[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
Страница 1 из 11
Forum » İslam » Sual-cavab » Qüsul tez-tez pozulursa nə etmək lazımdır? (Qüsul tez-tez pozulursa nə etmək lazımdır?)
Qüsul tez-tez pozulursa nə etmək lazımdır?
TeraneTarix: Cümə, 22.06.2012, 13:42 | Yazı # 1
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Namazlarda qüsul almaq.
Allahın salamı, rəhməti və bərəkəti ondan haqqı ilə qorxanların üzərinə olsun! Təmizlik imanın yarısı olduğu kimi, ibadətin də əsasıdır. Haqqında danışdığınız hədisi şərif:
“Səhihi Buxaridə ( Kitəbul Qusl babında) keçir, “ Əli ibn Əbu Talib (r.a.) demişdir: Mənim məzim tez-tez gələrdi. Peyğəmbərimizin qızı Fatimə ilə evli olduğuma görə başqasından peyğəmbərimizdən bu haqda soruşmasını istədim. Peyğəmbərimiz (s.a.v.) bunun qarşılığında “Cinsiyyət üzvünü yusun və dəstəmaz alsın” demişdir. Hədisdən göründüyü kimi məzi və ya məni yəni tam qatılaşmamış sperma ifraz olduqda qüsul almağa ehtiyac yoxdur. Cinsiyyət üzvünü təmizləyib dəstəmaz almaqla namazı qılmaq olar. Amma cünub, cinsi münasibətdə olduqda və ya xüsusi qüsulun pozulma hallarında qüsul almaq vacib olur. Qüsul alma yollarından biri də təyəmmümlə təmizlənməkdir. Yəni torpaq, daş kimi maddələrdən olan təmizlik. Lakin təyəmmüm almağın da şərtləri var:
Əgər su, yuyunmaq imkanı olarsa, heç bir xəstələnmək heç bir zərurət olmadan hər dəfə torpaqla təyəmmüm almaq doğru deyi!!! Bu bizim həm dinimizi, həm ibadətimizi, həm də imanımızı zədələyə bilər. Amma bu gün xüsusilə müsəlman gənclərin halı başa düşüləndir. Gündəlik mətbuatda göstərilənlər, küçədə gördüklərimiz, eşitdiklərimiz, baxdıqlarımız əksərən şəhvətimizin qalxmasına və cünub halına düşməyimizə səbəb olur. Amma hər dərdin dərmanı var deyir Allah Rəsulu (s.a.v.). Bu zəifliyin də əlacı: evlənmək, davamlı zikr etmək, nafilə ibadətləri artırmaq və oruc tutmaq, həmişə imanlı dostlar ətrafında olmaq, təklikdən uzaq durmaq, xüsusilə ancaq faydalı olan şeylərə baxmaq, gözümüzü zinadan qorumaq v.s.dir. Allah imanımızı artırsın və şeytanın tələsinə düşməkdən hər birimizi qorusun. Verdiyiniz sualın ən doğru cavabını Aləmlərin Rəbbi bilir....



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
Forum » İslam » Sual-cavab » Qüsul tez-tez pozulursa nə etmək lazımdır? (Qüsul tez-tez pozulursa nə etmək lazımdır?)
Страница 1 из 11
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2017 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru