasi,onu memnun etmesi ve onun sozunden chixmamasi onun uchun en boyuk mukafat olacaq.”
Asmaa "La ilahя illallah" deyarak chixib gedir..
Buarada Peygemberimiz (sallallahu 'alaihi вa sallam) sirf qadinlara aid olan ibadetin muhum cehetini izah edir.O,qadinin etdiyi ibadete gore mukafatlandirilmasi yolunu bize gostreir.Bu cur ibadet cenaze,hecc ve umreye beraber sayilir.Bu ibadet qadinin oz eri ile gozel munasibetde olmasindan , erine itaet etmesinden ve erinin sozunden chixmamasindan ibaretdir.Qadin erinin ushaqlarinin ve evinin qaygisina qalmali ve oz evinde qalmalidir.Allah swt OZ merhemeti ile qadina kishiden ferqli ustunlukler vermishdir ki, bunlara gore qadin da kishi ile beraber shekilde mukafatlandirilir. Bezileri deya biler ki,butun bunlar bir chox qadinlarin hetta dinsiz qadinlarin da gundelik gorduyu ishlerdir.Ancaq,muselman qadin daha sherefli vezifeler dashiyir.O,bilir ki, islam cherchivesinde atdigi her addim onun Allaha olan etiqadinin ifadesidir.Qadinin asude vaxt istemesinin sebebi nedir?Adeten,qadin shexsen ozunun faydalana bileceyi ve zovq alacagi bir ish gormek uchun bosh vaxtinin olmasini isteyir.Burada pis bir shey yoxdur ve yaxshi niyyet dashiyan mehculiyyet de ibadet sayilir.Ancaq,asude vaxti bosh yere serf etmek bizim bir choxumuzun mubtela olacagi beladir.Yashadigimiz dunyada asude vaxtimizi bosh year serf etmamiz ucun bir chox imkanlar var.Sheytan her yerde bizi teqib edir ve biz onun toruna dushuruk.Bizler vaxtimizi bosh year ziyan etmeye meylliyik ve asude vaxtdan semereli shekilde istifade etmek uchun imkanlardan faydalanmiriq.Bu ashagidaki kimi bash verir.
Tesvif – Bu gunun ishini sabah qoymaq.Bezen yaxshi bir ish gormek uchun zehmet chekmekden qachiriq.Asude vaxtimizdan faydali ishler uchun istifade etmek tovbe kimi bir shyedir.Bes,eger siz tovbe etmek isteyirsinizse,amma tenbellik edarak onu gelen aya saxalayirsinizsa , bu ne derecede semimidir?
Yaxud, siz Qurani ezberlemek ve ya oyrenmek isteyirsiniz amma tesvifin qurbani olaraq bu qurbani olaraq bu isteyinizi sonraya saxlayirsiniz.Bir sheya nail olmaq uchun biz evvelce oz niyyetimizi saflashdirmaliyiq, yeni , arzu etdiyimiz emellerin Quran ve Sunneye uygun olmasini temin etmeliyik.Nehayet , biz inamla hereket etmeli , oz emelimize ciddiyyetle yanashmaliyiq.
Evden bayira chixmaq.Bizim evimizden bayirda bash veran hadiseler(emeller)zerelive haram ola biler.hech indiye qeder dushunmusunuzmu ki,bazarliga getmek de bu cur zereli ve haram sayila biler?Teeccublenmeyin.Islamda buyrulur ki, qadin oz evinde oturmalidir.O,oz ehtiyatlari uchun evden bayira chixa biler.Eger qadinsheriete uygun olaraq erinin yerine yetire bilmediyi ehtiyaclar uchun bayira chixirsa bu haram sayilmir.Ancaq, bezen biz qadin ve kishi arasinda vezife bolgusune dair Qerbde movcud olan dushunce terzinin tesirine dushuruk.Kishinin oz arvadina ve ya qadinin oz erine komek etmesinde pis bir shey yoxdur.Ancaq, qadinin “oz erinin ishini yungulleshdirmek uchun “bezi cavabdehlikleri oz uzerine goturmesi mubahiseli meseledir. Bu, xususen, o hallara aiddir ki, qadin bazarliq ve s bu kimi vezifeleri oz uzerine goturur,ancaq bu hech de her zaman zeruri olmur.Qadin uchun en yaxshisi odur ki,o evdarliqla ve ushaqlari ile meshgul olsun,bununla o, oz heyatini asanlashdirmish olar ve luzumsuz ishler gormez.Muselman qadinin davamli olaraq dukan bazara gederek alish-verish etmesi duzgun deyil.Bezi qadinlar hech de alish verish etmek istemirler.Onlar dukanlari gezerek yeni mallarla tanish olurlar.belke ne ise yeni bir material , gozel bir geyim var.Belalikle , eslinde qadinin bayira chixmasinda hech bir zeruet olmur.Biz Peygemberimizin (sallallahu 'alaihi вa sallam) bela bir hedisini bilirik.
"Eger qadin evinden bayira chixsa , Sheytan onun diqqetini celb edecek. " [At-Tirmidhi Saheeh]
Yeni Sheytan qadini teqib ederek ya onu , ya da ona qarshi bashqalarini shirnikleshdirecek.Qadin evinde oturanda ise Sheytan bunu eda bilmir.Peygemberimiz (sallallahu 'alaihi вa sallam) hemchinin buyurmushdur ki, "Qadin evinden bayira chixanda o , sheytan sheklinde gorunur. [Muslim]
Bu nece olur? Alimler bildirirler ki , sheytan o shexslere rast gelir ki, o sheytanin qarshisinda olmush olsun.Sheytan ela edir ki, hemin qadin etrafdakilari celb edir.Qadin getdiyi zaman da etrafdakilari celb edir. Yeni qadin etrafdakilarin ona baxmasina sebeb olur ve onlari yoldan chixarmish olur.Allah Swt ve onun Resulu sallaallaahu 'alayhi вa sallam, bize evde oturmagi ve heqiqeten zeruri hallarda bayira chixmagi emr etmishdir. "Oz evinzde oturun”deya Allah swt momin qadinlara ve Peygemberin (sallallahu 'alaihi вa sallam) arvadlarina emr etmishdir.Hemin ayedeki "qarna" sozu evde oturub itaet etmek demakdir.Allah swt qadinlara itaet etmeyi,evde oturmagi emr etmishdir.Qadin evde oturmaga ve bayira chixmamaga alishmalidir.Qadin bayira chixan zaman bundan narahat olmalidir.Esl momin qadinin imani odur ki, o, oz evinde rahatliq tapir.Xebis urekli qadinlar ise evde oturmaqdan narahat olurlar.Qelbinizi xebislikden qoruyun.Allahin emrlerine tabe olmaqla ozunuzu hifz edin.Qelblerimizi paklashdirmaqla rahatliq tapacaq ve mukafatlandirilacagiq.
Telefon. Ah , telefon.Shubhesiz bu gozle bir ixtiradir.Telefon sayesinde oz ishmarishlarimizi chatdirmaq uchun uzaq mesafeler qet etmeye ehtiyac qalmadi,ancaq,telefon hem de vaxtimizi bosha serf etmeyimize ve bize aid olmayan meseleler barede danisharaq gunah ishlemeyimize sebeb olur.Telefon bir qadin kimi bizim ehtiyaclarimia cavab verir.Biz evden chixmadan oz dostlarimiza ve ailemize “bash chekirik”.Gunun yorgunlugundan dincelmek uchun oz refiqemizle chay ichirik.Ancaq telefon bizim vaxtimizi da elimizden alir ki biz hemin qiymetli vaxti daha semereli ishlere serf eda bilerdik.Telefondan ehtiyatli istifade etmek lazimdir , eks teqdirde telefon sizden istifade edecek.
Musiqi ve Mahni oxumaq: Allah swt buyurur:
"Oz sesinizle onlari ele sala bilersiniz (yeni mahni,musiqi ve Allahin eksine olan bashqa usullarla) , hemchinin oz mesumiyyetinizle onlari aldada bilersiniz” (17:64)
"Insanlar arasinda menasiz danishiga ( musiqiye,mahnilara ve s. ) alude olanlar da olacaq”. (31:6)
Bu ayeni Ibn Mesud (R.A) bela izah edir:
"Wallaahi La ilaha illaллаh huwaa, bu sozler musiqiye ve mahni oxumaga aiddir.Peygemberimiz (sallallahu 'alaihi вa sallam) buyurmushdur,”Menim ummetim arasinda bir qrup insan olacaq ki,onlar ipek geymeyi (kishiler uchun), sherab ichmeyi ve musiqini halal sayacaqlar” [Al-Bukhaari]
Burada bela bir faktdan behs olunur ki,bu emeller qadagan olunmushdur.,ancaq daha sonra duzgun yoldan sapmish insanlar buna icaze verecekler. Allah swt haram emellerden bashqqa hech neyi qadagan etmayib.Ela muselmanlar var ki, onlar musiqiye qulaq asirlar.Eger siz de onlarda birisinizse , men size meslehet gorurem ki siz bu meseleni arashdirib onun qadagan olundugunu bilesiniz ve oz imaninizi mohkemlendiresiniz.Momin insan zovq almaq uchun Qurana muraciet etmalidir.Men inanmaq isterdim ki, bir chox muselmanlar musiqiye qulaq asmirlar hetta oz heyatlarinda musiqiye yol vermirler.
Eger siz vaxtinizi faydali kechirerek kompyuterde ishleyir ve ya radioda xeberlere qulaq asirsinizsa , musiqi eshitdiyiniz zaman onun sesini alin.Bu chox asandir.Xususen , ushaqlar kompyuter programlarinda ishleyerken ve video oyunlar oynayarken bu bash verir.Eger hemin programlardan ve ya oyunlardan ses olmadan istifade mumkun deyilse ve ses musiqi formasindadirsa , o zaman hemin proqramin ve ya oyunun faydali olub olmamasi sual altindadir. Sonunda biz musiqinin sesini almaqdan ve ya “musiqinin sesini al” demakden yorulacagiq.Belailkle de musiqi heyatimizin bir pachasi olacaq.Gec ve ya Tez.
Qeybet ve Bohtan : Bizlerden choxumuz ne vaxtsa bashqasinin dalinca danishmishiq. Ola biler ki,hemin shexs bizim dostumuz,dushmenimiz,tanishimiz,ishchimiz,mudirimiz hetta heyat yoldashimiz ve ya ovladimiz olsun.Qeybet ve bohtan bed emellerdir ve bu verdish halini ala biler.Biz asanliqla bu emellerin qurbani oluruq.Bu da vaxti bosh year serf etmek sayilir ve bizim dilimiz uchun teledir.Biz bacimizla oturub sohbet etdikde ne qeder bashqasinin ishinden behs edirik?Bela oldugu halda neyin sehv neyin dogru oldugunu bilirikmi?Biz meslehet almaq adi ile gizli sirrleri muzakire edirikmi?Biz sohbete bashlayanda yaxshi niyyetle bashlayiriq ,ancaq sohbet “ Eshitmisen ne olub..? "Tesevvur edirsen o ne edib?" ve s kimi mecralara yonelir.Chox vaxt sohbet haram xarakteri dashimaga bashlayir bununla da , biz oz vaxtimiz ziyan edirik.hetta bu cur sohbeti eshidib susmaq da vaxt itkisidir ki , biz bunun uchun cavabdehik.
Filmler ve Televiziya : Bu insani deyishdiren chox tehluklei vasitelerdir. Audio/video materiallar insanin aglina ve ruhuna uzunmuddetli tesir gosteriri.Insan bu materiallardan maneralar , inanclar exz edir.Eger tesir davamli olarsa chox qisa muddetde ozunu gosterecek.Bela ki , bu deyishiklik ozunu insanin deyerlerinde gosterir.Ozunuzu aldatmayin ki ancaq ushaqlar tesir altina dushurler.Boyukler de eynile tesire meruz qalirlar ve alude olurlar.Sa'eed bin Misfir Al-Qahtaanee-nin ashagidaki sozlerini oxuyaraq filmlerin ve televiziyanin ne qeder boyuk tesire malik oldugunu tesevvur edin
"Film ve ya shou bir hekayedir.Yazichi ve ya rejissor adlanan uydurmachi bunlari yazir.Yazdiqdan sonra o , oz uydurdugu eseri canlandirmaq uchun diger uydurmachilarla aktyorlarla elbir ishleyir.Siz hemin rolu oynayirsiniz.Onlar aylarla birlikde chalisharaq hemin hekayeni canlandirirlar ve insanlara teqdim edirler.Insanlar ise bu hekayeni real qebul edib onu saatlarla izleyirler.Shounun sonunda uydurmachi muellifler insanlari nigaran qoyaraq onlarin diqqetini celb edirler ve novbeti defe de hemin shouya ve ya filme baxmaga mecbur edirler” Televiziyadan ve ya videodan da faydali meqsedler uchun istifade etmek mumkundur.Amma burada baxilan materialin qadagan olunub olunmamasini bilmek vacibdir.Ozunuzden sorushun : "Menim dinlediyim ve ya baxdigim materiallar Islam dininde qadagan olubmu?Men bunlara baxmaqla duzgun hereket ediremmi?
Bize asude vaxtimizdan semereli istifade etmek vezifesi tapshirilir.Yashadigimiz heyatda bir chox fealiyyetler var.Kim,ne,ne vaxt ve harada kimi suallar meydana chixir.Ashagida qeyd olunan prinsipler bizim heyatimizda taraziliq yarada biler.Allah swt dan qorxun! Heyatinizda atdiginiz her addimda bu qorxunu hiss edin.Dinimize emel edin – tekce iman ve islama deyil , Ihsana da riayet edin. "Allahi sanki gorurmush kimi Ona itaet edin . Bilin ki, siz Allahi gormeseniz de O sizi gorur. [Mutafaqun 'alaih]. Ne qeder de guclu ve tesirli sozlerdir!Hemchinin yadda saxlayin ki , bizim heyatimiz ve yashadigimiz dunya sinaqdir.Bilin ki, sizden vaxtinizin , pulunuzun , saglamliginizin ve var-dovletinizin hesabi sorulacaq.Allah swt Soorah Al-Kahf-de buyurur:
Yer uzunde ne varsa , hamisi bu dunyanin zineti kimi yaradilmishdir ki , Biz onlari (insanlari) sinaga chekerek hansinin daha yaxshi oldugunu bilek (18:7)
________________________________________
Televiziyanin menfi tesiri barede buradan oxuyun ________________________________________
Oz heyatiniza ve heyata baxishiniza nezer salin.Allah swt daim bizi izleyir.O , bizim her addimimizi bilir.Biz bunu nezere almaliyiq.Eger biz Allahdan qorxuruqsa oz vaxtimiza daha mesuliyyetle yanashmaliyiq.
Mesuliyyetli ve Hessas olun.Qadin kimi biz heyatda muxtelif veziyyetlerle rastlashiriq ve bizim cavabdehliklerimiz de deyishir.Her sheyden evvel , biz Allah qarshisinda cavabdehik.Bizim heyatda vezifelerimiz bununla elaqedardir.Eger bunu daim beynimizde tuta bilsek , her shey oz qaydasinda olar ve yanlish emeller de azalar.Ancaq bezen biz oz shexsi arzularimiz uchun oz cavabdehliklerimizi unuduruq ve yanlish emellere yonelmish oluruq.Biz insanlarin heyat terzi barmaq izleri qeder ferqlidir.Bezi insanlar aile qurur beziler ise yox.Biz yalniz ve ya boyuk aile icherisinde yashayiriq.Bezilerini 1 ve ya 2 bezilerinin ise hech ovladi olmur.Her bir insan oz cavabdehliklerini ferqli shekilde tarazlashdirir.ve asude vaxtini da ferqli kechirir.Eger size bir qadin kimi oz cavabdehliklerinizin siyahisi tertib etmek tapshirilsaydir , bundan esebilesherdiniz.Ancaq esas mesele hemin siyahini tertib etmek deyil , etrafinida size ehtiyaci olanlari duzgun mueyyenleshdirmekdir.Mes; Allah swt korpenin qidalanmasi uchun sud yemak haqqi vermishdir.Ana ushagi yedirmalidir.Ancaq bu meselenin hessas terefi ondan ibaretdir ki, korpeye tekce sud lazim deyil , hemchinin sevgi,shefqet,ana qucagi lazimdir.Fiziki ve emosional temas ve buna ehtiyac yaranir.Ana sudunu buyilka ile evez etmek sehvdir.ushaq ana sudu ile diger sudun arasindaki ferqi bilmir , ancaq anasinin sudunu qebul edarken aldigi rahatligi , yaxinligi ve temasi basha dushur.Heyata “huquq” ve “vezife” cherchivesinde baxmaqla, hemchinin fayda ve mukafat kimi neticelere gore hereket etmekle biz rahatliq tapa bilirik.Heyatin keshmekeshinde biz derk edirik ki Allahin bize bexsh etdiyi her sheyde xeyir var.Biz shexsi cavabdehliklerimize ne qeder hessas yanshsaq , bir o qeder fayda elde edarik.Her gun yashadiginiz hadiselere qarshi hessas olun.heyatinizin butun anlarinda oz vezifelerinizi ve rastlashdiginiz insanlari derk edin.Allahin , bashqalarinin ve ozunuzun haqqina riayet edib etmediyinizi ozunuzden sorushun..
Insanlarla unsiyyetde olun.Bizlerden choxumuzun esl dostu var.Biz oz daxili hisslerimiz ve problemlerimizi hemin shexsle bolushuruk.Hemin shexsle biz gundelik hadiseleri ve dushuncelerimizi bolushuruk ondan meslehet isteyirik.Peygember sallaallaahu 'alayhi Wa Sallam buyurmushdur :
"Insan oz dostunun etiqadi ile gedir.Buna gore de kiminle dostluq etdiyinize fikir verin." [Abu Dawud, At-Tirmidhi]
Yaxshi dost siz qeybet etdiyiniz aman sizi bu emelden chekindirer. О, sizi bed emelden yaxshi emele yonleder.O size sehv etdiyniz deyar.O Allahi size xatirladar ve Onu unutmamagi size teovsiyye edar.O sizi Allah qarshi itaetsizlikden chekindirer ve en vacibi odur ki , o bunu edarken bir dost kimi sizi itirmkeden qorxmaz.Chunki eger siz layiqli dostsunuzsa onun dediklerini temiz urekle qebul edecek ve bela bir dostunuz oldugu uchun Allaha teshekkur edeceksiniz
Ozunuzun zeif tereflerinizi ve isteklerinizi mueyyenleshdirin.Bizim her birimizin zeif cehetleri ve istekleri var.Bunlara misal olaraq telefonda danishmaq, dostlariniza email gondermek . alish verish etmek ve s misal gostermek olar.Bunlarin hamisi vaxt itkisine sebe ola biler.Stabil heyatin bir parchasi kimi bufealiyyetlerde ishtirak etmek olar bir shertle ki bunlar qadagan olum,ush hech ne ile elaqedar olmasin. Ancaq eger hemin felaiyyetler shubheli xarakter dashiyirsa ve ya sizin heyatinizin diger spektlerine xususen de sizin cavabdehliklerinize menfi tesir gosterirse o zman ozunuzu Qiyamet Gunu sorushulacaq suallara hazirlamalisiniz.Oturun ve vaxtinizin nece kechirdiyiniz barede dushunun.Chox vaxt biz faydali amma zeruri olmayan meselelere hedden artiq vaxt serf etdiyimiz basha dushuruk bununla heyatimizin diger sahelerine de diqqet yetirmirik.Heyatinizda ustunluk teshkil edan terefleri mueyyenleshdirin.Onlarin ne qeder ehemiyyetli oldugunu aydinlashdirin.Siz bashqa ohdeliklerinizin hesabina onlara daha choxmu vaxt serf edirsiniz?Bashqa insanlara munasibetlerinize tesir gosterirmi?Biz zovq aldigimiz sheylerden el chekmek mecburiyyetinde deyilik sadece olaraq heyatimizda balansa yaratmaliyiq.
Asude vaxt bizim zovq aldigimiz ve qederinden daha artiq deyer verdiyimiz sheydir.Asude vaxtimizi serf edeken bilmeliyik ki, her saniye sona chatir ve bir daha geri qayitmayacaq.Ancaq biz her saniye uchun cavab vermeli olacagiq.Vaxtinizi Allahin emr etdiyi kimi kechirin
Аl-'Asr (VAxt). Allaha inanan ve emelleri duzgun olan,hemchinin heqiqeti sevenve bir-birine qarshi sebirli olan insanlardan bashqa diger insanlar chox sheyi itirmish olurlar
3: 1-3)


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
möminäTarix: Cümə axşamı, 09.07.2009, 02:38 | Yazı # 24
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
Nümunəvi qadın öz mətin əqidəsi və həyat təcrübəsilə öz qadınlıq vəzifəsini uğurla yerinə yetirir, özünə və bütün ailə üzvlərinə səadət təmin edir.
Ər və arvadın heç biri tərəfi mələk, səhv və ya xətaya yol verməyən bir şəxs kimi təsəvvür etməməlidir.
Şərəfli hədisdə deyildiyi kimi: «Səhv edənlər içində ən yaxşıları tövbə edənlərdir» (Etibarlı hədisdir. Onu Əhməd, ət-Tirmiz, əl-Hakim və İbn macə rəvayət etmişlər. Səhih Camius səğir. 1-ci cild, səh.831)
Peyğəmbər (s.a.s) həmçinin demişdir ki, qadınlarda əxlaqi çatışmazlıq başqaları ilə müqayisədə daha çox yayılmışdır.
Əbu Hureyrə (r.a) rəvayət edir: «Peyğəmbər (s.a.s) buyurur: Qadınlarla xoş rəftar edin. Onlar qabırğadan xəlq edilmişlər. Qabırğanın ən əyri yeri, yuxarı hissəsidir. Əgər düzəltmək istəsən, sındırarsan. Düzəltməsən, əyri də qalacaqdır. Qadınlarla xeyirxahlıqla rəftar edin!» (Bu hədisi əl-Buxaridəndir. İbn Həcər Peyğəmbərin (s.a.s) bu kəlamı barədə deyir: «Qabırğanın ən əyri yeri yuxarı hissəsidir» deyimində qadının qabırğanın ən əyri yerindən xəlq olunmasına işarədir. Lakin qadınlar barədə bu keyfiyyətin isbatı mübaliğədir. Çox güman ki, burada misal olaraq qadının ən yüksək yeri, yəni başı və dili nəzərdə tutulur. Bütün bəlalar da qadın üçün onun dilindən gəlir. Fəthül-bari, 9-cu cild, səh.162)
Bu kitabda haqqında danışacağımız obraz hər bir mömin qadının can atdığı nümunəvi qadın obrazıdır. Buna çatmaq üçün getdiyi yolda o maneələrinin birinə toxunub yıxıldıqda belə qadın daha yüksək bir enerji ilə qalxır və onun mətin imanı onu ülviliyə doğru aparır. O, var qüvvəsini Rəbbinin rizasını qazanmağa sərf edir, öz ehtiraslarını cilovlamağa bacarır, onun səltənəti ehtirası dalğalarının dağıdıcı zərbələrinə mətanətlə sinə gəlir.
Mən bu əsərimdə nümunəvi həyat yoldaşı olan qadının keyfiyyətləri və vəzifəsi barədə danışmaqla kifayətlənirəm. Bu heç də kişinin öz həyat yoldaşı ilə bağlı məsuliyyət və öhdəliklərinin olmaması, hər hansı bir vəzifə yerinə yetirməkdən azad olması demık deyildir.
Qüdrətli Allahdan qızlarımıza və bacılarımıza əməldə sabit qədəmlə, məntiqdə haqla ilham verməsini, bu işimizi Öz mübarək simasına layiq bilməsini rica edirəm. O – Eşidən və Cavabverəndir.

Xaula Dərviş


ALLAH BIZLÄRI GORUSUN
 
möminäTarix: Şənbə, 11.07.2009, 19:28 | Yazı # 25
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
ISLAMDA QADININ ÖRTÜNMƏSI
"Mö'min qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar, öz özlüyündə görünən (əl və üz) istisna olmaqla, zinətlərini (zinət yerləri boyun, boğaz, qol, ayaq, və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin). Zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qardaşlarından, yaxud sahib olduqları cariyələrdən, yaxud kişiliyi qalmamış xidmətçilərdən, yaxud qadınların mərhəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və bir-birinə) vurmasınlar. Ey mö'minlər! Yalnız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız" (Nur, 31).

"Ya peyğəmbər! Zövcələrinə, qızlarına və mö'minlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan ayağa gizlədən) çarşablarını örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayan rəhm edəndir" (Əzhab, 59).

a) Örtünmənin bütün qadınlara fərz (vacib) olması haqqında.
Artıq bu ayələr sübut edir ki, Islamda olan hər bir müsəlman qadın bu ayələrə tabe olub, öz üst geyimindən əlavə başına hicab örtməlidir. (Hicab örtünmək deməkdir). Çünki, Allah təala Peyğəmbərin zövcələrinə, qızlarına və mö'minlərin qadınlarına özlərini yad nəzər və naməhrəmdən qorumaq üçün hicab örtmələrini əmr edir. Bu əmr kafir qadınlara aid deyil. Bizim onların işlərinə qarışmağa haqqımız yoxdur. Hicab (örtünmə) bir ibadətdir. Çünki, bunda Allah təalanın əmrini yerinə yetirmək var. Deməli, örtünmə müsəlman bir qadına namaz, oruc kimi vacib əməldir.
Demək, hər hansı bir müsəlman qadın Allah təalanın əmrini yerinə yetirmirsə, artıq o qadın mürtəd olur, yə'ni dindən çıxmış sayılır. Lakin bir müsəlman qadın bunları inkar etmir, lakin pozğun cəmiyyətlərə qoşulub onların yolu ilə gedirsə bu qadın mürtəd deyil; Allaha qarşı asilik etmiş olur ki, bu hərəkəti ilə də Qur'ani Kərimin ayələrinə qarşı müxalifət etmiş olur. Bu cür qadınlar üçün Allah təala Əzhab surəsinin 33-cü ayəsində belə deyir: "Evlərinizdə qərar tutun. Ilkin cahiliyyət dövründəki kimi açıq-saçıq olmayın (Bər-bəzəyinizi taxaraq evdən çıxıb özünüzü, gözəlliyinizi, yad kişilərə göstərməyin). Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna itaət edin".
Bir iş də var ki, müsəlman olmayan qadının cəmiyyəti pozacaq şəkildə ortalıqda gəzməsi də düzgün deyil. Çünki, elə ictimai ədəblər var ki, bunlara müvafiq əməl etmək hər bir insan üçün vacibdir. Cəmiyyəti bu cür ədəbsizliklərdən qorumaq baxımından həm müsəlmanlar, həm də qeyri-müsəlmanlar eyni dərəcədədirlər.
Bu cür ictimai ədəblər Islamın şəriət siyasətidir ki, bunları hər bir müsəlman ölkəsində tətbiq etmək o ölkənin hakiminin borcudur. Müsəlmanların daha başqa bir borcu da 10 yaşına girən qız uşaqlarının başlarını örtməyə alışdırmaqdır. Bu da tərbiyə baxımından gərəklidir. Çünki, namazda da belədir. Məsələn: Rəsulullah (s.ə.v) "Uşaqlarınız 7 yaşına girdikdə onlara namaza əmr edin. 10 yaşına girdikdə namaz qılmazlarsa onları döyün" (Səhih).
b) Örtülmənin şəkli:
Allah təala mö'min qadınlara izzət və şərəflərini qorumaq üçün yad kişilərin qarşısına çıxdıqda uzun bir örtük ilə paltarlarının üstündən örtülmələrini əmr etmişdir. Bu örtülmə barədə alimlər bir neçə fikir söyləmişlər.
1. Təbəri ibn Sirindən belə rəvayət edir. Abidə əs-Səlmaniyədən (Allah ondan razı olsun) bu ayə barəsində soruşanda, o, böyük bir çadra götürərək onunla bütün vücudunu örtdü. Başını da qaşlarına qədər örtdü. Üzünü də örtdü, yalnız sol gözünü açıq qoydu. Beləcə ayəni təfsir etdi. (Təbəri).
2. Təbəri və Əbu Həyyam ibn Abbasdan (Allah ondan razı olsun) belə rəvayət edirlər: "Qadın çadrasını alnının üzərinə endirər və oradan sıxar, altdan da burnunun üzərinə qədər örtər. Yalnız gözləri çöldə qalar. Üzünün qalan hissəsi ilə sinəsini tamamən örtməlidir". (Əbu Həyyam 7-ci cild, səh. 250).
3. Üzünü örtmək barədə Suyutidən belə rəvayət edilir: "Sol gözdən başqa bütün üz örtülməlidir". Əbu Həyyan belə deyir: "Ispaniyada da adət Suyutinin rəvayət etdiyi kimi idi. Qadın bütün üzünü örtür, yalnız tək gözü bayırda qalırdı. (Əbu Həyyan, 3-cü cild, səh 372).
4. Abdurrəzzaq və bir camaatın rəvayətinə görə Peyğəmbərimizin (s.ə.v) zövcəsi və mö'minlərin anası Ümmu Sələmə (Allah ondan razı olsun) belə demişdir: "Bu ayənin enişindən sonra Mədinə qadınları qara çadralara büründülər, sanki hamının başına qarğa qonmuşdur" (Cəssas, 3-cü cild, səh. 372).
v) Qadına üzünün örtməsinin faydası:
Nur surəsində göstərildi ki, qadının zinətlərini naməhrəmə göstərməsi haramdır. Üz gözəlliyin və zinətin mərkəzi olduğu üçün, fitnənin də mərkəzi sayılır. Ona görə də fitnəyə düşməmək və heç kəsi fitnəyə salmamaq üçün, üçün örtülməsi vacibdir. Ibn Cəvzi çadra ayələrinin təfsiri (açıqlaması) barədə ibn Kutəb'dən belə rəvayət edir: "Başlarını və üzlərini örtmələrini söylə ki, onların azad olduqları bilinsin" ayəsindəki, "Cəlabib" kəlməsinin mə'nası: "paltarların üstündən örtülən və vücud xətlərini gizlədən örtük deməkdir" (Ibn Cəvzi, 6-cı cild, səh. 422). Cəsasi bu ayə: "Gənc qadınların yad kişilərdən özlərini və özlərini qorumasına dalələt edir. Qadınlar örtünməlidirlər ki, pis niyyətli kimsələr onlardan bir şey umaraq əziyyət etməsinlər" (Cəssas, 3-cü cild, 372).
q) Şər'i örtülmənin şərtləri:
Şər'i örtülmənin zəruri şərtləri vardır ki, bunları belə sıralamaq olar:
1. Örtük bütün vücudu örtməlidir. Çünki, Allah təala ayədə qadınlara: "Cilbablarını geyinsinlər" buyurmuşdur. Cilbab bütün bədəni örtən geyim deməkdir. Ayədəki "Yudnina" kəlməsi "idna" kökündən gələn bir fe'ldir. Idna örtüyü aşağıya buraxmağı, yə'ni bütün bədəni örtməyi göstərir. Cələbib deyəndə bunun tək çadra yox, yə'ni baş, üz lazımi qaydada bağlanandan sonra, bədənin cizgilərini bəlli etdirməyən palto, manto, plaş və s. bu kimi geyimlərdə geyinmək olar.
2. Örtük altdakı geyimi göstərəcək qədər nazik olmamalıdır. Çünki, hicab örtməkdə məqsəd bədəni gizlətməkdir. Nazik örtük isə altdakı paltar və bədən cizgilərini gizlədə bilməz. Baxışlara da mane ola bilməz. Bir dəfə: "Əbu Bəkrin (Allah ondan razı olsun) qızı Əsma (Allah ondan razı olsun) incə bir paltarda Rəsulullahın (s.ə.v) qarşısından keçdikdə Rəsulullah (s.ə.v) ondan üzünü çevirmişdir". (Bu hədisi Əbu Davud "Libas", Tirmizi "Fitən" səh. 24 kitablarında qeyd ediblər).
3. Örtüyün özü bir zinət əşyası və rəngli qumaşlardan olmamalıdır. Çünki, Allah təala deyir: "Zinət yerlərini göstərməsinlər". Deməli, əgər qadın bər-bəzəkli və rəngli örtük örtürsə ki, bu da yadların nəzərini cəlb edirsə, buna hicab demək olmaz və bu örtük ilə örtülməyə icazə verilmir. Çünki, örtülməkdə məqsəd zinət yerlərinin başqaları tərəfindən görünmənin qarşısını almaqdır.
4. Örtük vücud xətlərini bəlli edəcək və fitnəyə səbəb olacaq qədər dar olmamalıdır.
Çünki, Rəsulullah (s.ə.v) "Görmədiyim iki sinif insan vardır ki, onlar cəhənnəmin əhlidirlər. Inəklərin quyruğuna oxşayan dəyənəklə insanları döyənlər və geyinmiş lakin çılpaq görünən, pisliyə meyl edən və meyl etdirən, başları xorasan dəvəsinin əyri güvəclərinə bənzəyən qadınlardır. Bu sinif insanlar cənnətə girməyəcək, heç qoxusunu da duymayacaqlar". Başqa bir hədisdə rəvayət olunur ki, "Cənnətin iyi beş yüz illik məsafədən gəldiyinə baxmayaraq, bu insanlar onu duymaz". (Müslim, "Cənnət van-Nər" 2-ci cild, səh. 128).
Bu hədisi-şərif Rəsulullaha (s.ə.v) Allah təala tərəfindən göstərdiyi bir möcüzədir. Çünki, özündən 1400 il sonra gələn bir şeyi açıqlayıb başa salmışdır.
Örtükdən gözəl qoxu gəlməməlidir. Çünki, gözəl qoxu kişiləri cəzb edir və şəhvət hissi oyadır.
Rəsulullah (s.ə.v) "Harama baxan göz və gözəl ətir vurub kişilərin arasına çıxan qadın zina etmişdir" demişdir. Digər bir rəvayətdə: "Bir qadın gözəl qoxu sürtüb kişilərin arasından keçər və kişilər bu qoxunu duyarlarsa, o qadın zina etmiş sayılır" (Əbu Davud, Tirmizi-ədəb. Əhməd ibn Hənbəl, Müsnəd 400-4). Musa bin Yəsardan belə rəvayət edilmişdir: "Gözəl ətir sürtmüş bir qadın keçirdi. Əbu Hureyrə (r.ə) ona: "Ey Cabbarın anası hara gedirsən?" - deyə soruşdu. Qadın: "Məscidə" cavabını verdi. O zaman Əbu Hureyrə (r.ə): "Evinə dön. Qoxu gedənə qədər yuyun". Çünki, mən Rəsulullahdan (s.ə.v): "Allah təala sürtdüyü qoxunu ətrafa yayaraq, məscidə gedən bir qadının namazını, evə dönüb yumayana qədər qəbul etməz" dediyini eşitdim. (Tərcib və Tərhib, 3-cü cild, səh. 85).
6. Qadın nə kişi paltarı geyməməlidir, nə də geydiyi paltar kişi paltarına bənzəməlidir.
Çünki Əbu Hureyrə (r.ə) "Rəsulullah (s.ə.v) kişi paltarı geyən qadını lə'nətləmişdir" - buyurmuşdur. (Əbu Davud, Libas 4098).
Digər bir hədisdə isə Rəsulullah (s.ə.v) "Allah özlərini qadınlara bənzədən kişilər və özlərini kişilərə bənzədən qadınlara lə'nət etmişdir" deyə buyurmuşdur.
Bütün göstərdiyimiz ayə və hədislər göstərir ki, qadının örtünməsi vacibdir. Bu örtünmə bütün şübhəli yolları kəsir. Qadın və kişilərin qəlbinə şeytanın vəsvəsə verməsi üçün şərait yaratmağa imkan verir. Qadınların namus və izzətlərinin qorunması, onlara əziyyət edilməsinə səbəb olur.
Həqiqətən də hal-hazırda qadın və kişilər Allah təalanın dilindən, Rəsulullahın (s.ə.v) yolundan uzaqlaşdıqca, insanlara bəlalar gəlir. Cəmiyyətdə pozğunluq yaranır. Kişilər evlənmir, qadınlar ərə getmir. Evlənənlər də, az müddət yaşayıb ayrılırlar. Çünki, onların dünyaya məhəbbətləri, axirət-cənnət məhəbbətindən daha güclüdür. Bu cür qadınlar dünyanın keçici bər-bəzəyini, naz-ne'mətini, axirətin əbədi həyatına satırlar. Həqiqətən də, əgər qadın əri üçün yox, yadlar üçün bəzənib-düzənirsə, o qadın kimə lazımdır. Mö'min qadın isə ancaq əri üçün bəzənər. Bu barədə gözəl hədis var.
"Dünya keçici ne'mətlərlə doludur. Ən gözəl ne'məti saleh qadındır. Ona baxanda səni fərəhləndirir. Əmr edəndə yerinə yetirir. Evdə olmayanda namus, izzət və malını qoruyur" (Səhih).
Bir ət parçası asıb, onu örtməyəndə ona çoxlu milçək qonub, onu bulaşdırıb murdar edir. Qadın da açıq gəzib bədənini yadlara göstərəndə, yad nəzərlər o qadına şəhvət hissi ilə baxıb, ondan həzz alanda, bu baxışlar da o qadını həmən ət parçası kimi çirkləndirib murdarlayır. O ət parçasını heç kəs almadığı kimi bu cür qadınlara da heç kəs evlənməz. Bu cür qadınlar cəmiyyət üçün də qorxuludur. Çünki, bu qadınların beynində ancaq, bəzənib-düzənmək, özünü kiməsə göstərmək fikri olduğu üçün, onlar nə ərlərini, nə də övladlarını fikirləşir. Ondan törənən uşaq da nəzarətsiz qalıb, avara adamlara qoşulub, içki içib, narkomanlıq edirlər. Cəmiyyət də belə pozulur. Amma bir alim deyir: "Qadın incidir, inci isə sədəf içində olar. Qadının sədəfi isə onun örtüyüdür".
Əssələmu aləykum va rahmətullahi va bərəkətuhu.


ALLAH BIZLÄRI GORUSUN
 
medineTarix: Bazar, 12.07.2009, 18:19 | Yazı # 26
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Oğurlanan, itən və ya sınan cövhərləri bərpa etmək mümkün olsa da bil ki, sən bərpa olunmayan və yeri verilməyən əvəzsiz bir cövhərsən!
Çünki qadın ciddiliyinin bəzi saxta yollarla ayaq altına atıldığı və Allaha xidmət kimi hər şeydən üstün olan həqiqi məqsəddən uzaqlaşdırıldığı bu dövrdə özünü Allah üçün qorumaq ləyaqəti göstərən çalışqan xanım cəmiyyətin və ümmətin göz nuru və cövhəridir...

İslamı düşmənlərindən müdafiə edəcək, onu təhrif, bidət və fəsad bataqlığından qoruyacaq bir nəsili yetişdirir xanımlar. İlk və əsas tərbiyəni anasından alır gələcəyin mücahid və qoruyucuları... Bu məsuliyyətə heç vaxt laqeyd qalmaq olmaz. Buna görə də onlara lazımınca qiymət verilməlidir.
Elə bu məqamdan çıxış edərək bir çox vəzifələrini yerinə yetirməklə ətrafına işıq və parlayan bir nur olma yolunda çalışan xanımların diqqət etməli olduqları bəzi məsələlərə nəzər yetirməyi məqsədəuyğun hesab etdik.
Əlbəttə ki, burada qeyd etdiklərimiz bu mövzunu tam təfərrüatı ilə izah etmək üçün kifayət deyil, lakin ümid edirik ki, buna az da olsa nail olacağıq. Allahdan bütün bu etdiklərimizdən razı olmasını diləyirik. Şübhəsiz ki, uğur Ondandır.

NÜMUNƏVİ NƏSİLLƏR YETİŞDİRƏCƏK ÇALIŞQAN XANIMIN XÜSUSİYYƏTLƏRİ

* Əqidəsi: Bu ümmət üçün nümunə və əsas olan inanc sisteminin Rəsulullahın (s.a.v.) öyrətdiyi həqiqi əqidə olduğu düşüncəsi ilə əshabə, tabiin və ətbau-tabiin, yəni əməli saleh sələfin əqidəsini özü ilə tamamlandığı Əhli Sünnə vəl-camaat metodunu anlamaq və dərk etməkdir.
* Metodu: Yalnız və yalnız Allahın, Rəsulunun -səllallahu aleyhi va səlləm-, əshabələrin və qiyamətə qədər onların yoluna tabe olanların getdiyi yolu hədəf etmiş, bunu yeganə yol kimi seçmişdir.
* Əxlaqı: yüksək İslam əxlaqıdır.
* Əlaməti: hicab və təsəttürdür.
* Ədəbi: həya, iffət və təmizlikdir.
* Nümunə saydığı: möminlərin anaları, əshabə xanımları və bütün salehə xanımlardır.
* Sevgisi: yalnız Allah, Rəsulu -səllallahu aleyhi va səlləm- və İslam qanunlarına bağlı olan hər kəs üçündür.
* Gizli düşüncəsi: axirət həyatını xatırlamaq, özünü qəbrin qaranlıq və darlığından rahatlığa çatdıracaq, ona sakit bir həyat tərzi verəcək yaxşı əməllər görməkdir.
* Dostları: Allahın dininə bağlı olan bütün müvəhhid (Allahın təkliyini qəbul edən), mömin və bütün müsəlman xanımlardır...
* Nifrəti: düşmən yəhudilərə, xristianlara, münafiqlərə, ateistlərə, "qadın azadlığı" və "feminizm" deyə uca səslə bağıran gizli çağırışçılaradır.
* Düşmənləri: çirkin mahnılar, harama yol açan musiqi alətləri, açıq-saçıq və azğın fikirləri nümayiş etdirməyə çalışan bütün curnal və qəzetlər, eşqbazlıq və həddi aşan bütün serial və filmlər, bundan başqa əxlaqsız, namussuz qadınlar, qısası, Allah-Təalanın qəzəbini öz üzərində toplayan hər şeydir.
* İstəyi: çox bağışlayıcı olan "əl-Ğafur" və hala acıyan "ər-Rəhim" Allaha bütün şərtlərə bağlı olmaqla səmimi bir şəkildə tövbə etməkdir.
* Evlilik mərasimi: İslami bir evlilikdir. Toyunda musiqi, içki və s. yoxdur. Dəvət edilmiş qadın və kişi qarışıqlığına yol verilməz. İslama zidd olan geyimlərə də yer verilməz.
* Məqsədi: müsəlman ailəsi qurmaq, beləliklə də bütün insanlığın ehtiyacı olan həqiqi İslam cəmiyyətinin sağlam təməlini meydana gətirmək, ümmətə xeyirli nəsillər yetişdirmək.
* İstirahəti: faydalı elm öyrənmək, Qurani-Kərimi əzbərləmək, din çərçivəsində dincəlib istirahət etməklə keçir.
* Səyahəti: incə düşünər və təfəkkür edər, eyni zamanda dincələrək özünü rahat edən işlərdən də geri qalmaz. Beləliklə, bezginlik və yorğunluqdan uzaq olur, dinamikliyini təmin etmiş olur.

HİCAB VƏ TƏSƏTTÜRÜN ŞƏRTLƏRİ

Əhli-sünnə alimləri bu mövzuda səkkiz ən əsas məqamı qeyd etmişlər. Bunlar aşağıdakılardır:
1. Paltar bədənin hər tərəfini örtməlidir. Bundan başqa üz, əl və ayaqların örtülməsinə də xüsusi diqqət göstərilməlidir. Çünki xüsusilə bir çox baxımdan fəsada uğramış cəmiyyətimizdə fitnəyə səbəb verməkdən uzaq olmaq şərtdir:
«Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, çarşablarını örtsünlər» ("əl-Əhzab" surəsi, 59);
«Mömin qadınlara de ki, gözlərini haram buyrulmuş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar (və ya örtülü saxlasınlar)» ("ən-Nur" surəsi, 31).
2. Paltarı bər-bəzəkli olub şəxsən özü zinət kimi olmamalıdır. Bundan əlavə, ətrafındakıların baxışlarını özünə cəlb edəcək şəkildə rəngli, naxışlı, qızıl və gümüş əşyalardan da uzaq olmalıdır (bax: əl-Buxari, "Ədəbu əl-mufrəd"; əl-Hakim, "Müstədrək").
«Evlərinizdə qərar tutun. İlkin cahiliyyə dövründəki kimi açıq-saçıq olmayan. Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna itaət edin» ("əl-Əhzab" surəsi, 33).
3. Paltarları bədən cizgilərini bildirəcək şəkildə incə və şəffaf olmayıb qalın və möhkəm olmalıdır (bax: Əhməd, "Müsnəd"; Beyhaqi, "Sunən").
4. Geyimi dar deyil, geniş və enli olmalı, fitnəyə səbəb olacaq bir yeri müəyyən etməməlidir (Əbu Davud, "Sunən").
5. Müşk və buna bənzər diqqətçəkici qoxular vurulduğu zaman naməhrəm yanına çıxmaq haramdır. Rəsulullah (s.a.v.):"Bir qadın qoxudan istifadə edərək bir topluluğun arasına çıxdığı zaman onlar bunu hiss edərsə, həmin qadın zina etmişdir" (səhihdir, İmam Əhməd) buyurur.
6. Qadın geyimi kişi geyiminə bənzəməməlidir. İbn Abbas -radıyallahu anhuma- belə demişdir: "Kişilər arasında qadınlara, qadınlar arasında da kişilərə bənzəyənə Rəsulullah səllallahu aleyhi və səlləm lənət etmişdir" (əl-Buxari).
7. "Bir qövmə bənzəyən onlardandır" (səhihdir, Əbu Davud) hədisinə görə, müsəlman xanımın paltarının kafir qadınların paltarına bənzəməsi də haramdır.
8. Örtülməsi uyğun olsa da fərqli olduğuna görə insanların müəyyən edəcəyi halda olmamalıdır. Çünki Rəsulullah (s.a.v.): "Kim bədənini bəlli edən bir paltar geyərsə, Allah qiyamət günündə ona zillət paltarı geyindirər. Bu da onun üçün atəş olar" (səhihdir, Əbu Davud) buyurmuşdur.

QƏBİR ƏMƏLLƏRİN SANDIĞIDIR!

Ey müsəlman övladı olan gənc qız!
Allahdan qorx! Və unutma ki, sən hər zaman Allahın nəzarətindəsən! Bu gün hesabsız əməl günü olduğu kimi şübhəsiz ki, sabah da əməlsiz hesab günü olacaq. Daim oyun və əyləncə içində olan insan övladı əlbəttə ki, ölümü yaxınlaşan o gün ayılacaqdır... Canımız boğazımıza gəldiyi zaman halımız necə olacaq?
Ey Allahın zərif qulu!
O gün artıq sən ailən, övladların və dostlarından ayrılmış olacaqsan. Tabutda daşınıb torpağa, o qaranlıq yerə qoyulacağın günü düşün. Əgər yaxşı bir şey aparmamısansa, tükənməz sayılan günlərin axırında - Allah qorusun - qəbrin dəhşətli sıxıntısı ilə baş-başasan. Hesab mələkləri gəlib səndən suallarına cavab vermək istədikləri zaman halın necə olacaq?!
İnsanların dirildiləcəyi gün qəbirdən çıxıb məhşərə yola salınacağın gün... Hesab dəftərlərinin açıldığı gün... Sırat körpüsü və mizanın (tərəzinin) qoyulduğu zaman...
Bax, o gün, ey Allahın zərif qulu, sənin yerin hara olacaq?! Səni nələr gözləyəcək və ya bir ömrün ardından nələri qazanacaqsan?
«Nəhayət, (müşriklərdən) birinin ölümü gəlib çatdığı zaman o, belə deyər: "Pərvərdigara! Məni geri qaytar! Bəlkə zay etdiyim ömrün müqabilində yaxşı bir iş görüm!" Xeyr, bu, onun dediyi boş (faydasız) bir sözdür. Onların önündə dirilib duracaqları günə qədər maneə vardır» ("əl-Muminun" surəsi, 99-100).


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
XEDICE73Tarix: Çərşənbə axşamı, 11.08.2009, 14:12 | Yazı # 27
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Müsəlman qadın – nümunəvi qadın!
Mövzunun adından da bəllidir ki, müsəlman qadın başqa qadınlara nümunə olmalıdır. O, daim fikirləşməlidir ki, əli və dili ilə başqalarını haqq yola çağıra bilməsə də kişilər kimi hərəkətdə ola bilməsə də öz əməlləri və mədəniyyəti ilə başqalarını İslamın nuruna cəlb edə bilər.Müsəlman qadın həqiqətən də özünün hər an ən nümunəvi olduğunu unutmamalıdır. Səhabələr və onlar arasından çıxan mömin analarımız bizim qadınlara nur saçan bir günəş idilər.

Onların həyatlarını oxuduqca qadının gözəlliyinin və gizli cövhərinin nə qədər də qiymətli olduğunu dərk edirik. Xatırlayaq ki, hər bir dahi və böyük bir kişinin arxasında bir qadın durur. Qadın anadır, qadın bacıdır, qadın həyat sirdaşıdı və yoldaşıdır. Saleh analarımızın və nənələrimizin həyatını oxuyub necə yaşadıqlarına daim nəzər yetirməliyik. İndiki zamanda o cür qadınlara daha çox ehtiyacımız var. Onların mədəniyyət və əxlaqlarından bir sıra misalları sizə də çatdırmaq istəyirik. Ümid edirik bu yazılanlar ana və bacılarımıza bir fayda verər, unutduqlarını onlara xatırladar.
Müsəlman və mömin qadın həyatını necə yaşamalı və özünü necə idarə etməlidir ki, başqa qadınlardan fərqlənsin və Allahın qatında yüksəlsin?!
-Müsəlman qadın, öz cinsindən olan yaxınları, qohumları, qonşuları və dostları ilə xoş rəftarda olmalı, özünü mülayim xasiyyətilə onlara sevdirməlidir.
-O, hər bacısı və tanıdığı qadınla üz-üzə gələndə ən sevdiyi şəxslə görüşmüş kimi rəftar etməlidir.
-Yoxsul və möhtac bir qadın qapısını döysə, özünün də Allah qarşısında möhtac olduğunu xatırlamalı və ona yardım etmədən döndərməməlidir. “Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə Zəngindir, Tərifəlayiqdir” (Fatir, 15).
-O bilməlidir ki, ona yaxınlıq edən müsəlman bacıları ilə daim möhkəmdir, onlarsız isə hərəkəti məhduddur.
-O, etdiyi heç bir xeyir əməldə kimdənsə tərif və mülahizə gözləməməlidir. Sadəcə düşünməlidir ki, etdiyi əməl Axirətdə ona bir xeyir verəcəkmi?!
-Tanıdığı bir qadının azdığı və ya çaşdığını görərkən ona istehza etməz və onu lağa qoymaz. Düşünməlidir ki, hamı bir gün dəyişə bilər, insanı haqq yolunda sabit edən isə Allahdır. Allahdan sabitlik diləməlidir.
-Öz qızlarını əsl müsəlman ana, bacı və həyat yoldaşı kimi tərbiyə etməlidir.
-Həyat yoldaşının hüquqlarını unutmamaqla yanaşı, rəfiqələrinin də hüquqlarını qorumalıdır. Ona olan ehtiyacları dərk etməli və diləyənə yol gəstərməlidir.
-O, həyat yolunda işıq saçan bir şölə və ya çıraq olmalıdır. Haqq yoluna aparmaq üçün, özünü yandırmalı və canını fəda verməlidir.
-Daim xeyir və saleh əməllər, insanlara fayda verəcək işlər haqqında düşünməlidir. “Ey iman gətirənlər! Rüku edin, səcdəyə qapanın, Rəbbinizə ibadət edərək yaxşı işlər görün ki, bəlkə nicat tapasınız” (əl-Həcc, 77).
- Daima irəliləmək və inkişaf etmək yolunda addımlamalıdır. Saat əqrəbi kimi başladığı yerdən tərpənib yenidən o yerə qayıtmamalıdır. Həmçinin, tanıdığı rəfiqə və bacılarına da həmişə bu yolu tövsiyə etməlidir. “Həm də sizlərdən yaxşı işlər görüb irəli çıxmaq və ya günah edib geriyə düşmək istəyənlər üçün” (əl-Muddəssir, 37).
-Yazma qabiliyyəti varsa, öz yazılarını rəfiqələrindən əsirgəməməli və hətta verə biləcəyi hər yerə göndərib dərc etdirməlidir.
-O, elm almağı da unutmamıldır. Həmişə elmini artırmalı və daha bilikli olmalıdır.
-Həmişə yeni yollar, üsüllar, üslub və vasitələr axtarmalıdır. Fikir və düşüncələrini genişləndirməli və üfüqünü zənginləşdirməlidir. Necə deyərlər, daha yaradıcı olmalıdır.
-Bir şeyə ehtiyacı olsa belə, bunu insanlara bildirməməlidir. “Bu adamlar həya edib dilənmədiklərinə görə tanımayan adam onları varlı hesab edir. Sən onları üzlərindən tanıyırsan. Onlar insanlardan israrla bir şey istəməzlər” (əl-Bəqərə, 273).
-O bilməlidir ki, maddiyat, pul və mal insana qüvvətdir, yolunda dəstəkdir. Buna görə də malını israf etməz, zinət və ev aksessuar əşyalarına çox pul xərcləməməlidir. “Onlar mallarını xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bunların arasında orta bir yol tutarlar” (əl-Furqan, 67).
-O, insanlara həmişə dua etməli, heç kimə bəd-dua, lənət və qarğış etməməlidir.
-Həyatını imanla gözəlləşdirməli, dünya zinətinə uyub getməməlidir.
-Allahı tanıdığına və haqq yolda olduğuna daim şükr etməli və həmişə bununla sevinc və fərəh hissi duymalıdır.
-Daim Allahla görüşəcəyi günü düşünməli və o günə hazır olmalıdır. “Allahdan qorxun və bilin ki, siz Onunla qarşılaşacaqsınız” (əl-Bəqərə, 223).
-Keçib gedən və əldə edə bilmədiyi bir şey üçün təəssüflənməməli, kədərlənməməlidir. Nə də qarşıdan gözlənilən dünya zinəti üçün sevinməməlidir. “Allah bunu əlinizdən çıxana kədərlənməyəsiniz və Onun sizə verdiyinə həddindən artıq sevinməyəsiniz deyə belə izah edir. Allah heç bir özündən razını, özünü öyəni sevmir” (əl-Hədid, 23).
- Allahdan başqasından istəməz, rica etməz, Ondan başqa heç kimdən qorxmaz, Ona təvəkkül edər və həmişə Onun verdiyi ilə razılaşmalıdır.
-Namaz vaxtı namaza hazırlaşarkən sevinc və fərəhlə gəlməli, namaz üçün sevincdən gözləri gülümsəməlidir.
-Ən gözəl əxlaqlı, mədəniyyətli və mülayim olmalı, başqalarının əziyyət və incitmələrinə səbr etməli, eyni şəkildə cavab verməyə can atmamıldır. Əksinə, o həmişə yaxşılığından qalmamalıdır.
-Vaxtını həmişə tənzimləməli, ağıllı və kamallı olmalıdır. Nə zaman ziyarət etməli və nə vaxt ziyarətləri qəbul etməyi düzgün planlaşdırmalıdır.
-Geyinərkən yoxsulları, bişirərkən acları, ehtiyaclarını ödəyərkən kimsəsiz qadınları unutmamılıdır, onların da halını xatırlayıb təfəkkür etməlidir.
-Başına bir iş və ya müsibət gəlsə, kimsə incitsə, həyat yoldaşı belə qəzəblənsə, düşünsün ki; yəqin bir günah və ya səhv işlədib. Tez Allahdan əfv diləyib, tövbə etsin.
-Həmişə doğru və düzgün yolu göstərməli, yaxşılığa çağırmalı və pisliklərdən çəkindirərək, pisliklərə nifrət etməlidir.
Allah ana və bacılarımızı haqq yolunda sabit etsin və onları bizdən əsirgəməsin! Onları yolumuzda çıraq edib, bizə dəstək etsin!
“Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq” (ən-Nəhl, 97


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
medineTarix: Şənbə, 15.08.2009, 01:31 | Yazı # 28
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Qadın saçını kəsdirə bilərmi?

Cavab: Qadının saçını kəsdirməsini qadağan edən hər hansı bir səbəbin olduğu bizə məlum deyil. Burada qadağan olunan saçı qırxdırmaqdır. Qadın saçını qırxdırmamalı, lakin kəsdirə bilər, uzunluğundan qısalda və yaxud tutumundan(çoxluğundan)azalda bilər. Bu barədə hər hansı bir problemin olduğunu düşünmürük. Lakin bu gözəl bir tərzdə olmalıdır ki, həm qadın, həm də həyat yoldaşı bundan razı qalsın. Qadının saç düzümü barədə yoldaşı ilə razılığa gəlməsi məsləhətdir, kafir qadınların saç düzümünə oxşamamalıdır. Çünki, qadın saçını uzatdıqda, saçı yumaq və daramaq onun üçün çox əziyyətli olur. Ona görə də, saç çox uzun və yaxud qalındırsa, qadın saçın uzunluğu və yaxud tutumunu azaltmaq üçün kəsdirirsə, heç bir şey olmaz. Saçdan müəyyən qədər götürməsi qadını daha da gözəlləşdirəcək ki, bu da həm qadının özü, həm də ərinin xoşuna gələcək. Ona görə də, bunu qadağan edəcək hər hansı bir səbəbin olduğunu düşünmürük. Lakin, saçı tamamilə qırxmağa gəldikdə, bu qadağandır. Xəstəlik olması halı bundan istisnadır. Müvəffəq edən Allahdır.


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
medineTarix: Çərşənbə axşamı, 25.08.2009, 19:39 | Yazı # 29
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
İslam yer üzündə yaradılmış bütün varlıqlara böyük dəyər verən və hörmətlə yanaşan bir dindir. Bəlkə də artıq şablona çevrilmiş bu fikri əsaslandırmağa hələ də ehtiyac var. Çünki bir çox Avropa ölkələrində İslam dini terroru dəstəkləyən din kimi göstərilir. Haqq dinimiz, insanların, xüsusən də qadınların azadlıqlarını məhdudlaşdıran din kimi başa düşülür. Halbuki Uca Allah buyurur: "Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər (qulun gördüyü iş) yaxşı əməl olarsa, (Allah) bunu artırar və Öz tərəfindən böyük mükafat verər." (Ən-Nisa -40)

Tez- tez mətbuatda “demokratik” Avropa ölkələrində qadınların hicabla bəzi ictimai yerlərə buraxılmaması haqqında xəbərlərə rast gəlirik. Demokratiyanın, insan hüquqlarının qeyri-ənənəvi orientasiyalı fərdlərin, hətta heyvan azadlıqlarının qoruyucusuna çevrilmiş Avropa, nədənsə əsrlərdir bir yaylıq parçasını müsəlman qadınlara bağışlaya bilmir. Hicabın ən böyük azadlıq olduğundan xəbərsiz, “azadlıq” paylayırlar (oxu-sırıyırlar) dünyaya. Baxmayarq ki, Rəbbimiz buyurur: "Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini (naməhrəmə) göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar." (Ən –Nur -31)

“İslam qadınlara biganə yanaşır” deyənlərə layiqli cavabı elə Rəbbimizin Özü Qurani–Kərimlə verir. Belə ki, Qurani Kərimdə 4-cü surənin adı Nisadır. Nisa qadın mənasını verir. Qadın surəsi deməkdir. Quranda "rical", yəni kişi mənasını verən heç bir surə yoxdur. Qurani Kərimdə kişilərin adı surələrə isim kimi verilmişdir: Yunus, Yusif, İbrahim, Muhəmməd. Onlar isə Peyğəmbərlərdir. Allahın peyğəmbəri olmadığı halda Quranda adı keçən yeganə şəxs qadındır. İsanın (ona Allahın salamı olsun) anası Məryəmin adı peyğəmbər olmadığı halda surəyə verilib. Qurani Kərim qadına bu cür yüksək dəyər verib. Onu cəmiyyətin diqqətində qalsın deyə ön plana bu cür çəkib. Necə ki, Allah Təalə buyurur: “Biz həm də ona Öz dərgahımızdan bir mərhəmət (yaxud insanlara qarşı şəfqət) və (günahlardan) paklıq bəxş etdik. O, (çox) müttəqi idi”. (Məryəm- 13)

İslamın qadına verdiyi dəyər Qurani Kərimdə gözəl surələrdən biri olan əl-MÜCADİLƏ surəsində də ön plana çıxır. Mədinədə nazil olan və Qurani–Kərimdə 58-ci sırada yer alan bu surənin qadınlar üçün önəmli bir nazil olma səbəbi vardır. Hadisə belə olub:
Havlə (Allah ondan razı olsun) iman etmiş qadın idi. Evs (Allah ondan razı olsun) adlı sərt təbiətli bir adamla evli idi. Bir gün Evs (Allah ondan razı olsun) arvadını boşadı. Boşanmaya səbəb kimi isə ərəblər arasında o vaxtlar məhşur olan zihar hadisəsini göstərdi. Zihar-ərəblərdə arvadının hər hansı bir tərəfini, evlənməsi qadağan olan qadınlara, məsələn anasına, bacısına bənzətməsi səbəbindən ondan ayrılmasına deyilirdi. Evs (Allah ondan razı olsun) də Havləyə (Allah ondan razı olsun) "Sən anamın kürəyi kimisən" deyərək ondan ayrılmaq istədi. Qadın çarəsiz idi, buna görə də Peyğəmbərimizin (ona Allahın salavatı və salamı olsun) yanına gəldi. O, üsyan edərcəsinə baş vermiş hadisələri Allahın Rəsuluna (ona Allahın salavatı və salamı olsun) danışdı:"Ey Allah Elçisi! Evs mənim var–dövlətimi yedi. Gəncliyimi tükətdi. Onun üçün uşaqlar doğdum. O, isə qoca vaxtımda zihar edərək məni boşadı. Məni ortalıqda tək qoydu.” Sonra qadın əllərini açıb dua etdi: “Allahım halımı sənə deyirəm. Onu sənə şikayət edirəm"
Qadını böyük diqqət və hörmətlə dinləyən Peyğəbərimiz (ona Allahın salavatı və salamı olsun) bir an duruxdu. Sonra "bu cür boşanmalara dair mənə Rəbbimdən heç bir vəhy gəlməyib" dedi. Çünki o, (ona Allahın salavatı və salamı olsun) Allahdan bir vəhy gəlmədikcə öz arzusuna və ağlına görə danışmazdı. Allahın özünə icazə verdiyi mövzular xaricində, mütləq vəhy gözləyərdi. Amma çox keçmədən "halımı sənə şikayət edirəm" deyən qadının səsini Rəbbimiz eşidir. Uca Allah Havlənin (Allah ondan razı olsun) duasına cavab verir. Elə bir cavab ki, Mədinədə bu haqda danışılmamış nə bir ev, nə bir küçə qalmır. Hər yerdə Havlənin (Allah ondan razı olsun) yalvarışının cavabı məzlum qadınlar tərəfindən qürurla zülmkar kişilərin üzünə çırpılırdı. Mücadilə surəsinin ilk ayətləri endiyində üzü sevincdən ay kimi parlayan Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) Havləni (Allah ondan razı olsun) çağıraraq "səni müjdələyirəm ey Havlə! Rəbbim səsini eşitdi" dedikdən sonra bu ayələri oxuyur: "Əri barəsində səninlə mübahisə edən və Allaha şikayət edən qadının sözünü Allah eşitdi. Allah sizin söhbətinizi eşidir. Həqiqətən, Allah Eşidəndir, Görəndir.
Sizlərdən öz qadınlarını (anaya bənzədərək) özlərinə haram edənlərin zövcələri onların anaları deyillər. Anaları ancaq onları doğmuş qadınlardır. Onlar yaramaz və yalan söz danışırlar. Şübhəsiz ki, Allah əfv edəndir, bağışlayandır. (əl- Mücadilə 1, 2)
Havlə (Allah ondan razı olsun) bu günün özündə də tərk edilmiş, alçaldılmış , gəncliyindən sonra kənara iatılmış qadınların ortaq simvoludur. Ey qadınlar! Mücadilə surəsi bu cür qadınlara Rəbbiniz tərəfindən sizə önəm verir, dəyər verir. O, sizin yerinizə zülm edən kişiyə dünyada cəzalar gətirdiyi kimi, axirətdə də hesab soracaqdır. Üzülməyin! Səsinizi Uca və Əzəmətli Rəbbiniz eşidir, halınızı Rəbbiniz görür. Hicablarını açdıraraq mömin qadınların həyatını çətinləşdirən günahkarlara “Allah qullarını sizdən daha çox sevir, onların yaxşılığını və azadlığını sizdən çox düşünür” cavabıdır.
İllər keçir. Günlərin birində Mədinə bazarında beli bükülmüş, yaşlı bir qadın kəsər Xəlifə Ömərin (Allah ondan razı olsun) qarşısını. Uca boy Ömər (Allah ondan razı olsun) əyilər, diz çökər qadının qarşısında onunla eyni boyda olmaq üçün. Əllərini qadının çiyninə qoyar. “Söylə nənə” deyər. Qadın dəqiqələrcə danışar. Ömər (Allah ondan razı olsun) isə onu dinləyər.
Mədinənin varlı əhalisi, Öməri (Allah ondan razı olsun) müşayiət edən əyanlar heyrət edər xəlifənin bu halına. Bu qoca nənəyə bu qədər zaman fəda edilərmi?! Nəhayət qadın sözünü bitirir və gedir. Orada olanlardan biri "Ey möminlərin əmiri! Qureyşli əmirləri, əyanları bu qədər vaxt qoca bir nənə üçün gözlətməyə dəyərdimi?"soruşunca Ömər (Allah ondan razı olsun) hirslə dönər, hər kəsin eşidəcəyi səs tonuyla "Sən nə danışırsan, Allah sənə hidayət versin. Bu Havlədir (Allah ondan razı olsun). Allah yeddi göyün üstündən onu eşitdi. Duasını qəbul edib, haqqında ayət endirdi, Ömərmi onu eşitməyəcək?! Vallahi bütün gün məni saxlayıb danışsaydı belə dayanıb, dinləyəcəkdim. Problemini həll etmədən getməyəcəkdim”.
İslamın qadına verdiyi hörmət bax budur... Və bu hörmət yaylıqla, hicabla ölçülmür. Hicab sadəcə bu hörmətin, qadına İslamda verilən dəyərin təzahürüdür. Allah hamımızın duasını eşidib qəbul etsin. Allah möminləri “azadlıqlardan” qorusun.


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
seyfulislamTarix: Şənbə, 26.09.2009, 18:10 | Yazı # 30
Qrup: Etibarlı
Yazı: 8
Reputasiya: 0
Status: Saytda deyil
allah butun iman ehli olan qadinlari dinde sabit etsin amin!

le ilehe illalah
 
seyfulislamTarix: Bazar, 18.10.2009, 15:37 | Yazı # 31
Qrup: Etibarlı
Yazı: 8
Reputasiya: 0
Status: Saytda deyil
allah burun muselmanlara cinsinden ferqi olmayaraq hamisina yardimci olsun amin!

le ilehe illalah
 
seyfulislamTarix: Şənbə, 31.10.2009, 16:26 | Yazı # 32
Qrup: Etibarlı
Yazı: 8
Reputasiya: 0
Status: Saytda deyil
allah butun salih qadinlari peyqember MUHAMMED SALLALAHU ALEYHI VA SALLEMIN BAYRAGI ALTINDA OLANLARDAN ETSIN AMIN !!!!!

le ilehe illalah
 
medineTarix: Şənbə, 20.02.2010, 23:08 | Yazı # 33
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Əri necə xoşbəxt etməli

Mərhəmətli, Rəhimli Allahın adı ilə

Uca Allahın bu dünyada qadınlara verdiyi ən böyük nemətlərdən biri, onlara ailə nəsib etməsidir. Məhz bu nemətə görə qadınlar bunun qədrini lazımınca bilməli və daimi olaraq Allaha çoxlu şükr etməlidirlər. Çünki nemət şükr etdikdə artır, naşükür olduqda isə azalır. Uca Allah Qurani-Kərimdə belə buyurur: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir” (İbrahim, 7).
Yaşadığımız bu həyatda ailələrin dağılmasının ən başlıca səbəbi qadınların bu nemətin qədrini bilməyərək, ərlərinə qarşı nankorluq etmələridir. Qadınların əksəriyyətinin cəhənnəmə düşməsi məhz bu səbəbdəndir.
Ailənin xoşbəxt və firavan yaşaması səbəb baxımından demək olar ki, qadından asılıdır. Bəs, qadın necə etməlidir ki, həm Rəbbi, həm də həyat yoldaşı ondan razı qalsın və ailəsini dağılmaqdan qorusun. Bunun üçün bir çox səbəblər vardır. Bunlardan əsaslarını qeyd edirik:

Birinci səbəb: Allahdan qorxmalı və günahlardan uzaq olmalıdır.

Əziz bacım əgər evində, ailənlə birlikdə xoşbəxt oturmaq istəyirsənsə Allahdan qorxmalı və günahlardan uzaq olmalısan. Günah sahibini həlaka aparan ən birinci səbəbdir. Günah nəinki ailəni, hətta ölkələri belə məhvə aparır.
Ey müsəlman bacım! Allahın dinindən möhkəm yapış ki, Allah da sənin evini qorusun. Allaha itaət qəlbləri birləşdirir və bir-birinə sevdirir. Günah isə qəlbləri bir-birindən uzaqlaşdırır və sevgini aradan qaldırır. Saleh qadınlar ərlərində xəta gördükdə belə, hədlərini aşmadan, üstünə qışqırmadan onları dinin buyurduğu yollarla islah etməyə çalışarlar. Ancaq asi qadınlar isə ərində bir xəta gördükdə əri olmasını unudaraq üstlərinə qışqırır, nalayiq sözlər işlədir və s. Allaha xoş getməyən hərəkətlər edirlər.
Namazları vaxtı-vaxtında gözəl şəkildə qıl, qeybət, nəmimə, lağa qoymaq, insanlara alçaq gözü ilə baxmaq, övladları İslam tərbiyəsi ilə böyütməmək, ərin izni olmadan evdən çıxmaq, kafir qadınlara oxşamaq, teleseriallara baxmaq, musiqiyə qulaq asmaq, fasiq qadınlarla oturub-durmaq, açıq-saçıq çölə çıxmaq, və s. bu kimi günahlardan uzaq ol ki, ərin də səndən razı qalsın, ailəni də qorumuş olasan.

İkinci səbəb: Ərinə itaət etmək və ona asi olmamaq.

Qadının Allahın haqqını ödədikdən sonra boynuna düşən ilk vəzifə ərinə itaət etmək və ona asi olmamaqdır. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: "Əgər kiməsə Allahdan qeyrisinə səcdə etməyi əmr etsəydim, qadınlarına ərlərinə səcdə etməyi əmr edərdim". Bu ailə səadətinin təməlini qoyan hədisdir. Qadın öz ərinə tabe olmalı, onun haqqına girməməli, əri onun haqqına girdikdə belə onu şəriətin buyurduğu gözəl yollarla islah etməyə çalışmalıdır. Ancaq qadın haqq olsa belə ərinin üstünə qışqırmamalı, onu söyməməli, onu təhqir etməməlidir. Belə olduğu qalda, qadın özü də böyük xətaya yol vermiş olur və ərinin haqqına girmiş sayılır. Qadının ərinə asi olması onun ibadətinə də təsir edir və naqislik gətirir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Üç nəfərin namazı başından yuxarı qalxmaz; ağasından qaçıb geri dönməyən kölə, ərini qəzəbləndirib yatmış qadın və camaatın xoşlamadığı imam”(Tirmizi). Məhz buna görə ərinə qarşı ən gözəl qadınardan olan möminlərin anası Aişə (Allah ondan razı olsun) qadınlara xitab edərək, buyurmuşdur: "Ey qadınlar! Əgər siz ərlərinizin sizin üzərinizdə haqlarını bilsəydiniz, ərlərinizin ayaqlarını altındakı tozu üzünüzdəki cizgilərlə təmizlərdiniz". Allahu Əkbər! Sən dünyanın ən xeyirli qadınlarından idin. Siz qadınlar da Allaha ibadət edərək, günahlardan uzaq olaraq, ərlərinizə tabe olsanız Allahın və ərinizin sevgisini qazanaraq dünyanın ən xeyirli qadınlarından ola bilərsiniz. Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) "Hansı qadınların daha xeyirli olduğunu soruşduqda, " O, "(əri) ona baxdıqda sevinir, əmr elədikdə tabe olur, nəfsinə və malına xoş olmayan şeylərdə ərinə müxalif olmur" (Əhməd və Həkim rəvayət etmişdir. Albani hədisin "Həsən" olduğunu bildirmişdir).
Ey müsəlman bacım! Allaha və ərinə itaət edərsənsə Allahın izni ilə cənnət əhlindən olarsan. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: "Qadın (fərz buyurulan) 5 namazını qılarsa Ramazan ayının orucunu tutarsa, övrət yerini qoruyar və ərinə itaət edərsə Cənnətə istədiyi qapıdan daxıl olar" (Hədisi Əbu Nəim rəvayət etmişdir. Albani hədisin "Səhih" olduğunu bəıyan etmişdir).

Üçüncü səbəb: Qane olmaq.

Qadına verilən ruzi az da olsa çox da olsa onunla kifayətlənməlidir. Ərindən gücü çatmayan şeyləri tələb etməməlidir. Allahdan qorxan sələfi qadınlar ərləri evdən çıxdıqda onlara nəsiyyət edərək deyərdilər: "Haram qazancdan çəkin. Biz aclığa səbr edə bilərik ancaq cəhənnəm oduna yox". Ancaq bugün bəzi müsəlman qadınların ərlərinə nə nəsiyyətlər etdiyi hamıya məlumdur.

Dörüdüncü səbəb: Övladlarının tərbiyəsi və ev işləri ilə məşğul olmaq.

Vaxtı-vaxtında yeməyi hazırlamaq, ehtiyac olmayan şeylərdə israfa yol verməmək ailə içində xoşbəxtçiliyə aparan ən böyük amillərdəndir.

Beşinci səbəb: Həyat yoldaşının ailəsi və qohumlarına qarşı yaxşı münasibət göstərmək.

Xüsusən də ərinin anasına qarşı. Çünki ərinə ən yaxın olan onun anasıdır. Onunla yumşaq davranmaq, xəta etdikdə onları acılamamaq, asiliyi əmr etmədiyi təqdirdə ona tabe olmaq, onu heç bir yerdə pisləməmək və s. gözəl əxlaq göstərmək lazımdır. Hal-hazırda bəzi müsəlman qadınlara rast gəlmək olar ki, nəinki qaynanasına qarşı yaxşılıq davranmır, hətta onu evlərindən belə qovurlar. Bu cür qadınlar Allahdan qorxmalı, tövbə edib onlardan halallıq almalıdırlar. Bu cür təqdirdə onlar qaynananın haqqına girməklə yanaşı ərinin də haqqına girirlər və buda ki, cəhənnəmə aparan amillərdəndir.

Ardı var

Ramil Soltanov


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
ImanTarix: Cümə, 02.04.2010, 13:13 | Yazı # 34
Qrup: İdarəçilər
Yazı: 13
Reputasiya: 1
Status: Saytda deyil
Nümunevi nesiller yetisdirecek çalısqan xanimin xüsusiyyetleriş
Eqidesi: Bu ümmet üçün nümune ve esas olan inanc sisteminin Resulullah sellalahu aleyhi ve sellem öyretdiyi heqiqi eqide oldugu düsuncesi ile eshabe, tabiin ve ətbau-tabiinç yeni əməli saleh sələfin əqidesini özü ile tamamlandiği Əhli Sünnü vəl-cəmaat metodunu anlamaq və derk etməkş
Metodu: Yalnız və yalnız Allahınç Resulunun sellalahu aleyki ve sellem-, əshabelerin və qiyamete qədər onların yoluna tabe olanların detdiyi yolu hədəf etmis ç bunu yeganə yol kimi seçmisdirş
Əxlaqi: yuksek İslam əxlaqiş
Əlaməti: hicab ve tesetturdurş
Ədəbi: həyaç iffət və təmizlikdirş
Nümune saydığı: möminlerin analari,əshabə xanimıar və butun salehə xanımlardır.
Sevgisi: yalnız Allah, Resulu səllallahu aleyhi ve selləm- ve İslam qanunlarina bagli her kəs üçündür.
Gizli düşüncesi: axiret heyatıni xatirlamaq, özünü qebrin qaraniq ve darlıgından rahatliğa çıxaracaq, onu sakit edecek bir həyat terzi verecek yaxşı əməllər görməkdir.
Dostları: Allahın dininə bağlı olan bütün müvehhid ( Allahın təkliyini qəbul eden), mömin ve bütün müselman xanımıardır.
Nifreti: düşmen yehudilere, xristianlara, münafiqlere, ateistlərə, “ qadin azadlığı” ve “ feminizm” deyə uca səslə bağıran gizli çağirişçılardır.
Düşmənləri:çirkin mahnilarç harama yol açan musiqi alətləriç açıq saçıq və azğin fikirleri nümayiş etdirmeye çalışan bütun jurnal və qəzetlər, eşqbazliq və həddi aşan bütün serial və filmler, bundan başqa əxlaqsiz, namussuz qadınlarç qısası Allahin qezebini üzerinde toplamış hər şeydir.
İsteyi: çox bağışlayıcı olan “əl-Ğafur” və hala acıyan “ ər-Rəhman” Allaha bütün şərtlərə bağlı olmaqla səmimi bir şəkildə tövbe etm ekdir.
Evlilik mərasimi: İslamı bir evlilikdir. Toyunda musiqi, içki ve s.yoxdur. Devet edilmiş qadın və kişi qarışıqliğina yol verilmez. Islam zidd olan geyimlere də yer verilməz.
Məqsədi: müselman ailesi qurmaq, beləliklə də bütün insanlağın ehtiyacı olan həqiqi İslam cəmiyyetinin sağlam təməlini meydana gətirmək, ümumiyyetle xeyirli nesiller yetişdirmekdir.
İstirahəti: faydali elm oyrənmək, Qurani –Kərimi əzbərləmək, din çərçivəsində dincəlib istirahət etməklə kecir.
Səyahəti: incə düşünər və təfəkkür üdər, eyni zamanda dincelerek ozunu rahat eden islerden də geri qalmaz. Beləliklə, bezginlik və yorgunluqdan uzaq olur, dinanmikliyini təmin etmiş olur.


Insan sevdiyile baraberdir. Hedisi Serif
 
medineTarix: Çərşənbə, 12.05.2010, 23:36 | Yazı # 35
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Altıncı səbəb: Ərinin hislərinə şərik çıxmaqdır.

Ər üzüldükdə üzülmək, sevindikdə sevinmək xoşbəxtçiliyə aparan səbəblərdəndir. Belə olduğu təqdirdə ərin sıxıntısı olduqda evə gəlməkdən çəkinmir, yoldaşının ona böyük dayaq olduğunu hiss edir və təsəlli tapır.

Yeddinci səbəb: Hər bir halında ərinə şükr etmək.

Qadın ərinin etdiyi yaxşılıqları həmişə yadına salmalıdır. İnsanlara təşəkkür etməyən, Allaha da şükr etməz. O qadınlardan olma ki, ərindən həmişə yaxşılıq görüb ancaq bir pislik gördükdə bütün yaxşılıqları unudur. Məhz qadınların əksəriyyəti cəhənnəmə buna görə girəcəklər. Peyğəmbər (Allahın ona salavat və salamı olsun)«Ey qadınlar sədəqə verin. Mən cəhənnəmin əksəriyyətini qadınlar olduğunu gördüm». (Qadınlar) «Ey Allahın elçisi nəyə görə» -deyə soruşduqlarında, O, «çoxlu lənət etdiklərinə və ərlərinə qarşı nankor olduqlarına görə»-deyə cavab verir. (Beyhəqqi). Burada nankorluq dedikdə, ərinin etdikləri yaxşılıqları inkar etmək və haqqını ödəməmək nəzərdə tutulur. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: «Uca Allah yoldaşına şükr etməyən qadının üzünə baxmaz» (Beyhəqqi rəvayət etmişdir. Albani hədisin səhih olduğunu bəyan etmişdir). buyurdu:

Səkkizinci səbəb: Ərinin eyiblərini və sirlərini açmamalı.

Qadın ərinin sirr daşıdığı yeridir. Sirr açmaq bəyənilməyən əməl olduğu halda qadın ərinin sirrini açması daha təhlükəli və daha böyük günahdır. Bu günahı Uca Allah Quranda xüsusi olaraq qeyd etmişdir. Necə ki, yoldaşlarından biri onun sirrini digər yoldaşına xəbər verdikdə bu ayələr nazil olmuşdur: «Bir zaman Peyğəmbər öz zövcə­lə­rindən birinə sirr verdi. O da bu­nu (onun digər zövcə­sinə) xəbər verdikdə və Allah da bunu (Peyğəm­bərə) aşkar et­dik­də o, bunun bir qismini (sirr verdiyi) zöv­cəsinə bildirdi, digər qismindən isə vaz keçdi. (Pey­ğəmbər) bunu ona bildir­dikdə (zöv­cəsi) dedi: “Bunu sənə kim xəbər verdi?” O dedi: “Bunu mənə (hər şeyi) Bilən, Xəbərdar olan (Allah) xəbər verdi!” Əgər ikiniz də Allaha tövbə etsə­niz, (yaxşı olar). Çünki hər ikinizin qəlbi (günaha) meyl etmişdir. Əgər ona qarşı bir-biri­nizə dəstək versə­niz, (bilin ki) Allah, Cəb­rail və əməli­saleh möminlər onun dostu və yar­dım­çısıdır. Bunlar­dan başqa mə­lək­lər də onun yardımçı­la­rıdır. Əgər o sizi boşasa, Rəbbi sizin əvə­zinizə ona sizdən daha yaxşı zöv­cələr – müsəlman, mö­min, itaətkar, tövbə edən, iba­dət edən, oruc tutan dul qadın­lar və bakirə qızlar verə bilər» (ət-Təhrim 3-5).

İbn Abbas (Allah onlardan razı olsun) rəvayətində dedi: “… İsmailin (Allahın ona salamı olsun) toyundan və anasının vəfatından sonra atası İbrahim (Allahın ona salamı olsun) ona baş çəkməyə gəldi, lakin onu evdə tapmadı. İbrahim İsmailin (Allahın onlara salamı olsun) zövcəsindən onu xəbər aldıqda qadın dedi: “Gedib, bizim üçün yeməyə bir şey gətirsin.” Sonra o, qadından on­la­rın yaşayış tərzi və dolanışıqları barədə soruşdu. Qadın: “Vəziyyətimiz çox pis­dir! Biz ehtiyac və yoxsulluq içindəyik”– deyə şikayət etməyə başladı. İbrahim (Allahın ona salamı olsun) buyurdu: “Ərin evə gəldikdə mənim salamımı ona çatdır və de ki, evinin astana­sını dəyişdirsin.” İsmail (Allahın ona salamı olsun) qayıtdıqda evə adam gəldiyini hiss edib yoldaşından: “Evimizə gələn olubmu?”– deyə soruşdu. Qadın dedi: “Bəli, filan əlamətləri olan qoca bir kişi gəlmişdi. O bizdən sənin barəndə soruşdu, mən də ona evdə olmadığını xəbər verdim. Sonra o, dolanışığımız barədə soruşdu, mən də ona bizim ehtiyac və yoxsulluq içində olduğumuzu söylədim.” İsmail (Allahın ona salamı olsun) dedi: “O sənə bir şey tövsiyə etdimi?” Qadın dedi: “Bəli! O, mənə buyurdu ki, onun salamını sənə çatdırım, həm də deyim ki, evinin astanasını dəyişəsən.” İsmail (Allahın ona salamı olsun) dedi: “O gələn mənim atam idi. Mənə səndən ayrılmağı tövsiyə etdi. Odur ki, qayıt atan evinə.” İsmail (Allahın ona salamı olsun) onu boşadıqdan sonra başqa bir qızla evləndi. Bir müddət keçdikdən sonra İbrahim (Allahın ona salamı olsun) yenə oğluna baş çəkməyə gəldi, lakin onu evdə tapmadı. İbrahim İsmailin (Allahın onlara salamı olsun) zövcəsindən onu xəbər aldıqda qadın dedi: “Gedib, bizim üçün yeməyə bir şey gətirsin.” Sonra o, qadından onların yaşayış tərzi və dolanışıqları barədə soruşdu. Qadın: “Vəziyyətimiz çox yaxşıdır, hər şeyimiz var!”– deyib Allaha şükr etdi. O: “Nə yeyirsiniz”– deyə soruşdu. Qadın: “Ət”– deyə cavab verdi. O: “Nə içirsiniz?”– deyə soruşdu. Qadın: “Su”– deyə cavab verdi. İbrahim (Allahın ona salamı olsun) dua edib dedi: “Allahım, bunların yediyi ətə və içdiyi suya bərəkət ver!”. Peyğəmbərlərin atası olan İbrahim peyğəmbərin (Allahın ona salamı olsun) öz oğlu İsmailə (Allahın ona salamı olsun), evinin sirrini və naşükür olduğu üçün yoldaşını boşamasını əmr etdi. Çünki evinin sirrini açan və naşükürlük edən qadın saleh ərə layiq deyildir.

Ey müsəlman bacım! Ərinin eyiblərini açma, onun sirrlərini danışma. Yalnız alimin və ya qazinin yanında məsləhət olsa danışmağın istisnadır.

Doqquzuncu səbəb: Əri evə gələn kimi problemləri ona danışmamalıdır.

Əgər hər hansı bir problem varsa onu ərinə demək üçün münasib vaxt seçməlidir. Ər evə gələn kimi rahatlaşmamış həyat yoldaşının problemləri ona danışması sevgini aradan götürən amillərdəndir. Problemlər münasib zamanda və məkanda deyilməlidir.

Onuncu səbəb: Ərinin yanında gözəl geyinməməsi və onun üçün bəzənməməsidir.

Bu səbəbdə ərlə-arvad arasında istiliyi aradan qaldıran amillərdəndir. Çox təəccüblüsü isə odur ki, bəzi qadınlar evdə ərləri üçün bəzənmədikləri halda çölə çıxdıqda bəzənirlər.

Ey müsəlman bacım! Ərin sevgisini qazanmaq və ailəni qorumaq üçün səbəblər çoxdur. Bunlardan bəzilərini qısa olaraq xatırlatdıq. Əgər sən ərinin sevgisini qazanmaq və ya artmasını istəyirsənsə daima Allahı və ərini razı salacaq şeylərə can atmalısan. Bunun üçün çalış ki, Rəbbin həmdə ərin səndən razı qalsın və cənnətə düşməyin asanlaşsın. Unutma ki, ər haqq olaraq həyat yoldaşından narazıdırsa , bu həmin qadının aqibətinin heç də yaxşı olmayacağından xəbər verir. Uca Allah buyurur: «Ey iman gətirənlər! Allah­dan qor­xun! Hər kəs sabahı üçün nə et­di­yinə baxsın. Allah­dan qorxun! Həqi­qə­tən, Allah nə etdiklərinizdən xəbər­dar­dır» (əl-Həşr, 18).

Ramil Soltanov


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
XEDICE73Tarix: Cümə axşamı, 13.05.2010, 00:35 | Yazı # 36
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Keçirdiyi seminarda İslamı təhqir edən alman keşiş sonda çıxılmaz vəziyyətə düşüb

Almaniyanın “Volksmissiya” kilsəsinin “Pforzheym” şöbəsində “İslamda qadının yeri” mövzusunda seminar keçirilib.

Seminarda çıxış edən ərəb mənşəli alman keşiş İsaak Karkuş İslam dinini və Məhəmməd peyğəmbəri təhqir edib. Quran ayələrini və hədisləri təhrif edən keşiş ərəb dilini gözəl bildiyini iddia edərək, seminar iştirakçılarını İslama qarşı çıxmağa çağırıb. İ.Karkuş “dəvət”inin effektiv olması üçün həyat yoldaşının müsəlmanlar tərəfindən öldürüldüyünü iddia edib. İslamı çox gözəl bildiyindən dolayı bu dindən üz çevirdiyini bildirən keşiş İslamın qadına heç bir dəyər verilmədiyini “vurğulayıb”. Keşişin qeyd etdiyi xüsuslar arasında qadının ibadətdən uzaqlaşdırılması, evlilik barədə fikirləşməsinə icazə verilməməsi, it, eşşək və qadının namazı pozması, uğursuz və şeytan olması kimi cəfəng fikirlər də olub. İ.Karkuş seminarda İslamın sülh deyil, müharibə dini olduğunu iddia edib.

Seminarda iştirak edən müsəlmanlar keşişin çıxışını axıradək dinlədikdən sonra iştirakçılara Karkuşun təhrif etdiyi ayələri izah edərək, İslamın hər zaman sülhə çağıran bir din olduğunu bildiriblər. Müsəlmanların öz fikir və ideyalarını Quran ayələri və hədis işığında şərh etmələri keşiş İ.Karkuşu çətin vəziyyətdə qoyub.


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
ImanTarix: Çərşənbə, 19.05.2010, 11:52 | Yazı # 37
Qrup: İdarəçilər
Yazı: 13
Reputasiya: 1
Status: Saytda deyil
OZUNU NUMAYIS ETDIURMEYIN ZIYANLARI.
Ozunu numayis etdirme Allaha ve resuluna s.a.v. asi olmaq demekdir. Heqiqeten, Allaha ve Onun Resuluna s.a.v. tabe olmuyanyalniz ozone zere vurur, bunun Allaha hec bir ziyani yoxdur. Resulullah s.a.v. demisdir: Menim butun ummetim cennete dusecek, yalniz bundan imtina edenlerden basqa.
Ondan sorusurlar: “ Ya Peygember! Bundan kim imtina edecek ki?” Allahin resulu s.a.v. bele cavab verir: “ Kim mene tabe oldusa CEnnete dusecek, kim ki itaet etmedi cehennemlikdir”.
OZUNU NUMAYIS ETDIRMEK BOYUK GUNAHDI
Umeyme bint Ruqeyqe sehadet getirmek ucun Resulullahin s.a.v. yanina gelir. Peygember s.a.v. deyir: “Men senin Allaha hec bir serik qosmayacagina, ogurluq etmeyeceyine, zinakar olmayacagina, usaqlarini oldurmeyeceyine, bohtan atmayacagina, qeybet etmeyeceyine, qebrlein uzerinde agi demeyeceyine ve ozunu numayis etdirmeyeceyine gore getirdiyin sehadeti qebul edirem”.
OZUNU NUMAYIS ETDIRENI ALLAH OZ MERHEMETINDEN MEHRUM EDIB LENETLEYIR
Resulullah s.a.v. deyib: “Axirda (qiyamet yaxinlasanda) minim ummetinden baslari devenin eyilmis donqarlarina oxsar geyimli ve eyni zamanda geyinmis cilmaq qadinlar olacaq. Onlari lenetleyin, cunki onlar lenetlenmisler”.
OZUNU NUMAYIS ETDIRMEK CEHENNEM EHLININ XUSUSIYYETIDIR
Allahin Resulu s.a.v. deyib: “MEnim gormediyim iki cur cehennem ehli var: ellerinde ineyin quyruguna oxsayan qamci ile insanlari vuran kisiler ve baslari devenin eyilmis donqarlarina oxsar suslenmis geyimli, lakin cilpaq qadinlardir ki, basqalarini dab bu ise devet edirler. Onlar Cennete dusmeyecekler ve hetta onun xos qoxusunu uzaqdan hiss olundugu halda onlar onu duymayacaqlar”.


Insan sevdiyile baraberdir. Hedisi Serif
 
ImanTarix: Çərşənbə, 19.05.2010, 22:57 | Yazı # 38
Qrup: İdarəçilər
Yazı: 13
Reputasiya: 1
Status: Saytda deyil
OZUNU NUMAYIS ETDIRMEK AXIRET GUNU QARANLIQ VE ZULMETDIR
Peygember s.a.v demisdir: “Oz gozelliyini ozgelerine gosteren qadin Axiret gunu isiq uzu gormeyen vahimeli zulmete benzeyir”. Hedisin menasi budur ki, heyasiz ve paltarini tekebburle geyinen qadinin Axiret gunu simasi qara olacaq sanki o vahimeli zulmetden yaranmis kimi onu tecessum etdirecek. Bu hedis sehihliyine gore zeif olsa da , onun menasi tamamile dogrudur. Is burasindadir ki, gunahli lezzetin evezi zulm, rahatligin-eziyyet, bollugun-acliq, firavanligin-mehrumiyyet, etrin-curume, (les iyi) isigin ise, zulmetdir. Ve eksine oruc saxlayanin agzindan gelen xosagelmez qoxu ve sehid qani Axiretde musk iyinden ustundur.
OZUNU NUMAYIS ETDIRMEK RIYAKARLIQDIR
Resulullah s.a.v. deyib: “Sizin qadinlarinizdan en yaxsilari- sevenler, guleruzluler, ovlad dunyaya getirenler, yumsaq xasiyyetliler, ve derde serik olanlardir, eger Allahdan qorxandirlarsa. Qadinlarinizdan en pisleri ise ozlerini numayis etdirenler ve tekebburlu yalancilardir ve cennete onlar ag qargalar tek duse bilerler”. Ag qarga ifadesini Peygember s.a.v. mecazi menada ona gore isledib ki, bele qadinlarin Cennete nadir hallarda duse bileceyini vurgulasin, cunki tebietde ag qargalar- albinoslar tek-tukdur.


Insan sevdiyile baraberdir. Hedisi Serif
 
ImanTarix: Cümə axşamı, 20.05.2010, 12:01 | Yazı # 39
Qrup: İdarəçilər
Yazı: 13
Reputasiya: 1
Status: Saytda deyil
OZUNU NUMAYIS ETDIRMEK EDEBSIZLIKDIR
Yuxarida dediyimiz kimi qadin –ovretdir, ovreti ise acib gostermek alcaq ve iyrenc bir isdir. Uca Allah deyib: “ Edebsizlik etdikleri zaman: “Atalarimizi bele gorduk. Bunu bize Allah emr etmisdir” –deyerler. De ki, Allah edebsizlik emr etmez. Allaha qarsi bilmediyiniz seyimi deyirsiniz?” (El-Eraf) Insani alcaq islere sovq eden mehz seytandir: “Seytan sizi yoxsulluqla qorxudaraq alcaq islere sovq eder… (El-Beqere 28)
Ozunu numayis etdiren qadin islam cemiyyetinde edebsizlik toxumu sepen qorxulu ve ziyanverici bir virus dasiyicisidir. Uca Allah deyib: “Mominler arasinda pisliyi yaymaq isteyenleri dunyada ve axiretde siddetli ezab gozleyir. Allah bilir, siz bilmezsiniz!” (en-Nur 19)
OZUNU NUMATIS ETDIRMEK SEYTANIN YOLUDUR
Ademle hevvanin seytanla munasibetleri tarixi, bize Allahin dusmeni olan Iblisin ayib yerleri acmaq, geyimleri cixartmaq ve her yerde ziyankarliq etmek kimi niyyetlerini acib gosterin. Qudretli Allah deyib: “Ey Aden ogullari! Ayib yerlerini ozlerine gostermek ucun libaslarinizi soyundurub valideynlerinizi (Adem ve hevvanin) Cennetden qovdurdugu kimi, seyten sizi de aldadib yoldan cixarmasin” (el-Eraf 27)
Belelikle, ozunu numayis etdirmek ve libasi soyunmaq cagirisinin banisi Iblisdir. Mehz o, indi “ azad qadin” adlandirilan herekatin rehberidir. Seytan Rehimli Allaha asi olmaqda ona tabe olanlarin hamisinin bascisidir. Bu, ilk novbede ozunu numayis etdiren, muselmanlkara ziyan vuran ve onlarin genclerini yoldan cixaran exlaqsiz qadinlardir. Peygember s.a.v. deyib: “Men ozumden sonar kisileri yollarindan azdira bilen qorxulu bir sey saxlamamisam-qadinlardan basqa”.


Insan sevdiyile baraberdir. Hedisi Serif
 
ImanTarix: Cümə axşamı, 20.05.2010, 20:56 | Yazı # 40
Qrup: İdarəçilər
Yazı: 13
Reputasiya: 1
Status: Saytda deyil
OZUNU NUMAYIS ETDIRMEK EVVELKI UMMETLERIN METODUDUR
Yehudiler evvelki xalqlarin dagidilmasinda qadin gozelliyinden istifade etmekde boyuk tecrubeleri var. Butun dunyaya sepelenmis coxsayli yehudi teskilatlarinin en etibarli salihlarindan biri de qadincazibedarligidir. Axi, hele Peygember s.a.v. deyib: “fani dunyaya ve qadinlara munasibetde ehtiyatli olun, bele ki, israil ovladlarinin arasinda ilk fitneye sebeb qadinlar olmusudu”.
Onlarin kitablarinda gosterilir ki, Qudretli Allah Sionun qizlarini nazlanmaqlarina ve oz gozelliklerini numayis etdirdiklerine gore cezalanmisidr. Isayi(vi) kitabinin ucuncu bolmesinde deyilir: “Heqiqeten Allah Sionun qizlarini nazlandiqlarina, ayaqlarindaki halqalari ve bilerziklerini tekebburle cingildetdiklerine gore cezalandiracaq. Allah onlarin butun halqalarini ve bilerziklerini qoparib, horuklerini ve sac duzumlerini acaraq sirgalarini, boyunbaglarini, ortuklerini, zolaq ve sargilarini cixaracaq”.
Resulullah s.a.v. kafirlere (musriklere) oxsamamaq ve qadinlara munasibetde onlarin qaydalariyla getmemek nesihetin ebaxmayaraq, muselmanlarin coxu bu xeberdarliga fakir vermedi. Belelikle, Resulullahin s.a.v. dediyi heyata kecdi: “Siz oz seleflerinizin yolunu ciddi-cehdle davam edeceksiniz. Hetta onlar kertenkele yuvasina girseler bele siz onlarin ardinca gedeceksiniz”. Camaat sorusur: “Bu, yehudiler ve xacperestlerdir?” Peygember s.a.v. cavab Verdi: “Basqa kim olacaq?”.
Allaha ve Onun Resuluna s.a.v. asi olub, yehudilerin ve xacpereslerin yoluyla geden qadinlar, Allahin hokmunu “Esitdirik ve itaet etmirik” sozleriyle qarsilayaraq Allahin qezebine tus gelmis qadinlara nece de oxsayirlar! Onlar Allahin emrini esiderek “ Esidirik ve itaet edirik” deyen esl muselman qadinlardan nece de uzaqdirlar!
Uca Allah deyib: “Her kes ozune dogru yol askar olandan sonar Peygemberden uz donderib mominlerden qeyrisinin yoluna uyarsa, onu istediyi yola yonelder ve cehenneme varid ederik. Ora nece de pis yerdir!”. (en-Nisa 115)


Insan sevdiyile baraberdir. Hedisi Serif
 
Forum » İslam » Müxtəlif məsələlər » QADIN! (islamda qadin)
  • Страница 2 из 3
  • «
  • 1
  • 2
  • 3
  • »
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru