[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
Forum » İslam » Sual-cavab » SUAL-CAVAB (bildiklərmizi və bilmədiklərmizi öyrənək)
SUAL-CAVAB
XEDICE73Tarix: Cümə axşamı, 14.05.2009, 11:40 | Yazı # 61
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Aleykumassalam!
Cavab: Rükuda ”Sübhanə rabbiyəl əzim”, səcdədə isə “Sübhanə rəbbiyəl alə” zikrləri deyilir. Bu zikrləri ən yaxşı halda üç dəfə, ən azından isə bir dəfə deməkdir. İmam isə on dəfə deyə bilər. Rüku zikrini dedikdən sonra Allaha səna etmək, səcdədə isə dua etmək sünnədəndir.

Abdullah ibn Abdurrahman ibn Cibrin


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
medineTarix: Cümə, 15.05.2009, 15:28 | Yazı # 62
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Salamaleykum deyirlär mömün xastälänärsä bu onun xeyrinädi günahlari tämizlänir mäsälän bir mömün grip olarsa basi agriyarsa sancisi olarsa bu da onun xeyrihädi ALLAH onun günahlarini tämizläyir? bu HÄR XÄSTÄLIKCINDIR ?

ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
möminäTarix: Şənbə, 23.05.2009, 06:04 | Yazı # 63
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
NAMAZ QILARKENBEZEN ELE OLUR KI,NECENCI RÜKETINDE OLDUGUNU BILMIRSEN.VACIBDIRMI O NAMAZI QURTARDIQDAN SONRA BIR DE YENIDEN BASHLAYIB QILMAQ ,YOXSA SECDEYI SEHV QILMAQ LAZIMDI?QABAQCADAN TESHEKKÜRÜMÜ BILDIRIREM.

ALLAH BIZLÄRI GORUSUN
 
UmarTarix: Şənbə, 23.05.2009, 12:16 | Yazı # 64
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Quote (medine)
Salamaleykum deyirlär mömün xastälänärsä bu onun xeyrinädi günahlari tämizlänir mäsälän bir mömün grip olarsa basi agriyarsa sancisi olarsa bu da onun xeyrihädi ALLAH onun günahlarini tämizläyir? bu HÄR XÄSTÄLIKCINDIR ?

Aleykumus-Sələm va rahmətullah.

Möminin bu dünyada başına gələn ağrı-acı onun üçün bir imtahandır. Allah təalanın ona inanan qullarını imtahan etməsi bir sünnətidir. Bu barədə Alla Kitabında buyurur:

“Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” deyirlər.”
(əl-Bəqərə 155)

Bu bəlalara səbr edən müsəlman günahlarının bağışlanması ilə inşallah ki, mükafatlandırılacaqdır.
Abdullah bin Məsud rəvayət edir ki, Rəsulullahın yanına getdim, qızdırmalı idi.
“Ya Rəsulullah, həqiqətən şiddətli bir qızdırma içərisindəsən” - dedim. “Bəli, sizdən iki nəfərin çəkə biləcəyi əziyyəti çəkməkdəyəm” – deyə Rəsulullah bildirdi. “Bu iki qat savab qazanmağın üçündür” – dedim. “Bəli, elədir. Allah ayağına batan bir dikən və ya başına gələn bir sıxıntı səbəbi ilə müsəlmanın günahlarını bağışlayar.” – deyə Allah rəsulu buyurdu. (Buxari, Müslim)

Ətraflı oxumaq üçün: http://azerimuslims.com/fq_read.php?id=709



"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

Yazını ğurabə - Şənbə, 23.05.2009, 12:17
 
UmarTarix: Şənbə, 23.05.2009, 12:24 | Yazı # 65
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Quote (möminä)
NAMAZ QILARKENBEZEN ELE OLUR KI,NECENCI RÜKETINDE OLDUGUNU BILMIRSEN.VACIBDIRMI O NAMAZI QURTARDIQDAN SONRA BIR DE YENIDEN BASHLAYIB QILMAQ ,YOXSA SECDEYI SEHV QILMAQ LAZIMDI?QABAQCADAN TESHEKKÜRÜMÜ BILDIRIREM.

İbrahim Əlqəmədən rəvayət edir ki, Abdullah (Radıyallahu ənhu) demişdir:

«Peyğəmbər (səlləllahu əleyhi və səlləm) namaz qıldı (İbrahim deyir: o namazda nəyisə artıq ya da əksik qılmışdı) və salam verdikdən sonra ona dedilər: Ey Allahın elçisi namazda nəisə yenilik baş verib? Peyğəmbər (səlləllahu əleyhi və səlləm) dedi: Nə olub ki? Camaat dedi: Sən namazı belə-belə qıldın. Sonra Peyğəmbər (səlləllahu əleyhi və səlləm) ayaqlarını birləşdirib qibləyə tərəf yönəldi və iki dəfə səcdə edib salam verdi. Daha sonra üzünü bizə tutub dedi: Əgər namazda nə isə bir yenilik baş versəydi mən sizi agah edərdim. Lakin həqiqətdə mən də bəşərəm. Sizin kimi unuduram. Əgər mən nəyisə unutsam siz onu mənə xatırladın. Əgər biriniz namazında tərəddüd etsə onda doğru hesab etdiyinə əsasən namazını tamamlasın, sonra iki dəfə səcdə etsin». Hədis səhihdir. Buxari: 1/ 503/ № 401. Müslim: 1/ 400/ № 572. Əbu Davud: 3/ 326/ № 1007. Nəsai: 3/ 21. İbn Macə: 1/ 382/ № 1211.

Belə halda doğru qərar vermək üçün bu üsuldan istifadə olunur. namazda oxuduqlarını xatırlamağa çalışır və ilk iki rükətdə iki ədəd surə oxuduğunu xatırlayır. Beləliklə bir rükət deyil, iki rükət namaz qıldığını təyin edir. Yaxud da ola bilər ki, birinci təşəhhüdü oxuduğunu xatırlasın. Bununla bir deyil iki, yaxud iki deyil üç rükət qıldığını bilir. Həmçinin ola bilər ki, iki dəfə yalnız fatihə surəsini oxuduğunu xatırlasın. Demək artıq üç rükət deyil dörd rükət qılmışdır. Bax bu qaydada doğru qərar vermək olar. Əgər doğru rəyə yaxın olan bir qərar versə artıq şübhəni dəf etmişdir. Bu qərarın verilməsi üçün, namazqılanın imam olması və ya fərdi qılması fərq etmir. Məcmu əl-Fətava, İbn Teymiyyə: 23/ 13.

Əgər doğru qərar vermək üçün çalışsa amma bir nəticə əldə etməsə onda yəqinliyə əsaslanmalıdır. Yəqinlik isə az olanı seçməkdir. Hədislərin birində Əbu Səid əl-Xudri (A.r.o.) Peyğəmbərin (səlləllahu əleyhi və səlləm) belə dediyini rəvayət edir: «Biriniz namazında tərəddüd etsə və neçə rükət – üç, yoxsa dörd rükət qıldığını təyin edə bilməsə şəkki kənara qoysun və yəqin olduğuna əməl etsin. Sonra salam vermədən öncə iki səcdə etsin. Əgər həqiqətdə beş rükət qılmışdısa bu iki səcdəylə rükətlərin sayını cüt etmiş olar. Yox əgər əlavə rükəti qılmaqla namazı dörd rükət etmişdirsə bu iki səcdə şeytan üçün məyusedici olar». Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 632. Müslim: 1/400/ № 571. Əbu Davud: 3/ 330/ № 1011. Nəsai: 3/ 27.



"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
medineTarix: Şənbə, 23.05.2009, 14:52 | Yazı # 66
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
ğurabə, Allah razi olsun cavabina görä

ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
medineTarix: Bazar, 24.05.2009, 00:19 | Yazı # 67
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
salamaleykum forma bir magalani necä goymag olur necä yüklämäk olar yükläyiräm alinmir mätin yazilirmi xahis ediräm kömäk edärdiz basa salardiz

ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
SelefTarix: Bazar, 24.05.2009, 02:02 | Yazı # 68
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
Quote (medine)
salamaleykum forma bir magalani necä goymag olur necä yüklämäk olar yükläyiräm alinmir mätin yazilirmi xahis ediräm kömäk edärdiz basa salardiz

meselen ne meqalesi ve ne formatindadi ki siz onu qoya bilmirsiniz,, cetinlik varsa adminin email adresine gomderin qoysun



(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
medineTarix: Bazar, 24.05.2009, 05:47 | Yazı # 69
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Selef, gardas mäsälän forumda namaz bölmäsinä namaz hagginda bir mägalä goymag istäyiräm goyuram yükläyiräm ancag yazilir ki, " ne dostupniy format izrobrejeniya, ne ukazan teks soobseniya " belä yazilir goya bilmiräm onda INSALLAH goymag istäyän dä adminin e-mailinä göderäräm Allah razi olsun

ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
isaq_bin_MəmmədƏminTarix: Bazar, 19.07.2009, 21:56 | Yazı # 70
Qrup: İstifadəçi
Yazı: 13
Reputasiya: 0
Status: Saytda deyil
Salam aleykum.Uzun zamandır saytdan uzağam sayta girə bilmirdim üzrlü səbəb üzündən.
Sualım belədri ki, məğrib namazından sonra evvabin namazı deyilən sünnət namazı var ya yox? Mənə deyilib ki, var amma düzü məsciddə axiləri evvabin namazı qılan görməmişəm.
ALLAh razı olsun.Haqqınızı halal edin.


Əssalamun Aleykum və Rahmətullahi və Bərakətuhu
 
möminäTarix: Çərşənbə axşamı, 21.07.2009, 05:42 | Yazı # 71
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
ASSALLAMU ALEYKUM ,MÖMIN BACI VE QARDASHLAR! MENI BIR SUAL MARAQLANDIRIR.ZEHMET OLMASA SUALIMI CAVABLANDIRIN.QADININ CORABSIZ NAMAZ QILMASI NAMAZA XELEL GETIRIRMI?ÖNCEDEN TESHEKKÜRÜMÜ BILDIRIREM.

ALLAH BIZLÄRI GORUSUN
 
UmarTarix: Çərşənbə axşamı, 21.07.2009, 18:21 | Yazı # 72
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Quote (möminä)
QADININ CORABSIZ NAMAZ QILMASI NAMAZA XELEL GETIRIRMI?

Aleykumus-Sələm va rahmətullah. Bu məsələ barədə oxuduqlarımdan anladım ki, məsələ ixtilaflıdır. Lakin bir müsəlman qadın kimi ehtiyatlı davranmağınız daha məqsədəuyğundur. Çünki namazda ayaqların görsənməsi namazı batil edir deyənlərin də var.
Doğru olanı Allah bilir!


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
semaTarix: Çərşənbə, 29.07.2009, 02:45 | Yazı # 73
Qrup: Etibarlı
Yazı: 17
Reputasiya: 0
Status: Saytda deyil
Assalamu alykum.
Eger bir qadina heyat yoldasi ve valideyinleri ibadetini yerine yetirmeye icaze vermirlerse bu qadin nece hereket etmelidi?


 
UmarTarix: Çərşənbə, 29.07.2009, 15:26 | Yazı # 74
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Aleykumus-Sələm va rahmətullah. Dini məsələlərdə heç kimə itaət etmək olmaz. Hətta valideynə. Allah təalə Loğman surəsi, 15-ci ayədə deyir:

"Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etməyə cəhd göstərsələr, onlara güzəştə getmə! Dünyada onlarla gözəl davran. Mənə üz tutanların yolu ilə get! Sonra isə dönüşünüz Mənə olacaq, Mən də nə etdikləriniz barədə sizə xəbər verəcəyəm."

Allaha ibadətə mane olanlar yalnız kafir birisi ola bilər. Çünki Müsəlmanın Allaha ibadət etməsi fərz olduğu halda digərinə bunu qadağan etməsi düşünülməzdir. Əgər qadın iman gətirmişsə onun kafir əri ilə kəbini artıq pozulmuş sayılır və qadın mütləq həmin kəsdən ayrılmalıdır. Allah təalə əl-Bəqərə surəsi, 221-ci ayədə buyurur:

"Müşrik qadınlar iman gətirməyincə onlarla evlənməyin. Əlbəttə, iman gətirmiş bir kəniz, sizi heyran edən müşrik bir qadından daha xeyirlidir. Müşrik kişilər iman gətirməyincə mömin qadınları onlara ərə verməyin. Əlbəttə, iman gətirmiş bir kölə, sizi heyran edən müşrik bir kişidən daha xeyirlidir. Onlar Oda çağırırlar. Allah isə Öz izni ilə Cənnətə və bağışlanmağa dəvət edir. O, Öz ayələrini insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsınlar"

Cəhalət səbəbi ilə bir çox qardaş və bacılar müşriklərlə ailə həyatı qurmuş və bu fəsadı hələ də aradan qaldırmamaqladırlar. Bu ərəbdir, azərbaycanlıdır müsəlmandır, bu isə rus, erməni, almandır kafirdir deyə bir anlayış da yoxdur. Bir insanın milliyətindən asılı olmayaraq şəhadət kəliməsini gətirməsi, bu kəlimənin tələblərini öyrənməsi və əməl etməsi gərəkir. Müsəlman sözü, təslim olan deməkdir. Təslimiyyət küfr və şirkdən uzaq olmaq, Allaha və Rəsuluna (səlləllahu əleyhi və səlləm) tam itaətlə olur.

Doğru olanı Allah bilir!


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

Yazını ğurabə - Cümə axşamı, 30.07.2009, 12:53
 
semaTarix: Cümə axşamı, 30.07.2009, 04:39 | Yazı # 75
Qrup: Etibarlı
Yazı: 17
Reputasiya: 0
Status: Saytda deyil
ğurabə,Allah razi olsun



Yazını sema - Cümə axşamı, 30.07.2009, 04:39
 
möminäTarix: Çərşənbə, 05.08.2009, 02:32 | Yazı # 76
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
Qürabe CAVABINIZA GÖRE ALLAH SIZDEN RAZI OLSUN!

ALLAH BIZLÄRI GORUSUN
 
UmarTarix: Çərşənbə, 05.08.2009, 03:15 | Yazı # 77
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Əmin, cümləmizdən!

"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
seyfulislamTarix: Bazar, 18.10.2009, 15:20 | Yazı # 78
Qrup: Etibarlı
Yazı: 8
Reputasiya: 0
Status: Saytda deyil
allahim salami olsun uzerinize ey allahin qullari

le ilehe illalah
 
XEDICE73Tarix: Çərşənbə, 30.12.2009, 21:58 | Yazı # 79
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Allahim seni cox sevirem.

Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
islamicTarix: Çərşənbə, 06.01.2010, 00:28 | Yazı # 80
Qrup: Etibarlı
Yazı: 8
Reputasiya: 0
Status: Saytda deyil
Salamun aleykum. bir sual. duadan sonra elleri uze chekmek olar?
 
Forum » İslam » Sual-cavab » SUAL-CAVAB (bildiklərmizi və bilmədiklərmizi öyrənək)
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru