[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
Forum » İslam » Sual-cavab » SUAL-CAVAB (bildiklərmizi və bilmədiklərmizi öyrənək)
SUAL-CAVAB
SelefTarix: Çərşənbə, 06.01.2010, 02:11 | Yazı # 81
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
Dua etdikdən sonra əlləri üzə sürtmək icazəli deyil. Sünnətdə Peyğəmbər sallallahu aleyhi və səlləmin Rəbbinə dua etməsi barədə mütəvatir (bir çox yolla rəvayət olunan) hədislər gəlmişdir. Dua etdikdən sonra əllərini üzünə sürtməsi sübut olunmamışdır.
Əlləri üzə sürtməyin icazəli olduğunu söyləyənlər bir neçə hədisi dəlil olaraq irəli sürmüşdürlər. Lakin bu hədislər təhqiq olunduqda, səhih olmadığı ortaya çıxır. Bunların biri-digərini gücləndirmir.

Əlləri üzə sürtməyin qadağan olunmasına dair alimlərin rəylərindən aşağıdakıları misal göstərmək olar:

1. Əhməd ibn Hənbəl demişdir: Duadan sonra əlləri üzə sürtmək yalnız Həsəndən məlumdur. “əl-İlal əl-Mutanahiya” (2/840-841)

2. Şeyxulislam ibn Teymiyyə dmeişdir:

“Dua əsnasında Peyğəmbərin sallallahu aleyhi və səlləm əllərini qaldırması barədə çoxlu səhih hədis gəlmişdir. Lakin əllərini üzünə sürtmək barədə ondan yalnız bir və yaxud iki hədis varid olmuşdur. Bu hədislər hüccət, dəlil təşkil etmir' “Fətvalar Toplusu”, (22/519)

3. İzz ibn Abdussalam demişdir: “Duanın ardınca əllərini üzünə cahildən başqası sürtməz”. “İzz ibn Abdussalamın Fətvaları”, (s/47)

Duadan sonra əlləri üzə sürtmək caiz olmadığı halda, dua edən kəsin bədəninə məsh etməsi və gözlərini öpməsindən çəkinməsi daha təqdirəlayiqdir.

Alimlər artıq qeyd etmişdirlər ki, baş barmaqları öpmək və bunları gözünün üzərinə qoymaq bidətdir. Bunlar bəzi sufi təriqətlərinin bidətləridir. Onlar bu barədə Peyğəmbərə nisbət edərək bəzi uydurma hədislər hekayə edirlər.

Şeyx ibn Üseymindən duadan sonra əlləri üzə sürtmək barədə soruşdular. O belə cavab verdi:

'Əlləri duadan sonra üzə sürtmək məsələsinə gəldikdə, bunun islamda buyurulmaması ehtimala daha yaxındır. Çünki bu barədə varid olan hədislər zəifdir. Hətta Şeyxul islam ibn Teymiyyə rahiməhullah demişdir: “Bunlar dəlil olaraq irəli sürülə bilməz”. Madam ki, bu məsələnin məşru olduğuna dair əmin deyilik və bunun buyurulmamasına dair ehtimal daha çoxdur, ona görə də ən salamatı bunu tərk etməkdir. Çünki, bir məsələ barədə ehtimal əksəriyyət təşkil etdiyi hal istisna olmaqla, islamın hökmləri mücərrəd zənnlər ilə sübuta yetirilmir.

Duadan sonra əlləri üzə sürtmək barədə mənim rəyim budur ki, bu sünnət deyil. Allah Rəsulu sallallahu aleyhi və səlləm məlum olduğu kimi cümə xütbəsində istisqa (yağış yağması) üçün dua edərək əllərini qaldırmışdır. Lakin əlləri ilə üzünə məsh etməsi ondan varid olmamışdır. Eləcə də, Allah Rəsulundan sallallahu aleyhi və səlləm bir sıra hədislər gəlmişdir ki, o dua etmiş və əllərini qaldırmışdır, bununla belə əllərini üzünə sürtməsi ondan sabit olmamışdır. “Fətvalar Toplusu”, (14/ Sual 781)



(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
SelefTarix: Çərşənbə, 06.01.2010, 02:14 | Yazı # 82
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
Qünut və qeyrisində duadan sonra əlləri üzə sürtmək haqqında olan hədisin hökmü nədir?


Sual: Qünut və qeyrisində duadan sonra əlləri üzə sürtmək haqqında olan hədisin hökmü nədir? Həmçinin əllərə üfürüb onları bədənə (cismə) sürtməyin hökmü nədir? Münasib ayə eşitdikdə əlləri Allaha tərəf uzatmağın icazəli olub-olmadığı haqqında məlumat verərdiz.

Cavab: Əvvəla İbn Macənin İbn Abbasdan –Allah onların hər ikisindən razı olsun - rəvayət etdiyi hədisdə belə deyilir: “Allaha dua etdikdə əllərinin üstü ilə deyil, içi ilə dua et. Bitirdikdə isə əllərini üzünə çək.” əs-Suyuti bu hədisi “əl-Cami əs-Sağir” kitabında qeyd edərək onun Həsən olduğunu bildirmişdir. Lakin İbn əl-Covzi demişdir: “hədis səhih deyil. Sənədində “matruk olan” Saleh ibn Həssən var.” İbn Hibban demişdir ki, Saleh ibn Həssənin oxuyan (müğənni) qulları var idi, onlara qulaq asardı. “Əsbatlardan” uydurma hədislər rəvayət edir. İmam Əhməd, İbn Məin, Əbu Davud, Əbu Hatim, əd-Daruqutni onun zəif ravi olduğunu qeyd etmiş, Buxari isə onun “münkər hədis” olduğunu demişdir. Əbu Nueym İsbahani onun haqqında “munkərul hədis, mətruk” demişdir.

İkinci: Tirmizi sənədi ilə (sənədi qeyd olunub) Ömər ibn əl-Xattabın belə dediyini rəvayət etmişdir: “Peyğəmbər – Ona Allahın salavatı və salamı olsun – dua edərkən əllərini qaldırdıqda üzünə çəkməmiş yanına salmazdı.” Məhəmməd ibn əl-Müsənnə hədisi rəvayət etdikdə demişdir ki, əllərini üzünə çəkməmiş aşağı salmazdı. Tirmizi demişdir: “Bu hədis (Səhih, ğaribdir). Onu Həmməd ibn İsadan başqası rəvayət etməmişdir. Onun hədisləri azlıq təşkil edir. Hanzala ibn Əbu Sufyan haqqında isə Yəhya ibn Səid əl-Qattan “siqa” demişdir.” (Tirmizinin Sünən əsəri (5 –i cild, səhifə 463-464, hədis nömrə 3386)

Beləliklə, dua buyurulmuş bir ibadət olsa da ondan sonra üzə əl çəkmək barədə nə bir söz, nə də bir əməli sünnət yoxdursa ondan sonra əlləri üzə çəkmək şəriətin buyurmadığı bir əməldir. Əksinə bu haqda rəvayət olunan hədislərin sənədləri zəifdir.
Allah müvəffəq etsin! Peyğəmbərimiz Məhəmmədə, onun ailəsinə və əshabələrinə Allahın salavatı və salamı olsun!

(4 –ü cild, səhifə 444-445)



(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
UmarTarix: Çərşənbə, 06.01.2010, 06:32 | Yazı # 83
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Quote (islamic)
Salamun aleykum. bir sual. duadan sonra elleri uze chekmek olar?

va aleykumus-Sələm.

Bu məsələ barədə Azərbaycandakı psevdo-sələfilər ifrat formada yanaşdıqları üçün mənim burada təqdim edəcəyim sözlər bir çoxlarına qəribə gələ bilər. Eynilə İslam yeni gəldiyi kimi.

İlk növbədə İbn Useyminin oxuculara təqdim olunan sözlərinin özlərinə sərf edən hissəsini gətirib də, əsl tərəfini gizlətməsinə toxunaq. İbn Useymin deyib:

"(əl-Haccəvinin) "Əlləri ilə üzünü məsh edər" sözü: müəllifin sözünün zahirindən anlaşılır ki, qunut duasından sonra əlləri üzə sürmək sünnətdir. Bunun dəlili isə Ömərin, radiyallahu anhu, hədisidir: "peyğəmbər, salləllahu aleyhi va səlləm, əllərini qaldırdıqda onları üzünə sürmədən endirməzdi." Lakin bu hədis zəifdir və bu hədisin şahidləri də zəifdir. Buna görə də Şeyxul-İslam İbn Teymiyyə bu sözü inkar etmiş və demişdir: "Dua edən əllərini üzünə sürməməlidir. Çünki əlləri üzə sürmək ibadətdir və insan ona əməl edərsə Allah yanında hüccəti olacaq səhih dəlilə ehtiyacı vardır. Amma hədis zəifdir və hüccət olacaq şəkildə sabit deyildir. Lakin İbn Hacər "Buluğ əl-Məram" kitabında dedi: "Buna şahidlik edən bütün bu hədislər birlikdə bunun həsən olmasını tələb edir."

Kim bu hədisi həsən sayırsa ona görə buna əməl etmək sünnətdir, lakin kim həsən saymırsa və onun zəif hədis olaraq qaldığını söyləyirsə, ona görə buna əməl etmək bidətdir. Buna görə də bu məsələdə üç görüş vardır:
Birinci görüş: Bu, sünnətdir.
İkinci görüş: Bu, bidətdir.
Üçüncü görüş: Bu, nə sünnətdir, nə də bidətdir. Yəni mübahdır. Əgər kimsə bunu edərsə, onun bidətçi olduğu söylənməz, əgər tərk edərsə əməl etmədiyinə görə azarlanmaz.

Mənə yaxın olan görüş: Bu, sünnət deyildir, çünki bu barədə varid olmuş hədislər zəifdir. Sünnətin isə zəif hədislə təsbit edilməsi mümkün deyildir və Şeyxul-İslam İbn Teymiyyə bu görüşü qəbul etdi. Çünki iki "əs-Səhih" kitabında və bu ikisindən başqa kitablarda varid olmuş çoxlu hədislərə əsasən sabit olmuşdur ki, peyğəmbər, salləllahu aleyhi va səlləm, dua edərkən əllərini qaldırmışdır, lakin onları üzünə sürməmişdir. Çox-çox gətirilən və nəqli üzərində bol miqdarda mübahisələrin olduğu belə bir sünnətin "əs-Səhih"lər və digərləri kimi mötəbər kitablarda məlum olmaması, bunun əslinin olmadığına dəlalət edir.

Buna əsasən də (deyirəm): Daha uyğun olan əlləri üzə sürməməkdir. Lakin bu əməli edənləri, onun haqqında varid olmuş hədislərin (alimlər tərəfindən) həsən dərəcəsinə qaldırıldığını nəzərə alaraq inkar etmirik. Çünki bu, alimlərin üzərində ixtilaf etdikləri bir məsələdir."

"Şərh əl-Mumti alə Zad əl-Mustəqni"
"bab əs-Salət ət-Tətavvu"


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

Yazını ğurabə - Çərşənbə, 06.01.2010, 06:35
 
UmarTarix: Çərşənbə, 06.01.2010, 06:41 | Yazı # 84
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
İbn Cibrinə (rahiməhullah) belə bir sual verirlər:

"Namaz qılan üçün sünnətdəndir ki, Allaha dua edərkən əllərini qaldırsın? Əgər duasını bitirərsə əlləri ilə üzünü məsh etsin, yoxsa nə etsin?"

Cavab:

"İnşə Allah bunu edə bilər. Duada əlləri qaldırmaq haqqında qırx iki hədis varid olmuşdur və əs-Suyuti bunları bir arada toplamışdır və bu, "Fad əl-Via fi Əhədis Raf əl-Yədeyn fid-Dua" adında nüsxədə çap olunmuşdur.

Əlləri üz sürməyə gəldikdə isə, bu barədə iki hədis gəlmişdir və onlar barədə mübahisə vardır. Lakin sələfdən çoxu bunu etmişdir və bunun sələfdən, səhabə və tabiindən rəvayət olunması, sələfin, səhabə və tabiinin və onlardan sonra gələnlərin arasında məşhur olması dəlalət edir ki, onlar bu əməli qəbul ediblər və bunun sünnətdən olduğunu biliblər."

Sual-cavabı rəsmi saytdan oxuya bilərsiniz:

http://www.ibn-jebreen.com/book.ph....d=32855


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
UmarTarix: Çərşənbə, 06.01.2010, 06:44 | Yazı # 85
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
İbn Useymin bir başqa yerdə belə deyir:

"Alimlərdən bəziləri zəif hədislərin çox olması halında onların bir-birini qüvvətləndirməsinə əsaslanaraq "əli üzə sürmək sünnətdir" dedilər. Mənim görüşümə görə isə duadan sonra əli üzə sürmək sünnət deyildir. Lakin kim sürərsə, onu inkar etmərik və kim tərk edərsə yenə onu inkar etmərik."

"Məcmu əl-Fətava var-Rasəil əş-Şeyx Muhamməd Saleh əl-Useymin", cild: 14. "bab əs-Salət ət-Tətavvu"


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
UmarTarix: Çərşənbə, 06.01.2010, 06:52 | Yazı # 86
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
İbn Useyminin mövzu ilə əlaqədar sözləri çoxdur və bütün bunlardan anladığımız budur ki, bu əməl ona görə bidət deyildir.
Kitabında namazda qnut duasından sonra əlləri qaldırmağı müzakirə edən İmam ən-Nəvəvi (rahiməhullah) bu zaman əlləri üzə sürməyin hökmündən danışır. O, deyir:

"Lakin duanı bitirdikdən sonra əlləri üzə sürməyə gəldikdə isə, əgər biz desək: (Qnut duasında) əllərini qaldırmaz, o zaman ixtilafsız əlləri üzə sürməyin də məşru olmadığı anlaşılar. Lakin əgər desək ki, əllərini qaldıra bilər, o zaman iki görüş vardır. Bu iki görüşdən ən məşhuruna görə əlləri üzə sürmək müstəhəbdir. Bu görüşü qəbul edənlər içində Qadi Əbu Tayyib, Şeyx Əbu Muhamməd əl-Cuveyni, İbn Sabbağ, əl-Mutəvalli, eləcədə öz kitabında Şeyx ən-Nasr, əl-Ğazzali və "əl-Bəyan" kitabının sahibi vardır.

İkinci görüşə görə isə əllərini üzünə sürməməlidir, doğru olan da bu görüşdür. Muhaqqiqlərdən əl-Beyhaqi, ər-Rafi və digərləri bunu doğru sayıblar. əl-Beyhəqi dedi: Sələfin bəzilərindən namazdan kənarda duada bunu etmək rəvayət edilsə də, onlardan heç kəsdən bu məqamda (namazın içində) əlləri üzə sürmək barədə heç bir şey hifz etməmişəm. Lakin namazın içində isə əlləri üzə sürmək barədə heç bir xəbər, heç bir əsər və heç bir qiyas sabit deyildir. Doğru olan bunu etməmək və sələfdən rəvayət olunduğu kimi əlləri qaldırdıqdan sonra üzə sürməməklə məhdudlaşdırmaqdır.Daha sonra isnadı ilə birlikdə Sünən Əbi Davudda Muhamməd bin Kab əl-Qarazidən, o da İbn Abbasdan (radiyallahu anhumə) Peyğəmbərin (salləllahu aleyhi va səlləm) belə dediyini rəvayət etdi: "Əllərinizin içləri ilə Allaha dua edin, onların üst tərəfi ilə etməyin! Bitirdikdən sonra onlarla üzünüzü məsh edin!" Əbu Davud dedi: Bu hədis bir çox yoldan Muhamməd bin Kabdan rəvayət olunur və bunların hamısı əsassızdır. Hədisin mətni də zəifdir. Daha sonra əl-Beyhəqi Əli əl-Bəşanidən rəvayət edir: dedi: Abdullahdan - yəni İbn Mübarəkdən - dua edərkən üzlərini əlləri ilə məsh edənlər barədə soruşdum. Dedi: "Bunun üçün bir sübut görmürəm."Əli dedi: "Mən onu (ibn Mübarəki) bunu edərkən görmədim." Dedi: Abdullah, vitr namazında rükudan sonra qnut tutardı və əllərini qaldırardı." Bu əl-Beyhaqinin əs-Sünən" kitabındakı sözlərinin sonu idi. Onun Şeyx Əbu Muhamməd əl-Cuveyniyə yazdığı məşhur bir risaləsi vardır və orada ona qarşı qnutdan sonra üzü məsh etməyi tamamilə inkar edir. Bu barədəki mübahisə uzundur.

Lakin Ömərin (radiyallahu anhu) hədisinə gəldikdə isə: Peyğəmbər (salləllahu aleyhi va səlləm) duada əllərini qaldırdıqda onları üzünü məsh etmədən yerə salmazdı. ət-Tirmizi bunu rəvayət etdi və dedi: "Hədis ğəribdir, Hamməd bin İsa bunu tək rəvayət etmişdir və bu Hamməd zəifdir. Şeyx Abdul-Haqq isə "əl-Əhkam" kitabında zikr edir və deyir: "ət-Tirmizi dedi: "Bu hədis səhihdir" və "ət-Tirmizi bunun səhih olduğunu deyir" deməsində xəta etmişdir, çünki ət-Tirmizi əslində hədisin ğarib olduğunu söylədi."

"əl-Məcmu Şərh əl-Muhəzzəb", 3/480


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
UmarTarix: Çərşənbə, 06.01.2010, 07:01 | Yazı # 87
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Bu məsələ ətrafında hər iki tərəfin dəlillərini uzun-uzadı zikr etmək olar. Lakin bununla alimlərin ixtilaf etdiyi məsələni biz həll etməkdə acizik. Buna görə də, kim bu əməli sünnət sayırsa onu inkar etməməliyik, kim etmirsə onu da inkar etməməliyik. Bu məsələ ixtilaflıdır.

Sözlərimizi məzhəbimizin məşhur müctəhid alimi İmam Muvaffəq əd-Din ibn Qudamə əl-Maqdis (rahiməhullah) mövzu barədə sözləri tamamlamaq istəyirik:

"Qnutu bitirdikdən sonra, əlləri ilə üzünü məsh etməlidirmi? Bu barədə iki görüş vardır:

Birinci: Bunu etməməlidir, çünki Əhməddən rəvayət olunduğuna görə belə demişdir: "Bu barədə bir şey eşitməmişəm." Çünki dua namazdadır və namazın digər dualarında olduğu kimi (qnutda) üzü məsh etmək müstəhəb deyildir.

İkinci: Müstəhəbdir, bizim rəvayət etdiyimiz hədisə görə: Saib bin Yezid rəvayət edir ki, Allahın Elçisi (salləllahu aleyhi va səlləm) dua edərkən əllərini qaldırardı və əlləri ilə üzünü məsh edərdi." Beləki namazdan kənarda olduğun zaman dua edərkən adətən əlləri qaldırırlar və əlləri ilə üzü məsh edirlər. Bu halda isə (qnutdakı dua) namazın digər dualarından fərqlənir, çünki digər dualarda əl qaldırılmır."

"əl-Muğni", 2/585. Dar Aləm əl-Kutub, Riyad - üçüncü nəşr; hicri 1417 (miladi 1997).

İmam İbn Qudamənin (rahiməhullah) sözünün zahirindən anlaşılan budur ki, namazdan kənarda duadan sonra üzü məsh etmək müstəhəbdir.

Doğru olanı Allah bilir!


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
sahib_1985Tarix: Bazar, 10.01.2010, 11:01 | Yazı # 88
Qrup: İstifadəçi
Yazı: 1
Reputasiya: 0
Status: Saytda deyil

Salam Alekkum qardash men bilmek isteyirem mesheb alimlerinden hansinin yolunu getmek dogrudur?bezi meqamlarda o boyuk alimlerin yazdiqlari ust uste duwmur axi?o zaman hansi rahatdi onu secmek dogrudurmu sence?Islam sebr dinidi bu qaydalari rahatlawdirmaq olmaz deyirler.hamisi boyuk alimlerdir.mesheb olaraq 4 mesheb alimi var.Imam Safi Imam Henefi IMam Maliki ve Imam ambar olaraq.Bu alimlerin boyuk alim olduguyla raziyiqsa,eger onlar boyuk takvaya malik alimler olduqlarini qebul edirikse bes onlari niye numune goturmeyek?mes:onlardan hec biri ya Safi ve ya Henefi oz gorduklerinden ewitdiklerinden ve yazmish olduqlari standartlardan kenara cixmamishlar.biz ozumuzu onlardan eswtagfurullah ustun mu goruruk yoxsa ideologiya yalnishligi mi var?izah ediniz zehmet olmasa...
 
UmarTarix: Bazar, 10.01.2010, 12:54 | Yazı # 89
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
əvvəla "Salam alekkum" deyil, "Salam aleykum" yazılmalıdır. 4 məzhəb əqidə deyil, fiqh məktəbidir. İxtilaflı məsələlərdə hər hansı bir məzhəblə getməkdə alimlər bir problem görmürlər. Lakin, səhih hədis gördükdə həmin məsələdə məzhəbin görüşünü tərk edirsən. Bu bir qaydadır.
Doğru olanı Allah bilir!


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
Mücahid-91Tarix: Bazar ertəsi, 08.02.2010, 14:06 | Yazı # 90
Qrup: İstifadəçi
Yazı: 11
Reputasiya: 0
Status: Saytda deyil
salamun eleykim menim birdene sualim var muselman zovcesiyle opuse bilermi xahis edirem etrafli yazasiniz

Müc@hid
 
UmarTarix: Bazar ertəsi, 08.02.2010, 18:02 | Yazı # 91
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Zövcə deyirsənsə artıq halalındır.

"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
Mücahid-91Tarix: Çərşənbə, 10.02.2010, 19:23 | Yazı # 92
Qrup: İstifadəçi
Yazı: 11
Reputasiya: 0
Status: Saytda deyil
SAlam eleykum gece ve vitr namazi haqda melumat vererdizde ?

Müc@hid
 
medineTarix: Çərşənbə, 10.02.2010, 21:24 | Yazı # 93
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Vitr namazı və onunla əlaqədər mövzular...

Hökmü və fəziləti:
Vitr namazı təkidlə buyurulmuş sünnədir. Belə ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu namaza rəğbətləndirmiş və təşviq etmişdir.
Əbu Hureyrə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Həqiqətən Allah vitrdir (təkdir) və vitri sevər»[1].

Əli deyir: Vitr namazı zəruri deyil. Nə də fərz namazlarınız kimi deyil. Amma Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vitr namazını qılmış və sonra demişdir: «Ey Quran əhli, vitr namazını qılın. Həqiqətən Allah vitrdir (təkdir) və vitri sevir»[2].

Vitr namazının qılınan vaxtı:
Vitr namazını İşadan Sübhə qədər olan vaxtda qılmaq olar. Bu namazı gecənin son üçdəbirində qılmaq daha yaxşıdır. Aişə deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vitr namazını, gecənin ilk, orta və axır vaxtlarında qılardı. Amma həyatının sonunda vitri səhərəyaxın qılardı»[3].
Gecənin sonunda oyanacağına əmin olmayan kimsənin, vitri gecənin ilk vaxtında qılması daha yaxşıdır. Eləcə də gecənin sonunda oyanacağına əmin olan kimsənin, vitri gecənin son vaxtında qılması daha yaxşıdır.
Əbu Qatadə deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Əbu Bəkrə belə dedi: «Vitri nə vaxt qılırsan?» Əbu Bəkr dedi: «Yatmadan öncə». Sonra Ömərə dedi: «Vitri nə vaxt qılırsan?» Ömər dedi: «Yatıram sonra durub qılıram». Rəvayətçi deyir ki, sonra Peyğəmbər Əbu Bəkrə dedi: «Sən işinə ehtiyatla yanaşmısan». Sonra Ömərə dedi: «Sən isə işinə əzmkarlıqla yanaşmısan»[4].
Aişə deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namaz qılanda mən də öz yatağımda onun qarşısında yatırdım. O vitri qılmaq istədikdə məni oyadar və beləliklə vitri qılardım»[5].

Vitri qılmağın qaydası və rükətlərinin sayı:
Vitr ən az bir rükət qılınır. Belə ki, İbn Ömər Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Gecə namazı iki-iki qılınır. Əgər Sübh vaxtının başlamasından ehtiyat etsəniz onda vitri bir rükət qılın. Beləliklə qıldığınız namazları vitrlə bitirmiş olarsınız»[6].
Vitr namazını həmçinin üç, beş, yeddi və doqquz rükət də qılmaq olar.
Aişə deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) nə Ramazanda, nə də başqa vaxtlarda on bir rükətdən çox qılmazdı. O dörd rükət qılardı. Bu dörd rükətin gözəlliyindən və uzunluğundan soruşmağına dəyməz. Sonra dörd rükət qılardı. Bu dörd rükətin gözəlliyindən və uzunluğundan soruşmağına dəyməz (çünki o namazları uzadar və gözəl şəkildə qılardı). Sonra üç rükət qılardı»[7].
Aişənin digər rəvayətində deyilir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) gecə on üç rükət namaz qılardı. Onun beş rükətini vitr qılar və heç birində oturmazdı. Yalnız axırıncı rükətdə oturardı»[8].
Həmçinin Aişə deyir ki, «Biz Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) üçün misvak və dəstəmaz suyu hazırlayırdıq. Allah, gecə istədiyi vaxt onu oyatdırar, o da qalxıb misvaklanar və dəstəmaz alardı. Sonra doqquz rükət namaz qılardı. Rükətlərin heç birində əyləşməzdi. Yalnız səkkizinci rükətdə oturar və Allahı zikr, həmd-səna edər və Rəbbinə dua edərdi. Sonra salam vermədən ayağa qalxardı. Sonra doqquzuncu rükəti qılar və oturardı. Sonra Allahı zikr, həmd-səna edər və Rəbbinə dua edib salam verərdi. Biz də onun salamını eşidərdik. Salamdan sonra oturan halda iki rükət qılardı». (Aişə deyir:) Ey oğlum, bax bu on bir rükət edir. «Allahın Peyğəmbəri yaşlaşdıqdan sonra isə yeddi rükət vitr qılardı. Son iki rükəti də deyilən kimi qılardı». (Aişə deyir:) Ey oğlum, bu isə doqquz rükət edir[9].

Əgər vitr üç rükət qılınırsa aşağıdakı hədisdə deyilən surələri oxuyur:
İbn Abbas deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vitr namazının rükətlərində “səbbih ismə rabbikəl alə”, “qul yə əyyuhəl kəfirun” və “qul huvəllahu əhəd” surələrini oxuyardı»[10].

Vitr namazında qunut tutmaq:
Həsən ibn Əli deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) mənə vitrdə demək üçün sözlər öyrətmişdir:
« اللَّهُمَّ اهْدِنِى فِيمَنْ هَدَيْتَ وَعَافِنِى فِيمَنْ عَافَيْتَ وَتَوَلَّنِى فِيمَنْ تَوَلَّيْتَ وَبَارِكْ لِى فِيمَا أَعْطَيْتَ وَقِنِى شَرَّ مَا قَضَيْتَ إِنَّكَ تَقْضِى وَلاَ يُقْضَى عَلَيْكَ وَإِنَّهُ لاَ يَذِلُّ مَنْ وَالَيْتَ وَلاَ يَعِزُّ مَنْ عَادَيْتَ تَبَارَكْتَ رَبَّنَا وَتَعَالَيْتَ ».
«Allahumməhdini fimən hədəyt, və afini fimən afəyt, və təvalləni fimən təvalləyt, və barik li fimə atəyt, və qini şərrə mə qadəyt, innəkə təqdi vələ yuqda aleyk, və innəhu lə yəzillu mən valeyt, vələ yəizzu mən adəyt, təbarəktə rabbənə və təaləyt».
«Allahım! Mənə də hidayət ver, necə ki başqalarına hidayət vermisən, bütün pisliklərdən xilas et, necə ki başqalarını xilas etmisən, mənə qayğıkeşlik et, necə ki başqalarına Qayğıkeşsən. Verdiyini mənim üçün bərəkətli et. Sənin qərarı­nın şərindən Sənə sığınıram. Şübhəsiz, yalnız Sən hökm verənsən və hökm edilməzsən. Həqiqətən Sən kimi dost etsən, o hörmətdən düşməz. Kimi düşmən etsən, o əsla bəyə­nilməz. Ey Rəbbimiz Sən Mübarək və Ucasan[11]».
Sünnəyə görə qunut duası rükudan öncə olmalıdır. Demək Ubeyy ibn Kəəbin hədisində deyilir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vitr namazında qunut rükudan öncə etdi»[12].
Adi halda fərz namazlarda qunut duası etmək olmaz. Bunu yalnız bəla üz verdikdə etmək olar. Bunun üçün hansısa fərz namazı xüsusiləşdirmək olmaz (istənilən fərz namazda qunut etmək olar). Və bu halda qunut rükudan sonra edilir. Demək Əbu Hureyrə deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) kiməsə qarşı xeyirli və ya bəd dua etmək istədikdə qunutu rükudan sonra edərdi»[13].
Daimi olaraq Sübh namazında qunut duası etmək bidətdir. Bunu Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələri açıq-aşkar şəkildə demişlər. Əbu Malik əl-Əşcai, Səd ibn Tariq deyir ki, «mən atama dedim: Ey ata, sən Peyğəmbərin, Əbu Bəkrin, Ömərin, Osmanın və beş ildir ki, burada, Kufədə Əlinin arxasında namaz qılmısan. Məgər onlar Sübh namazında qunut duası edərdilərmi? O dedi: Ey oğlum, bu əməl dinə əlavə olunmuş bidətdir»[14].
«Heç vaxt ola bilməz ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hər səhər rükudan qalxanda, “Allahumməhdini fimən hədəyt, və afini fimən afəyt, və təvalləni fimən təvalləyt...” – sözlərini deyib, uca səslə qunut duası etsin və səhabələri də buna “amin” deməklə səs versinlər, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəfat edənə qədər bunu etsin, sonra İslam ümməti bundan bixəbər olsun. Əksinə, ümmətin çox hissəsi, əksər səhabələr - onlardan heç kəs belə etmir, bu əməlin bidət olduğunu deyirlər. Necə ki, Səəd ibn Tariq əl-Əşcai bunu demişdi»[15].


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
medineTarix: Çərşənbə, 10.02.2010, 21:25 | Yazı # 94
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Gecə namazı sünnədir, müstəhəbdir. Bu namaz, müttəqilərin ən önəmli simalarındandır. Belə ki, Uca Allah buyurur: «Həqiqətən, müttəqilər cənnətlərdə və çeşmələr başında olacaqlar; Rəbbinin onlara verdiyini alacaqlar. Çünki onlar bundan əvvəl yaxşı əməllər etmişdilər. Onlar gecələr (ibadətlə məşğul olub) az yatırdılar. Səhərlər isə (Allahdan) bağışlanmalarını diləyirdilər. Mallarında da dilənçinin və (abrına qısılıb dilənməyən) yoxsulun haqqı (payı) var idi»[1].

Əbu Malik əl-Əşcai Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Cənnətdə elə otaqlar vardır ki, onların içindən çölü, çölündən isə içi görsənir. Uca Allah onları, (kasıblara) yemək yedizdirənlər, xoş sözlər danışanlar, orucu daim tutanlar, gecə insanlar yatanda namaz qılanlar üçün hazırlamışdır»[2].

Bu növ namazın Ramazan ayında qılınması təkidlə qeyd olunan sünnədir:
Demək, Əbu Hureyrə deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Ramazan ayında gecə namazları qılmağa təşviq edərdi. Bunu insanlara əmr etməz, rəğbətləndirər və deyərdi: «Kim Ramazan ayını iman və savabını Allahdan diləyərək namaz qılmaqla keçirərsə onun keçmiş günahları bağışlanar»[3].

Gecə namazının rükətlərinin sayı:
Bu namazın rükətlərinin ən az sayı bir rükət, çoxu isə on bir rükətdir. Buna Aişənin ötən hədisi sübutdur. Hədisdə deyilirdi: «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) nə Ramazanda, nə də başqa vaxtlarda on bir rükətdən çox qılmazdı...» [4].

Ramazan ayında gecə namazlarının camaat şəklində qılınması şəriətə uyğundur:
Aişə deyir ki, bir gün Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) məsciddə namaz qıldı və camaat da onun namazına tabe olub arxasında namaz qıldılar. Səhərisi gün yenidən daha çox insana namaz qıldırdı. Sonra üçüncü və ya dördüncü gün camaat yenə də namaz qılmaq üçün toplaşdılar. Amma Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onlara namaz qıldırmaq üçün çölə çıxmadı. Səhər açılanda dedi: «Mən sizin (dünən) etdiklərinizdən xəbərdar idim. Mənim namaz qıldırmaq üçün oraya gəlməməyimə səbəb, bu namazın sizə fərz olunmasından ehtiyat etməyim idi». Bu hadisə Ramazanda baş vermişdi[5].
Əbdürrəhman ibn əl-Qari deyir ki, Ramazan ayının bir gecəsi Ömər ibn əl-Xəttab ilə birlikdə məscidə gəldim. İnsanlar məsciddə dəstə-dəstə idilər. Bəzisi tək namaz qılır, bəzi isə biri imam dayanıb digərləri də arxasında beş-on nəfər olmaqla namaz qılırdılar. Bunu görən Ömər dedi: Mən elə düşünürəm ki, əgər insanları bir qarinin ətrafında birləşdirsəm daha yaxşı olar. Sonra bu işdə daha təkidli davranıb insanları Ubey ibn Kəəbin ətrafında birləşdirdi. Sonra başqa gün yenə onunla məscidə gəldim və artıq insanlar qarilərinin arxasında bir nəfər kimi dayanmışdılar. Bunu görən Ömər dedi: Bu nə gözəl yenilikdir. İnsanların (gecənin əvvəlində) yatıb (camaatla) qılmadıqları namaz, (gecənin sonunda yalnız) qıldıqları namazdan daha xeyirlidir. İnsanlar da bu namazı gecənin əvvəlində qılırdılar»[6].

Ramazandan başqa digər vaxtlarda insan öz ailəsinə gecə namazı qıldıra bilər:
Əbu Səid Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Əgər kişi öz ailəsini gecə namaz qılmaq üçün oyadar və birlikdə namaz qılarlarsa (yaxud iki rükət namaz qılarlarsa) Allah yanında Allahı çox zikr edən kişi və qadınlar sırasına yazılarlar»[7].

Qiyamul-leyl namazını qəza etmək:
Aişə deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) xəstəlik və ya hansısa səbəblə gecə namazını qıla bilmədikdə gündüz vaxtı on iki rükət qılardı»[8].
Ömər ibn əl-Xəttab Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim yatıb, gecə (namaz qılmaq) payını və ya onun bir hissəsini yerinə yetirə bilməsə və onu sübh namazı ilə zöhr namazı arasında oxuyarsa, gecə oxumuş kimi sayılar»[9].

Gecə namazını qılmağa adət edib sonradan onu tərk etməyin məkruhdur (bəyənilməyən haldır):
Abdullah ibn Amr ibn əl-As deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) mənə belə demişdir: «Ey Abdullah, filankəs kimi olma. O gecə namazlarını qılardı, amma sonra tərk etdi»[10].

--------------------------------------------------------------------------------
[1] əz-Zariyat: 15-19.


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
Mücahid-91Tarix: Bazar ertəsi, 15.02.2010, 12:26 | Yazı # 95
Qrup: İstifadəçi
Yazı: 11
Reputasiya: 0
Status: Saytda deyil
ALLAH razi olsun

Müc@hid
 
medineTarix: Bazar ertəsi, 15.02.2010, 21:47 | Yazı # 96
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
AMIN ECMAIN

ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
EbuBakrTarix: Bazar, 21.02.2010, 20:42 | Yazı # 97
Qrup: İstifadəçi
Yazı: 2
Reputasiya: 0
Status: Saytda deyil
Salam Aleykum Rahmatullahi ve Barakatu.
 
Mücahid-91Tarix: Bazar, 21.02.2010, 20:44 | Yazı # 98
Qrup: İstifadəçi
Yazı: 11
Reputasiya: 0
Status: Saytda deyil
Amin.... Amin.....
ALLAH bizi cennet ve cemaliyla sereflendirsin InshALLAh


Müc@hid
 
EbuBakrTarix: Bazar, 21.02.2010, 20:45 | Yazı # 99
Qrup: İstifadəçi
Yazı: 2
Reputasiya: 0
Status: Saytda deyil
Deyirem goresen gunahlarimiz alnimiza yazilsaydi ne olardi?
 
Mücahid-91Tarix: Bazar, 21.02.2010, 21:22 | Yazı # 100
Qrup: İstifadəçi
Yazı: 11
Reputasiya: 0
Status: Saytda deyil
sizden sual sorusum eger bir muselman qizdan xoshum gelirse ona nece bildirmeyim duzgun olar?

Müc@hid
 
Forum » İslam » Sual-cavab » SUAL-CAVAB (bildiklərmizi və bilmədiklərmizi öyrənək)
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru