[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
Страница 1 из 11
Forum » İslam » Müxtəlif məsələlər » CƏSUSUN HÖKMÜ, MÜSƏLMAN CƏSUSLUQ EDƏRSƏ (BİSMİLLAH)
CƏSUSUN HÖKMÜ, MÜSƏLMAN CƏSUSLUQ EDƏRSƏ
Muslimah_92Tarix: Cümə axşamı, 28.06.2012, 20:27 | Yazı # 1
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
بسم الله الرحمن الرحيم

Müsəlmanların sirlərini və stratejik məlumatları kafirlərə ötürmək və onların lehinə cəsusluq etmək ixtilafsız olaraq böyük günahlardandır.

Bu ittifaqdan sonra günümüz müsəlmanları iki nöqtədə xilaf içərisindədirlər:
1. Müsəlman cəsusun din baxımından hökmü. O, cəsusluq səbəbilə küfrə girmiş sayılarmı? Yoxsa bu hərəkət böyük günah sərhəddini keçməz?
2. Belə bir işi isbat edilmiş müsəlman hansı cəzaya məruz qalmalıdır?
 
Muslimah_92Tarix: Cümə axşamı, 28.06.2012, 20:28 | Yazı # 2
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Müfəssir, Alləmə Əbu Abdillah Əl Qurtubi (600-671 h/1204-1274 m) Mumtəhinə surəsi 1-ci ayəti kəriməni təfsir edərkən, cəsusun dünyəvi məqsəd daşıdığı zaman kafir olmayacağı haqda deyir:

من كثُر تطلُّعُه على عوْراتِ المسلمين , وينبِّه عليهم , ويعرِّف عدوَّهم بأخبارِهم لم يكنْ بذلك كافرًا إذا كان فعْلُه لغرضٍ دُنْيويٍّ واعتقادُه على ذلك سليم ؛ كما فعَل حاطبٌ حِينَ قصَد بذلك اتخاذَ اليدِ , ولمْ ينوِ الرِّدةَ عن الدِّين

"Bir kimsə, Müsəlmanların gizli hallarına yaxşıca bələd olub, onların əleyhinə xəbərçilik edər, onların xəbərlərini düşmənlərinə çatdırarsa, bu səbəblə kafir olmaz. Bunu dünyəvi məqsədlə etdiyi, etiqadı isə sağlam olduğu zaman hökm belədir.
Necəki, Hatib bunu, bununla dəstək qazanmaq qəsdilə etdi, Dindən dönmək niyətilə deyil."

Qaynaq: Əbu Abdillah Əl Qurtubi: Əl Cami li Əhkəmil Quran: 20/399
Beyrut: Ər Risələ: 1427/2007

 
Muslimah_92Tarix: Cümə axşamı, 28.06.2012, 20:28 | Yazı # 3
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
"Muslim"i şərh edənlərdən Alləmə Muhyiddin Ən Nəvəvi (631-676 h/1233-1277 m) kafir cəsusun öldürüləcəyi haqqında icma nəql etdikdən sonra, müsəlman cəsusun hökmü haqqında bunları söyləyir:

وأما الجاسوسُ المسلمُ فقال الشافعي والأوزاعي وأبو حنيفةَ وبعضُ المالكية وجماهيرُ العلماءِ رحمهم الله تعالى : يعزِّره الإمامُ بما يرى من ضرْبٍ وحبْسٍ ونحوِهما ، ولا يجوز قتلُه ، وقال مالكٌ - رحمه الله تعالى - : يجتهِد فيه الإمامُ ، ولم يفسِّرْ الاجتهادَ ، وقال القاضي عِياضٌ رحمه الله : قال كبارُ أصحابِه يُقتَل ، قال : واختلفوا في ترْكِه بالتوبة ، قال الماجِشُون : إن عُرِفَ بذلك قُتِل ، وإلا عُزِّرَ

"Müsəlman cəsusa gəlincə, İmam Şafi, Əvzai, Əbu Hənifə, Malikilərin bəzisi və alimlərin çoxu – rahiməhumullahu təala – belə demişlər: İmam (Əmir) onu döymək, həbs etmək və bu kimi şeylərdən uyğun gördüyüylə cəzalandırar. Lakin, öldürülməsi caiz deyil!
İmam Malik – rahiməhullahu təala – belə demişdir: İmam onun haqqında ictihad edər. Lakin, İmam Malik ictihadın necəliyini açıqlamamışdır.
Qadi İyad – rahiməhullah – belə dedi: İmam Malkin əshabının böyükləri öldürüləcəyini söyləmişlər. Tövbə etdiyi zaman öldürülməyib tərk edilməsi xüsusunda ixtilaf etmişlər.
Macişun isə belə demişdir: Əgər cəsusluğuyla tanınırsa (daimi edərsə) öldürülər, əgər elə deyilsə təzir edilər."

Qaynaq: Muhyiddin Ən Nəvəvi: Sahihu Muslim bi Şərhin Nəvəvi: 12/67
Misir: 1347/1929

Təliq: Gördüyümüz kimi, alimlərin əksəriyyəti müsəlman cəsusun cəza olaraq öldürülməyəcəyi görüşündədirlər. Ayrıca cəsusun öldürülməyəcəyini söyləmələri, onların cəsusu bu səbəblə mürtəd saymadıqlarının açıq dəlilidir. Çünki, kişi cinsindən olan mürtəd ittifaqla öldürülür.
Malikilərdən bəzilərinin ölüm hökmü verməsi isə, riddət səbəbilə deyil cəza və hədd olaraqdır.

 
Muslimah_92Tarix: Cümə axşamı, 28.06.2012, 20:29 | Yazı # 4
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Buxari şarihlərindən İbn Battal (v. 449 h/1057 m) Müsəlman cəsusa veriləcək cəza haqda fikirləri qeyd ettikdən sonra belə deyir:

ومَن قال بقتْل الجاسوسِ المسلمِ فقد خالفَ الحديثَ وأقوالَ المتقدِّمين مِن العلماءِ ، فلا وجْهَ لقوله

"Müsəlman cəsusun öldürülməsi lazımdır deyən kimsə, hədislərə və qədim alimlərin görüşlərinə müxalifət etmişdir. Onun görüşünün bir əsası/dəlili yoxdur."

Qaynaq: İbn Battal: Şərhu Sahihil Buxari: 5/164
Məktəbətur Ruşd

 
Muslimah_92Tarix: Cümə axşamı, 28.06.2012, 20:30 | Yazı # 5
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Şafi fəqihlərindən İbn Həcər Əl Asqalani (773-852 h/1372-1449 m) "Fəthul Bari" adlı əsərində müsəlman cəsus haqda görüşləri qeyd edərkən deyir:

وقد نقَل الطحاويُّ الإجماعَ على أن الجاسوسَ المسلمَ لا يُباح دَمُه , وقال الشافعية والأكثرُ : يعزَّر , وإن كان مِن أهلِ الهيئاتِ يُعفى عنه , وكذا قال الأوْزاعي وأبو حنيفةَ : يُوجَعُ عُقوبةً ويُطال حبْسُه

"Tahavi, Müsəlman cəsusun qanının mübah/halal olmadığı haqda icma nəql etmişdir. Şafi alimləri və əksər alimlər təzir ediləcəyini bildirmişlər.
Əgər əhlul heyətdəndirsə (yəni, daha öncə şübhəli şeylər etməyən kimsədirsə) cəza verilməz.
Eləcə də Əvzai və Əbu Hanifə canını yandıracaq şəkildə cəzalandırılacağını və uzun müddət həbs ediləcəyini söyləmişlər."

Qaynaq: İbn Hacər Əl Asqalani: Fəthul Bari bi Şərhi Sahihil Buxari: 12/310
Beyrut: Darul Mərifə: Sələfiyyə Çapı

 
Muslimah_92Tarix: Cümə axşamı, 28.06.2012, 20:31 | Yazı # 6
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
İmam Əbu Yusuf Əl Ənsari (113-182 h/731-798 m) Abbasi xəlifəsi Harun Ər Rəşid üçün yazdığı "Kitabul Xarac" adlı əsərində cəsuslarla bağlı belə deyir:

وسألتَ يا أميرَ المؤمنين عن الجَواسيسِ يُوجَدُون وهمْ مِن أهلِ الذمّةِ أو أهلِ الحربِ أو مِن المسلمِين , فإن كانوا مِن أهلِ الحربِ أو مِن أهلِ الذمّةِ ممَّن يُؤدِّي الجزْيةَ مِن اليهودِ والنصارى والمجوسِ فاضرِبْ أعْناقَهم , وإن كانوا مِن أهلِ الإسلامِ مَعرُوفين فأَوْجِعْهم عقوبةً , وأطِلْ حَبْسَهم حَتّى يُحْدِثوا توبةً

"Ey Möminlərin əmiri! Cəsuslar haqqında soruşdun.
Cəsuslar ya zimmə əhli, ya hərb əhli və ya Müsəlmanlardandırlar.

1. Əgər əhli hərbdən və ya cizyə ödəyən Yəhudi, Xristian və Məcusilər kimi zimmə əhlindəndirlərsə boyunlarını vur.
2. Əgər bilinən Müsəlmanlardandırsa onları yaxşıca cəzalandır və tövbə edənə qədər uzun müddət həbs et!"

Qaynaq: Əbu Yusuf Əl Ənsari: Kitabul Xarac: 189-190
Beyrut: Darul Marifə: 1399/1979

Təliq: Gördüyümüz kimi İmam Əbu Yusuf Müsəlman olan cəsusun öldürülməyib, cəzalandırılacağını söyləmişdir. Əgər bu onun qatında küfr olsaydı onun da digərləri kimi boynunun vurulmasını əmr edərdi.
 
Muslimah_92Tarix: Cümə axşamı, 28.06.2012, 20:32 | Yazı # 7
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hənbəli alimlərindən Əhməd İbn Teymiyyə (661–768 h/1263–1328 m), dünyəvi məqsədlərlə cəsusluq edənin küfrə düşməyəcəyi haqda deyir:

وقد تحصُل للرجلِ موادَّتُهم لرَحِمٍ أو حاجةٍ فتكون ذنبًا ينقُص به إيمانُه ولا يكون به كافرًا
كما حصَل مِن حاطبِ بنِ أبي بلْتَعةَ لما كاتبَ المشركينَ ببعضِ أخبارِ النبي وأنزلَ اللهُ فيه { يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّخِذُوا عَدُوِّي وَعَدُوَّكُمْ أَوْلِيَاءَ تُلْقُونَ إلَيْهِمْ بِالْمَوَدَّةِ } . وكما حصَل لسعدِ بنِ عُبادةَ لما انتصَر لابنِ أبيِّ في قصةِ الإفْك , فقال لسعْدِ بنِ معاذٍ : كذَبت والله , لا تقتُله ولا تقدِر على قتْلِه , قالت عائشةُ وكان قبلَ ذلك رجلاً صالحًا ولكن احتملتْه الحَمِيّة

"Bəzən elə olur ki, insan onlarla (kafirlərlə) qohumluq və ya bir ehtiyac səbəbilə dostluq edir və bu hərəkəti sadəcə imanını azaldan bir günah olur. Lakin bu səbəblə kafir olmur.
Necəki Hatib bin Əbi Bəltəa Nəbinin planlarını müşriklərə yazmış və onun haqqında Uca Allah bu ayəni endirmişdi:
"Ey iman gətirənlər! Mənim də sizin də düşməniniz olanları, sevgi göstərərək özünüzə dost tutmayın!" (Əl Mumtəhinə: 60/1)
Həmçinin bu Sad bin Ubədə ilə də baş vermişdi. O, ifk hadisəsi zamanı (münafiq olan) İbn Ubeyyin tərəfini tutmuş və Sad bin Muaza belə demişdi: "Vallahi yalan dedin! Sən onu öldürə bilməzsən və öldürməyə də qadir deyilsən".
Aişə onun haqqında belə demişdi: Bu hadisədən öncə salih bir kimsə idi. Lakin, qövmiyyətçilik duyğuları ona qalib gəldi."

Qaynaq: Əhməd İbn Teymiyyə: Məcmuatul Fətəva: 7/320-321
Darul Vəfa: 1426/2005

 
Forum » İslam » Müxtəlif məsələlər » CƏSUSUN HÖKMÜ, MÜSƏLMAN CƏSUSLUQ EDƏRSƏ (BİSMİLLAH)
Страница 1 из 11
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2017 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru