[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Müxtəlif məsələlər » BİDƏT (İslama gətirilən bidətlər hansilardi)
BİDƏT
SelefTarix: Çərşənbə, 27.08.2008, 02:34 | Yazı # 1
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
BİSMİLLAH


(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
SelefTarix: Çərşənbə, 27.08.2008, 02:36 | Yazı # 2
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
Uca Allah İsa əleyhissəlam haqqında belə buyurur:
"…Onun ardınca gedənlərin qəlblərində bir-birinə şəfqət, mərhəmət oyatdıq. Onlar özlərindən rahiblik icad etdilər. Biz onu onlara vacib buyurmamışdıq. Onlar bunu Allah rizasını qazanmaq üçün etdilər, lakin ona layiqincə əməl etmədilər …" (Hədid, 57/27)

"Rahiblik" buyruğu – onlar bir rahiblik icad etdilər deməkdir. Bu buyruğda mükəmməl xeyrixahlıq əməli "mərhəmət oyatdıq" ifadəsilə verilir və daha sonra "onlar özlərindən rahibdik icad etdilər" buyruğu davam etdirilir. Burada Allah göstərir ki, "Biz onu onlara vacib buyurmamışdıq". Əksinə onlar özlərindən onu bidət kimi araya gətirdilər (haqlarında bəhs edilənlər xristianların rahibləridir)
Uca Allahın: "...Onlar bunu Allah rizasını qazanmaq üçün etdilər..." ifadəsindəki buyruqda (qazanmaq mənasındakı sözün) fəthə ilə hərəkələnməsi barədə üç nəzər nöqtəsi mövcuddur:
Ən doğrusu, bunun, ayrılmış bir istisna kimi fəthə ilə hərəkələnməsidir. Yəni, onlar rahibliyi ancaq Allahın rizasını almaq üçün icad etmişdilər. Buna isə Uca Allahın: "onlar özlərindən (bidət olan) rahiblik icad etdilər" buyruğu dəlil rolunu oynayır. Bundan sonra isə, onları bu rahibliyi uydurmağa yönəldən səbəbi (yəni, Allahın razılığını axtarmağı) xatırlamışdır. Ardıyca ona layiqincə riayət etməkdən uzaqlaşmaları onlara qarşı nifrət oyadır" (Mədəricus-Səlikin, III, 32)
Şeyx Həmid əl-Faqi bu izahla bağlı olaraq aşağıdakıları bildirir:
"Ayənin əvvəlki və sonrakı buyruqları ilə bərabər onun üslubundan belə məlum olur ki, Uca Allahın məqsədi dində bidət yaradanları məhkum etmək və bunun insan təbiətinə zidd olduğunu bəyan etməkdir. Bidət törədən hər hansı bir şəxs əslində o bidəti layiqincə yerinə yetirmək gücünə malik olmaz və olsa da onu itirər. Çünki ortaya atılan o bidət insan təbiətinə və sağlam ağla ziddir və onlardan uzaqdır. Hər şeyi bilən və hikməti sonsuz olan aləmlərin Rəbbi Allahın qulları üçün nəzərdə tutduğu nemətini tamamlamaqdan ötrü müfəssəl şərh etdiyi din də bəşəriyyəti islah etmək, Uca Allahın insanları xəlq edərkən onlara verdiyi fitrətlə onları siratu mustəqimə(Düzgün yola)yönəltmək üçündür.
Rahiblik – insan təbiətinə qarşı qoyulmuş, cinsi, qidalanma, geyinmə, rahatlıq, yuxu və buna oxşar haqlardan məhrum edilməklə bağlı, ilahi yaradılışa kökündən ziddir. İnsanın bunu yerinə yetirə bilməsi və ona layiqincə riayət etməsi mümkün olmayan bir şeydir.
Bundan ötrü Peyğəmbər (sallallahu əleyhi və səlləm) belə işi görənlərə olduqca qəzəblənmişdir Uca Allah da belə buyurur:
"De: "Allahın öz bəndələri üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram buyurmuşdur?"… (Əraf, 7/32)
Bir çox ayələrdə belə bir işə qoşulanın şeytanın öz dostlarına etdiyi təlqinlərlə bağlıdır. Doğrusunu ən yaxşı bilən Allahdır". (bu açıqlama üçün bax: İbn Qeyyim, ət-Təfsirul Qeyyim, səh. 486)
Bəzi sufilər də rahiblərə bənzəyərək yundan toxunmuş paltar geyinirlər, öz nəfslərini, Qurana və Peyğəmbərin (sallalla¬hu əleyhi və səlləm) doğru yoluna qarşı çıxaraq, xoş və təmiz şeylərdən məhrum edirlər.



(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
XEDICE73Tarix: Şənbə, 30.08.2008, 13:10 | Yazı # 3
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
ISLAM,, YOXSA XURAFAT?.........

Doğma yurdumuzda, hətta bütün İslam aləmində müsəlmanların ən mühüm məsələlərindən biri, bəlkə də ən vacibi İslamı düzgün təmsil edə bilmə məsələsidir. Bunu bacara bilməməksə cahanşümul din olan İslamın geniş xalq kütlələrinə çatdırılmasına və yayılmasına mane olur. Buna görədir ki, müsəlman olduğunu iddia edənlər elmləriylə, mədəniyyətləriylə, həyat tərzləriylə, hərəkətləriylə Islamı düzgün təmsil edə bilməyəndə özləri də bilmədən bu möhtəşəm dinə çox böyük zərbə vurmuş olurlar. Çünki, geniş xalq kütlələri dinimiz haqqındakı məlumatları oxuyaraq, öyrənərək, tədqiq edərək əldə etməzlər. Müsəlman olduğunu söyləyənlərin, namaz qılıb-oruc tutanların əməllərinə baxaraq hökm verərlər. Bu insanlara görə Islam dini müsəlmanların həyatlarında təzahür edən, yaşayışlarında özünü göstərən həqiqətlərdir.

Bu mövzuya “vaxtı deyil” deyə toxunmaq istəmirdim. Lakin getdiyim rayonların bir neçəsində şahidi olduğum hadisələr məni bu yazını yazmağa vadar etdi. Əsasən də bu hadisə zamanı 12-13 yaşında bir oğlan uşağı namaz qılmağı öyrənirdi: “Ana! Namaz qılarkən əlimi bağlı tutmalıyam, yoxsa açıq?” sualına, anası “bilmirəm, balam, nənəndən soruş”, deyəndə, nənəsi “bu hardan ağlına gəldi, ay mənim dəcəl balam?” - dedi. Adı Taleh olan bu uşaq “Nənə, mənə Molla əmi dedi ki, sən namazı düz qılmırsan. Mən sizin ailənizi yaxşı tanıyıram, siz sünnüsünüz, şiə yox. Gərək əlini bağlayıb qılasan.” Nənəsi də “Hə, hə. Molla düz deyir, elə biz ondanıq”, - dedi. Bunları gülərək seyr edən ata, “Taleh, böyüyüb ölüyuyan olacaq” deyib qəhqəhə ilə gülməyə başladı. Babası da, “nə işiniz var, gedib öyrənsin də. Bundan yaxşı sənət var?!” - dedi. Çayımı içə-içə bu söhbətlərə qulaq asırdım. Məsələyə qarışmağın yersiz olduğunu düşünürdüm ki, Talehin atası Əli kişi gülə-gülə mənim fikrimi soruşdu. Mən də bir cümlə ilə “Uşağa heç nə öyrətmirsiniz-öyrətmirsiniz, heç olmasa öyrənməyə mane olmayın” - deyib icazə istədim. Bu hadisədən sonra yas yerlərindəki, bəzi məscidlərdəki vəziyyəti görüb bu mövzuya qısa da olsa, açıqlıq gətirmək fikrinə gəldim. Valideynlərin dini bilməməsi, orta məktəblərdə dərs deyən qocaman müəllim və müəllimələrimizin “ateizm”dən dərs almaları, “molla” deyilən özəl qruplaşmaların (əslində, bir-birlərini görməyə gözləri yoxdur) dinlə yaxından-uzaqdan əlaqələrinin olmaması, dindən yoxsul olub nağıllarla insanları aldatmaları, universitetlərimizdə ateizmdən dərs deyən alimlərimizin (!) indi islam alimi kimi dərs demələri minlərlə, hətta milyonlarla Taleh kimilərini xürafələrlə aldadaraq dindən soyudur və dinin həqiqətlərindən uzaqlaşdırır.

Ilk olaraq sünni-şiə məsələsi: Əziz qardaş və bacıla-rım! Nə müqəddəs kitabımız Qurani-Kərimdə, nə bütün insanlara göndərilən Peyğəmbərimiz Hz.Muhammədin (s.ə.s.) dövründə şiə-sünnü məsələsi olmayıb.

Namazda əlin açıq və ya bağlı olmasının heç bir fərqi yoxdur. Namazın ümumi fərzləri var ki, bunu həm şiə, həm də əhli-sünnə yerinə yetirir.

Sünnünün də, şiənin da Allahı bir, dini bir, Quranı bir, peyğəmbəri birdir. Bu “bir”lər dura-dura harada xırdalıqlar var, onu qurdalamağın heç bir mənası yoxdur. NASA kimi kosmik təşkilatlar planetlərdə tədqiqat apararkən biz də bu xırdalıqlarla vaxtımızı itiririk.

İkinci məsələ, mollalıq: Xristianlıqda vaxtlarını ancaq kilsədə keçirən, ərə getməyən və evlənməyən rahibə və rahib qrupları adlı “ruhbanlıq” sinfi mövcuddur. Bunlar dünyəvi heç bir işə qarışmazlar. Dinimizdə isə hazırda olduğu kimi nə mollalar sinfi, nə də dünyadan əl çəkmək məsləsi var. Peyğəmbərimizin də bildirdiyi kimi, dünya axirətin tarlasıdır.

Mövzumuzdan kənarlaşmayaq. Mollalar haqqında bir dəfə mübahisə edərkən qarşımdakı şəxs dedi ki, onlar olmasaydı, din qalmazdı. Mən də qalmasa, bundan yaxşı idi dedim. Çünki Islamdan xəbəri olmayanlar Islamı öyrənəndə onu daha tez qəbul edirlər. Lakin mollaları görəndə, pulla Qur’an oxuduqlarının şahidi olanda dinin bu cür “təmsilçiləri”ndən sonra dinə qarşı ikrah hiss edirlər. Bu adamlara İslamın onların hərəkətlərilə heç bir əlaqəsinin olmadığını başa salmaq üçünsə çox vaxt sərf etmək lazımdır. Mollalarla əlaqədar bir hadisəni də diqqətinizə çatdırım. Rayonun baş mollasından “evinin damını niyə düzəltdirmirsən?” - deyə soruşurlar. Bəli, bəli, sizin fikirləşdiyiniz kimi cavab verir:

“ölən var ki?”

Dini maarifçilik cəhətdən geri qalan xalqımızı aldadan mollalar dinimizdə heç bir yeri olmayan üç, yeddi, cümə axşamı, qırx, əlli iki, il vermə kimi üzdəniraq yas mərasimləriylə özlərinə qazanc yolu tutublar.

Öz mənfəətlərinə uyğun olaraq ölənlərə bir tay una 40 Yasin oxuyur, bir neçə on minliyə Quran xətm edir, verilən “nəzirə” uyğun qısa və ya uzun surə bağışlayırlar. Səhərdən axşama qədər məscidin həyətində oturub başlarına papaq qoyub, əllərinə uzun təsbeh alıb nə oxuduqları bəlli olmayan üzdəniraq bu din xadimləri (!) “kliyent” gözləyirlər. Bəzi din xadimləri isə dinimizlə yaxından-uzaqdan əlaqəsi olmayan “Tövbə” cəmiyyəti qurub günahkarların günahlarını bağışlayırlar (əstəğfirullah).

Lakin bu adamlar bilmir ki, dinimizdə tövbə etmək istəyən insan məkanından asılı olmayaraq günahlarından peşman olaraq tövbə edib yenidən doğru yola qayıda bilər. Nə isə... Getdiyim rayonlarda şahidi olduğum başqa bir məsələ də hər şəhərin, hətta hər kəndin xüsusi mollasının və mollaya uyğun da adətlərinin olmasıydı. Bunları qeyd etmək üçün gərək şəhər və kəndlərin sayı qədər kitab yazasan.

Yenə hər birimizin şahidi olduğu kimi, mənim də diqqətimdən yayınmayan başqa bir məsələ yas mərasimlərində mollaların oxuduqları və anlatdıqlarıdır. Valeh adlı müsəlman qardaşımın yasına “getməsəm yaxşı olmaz” - deyib getmişdim. Mən də hamı kimi bir kənardan oturdum. Molla oturan yerə nəzər salanda isə keçmiş padşahların oturduğu yerə oxşar, ətrafı isə döşəkçə və yastıqlarla əhatəli, qarşısında isə ona xas masanın olduğunu gördüm. Masanın üstündəysə nağıllarda deyildiyi kimi quş südündən başqa hər şey var idi. Biz mağara girəndə molla nə isə özü eşidəcək şəkildə zümzümə edib yüksək səslə “Fateihə” dedi. Sonra fikir verdim ki, hər gələnə belə davranırmış. Çay içilib qurtardı. Molla “bismillah” - deyib Yasin oxumağa başladı. Sizi inandıırım ki, iki il mədrəsə, 4 il ilahiyyət kolleci, 5 il də ilahiyyət fakültəsində təhsil almağıma baxmayaraq, mollanın oxuduğundan heç nə anlamadım. Bircə Yasin deməsindən başa düşdüm ki, Yasin surəsini oxuyurmuş. Heç kimin bilmədiyindən istifadə edən “bu Islam bilgini” surəni yarımçıq oxuyub bitirdi. Səssizlikdən istifadə edərək söhbət etməyə başladı. Zənn edirdim ki, Islam haqqında məlumat verəcək. Heç uşaq vaxtı oxuduğum nağıllarda da rast gəlmədiyim əfsanələrdən danışmağa başladı. “Elmi söhbət”ini qurtarandan sonra xidmət edən oğlanları çağırıb - “a bala, denən yeməkləri gətirsinlər” dedi.

Yemək də nə yemək. Plov, dovğa, bozbaş... Məəttəl qaldım. Dostumun halına yazığım gəldi. Həm qardaşının ölümünə üzüləsən, həm də vaxt tapıb, pul tapıb mərasim yola verəsən. Yanımdakılardan üzrxahlıq edib çölə çıxdım. Dostumu tapıb “Sən də bilmirsən dinimizdə belə şeylər yoxdur” - deyib sitəm etdim. Dostum da “qonum-qonşu adamı qınayır” - dedi və borca girdiyini söylədi. Artıq əlimdən heç nə gəlmirdi. Mollanın yenə səsini eşitdim. Yəqin etdim ki, süfrə duası oxuyur. Yenidən mağara daxil oldum. Sonra molla əmi yenə danışmağa başladı. Hər şeydən xəbəri varmış kimi bir az fizikadan, bir az kimyadan, bir az da fəlsəfədən danışıb söhbətini bitirdi. Vəssəlam. Oxuduğunun mənasını, izahını bilməyən və soruşmayan kimilərinə nə deməli? Camaatın qınamasından qorxub mollaların sayının artmasına yardımçı olan, yası düşənlərə, onlara pul verənlərə borca girib mağar qurub pulla xətm, Quran oxudanlara qəbristanlıqda mərmərdən başdaşı, sinə daşı düzəltdirib şəklini döydürtdürənlərə nə deməli? Bir az imkanı olanların “az-maz mollalıq təhsili” alanları yaslarına çağıranlara nə deməli? Bəs bu mollalara isə heç nə deməyək? Unutmayaq ki, Islam dinində nə molla sinfi, nə də mollalıq sənəti yoxdur.

Son olaraq isə seyidlər barədə: “Seyyid” ərəb dilində böyük, əfəndi, şərəfli deməkdir. Islam ədəbiyyatından isə əsasən Peyğəmbərimizin qızı Hz.Fatimə (r.anhə) ilə Hz. Əlinin (r.a.) övladlarından Həsən, Hüseyn və onların övladlarına verilən addır. Peyğəmbər dövründə və sonralar sədəqə, zəkat, Peyğəmbərin ailəsinə və qohumlarına haram olub. Günümüzə qədər gələn seyid ailələri də az deyil. Bu insanlara da sədəqə və zəkat haramdır. Ancaq dilənənlərin, qapı-qapı gəzib fala baxanların (unutmayaq ki, fala baxmaq da, baxdırmaq da haramdır) özlərini seyid kimi təqdim etmələri gülünc yox, dəhşətdir.

Seyid olduğunu iddia edənlər özlərinin Hz.Peyğəmbərə (s.a.s.) qədər davam edən şəcərə silsiləsini göstərən sənədləri olmalıdır. Belə sənədə sahib olmayanların özlərini seyid kimi qələmə vermələri boş və əbəsdir. Hazırda Səudiyyə Ərəbistanın Mədinə şəhərində Hz.Peyğəmbərin (s.a.s.) nəsli yayıldıqları və yaşadıqları yerlərlə bağlı bir neçə arxiv fəaliyyət göstərməkdədir. Osmanlı dövləti dövründə bu sənədə sahib olanlara xüsusi maaş verilərdi. Və onlar da başlarına yaşıl sarıq qoyardılar. Hər kəs də onlara hörmət edərdi. Indinin özündə bəzi yerlərdə seyidlərin yanına getmək dəb halına gəlib. Xatırladaq ki, orada aparıb onların adına qurban kəsmək, ağaca cındır bağlamaq, həyətdən daş götürüb evə gətirmək, evin qapısından asmaq və s. Islamın qadağan etdiyi ən böyük günahlardandır. Əzizlərim! Camaatın qınamasından qorxmayın. Allahın qınamasından qorxun.

Özümüz bir şeyi edə-edə adət halına gətirmişik. Indi də bunun çətinliklərinə sinə gərərək bu adətləri “din” bilib yaşadırıq. Əzizlərim, bunlar din yox, əsl xürafələrdir. Bunlardan indi yaxa qurtarmayıb, nə zaman qurtaracağıq? Gəlin, əl-ələ verib bu xürafələrdən, bu bidətlərdən (sonradan dinə əlavə olan şeylərdən) yavaş-yavaş azad olaq. Bu yerlərə və saxtakarlara xərclənənlərin əvəzinə imkanı olmayanların, yoxsulların əlindən tutaq, evlənməyə gücü çatmayan gənclərimizi evləndirək! Islamı sənət kimi yox, həyatımızda tətbiq edək. Islamı mollalardan, seyidlərdən yox, həqiqi dini bilgiyə sahib olan insanlardan öyrənək. Öyrənənlərə də “ölüyuyan” kimi yox, mənəviyyatı təmiz, pak insan kimi baxaq və hər birimiz də öyrənməyə çalışaq. Həm də bildiklərimizi bilməyənlərə öyrədək.

Allahin salamı və xeyir-duası üzərinizə olsun.
<< nur qazeti >> Elsad miri..


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
SelefTarix: Şənbə, 30.08.2008, 22:54 | Yazı # 4
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
salamun aleykum

Ey Müsəlmanlar! Allahdan haqqı ilə qorxun və Ona itaət edin. Çünki Allahdan haqqı ilə qorxmaqla (təkva ilə) işlər düzəlir və insan fərəhlənir. Allah təkva sahibinin sonunu dünya və axirətdə gözəl edər. Allah Təala belə buyurur: "(Ən gözəl) aqibət ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərindir!" (əl Kasas, 83)
Allahın qulları! Allahın qullarına bağışladığı nemətləin ən böyüyü, haqq ilə batili, halal ilə haramı, xeyir ilə şərri, hidayət yolları ilə azğınlıq yollarını bir birindən ayıran İslam Dinidir. Allah Təala belə buyurur: "Heç (küfrlə) ölü olub diriltdiyimiz, sonra insanlar arasında gəzmək üçün özünə bir nur (islam dini) verdiyimiz kəs zülmət içində qalıb oradan çıxa bilməyən kimsə kimi ola bilərmi?" (əl Ənam, 122)



(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
MUSELMAN-BACITarix: Bazar, 07.09.2008, 01:35 | Yazı # 5
MÜSƏLMAN-BACİ
Qrup: İdarəçilər
Yazı: 7
Reputasiya: 1
Status: Saytda deyil
Şeyx Ali ibn Əbdurrəhman əl Huzeyfi

Ey Müsəlmanlar! Allahdan haqqı ilə qorxun və Ona itaət edin. Çünki Allahdan haqqı ilə qorxmaqla (təkva ilə) işlər düzəlir və insan fərəhlənir. Allah təkva sahibinin sonunu dünya və axirətdə gözəl edər. Allah Təala belə buyurur: "(Ən gözəl) aqibət ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərindir!" (əl Kasas, 83)
Allahın qulları! Allahın qullarına bağışladığı nemətləin ən böyüyü, haqq ilə batili, halal ilə haramı, xeyir ilə şərri, hidayət yolları ilə azğınlıq yollarını bir birindən ayıran İslam Dinidir. Allah Təala belə buyurur: "Heç (küfrlə) ölü olub diriltdiyimiz, sonra insanlar arasında gəzmək üçün özünə bir nur (islam dini) verdiyimiz kəs zülmət içində qalıb oradan çıxa bilməyən kimsə kimi ola bilərmi?" (əl Ənam, 122)
İslam Dinini yıxan ən böyük təsirlərdən biri, azdırıcı bidətlərin ortaya çıxmasıdır. Bu bidətlərin sahibləri özlərinin doğru yolda olduğuna inanırlar. Ancaq onlar azğınlıqdadırlar. Azdırıcı bidətlərin səbəbi cahillikdir. Allah Təala belə buyurur: "Əgər Biz (istədikləri kimi) mələkləri onlara göndərsəydik, ölülər onlara danışsaydı və hər şeyi dəstə-dəstə toplayıb onların qarşısına qoysaydıq belə, Allah istəmədikcə, onlar iman gətirməzdilər. Lakin onların əksəriyyəti (bunu) bilməz." (əl Ənam, 111) "Əgər yer üzündə olanların çoxuna itaət etsən, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və ancaq yalan danışarlar!" (əl Ənam, 116)
Azdırıcı bidətlərin bir səbəbi də, nəfsi arzulardır. Allah Təala belə buyurur: "Allahdan bir dəlil (hidayət) olmayınca öz nəfsinə uyandan (Rəbbinə şərik qoşandan, küfr edəndən) haqq yolu daha çox azmış kim ola bilər?!" (əl Kasas, 50) "Onlar nə mö’cüzə görsələr, ona inanmazlar. Onlar haqq yolu görsələr, onu qəbul etməz, azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bunun səbəbi isə onların ayələrimizi yalan hesab etmələri və ondan qafil olmalarıdır" (əl Əraf, 146)
Azdırıcı bidətlərin bir səbəbi də haqqı öyrənməkdən və onunla əməl etməkdən üz çevirməkdir. Allah Təala belə buyurur: "Məndən sizə doğru yolu göstərən bir rəhbər (kitab, yaxud peyğəmbər) gəldiyi zaman hər kəs Mənim haqq yolumu tutub getsə, nə (dünyada) yolunu azar, nə də (axirətdə) bədbəxt olar! Hər kəs Mənim öyüd-nəsihətimdən (Qur’andan) üz döndərsə, güzəranı daralar (yaxud qəbir evində şiddətli əzaba düçar olar) və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik!'" (Taha, 123-124) və belə buyurur: "Rəbbinin ayələri ilə öyüd-nəsihət verildikdən sonra onlardan üz döndərən kəsdən daha zalım kim ola bilər?!" (əs Səcdə, 22)
Azdırıcı bidətlərin bir səbəbi də, insanın özünü və öz fikirlərini bəyənməsidir. Allah Təala belə buyurur: "Pis əməli (Şeytan tərəfindən) özünə yaxşı göstərilib onu yaxşı görən (Allahın doğru yola yönəltdiyi kimsəyə bənzəyirmi?!)" (əl Fatir, 8) Peyğəmbər (s.ə.s) bir hədisdə belə buyurur: "İtaət edilən bir paxıllıq, tabe olunan bir həva/həvəs, (dindən) üstün tutulan bir dünyalıq və fikir sahibinin öz fikrini bəyəndiyini görüncə (başqaları ilə deyil) özünlə maraqlan"
Azdırıcı bidətlərin bir digər səbəbi də, elm əhlindən uzaq olmaq və dini mövzuları onlardan soruşmamaqdır. Allah Təala belə buyurur: "Əgər bilmirsinizsə, zikr (kitab, elm) əhlindən soruşun!" (ən Nəhl, 43)
Bu səbəblər bir araya gəlincə – Allah Təalanın qurtarıcı bir tövbə nəsib etməsi xaric- bədbaxtlıq səbəbləri yaxşıca yerləşmiş və həlak baş vermiş deməkdir. Bidətlər səhabələrin (Allah onlardan razı olsun) dönəminin sonlarına doğru ortaya çıxmış və onlar bilgi və idarə gücü ilə bu bidətlərə qarşı çıxmışlar. Nəticədə bu bidətlər geriyə çevrilmiş və qaranlığı ortadan qalxmışdır. Onlar İslam Ümmətini bu bidətlərə qarşı xəbərdar etmişlər.
Səhabələrin dönəminin sonlarına doğru Xəvariclərin bidəti və Qədəriyyələrin bidəti ortaya çıxmışdır. Sonra bidətlər arxa-arxaya gəlmişdir. Allah hər zaman İslam Ümməri üçün fitnə atəşini söndürən və bidətlərə fürsət verməyən idarəçilər və alimlər çıxarmışdır. İdarəçilər, idarə gücü ilə bidətlərə əngəl olurlar və fitnələri söndürürlər. Alimlər isə, elm gücü ilə sünnələri yayarlar və hökmləri təbliğ edərlər. Bidətlərdən və fitnələrdən çəkindirən Peyğəmbər (s.ə.s)- misal alaraq, fitnə dəvətçilərinə qarşı ümməti çəkindirirlər. Peyğəmbər (s.ə.s) belə buyurur: "Şübhəsiz, məndən əvvəl gələn heç bir peyğəmbər yoxdur ki, ümmərinə onlar üçün xeyirli olduğunu bildiyi şeyi göstərməsi və onları özləri üçün şərr olduğunu bildiyi şeyə qarşı çəkindirməsi üzərinə vəzifə olmasın. Şübhəsiz sizin bu ümmərinizin rahatlığı əvvəlində oldu. Sonuna isə bəla və pislik olacağı bir qism hallar edəcək. Birbirini təqib edən fitnələr gələcək. Mömin: "Bu fitnə həlakımdır" deyəcək. Sonra bu qalxacaq, başqa bir fitnə gələcək. "Həlakım bax bundan, bunda" deyəcək. Elə isə, kim atəşdən uzaq qalmağı və cənnətə girməyi dilərsə, Allaha və axirət gününə inanan olduğu halda ölümü qarşılasın. İnsanlara, onların özü ilə necə müamələ etmələrini dilərsə elə müamələ etsin. Kim bir imama beət edər və ona əlini və ürəyini vərərsə, gücü yettiyincə ona itaət etsin. Onunla (idarə üçün) mübarizə edən başqa biri gəlsə, o digərinə (sonradan çıxanın) boynunu vurun"
Muaz (r.a) belə deyir: "Şübhəsiz ardınızda (sizdən sonra) fitnələr var. O zamanda mal çoxalar və Quran oxuma yayılar. Elə ki, mömin, münafiq, kişi, qadın, kölə, azad, kiçik, böyük hər kəs Onu oxuyar. Bir kimsə haradasa belə deyər: "İnsanlara nə olur Quran oxuduğum halda mənə uymurlar? Onlara, Ondan (Qurandan) başqasını bidət olaraq çıxarıncaya qədər mənə uymayacaqlar" (Dində) bidət olaraq sonradan çıxarılandan çəkinin, çünki (dində) bidət olaraq sonradan çıxarılan azğınlıqdır" Bu hədisi Əbu Davud rəvayət edir.
Əbu Musa əl Əşari (r.a) Rəsulallah (s.ə.s)-inbelə dediyini rəvayət edir: "Müsəlmana söymək fasiqlik və onunla savaşmaq küfürdür" Bu hədisi Buxari və Muslim rəvayət edir.
Ey Müsəlmanlar! Bəzi insanlar nemətlərə qarşı diqqətsizlik göstərir və davranışları ilə onlara qarşı mücadilə edərlər. Həm özlərinə və həm də başqalarına zərər verirlər. Allah Təala belə buyurur: "Allahın ne’mətinimi danırlar?" (əl Ənkəbut, 67)
Arxayınlıq, Allah Təalanın böyük nemətidir. Onunla din və dünya faydaları olur. Bu nemətin haqqı, onu verən Allaha şükr etmək və ibadət etməkdir. Allah Təala belə buyurur: "Bu evin Rəbbinə (Kə’bənin sahibi Allaha) ibadət etsinlər! O Allah ki, onları aclıqdan qurtarıb yemək verdi və onlara qorxudan (fil sahiblərinin təhlükəsindən) sonra əmin-amanlıq bəxş etdi. " (Qureyş, 3-4) və belə buyurur: "Yadınıza salın ki, o zaman Rəbiniz bunu bildirmişdi: 'Əgər (Mənə) şükür etsəniz, sizə (olan ne’mətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən şiddətlidir!'" (İbrahim, 7)
Ubeydullah b. Muhsan əl Ənsari (r.a) Rəsulallah (s.ə.s)-in belə buyurduğunu rəvayət edir: "Sizdən kim evində və ailəsinin yanında əmniyyətdə olarsa bədəni sağlam olar və yanında bir günlük yeyəcəyi olarsa sanki dünya bütün onun olmuşdur" Bu hədisi Tirmizi rəvayət edir. Talha b. Ubeydullah (r.a) isə Peyğəmbər (s.ə.s)-in hilalı gördüyündə belə buyurduğunu bildirir: "Allahım! Onu bizə əmniyyət və iman, salamat və İslam ilə xeyir hilalı et! (Ey hilal!) Mənim Rəbbim də, sənin Rəbbin də Allahdır" Bu hədisi, Tirmizi rəvayət edir.
Diqqət edin! Müsəlmanların camaatına və idarəçilərinə qarşı çıxanlar Allahdan qorxsunlar! Böyük bir pozğunçuluğa səbəb olan və İslami pis göstərən bir terror hadisələri barəsində yaxşı düşünsünlər. İslam dini belə hadislərdən uzaqdır. Bu hadisələr, ya əmniyyəti pozan insanın özünü öldürməsidir ki, Allah Təala belə buyurur: "Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş müstəsna olmaqla, bir-birinizin mallarını haqsız bəhanələrlə (haqsız yerə) yeməyin və özünüzü öldürməyin!" (ən Nisa, 29) Ya da, müsəlman bir vətəndaş və ya mukim, özlərinin rahatlığı üçün gecələri yatmayan müsəlman bir əmniyyət mənsubunu öldürməsidir. Allah Təala belə buyurur: "Hər kəs bir mö’min şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lə’nət edər, (axirətdə) onun üçün böyük əzab hazırlar!" (ən Nisa, 93) Ya da, İslamın canını və malını qoruma altına aldığı, ona zülmedilməsini və haqsızlıq edilməsini haram etdiyi, müsəlman olmayan, fəqət ona əmniyyət verilən kimsəni öldürməsidir. Ya şəxki mülkləri, ya da malını boşuna götürməkdir. Ya da əmniyyət içində olan insanları qorxutmaq və toplumda qorxu yaymaqdır. Bütün bunların bir qismi digərindən daha pisdir və hamsı böyük günahlardır. Üzərində düşünən bir kimsənin onlardan nifrət etməsi və bu fikri azğınlıqdan uzaq durması üçün biri belə yetər.
Onları əmniyyət güclərinə təslim olmağa dəvət edirik. Doğru yol budur və bundan başqa da bir yol yoxdur. Bu pozğunçuluğa son qoyub Allaha tövbə etməyə çağırırıq. Çünki kim tövbə edərsə, Allah onun tövbəsini qəbul edər və onu bağışlar. Allah Təala belə buyurur: "Allaha və Peyğəmbərinə qarşı vuruşanların, yer üzündə fitnə-fəsad salmağa çalışanların cəzası ancaq öldürülmək, çarmıxa çəkilmək, ya da əl-ayaqlarının çarpazvari (sağ əllərilə sol ayaqlarını) kəsilməsi, yaxud da yaşadıqları yerdən sürgün olunmalıdırlar. Bu (cəza) onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir. Sizin əlinizə keçməmişdən əvvəl tövbə edənlər müstəsnadır. Bilin ki, Allah bağışlayandır, rəhm edəndir! " (əl Maidə, 33-34)
Allah bizləri və bütün müsəlmanları fitnələrin azdırıcı təsirlərindən qorusun. İnsanlardan və cinlərdən şeytanların onlara necə təsir göstərərək pozğunçuluğu islah, şərri xeyir və batili haqq göstəridiyinə və sonra onları – Allah qorusun – cəhənnəm əhlinin əməllərini işləməyə sövq etdiyinə hələ də çaşmaqdayıq. Allah Təala belə uyurur: "Allahın fitnəyə (azğınlığa) düşməsini istədiyi şəxs üçün Allaha qarşı sənin əlindən heç bir şey gəlməz. Onlar elə kəslərdir ki, Allah onların ürəklərini təmizləmək istəməmişdir. Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük (dəhşətli) bir əzab gözləyir" (əl Maidə, 41)
Allahın qulları! Azğınlıq arzularının müsəlmanın dininə zərər verməsi və haramların qəlbdə üst üstə yığılaraq iman nurunu söndürməsi kimi, azdırıcı bidətlər də müsəlmanın dininə zərər verir. Allah Təala belə buyurur: "Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Ğəyy dərəsinə düşəcəklər" (Məryəm, 59)
Bədən üçün zəhərlə nə isə, qəlb üçün də haram ləzzətlər odur. Bu səbəblə ey müsəlman; şeytanın giriş qapılarından çəkinç. Bunlar, şübhə qapıları və şəhvət qapılarıdır. Nəfsi arzulara qarşı səbrə və şübhələrə qarşı qəti inanca sarıl. Allah Təala belə buyurur: "(Çətinliklərə) səbr etdikləri və ayələrimizə ürəkdən inandıqları üçün Biz onlardan (İsrail oğullarından) əmrimizlə (insanlara) haqq yolu göstərən rəhbərlər tə’yin etmişdik." (əs Səcdə, 24) və belə buyurur: "Həqiqətən, (gözəl) aqibət müttəqilərindir" (Hud, 49)
Ey müsəlman! Müsəlmanların camaatına və imamlarına bağlı qal. Çünki Allahın əli, camaatın üzərindədir. Qurd ancaq sürüdən uzaq qalan qoyunu yeyər. Şeytan isə insanın qurdurur. İrbad bin Sariyə (r.a) belə deyir: "Rəsulallah (s.ə.s) bizlərə qəlbləri titrədən və gözləri yaşardan bir xütbə verdi. Dedik ki : "Ey Allahın Rəsulu! Sanki bu vida edən bir kimsənin xütbəsi kimidir. Bizə vəsiyyət et" Belə buyurdu: "Allahdan haqqı ilə qorxmanızı, üzərinizə Həbəşli bir qul da əmir olsa eşidib itaət etmənizi vəsiyyət edirəm. Sizdən, məndən sonra yaşayacaq olanlar şiddətli anlaşılmazlıqlar görəcək. Sünəntimə və hidayətə çatmış Raşidi Xəlifələrin yoluna sarılın. Onlardan azı dişlərinizlə (yəni sıx-sıx) tutun" Sonradan uydurulan işlərdən çəkinin. Çünki hər sonradan uydurula iş bidət və bidət zəlalətdir." Bu hədisi Tirmizi və Əbu Davud rəvayət edir.
Allahın qulları! "Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın! (Allahümmə səlli əla Muhəmmədin və ali Muhəmməd; əssəlamu əleykə əyyuhənnəbi və rəhmətullahi və bərəkətuhu-deyin!)" (əl Əhzab, 56)


Allahdan başqa heç bir haqq tanrı yoxdur. Əzəli, əbədi varlıq Odur.
 
XEDICE73Tarix: Bazar ertəsi, 08.09.2008, 15:49 | Yazı # 6
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
ASURA.......

Qəməri ayların ilki olan Məhərrəmin onuncu günü Aşura adı ilə tanınmışdır. Bu gundə oruc tutmaq Allaha xoş gedən əməllərdəndir. Aşura orucu deyilən bu oruc İslamdan öncə Ərəblərdə də mövcud idi. Aşura kəliməsinin ibranicə aşurdan gəldiyi və o gündə ərəblərin də oruc tutduğu diqqətə alınarsa, kəlimənin bütün Sami dillər arasındakı ortaq bir kəlimə olduğu anlaşılır. (Buxari Savm 1, Ümdətul-Kari fi Şərhi Sahihul Buxari V,351) Bu kəlimə yəhudilərdə böyük kəfarət günü üçün işlənmişdir. (Tövrat, Levililer, 16, 29) Peyğəmbər (Allahın salamı və salatı onun üzərinə olsun!) Mədinəyə gəldiyi zaman Yəhudilərin Aşura günü oruc tutduqlarını gördü və bunun nə orucu olduğunu soruşdu. Cavab olaraq belə dedilər: Bu gün xeyirli bir gündür. Allah İsrail oğullarını Fironun zülmündən məhz bu gün qurtarmışdır və Musa peyğəmbər (Allahın salamı ona olsun!) Allaha şükür əlaməti olaraq bu gün oruc tutmuşdur. Bizdə ona görə oruc tuturuq. Peyğəmbər (Allahın salamı və salatı onun üzərinə olsun!): Biz Musanın sünnətinə (yoluna) sizdən daha yaxınıq dedi və o gün oruc tutdu və əshabələrinə də oruc tutmalarını əmr etdi. (Buxari əs-Savm 69, Təcrid Sarih, VI, 308,309)

Aişə (Allah ondan razı olsun!) nəql edilən aşağıdakı hədisdə Allah rəsulunun Məkkə dönəmində də aşura orucu tutduğu anlaşılır.

Cahilliyə dövründə Qureyş, Aşura günündə oruc tutardı. Hicrətdən öncə Peyğəmbər (Allahın salamı və salatı onun üzərinə olsun!) də Aşura günü oruc tutardı. Mədinəyə hicrət etdikdən sonra bu oruca davam etdi. Əshabına da bunu əmr etdi. Gələn il Ramazan orucu fərz qılınınca, aşura orucunu buraxdı, istəyən bu orucu tutdu, istəyən də tutmadı. (Buxari əs-savm, 69; Təcridi Sarih, VI,307,308)

İslam alimləri aşura orucunu vacib deyil, müstəhəb (bəyənilən) əməl olduğu görüşündədirlər.

Müsəlmanlar tərəfindən Məhərrəm ayının 10–u oruc günü qəbul edilərkən, bəzi tarixi səbəblərdən dolayı da müqəddəs sayılır. Xüsusilədə Nuh peyğəmbərin (Allahın salamı ona olsun!) gəmisinin bu gündə tufandan qurtulub Cudi dağının təpəsinə endiyi bildirilir.

Bəzi müsəlmanlar peyğəmbərimizin nəvəsi Hüseyn (Allah ondan razı olsun!) Kərbəlada şəhid edildiyi gün olan Məhərrəmin onuncu günü matəm günü sayırlar və Məhərrəmin 1-i ilə 10-u arasında gülməz, ət yeməz, yeni geyim geyməz, yeni işə başlamazlar. Onlara görə Məhərrəmin onu döyülmə və yas günüdür. Yas bitdikdən sonra isə aşura mərasimləri başlayır.

Aşura günü sürmə çəkmək, qüsl etmək, xına yaxmaq, böyükləri, alimləri, xəstələri ziyarət etmək, yetimlərə baş çəkmək, ixlas surəsini oxumaq, bu günü ayrı bir gün olaraq qeyd etmək İslam dinində olmayan bir davranışdır. Bu halda Aşura günü halva bişirib yaxınlara və qonşulara paylamaq tamamən bidət (dinə yenilik gətirmək) və İslamda olmayan bir adətdir. Bununla bağlı Peyğəmbərdən (Allahın salamı və salatı onun üzərinə olsun!) gələn nə səhih nə də zəif bir hədis vardır. Hədis adı ilə rəvayət edilən bəzi sözlər tamamən uydurmadır. Əshabələrdən, sələf alimlərindən də bu barədə bir rəvayət olmadığı kimi, mötəbər kitabların heç birində də buna dair bir xəbər yoxdur. (İbn Teymiyyə Məcmuul-Fətava, Qahirə 1326,II,48). Allah bizi doğru yolda olanlardan etsin. Amin


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
Ema777Tarix: Bazar ertəsi, 15.09.2008, 13:38 | Yazı # 7
Qrup: Etibarlı
Yazı: 58
Reputasiya: 3
Status: Saytda deyil
SÜNNET VE BİD'AT

İmâm-ı Rabbânî "kaddesallahü teâlâ sirrehül azîz" ikinci cild, 23. cü mektûbunda buyuruyor ki:

En mes’ûd, en kazanclı kimse, dinsizliğin çoğaldığı bir zemânda, unutulmuş sünnetlerden birini meydâna çıkarandır ve yayılmış bid’atlerden birini yok eden kimsedir. Şimdi öyle bir zemândayız ki, insanların en iyisinden “aleyhi ve alâ âlihissalâtü vesselâm” bin sene geçmiş bulunuyor. Peygamberimizin “sallallahü aleyhi ve sellem” zemân-ı se’âdetinden uzaklaşdıkca, sünnetler örtülmekde, yalanlar çoğaldığı için, bid’at yayılmakdadır. Bir kahramân lâzımdır ki, sünnete yardım edip, bid’ati durdursun, kaçırsın. Bid’ati yaymak, dîn-i islâmı yıkmakdır. Bid’at çıkarana ve işleyenlere hurmet etmek, onları büyük bilmek, islâmiyyetin yok olmasına sebeb olur. Hadîs-i şerîfde, (Bid’at işliyenlere büyük diyen, müslimânlığı yıkmağa yardım etmiş olur) buyurulmuşdur. Bunun ne demek olduğunu iyi düşünmelidir. Bir sünneti meydâna çıkarmak ve bir bid’ati ortadan kaldırmak için, son gayretle çalışmak lâzımdır. Her zemân, hele müslimânlığın çok za’îflediği bu zemânda, islâmiyyeti kuvvetlendirmek için, sünnetleri yaymak ve bid’atleri yıkmak lâzımdır. Eskiden gelen islâm âlimleri, bid’atde bir güzellik görmüş olacaklar ki, bunlardan ba’zılarına, hasene [ya’nî güzel] ismini vermişlerdir. Fekat bu fakîr, bu noktada onlara uymuyorum ve bid’atlerden hiçbirini güzel görmüyorum. Hepsini karanlık ve bulanık görüyorum. Peygamberimiz “sallallahü aleyhi ve sellem” (Bid’atlerin hepsi dalâletdir, yoldan çıkmakdır) buyurdu. Müslimânlığın za’îflediği bu zemânda, selâmet bulmak, Cehennemden kurtulmak, sünnete yapışmakla; dîni yıkmak ise, nasıl olursa olsun, herhangi bir bid’ate kapılmakla olduğunu görüyorum. Bid’atlerin herbirini, islâm binâsını yıkan bir kazma gibi, sünnetleri ise, karanlık gecede yol gösteren, parlak yıldızlar gibi anlıyorum. Zemânımız hocalarına Allahü teâlâ insâf versin de, hiçbir bid’ate güzel demesinler ve hiçbir bid’atin işlenmesine müsâ’ade etmesinler. Bid’at gün doğması gibi, karanlıkları parlatıcı görünürse de, bunlara göz yummasınlar! Çünki sünnetlerin dışında, şeytânlar, işlerini kolay görür. Eski zemânlarda, islâmiyyet kuvvetli olduğundan, bid’atlerin zulmeti belli olmuyordu ve belki de, o zulmetlerden ba’zıları, islâmiyyetin her tarafı kaplıyan kuvvetli zıyâsı arasında, parlak sanılıyordu. Bunun için, güzel deniliyordu. Hâlbuki, bu bid’atlerde de, hiçbir parlaklık ve güzellik yok idi. Şimdi ise, müslimânlık za’îflemiş, kâfirlerin âdetleri, hattâ kâfirlik alâmetleri, müslimânlar arasına yerleşmiş [moda olmuş] olduğundan, herbir bid’at, zararını göstermekde, kimsenin haberi olmadan, müslimânlık sıyrılıp gitmekdedir. Hocalarımız, bu husûsda çok uyanık olup, eski fetvâlara dayanarak şu câizdir, bunun zararı yokdur, diye bid’atlerin yayılmasına ön ayak olmamalıdır. Din zemân ile değişir sözünün yeri işte burasıdır. Yoksa, kâfirlerin [Allah düşmanlarının], müslimânlığı yıkmak, bid’atleri, küfrü yerleşdirmek için, bu sözü maşa olarak kullanmaları yanlışdır. Bu zemân, bid’atler dünyâyı kapladığından, karanlık bir gece gibi görünmekdedir. Sünnetler çok azalmakda, nûrları da, bir karanlık gecede, tektük uçan ateş böcekleri gibi parlamakdadır. Bid’at işlenmesi çoğaldıkca, gecenin karanlığı artmakda, sünnetin nûru azalmakdadır. Sünnetin işlenmesi ise, karanlığı azaltmakda, bu nûru çoğaltmakdadır. İstiyen, bid’at karanlığını çoğaltsın, şeytân fırkasını kuvvetlendirsin! İstiyen de sünnetin nûrunu artdırsın. Allahü teâlânın askerini kuvvetlendirsin! Şunu iyi biliniz ki, şeytân fırkasının sonu felâketdir, ziyândır. Allahü teâlânın fırkasında olan, se’âdet-i ebediyyeye erecekdir.


 
Abu_MuhammadTarix: Bazar ertəsi, 15.09.2008, 22:23 | Yazı # 8
MÜSƏLMAN-QARDAŞ
Qrup: İdarəçilər
Yazı: 22
Reputasiya: 1
Status: Saytda deyil
Ey kitab əhli! Öz dininizdə həddi aşmayın! Allah barəsində yalnız haqqı deyin... (an nisa 171)
De: “Ey kitab əhli! Dininizdə haqsız yerə ifrata varmayın. Əvvəlcə yolunu azmış, bir çoxlarını da azdırmış və doğru yoldan çıxmış bir tayfanın nəfsinin istəklərinə uymayın!” (al maide 77)
(Ya Rəsulum!) Sənə Kitabı (Quranı) nazil edən Odur. Onun (Kitabın) bir hissəsi (Quranın əslini, əsasını təşkil edən) möhkəm (mənası aydın, hökmü bəlli), digər qismi isə mütəşabih (çətin anlaşılan, dəqiq mənası bilinməyən, məğzi bəlli olmayan) ayələrdir. Ürəklərində əyrilik (şəkk-şübhə) olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar (tabe olarlar). Halbuki onların yozumunu (həqiqi mənasını) Allahdan (yaxud Allahdan və elmdə qüvvətli olanlardan) başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə: “ Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır”, - deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər.
(ali imran 7)
Əgər sənə (sənin bu təklifinə) cavab verməsələr, bil ki, onlar öz nəfslərinə uymuşlar. Allahdan bir dəlil (hidayət) olmayınca öz nəfsinə uyandan (Rəbbinə şərik qoşandan, küfr edəndən) haqq yolu daha çox azmış kim ola bilər?! Allah zalım tayfanı doğru yolda müvəffəq etməz! (al qesas 50)


Шейх Фаузан сказал:
“Саляфия – это фиркъату-ннаджия (спасшаяся группа) и она же ахлю-Сунна уаль-джама’а. И она не относятся к партиям, возникшим в наши дни. Саляфия – это группа, которая следует пути пророка (мир ему и благословение Аллаха), его сподвижников, да будет доволен ими Аллах, и мазхабу предшественников. И саляфия не является одними из существующих в наши дни джама’атов”.
См. “Тахзир миналь-бид’а”.
 
XEDICE73Tarix: Çərşənbə, 24.09.2008, 12:13 | Yazı # 9
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Uca Allah buyurur: «Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə, əlinizin altında olana (sahib olduğunuz qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!» Nisə: 36.
Hüquqların icrası, zülmün yox edilməsi və s. bu kimi digər qayələr, böyük qayədən yəni, Allahın və məxluqatın haqqına vəfalı olduqdan sonra gəlməlidir. Çünki bu böyük qayə digərləri üçün bir yoldur.


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
Ahli_SunnaHTarix: Bazar, 01.03.2009, 12:21 | Yazı # 10
Qrup: İstifadəçi
Yazı: 8
Reputasiya: 0
Status: Saytda deyil
ne mutlu ehli sunne vel cemaata...
Bid’at ehli, imanındaki bozukluk sebebiyle mutlaka Cehenneme girecektir. Affedilmeleri mümkün değildir, yani affedilmeyecekleri bildirilmiştir. Hadis-i şerifte buyuruldu ki:
(Ümmetim 73 fırkaya ayrılır, 72’si Cehenneme gider, yalnız bir fırkası kurtulur. Bu fırka, benim ve Eshabımın yolunda gidenlerdir.) [Tirmizi]


ISLAM
 
XEDICE73Tarix: Cümə, 20.03.2009, 15:45 | Yazı # 11
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Millet aqlayir ki,veziyyet yaxsi deyil bu bohranla elaqedar amma insanlar nedense hay hesirdedir novruz bayramlarini nece lazimdi kecirirler. onlar desen o pulu Allah yolunda sedeqe ver, belkede adami dasa basarlar. ne yaziq bu milletin halina, vallahi ki, bir Allah sahidimdir ki, bidet ehline yaziqim qelir.

Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
UmarTarix: Cümə, 20.03.2009, 20:19 | Yazı # 12
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Qaramuxurdakı məsciddə cümə xütbəsində xütbə verən: "Bu bayramı rədd edənlər xalqın və dinin düşmənləridir" demiş....



"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
XEDICE73Tarix: Şənbə, 04.04.2009, 11:01 | Yazı # 13
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Sual: “Kim Əhli Bidətə qarşı rəddiyyə edirsə Allah yolunda mücahid hesab edilir” ifadəsi doğrudurmu?

Cavab: Bəli. Bidət əhlini rəddiyə edən mücahiddir və bunda heç bir şübhə yoxdur. Belə ki, İmam Əhməd ibn Hənbəldən oruc tutan, namaz qılan, zəkat verən, etikaf edən və digər xeyir əməllər işləyən ilə bidətçiləri rəddiyə edən bir kəs barədə-yəni onların hansının daha xeyirli olduğunu-soruşurlar. İmam Əhməd cavab verir:

“Namaz qılan, oruc tutan, zəkat verən və etikaf edənə gəldikdə bütün bunlar onun özü üçündür. Bidətçiləri rəddiyyə edənə gəldikdə bunun faydası camaatadır.

Ona görə də, şübhəsiz ki, bidətçiləri rəddiyyə edən daha fəzilətlidir və alimlərin bu barədə sözləri çoxdur.

Əl-Fətəəvə əl-cəliyyəh anil-mənəəhic əd-Də`viyyə, səh. 24, sual 29


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
medineTarix: Bazar, 17.05.2009, 20:37 | Yazı # 14
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
HZ AISEDÄN (R;A) RIVAYET EDILDIGINE GÖRE PEYGÄMBÄRIMIZ(S:A:S) BUYURUYOR KI, " KIM BU ALANIMIZDA (DIN ALANINDA) ONUN ÖZÜNE UYGUN OLMAYAN BIE SEY ORTAYA ATARSA BU MERDUDDUR"( BUHARI-MÜSLIM HÄDIS: 168 RIYAZÜS SALIHIN)

ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
möminäTarix: Çərşənbə axşamı, 26.05.2009, 05:42 | Yazı # 15
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
PEYGEMBERDEN NE GELMISHDIRSE ,O HAQDIR.IMAN EHLI DE IMANDA EYNI DERECEYE MALIK DEYIL,FERQLIDIRLER.MÖMINLER ALLAHIN DOSTLARIDIR .ONLARIN ISE DERECELERI TEQVALARINA GÖRE FERQLENIR.KIM DAHA COX TEQVALIDIRSA,O ALLAHA DAHA COX YAXINDIR.LAKIN MÜSELMANLAR ARASINDA ELELERIDE VARDIR KI ,BIDET EHLIDIRLER.ISLAMDA OLMAYAN BIR SEYI ISLAMA ISNAD EDIRLER.BUDA INSANI DINDEN CIXARDARAQ UCURUMA APARIR.HETTA MUSELMANLARDAN ELESI DE VAR KI,ÖZ DININI BASHA DINLEREBE BENZEDEREK,ONLARIN ATDIGI ADDIMLARI ATIR,HETTA ONLAR KERTENKELE YUVALARINA GIRSELER BELE ,ONLARIN ARDINCA ORA GIRMEKDEN BELE CEKINMEZLER.DINDE BIDETLERE YOL VERMEK INSANLARI ZELALETE APARIR ,ZELALETE GEDEN ISE DINDEN UZAQLASHIR .BIZ ONLARDAN OLMADIGIMIZI ACIQCA ELAN EDIRIK.CÜNKI MÜSELMANIN KÜFR VE BIDET EHLINDEN OLMADIGINI AYDIN SHEKILDE BEYAN ETMESI LAZIMDIR.ONLARIN ISE ZELALET CIRKABINDA OLDUQLARINI,POZGUN BAXISHLARA,DÜSHÜNCELEREVE NEZER NÖQTELERINE YIYELENDIKLERINI SÖYLEYIRIK.ALLAH BIZLERI BIDET EHLINDEN QORUSUN INSHALLAH!

ALLAH BIZLÄRI GORUSUN
 
medineTarix: Cümə axşamı, 28.05.2009, 00:38 | Yazı # 16
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Här bidät bir zalalätdir .

Uca Allah buyuruyor ki, "Bu yol benim dosdogru yolumdur. o halde ona uyun , diger cesitli yollara kosmayin ki, böyle bir tutum sizileri Allahin yolundan uzaklastirir.(En´am :153)


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
medineTarix: Bazar ertəsi, 20.07.2009, 16:00 | Yazı # 17
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Rəcəb ayının 27-ci gecəsi olan İsra və Merac gecəsini qeyd etməyin hökmü nədir?

Cavab:

Həmd, yalnız Allaha məxsusdur.
Heç şübhəsiz İsra və Merac hadisəsi, Allahın elçisi Məhəmmədin -Allahın ona salavatı və salamı olsun- (elçilik vəzifəsində) sadiq olduğuna, Allah dərgahında mövqesinin nə qədər böyük olduğuna dəlalət edən, Allah Təalanın böyük möcüzələrindən biridir. Yenə İsra və Merac hadisəsi, Allah Təalanın göz qamaşdıran qüdrətinə və Onun bütün yaratdıqlarının üzərində, uca olduğuna dəlalət edən möcüzələrindən biridir.
Necə ki Allah Təalə bu hadisə haqqında belə buyurmuşdur:

“Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan Allah pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir.” (əl-İsra, 1)

Peyğəmbərdən -ona Allahın salavatı və salamı olsun- rəvayət olunduğuna görə o, yeddi qat səmaya çıxarılmış, hər səmaya gəldiyində üzünə hər səmanın qapısı açılmış, yeddinci səmanı keçdikdən sonra Allah Təalə, onunla dilədiyi şəkildə danışmış, ona beş vaxt namazı fərz etmiş, Allah Təalə, beş vaxt namazı əvvəlcə əlli vaxt olaraq fərz etmiş, amma Peyğəmbərimiz -ona Allahın salavatı və salamı olsun- Rəbbindən əlli vaxtlıq namazı yüngülləşdirməsini istəmiş, necə ki, Allah Təalə əlli vaxt namazı, beş vaxta endirmişdir. Bu namazlar, fərz olaraq beş vaxtdır, amma əcr olaraq əlli vaxtdır. Çünki yaxşılıqlar on qatı ilə mükafatlandırılır. Bütün nemətlərə görə Allah Təaləyə həmd və şükürlər olsun.
Peyğəmbərdən -ona Allahın salavatı və salamı olsun- gələn səhih hədislərdə, İsra və Merac hadisəsinin baş verdiyi gecənin, Rəcəb ayı və ya başqa bir ayda olduğu haqqında hər hansı bir dəlil gəlməmişdir. İsra və Merac gecəsinin təyini mövzusunda gələn hədislərin hamısı, hədis alimləri tərəfindən sabit olmadığı təsbit edilmişdir. Allah Təalənin, bu gecəni insanlara unutdurmasında böyük bir hikmət vardır. Bu gecə bəlli bir vaxta olsa belə müsəlmanların bu gecəyə xüsusiləşdirərək bəzi ibadətləri özlərindən təsis etməsi və bu gecəni qeyd etmələri düzgün deyil. Çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) və səhabələri -Allah onlardan razı olsun- bu gecəni qeyd etməmişlər və bu gecəyə xüsusi bir şey təsis etməmişlər. Əgər bu gecəni qeyd etmək haqqında səhih dəlil olsaydı, Rasulullah (ona Allahın salavatı və salamı olsun) ya sözü ilə, ya da əməli ilə bunu ümmətinə mütləq açıqlayardı. Ayrıca belə bir şey olsaydı, (yəni Rasulullah -ona Allahın salavatı və salamı olsun- bu gecəni qeyd etmiş olsaydı), insanlar tərəfindən bilinər və məşhur bir hala gələr, səhabə də -Allah onlardan razı olsun- tərəfindən bizə gəlib çatardı. Halbuki səhabə -Allah onlardan razı olsun-, ümmətin ehtiyac duyduğu hər şeyi Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) bizə nəql etmişlər və dində heç bir şey barəsində laqeydlik etməmişlər. Əksinə, onlar, bütün yaxşılıqlarda hər kəsdən əvvəl davranmışlar. Bu səbəbdən İsra və Merac gecəsini qeyd etmək icazəli olsaydı, insanlar içərisində əvvəlcə onu səhabə qeyd edərdi. Ayrıca Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) insanlar içərisində, insanlara ən gözəl öyüd verən insan idi. Risalət vəzifəsini ən gözəl şəkildə təbliğ etmiş və əmanəti yerinə yetirmişdir. Əgər bu gecəni ucaltmaq və onu qeyd etmək, Allah Təalənin dinindən olsaydı, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bundan xəbərsiz qalmaz və onu insanlardan gizləməzdi. İsra və Merac gecəsi bütün bu zikr edilən şeylərdən heç birisindən olmadığına görə, bu gecəni qeyd etməyin və bu gecəni ucaltmağın İslam dinindən olmadığı açıqca aydın olmaqdadır. Çünki Allah Təələ bu ümmətə dinini kamil olaraq və onların üzərindəki nemətini tamamlamış, icazə vermədiyi şeyi din halına gətirən hər kəsi inkar edib rədd etmişdir.
Necə ki, Allah Təala açıq-aşkar Qurani Kərimdə belə buyurmuşdur:

"Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim." (əl-Maidə, 3)

Allah Təalə Şura surəsində də belə buyurub:
"Yoxsa onların Allahın dində izin vermədiyi şeyləri onlar üçün şəriət qanunu edən bilən şərikləri vardır? Əgər həlledici Söz olmasaydı, aralarındakı iş bitmiş olardı. Həqiqətən, zalımları ağrılı-acılı bir əzab gözləyir." (əş-Şura, 21)

İslam ümmətini xəbərdar etmək və onları bidət etməkdən uzaqlaşdırmaq üçün, bidətlərdən çəkinmək lazım olduğu və bidətlərin açıqca zəlalət (azğınlıq) olduğu Peyğəmbərdən -ona Allahın salavatı və salamı olsun- gələn səhih hədislərdə sabitdir.
Necə ki, bu hədislərdən bəziləri bunlardır:
Buxari və Müslimin səhihlərində Aişədən -Allah ondan razı olsun- rəvayət olunduğuna görə Peyğəmbər -ona Allahın salavatı və salamı olsun- belə buyurmuşdur:
"Kim bizim bu işimizdə (dinimizdə) ondan olmayan bir yenilik edərsə o, rədd olunandır." (Buxari, Müslim)
Müslimin rəvayətində isə Rəsulullah -ona Allahın salavatı və salamı olsun- belə buyurmuşdur:
"Kim bizim işimizə uyğun olmayan bir əməl edərsə o, (əməl) rədd olunandır."
Yenə, Müslimin səhih əsərində Cabirdən -Allah ondan razı olsun- rəvayət olunduğuna görə o belə demişdir:
"Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi Muhəmməd - ona Allahın salavatı və salamı olsun - in yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub dinə salınan hər bir əməl (iş) bir bidətdir, hər bir bidət isə bir zəlalətdir (sapmaqdır)." (Müslim)
Nəsəi, "ceyyid" (yaxşı) bir sənədlə yuxarıdakı hədisə bu əlavəni də rəvayət etmişdir:
“Hər bir zəlalət isə oddadır.”
Əbu Nəcih əl-İrbad b. Səriyə - Allah ondan razı olsun – rəvayət edir ki, Peyğəmbər – ona Allahın salavatı və salamı olsun – bizimlə elə bir tərzdə danışdı ki, qəlblərimiz titrədi, gözlərimiz yaşla doldu. Biz dedik: “Ey Allahın Rəsulu, bu vidalaşan bir kişinin öyüdünə oxşayır bizə vəsiyyət et!” (Peyğəmbər) buyurdu: “Mən sizə İzzət və Cəlal olan Allahdan qorxmağınızı, başınıza (Həbəşi) bir kölə əmir olaraq təyin edilərsə, onu dinləyib itaət etməyinizi tövsiyə edirəm. Şübhəsiz ki, aranızdan (uzun bir ömür) yaşayacaq olanlar bir çox ixtilaflar (ayrılıqlar) görəcəkdir. Mən sizə mənim sünnətimə və hidayətdə olan Raşidi xəlifələrin sünnəsinə sarılmağınızı tövsiyə edirəm. Ondan arxa dişlərinizlə möhkəm yapışın. Sonradan uydurulan yeniliklərdən (bidətlərdən) uzaq durun. Çünkü sonradan uydurulan hər bir şey bir bidət, hər bir bidət isə zəlalətdir.” ( Əbu Davud 4607; Tirmizi 2676. əl-Albani “Səhih əl-Cəmi” 4546)
Bu mənadakı hədislər çoxdur.
Allah Rəsulunun- ona Allahın salavatı və salamı olsun- səhabələrilə -Allah onlardan razı olsun- onlardan sonra gələn sələfi saleh, insanları bidətlərdən çəkindirib qorxutduqları məlumdur. Bunun da səbəbi bidətlərin dinə sonradan uydurulan əlavə olması, Allah Təalənin icazə vermədiyi bir din olması, dinlərinə onda olmayan əlavələr edən və Allahın icazə vermədiyi dində yenilik çıxaran Allahın düşmənləri yəhudi və xristianlara bənzəməkdən ötəridir. Çünki bidətləri qəbul etmək, İslam dininin naqis olduğunu və kamil olmadığını ittiham etməyi tələb edir. Bu düşüncənin böyük bir fəsad və çox çirkin bir münkər olduğu, Allah Təalənin bu sözünə zidd gəldiyi açıq aydındır:

"Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim..." (əl-Maidə, 3)

Yenə, bidətləri qəbul etmək, bidətlərdən çəkinməyi və onlardan uzaqlaşmağı əmr edən Rəsulullahın -ona Allahın salavatı və salamı olsun - açıq hədislərinə zidd bir davranışdır.
Bu bidəti, yəni İsra və Merac gecəsini qeyd etmə bidətini rədd etmək və ondan çəkindirmək lazım olduğu və bu bidətin heç bir şəkildə İslam dinindən olmadığı mövzusunda haqqı axtaran kimsə üçün bu zikr etdiyimiz dəlillərin kifayət edici və razı salıcı olmasını ümid edərəm.
Allah Təalə müsəlmanlara öyüd verməyi və onlara vacib etdiyi dini şərhi fərz edib elmi gizləməyi haram etdiyinə görə, bir çox ölkədə yayılan, hətta bəzi insanların bunun dindən olduğunu zənn etdikləri bu bidət mövzusunda müsəlman qardaşlarımı xəbərdar etməyi özümə bir vəzifə saydım.
Allah Təalədən bütün müsəlmanların hallarını düzəltməsini və onları dində elmli etməsini, bizi və onları haqqa sıx sarılma və haqq üzrə sabit qalma mövzusunda müvəffəq etməsini, haqqa zidd olan şeyləri tərk etməyi nəsib etməsini diləyirəm. Şübhəsiz ki, O, bunun öhdəsindən gələn və buna gücü çatandır.
Peyğəmbərə, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun.

AbdulAziz bin Bazz


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
medineTarix: Bazar, 09.08.2009, 15:28 | Yazı # 18
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Bəraət qandili

Həqiqətən şükür və tərif yalnız Allaha məxsusdur! Bu ümmətə dini kamil olaraq şərəfli elçisi vasitəsilə çatdıran Allaha həmd sənalar olsun! Allah Təalə buyurur: "Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim." (əl-Maidə, 3)
Allah Təalə Şura surəsində də belə buyurub:
"Yoxsa onların Allahın dində izin vermədiyi şeyləri onlar üçün şəriət qanunu edən bilən şərikləri vardır? Əgər həlledici Söz olmasaydı, aralarındakı iş bitmiş olardı. Həqiqətən, zalımları ağrılı-acılı bir əzab gözləyir." (əş-Şura, 21)
İslam ümmətini xəbərdar etmək və onları bidət etməkdən uzaqlaşdırmaq üçün, bidətlərdən çəkinmək lazım olduğu və bidətlərin açıqca zəlalət (azğınlıq) olduğu Peyğəmbərdən -ona Allahın salavatı və salamı olsun- gələn səhih hədislərdə sabitdir.
Necə ki, bu hədislərdən bəziləri bunlardır:
Buxari və Müslimin səhihlərində Aişədən -Allah ondan razı olsun- rəvayət olunduğuna görə Peyğəmbər -ona Allahın salavatı və salamı olsun- belə buyurmuşdur:
"Kim bizim bu işimizdə (dinimizdə) ondan olmayan bir yenilik edərsə o, rədd olunandır." (Buxari, Müslim)
Müslimin rəvayətində isə Rəsulullah -ona Allahın salavatı və salamı olsun- belə buyurmuşdur:
"Kim bizim işimizə uyğun olmayan bir əməl edərsə o, (əməl) rədd olunandır."
Yenə, Müslimin səhih əsərində Cabirdən -Allah ondan razı olsun- rəvayət olunduğuna görə o belə demişdir:
"Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi Muhəmməd - ona Allahın salavatı və salamı olsun - in yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub dinə salınan hər bir əməl (iş) bir bidətdir, hər bir bidət isə bir zəlalətdir (sapmaqdır)." (Müslim)
Nəsəi, "ceyyid" (yaxşı) bir sənədlə yuxarıdakı hədisə bu əlavəni də rəvayət etmişdir:
“Hər bir zəlalət isə oddadır.”

Əbu Nəcih əl-İrbad b. Səriyə - Allah ondan razı olsun – rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bizimlə elə bir tərzdə danışdı ki, qəlblərimiz titrədi, gözlərimiz yaşla doldu. Biz dedik: “Ey Allahın Rəsulu, bu vidalaşan bir kişinin öyüdünə oxşayır bizə vəsiyyət et!” (Peyğəmbər) buyurdu: “Mən sizə İzzət və Cəlal olan Allahdan qorxmağınızı, başınıza (Həbəşi) bir kölə əmir olaraq təyin edilərsə, onu dinləyib itaət etməyinizi tövsiyə edirəm. Şübhəsiz ki, aranızdan (uzun bir ömür) yaşayacaq olanlar bir çox ixtilaflar (ayrılıqlar) görəcəkdir. Mən sizə mənim sünnətimə və hidayətdə olan Raşidi xəlifələrin sünnəsinə sarılmağınızı tövsiyə edirəm. Ondan arxa dişlərinizlə möhkəm yapışın. Sonradan uydurulan yeniliklərdən (bidətlərdən) uzaq durun. Çünkü sonradan uydurulan hər bir şey bir bidət, hər bir bidət isə zəlalətdir.” ( Əbu Davud 4607; Tirmizi 2676. əl-Albani “Səhih əl-Cəmi” 4546)
Bəzi cahil insanlar ilin müəyyən günlərini xüsusiləşdirib bütün gecəni oyaq qalaraq Allaha ibadətlə keçirirlər. Bu insanlar güman edir ki, bu xüsusi gecələrdə Allaha ibadətlə keçirən hər kəs, bu onun hər il olan hərəkətləri üçün əvəzini verəcək və Cənnətə daxil olmağı üçün kifayət olacaq. Bu gecələrdən biri də Bəraət gecəsi kimi tanınan Şaban ayının 15-də olan gecədir.
Allaha ibadət etmək üçün müəyyən gecələri xüsusiləşdirmək Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) sünnəsinə qarşıdır. Dəlil olaraq, o (ona Allahın salavatı və salamı olsun) ibadət üçün müəyyən gecələri xüsusiləşdirməyi kəskin bir şəkildə qadağan etmişdir. Necə ki, Əbu Hüreyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Cümə gecəsi başqa gecələrin içindən qiyamla xüsusiləşdirilməyin. Cümə günü başqa günlərin içindən orucla xüsiləşdirilməyin. Yalnız biriniz daimi tutduğu bir oruc olduqda, onu tutsun.” (Müslim /1144). Allah Rəsulu (ona Allahın salavatı və salamı olsun) həftədə olan yalnızca bir günü xüsusiləşdirməyi sərt bir şəkildə qadağan etmişdirsə, gör onda ildəki bəzi günləri xüsusiləşdirməyə nə deyərdi?! İbadət üçün günləri xüsusiləşdirmək Uca Allahın bu ayəsinə ziddir: "Sənə ölüm gələnədək Rəbbinə ibafət et." (Hicr, 99)

Bəziləri bu gecəyə dəlil olaraq Duxan surəsində keçən: "Hər bir hikmətli iş o gecədə ayırd edilir – dərgahımızdan vəhy edilən əmr ilə. Həqiqətən, kitabları və elçiləri Biz göndəririk." (Duxan‚ 4-5) ayələrinə baxaraq o gecənin Şaban ayının on beşinci gecəsi olan Bəraət gecəsi olduğunu deyirlər. Buna əsaslanaraq Allahın o gecədə qullarının ruzilərini böldüyünü‚ əcəllərini təyin etdiyini‚ başqa sözlə bu gecə ediləcək olan dua və ibadətlərin mütləq qəbul ediləcəyini iddia edirlər. Beləcə Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) və səhabələrinin (Allah onlardan razı olsun) etmədiyi‚ bu gecəyə xas bir sıra ibadətlər ortaya çıxarmışlar. Halbuki Allah Təalə o surədə belə deyir:
"Ha Mim. And olsun bu aydın Kitaba! Biz onu mübarək bir gecədə nazil etdik. Həqiqətən, Biz qorxuduruq. Hər bir hikmətli iş o gecədə ayırd edilir –dərgahımızdan vəhy edilən əmr ilə. Həqiqətən, kitabları və elçiləri Biz göndəririk ." (Duxan‚ 1-5)
Görüldüyü kimi Allah Təalə işlərin bölünmə edildiyi gecənin Qurani Kərimin endirildiyi gecə olduğunu bildirməkdədir. Quranın da Şaban ayının on beşində deyil, Ramazan ayında və Qədr gecəsində nazil olduğunu digər ayələrdən açıq bir şəkildə bilirik. Necə ki, Allah Təalə buyurur:
"İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir." (əl-Bəqərə‚ 185)
"Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik!" (Qədr‚ 1)
Alimlərin böyük bir əksəriyyəti Duxan surəsində keçən "mübarək gecə"nin qədr gecəsi olduğunu söyləmişlər. Təfsirçi Əbu Bəkr İbnul-Arabi bu mövzuda belə deyir: "Bu ayədə keçən “mübarək gecə”nin qədr gecəsi deyil, başqa bir gecə olduğunu iddia edənlər Allaha böyük bir böhtan atmışlar." (Əbu Bəkr İbnul-Arabi‚ c. 4‚ s. 1678)
Bəraət qandili Şaban ayının ortasında olan Bu gecənin fəzilətləri ilə bağlı bəzi rəvayətlər gəlmişdir. Misal olaraq bu rəvayəti qeyd edək:
“Əli bin Əbu Talib (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə demişdir: “Şaban ayının ortasında gecə olanda, gecəsini ibadətlə keçirən gündüzünü də oruc tutsun.” (İbn Macə Sünəni, 1388; Beyhaqi, Fədailul Evkst:24; Şuabul-İman 3542)
Digər bir rəvayətdə isə belə deyilir: “Əbu Musa əl-Əşari (Allah ondan razı olsun) belə deyir: “Şabanın ortasında olan gecədə Allah Təalə yaratdıqlarına nəzər salar. Müşrik və cimridən (xəsisdən) başqa bütün məxluqatı bağışlayar.” (Buseyri, Misbətiuz-Zucacə fi Zəvaidi ibn Macə c. 2, s. 10)
Yenə başqa bir rəvayətdə belə deyilir: “Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Rəsulu (ona Allahın salavatı və salamı olsun) belə demişdir: “Bu gecədə Adəm oğlundən hər doğulan və hər ölən yazılır və yenə bu gecədə olanların əməlləri yüksəlir və ruziləri enər.” (İmam Beyhaqi, əd-Davutul Kəbir, Əbu Şamə əl-Baisu Alə İnkaril Bidai vəl Havadisi s. 35)
Yuxarıda qeyd etdiyimiz rəvayətlərdən heç birisi səhih deyildir.
İmam Busiri Əlinin (Allah ondan razı olsun) rəvayəti haqqında belə deyir: “Bu rəvayətin sənədində İbnu Əbu Səbura var. Əsl adı isə Əbu Bəkr ibn Abdilləh ibn Muhamməd ibn Əbi Səburadır. İmam Əhməd ibn Hənbəl və İbn Main bu adam haqqında hədis uyduran olduğunu qeyd etmişlər.” (Busiri, c.2, s. 10)
İkinci rəvayətə gəlincə Əbu Musa əl-Aşarinindir. İmam Busiri deyir ki, Əbu Musaya aid hədisin sənədi zəifdir. Bu da Abdullah ibn Əbi Ləhianın zəif olduğu səbəbindəndir. Bir də hədisin zəif olmasının başqa bir səbəbi isə Vəlid bin Müslimin tədlis etməsidir.” (Busiri, c.2)
Qeyd: Tədlis iki cürdür:
İsnaddakı tədlis - Bir ravinin eyni əsrdə yaşadığı bir kişidən eşitmədiyi bir hədisi eşitmiş kimi rəvayət etməsidir. Ravi “filankəs belə dedi, filankəs belə dedi” ifadələrini işlədər.
Şeyxlərdəki tədlis- Ravinin öz şeyxinə naməlum kunyə, ad və ya sifət verməsidir. Şeyxinə bilinməyən bir ad verilməsi də çox çirkin bir əməldir. Bu şəkildə tanınan bir ravi cərh olunur, rəvayəti də qəbul olunmaz.
Növbəti rəvayət də Aişənindir (Allah ondan razı olsun). Aişənin (Allah ondan razı olsun) Əbu Musanın (Allah ondan razı olsun) rəvayətinə bənzər başqa bir hədisi də vardır. İmam Beyhaqi iki rəvayəti də Davətul Kəbir kitabında təxric ettikdən sonra belə deyir: “Bu iki hədisin isnadında məchul olan (tanınmayan) kimsələr vardır.” (Davətul Kəbir, əlyazma)
Batil rəvayətlərdən birində deyilir ki, bu gecədə Allahın dünya səmasına təcəlli edəcəyi‚ Kəlb qəbiləsinin qoyunlarının tükləri sayı qədər (çoxluq ifadə etmək üçün istifadə edilmiş bir ifadə) insanı bağışlayacağı və özünə edilən bütün duaları qəbul edəcəyi izah edilməkdədir. (Tirmizi, Siyam 39, İbn Macə, İqamə 191)
Bu uydurma hədis haqqında İmam Tirmizi və onun müəllimi Buxari (Allah onlara rəhmət etsin) başda olmaq üzrə bir çox alimlərin bu hədislərin isnadlarında problem olduğu səbəbindən hədislərin zəif olduğunu və bunlarla əməl edilməyəcəyini ifadə etmişlər. (Tirmizi, Siyam 39 hədisin şərhi, İbn Macə, İqamə 191 hədisin şərhi)
Bir də Bəraət gecəsi ilə əlaqəli olaraq xalq arasında "Bəraət gecəsi namaz"ı və ya "Salatul-xayr" olaraq bilinən bir namaz vardır. 100 rükət olan bu namazın hər rükətində Fatihə və on dəfə İxlas surəsinin oxunması lazım olduğu bilidirilir.(İmam Qazzali, İhya 1/203).
Bu namaz haqqında bidət olduğunu deyən İmam Nəvəvi bu mövzuda Qutul Qulub və İhyau Ulummiddində keçən rəvayətə aldanmamağı qeyd edir. (əl-Məcmu, 4/56)
Hafiz əl-İraqi bu namaz haqqında belə deyir: “Bəraət namazı haqqında olan hədis batildir.” (Şukeyri, əs-Sunənu vəl Mubtədəat, s. 144)
İbnul Cəvzi də: “şübhəsiz bu əsər uydurmadır” demişdir. (əl-Məvduat, c. 2, s.127)

BU NAMAZ HARADAN GƏLİB?

İmam Tartuşi belə nəql edir: “Mənə Əbu Muhamməd əl-Məqdisi xəbər verərək dedi ki, bu namaz bizdə ilk olaraq hicrətin 448-ci ilinin əvvəllərində meydana gəlmişdir. Nablus şəhərində İbnu Əbi Həmra adı ilə tanınan bir adam Beytul Məqdisə gəldi, gözəl tilavəti var idi, qalxdı və Məscidul Aqsada Şaban ayının ortasında (15-də) olan gecədə namaz qıldı. Arxadan ona birisi namaza qoşuldu. Nəticədə namaz qurtardıqdan sonra arxada xeyli adam oldu. Növbəti il yenə gəldi və onun arxasında bir çox insanlar onunla birlikdə həmin namazı qıldı. Məsciddə bu yayıldı. Beləliklə bu namaz Məscidul Aqsa və insanların evlərinə daxil oldu. Sonra isə sünnət namazı kimi bu günümüzə qədər davam edərək gəldi.” (əl-Həvadisu vəl Bidau, s. 132)
Bu kimsələrin ettikləri əməlləri özlərinə qayıdır və qəbul olunmaz. Çünki onlar Allah Təalənin icazə vermədiyi bir şeyi Allahın dinindən hesab edərək bidətlər çıxarmışlar.

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə demişdir: “Sizə Cənnətə yaxınlaşdıracaq olan nə varsa, heç birini buraxmadan hamısını sizlərə əmr etdim.” (AbdurRazzaq, 20100; Təbari, Əl-Kəbir, 2/155; Beyhaqi, 7/66. Şeyx Albani “əs-səhih” 1803)
Abu Zərr (Allah ondan razı olsun) Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) göy üzərində qanad çırpan quşlar haqqında belə bir bilgi verərək bizləri tərk etdi. (İbn Hibban 65; Təbari 1647. Şeyx Albani “əs-səhih” 1803)
Allah Təalə Qurani Kərimdə belə buyurur: “Əgər onlar özlərinə verilən öyüd-nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu, onlar üçün daha xeyirli və daha mükəmməl olardı.” (Nisa, 66)

Sonda isə hər şey açıq aydın olduqdan sonra Allah Təalənin bu ayəsini qeyd etmək lap yerinə düşər. Necə ki, Allah Təalə buyurur: “Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir.” (Nisa, 115)
Allah Təalədən Onun Rəsulunun sünnəsindən azı dişlərimizlə yapışıb əməl etməyi və bidətlərdən də uzaqlaşmağı nəsib etməsini diləyirik!
Peyğəmbərə, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun.


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
Forum » İslam » Müxtəlif məsələlər » BİDƏT (İslama gətirilən bidətlər hansilardi)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2020 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru