[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
Страница 1 из 11
Forum » İslam » Müxtəlif məsələlər » ALİMLƏR TƏMİNƏTİ, ELM TƏLƏBƏLƏRİNİ SAHİBLƏNMƏK (BİSMİLLƏH)
ALİMLƏR TƏMİNƏTİ, ELM TƏLƏBƏLƏRİNİ SAHİBLƏNMƏK
Muslimah_92Tarix: Cümə, 13.07.2012, 22:54 | Yazı # 1
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
بسم الله الرحمن الرحيم


Problemin təsbiti

Uca Allah hikmətiylə toplumu bir birinə möhtac və bir birinin ehtiyaclarını qarşılayacaq şəkildə yaratmışdır.
Tarix boyu bütün cəmiyyətlər bu əsas üzərində yaşamışlar. Sadə dillə ifadə etsək: xəstə həkimə möhtac olduğu üçün ona ücrət ödəyər, həkim bu ücrətlə ehtiyacı olan ərzaqı alar, ərzaq satıcısı qazandığı pulla paltar alar və qarşılıqlı ehtiyac təmini bu minvalla davam edər.
Lakin, toplumun bir kəsimi varki, onlar bu dövrədən müəyyən mənada kənarda qalırlar. Səbəbi isə onların təqdim etdiyi xidmətin dünyəvi deyil uxrəvi olmasıdır.
Bu kateqoriya, toplumun elmi ehtiyaclarını ödəyən, özünü bu yola həsr etmiş elm tələbələridir.
Geniş düşünməyi bacarmayanlar, bu kimsələrin ehtiyacının toplum tərəfindən qarşılanmasına yaxşı baxmazlar və onların təminatı haqda düşünməzlər.
Bu problemi qısa olaraq "sahibsizlik" adlandıra bilərik.

"Sahibsizlik" probleminin zərərləri

Bu sahibsizliyin zərələrini qısa olaraq aşağıdakı kimi təsnif edə bilərik:
1. Zamanının çoxunu maddi gəlir əldə etməklə keçirmək məcburiyyətində qalan tələbə, illərlə əldə etdiyi elmi unudaraq itirir, zəhməti boşa gedir.
2. İmanca zəif olan tələbələr müəyyən imkanlı şəxslərin onları sahiblənməsi nəticəsində bir mənada "ailə müftisi"nə çevrilir, dinini sataraq özünü və ətrafındakıları azdırır. Bu səbəblədir ki, İmam Əbu Hənifə, möhtac qalıb Əməvi sultanların qapısında fitnəyə düşməmələri üçün bir çox alimə maaş təyin etmişdi.
3. Elm tələbələrini bu halda görən gənclərin elmə həvəsi azalır. Çünki, gözləri önündə izzət sahibi bir elm tələbəsi yox, inşaatda palçıq daşımaqdan beli bükülmüş və kimsəyə faydası olmayan birini görürlər.
Nəticə olaraq bütün bunlar, onsuzda zəif düşmüş müsəlmanlara və İslama ciddi mənada zərər verir.

Problemin çözümü

Problemin çözümündə düstur sadədir. Ehtiyaclarımızı ödəyən digər kateqoriyaların haqqını ödədiyimiz kimi, bizim elmi-uxrəvi ehtiyaclarımızı qarşılayan kimsələrində haqqını ödəməli və onları sahiblənməliyik.
Bunun formasına gəlincə, hər bir qrup, camaat öz içində elmlə məşğul olan kimsələri təyin etməli və onların ehtiyaclarını lazımi miqdardan az və çox olmayacaq şəkildə qarşılamalıdır.
Bu sahiblənmə, toplumun elmi məsələlərini çözəcək səviyyədə olan elm tələbələrinə olduğu kimi, onların varisləri olacaq, elmə yeni qədəm qoymuş kimsələrə də olmalıdır. Əks halda bunun zərərini toplu olaraq çəkməyə məcburuq.

Sui istifadələr

Sui istifadə edilən sahələrdən ən öndə olanı şübhəsiz Dini sahədir. Bu tarix boyu belə olmuşdur. Orta əsrlərdə xristianlara Cənnət bileti satanlar, zamanımızda Cənnətə girmənin tək yolunun onların camaatına beyət etməkdən keçdiyini iddia edərək "beyət bileti" satırlar...
Bu səbəblə müsəlmanlar, sui istifadələrin qarşısını almaq üçün müxtəlif tədbirlərə əl atmalıdırlar.
Elm taliblərinə qarşı tələbkar olmalı, faydalı elmlərlə məşğul olanları, elm talibi əxlaqına sahib olanları, özünü elmə həsr edənləri tərcih etməli, bu xüsusiyyətlərə sahib olmayanları isə uzaq tutmalıdırlar.
Çox təəssüflə qeyd etməliyəm ki, uzun illər ərzində həmvətənlərimizdən olan elm taliblərindən ləyaqət sahibi olan çox az adama rast gəldim...
 
Muslimah_92Tarix: Cümə, 13.07.2012, 22:54 | Yazı # 2
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Şafi fəqihlərindən böyük mühəddis Əl Xatib Əl Bağdadi (392-463 h/1002-1072 m), elm əhlinin gəlir qaynağı haqda deyir:

ذكر ما يلزَم الإمامَ أن يفرِضَ للفقهاءِ ومَن نصَّب نفْسَه للفتوى مِن الرزْقِ والعَطاءِ

لا يَسُوغ لِلمُفتِي أَنْ يأخُذَ الأُجرةَ مِن أَعْيانِ مَنْ يُفتِيهِ , كالحَاكمِ الذي لا يجُوز له أَنْ يأخُذَ الرِّزْقَ مِن أَعْيانِ مَن يحكُمُ له وعليه . وعلى الإِمامِ أَنْ يفرِضَ لِمَن نصَّب نَفْسَه لِتدريسِ الفقهِ والفتوى فِي الأحكامِ , مَا يُغنِيهِ عَن الاحترافِ والتكسُّبِ , ويجعَلَ ذلك في بيْتِ مالِ المُسلمينَ
فإِنْ لَم يكنْ هناك بيْتُ مالٍ , أَو لَم يفرِضِ الإمامُ لِلمُفتي شيئًا , واجْتمَع أَهلُ بَلَدٍ عَلَى أَنْ يَجعَلُوا له مِن أَموالهم رِزْقًا , لِيتفَرَّغَ لِفَتَاوِيهم , وجواباتِ نَوازلِهم , سَاغَ ذلك

"İmamın, fəqihlərə və özünü fətva verməyə həsr etmiş kimsələrə verməsi gərəkli olan ücrət və bəxşişlər haqqında bab.

"Hakimə, lehinə və ya əleyhinə hökm verdiyi şəxslərdən ücrət alması caiz olmadığı kimi, Müftiyə də, fətva verdiyi şəxslərdən ücrət alması caiz deyil.
İmamın, özünü fiqh tədrisi və hökmlər haqqında fətva verməyə həsr etmiş kimsələrə, onları (başqa) sənətlə məşğuliyyətdən və pul qazanmaqdan qurtaracaq bir ücrət təyin etməsi və bu ücrəti müsəlmanların beytul malından verməsi lazımdır.
Əgər orada bir beytul mal olmaz və ya İmam müftiyə bir ücrət təyin etməzsə, o bölgə əhalisi toplanıb ona öz mallarından bir ücrət təyin edərlər ki, özünü onlara fətva vermək və ortaya çıxan məsələləri cavablamağa həsr etsin. Bu caizdir."

Qaynaq: Əl Xatib Əl Bağdadi: Əl Fəqih vəl Mutəfəqqih: 2/347
Dar İbnil Cəvzi: 1417/1996
 
Muslimah_92Tarix: Cümə, 13.07.2012, 22:55 | Yazı # 3
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hənəfi alimlərindən Əbu Bəkr Əs Səraxsi (v. 483 h/1090 m) müəzzin və fəqihlərin gördükləri iş qarşılığında ücrət almasının caiz olmadığından danışarkən deyir:

فإنْ عرَف القوْمُ حاجتَه فواسُوه بشيءٍ فما أحسنَ ذلك بعد أن لا يكونَ عن شرطٍ ؛ لأنه فرَّغ نفْسَه لحفظِ المواقيتِ وإعلامِه لهم , فرُبَّما لا يتفرَّغ للكسْبِ , فينبغي لهم أن يُهدُوا إليه بهديةٍ , فقد كان الأنبياءُ والرسُلُ - صلواتُ اللهِ وسلامُه عليهم - يقبَلون الهديةَ , وعلى هذا قالوا : الفقيهُ الذي يُفتي في بلْدةٍ أو قرْيةٍ لا يحِلُّ له أن يأخُذَ على الفُتْيا شيئا عن شرطٍ , فإن عرَفوا حاجتَه فأهْدَوْا إليه فهو حسنٌ ؛ لأنه مُحسِنٌ إليهم في تفريغِ نفسِه عن الكسبِ وحِراسةِ أمرِ دينِهم , فينبَغي أن يُقابلوا إحسانَه بالإحسانِ إليه

"Əgər xalq müəzzinin ehtiyacını bilər və - bir şərt qarşılığı olmadıqdan sonra - ona hər hansı bir şeylə kömək edərlərsə bu nə gözəl davranışdır.
Çünki, müəzzin özünü onlar üçün namaz vaxtlarının müşahidə edilib qorunmasına və elanına həsr edib.
Bəzən o pul qazanmaq üçün vaxt tapa bilməz. Belə halda xalqın ona bir hədiyyə (dolanması üçün lazım olan şeylər) verməsi lazımdır.
Nəbilər və Rəsullarda – salavatullahi və səlamuhu aleyhim – hədiyyə qəbul edərlərdi.
Buna binaən (alimlər) demişlər: bir şəhərdə və ya qəsəbədə fətva verən fəqihin fətva qarşılığında - şərtə bağlayaraq- nəsə alması halal deyil.
Əgər bölgə xalqı onun ehtiyacından xəbərdar olar və ona hədiyyələr verərlərsə bu gözəldir.
Çünki fəqih, özünü pul qazanmaq üçün işləməkdən uzaq tutub, onların dini işlərinin keşiyində duraraq onlara yaxşılıq etmişdir.
Elə isə xalqında fəqihin yaxşılığına, yaxşılıqla müqabilə etməsi lazımdır."

Qaynaq: Əbu Bəkr Əs Səraxsi: Əl Məbsut: 1/140
Beyrut: Darul Marifə: 1331

 
Muslimah_92Tarix: Cümə, 13.07.2012, 22:56 | Yazı # 4
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Allamətuş Şam Muhəmməd Əmin bin Ömər Abidin (1238-1307 h/1823-1889 m) “Əd Durrul Muxtar Şərhu Tənviril Əbsar” isimli əsərə yazdığı haşiyədə beytul malda haqq sahibi olanlar haqda danışarkən deyir:

سُئل عليُّ الرازي عن بيتِ المال هلْ للأغنياءِ فيه نصيبٌ قال : لا إلا أن يكونَ عاملا أو قاضيا ، وليس للفقهاءِ فيه نصيبٌ إلا فقيهٌ فرَّغ نفسَه لتعليم الناسِ الفقهَ أو القرآنَ ا هـ

قال في البحْرِ : أي بأنَ صرَف غالبَ أوقاتِه في العلمِ , وليس مرادُ الرازي الاقتصارُ على العامل ، أو القاضي ، بل أشارَ بهما إلى كلِّ مَن فرَّغ نفسَه لعملِ المسلمين , فيدخُل فيه المفتيُّ والجنديُّ ، فيستحِقّانِ الكِفايةَ مع الغنْيِ ا هـ

وذكَر قبْلَه عن الفتحِ أن طالبَ العلم قبْل أن يتأهَّلَ عاملٌ لنفسه , لكنْ ليعمَلَ بعدَه للمسلمينَ

"Əli Ər Raziyə sual verildi: Varlı kimsələrə beytul maldan pay varmı?
O belə cavab verdi: "Xeyr! Ancaq (topluma xidmət kimi işlərdə) işçi və ya qazi olarsa onun beytul malda haqqı var.
Fəqihlərin beytul malda haqqı yoxdur. Ancaq özünü insanlara fiqh və Quran öyrətməyə həsr edən fəqihin haqqı var."

"Əl Bəhrur Raiq" sahibi (bu sözlərin izahında) dedi: Yəni vaxtının çoxunu elmə sərf edən fəqihin haqqı var.
Razinin bu sözlərlə məqsədi bu haqqı sadəcə içşi və qaziylə məhdudlaşdırmaq deyil. Əksinə bu ikisini qeyd edərək, özünü müsəlmanların işlərinə həsr etmiş hər kəsə işarə etmişdir. Beləcə Müfti, əsgər də bu qismə daxil olar və varlı olsa belə beytul maldan yetərli pay almağa haqq qazanar."

Bundan öncə isə "Fəthul Qadir" kitabından nəqlən belə demişdir: "Elm tələbəsi tələbəlik dönəmində öz üçün çalışır, lakin bundan sonra müsəlmanların xeyrinə çalışmaq üçün. (dolayısıyla o da beytul maldan pay alma haqqına sahibdir)."

Qaynaq: İbn Abidin: Rəddul Muxtar aləd Durril Muxtar: 6/349
Daru Aləmil Kutub: 1423/2003

 
Muslimah_92Tarix: Cümə, 13.07.2012, 22:56 | Yazı # 5
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hənəfi fəqihlərindən "Əl Muhit Əl Burhani" adlı kitabın sahibi Burhanuddin Əl Mərğinani (551-616 h/ 1156-1219 m) bu barədə Hafiz Əbul Leysdən nəqlən deyir:

وحُكِي عن الإمامِ أبي الليْث الحافظِ أنه كان يقول : كنتُ أُفتِي بثلاثةِ أشياءَ ، ورجعتُ عنها ؛ كنتُ أفتي أنه لا يحِلُّ للمعلِّم أخذُ الأَجْرِ على تعليمِ القرآن ، وكنتُ أفتي أنه لا ينبغي للعالم أن يدخُلَ على السلطان ، وكنتُ أفتي أن لا ينبغي لصاحبِ العلم أن يخرُجَ إلى القُرى فيذكِّرَهم بشيءٍ ليجمَعوا له شيئاً ، فرجعتُ عن ذلك كلِّه ، وإنما رجَع تحرُّزاً عن ضَيَاعِ القرآن والحقوقِ والعلمِ

"Əl Hafiz Əbul Leysdən onun belə dediyi nəql edilmişdir:
"Üç məsələdə verdiyim fətvadan döndüm:
1. Müsəllimin Quran öyrətməyə qarşılıq ücrət almasının halal olmadığına fətva vermişdim.
2. Alimin Sultanların hüzuruna girməməsinin lüzumuna fətva vermişdim.
3. Elm sahibinin toplum içinə çıxıb onun üçün bir şeylər toplasınlar deyə onlara nəsihət etməməsinin lüzumuna fətva vermişdim. Bütün bu fətvalardan döndüm."

(Əbul Leys) Bu fətvalardan Quranın, haqqların və elmin zay olmasından qorxduğu üçün dönmüşdür."

Qaynaq: Burhanuddin Əl Mərğinani: Əl Muhit Əl Burhani: 5/368-369
Beyrut: Darul Kutubil İlmiyyə: 1424/2004

 
Muslimah_92Tarix: Cümə, 13.07.2012, 22:57 | Yazı # 6
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Şeyxul İslam Zəkəriyyə Əl Ənsari (823-926 h/1420-1520 m) "Əsnəl Mətalib" adlı şərhində deyir:

والأولى للمفتي أن يتبرَّعَ بالفتوى , فإن أخَذ رزقاً مِن بيتِ المال جازَ إلا إن تعيَّنتْ عليه الفتوى وله كفايةٌ فلا يجوز
ولا يأخُذ أجرةً مِن مستفتٍ وإن لم يكن له رزقٌ كالحاكم , فإن جعَل له أهلُ البلَدِ رزقاً مِن أموالهم ليتفرَّغَ لفتاويهم جازَ

"Müfti üçün uyğun olan, fətva qarşılığında ücrət almamasıdır. Əgər beytul maldan buna qarşılıq ücrət alarsa bu caizdir. Əgər fətva vermək ona fərzul ayn olubsa və yaşamını davam etdirmək üçün lazım olan vəsaitə sahibdirsə, ücrət alması caiz deyil.
Əgər yaşamını davam etdirmək üçün lazım olan vəsaitə sahib deyilsə belə, hakim/qazi kimi fətva istəyən şəxslərdən ücrət ala bilməz.
Əgər bölgə əhalisi, özünü onlara fətva verməyə həsr etsin deyə öz mallarından ona ücrət təyin etsələr bu caizdir."

Qaynaq: Zəkəriyyə Əl Ənsari: Əsnəl Mətalib: 4/283
Beyrut: Darul Kutubil İlmiyyə: 1422/2000

 
Forum » İslam » Müxtəlif məsələlər » ALİMLƏR TƏMİNƏTİ, ELM TƏLƏBƏLƏRİNİ SAHİBLƏNMƏK (BİSMİLLƏH)
Страница 1 из 11
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2017 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru