Muslimah_92 | Tarix: Cümə, 08.06.2012, 21:43 | Yazı # 1 |
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
| بسم الله الرحمن الرحيم
İslam düşmənləri tarix boyu olub, var və olacaq. Bu cür insanları saymaq istəsək saysız hesabsız olduqlarını görərik. Lakin İslam düşmənləri iki qrupa bölünür: 1. Həqiqətdə düşmən olub düşmən kimi bilinənlər. 2. Həqiqətdə düşmən olub dost kimi tanınanlar.
Şübhəsiz ki, ikinci kateqoriyadan olanlar İslam və müsəlmanlar üçün daha təhlükəlidir. Çünki, dost olaraq tanındıqları üçün onlara qarşı tədbir alınmır...
İkinci kateqoriyadan olan İslam düşmənlərinin ən böyüklərindən biridə sözsüz ki, əsrin tağutlarından olan Mustafa Kamal Atatürkdür. Özünü İslama nisbət edən türklərdən və onların təsiri altında qalmış həmvətənlərimizdən bir çoxunun bu tağuta hörmətlə yanaşdığına, onu "xilaskar" olaraq gördüyünə şahid olmaq mümkündür. Hətta bəzi dinsiz imamların cümə xütbələrində bu zındığa rəhmət oxuduğunu görə bilərsiniz. Halbuki Atatürk Osmanlının qalıqlarını yıxan, şəri qanunları aradan qaldırıb yerinə bəşəri qanunları tətbiq edən, müsəlman qadınların təsəttürünü açan, on minlərcə elm tələbələrini mədrəsə müəllimlərini asdıran bir kafirdir. Ona dua etmək Əbu Cəhlə dua etmək kimidir! Bir müsəlman əsla bir Allah düşməninə sevgi bəsləməz!
Bu mövzunu açmaqdakı məqsədim avam müsəlmanlara bu zındığın gerçək üzünü göstərməkdir ki, beləcə müsəlmanlar ona dinlərinin gərəyi olaraq nifrət etsinlər! Bu cür məsələlərdə doğru qərar vermək iki rükn üzərinə bina edilib: 1. Məsələnin həqiqətini bilmək. Yəni Atatürkün hansı əqidəyə mənsub olduğunu, İslama etdiyi düşmənlikləri bilmək. 2. İslamın bu cür adamlar haqqında hökmünü bilmək. İmanın ən sağlam qulpu Allah üçün sevmək Allah üçün buğz etməkdir! Bu isə kimə buğz ediləcəyini bilmədən mümkün deyil. O zaman Allah düşmənlərini tanıyaq və layiq olduqları münasibəti göstərək!
Rəbbim müsəlmanlara dostla düşməni seçə bilmə bacarığı versin.
Yazını Muslimah_92 - Cümə, 08.06.2012, 21:58 |
|
| |